Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

1.15.13. işçilərlə sürücü olunmalıdır.

Işçiləri daşıyan avtomobilin banı daşınan arasında əlaqə yaradan səs siqnalı ilə təchiz

Işçilərin təxliyəsi

1.15.14.Bütün istehsalat obyektlərində qəzaların ləğvi və işçilərin təxliyə planı olmalı və onunla bütün işçilər tanış olmalıdır.

1.15.15.Qəzaların ləğvinə və işçilərin təxliyəsinə dair ildə bir dəfədən az olmayaraq obyektdə (müəssisədə) təlimlər keçirilməlidir.

1.15.16.Qazma vışkaları qəzalar zamanı yuxarı fəhləni dərhal təxliyə etmək üçün təxliyə qurğusu ilə, vışkaaltı portal isə qazma briqadası üzvlərini təxliyə etmək məqsədi ilə xüsusi novla təchiz olunmalıdır.

1.16. Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri

1.16.1.Işçilər «Neftqazçıxarma sənayesində işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin pulsuz verilməsi normalar»ında [209] nəzərdə tutulduğu kimi xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Verilən xüsusi geyim və xüsusi ayaqqabı qüvvədə olan standartlara və texniki şərtlərə uyğun olmalıdır.

1.16.2.Bütün müəssisələrdə xüsusi geyim və xüsusi

ayaqqabıların yuyulması, kimyəvi təmizlənməsi, dezinfeksiyası təşkil olunmalıdır. Zərərli maddələrlə işləyən fəhlələrin xüsusi geyimlərinin saxlanılması, deqazasiyası, dezaktivasiyası,

85

vk.com/club152685050 | vk.com/id446425943

yuyulması və təmiri Dövlət sanitar nəzarətinin göstərişlərinə müvafiq yerinə yetirilməlidir.

1.16.3.Istifadə olunmuş xüsusi geyim və xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, işçilərə, ancaq yuyulduqdan, təmirdən və dezinfeksiya olunduqdan sonra verilə bilər.

1.16.4.Verilən xüsusi geyim və xüsusi ayaqqabı işçinin ölçüsünə və boyuna uyğun olmalıdır. Xüsusi geyim iş vaxtı işçinin hərəkətlərini məhdudlaşdırmamalıdır.

1.16.5.Iş vaxtı işçilər, onlara verilmiş FMV-dən istifadə

etməlidirlər. Mexanizmlərə xidmət edən işçilərin xüsusi geyimi düymələnmiş vəziyyətdə olmalıdır. Qadınlar saçlarını beretin və ya ləçəyin altına yığmalıdırlar.

Iş vaxtı şərf və yaylıqların uclarının sallanmış vəziyyətdə olması qadağandır.

1.16.6.Yad cisimlərin gözə düşmə təhlükəsi olduğu halda işçilər qoruyucu eynəkdən istifadə etməlidirlər.

1.16.7.Qazma, quyuların əsaslı və cari təmiri briqadaları,

vışkaquraşdırıcılar, yuxarıda sadalanan obyektlərə baş çəkən şəxslər (mədən ərazisində bütün işçilər) qoruyucu dəbilqədən istifadə etməlidirlər. Havalar soyuq keçdikdə isti altlıqlı dəbilqədən istifadə olunmalıdır.

1.16.8.Aşındırıcı qələvilərlə işləyən işçilər kətan və ya başqa qələviyə davamlı parçadan olan əlcək və xüsusi geyimlə, qoruyucu eynəklə, rezin ayaqqabı və rezin önlüklə təmin olunmalıdır və onlarda işləməlidir.

1.16.9.Turşularla işləyən işçilər qoruyucu eynəklə, mahud və digər turşuyadavamlı parçadan olan xüsusi geyim və əlcəklə, rezin ayaqqabı və rezin önlüklə təmin olunmalı və onlarda işləməlidir.

1.16.10.Radioaktiv maddələrlə işləyənlər ionlaşdırıcı şüalardan qorunmaq üçün [209] uyğun olaraq fərdi mühafizə vasitələri (qoruyucu kostyumlarla, xüsusi geyimlərlə, xüsusi

86

vk.com/club152685050 | vk.com/id446425943

ayaqqabılarla, əlcəklərlə, respiratorlarla və s.) ilə təmin olunmalıdır.

