Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1306
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

Azdövdağtexnəzarət Komitəsinin icazəsi olmalıdır.

3.12.34.Baş verəbiləcək fontana və yanğına qarşı əlavə tədbirlər görülməli və işçi heyət təhlükəsizlik qaydaları ilə təlimatlandırılmalıdır.

3.12.35.Quyudan qaldırılacaq texniki və istismar kəmərlərinin çəkisini nəzərə alaraq müvafiq vışka, qaldırıcı mexanizm və avadanlıq seçilərək əvvəlcədən sınaqdan keçirilməlidir.

3.12.36.Hər növbədə qazma briqadası işə başlamazdan əvvəl qaldırıcı avadanlığın (tal bloku, qarmaq, qarmaq bloku,

fırlanğıc, sırğalar, tal kanatı) elevator, spayderlər, idarəedici qoruyucu qurğuların və s-nin yoxlanma baxışını keçirməlidir.

3.12.37.Quyunun yuyulması və kəmərin kəsilib (açılıb) qaldırılması zamanı əməliyyatlara nəzarət etmək üçün iş icraçısının nəzarət edə biləcəyi yerdə hidravlik çəki indikatoru və manometr olmalıdır.

3.12.38.Kəmərləri qaldırarkən onların xarici səthini təmizləmək məqsədilə quyu ağzı borutəmizləyən tərtibatla

təmin olunmalıdır.

3.12.39. Çıxarılan boruların daşınması zamanı onların yivləri qoruyucu halqalarla mühafizə olunmalıdır.

Quyuların konservasiyası

3.12.40. Quyuların konservasiyasında aşağıdakılar vacib-

dir:

a)quyuya texniki kəmərin (konduktorun) buraxıldığı dərinliyə qazma borularını buraxmaq. Yuxarıdakı (sonuncu) qazma borusuna kürəli kran və əks klapan bağlamaq;

b)preventor qurğusu vasitəsi ilə quyunun boru arxası fəzasını germetikləşdirmək;

c)aparıcı borunu fırlanğıcla birlikdə şurfa buraxmaq.

264

vk.com/club152685050 | vk.com/id446425943

Qazma (yuma) şlanqını fırlanğıcdan açmaq;

ç) qarmağı və tal blokunu buruq döşəməsinə qoymaq. Qazma və köməkçi bucurqadı əyləcdən ayırmaq;

d) qazma avadanlığının hava sistemindən havanı burax-

maq;

e)vurucu boru kəmərindən mayeni boşaltmaq və boru kəmərini sıxılmış hava ilə üfürmək. Qazma nasosundan vurma və sorma klapanlarını çıxarmaq;

ə) qazma qurğusunu elektrik cərəyanından ayırmaq (dizelli ötürücüdə yanacaq kəmərini bağlamaq);

f)obyektin mühafizəsini və quyu ağzına nəzarəti təşkil

etmək;

q)regional xüsusiyyətləri və fəsil-iqlim (klimatik) şəraitini

nəzərə almaqla obyektin müvəqqəti konservasiyası üçün əlavə tələblər müəssisə tərəfindən müvafiq qaydada işlənilmiş və razılaşdırılmış təlimatda verilməlidir.

3.12.41.Bütün konservasiya olunmuş quyuların quyuağzı avadanlıqları korroziyadan mühafizə olunmalıdır.

3.12.42.Konservasiyada olan quyuların vəziyyəti kvartalda bir dəfədən az olmayaraq xüsusi jurnalda müvafiq qeydlər aparılmaqla yoxlanılmalıdır.

3.12.43.Dərinlik nasosu ilə işləyən quyuları konservasiya edən zaman, onların yeraltı avadanlıqları çıxarılmalı, quyuağzı kəmərin flansına isə siyirtmə quraşdırılıb germetik bağlanmalıdır.

3.12.44.Tikilməsi qurtarmış quyuları konservasiya edərkən onların lüləsinin təchiz edilməsi lay təzyiqi və konservasiya müddətindən asılı olaraq müəyyən edilir.

3.12.45.Tikilən neft və qaz quyularının lüləsinin və quyu ağzının təchiz edilmə qaydası quyu lüləsində açılmış neftli-

qazlı obyektin olmasından (olmamasından) və quyunun konservasiya müddətindən asılı olaraq müəyyən edilir.

3.12.46. Konservasiyadan sonra quyuların yenidən işə

265

vk.com/club152685050 | vk.com/id446425943

buraxılması, quyunun konservasiya planını əvvəl razılaşdırmış və təsdiq etmiş təşkilatlarla razılaşdırılmış və təsdiq edilmiş plan üzrə yerinə yetirilməlidir.

3.12.47. Təşkilat, konservasiyadan sonra quyuların yenidən işə buraxılması işlərinə başlamazdan əvvəl, bu quyulara nəzarət edən FQDHH-nin müvafiq razılığını almalıdır.

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR (Quyuların tikilməsi)

3.13.Ümumi tələblər

3.13.1.Üzən qazma qurğuları (ÜQQ) aşağıdakılar mövcud olduqda istismara buraxılır:

-Dövlət komissiyasının ÜQQ-in qəbulu haqqında aktı;

-Su nəqliyyatı Dəniz Registrinin ÜQQ-in istismarına icazə verən sənədləri;

-ÜQQ-in istismara buraxılması haqqında qazma idarə-

sinin əmri.

3.13.2.Azdövdağtexnəzarət Komitəsinin nümayəndəsinin iştirakı ilə olan komissiyanın ÜQQ-n qazmaya hazır olması haqqında aktı (Əlavə 14) olduqda ÜQQ qazma işlərinə buraxılır.

3.13.3.ÜQQ-da qazma işlərinə ümumi rəhbərlik qazma qurğusunun rəhbərinə, onun olmadığı müddətdə isə – onu əvəz edən cavabdeh şəxsə həvalə olunur.

3.13.4.ÜQQ-yə gəmilərin yanalmasına yalnız, ÜQQ-nin kapitanının razılığı ilə xüsusi ayrılmış yerdə yaxşı meteoroloji şəraitdə icazə verilir. ÜQQ-nin qazma nöqtəsinə qoyulması vaxtı gəmilərin yanalması, yüklərin qəbulu və ötürülməsi

qadağandır.

