Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

Dəniz şəraiti üçün əlavə tələblər

4.8.23.Kirjimdəki qaldırıcıdan yeraltı (cari) təmirin aparılması qadağandır.

4.8.24.Küləyin gücü 6 baldan (sürəti 11 m/san-dən) artıq olduqda DDÖ-də və estakadayanı meydançalarda quyuların cari və əsaslı təmiri üzrə bütün işlər dayandırılmalıdır.

Güclü qar və ya yağış yağdıqda, yer (döşəmə) buz bağladıqda cari və əsaslı təmir aparmaq qadağandır.

4.8.25.Quyunun təmiri üçün aqreqatın vışkası (qülləsi) əvvəlcədən nəzərdə tutulmuş yerlərdə estakadayanı meydançanın ferma qovşaqlarına dartıcı kanatla bərkidilməlidir.

4.8.26.Quyuların cari və əsaslı təmiri üçün estakadayanı meydançalarda «Bakılı» növlü səyyar aqraqetların qüllələrinin qaldırılmasına küləyin gücü 5 baldan (sürəti 9 m/san-dən)

artıq olmadıqda icazə verilir.

4.8.27.Qazlift küt quyularını təmir edərkən avadanlığı və xüsusi texnikanı yerləşdirməzdən əvvəl təmir olunan quyuya, həmçinin sağdakı və soldakı quyulara (yerləşdirmə müddəti ərzində) qaz vurulması dayandırılmalıdır. Avadanlığı və xüsusi texnikanı qaz kəmərlərinin işləyən şleyfində quraşdırmaq qadağandır.

Kütdə quyu ağızlarının mərkəzləri arasındakı məsafə 1,5 m və daha az olan mexanikləşdirilmiş quyuları təmir edərkən qonşu quyu dayandırılmalı, lazım gələrsə boğulmalıdır.

Küt quyularda təmir işləri [288]–ə əsasən aparılmalıdır.

4.8.28.Küt halda istismar olunan quyularda qonşu quyu

dayandırılmadan təmirin aparılmasına, müəssisənin baş mühəndisinin (texniki rəhbərinin) təsdiq etdiyi planda nəzərdə tutulan xüsusi tədbirlərin həyata keçirilməsi və xüsusi texniki

326

vk.com/club152685050 | vk.com/id446425943

vasitələrdən istifadə edilməsi şərtləri ilə yol verilə bilər.

Kütdə qazma işləri aparmaqla yanaşı mənimsəmə, təmir, quyunun işə salınması işlərini görməyə və eyni zamanda iki briqadanın quyu təmiri ilə məşğul olmasına yol verilir. Bu halda hər bir iş icraçısı öz sahəsindəki qeyri-standart vəziyyət (qazneftsu təzahürü, texnoloji reqlamentdən kənara çıxmalar və s.) haqqında kütdə işləyən digər iş icraçılarına məlumat verməlidir. Belə olan halda qeyri-standart vəziyyət aradan qaldırılana qədər kütdə bütün işlər dayandırılmalıdır.

4.9. Neftin, qazın və kondensatın yığılması, hazırlanması və nəqli

4.9.1.Ümumi tələblər

4.9.1.1.Neftin və qazın yığılmasının, hazırlanmasının və nəqlinin texnoloji prosesləri, onların texniki təchizatı,

idarəetmə və tənzimləmə sisteminin seçilməsi, yoxlama, idarəetmə və qəzadan mühafizə vasitələrinin quraşdırılma yerləri layihələrdə nəzərdə tutulmalı və xidməti heyətin və əhalinin təhlükəsizliyini təmin etməlidir.

4.9.1.2. Neftin, qazın və kondensatın yığılması, hazırlanması və nəqli obyektlərinin qapalı sahələrində (otaqlarında) hava mühitinə nəzarət sistemi, avadanlığın dayandırılma sistemi ilə (siyirtmələrin bağlanması da daxil olmaqla) əlaqəli (bağlı) olmalıdır.

Bütün otaqlar daim işləyən çəkib–sorma ventilyasiyasına malik olmalıdırlar. Havadəyişmə [70]-ə uyğun hesablanmalıdır.

Göstərilən obyektlərin əsas texnoloji parametrləri və hava mühitinin vəziyyəti haqqında məlumatlar idarəetmə məntəqəsinə çıxarılmalıdır.

327

vk.com/club152685050 | vk.com/id446425943

4.9.1.3.Idarəetmə sistemləri obyektlərin dayandırılması xəbərdaredici siqnal qurğularına və dispetçer məntəqəsi ilə iki tərəfli rabitəyə malik olmalıdır.

4.9.1.4.Hər bir dispetçer məntəqəsindən idarə olunan obyekt, eyni zamanda bilavasitə obyektdə əl ilə idarə edilmə sisteminə malik olmalıdır.

4.9.1.5.Neft və qazın yığılma sistemi qapalı olmalı, basma, tədqiqat və hasilat quyularının quyu ağzı isə kip olmalıdır.

4.9.1.6.Neft və qazın yığılması və hazırlanması obyektlə-

rində, nasos və kompressor stansiyalarında siyirtmələrin, aparatların sıra sayı, axınların istiqaməti, onların sıra sayının layihə texnoloji sxeminə tam uyğunluğu göstərilməklə müəssisənin texniki rəhbərinin təsdiq etdiyi texnoloji sxem olmalıdır. Texnoloji sxem mümkün qəzaların ləğvi planının bir hissəsidir.

4.9.1.7. Texnoloji prosesdə, sxemdə, reqlamentdə, aparatların tərtibatında və yanğından mühafizə sistemində dəyişikliklər, ancaq texnoloji prosesi işləyib hazırlayan təşkilat və layihəni işləyib hazırlayan layihə təşkilatı ilə razılaşdırılmış normativ-texniki və layihə sənədləri olduqda aparıla bilər.

Təsdiq olunmuş layihə olmadan yenidənqurmaya və texnoloji sxemin elementlərinin dəyişdirilməsinə yol verilmir.

4.9.1.8.Kükürdlü neftlə təmasda olan və işlək texnoloji sxemdə istifadə olunmayan avadanlıq dayandırılmalı, içindəki məhsul boşaldılmalı, yuyulmalı (buxara verilməli), təsirsiz qazla doldurulmalı və qapayıcı quraşdırılmaqla işlək sxemdən izolə edilməlidir. Qapayıcıların quraşdırılması haqqında məlumat qapayıcıların quraşdırılması - çıxarılması jurnalında qeyd edilməlidir.

