Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 10

RABITƏ

10.1. Işçiləri və rabitə qurğularını (quruluşlarını) ildırım çaxmasından və ya elektrik ötürücülərinin induktiv təsirindən yaranan təhlükəli elektrik gərginliklərindən qorumaq üçün bütün aralıq və son stansiyalarda (müvafiq yerlərdə) mühafizə quruluşları (qoruyucular və ildırımötürücülər) olmalıdır.

10.2.Təhlükəli gərginliklərdən mühafizə qurğuları [30]- un tələblərinə uyğun müddətdə yoxlanılmalıdır.

10.3.Yeraltı rabitə kommunikasiyalarında (kabel quyularında, qutularda, kollektorlarda və s.) işlər iki nəfərdən az olmayan briqadalarla yerinə yetirilməlidir. Briqada üzvlərindən biri rəhbər seçilməlidir.

Yeraltı rabitə kommunikasiyalarında işlər xüsusilə ehtiyatla aparılmalıdır. Belə ki, onlarda partlayış təhlükəli və zəhərli qazlar toplana bilər.

10.4.Yeraltı rabitə kommunikasiyalarında metan qazının mövcudluğunu təyin etmək üçün, hər briqada partlayış mühafizəli qaz analizatoru və ya qaz indikatoru ilə təchiz olunmalıdır.

10.5.Rabitə quyusunun qapağını (lyuku) açarkən zərbədən qığılcım əmələ gətirməyən metal alətlərdən istifadə edilməlidir. Bu zaman işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.

10.6.Yağış və qar yağan və ya ildırım çaxan vaxt kabel (rabitə) dirəyində iş görmək qadağandır.

10.7.Rabitə kabeli bərkidilən dirəkdən asılmış buraz (tros) ən əlverişsiz meteoroloji şərait nəzərə alınmaqla üç qat möhkəmliyə malik olmalıdır.

10.8.Dirəyə çıxmamışdan əvvəl bunun üçün lazım olan mühafizə vasitələrinin, ləvazimatların və o cümlədən dirəyin dayanıqlığı və sazlığı yoxlanılmalıdır.

410

vk.com/club152685050 | vk.com/id446425943

10.9.Montyor dirəkdə iş görərkən dirəyin bilavasitə yaxınlığında heç kəs olmamalıdır.

10.10.Iki işlək rabitə naqilinə və ya bir işlək naqilə və ildırımötürücüyə (və ya dartıcıya) eyni vaxtda dielektrik əlcəklərsiz toxunmaq qadağandır. Dirəkdə qolsuz və qolları düymələnməmiş paltarda işləmək qadağandır.

10.11.Dəyişən cərəyanla işləyən sahə xidməti rabitə xətlərində işləyərkən fərdi mühafizə vasitələrindən və dəstəkləri izolə olunmuş alətlərdən istifadə edilməlidir. Nəm olan şəraitdə (nəmli havada) əlavə olaraq dielektrik

qaloşlardan istifadə edilməlidir.

10.12.Xəttə (naqillərə) qoşulmuş telefon aparatının xətt klemlərinə dielektrik əlcəklərsiz toxunmaq qadağandır.

10.13.Dirəkdə iş görülərkən və ümumiyyətlə, rabitə kommunikasiyasında təmir (sazlama) işləri aparılarkən işçinin mobil telefonu söndürülmüş olmalıdır.

10.14.Içərisində iş görülən kabel quyularının girişləri çəpərlənməlidir.

Əgər quyu yolun hərəkət hissəsində yerləşmişsə çəpər nəqliyyatın hərəkət etdiyi istiqamətin qarşısında quyunun girəcəyindən ən azı 2 m məsafədə qoyulmalıdır. Bundan başqa çəpərdən 5-10 m məsafədə nəqliyyatın hərəkətinə qarşı istiqamətdə xəbərdarlıq nişanları qoyulmalıdır, hava tutqun olarsa əlavə olaraq işıq işarələri qoyulmalıdır.

10.15. Avtomat telefon stansiyalarının avtomat zallarında, radio rabitəsi avadanlığında və cərəyan altında olan

şinlərin yanında nərdivanlarda işləyərkən cərəyan şinlərinə və başqa cərəyan keçirən hissələrə toxunmaq qadağandır. Cihazın ştativlərdən çıxarılması və onun kontakt sahələrinin təmizlənməsi gərginliyin açılmış vəziyyətində yerinə yetirilməlidir. Cihazları təmizləmək üçün izolə edilmiş tutacağı olan şotkadan istifadə edilməlidir.

10.16. Telefon stansiyaları və radio rabitəsi qurğularının

411

vk.com/club152685050 | vk.com/id446425943

batareya lövhələri, düzləndirici qurğuları və cərəyan paylayıcı lövhələri qarşısında uzunluğu elektrik qurğusunun uzunluğuna müvafiq dielektrik xalçalar qoyulmalıdır.

10.17.Düzləndirici qurğulara, elektrik təhlükəsizliyi üzrə, qrupu III-dən az olmayan şəxslərin xidmət etməsinə icazə verilir. Elektrik təhlükəsizliyi üzrə qrupu III-dən az olan şəxslərin

otağa daxil olmasına yalnız bu qurğulara xidmət edən şəxslərin nəzarəti altında icazə verilir.

10.18.Akkumulyator qurğularının istismarı [16, 17]–nin

tələblərinə uyğun olmalıdır.

10.19. Telefon stansiyasında istifadə olunan elektrik generatoruna xüsusi dərs keçmiş və elektrik təhlükəsizliyi üzrə qrupu III-dən az olmayan şəxslər xidmət edə bilərlər.

Mühərrik işləyən vaxtda onun hissələrini təmizləmək, yağlamaq və başqa təmir işləri aparmaq qadağandır. Yanacaq ehtiyatı xüsusi binada, maşın zalından ayrı saxlanılmalıdır. Maşın zalında metal qabda yalnız bir sutkalıq yanacaq saxlamaq olar.

10.20.Antenna-qüllə qurğularını istismar edərkən [27]– nin (6-cı hissəsinin) tələbləri yerinə yetirilməlidir.

10.21.Antenna-qüllə qurğularında işlər ən azı iki işçi tərəfindən yerinə yetirilməlidir, bu vaxt onlardan biri işlərə nəzarət etməlidir.

Nəzarətçilik edən şəxs qüllənin mərkəzindən onun hündürlüyünün üçdə bir hissəsindən az olmayan məsafədə hazır vəziyyətdə dayanmalı və onun üzərində qoruyucu kəmər olmalıdır.

10.22.Antenna-qüllə qurğularında işləyərkən müvafiq FMV-dən istifadə edilməlidir.

10.23.Işçilərin aşağıdakı hallarda antenna-qüllə qurğularında işləməsi qadağandır:

-əgər qüllə üzərində gərginliyi 42 V-dan yüksək olan

412