3.13.5. Məsul işlər – keçid (pereqon), quyuların tikilməsi və qəzaların aradan qaldırılması – müəyyən olunmuş qaydada

266

vk.com/club152685050 | vk.com/id446425943

razılaşdırılmış və təsdiqlənmiş müvafiq planlar (layihələr) üzrə yerinə yetirilməlidir. Bu planların (layihələrin) bir nüsxəsi ÜQQ-də olmalıdır.

3.13.6.Qəza vəziyyətində həyəcan siqnalına uyğun cədvələ əsasən hərəkət edilməsi və qəzaların qarşısının alınması və aradan qaldırılması üzrə mühüm tədbirlər görülməlidır.

3.13.7.ÜQQ-də yerləşdirilən dəyişən yükün (materiallar, yanacaq, su və s.) çəkisinin və yerləşdirilməsinin xüsusi jurnalda daima qeydiyyatı aparılmalıdır.

3.13.8.ÜQQ-nin altında qrifon əmələ gəldikdə və bununla əlaqədar təhlükə yarandıqda kapitan, qurğunun qazma nöqtəsindən qəza götürülməsi üzrə, qazma gəmisi

(QG) üçün isə quyunun ağzından qəza ayrılması və kənarlaşdırılması üzrə təcili tədbirlər görməlidir.

3.13.9. Özüqalxan üzən qazma qurğusu qazma nöqtəsindən, qəza vəziyyətini istisna etməklə, ÖÜQQ-ni istismar edən müəssisənin rəhbərinin əmri ilə çıxarıla bilər (Əlavə 17 və 18).

3.13.10.Yedəyə alınmasına hazırlığa görə və həmçinin yedəkdən açılması və yedəyə götürülməsi zamanı ÜQQ–nin təhlükəsizliyinə görə məsuliyyəti ÜQQ-nin kapitanı daşıyır. ÜQQ-nin yedəyə alınmasına hazırlığa dair sənədləşdirmə jurnalının vərəqi doldurulmalıdır (Əlavə 16).

Yedək zamanı ÜQQ-in təhlükəsizliyi üzrə məsuliyyəti istismar rəisi (əsas yedəyin kapitanı) daşıyır.

3.13.11.Daşınma (yerdəyişmə) trassası, yedək gəmilərinin lazımi sayı, lövbərlərin yerləşdirilməsi sxemi və s. daşınma layihələri (planları) ilə müəyyən edilir.

3.13.12.Yedəyə alınmazdan əvvəl, ÜQQ-in daşınma

təhlükəsizliyinin təmin olunması üçün hərəkət edən piştağ (portal) və bütün yüklər bərkidilməli, göyərtə altındakı yerlərə gedən göyərtənin bütün dəlikləri və deşikləri tutulmalıdır.

267

vk.com/club152685050 | vk.com/id446425943

Qurğuda komandanın minimal heyəti qalmalıdır. 3.13.13. ÜQQ qazma nöqtəsində quraşdırılmazdan əvvəl,

dəniz dibinin mühəndis-geoloji tədqiqatları aparılmalı, suyun dərinliyi, axınları və ehtimal olunan qasırğalar zamanı yaranacaq dalğaların böyüklüyü və s. müəyyən edilməlidir. Ehtiyac olduqda, dalğıcların köməyi ilə, dənizin dibi, boru kəmərlərinin və ya başqa əşyaların olmamasını müəyyənləşdirmək məqsədi ilə yoxlanılmalıdır.

3.13.14.ÜQQ-nin quraşdırılmasında küləyin əsas orta illik istiqaməti nəzərə alınmalıdır.

3.13.15.Dayaq sütunlarına ÖÜQQ-nın platforması qaldırılanda baş verə biləcək əyilmə (ya da different) 1-1,50-dən çox olmamalıdır. ÖÜQQ-in qazma nöqtəsinə qoyulması

haqqında akt tərtib edilməlidir (Əlavə 15).

3.13.16.Yedəyin öz barabanında, təsadüfən qırılmış trosu tez əvəz etmək məqsədi ilə, ehtiyat yedəyəalma trosu olmalıdır. Yedəklənmə zamanı ÜQQ-in, yedəkli gəmilər və sahil bazası ilə fasiləsiz radiotelefon əlaqəsi olmalıdır.

3.13.17.Akvatoriyada ÜQQ-nin quraşdırılmasına başqa obyektlərdən 250 m-dən az olmayan məsafədə icazə verilir.

3.13.18.ÜQQ yaxınlığında, görünmə həddində, lakin 5 mildən uzaq olmamaqla, xilasetmə gəmisi olmalıdır.

3.13.19.Qazma vışkasının yığılıb-sökülməsi və yerdəyişməsi zamanı qurğunun yanında növbətçi gəmi olmalıdır.

3.13.20.Dəniz qurğularında qəza baş verərsə fəhlələrin vaxtında qurğudan çıxarılması işləri üzrə məsuliyyət həmin qurğuların rəhbərlərinin üzərinə düşür.

3.13.21.Küləyin sürəti 23 m/san-dən artıq olduqda qazma qurğularında quyunun yuyulması işlərindən başqa bütün işlər dayandırılmalıdır. Küləyin sür’əti 29 m/san və daha çox

olduqda isə bütün işlər dayandırılmalıdır.

3.13.22. DDÖ və ÜQQ üçün seçilmiş yerlər müvafiq hidroqrafik xidmətlə razılaşdırılmalıdır. Bu iş layihə və ya quyunun

268

vk.com/club152685050 | vk.com/id446425943

qazılma layihəsinin işlənməsi mərhələsində görülməlidir.

3.13.23.Dəniz qurğularındakı göyərtələrin, keçidlərin və iş meydançalarının müxtəlif əşyalarla qalaqlanması qadağandır. Iş zamanı istifadə olunmayan materiallar, çənlər və digər əşyalar sahilə göndərilməlidir.

3.13.24.DDÖ və ÜQQ-da quyuların qazılması müəyyən olunmuş texniki layihə üzrə yerinə yetirilməlidir. Layihənin bir nüsxəsi qazma obyektində saxlanılmalıdır.

3.13.25.DDÖ-lərdə quyuların sayı və onların yerləşmə sxemi hər özülün tikilmə layihəsində göstərilməlidir.