4.9.1.9.Texnoloji aparatlarda, məhsulda, çənlərdə və

digər tutumlarda hidrogen-sulfid olduqda və ya yanğın, partlayış zamanı zərərli maddələrin əmələ gəlməsi ehtimalı olduqda, tutumların germetikliyi pozulduqda və digər qəza

328

vk.com/club152685050 | vk.com/id446425943

vəziyyətlərində, işçilər bu maddələrin təsirindən qorunmaq üçün müvafiq fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır.

4.9.1.10. Neftin və qazın yığılması, hazırlanması və nəqli obyektləri aşağıdakılarla təchiz edilməlidir:

-qapalı otaqlarda partlayış təhlükəli qaz konsentrasiyalarına nəzarət siqnalizatorları ilə;

-yanğın siqnalizasiyası vericiləri (datçik) ilə; -separatorlarda, durulducu çənlərdə və rezervuarlarda

mayenin səviyyəsinin və təzyiqinin vəziyyətinə avtomatik nəzarət sistemi ilə;

-xəttayırıcı qurğular sistemi ilə və ya avtonom, yaxud məsafədən idarə olunan avtomatlaşmış qapayıcı armaturlarla.

Neftin və qazın yığımı, hazırlanması və nəqli obyektlərində qəza vəziyyəti yarandıqda texnoloji proseslər dərhal dayandırılmalıdır.

4.9.1.11.Texnoloji avadanlıqların qoruyucu klapanlarından çıxan maddələr tutuma yönəldilməlidir.

4.9.1.12.Kommunikasiyaların və quyuların üfürülməsi,

boşaldılması və vurulması mayenin nasosla vurulması ilə üfürmə bloku vasitəsilə yerinə yetirilməlidir. Üfürmə qazı qazayırıcıya yönəldilməlidir.

4.9.2. Neftin, qazın və kondensatın yığılması və hazırlanması üçün avadanlıqlar

4.9.2.1. Neftin, qazın və kondensatın yığılması və hazırlanması üçün avadanlıqlar müvafiq standartların və texniki şərtlərin tələblərini ödəməli, layihəyə və işlək texnoloji layihənin normalarına uyğun quraşdırılmalı və məhsulun tam saxlanılmasını (neft və qazın qapalı sistemdə yığılması və hazırlanması) təmin etməlidir.

4.9.2.2. Avadanlıqlar və boru kəmərləri nəzarət cihazları

329

vk.com/club152685050 | vk.com/id446425943

ilə (göstəricilərin idarəetmə pultuna çıxarılması ilə), tənzimləyici və qoruyucu quruluşlarla təchiz edilməlidir.

4.9.2.3.Aparatlarda və boru kəmərlərində quraşdırılan qoruyucu, tənzimləyici və qapayıcı armaturların sazlığı təsdiq olunmuş cədvələ uyğun dövri olaraq yoxlanılmalıdır.

Yoxlamaların nəticələri vaxta (növbə) jurnalında qeyd olunmalıdır.

4.9.2.4.Təzyiq altında işləyən aparatlar manometrlərlə, qapayıcı və qoruyucu aparatlarla, səviyyə göstəriciləri ilə, daxili baxış üçün lyuklarla, həmçinin boşaldılma üçün drenaj

xətti ilə təchiz olunmalıdır.

4.9.2.5. Texnoloji prosesə nəzarət və idarəetmə sistemlərinin elektrik vericiləri partlayışdan mühafizəli olmalıdır və vibrasiya, qaz hidratlarının, parafin, duz çöküntülərinin və digər maddələrin əmələ gəlməsi şəraitlərində tətbiqə hesablanmalı, yaxud nəql olunan mühitlə bir başa kontaktı istisna edən şəraitlərdə quraşdırılmalıdır.

4.9.2.6. Texnoloji boru kəmərləri və armaturlar [168]–ə müvafiq rənglərlə rənglənməli və xəbərdaredici işarə və yazılarla təmin olunmalıdır.

Boru kəmərlərinin üzərində nəql olunan mühitin hərəkət istiqamətini göstərən oxlar çəkilməlidir.

4.9.3.Nasos və kompressor stansiyaları

4.9.3.1.Nasos və kompressor stansiyalarının binaları qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun tikilib-hazırlanmalıdır.

4.9.3.2.Ehtiyat nasosları daim işəsalmaya hazır vəziyyətdə olmalıdırlar.

4.9.3.3.Təbii qazın hasilatı obyektlərində mədən kompressor stansiyaları 4.3.2 bəndinin tələblərindəkilərdən əlavə aşağıdakılarla təchiz olunmalıdırlar:

330

vk.com/club152685050 | vk.com/id446425943

-avadanlığın verilmiş parametrlərdə işləməsinin avtomatlaşdırılmış tənzimləmə sistemi ilə;

-texnoloji mühitin utilizasiya sisteminə verilməsi ilə avadanlığın qəza boşaldılmasının avtomatlaşdırılmış sistemi ilə;

-yanğınların erkən aşkarlanması və söndürülməsinin avtomatlaşdırılmış sistemi ilə;

-qəza xəbərdaretmə və rabitə sistemi ilə.

Kompressor stansiyalarının avtomatlaşdırma səviyyəsi əsas texnoloji parametrlərin qeydə alınmasını təmin etməlidir.

4.9.3.4.Kompressorların sökülə bilən birləşmələri və onların qaz kəmərləri müntəzəm olaraq istehsalçı-zavodun istismar üzrə təlimatlarında müəyyənləşdirilmiş müddətlərə uyğun kipliyə yoxlanılmalıdır.

4.9.3.5.Tamamilə avtomatlaşdırılmış kompressorlardan başqa, işləyən kompressorları nəzarətsiz istismar etmək qadağandır.

4.9.3.6.Kompressorların təhlükəsiz istismarı [10, 11]–in tələblərinə uyğun aparılmalıdır.

4.9.3.7.Nasos stansiyası binasının ən azı iki çıxışı olmalıdır. Qapılar və pəncərələr çölə açılmalıdır. Qapıların astanası (kandarı) olmamalıdır.

4.9.3.8.Nasos stansiyası binası qığılcımdan mühafizə icralı məcburi çəkib-sorma ventilyasiyası ilə təchiz edilməlidir.

4.9.3.9.Yastıqayış ötürməsinin tətbiqi qadağandır.

