Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1306
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 3

NEFT VƏ QAZ QUYULARININ TIKILMƏSI

3.1.Ümumi tələblər

3.1.1.Quyuların tikilməsində əsas sənəd, bu Qaydaların tələblərinə uyğun işlənilmiş layihədir. Quyunun tikilməsinə ancaq müvafiq qaydada təsdiq olunmuş layihə olduqda başlamaq olar.

3.1.2.Geoloji-texniki şərtləri eyni olan sahə və yataqlar-

da, layihə dərinlikləri fərqi 400 m-dən çox olmadıqda quyuların oxşar sahələrdə fəaliyyətdə olan işçi layihələrə əsaslanaraq tikilməsinə icazə verilir.

3.1.3.Kateqoriyasından asılı olmayaraq bütün quyular elektrik ötürücü xətlərinin, magistral neft-qaz kəmərlərinin, suburaxıcı və digər sənaye və mülki obyektlərin mühafizə zonasından kənarda tikilməlidir.

3.1.4.Xarici standartlara uyğun yerinə yetirilmiş xarici

texnika və texnologiya bu Qaydaların və Azərbaycan Respublikasında qüvvədə olan standartların tələblərinə uyğun olduqda quyuların tikilməsində istifadə oluna bilər.

3.1.5. Quyunun tikilməsi işləri aşağıdakı şərtlər yerinə yetirildikdə başlana bilər:

-müəyyən olunmuş qaydada işlənmiş və təsdiq olunmuş layihə-smeta sənədləri olduqda;

-təşkilatın material-texniki təchizat bazaları və istehsalat xidmətlərinin yerləşmə yerləri ilə əlaqəni il boyu təmin edən nəqliyyat magistralları və yolları olduqda;

-buruq avadanlığının nəql edilməsi trassasının, həmçinin həmin trassanın elektrik ötürücü xətləri, dəmir yolları,

magistral boru kəmərləri və s. ilə kəsişmə yerlərinin müvafiq razılaşdırılması olduqda;

203

vk.com/club152685050 | vk.com/id446425943

- işlərin aparılması üçün podratçılarla (subpodratçılarla), fontan əleyhinə təhlükəsizlik xidməti ilə müqavilələr bağlandıqda.

3.1.6.Qazma briqadasının gücü ilə xüsusi işləri yerinə yetirdikdə (qazma qurğusunun köçürülməsi, mobil qazma qurğularının quraşdırılması, daha mürəkkəb təmir işləri və s.) briqadanın fəhlələri əlavə öyrədilməli, əsas və əvəzçi peşələr üzrə sərbəst işləmək üçün buraxılış almalıdırlar.

3.2.Neft və qaz quyularının layihələndirilməsi

3.2.1.Quyunun tikilməsinin layihələndirilməsi üçün tapşırıq sifarişçi tərəfindən istismar olunan yatağın geoloji-kəşfiyyat işlərinin layihəsinin və texnoloji layihənin (sxemin) tələbləri nəzərə alınmaqla tərtib edilir.

3.2.2.Layihə, həmin və yaxınlıqdakı sahələrdə analoji (oxşar) şəraitdə qazılan quyuların təcrübəsini, dayaq-texnoloji

və axtarış-kəşfiyyat quyularının qazılmasında yerinə yetirilən tədqiqatların nəticələrini nəzərə almalı, yerin təkinin və ətraf mühitin mühafizəsini və quyunun möhkəmliyini quyunun tikilməsi və istismarı prosesində təmin etməlidir.

3.2.3. Layihəyə aşağıdakı məlumatlar daxil olmalıdır:

a)iş rayonunun coğrafi və iqlim səciyyəsi;

b)qazmanın dağ-mədən geoloji şəraiti;

c)lay təzyiqinin və hidroyarılma təzyiqinin uyğunlaşdırılmış cədvəli. Neftqazsu təzahürləri vaxtı quyu ağzında gözlənilən təzyiq. Quyunun konstruksiyasının və qazma məhlulunun sıxlığının əsaslandırılması;

ç) qoruyucu və lift kəmərlərin hesablanması üçün baş-

lanğıc (ilk) məlumatlar, komponovkaların möhkəmlik ehtiyatı əmsallarının yekun cədvəlləri və yivli birləşmələrin növləri;

204

vk.com/club152685050 | vk.com/id446425943

d)quyunun qazma üsulu və optimal rejimlər, süxurdağıdıcı alətin növü, qazma və qoruyucu kəmərlərin qaldırmaendirmə əməliyyatlarının sürəti və məhlulunun parametrləri;

e)möhkəmlik qrupu, divarının qalınlığı, möhkəmlik ehtiyatı, qıfıl birləşmələrinin diametri göstərilməklə qazma boruları kəmərinin kompanovkası;