3.13.26.Dənizdə qazma vışkalarının istismarı prosesində 3.3.33, 3.3.36 – 3.3.42 bəndlərinin tələblərinə riayət edilməlidir.

Qazma vışkalarının texniki vəziyyətinin yoxlanılması və sınağı 304, 305 əsasən yerinə yetirilməlidir.

3.13.27. Qazma işləri qurtardıqdan sonra NQÇI quyu ilə birlikdə DDÖ-nü (EYM) də qazma təşkilatından akt tərtib etməklə qəbul etməlidir. Akt, Azdövdağtexnəzarət Komitəsinin və FQDHH-nin nümayəndələrinin iştirakı ilə tərtib edilir.

DDÖ (EYM) təhvil verildikdə onun pasportu da təhvil verilməlidir. Bu pasportda, qazma işləri zamanı özüldə aparılan təmir işləri haqqında məlumat qeyd olunmalıdır.

Sualtı quyu ağzının quraşdırılması

3.13.28.Sualtı quyu ağzının quraşdırılması ÜQQ-in rəisi (baş mühəndisi) tərəfindən təsdiqlənmiş iş planı üzrə aparılmalıdır.

3.13.29.Quyu ağzının quraşdırılması üzrə hazırlıq işlərinə başlamazdan əvvəl qazma qurğusunun rəisi, sualtı quyu ağzının quraşdırılması üzrə işlərin əsas texnoloji xüsusiyyətləri

və həmçinin ÜQQ-nin qazma kompleksinin təhlükəsiz istismarı üzrə ÜQQ işçilərini təlimatlandırmalıdır.

269

vk.com/club152685050 | vk.com/id446425943

Keçirilmiş təlimat təlimatlar jurnalında qeyd olunmalıdır.

3.13.30.Sualtı quyu ağzının quraşdırılması üzrə işlərin başlanması haqqında ÜQQ rəisinin sərəncamı gəmi və buruq jurnalında qeyd olunmalıdır. Qazma nöqtəsində ÜQQ-nin vəziyyəti stabilləşdirilmədən (oriyentasiyasız) quyu ağzının quraşdırılması üzrə işlərin aparılması qadağandır.

3.13.31.Dayaq pilətəsinin endirilməsinə, ÜQQ-nin şaquli yerdəyişməsi 1,5 m-dən çox olmadıqda icazə verilir.

3.13.34. Spayder meydançasında dayaq pilətəsini elə quraşdırmaq lazımdır ki, pilətənin mərkəzi, endirilən alətin oxu (rotorun mərkəzi) ilə üst-üstə düşsün.

3.13.35. Spayder meydançasının yerdəyişməsi zamanı adamların orada dayanması qadağandır. Adamlar kənara uzaqlaşdırılmalıdırlar.

3.13.36.Preventor (spayder) meydançasında xilasetmə jiletlərində işləmək lazımdır.

3.13.37.Dayaq pilətəsi mailliyi 3 dərəcədən çox olmayan dəniz dibinin düz olan səthində quraşdırılmalıdır.

3.13.38.Dayaq pilətəsinin dənizin dibinə rahat və zərbəsiz endirilməsini təmin etmək üçün yırğalanmanın qarşısını alan kompensatordan istifadə edilməlidir.

3.13.39.ÜQQ-də TQA blokunun quraşdırılması və istismarı üzrə təlimat olmalıdır və quraşdırılma onun tələblərinə uyğun aparılmalıdır.

3.13.40.Sualtı TQA blokunun və dəniz dayağının (stoyakın) endirilməsi, ÜQQ-nin şaquli yerdəyişməsi 1,5 m-dən çox olmadıqda aparılmalıdır.

3.13.41.Dəniz dayağının (stoyakın) endirilməsində hər seksiyanın artırılmasından (salınmasından) sonra, boğucu və drossellənmə xətləri sualtı TQA-nın kipliyə yoxlanma təzyiqi ilə

kipliyə yoxlanmalıdır.

3.13.42. Sualtı quyu ağzına sualtı TQA-nın endirilməsi qazma kəmərinin kompensatorundan istifadə etməklə və

270

vk.com/club152685050 | vk.com/id446425943

sualtı telekameranın köməyi ilə nəzarət aparmaqla yerinə yetirilməlidir.

D. Qazma gəmilərindən quyuların qazılması

3.13.43. Qazma gəmisini (QG) yeni yerə keçidə hazırlayarkən aşağıdakılara əməl olunmalıdır:

-qazma yerinə QG-nin gəlməsi və oradan getməsinə dair təsdiq olunmuş plan olmalıdır;

-yanacağın, suyun, ərzağın və digər materialların lazımi

ehtiyatını qəbul etmək;

-hidrometeoroloji xidmət üçün sifariş vermək;

-keçidin marşrutunu öyrənmək, xəritələrin, lotsiyaların

və digər naviqasiya sənədlərinin komplektini əldə etmək;

-QG-nin bütün avadanlığının, qurğularının və sistemlərinin olmasını, hazırlığını və sazlığını yoxlamaq;

-qazma və texnoloji avadanlığın, alətlərin, tərtibatların və materialların hazırlığını və sazlığını yoxlamaq;

-tal blokunu kompensatorla aşağı vəziyyətə gətirmək və bərkitmək;

-gəminin yırğalanması zamanı tal sistemi və boruların ötürülməsi qurğusunun bütün elementlərinin yerdəyişməsinin qarşısını almaq üçün onları bərkitmək;

-qalan avadanlıqların hərəkətinin (yerdəyişməsinin) qarşısını almaq üçün müvafiq tədbirlər görmək.

3.13.44. QG-nin qazma yerinə qoyulması planında aşağıdakılar olmalıdır:

-qazma yerinin koordinatları;

-həmin rayonda hidrometeoroloji şərait;

-mühəndis-geoloji şərait, o cümlədən dəniz dibinin

vəziyyəti, kabellərin, boru kəmərlərinin və QG-yə təhlükə yarada biləcək digər obyektlərin olmaması haqqında məlumat.