4.9.3.10.Aralıq vallarının divardan keçən yerlərində kipkəc bərkidicisi olmalıdır.

4.9.3.11.Nasos stansiyasının binası stansionar və ya daşınma yükqaldırıcı qurğularla təchiz olunmalı və ya hərəkət edən yükqaldırıcı mexanizmlərin tətbiqinin mümkünlüyünü təmin etməlidir.

4.9.3.12.Nasos stansiyası binasından kənarda sorucu və vurucu boru kəmərlərində qapayıcı quruluşlar quraşdırılmalıdır.

331

vk.com/club152685050 | vk.com/id446425943

4.9.3.13.Nasos stansiyası binasında sürtgü materiallarının bir sutkalıq tələbatdan artıq miqdarda saxlanması qadağandır. Sürtgü materialları qapağı olan xüsusi metal çəlləklərdə və yeşiklərdə saxlanmalıdır.

Nasos stansiyası binasında AAM və YM-in saxlanması qadağandır.

4.9.3.14.Nasos stansiyasında elektrik enerjisi qəfildən kəsildikdə elektrik mühərrikləri şəbəkədən dərhal ayrılmalıdır (açılmalıdır).

4.9.3.15.Nasos işə salınarkən və dayandırılarkən

müvafiq siyirtmələrin düzgün açılması və bağlanması yoxlanmalıdır. Vurucu xətdəki siyirtmə bağlı olduqda porşenli (pistonlu) nasosu işə salmaq qadağandır.

4.9.3.16. Sökülməzdən əvvəl nasos elektrik mühərrikindən ayrılmalı və siyirtmələri bağlamaqla və qapayıcıları quraşdırmaqla boru kəmərlərindən ayrılmalıdır (açılmalıdır).

4.9.4. Qazın kompleks hazırlanması qurğuları

4.9.4.1.Qazın kompleks hazırlanması qurğuları (qrup və qazyığma məntəqələri) təbii və neft qazı ehtiyatlarından tam və səmərəli istifadəni təmin etməlidir.

4.9.4.2.Qazın kompleks hazırlanması qurğuları, qazyığma məntəqələri, əsas qurğular və s. üçün texnoloji reqlament, müəyyənləşmiş qaydada işlənməli və təsdiqlənməlidir.

4.9.4.3.Qazın kompleks hazırlanması qurğularının, qazyığma məntəqələrinın, əsas qurğuların və s. qaz kəmərləri birinci dərəcəli boru kəmərlərinə (Pq 10MPa olduqda) olan

tələblərə cavab verməlidirlər.

4.9.4.4. Qazın kompleks hazırlanması qurğuları (QKHQ) və digər qurğular texnoloji prosesləri mexaniki və avtomatik

332

vk.com/club152685050 | vk.com/id446425943

tənzimləməyə və idarəetməyə malik olmalıdırlar. Bu qurğuların pnevmatik sistemlərinin qidalandırılması üçün keyfiyyət və parametrlərinə görə NÖC və A işində yararlı olan, qurudulmuş və təmizlənmiş havadan istifadə edilməlidir.

4.9.4.5.Hər bir buxar kəmərinin aparata girişində, aparatın işçi təzyiqinə hesablanmış əks klapan və ayırıcı quruluş quraşdırılmalıdır.

4.9.4.6.QKHQ qazın qurudulması, isidilməsi və ingibirləşməsi sisteminə malik olmalıdır. Qaz kəmərlərində, armaturlarda, avadanlıqlarda, cihazlarda hidrat tıxacları

həlledicilərin, buxarın, qaynar suyun yeridilməsi, sistemdə təzyiqin aşağı salınması ilə aradan qaldırılmalıdır. Avadanlığın isidilməsi üçün açıq oddan istifadə etmək qadağandır.

4.9.4.7.Qoruyucu klapanlarda sızma (boşluq) aşkar edilərsə, onları çəkib bərkitmək (tənzim etmək) və qapamaq qadağandır. Bu halda aparatın, avadanlığın, boru kəmərlərinin və s. istismarı dayandırılmalı və yalnız bundan sonra klapan dəyişdirilməlidir.

4.9.4.8.Qurğuda, texnoloji reqlamentdə texnoloji parametrlərin siyahısı və onların son hədd qiymətləri göstərilməlidir. Son hədd qiymətlərindən kənaraçıxma hallarında qurğu dayandırılmalıdır.

4.9.4.9.Qurğu işə salınmazdan əvvəl avadanlığın, boru kəmərlərinin, armaturların, metal konstruksiyaların, yerləbirləşdiricilərin, NÖC və A, bloklamanın, ventilyasiyanın, kanalizasiyanın, FMV və yanğınsöndürmə vasitələrinin sazlığı yoxlanılmalı, inert qazla hava sistemdən şama sıxışdırılmalıdır. Üfürülmənin sonunda çıxan qazın analizi aparılmalıdır və oksigen 1%-dən (həcmi) artıq olmamalıdır. Havanı armaturlardan və tutumlardan məşəl boru kəmərlərinə

sıxışdırmaq qadağandır.

4.9.4.10. Prosesin təhlükəli parametrlərinə nəzarət sistemləri və mühafizə sistemləri nasaz olduqda qurğunu işə

333

vk.com/club152685050 | vk.com/id446425943

salmaq qadağandır.

4.9.4.11.Qazın, kondensatın və digər texnoloji mühitin nümunəsinin götürülməsi avadanlığın maksimum təzyiqinə hesablanmış nümunəgötürən vasitəsi ilə aparılmalıdır. Müddəti keçmiş və nasaz iynəvari ventilli nümunəgötürənlərdən istifadə etmək qadağandır. Ventillərin kipliyə yoxlanması 6 ayda bir dəfədən az olmayaraq aparılmalıdır.

4.9.4.12.NÖC və A-ın müəyyən edilən parametrləri və buraxıla bilən həddləri göstərən yazıları olmalıdır.

Siqnal lampaları və digər xüsusi cihazların siqnalın xarak-

terini göstərən yazıları olmalıdır.

4.9.4.13. Avadanlığın, nəzarət sisteminin və həmçinin boru kəmərlərinin, rabitə və xəbərdarlıqetmənin qəzaya qarşı avtomatik mühafizə idarəetmə sisteminin sazlanması, təmiri və sınağı qığılcıməmələgətirməni istisna etməlidir. Partlayış təhlükəli zonalarda belə işlərin aparılması üçün Tapşırıq-icazə rəsmiləşdirilir, işlərin təşkil edilməsi və aparılmasının təhlükəsizliyini təmin edən tədbirlər işlənib hazırlanır.