ə) minimal hidravlik itkilərdə quyu dibinin və lüləsinin qazılmış süxurlardan optimal təmizlənməsini təmin edən quyunun yuyulmasının hidravlik proqramı;

f)tamponaj materialının tipi, onun daşının və məhlulu-

nun xassələri (axıcılığı, qatılaşmağa və bərkiməyə başlama vaxtı, keçiriciliyi, möhkəmliyi, aqressiv mühitə qarşı davamlılığı), dağ-mədən geoloji şəraitdən asılı olaraq sementləmənin üsul və hidravlik proqramı;

g) sementləmə prosesinə nəzarətin və tamponaj məhlulunun bərkidikdən sonra, bərkimə halının öyrənilməsinin reqlamenti;

ğ) qazma prosesində lay təzyiqlərinin və flüidin tərkibini dəqiqləşdirmək üçün stratiqrafik kəsilişin tədqiqatlarının həcmi;

h)layların təkrar açılmasının (perforasiya) texnologiyası və bunun üçün istifadə olunan aparatların tipi (növü);

x)quyuların mənimsənilməsinin üsulları, quyuda layların sınanması, laydan axımın intensivləşdirmə metodları və geoloji-geofiziki tədqiqatların proqramı;

ı) quyu ağzının kəmər başlığı, tullanışa qarşı avadanlıqla və fontan armaturu ilə yığım (obvyazka) sxemləri, onların texniki xarakteristikası və qoruyucu kəmərlə birlikdə sınanma zamanı quyu ağzındakı təzyiq;

i)qazma qurğusu tipinin əsaslandırılması;

j)ətraf mühitin mühafizəsi üzrə tədbirlər – texnoloji proseslərin təsviri və istehsalat tullantılarının təmizlənməsi və istifadə edilməsi, çirkab suların təkrar istifadə olunması, onların

205

vk.com/club152685050 | vk.com/id446425943

təbii mühit obyektlərinə təhlükəsiz tullanması, işlənmiş qazma məhlulunun və şlamın yerə basdırılması vaxtı ətraf mühitə mənfi təsirin neytrallaşdırılması üzrə texniki vasitələrin siyahısı;

k)quyunun tikilməsi üçün geoloji-texniki tapşırıq;

q)qazma qurğusu üçün binövrənin tip və ölçüləri;

l)işçilərin FMV-ləri. Aqressiv flüidli məhsuldar horizontları açdıqda hava mühitinə nəzarət etmək üçün cihazlar da daxil olmaqla nəzarət-ölçü cihazları;

m)qazma məhlulunun ehtiyat həcmi;

n)qazneftsu təzahürlərinin qarşısının alınması və ilkin təzahürün aşkar edilməsi üzrə tədbirlər;

o)kiçik mexanizasiya, yanğın əleyhinə inventarla komp-

lektləşdirmə;

ö) qoruyucu kəmərlərin qalıq möhkəmliyinin qiymətləndirilməsi metodları.

3.2.4. Layihədə dəyişiklik və kənarlaşmaya, ona əlavə etməyə layihənin sifarişçisi və layihəçisi arasında razılığa əsasən, qəbul olunmuş müvafiq qaydada icazə verilir. Qəza hallarında bu istisna olunur və bu vaxt qazma idarəsinin rəhbərliyi layihədən kənara çıxmaq haqqında qərar qəbul edir, sifarişçini və layihə təşkilatını sonradan xəbərdar edir. Qəbul edilən dəyişikliklər heç bir halda obyektin möhkəmliyini və işlərin təhlükəsizlik dərəcəsini azaltmamalıdır.

3.2.5. Layihələri həyata keçirmək üçün nəzarəti sifarişçi həyata keçirir, ehtiyac olduqda o, layihə təşkilatını cəlb edə bilər.

3.3. Qazma qurğularının, avadanlıqlarının və alətlərinin istismarı və təmiri

206

vk.com/club152685050 | vk.com/id446425943

3.3.1.Quyunun tikilməsində istifadə olunan texniki qurğular sənaye təhlükəsizliyi tələblərinə uyğun gəlmələri barədə Azdövdağtexnəzarət Komitəsi tərəfindən müvafiq qaydada sertifikatlaşdırılmalıdır.

3.3.2.Quyunun tikilməsində istifadə olunan texniki qurğular müvafiq qaydada sənaye təhlükəsizliyi ekspertizasından keçməlidir.