3.13.45. Gəmidə daima aşağıdakılar qeydə alınmalı və

271

vk.com/club152685050 | vk.com/id446425943

nəzarətdə saxlanılmalıdır:

-dənizin dərinliyi;

-küləyin istiqaməti və sürəti;

-gəminin, bort, kil və şaquli yırğalanma parametrləri;

-şaquli oxun ətrafında fırlanması;

-üfqi yerdəyişməsi;

-gəminin suya oturma dərəcəsi;

-dəniz dayağının (stoyakın) maillik bucağı;

-dalğanın hündürlüyü;

-axının sürəti.

3.13.46. Qazma və digər texnoloji əməliyyatları yerinə yetirərkən, qazmaçı daima gəminin quyu üzərində vəziyyətinə, onun üfqi yerdəyişmələrinə və dəniz dayağının maillik bucağına nəzarət etməlidir.

3.13.47.Qazma işlərinin aparılmasına, hidrometeoroloji şəraitdən asılı olaraq qazma qurğusunun rəisi QG-nin istismarı üzrə təlimata uyğun, icazə verir.

3.13.48.Gəmidə pilpilənin (qrifonun) əmələ gəlməsi ilə

bağlı müşahidə təşkil olunmalıdır.

Əgər gəminin ətrafında pilpilə əmələ gələrsə və gəmiyə təhlükə yaransa, gəminin kapitanı qazma qurğusunun rəisi ilə gəminin həmin yerdən təcili çıxması üçün tədbirlər görməlidir.

Quyu ağzından ayrılma və quyunun germetikləşdirilməsi üzrə bütün işlərə qazma qurğusunun rəisi rəhbərlik etməlidir.

D. 3.14. Qazma qurğularının, avadanlıqlarının və alətlərinin istismarı və təmiri

3.14.1. Uzunmüddətli dayanmalardan sonra istiqamətləndirici ilməklərin və dəniz dayağının (stoyak) dartıcı sistemlərinə baxış keçirilib, onların ayrı-ayrı hissələrinin iş qabiliyyəti yoxlanılmalıdır. Bu zaman əvvəlcə istiqamətləndirici ilməklərin və silindr oxunun hərəkət zonasında adamların

272

vk.com/club152685050 | vk.com/id446425943

olmamasına əmin olmaq lazımdır.

3.14.2.Istiqamətləndirici ilməklərə və dəniz dayağının (stoyak) dartıcı sisteminə profilaktiki baxış keçirilərkən və ya onların təmiri zamanı sistemdəki təzyiq atmosfer təzyiqinə qədər salınmalı, dartıcıların idarəetmə klapanları isə bağlı olmalıdır.

3.14.3.Hava-yağ tutumundakı qoruyucu diafraqmanı dəyişməzdən əvvəl dartıcı qurğu yükdən azad olmalı, yağın səviyyəsinin tənzimlənməsindən əvvəl isə o, dartma sistemindən ayrılmalıdır.

3.14.4.Istiqamətləndirici ilməklərin ümumi dartma qüvvələrinin cəmi dayaq pilətəsinin suda çəkisinin 75%-dən çox olmamalıdır.

3.14.5.Qazma kəmərinin kompensatorunun hava və hidravlik sistemlərinin birləşmələrinin təmirindən əvvəl aşağıdakılara əməl olunmalıdır:

- işlək yolları bağlayıb sistemlərdəki təzyiqi atmosfer təzyiqinə qədər salmaq;

-mərkəzi idarəetmə panelində və işlək manifold üzərində sistemin işə salınmasını qadağan edən işarələr asmaq;

-gözün, üzün dərisinin və əllərin zərərli mayelərdən mühafizəsini təmin etmək üçün tədbirlər görmək;

-kompensator silindrindən yüksək və aşağı təzyiqli şlanqları açmaq.

3.14.6. Sualtı quyuağzı avadanlığın idarəetmə sisteminin hidravlik qurğusunun təmiri və profilaktik baxışı, sistemin elektrik cərəyanı və sıxılmış havası kəsilmədən aparmaq qadağandır.

Sistemin hidravlik və hava xətlərini sistemdən ayırmazdan əvvəl təzyiq atmosfer təzyiqinə qədər

endirilməlidir.

3.14.7. Boruyerləşdirən sistemdə təmir və profilaktik işlər ancaq qoruyucu kəmərlə aparılmalıdır. Bu zaman işlək sahədə

273

vk.com/club152685050 | vk.com/id446425943

bu işlə əlaqədar olmayan adamların olması qadağandır. 3.14.8. Borututan başlıqlardan suxarıların işçi meydança-

sına açılıb düşməsinin qarşısını almaq üçün onlar etibarlı bərkidilməli və cədvəl üzrə on gündə bir dəfədən az olmayaraq onların bərk bağlanması yoxlanılmalıdır.

D. 3.15. Neft və qaz quyularının qazılması və möhkəmləndirilməsi

3.15.1.Qazma kəmərinin kompensatorunun sıxılmış hava sistemini kompensator işləyən zaman bağlamaq qadağandır.

3.15.2.Yarımdalma qazma qurğularında qaldırıbendirmə əməliyyatı zamanı qazma kəmərinin kompensator sistemi dayandırılmalıdır.

3.15.3.Qoruyucu kəmərlərin buraxılması zamanı qazma kəmərinin kompensatoru istifadə olunarsa o, qoruyucu

kəmərin 80-90% çəkisinə əvvəlcədən nizamlanmalıdır.

3.15.4.Küləyin sürəti 17 m/san-dən çox olduqda qaldırma-endirmə əməliyyatı dayandırılmalıdır.

3.15.5.Qoruyucu kəmərlər bir qayda olaraq bir bölmə ilə buraxılmalıdır. Iki bölmə ilə kəmərin buraxılmasına, birləşdirici hissə kəmərin sınanma təzyiqinə yoxlanıldıqdan sonra icazə verilir.

3.15.6.Dəniz özüllərində gəmidən sementləmə işlərinin aparılmasına dənizdə dalğalanma 3 bala qədər olduqda icazə verilir. Sementləmə üçün vurucu kəmərin gəmidən özülə keçid yeri sərbəst hərəkəti təmin etməlidir.

3.15.7.EYM-də sementləmə işi aparılarkən aqreqatlar

elə yerləşdirilməlidir ki, estakadada nəqliyyatın hərəkətinə maneçilik törətməsin.