4.9.4.14.Xəbərdaredici və qəza siqnalizasiyası daim işə qoşulmuş olmalıdır.

4.9.4.15.Növbəli texnoloji heyətə ancaq bəzi cihazları və avtomatlaşdırma vasitələrini istehsalat təlimatlarında müəyyənləşdirilmiş qaydada qəza söndürmələrini aparmağa icazə verilir.

4.9.4.16.NÖC və A, həmçinin bloklama və siqnalizasiya qurğularının yoxlanması, müəssisənin baş mühəndisinin (texniki rəhbərliyinin) təsdiq etdiyi cədvəl üzrə aparılır və xüsusi jurnallarda qeydiyyatdan keçirilir.

Dəniz şəraiti üçün əlavə tələblər

4.9.4.17. DDÖ-də kütdə qazın mayedən ayrılmasına (təmizlənməsi), quyuların veriminin ölçülməsinə, qazla doymuş

334

vk.com/club152685050 | vk.com/id446425943

mayenin nasosla vurulmasına, qaz axımına mayelərin və kimyəvi reagentlərin dozalarla verilməsinə yol verilir.

4.9.4.17.1.Dəniz neftqazyığımı məntəqələrində neft və qaz kondensatının termokimyəvi deemulsasiyasına, qazın qurudulmasına yol verilir.

4.9.4.17.2.Dəniz neftqazyığımı məntəqələrində, texnoloji prosesləri alov tətbiq edilməsi ilə əlaqədar olan qazın kompleks hazırlanmasının qrup qurğuları obyektləri, qaz, AAM, YM aparatlarından, hasilat quyularından və qazılan quyulardan ən mümkün maksimal uzaqlıqda (15 m-dən az olmayan)

yerləşdirilməlidir.

335

vk.com/club152685050 | vk.com/id446425943

4.9.5.Qazın aşağı temperaturlu ayrılma qurğuları

4.9.5.1.Qurğuların ərazisi çəpərlənməli və xəbərdaredici nişanlarla nişanlanmalıdır.

4.9.5.2.Aşağı temperaturlu ayrılma qurğuları avadanlığını qapalı tutumlara, qazın utilizasiya sisteminə ötürülməsi ilə üfürmək lazımdır.

4.9.5.3.Hidrogen-sulfid və ya digər zərərli maddələr olan qazları neytrallaşdırmadan və yandırmadan atmosferə buraxmaq qadağandır.

4.9.5.4.Hər bir qaz separatorunda aparatın qəzasız işini təmin edən ikidən az olmayaraq qoruyucu qurğu quraşdırılmalıdır.

4.9.5.5.Kondensatyığıcıda qoruyucu qurğular aparatın yuxarı hissəsində quraşdırılmalıdır.

4.9.5.6.Qoruyucu qurğulardan buraxılan qazlar qurğuların ərazisindən kənarda və ya çəpərləmədən 25 m-dən az olmayan məsafədə quraşdırılmış sistemə və ya məşələ (şama)

ötürülməlidir.

4.9.6.Mədən boru kəmərləri

4.9.6.1.Mədən boru kəmərinin layihələndirilməsi, tikintisi və istismarı [29, 35] tələblərinə uyğun yerinə yetirilməlidir.

4.9.6.2.Lay məhsulunun nəqli üçün boru kəmərləri gözlənilən mexaniki, termiki gərginliklərə (yüklərə) və kimyəvi təsirlərə davamlı olmalıdır. Boru kəmərləri xarici korroziyadan mühafizə olunmalıdır.

Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırıldıqdan sonra qeyri-metal boru kəmərlərini tətbiq etməyə icazə verilir.

4.9.6.3.Neftqazkondensat kəmərlərinin boruları qaynaqla birləşdirilməlidir. Flans və yiv birləşmələrinə ancaq qapayıcı armaturların, təzyiq tənzimləyicilərinin və digər

336

vk.com/club152685050 | vk.com/id446425943

aparatların, həmçinin nəzarət-ölçü cihazlarının birləşmə yerlərində yol verilir.

Hər bir boru kəmərinin əvvəlində və sonunda boru kəmərlərinin fövqəladə hallarda istismardan dərhal çıxarılması üçün qapayıcı (ayırıcı) qurğular quraşdırılmalıdır.

4.9.6.4.Boru kəmərlərinin birləşmə yerlərinin qaynağına xüsusi hazırlanmış, [34] –də nəzərdə tutulmuş qaydada attestasiyadan keçmiş qaynaqçılar buraxılır.

4.9.6.5.Boru kəmərlərinin qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət qüvvədə olan normativ sənədlərin tələblərinə

uyğun aparılır. Keyfiyyətə nəzarət və işlərin qəbulu, nəzarətin əməliyyat və vizual növünü, ölçmə, dağıdıcı olmayan nəzarət üsulu ilə qaynaq tikişlərinin yoxlanılmasını, həmçinin mexaniki sınaqları özündə birləşdirməlidir.

Daha təhlükəli hesab edilən sahələri olan boru kəmərləri (su səddləri ilə, avtomobil və dəmir yolları ilə, texnoloji kommunikasiyalarla kəsişdikdə) işə salınmazdan əvvəl borudaxili diaqnostikaya (cihazla) məruz qalmalıdırlar.

4.9.6.6.Qaz və kondensat kəmərləri ilə yolların, su səddlərinin, yarğanların, dəmir yollarının kəsişdiyi yerlərdə, döngələrin künclərində, adamların mümkün toplanma yerlərində, qazkondensat kəmərlərinin texnoloji qovşaqlarında xəbərdaredici işarə və yazılar qoyulmalıdır. Sadalanan və oxşar yerlər üçün layihədə sızma və boru kəmərlərinin partlaması təhlükəsini istisna edən (azaldan) tədbirlər nəzərdə tutulmalıdır. Göstərilən layihə həlləri müəssisənin texniki rəhbərinin təsdiqlədiyi QLP-yə daxil edilməlidir.

4.9.6.7.Boru kəmərlərinin avtomobil və dəmir yolları ilə kəsişmə hissələri bu Qaydaların 4.9.6.1 bəndi üzrə normativ sənədlərin tələblərinə uyğun polad və ya dəmir - beton

borudan olan mühafizə örtüyündə olmalıdır.