1.16.11.Çirklənmiş (dezaktivasiya olunmamış), nasaz (zədələnmiş) və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən istifadə etmək qadağandır.

1.16.12.Radiasiya təsirinə məruz qalmış xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri dezaktivasiya edilməli və əgər bu mümkün deyilsə, onlar məhv edilmək üçün [236]–ya uyğun Bakı Şəhəri Icra Hakimiyyəti nəzdində olan «IZOTOP» ixtisaslaşdırılmış

(xüsusi) kombinatına təhvil verilməlidir.

1.16.13.Işçi zonada qazın miqdarı buraxıla bilən qatılıqdan çoxdursa, fəhlələr əleyhqazdan istifadə etməlidir.

1.16.14.Tənəffüs orqanlarının filtrli fərdi mühafizə vasitələri iş görülən yerin havasında oskigenin həcmi miqdarı 18%-dən az olmadıqda və zərərli maddələrin məhdud qatılığında (həcmi 0,5% çox olmadıqda) istifadə olunmalıdır.

1.16.15.Zərərli (təhlükəli) qaz yığılması ehtimal olunan

quyularda (kolodeü), qaz kəmərlərində, neft çənlərində və digər yerlərdə işləyən fəhlələr şlanqlı əleyhqazlardan istifadə etməlidirlər.

1.16.16.Işçinin şlanqlı əleyhqazla fasiləsiz işləmə müddəti 30 dəqiqədən artıq olmamalıdır. Sonradan işçi təmiz havada 15 dəqiqədən az olmayaraq istirahət etməlidir. Hər bir konkret iş yerində, iş vaxtı, işlərin aparılmasına cavabdeh olan şəxs tərəfindən müəyyən edilməlidir.

1.16.17.Fəhlələrə təhkim olunmuş əleyhqazlar sexdə, imkan daxilində iş yerinə yaxın yerdə xüsusi dolablarda (şkaf) saxlanılmalıdır.

1.16.18.Izoləedici tənəffüs aparatlarından, işlərin aparıl-

masının texnologiyasında nəzərdə tutulmuş hidrogen-sulfidin ehtimal olunan ayrılmaları ilə əlaqədar əməliyyatların yerinə

87

vk.com/club152685050 | vk.com/id446425943

yetirilməsi və qəza vəziyyətinin yarandığı halda təxirəsalınmaz tədbirlərin görülməsi zamanı istifadə edilməlidir.

1.16.19.Tənəffüs aparatları ölçülərə uyğun seçilməlidir. Hər bir aparatın pasportu olmalı və üzərinə işçinin adı, soyadı yazılmış etiket bərkidilməlidir. Pasportda tənəffüs aparatının sazlığı və növbəti sınanılma müddəti barədə yazılar olmalıdır.

1.16.20.Qazdan mühafizə vasitələri, istismar üzrə təlimata müvafiq olaraq, qaz xilasetmə xidmətinin laboratoriyasında yoxlanılmalıdır.

1.16.21.Iş yerlərində mühafizə vasitələrinin istismarı,

yoxlanılması və saxlanılması üzrə təlimat olmalıdır.

1.16.22. Qaz təhlükəli obyektdə qazdan mühafizə vasitələrinin qəza ehtiyatı olmalıdır. Onların miqdarı və növü işləyənlərin sayı, obyektin uzaqlığı, görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla təyin olunmalı və qaz təhlükəsizliyi xidməti ilə razılaşdırılmalıdır.

1.16.23. Əleyhqazlar və tənəffüs orqanlarının digər fərdi mühafizə vasitələri üç aydan bir yoxlanılmalıdır. Filtrli əleyhqazlar onların texniki pasportlarında göstərilmiş qayda və müddətlərdə dəyişdirilməlidir.

1.16.24.Fəhlələr tozlu iş şəraitində toz əleyhinə respiratordan, qoruyucu eynəkdən kombinezondan istifadə etməklə işləməlidirlər.

1.16.25.Yer səthindən (döşəmədən) 2 m-dən daha artıq yüksəklikdə aparılan tikinti-quraşdırma və texnoloji işlər qoruyucu kəmərlərdən istifadə etməklə yerinə yetirilməlidir.