3.15.8. Vurulan istiqamətləndirici kəmərdən sonra,

274

vk.com/club152685050 | vk.com/id446425943

quyuda 25-30 m qazma, yuyucu mayenin sürəti 0,1 m/sandən artıq olmamaq şərti ilə aparılmalıdır.

3.15.9.AYLT-li strukturlarda axtarış və kəşfiyyat quyularını qazarkən, qaz-karotaj stansiyası layın açılmasına ən azı 200 m qalmış quraşdırılmalıdır.

3.15.10.AYLT-li strukturlarda axtarış quyuları qazılarkən lay təzyiqini proqnozlaşdırmaq məqsədilə hər 50 m-dən bir ölçü işləri aparılmalıdır.

3.15.11.Quyuların sınanması müddətində meydançanın yanında daima yanğınsöndürmə gəmisi dayanmalıdır.

3.15.12.Quyuların sınanılmasından əvvəl yanğınsöndürmə və xilasetmə texnikasının sazlığı yoxlanılmalıdır.

3.15.13.Separator və onun birləşmələri sınaqda gözlənilən və planda göstərilmiş maksimal təzyiqdən 1,5 dəfə çox təzyiqə yoxlanılmalıdır.

D. 3.16. Küt üsulla quyuların qazılması

3.16.1.Maili istiqamətlənmiş quyuları qazarkən əyriliyin artan hissəsində lülənin ətrafında radiusu 3,5 m qədər olan zona lülələrin görüşməsi nöqteyi nəzərindən təhlükəli sayılır. Təhlükəli zonaya daxil olma ehtimalı yaranarsa qazma dayandırılmalı və sonrakı işlər təyin olunmuş məsul işçinin rəhbərliyi ilə təsdiq olunmuş plan üzrə aparılmalıdır.

3.16.2.Küt quyular meydançasında iki qazma qurğusu ilə maili istiqamətləndirilmiş quyular qazılarkən, quyular iki qrupa bölünməli və onların qazılma ardıcıllığı göstərilməlidir.

3.16.3.Küt quyular meydançasında eyni vaxtda

(müxtəlif qruplarda yerləşən) bir quyunun qazılmasına, digərinin isə tə’mir edilməsinə icazə verilir.

3.16.4. Küt quyular meydançasında növbəti quyunun qa-

275

vk.com/club152685050 | vk.com/id446425943

zılmasına, əvvəl qazılmış quyuların dəqiq üfqi və şaquli proyeksiyaları tərtib olunduqdan sonra, qazma müəssisəsinin baş geoloqu tərəfindən icazə verilməlidir.

3.16.5.Meydançada bir quyunun mənimsənilməsi zamanı digər quyularda gözlənilən müxtəlif mürəkkəbləşmələrə qarşı tədbir görülməli, qazma və ya təmir işləri dayandırılmalıdır.

3.16.6.DDÖ-də (EYM-də) eyni vaxtda iki qazma qurğusu ilə qazmaya icazə verilir:

- istismar quyularının qazılmasından əvvəl iki kəşfiyyat

(axtarış) quyusunun;

- məhsuldar horizontların xüsusiyyətlərini dəqiqləşdirmək məqsədi ilə istismar və kəşfiyyat quyularının.

Qeyd: Bu zaman ikinci quyunu, qazılan birinci quyuya konduktor endirildikdən və onun quyu ağzına preventor quraşdırıldıqdan sonra qazmağa başlamaq olar.

3.16.7.Qazma qurğularının vışkaaltı portallarının eyni vaxtda yerini dəyişmək qadağandır.

3.16.8.Şaqul üzrə quyu diblərinin əyilməsi eyni olan, azimutları arasındakı fərq 200-dən az olan quyuların iki qazma qurğusu ilə parallel qazılması qadağandır.

3.16.9.Iki qazma qurğusu ilə küt istismar quyularının qazılmasında, onların sirkulyasiya sistemlərinin birləşdirilməsinə o şərtlə icazə verilir ki, sirkulyasiya sisteminin ümumi həcmi iki quyunun qazılmasının layihə tələblərinə uyğun olsun.

3.16.10.Quyuların eyni vaxtda qazılması və istismarında aşağıdakı tələblərə mütləq riayət edilməlidir:

- fontan quyuları quyudaxili ayırıcı klapanla və məsafədən idarə olunan quyu ağzı siyirtmələrlə təchiz

olunmalıdır;

- istismar olunan quyuların fontan armaturu yuxarıdan və qazılan quyuların TQA-sı tərəflərindən bütöv şəkildə çəpər-

276

vk.com/club152685050 | vk.com/id446425943

lənməlidir;

-neft və qaz xətləri xətt ayırıcı siyirtmələrlə təchiz olunmalıdır.

3.16.11. Quyuların quyu ağzı arasındakı məsafələr təyin olunanda aşağıdakı tələblər nəzərə alınmalıdır:

-qazılan quyuların TQA-ın idarə olunması sistemi platformanın üst tikilisinin yuxarı yarusunda, quyudaxili ayırıcı-klapa- nın və fontan armaturunun məsafədən idarə olunan siyirtmələrinin idarə olunması sistemi aşağı yarusunda yerləşdikdə – neft quyuları üçün – 2,4 m-dən az olmayaraq, qaz və

qazkondensat quyuları üçün isə – 3 m-dən az olmayaraq;

- TQA-nın, quyudaxili ayırıcı-klapanın və quyu ağzı siyirtmələrin idarə olunması sistemi bir yarusda yerləşdikdə – 8m-dən az olmayaraq.

3.16.12. Quyuda təmir işləri, mürəkkəbləşmələrin və ya qəzaların aradan qaldırılması, hər konkret quyu üçün işlənmiş və bu işləri həyata keçirən təşkilatın rəhbərliyi tərəfindən təsdiqlənmiş plan üzrə aparılmalıdır. Planda, işin aparılması qaydası, təhlükəsizlik tədbirləri, işlərin yerinə yetirilməsinə cavabdeh şəxs göstərilməlidir.

3.16.13.DDÖ-nün bir qrupunda olan quyuda tə’mir işlərinin və digər qrupunda olan quyuda qazma işlərinin aparılmasına icazə verilir.