4.9.6.8. Yeraltı və yerüstü neftqazkondensat kəmərlərinin yaşayış məntəqələrindən çəkilməsinə yol verilmir.

337

vk.com/club152685050 | vk.com/id446425943

4.9.6.9.Çəkilmənin profili öz-özünü kompensasiya etməlidir, yaxud boru kəmərlərinə ölçüsü və sayı hesablanmış və layihədə göstərilmiş kompesatorlar qoyulmalıdır.

4.9.6.10.Torpaq kütləsinin təbii-iqlim xüsusiyyətlərinin təsiri altında yerdəyişməsinin (sürüşmə, uçqun və s.) əmələ gələ biləcəyi rayonlarda, boru kəmərlərinin bu hadisələrdən qorunma tədbirləri nəzərdə tutulmalıdır.

Daşıma qabiliyyəti (möhkəmliyi) kifayət qədər olmayan torpaqlarda kompensasiyaedici tədbirlər boru kəmərlərinin çökmədən və qabarmadan zədələnməsinin qarşısını almalıdır.

Qayalıq yerlərdə müvafiq örtüklər, yaxud ballast qatlarının salınması nəzərdə tutulmalıdır, bu zaman dağ şəraitlərində relyefin kəskin dəyişməsi hallarında, karbohidrogenlərin mümkün qəza tullantılarının maksimum utilizasiya edilməsi üçün və ətraf mühitə texnogen təsirləri azaltmaq üçün boru kəmərlərinin novlarda çəkilməsi nəzərdə tutulmalıdır.

4.9.6.11.Hidravlik zərbənin baş verməsinin qarşısını almaq üçün, boru kəmərlərindəki qapayıcı armaturlar asta açılmalı və bağlanmalıdır.

4.9.6.12.Boru kəmərlərinin bütün reduktorlu və ya ştokun gizli hərəkəti ilə qapanan quruluşlu qapayıcı armaturlarında, onların fırlanma istiqamətini göstərən «Açıqdır», «Bağlıdır» işarələri olmalıdır. Bütün qapayıcı armaturlar texnoloji sxemə uyğun nömrələnməlidir.

4.9.6.13.Neftqazkondensat boru kəmərlərinin quyularda (xəndəklərdə) yerləşən qapayıcı armaturları (siyirtmələr, kranlar və s.) açıb-bağlamaq üçün, onlar məsafədən idarə olunan olmalıdır və ya quyuya adam düşmədən bu əməliyyatı yerinə yetirmək üçün uzun ştokları olmalıdır.

4.9.6.14.Quyularla bilavasitə əlaqəsi olan atqı boru kəmərləri, neftqaz kəmərlərinin kipliyinin pozulduğu qəza vəziyyətlərində quyudan gələn maye axınını avtomatik kəsən əks

338

vk.com/club152685050 | vk.com/id446425943

klapanlarla və ya qapayıcı qurğularla təchiz edilməlidir.

Əgər quyunun parametrlərinin işinə məsafədən nəzarət olunursa və qapayıcı qurğular quyuların idarə pultundan bağlanırsa, məsafədən idarə olunan qapayıcı qurğuların tətbiqinə yol verilir.

4.9.6.15. Boru kəmərinin bir hissəsi və ya bütün boru kəməri istismara buraxılmazdan əvvəl içərisi təmizlənməli və o, möhkəmliyə və kipliyə sınanmalıdır.

Bu əməliyyatlar boru kəmərinin bir hissəsi və ya hamısı tam hazır olduqdan (tam örtüldükdən, bənd bərkidildikdən, armatur və cihazların, katod çıxışlarının quraşdırılmasından, sınaq obyekti üçün icra sənədlərinin təqdimindən) sonra aparılır.

4.9.6.16.Neftqazyığım kəmərlərinin (quyulardan sıxıcı nasos qurğularına və ya mərkəzi yığım məntəqəsinə qədər) üfürülməsi və sınağı layihə sənədlərinə və texnoloji reqlamentə uyğun yerinə yetirilməlidir.

4.9.6.17.Sınaq üsulları və boru kəmərinin içərisinin tə-

mizlənməsi layihə təşkilatları tərəfindən işçi layihədə, işlərin icrası layihəsində müəyyənləşdirilir.

4.9.6.18. Boruların qaz və ya hava ilə üfürülməsinə və sınağına başlamazdan əvvəl, göstərilən işlər zamanı adamların olması qadağan olunan təhlükəli zonalar müəyyən edilməli və işarələrlə nişanlanmalıdır (cədvəl 6).

Cədvəl 6

Boru kəmərlərinin hava ilə təmizlənməsi və sınağında təhlükəsizlik zonaları

Boru

Içərisi

Içərisi

Sınaqlar

kəmərlərinin

təmizlənən

təmizlənən

zamanı boru

şərti diametri,

zaman boru

zaman boru

kəmərinin

mm

kəmərinin

kəmərindən

oxundan hər

339

vk.com/club152685050 | vk.com/id446425943

 

oxundan hər

şotkanın və ya

iki tərəfə

 

iki tərəfə

porşenin

təhlükəli

 

təhlükəli

çıxması

zonanın

 

zonanın

istiqamətində

radiusu, m

 

radiusu, m

təhlükəli

 

 

 

zonanın radiusu,

 

 

 

m

 

300-ə qədər

40

600

100

300-500

60

800

150

500-800

60

800

200

800-1000

100

1000

250

1000-1400

100

1000

250

4.9.6.19.Boru kəmərlərinin üfürülməsində qazın buraxılma yerindən binalara, dəmir yolu və maşın yoluna, elektrik ötürücü xətlərinə, yaşayış məntəqələrinə qədər minimal məsafəni bu Qaydaların 6-cı cədvəli üzrə qəbul etmək lazımdır.

4.9.6.20.Hidravlik sınaqlar zamanı və suyun boru kəmərlə-

rindən çıxarılmasından sonra təhlükəli zonalar müəyyənləşdirilməli (cədvəl 7) və yerlərdə xəbərdaredici nişanlarla işarələnməlidir.

4.9.6.21.Boru kəmərlərinin hidrogen sulfid tərkibli qazla üfürülməsi və sınağı qadağandır.