3.3.3.Quyunun layihəsi hazırlananda qazma qurğusunun seçilməsi elə hesabla aparılmalıdır ki, ən ağır qazma və ya qoruyucu kəmərləri endirərkən (qaldırarkən), həmçinin

qəzaları (tutulmaları) ləğv edərkən statik və dinamik yüklərin həcmi (toplusu) seçilən qazma qurğusunun «Qarmaqda buraxıla bilən yüklənmə» qiymətindən artıq olmasın.

3.3.4. 4000 m-dən dərin quyuları qazmaq üçün qazma qurğuları qaldırma-endirmə əməliyyatları avtomatları ilə, lay flüidində gözlənilən kükürdün miqdarı 6%-dən çox olan, əyrilik radiusu 30 m-dən az olan maili, şaqul üzrə dərinliyi 3000 m- dən artıq və quyu lüləsinin üfqi hissəsi 300 m-dən artıq üfqi quyuları qazmaq üçün qazma qurğuları yuxarı güc ötürücüləri (intiqalı) ilə təchiz edilməlidir.

3.3.5.Neft və qaz quyularının tikilməsində yenidən yaradılan və alınan xarici qazma qurğuları partlayışdan mühafizəli olmalıdır.

3.3.6.Qazma bucurqadının idarə olunması qazmaçının pultundan, qazma nasoslarının işə buraxılması – yerli postdan, onların işinin nizamlanması və dayandırılması – qazmaçının pultundan və yerli postdan həyata keçirilir.

3.3.7.Buruğun qəbul körpüsündə boruların sürüyüb aparılması və atılması, qazma nasoslarının hidravlik bloklarına xidmət olunması işləri mexanikləşdirilməlidir, qəbul körpüsündə

yükqaldırma mexanizmlərinin idarə olunması isə – məsafədən (distansion) olmalıdır.

207

vk.com/club152685050 | vk.com/id446425943

3.3.8.Köməkçi bucurqadın konstruksiyası yükün rahat (səlis) yerdəyişməsini və yükün asılmış vəziyyətdə etibarlı saxlanmasını təmin etməlidir.

Bucurqadın idarəetmə pultundan operatora iş yerinə və yükün yerdəyişməsinə nəzarət (görünüş) təmin olunmalıdır. Bu tələbin yerinə yetirilməsi mümkün olmadıqda, əvəzedici pult qoyulur.

3.3.9.Qazma qurğusu aşağıdakılarla komplektləşdiril-

məlidir:

- tal blokunun yuxarı qaldırılmasının məhdudlaşdırıcısı ilə;

-bucurqadın yol verilən yükqaldırmasının məhdudlaşdırıcısı ilə;

-vurucu boru kəmərində təzyiq işçi təzyiqdən artıq

olduqda qazma nasoslarının ötürücüsünün söndürülməsini təmin edən bloklayıcı qurğu ilə;

-qazma parametrlərinə nəzarət stansiyası ilə;

-uzunluğu 14 m-dən, eni 2 m-dən az olmayan və stellajları olan qəbul körpüsü ilə. Stellajlarda boruların 1,25 metr

hündürlükdən artıq yığılması qadağandır;

-səviyyəölçən və məhlulun səviyyəsinin avtomatik siqnalizasiyası olan tutum sistemi ilə;

-məhlulun hazırlanması, emalı, ağırlaşdırılması, təmizlənməsi, deqazasiyası və qarışdırılması, ambarsız qazmada şlamın və işlənmiş məhlulun yığılması mexanizmləri ilə;

-ehtiyat qazma məhlulu üçün tutumlarla;

-qazma avadanlığının idarə olunmasının pnevmatik sisteminə verilən havanın qurudulması qurğusu ilə;

-tal kanatının işlək ucunun sakitləşdiricisi (uspokoitelğ) ilə;

-iş yerlərinin qızdırılması sistemləri ilə;

-rotor PKR-in (pnevmatik pazlı tutucu) qaldırılmış pazlar-

la işə salınmasının qarşısını alan bloklayıcı qurğularla;

208

vk.com/club152685050 | vk.com/id446425943

- «A»-ya bənzər qüllə və vışkalarda barmaq arxasına yığılan şamların (sveçi) düşməsinin qarşısını almaq üçün qabağa açılan tərtibatla (kəmərlə).

3.3.10.Tal sisteminə daxil olan avadanlığın (kronblok, tal blok, qarmaq) gövdəsində, onların buraxıla bilən yükqaldırma qabiliyyəti göstərilməlidir.