3.16.14.Qazma quyularının birində qazneftsu təzahürü olduqda, mürəkkəbləşmələrə qarşı tədbirlər görülməklə, digər qazma qurğusunda bütün işlər dayandırılmalıdır. Quyuların eyni vaxtda qazılması, təmiri və istismarı zamanı, baş verən qazneftsu təzahürü faktı ilə istismar idarəsinin rəhbərliyi xəbərdar olunmalıdır və bütün quyularda istismar və təmir işləri dayandırılmalıdır.

D.3.17. Tullanışa qarşı avadanlığın quraşdırılması,

277

vk.com/club152685050 | vk.com/id446425943

sökülməsi və istismarı

3.17.1.Bu işlər 298 -in tələblərinə uyğun aparılmalıdır.

3.17.2.Hər buruqda TQA-nın quraşdırılmasının nümunəvi sxemi olmalıdır.

Sxem FQDHH və Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmalı və «Azneft» Istehsalat Birliyinin (yuxarı təşkilatın) rəhbərliyi tərəfindən təsdiq edilməlidir. Buruqda idarənin baş mühəndisi tərəfindən təsdiq edilmiş TQA-ın faktiki sxemi olmalıdır.

3.17.3.Preventorda, manifoldda və hidravlik idarəetmə sistemində təzyiq olduqda hər hansı bir quraşdırma, sökmə və nasazlığın aradan qaldırılması işinin aparılması qadağandır.

3.17.4.Güclü yağış və qar yağdıqda, yer buz bağladıqda, duman, həmçinin küləyin sürəti 15 m/san-dən çox olduqda TQA-ın quraşdırılması və sökülməsi üzrə işlərin aparılması qadağandır.

3.17.5.Işə başlamazdan bir neçə gün əvvəl (3-5 gün) quraşdırılacaq avadanlıqların komplektliyi və ölçüləri, lazımi inventar və alətlərin vəziyyəti, həmçinin yanğın əleyhinə vasitələr yoxlanılmalıdır.

3.17.6.Rotoru çıxararkən işçi meydançasında yalnız çıxarılma prosesində iştirak edən işçilər qalmalıdır. Çıxarılmış rotor kənara çəkilməli və işçi meydançasında əvvəlcədən

hazırlanmış yerə qoyulmalıdır. Rotoraltı boşluq çəpərlənməli və həmin keçid iş aparılmayan müddət ərzində xüsusi döşəmə ilə örtülməlidir.

3.17.7.Avadanlığın ilməklənməsi pasportda göstərilən yerlərdən aparılmalıdır. Avadanlıqda ilməkləmə yeri suya davamlı rənglə göstərilməlidir.

3.17.8.Preventor meydançasında yerləşən işçilərlə qazmaçı arasında ikitərəfli etibarlı rabitə əlaqəsi olmalıdır.

3.17.9.Preventorun və ya preventor yığımının işçi mey-

278

vk.com/club152685050 | vk.com/id446425943

dançasındakı rotoraltı boşluqdan istiqamətləndirilməsini ən azı iki fəhlə aparmalıdır.

3.17.10.TQA-nın vışkaaltı boşluqdan endirilməsi və qaldırılması zamanı preventor meydançasında yük altında dayanmaq və bu zaman nənnini endirmək, qaldırmaq və onun köməyi ilə iş görmək qadağandır.

3.17.11.Preventor yığımının üzərində dayanaraq quraşdırma və sökmə işlərinin aparılması qadağandır. Fəhlələr bütün işləri nənnidən aparmalıdırlar.

3.17.12.Əl ilə idarə olunan sükan (şturval), qalınlığı

40mm-dən az olmayan taxtalardan hazırlanmış, üzəri isə qalınlığı 3 mm-dən az olmayan dəmirlə üzlənmiş, quyu ağzından 5 m-dən az olmayan məsafədə, asan keçidi olan yerdə, qoruyucu lövhənin arxasında quraşdırılmalıdır.

3.17.13. Atqı xətlərinin yüksək təzyiq altında mümkün ola biləcək titrəməsini nəzərə alaraq, onlar möhkəm bərkidilməli, istehsalat və məişət yerlərindən (qurğularından), EYM-dən, elektrik xətlərindən kənara istiqamətləndirilməli və özülün hüdudlarından 1m kənara çıxarılmalıdır.

3.17.14.Hidravlik idarəetmənin əsas pultu quyu ağzından 10 m-dən az olmayan məsafədə qoyulmalı və yaşayış bloku tərəfdə yerləşdirilməlidir. Pult yerləbirləşdirilməlidir.

3.17.15.Iki ildə bir dəfədən az olmayaraq preventorun hidravlik rezin kipgəcləri tamamilə dəyişilməli, saxlanılma müddətində isə birbaşa günəş şüalarından qorunmalıdır.

3.17.16.Ayda bir dəfədən az olmayaraq bütün manometrlərin sazlığı yoxlanılmalıdır.

D.3.18. Açıq qaz və neft fontanlarının qarşısının

alınması və ləğvi

279

vk.com/club152685050 | vk.com/id446425943

3.18.1.Obyektlərdə neft-qaz təzahürü və açıq fontan ehtimalı olan işlərə başlamazdan iki gün əvvəl müəssisənin rəhbərliyi FQDHH-nin rəhbərliyinə xəbər verməlidir.

3.18.2.Neft-qaz təzahürü və açıq fontan ehtimalı olan işlərin görülməsinə icazə verən müəssisənin əməkdaşları obyektin bu işlərin görülməsinə hazır olması üçün şəxsi məsuliyyət daşıyırlar.

3.18.3.Qazılan quyunun ağzı TQA ilə sxem üzrə təchiz olunmalı və həmin sxem Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılmalı və dənizneftqaz-mədən obyektini

(DNQT, ÜQQ) istismar edən müəssisə tərəfindən təsdiq olunmalıdır. Sxemlərin nüsxələri, onların elementlərinin faktiki parametrləri, DNQT-də (ÜQQ-də) və onlara xidmət edən FQDHH-də, pasportu isə TQA-nın yerləşdiyi obyektdə saxlanılmalıdır.

3.18.4.TQA-nın atqı xətti DNQT-nin elementlərinə möhkəm bərkidilməlidr. Dayaqlar arasındakı məsafə 4 m-dən çox olmamalıdır.