4.9.6.22.Boru kəmərlərinin pnevmatik sınağı hava ilə və ya təsirsiz qazla, əvvəllər karbohidrogenli partlayış təhlükəli mühit nəql etmiş boru kəmərlərinin pnevmatik sınaqları-

təsirsiz qazla aparılmalıdır.

Cədvəl 7

Boru kəmərlərinin hidravlik sınaqlarında təhlükəsizlik zonaları

340

vk.com/club152685050 | vk.com/id446425943

Boru kəmərinin diametri, mm

82,5 kqq/sm2 təzyiqlə sınaqlarda boru kəmərinin oxundan hər iki tərəfə təhlükəli zonanın radiusu, m

82,5 kqq/sm2 təzyiqlə sınaqlarda boru kəmərlərinin uclarından qapayıcının mümkün qopma istiqamətində təhlükəli zonanın radiusu, m

82,5 kqq/sm2-dən artıq təzyiqlə sınaqlarda boru kəmərlərinin oxundan hər iki tərəfə təhlükəli zonanın radiusu, m

82,5 kqq/sm2-dən artıq təzyiqlə sınaqlarda boru kəmərlərinin uclarından qapayıcının mümkün qopma istiqamətində təhlükəli zonanın radiusu, m

 

 

 

 

 

100-300

75

600

100

900

300-500

75

800

100

1200

500-800

75

800

100

1200

800-1000

100

1000

150

1500

1000-1400

100

1000

150

1500

4.9.6.23. Üfürülmə və ya sınaqlar zamanı boru kəmərlərinin vəziyyətini müşahidə etmək üçün işlərin rəhbəri ilə ikitərəfli rabitə əlaqəsi olan baxıcılar ayrılmalıdır və onlar aşağıdakıları yerinə yetirməyə borcludurlar:

-onlara həvalə olunmuş boru kəməri sahələrində müşahidə aparmağa;

-yeraltı və yerüstü boru kəmərlərinin sınağı zamanı hərəkət üçün bağlı olan təhlükəli zonalarda və yollarda adamların, heyvanların olmasına və nəqliyyat vasitələrinin hərəkətinə yol verməməyə. Təhlükəli zonaların bu Qaydaların 6-cı və 7-ci cədvəllərində göstərilmiş ölçülərini 1,5 dəfə artırmağa;

-üfürülmənin və sınaqların aparılmasına mane olan və boru kəmərinin yaxınlığında olan adamlar, heyvanlar, tikililər və nəqliyyat vasitələri üçün təhlükə yaradan bütün vəziyyətlər haqqında işlərin rəhbərinə dərhal xəbər verməyə.

341

vk.com/club152685050 | vk.com/id446425943

4.9.6.24.Üfürülmə üçün boru kəmərinə təsirsiz qazın və ya buxarın verilməsi, hər iki tərəfində qapayıcı armatur quraşdırılmaqla çıxarıla bilən boru kəmərinin və ya elastik şlanqın vasitəsi ilə aparılır. Üfürülmə qurtardıqdan sonra müvəqqəti quraşdırılmış boru kəməri və ya şlanqlar çıxarılmalı, qapayıcı armaturlarda isə qapayıcı quraşdırılmalıdır.

4.9.6.25.Boru kəməri təbii qazla istismara buraxılmazdan əvvəl, verilmə (vurulma) yerinə təzyiqi 1 kqq/sm2-dan artıq olmayan qaz vurmaqla boru kəmərindəki hava sıxışdırılıb çıxarılmalıdır.

4.9.6.26.Dəmiryolu və avtomobil yolları ilə kəsişmə zonasında yaşayış məntəqəsi, təsərrüfat obyekti yaxınlığında qaz kəmərinin qazla sınağını, sınaqların vaxtını və təhlükəsizlik

tədbirlərini yerli hökumət (bələdiyyə) orqanlarının nümayəndələri və bu obyektləri (müxtəlif növ yollar daxil olmaqla) istismar edən təşkilatlarla razılaşdıraraq aparmaq lazımdır.

4.9.6.27.Neftqaz kəmərinin mühafizə olunan zonası ərazisində təmir işləri və ya işlərin icra planı üzrə qazılan çuxurlar (xəndəklər) istisna olmaqla layihədə nəzərdə tutulmayan kanalizasiya quyularının quraşdırılmasına və digər dərinliklərin qazılmasına yol verilmir.

4.9.6.28.Boru kəmərlərinin sınaqlarının dövriliyi neftqazçıxarma müəssisəsi tərəfindən nəql olunan mühitin xüsusiyyətləri, onun nəql olunma şəraiti və korroziya proseslərinin sürəti nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

Boru kəmərlərinin yoxlanmasının əsas nəticələri texniki pasportda əks olunmalıdır.

4.9.6.29.Boru kəmərlərinin istismarı layihədə nəzərdə tutulmuş parametrlərlə həyata keçirilməlidir. Texnoloji prosesə

və reqlamentə dəyişikliklər ancaq müəssisənin texniki rəhbərliyinin təsdiq etdiyi layihə-smeta sənədləri olduqda əlavə edilə bilər.

342

vk.com/club152685050 | vk.com/id446425943

4.9.6.30.Partlayış - yanğın təhlükəli və aqressiv qazların və məhsulların vurulması üçün nəzərdə tutulan boru kəmərlərini çöl şəraitində onların kipləşdirilməsi üçün tətbiq edilən «xamıtlar»ı və digər quruluşları olduqda istismar etmək qadağandır.

4.9.6.31.Neftqaz kəmərlərinin profilaktik baxışı zamanı baxıcılara mühafizə zonasının ərazisindəki quyulara və digər çuxurlara enmək qadağandır.

4.9.6.32.Neftqaz yığımı boru kəmərlərinin yoxlama aparılma müddəti 8 ildə bir dəfədən az olmayaraq müəssisənin

müdiriyyəti və texniki nəzarət xidməti tərəfindən, analoji boru kəmərlərinin təcrübəsini, əvvəlki yoxlamanın xarici baxışının nəticələrini və yoxlamalararası dövrdə boru kəmərlərinin təhlükəsiz və qəzasız istismarı təminatının vacibliyindən asılı olaraq müəyyənləşdirilir.

Istismara yeni buraxılmış neftqaz kəmərlərinin ilk yoxlamasını istismar başlayandan 1 il sonradan gec olmayaraq aparmaq lazımdır.