3.3.11.Mexaniki ötürücülərin (sepli, kardanlı, dişli və s.) ilişmə muftasının, şkivlərin, avadanlığın digər fırlanan və hərəkət edən elementlərinin, həmçinin onların kənara çıxan hissələrinin qoyulmuş tələblərə müvafiq metal örtükləri

olmalıdır. Zədələnmiş qoruyucu örtüklə (və ya olmayan) qazma qurğusunun istismarı qadağandır.

3.3.12.Buruqda quyunu nəzarətlə doldurmaq üçün səviyyəölçənlə təchiz olunan qradasiyalı tutum olmalıdır.

3.3.13.Qazma qurğusunun bütün qapalı yerləri havanın dəyişməsini təmin edən mexaniki işə düşən axma-sorma ventilyasiyası ilə təchiz olunmalıdır 48 . Ventilyasiyanın iş rejimi məhsuldar lay açılan andan quyunun tikilməsinin sonunadək daimi olmalıdır. Hava ilə karbohidrogen qatışığı aşağı alışma həddinin 20%-nə çatdıqda xəbərdaredici siqnal işə düşməlidir, bu hədd 50%-ə çatdıqda isə avadanlıq və mexa-

nizmlərin tam sönməsi təmin olunmalıdır.

3.3.14. Aparıcı borunun və AQB-nin şurfa qoyulması işləri mexanikləşdirilməlidir. Onların əl ilə və bucurqadın sarğacının köməyi ilə şurfa çəkilməsi (qoyulması) qadağandır.

Şurf üçün istiqamətləndirici qol borular (patrubki) borunun şurfa endirilməsi zamanı hərəkət istiqamətinə müvafiq mailliklə qoyulmalıdır.

Aparıcı borunu şurfa qoymaq üçün istiqamətləndirici qol borunun yuxarı hissəsi buruq döşəməsindən 0,5-0,8 m, AQB qoymaq üçün isə – 0,15-0,3 m hündürlükdə olmalıdır. AQB-nı şurfa qoymaq üçün istiqamətləndirici qol borular açılan (qatlanan) qapaqlarla təchiz olunmalıdır.

209

vk.com/club152685050 | vk.com/id446425943

3.3.15.Avtomatik açarın idarəetmə sistemində mexanizmlərin işçi agentin qida xəttindən tam açılması nəzərdə tutulmalıdır. Açarın təsadüfi işə düşməsinin qarşısını almaq üçün bloklayıcı olmalıdır.

3.3.16.Qazma və energetika avadanlığının planlı-ehtiyat təmirinin təşkili qaydası və keçirilməsi, avadanlığı istismar edən muəssisə tərəfindən işlənilən əsasnaməyə görə yerinə yetirilir.

3.3.17.Təmir işləri aparıldıqda, xidmət edən personalın təhlükəsizliyini təmin edən tərtibat və vasitələr tətbiq olun-

malıdır.

3.3.18. Qazma qurğusunun pnevmatik (hava) sistemini (boru kəmərləri, kranlar) istehsalçı-zavodlarda işçi təzyiqdən 1,5 dəfə artıq olan təzyiqə, buruqda quraşdırıldıqdan və təmirdən sonra isə – işçi təzyiqdən 1,25 dəfə artıq olaraq, ancaq 3 kqq/sm2 (0,3 MPa) az olmayan təzyiqə sınamaq lazımdır (Əlavə 10).

3.3.19.Qazma şlanqı bütün uzunluğu boyu diametri 12,5 mm-dən az olmayan, hər 1,0-1,5 m-dən bir ilgək vurulmaqla, yumşaq polad kanat ilə sarınmalıdır. Kanatın ucları vışkanın hissələrinə və fırlanğıcın gövdəsinə bərkidilməlidir.

3.3.20.Tal kanatının işlək və hərəkətsiz ucları yüklənmiş halda vışkanın elementlərinə toxunmamalıdır.

3.3.21.Maşın açarları diametri 12,5 mm-dən az olmayan polad kanatlardan horizontal asılmalı və hündürlüyü asan tənzimləmək üçün tarazlaşdırıcı yüklə təchiz edilməlidir. Maşın açarlarının tarazlaşdırıcı mexanizmləri çəpərə (hasara) alınmalıdır.

3.3.22.Maşın açarı, işçi kanatdan başqa, diametri

18mm-dən az olmayan, bir ucu açarın gövdəsinə, digər ucu vışka blokunun gövdəsinə və ya vışkanın ayağına bərkidilən qoruyucu (sığortaedici) kanatla təchiz edilməlidir. Qoruyucu

210