3.18.5.TQA-nın sxemində bütöv kəsici plaşkası olan preventor olmalıdır.

3.18.6.Preventorların məsafədən idarə olunması qazmaçının postundan və quyu ağzından 15-20 m məsafədə rahat və əl çatan yerdə, heyətin xilasetmə vasitələrinə doğru təxliyə yolunda quraşdırılmış pultdan yerinə yetirilməlidir.

3.18.7.Axtarış (kəşfiyyat) quyusunu qazarkən, aralıq kəmərini buraxdıqdan və onu TQA ilə birlikdə sınaqdan keçirdikdən sonra buraxılmış kəmərin başmağının aşağısında layların hidravlik yarılma təzyiqinin qradiyentinin dəqiqləşdirilməsi və AYLT-li zonaların açılmasının proqnozlaşdırılması üzrə kompleks işlər aparılmalıdır.

3.18.8.Sualtı TQA bloku qabaqcadan yarımdalma ÜQQdə işçi təzyiqə sınanmalıdır. Bilavasitə suyun altına bura-

xılmazdan əvvəl sualtı TQA-nın hər bir hissəsinin işi

280

vk.com/club152685050 | vk.com/id446425943

nəzarətdən keçirilməlidir.

3.18.9.Sualtı TQA bloku və onun manifoldu quyu ağzında kəmər başlığı ilə sınama tıxacından istifadə etməklə işçi təzyiqə sınanmalıdır.

Sınanma FQDHH-nin nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

Sınanmanın nəticələri barədə akt tərtib olunmalıdır.

3.18.10.Aşağıdakı hallarda sualtı TQA-nın elementlərinin vəziyyəti yoxlanılmalıdır:

1) məhsuldar horizontun açılmasına qədər:

plaşkalı preventor – həftədə bir dəfə; universal preventor – ayda bir dəfə;

2) məhsuldar horizontu qazan zaman: plaşkalı preventor – həftədə 2 dəfə; universal preventor – ayda 2 dəfə.

3.18.11. Neft-qaz təzahürlərinin və açıq fontanların qarşısının alınması üçün, neft və qaz sənayesində quyuların tikilməsi və təmirində 307 -in tələbləri, yataqların qazılması və istismarı üzrə işləri aparan təşkilatlar tərəfindən işlənmiş tədbirlər yerinə yetirilməlidir.

3.18.12. Açıq fontan əmələ gəldikdə, qəza obyektində olan cavabdeh şəxs bu barədə idarənin rəhbərliyini və FQDHH-ni xəbərdar etməlidir. Cavab tədbirləri, obyektin fövqəladə hallar əməliyyat planına uyğun olmalıdır.

3.18.13. Açıq fontan baş verdikdə heyət vışkanın, qəzalı quyu ağzının və quyu ağzı ətraf zonanın su ilə sulanması (oroşenie), həmçinin yaşayış bloku və qazılan quyular, qazılan və istismar olunan quyular arasında, kollektiv xilasetmə vasitələrinin və portalı hərəkətə gətirən hidrosistemin ötürücüsünün yanında su sipərlərinin yaradılması məqsədi ilə əsas qəza nasoslarının işləməsi üçün elektrik enerjisinin (qəza dizel generatoru) qəza mənbəyini işə salmalıdır.

3.18.14. Yaşayış və texnoloji blokların, təxliyə yollarının

281

vk.com/club152685050 | vk.com/id446425943

və kollektiv xilasetmə vasitələrinin quraşdırıldığı yerlərin qazlılığı yoxlanılmalıdır.

3.18.15.Açıq fontanın ləğvi üzrə təşkilati-texniki tədbirlərin işlənilməsi və işlərin aparılması üçün, təşkilatın, lazım gəldikdə isə yuxarı təşkilatın əmri ilə ştab yaradılmalıdır. Ştab aparılan işlərin vəziyyətinə və nəticələrinə görə tam məsuliyyət daşıyır.

3.18.16.Açıq fontanın ləğv olunmasına cəlb olunmuş gəmilər ştabın rəisinə tabe olmalı, onların qeyri-məhdud sahədə üzmək ixtiyarı, etibarlı əlaqəsi (ratsiya, işıq telefonu və

b.) və xilasedici vasitələri olmalıdır.

Gəmilərin sayı açıq fontanın xüsusiyyətindən, onun debitindən və bu gəmilərin texniki imkanlarından asılı olaraq ştab tərəfindən müəyyən edilir.

3.18.17.Açıq fontanın ləğvi ilə əlaqəsi olmayan şəxslərin qəza obyektində, həmçinin qəza işlərinə cəlb olunmuş üzən vasitələrdə olması qadağandır.

3.18.18.DNQT-də ikinci qazma qurğusu və ya kütdə

digər işlək quyular olarsa, açıq fontan zamanı, qazma işləri dayandırılmalı və işlək quyulardan neftin (qazın) çıxarılmasının dayandırılmasına dair tədbirlər görülməlidir.

3.18.19.DNQT-də yanan fontanların söndürülməsi üzrə işlər, bu sahədə qüvvədə olan normativ və rəhbər sənədlərə uyğun yerinə yetirilməlidir.

3.18.20.Açıq fontan ləğv olunarkən fontanın şırnağı və özülün quyuağzı zonasında olan metal konstruksiyalar (küt quyularda – yaxınlıqdakı quyular) yanğınsöndürmə gəmilərində və DNQT-də olan stasionar və daşınma suvurucularla fasiləsiz olaraq su ilə sulanmalıdır (su şırnağı ilə).

3.18.21.Açıq fontanın ləğv olunması prosesində, fontan verən quyunun quyu ağzında və onun ətrafında fontan verən quyunun məhsullarının (neftin, kondensatın) toplanmasının

282

vk.com/club152685050 | vk.com/id446425943

qarşısının alınmasına dair bütün tədbirlər görülməlidir. 3.18.22. Yanan zonaya yanğınsöndürən gəminin daxil

olmasından əvvəl, gəminin gövdəsinin qoruyucu suvarmasını işə salmaq və gəminin alovla əhatəyə alınması təhlükəsinin qarşısını almaq üçün tədbirlər görülməlidir.