4.9.6.33.Neftqaz yığımı boru kəmərlərinin yoxlanması, texniki nəzarət xidməti tərəfindən işlənib hazırlanmış müəssisənin baş mühəndisi (texniki rəhbərliyi) tərəfindən təsdiq edilmiş cədvəllə müəyyənləşdirilmiş qaydaya uyğun aparılmalıdır.

4.9.6.34.Boru kəmərlərinin möhkəmliyə və kipliyə dövri sınağı, bir qayda olaraq, boru kəmərlərinin yoxlanması keçirilən zaman aparılmalıdır.

4.9.6.35.Boru kəmərlərinin izolyasiya örtüyünün vəziyyətinə dövri nəzarət, qruntu açmadan izolyasiyasının zədələnməsini aşkar etməyə imkan verən mövcud diaqnostika üsulları ilə, müəssisənin rəhbərliyinin təsdiq etdiyi cədvəl üzrə

aparılmalıdır.

343

vk.com/club152685050 | vk.com/id446425943

Dəniz şəraiti üçün əlavə tələblər

4.9.6.36.Küt quyulardan (DDÖ-dən) məhsulun texnoloji platformaya və ya neftin və qazın yığılması və saxlanmasının mərkəzi məntəqəsinə nəqlinin yüksək etibarlılığı üçün ehtiyat xətt olmalıdır. Ehtiyat xətt işçi vəziyyətdə olmalıdır.

Ehtiyat xəttin çəkilməsinin labüdlüyü yatağın qurulması layihəsində nəzərdə tutulmalıdır.

4.9.6.37.Neft və qaz nəql olunan sualtı boru kəmərlərinin başlanğıcında və sonunda qəza hallarında

ayırmalar üçün avtomatik bağlayıcı qurğular quraşdırılmalıdır. 4.9.6.38. Neft və qazın nəqli üçün nəzərdə tutulmuş

sualtı boru kəməri işçi təzyiqdən 1,5 dəfə artıq təzyiqlə sınanmalıdır.

4.9.6.39.Bağlı yerdə (otaqda) yerləşən nasosun işə salınmasından və neftlə doldurulmasından əvvəl sorucu ventilyasiya işə salınmalıdır. Ventilyasiya nasaz və ya işə salınmamış halda olduqda nasosun işə salınmasına icazə verilmir.

4.9.6.40.Nefti çəkib-vuran nasosun üfürmə kranı neftin yığılma tutumuna ötürülməsi üçün borucuqla təchiz edilməlidir.

4.9.6.43.Nefti çəkib-vuran nasosun elektrik intiqalının məsafədən qəza söndürmə quruluşu olmalıdır.

4.9.7.Çənlər (rezervuarlar)

4.9.7.1.Bu qaydalar polad, qaynaq edilmiş, silindr formalı, tutumu 100 m3-dən 50000m3-dək olan, xam və əmtəə neftinin yığımı, saxlanması və hazırlanması, həmçinin laya vurulmazdan əvvəl suyun yığılması və təmizlənməsi üçün

nəzərdə tutulmuş çənlərə aid edilir.

4.9.7.2. Çənin növünün seçilməsi, onun daxili təchizatı, korroziyaya qarşı örtüyü, quraşdırma üsulu, tutumundan, təyi-

344

vk.com/club152685050 | vk.com/id446425943

natından, iqlim şəraitindən, mühitin xarakterindən asılı olaraq, həmçinin itkilərin maksimum azaldılmasına hesablanmış layihəyə əsaslanmalıdır.

4.9.7.3. Hər bir çən aşağıdakılarla təchiz olunmalıdır: tənəffüs klapanları ilə, qoruyucu klapanlarla, odun qarşı-

sını kəsənlərlə, səviyyəölçənlərlə, nümunəgötürənlərlə, səviyyə siqnalizatorları ilə, manometrlərlə, süzülüb-axmanın qarşısını alan quruluşlarla (qapaqlarla), yanğına qarşı avadanlıqla, isitmə üçün avadanlıqla, qəbul-paylama boru qolları ilə, təmizləmə boru qolu ilə, ventilyasiya boru qolları ilə, lyuklarla (işıq lyuku, ölçü lyuku).

4.9.7.4.Çənin üstündə quraşdırılan tənəffüs armaturu layihədəki izafi təzyiqə və vakuuma uyğun olmalıdır.

4.9.7.5.Ətraf havanın mənfi temperaturunda 00C-dən artıq temperaturlu neft və suyun daxil olduğu çənlər donmayan tənəffüs klapanları ilə təchiz olunmalıdır.

4.9.7.6.Tutumu 10000m3-dən artıq olan çənlərin rulon üsulu ilə quraşdırılmasına yol verilmir.

4.9.7.7.Çənin divarlarının birinci kəmərinin şaquli tikişləri qəbul-paylama qol borularının arasında yerləşməməlidir; avadanlığın ayrı-ayrı elementlərinin qaynaq tikişləri bir-birindən və divarların şaquli birləşməsindən 500 mm-dən yaxın olmayaraq, üfiqi birləşməsindən 200 mm-dən yaxın olmayaraq yerləşməlidir.

4.9.7.8.Hər bir çən, ondan dağılmış mayenin hidrostatik təzyiqinə hesablanmış dairəvi torpaq bəndi ilə əhatələnməlidir.

4.9.7.9.Bilavasitə çənin yanında quraşdırılmış və ancaq bu çənə xidmət etmək üçün nəzərdə tutulan qapayıcı və əsas siyirtmələrdən başqa, digərilərinin bəndləmənin daxilində yerləşdirilməsinə yol verilmir.

Siyirtmələrin idarəetmə kameraları və quyuları bəndləmənin xarici tərəfində yerləşdirilməlidir.

345

vk.com/club152685050 | vk.com/id446425943

4.9.7.10.Çənin binövrəsi qrunt (səth) suları ilə yuyulmadan qorunmalıdır, bunun üçün suların kanalizasiya ilə təmizləyici qurğulara daimi axıdılması təmin edilməlidir.

4.9.7.11.Çənlər təmizləndikdən sonra çirklərin (çirkab suların) kanalizasiyaya axıdılması qadağandır. Çənlərin təmizlənməsindən əmələ gəlmiş çirkab suları yığılıb-sökülən boru kəmərləri ilə şlamyığanlara ötürülməlidir.

4.9.7.12.Ayrı-ayrı çənlərin və çənlər qrupunun qarşılıqlı yerləşməsi, quruluşu və aralarındakı məsafə [46] -ın tələblərinə uyğun olmalıdır.