1.16.26.Hər bir qoruyucu kəmər dəstində, kəmərin işə yararlığını və hazırlanma tarixini təsdiq edən, həmin kəməri istehsal edən zavodun texniki nəzarət şöbəsinin möhürü olmalıdır.

Qoruyucu kəmərin sazlığı hər dəfə istifadə edilməmişdən əvvəl işçi tərəfindən yoxlanılmalıdır (işin rəhbəri tərəfindən isə on gündən bir).

88

vk.com/club152685050 | vk.com/id446425943

1.16.27.Hər altı aydan bir qoruyucu, xilasedici kəmərlərin möhkəmliyi xüsusi stenddə statik yükə sınanılmalıdır. Qoruyucu kəmərin elementlərində qalıq deformasiyaları və dağılma aşkar olunmadıqda, kəmər sınaqdan (300 kq yükü 5 dəqiqə müddətində asmaqla) çıxmış hesab olunur.

1.16.28.Metal hissələrində dərin korroziya izləri olan və kəmərin möhkəmliyini zəiflədən digər nasazlıqlarda qoruyucu kəmərdən istifadə etmək qadağandır.

1.17. Iş yerlərinin attestasiyası və obyektlərin sanitar-texniki pasportlaşdırılması

1.17.1.Iş yerlərinin attestasiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun həyata keçirilməlidir.

1.17.2.Əməyin mühafizəsi tədbirlərinin təmin olunması,

istehsalat sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq, habelə əmək məhsuldarlığını və işin səmərəliliyini artırmaq, əməyin təşkilində ən mütərəqqi üsulların və o cümlədən təhlükəsizlik texnikası baxımından yeni texnika və texnologiyanın tətbiqi məqsədi ilə müəssisədə iş yerləri attestasiyadan keçirilməlidir.

1.17.3.Hər bir müəssisənin rəhbərliyi vaxtlı-vaxtında iş yerlərinin attestasiyadan keçirilməsini təmin etməlidir.

1.17.4.Iş yerlərinin attestasiyadan keçirilməsi üzrə komissiyanın tərkibi müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətləri və əməyin təşkili üzrə mütəxəssislərdən ibarət olmalıdır.

1.17.5.Iş yerlərinin attestasiyadan keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəyyənləşdirilir.

89

vk.com/club152685050 | vk.com/id446425943

1.17.6.Iş yerlərinin attestasiyası zamanı hər bir iş yeri üzrə işçilərin müvafiq normalara uyğun fərdi mühafizə vasitələri ilə təmin edilməsi və onların səmərəliliyi də müəyyən edilməlidir.

1.17.7.Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir.

1.17.8.Iş yerlərinin attestasiyasının nəticələri əsasında müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı işlənib hazırlanmalıdır. Plan bütün iş

yerlərinin əməyin mühafizəsi üzrə tələblərə uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.

1.17.9.Plan attestasiya komissiyasının sədri tərəfindən imzalanır və əmək mühafizəsi üzrə ümumi komitə ilə (komissiya ilə), müəssisənin Həmkarlar Ittifaqı Komitəsi və Rayon Gigiyena və Epidemiologiya mərkəzi ilə razılaşdırıldıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən təsdiqlənərək kollektiv müqaviləyə daxil edilir.

1.17.10.Istehsalat obyektlərinin təkcə iş yerlərindən ibarət olmadığını (ərazilər, infrastruktura və s.) və iş yerlərinin attestasiyası zamanı yalnız iş yerlərinin əmək şəraitinin yoxlanıldığını nəzərə alaraq, müəssisələrdə obyektlərin sanitar-texniki pasportlaşdırılması da aparılmalıdır.

1.17.11.Hər bir obyektin, sanitar-texniki pasportlaşdırılmasının nəticələrinə əsasən tərtib olunmuş «Sanitar-texniki pasport»u olmalıdır.

1.17.12.Obyektin sanitar-texniki pasportlaşdırılması beş ildə bir dəfədən az olmayaraq aparılmalıdır.

1.17.13.Sanitar-texniki pasportlaşdırılmanın aparılması zamanı əməyin təhlükəsizliyi standartlar sistemi, müvafiq

sanitar normaları və digər aidiyyatlı normativ sənədlər rəhbər tutulmalıdır.

90