4.9.7.13.Çən istismara buraxılmazdan əvvəl hidravlik sınaqlar keçirilir, həmçinin çənin dibinin xarici konturunun üfüqiliyi və divarlarının həndəsi forması yoxlanılır.

4.9.7.14.Istismarda olan çənlər aşağıdakılarla təmin

olunmalıdır:

a) çənin texniki pasportu ilə;

v) ponton üçün texniki pasport ilə; c) çənin dərəcələrə bölmə cədvəli ilə;

ç) çənin texnoloji xəritəsi ilə;

d)cari xidmət jurnalı ilə;

e)ildırımdan və statik elektrikləşmədən mühafizə quruluşlarının vəziyyətinə nəzarət jurnalı ilə;

j)binövrənin hamarlanması sxemi ilə;

z)ildırımdan və çənin statik elektrikləşmədən mühafizə sxemi ilə;

i)çənin avadanlığının dəyişdirilməsi göstərişləri, aktları

ilə;

y)çənin avadanlığının dəyişdirilməsinin texnoloji xəritələri

ilə;

ə) çənin inşasının icra sənədləri ilə.

4.9.7.15. Istismarda olan çənlərin, təmirinin vacibliyini və növünü, həmçinin çənin qalıq xidmət müddətini təyin

346

vk.com/club152685050 | vk.com/id446425943

etməyə imkan verən dövri diaqnostikası və tədqiqatı aparılmalıdır.

4.9.7.16.Diaqnostika [259] -a uyğun aparılmalıdır.

4.9.7.17.Diaqnostika işləri Azdövdağtexnəzarət Komitəsinin xüsusi icazəsi ilə ixtisaslaşmış təşkilatlar tərəfindən aparılmalıdır.

347

vk.com/club152685050 | vk.com/id446425943

4.9.8. Dəniz şəraiti üçün əlavə tələblər

(Neft və qazın yığılması və saxlanılması)

4.9.8.1.DNQT-də neft və qazın yığılması və saxlanılması məntəqələrində döşəmə dəmir-beton plitələrdən və ya digər yanmayan materialdan quraşdırılmalıdır.

4.9.8.2.Neftdoldurma körpüsü çənaltı meydançadan texniki sənədlərdə müəyyən edilmiş məsafədə yerləşməlidir.

4.9.8.3.Neftdoldurma körpüsü bucurqadla və 1 t-dan

az olmayan yükqaldırma qabiliyyətli kranla təchiz olunmalıdır. Bucurqad və kranların sayı yükləmə şlanqlarının sayı ilə təyin edilir.

4.9.8.4.Statik elektrik yüklənməsi nəticəsində borularda təhlükəli potensialın əmələ gəlməsinin qarşısını almaq üçün qaz və neft kəmərləri etibarlı yerləbirləşdirilməlidir.

4.9.8.5.Neft və qaz yığımı məntəqələrini qazpaylayıcı

budka ilə birləşdirən körpülər, həmçinin əmtəə rezervuarları parkını neftdoldurma körpüsü ilə birləşdirən körpülər hər iki tərəfdən müvafiq tələblərə uyğun çəpərlə çəpərlənməlidir.

Körpülərin döşəməsi yanmayan materialdan olmalıdır.

4.9.8.6.DDÖ-də küt quyulardan hasil olunmuş neft texnoloji özülə, mərkəzi yığım məntəqəsinə vurulmalı və ya ayrı-ayrı özüllərdə çənlərdə saxlanılmalıdır. DDÖ-lərdə ümumi həcmi 200 m3 çox olmayan bufer neft tutumlarını yerləşdirməyə yol verilir.

4.9.8.7.DNQT-nin və ya mərkəzi neft yığma məntəqəsinin xidmət heyəti istismar zamanı və ya qəza hallarında lazımi əməliyyatları tez və səhvsiz apara bilmək üçün texnoloji

boru kəmərlərinin yerləşmə sxemini və siyirtmələrin təyinatını bilməlidir.

348

vk.com/club152685050 | vk.com/id446425943

D.4.9.9. Tankerlərin doldurulması

4.9.9.1.Dəniz neftyığma məntəqəsinin körpüsünə yan almış neftdaşıyan gəmiyə, dəniz nəqliyyatı nümayəndələri, körpü təsərrüfatı və yanğından mühafizə dəstəsinin nümayəndələri ilə birlikdə neftin doldurulması və boşaldılması mümkünlüyünü təyin etmək üçün, yanğın təhlükəsizliyi nöqteyi-nəzərindən baxış keçirməlidirlər.

4.9.9.2.Neftdaşıyan gəmi neftin vurulması üçün boru kəmərinin şlanqla birləşdirilməsinə qədər

yerləbirləşdirilməlidir. Yerləbirləşdirmə qurğusu doldurmaboşaltma əməliyyatı bitdikdən və boru kəməri körpünün və gəminin şlanqından ayrıldıqdan sonra çıxarılmalıdır.

4.9.9.3.Gəminin boru kəmərini körpülərin doldurma-bo- şaltma qurğusu ilə birləşdirən şlanqlar, gəminin körpünün yanında yerdəyişməsinə imkan verən uzunluqda olmalıdır.

Şlanqlar yumşaq ilməklər və ya taxta dirəklərlə etibarlı saxlanılmalıdır.

4.9.9.4.Körpünün və neftdaşıyan gəminin xidmət heyəti doldurma-boşaltma işlərinin gedişinə və avadanlığın vəziyyətinə daima nəzarət etməlidir. Əmələ gəlmiş neftsızması dərhal aradan qaldırılmalıdır. Sızmanı aradan qaldırmaq mümkün olmadıqda neftin doldurulması-boşaldılması əməliyyatı nasazlıq aradan qaldırılana qədər dayandırılmalıdır.

4.9.9.5.Gəmilərin körpülərin yanında dayanması zamanı, neft doldurulması – boşaldılması əməliyyatı ilə əlaqəsi olmayan gəmilərin və digər üzən vasitələrin onlara yaxınlaşması və yan alması qadağandır.

4.9.9.6.Neftdaşıyan gəmiyə qəza təmiri lazım olduqda, neft doldurma-boşaltma əməliyyatı dayandırılmalı və gəmi

körpüdən təhlükəsiz məsafəyə çəkilməlidir.

4.9.9.7. Ildırım çaxan vaxt doldurma-boşaltma işlərini aparmaq qadağandır.

349