D.3.19. Quyuların sınanması

3.19.1.Quyunun sınanması zamanı DNQT-nin və ya ÜQQ-nin yaxınlığında daima hazır vəziyyətdə yanğınsöndürən

gəmi olmalıdır.

3.19.2. Sınanmadan əvvəl vacibdir:

-yanğınsöndürmə və xilasetmə vasitələrinin hazır vəziyyətdə olmasını və komplektliyini yoxlamaq;

-yandırma (məşəl) bloku olan quyuda, məhsulun yandırılma qurğusunda boru kəmərləri sistemlərinin bərkidilməsini və oxunu birləşmələrini yoxlamaq;

-DNQT-in (ÜQQ) gövdəsinin su ilə sulanma (su sipəri)

və odluqların yandırılma sistemləri yoxlanılmalı və məşəlin məsafədən alışdırılması quruluşunun sazlığına əmin olmalı;

- separatoru yığımla (obvəzka) birlikdə və həmçinin quyu məhsulunun yandırılması üçün quruluşun boru kəmərləri sistemini kipliyə yoxlamalı.

3.19.3.Separatorun yığımla birlikdə kipliyə yoxlanılması quyunun sınanması zamanı gözlənilən maksimal təzyiqdən 1,5 dəfə artıq təzyiqlə aparılmalıdır. Maksimal təzyiq yerinə yetirilən işin planında göstərilməlidir.

3.19.4.Yandırma (məşəl) bloku olarkən sınanmanın başlanmasından əvvəl DNQT-nin odluq blokunun yaxınlığındakı gövdəsinin su ilə sulanma (su sipəri) sistemi işə salınmalı və

odluqların növbətçi məşəli yandırılmalıdır.

3.19.5. Sınanmış quyuların məhsulu separatordan keçməklə DNQT-nin (ÜQQ) küləkdöyməz tərəfində (bax əlavə 1-

283

vk.com/club152685050 | vk.com/id446425943

ə) yerləşən yandırma (məşəl) qurğusuna ötürülməlidir.

3.19.6.Quyu məhsulunun yandırılması blokunün odluqlarının məhsuldarlığı, sınaqdan keçirilən quyu məhsulunün gözlənilən miqdarına uyğun olmalıdır. Odluqların sayı 2-dən az olmamalıdır.

3.19.7.Sınanılan quyuların məhsulu yandırılan zaman, quyu məhsulunun tüstüsüz yanmasını təmin etmək üçün yanma zonasına havanın və suyun ötürülməsi tənzimlənməlidir.

3.19.8.DNQT-də, yandırma bloku olmadıqda sınanılan

quyunun məhsulları xüsusi tutumlara ötürülməlidir.

3.19.9. Quyuların sınanmasında FQDHH-nin nümayəndəsi iştirak etməlidir.

D. 3.20. Quyuların ləğv edilməsi və konservasiyası

Ümumi tələblər

3.20.1. Quyu ağızları su altında yerləşən quyuların ləğvi və konservasiyası planı Xəzərdənizneftdonanma idarəsinin və Xəzər Dövlət Gəmiçilik Idarəsinin hidroqrafik xidməti və su mühitinə nəzarət orqanı ilə razılaşdırılmalıdır.

Əgər quyuların ləğvindən və ya konservasiyasından sonra, DNQT-də nə qazma quyuları, nə də istismar quyuları qalmayıbsa, planda naviqasiya avadanlıqları vasitələrinin yerləşdirilmə sxemi göstərilməlidir.

3.20.2.Ləğv edilən və konservasiya olunan quyuların sement körpüləri və onların sınaqdan keçirilməsi FQDHH-nin nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

3.20.3.Quyu ağzı su altında olan hər bir konservasiya olunan quyu üçün Xəzərdənizneftdonanma idarəsinin hidroq-

rafik

xidmətinə

naviqasiya

avadanlığı

vasitələrinin

284

vk.com/club152685050 | vk.com/id446425943

yerləşdirilmə sxemi ilə birlikdə vaxtında sifariş (məlumat) verilməlidir.

3.20.4.Quyu ağzı su altında olan quyuların avadanlıqla və naviqasiya vasitələri ilə təchiz edilməsi, gəmiçiliyin təhlükəsizlik texnikası müfəttişliyi və liman nəzarətçisinin iştirakı ilə müəssisə tərəfindən yerinə yetirilməlidir.

D.Quyuların ləğv edilməsi

3.20.5.Bütün ləğv ediləcək quyuların quyu ağzı ilə əlaqəsi olan axırıncı kəmərində (ən kiçik diametrli) ən azı 50 m hündürlüyündə sement körpüsü qoyulmalıdır.

Sement körpüsünün yuxarı qurtaracağı dəniz dibi səviy-

yəsində olmalıdır.

3.20.6. Quyu ağzı dəniz səviyyəsindən yuxarıda yerləşən quyuları ləğv etmək üçün, onların ağızları DNQT-nin döşəməsi səviyyəsində olmalı, yivli qapayıcı ilə və ya standart yiv bərkidicili boğuq flansla təchiz olunmalıdır.

Qapayıcıların və flansların reper və nəzarətedici ventil qaynaqlanmış kiçik qol borusu olmalıdır.

Diametri 75 mm və uzunluğu 500 mm olan reperin borusuna, ölçüləri 400x200x5 mm olan polad lövhə qaynaq edilməlidir.

Reperin bu lövhəsinə elektrik qövs qaynağı ilə aşağıdakılar yazılmalıdır: quyunun nömrəsi, neft mədəninin adı (sahə), quyunu qazan müəssisənin adı və qazmanın başlanma və qurtarma tarixi.

3.20.7. ÜQQ-dən qazılmış quyunu ləğv edərkən dəniz dibindən üzə çıxmış istismar kəməri (əgər qazma zamanı quyuda xüsusi dəniz dibi kəmər başlığından istifadə edilməyibsə) ləğv edilməlidir.

Texniki kəmərin dənizin dibində qalan hissəsinin hündürlüyü müvafiq hidroqrafik xidmətlə razılaşdırılmalıdır.

285

vk.com/club152685050 | vk.com/id446425943

3.20.8.Quyu ağzı su altında yerləşən quyuları ləğv edərkən, dəniz dibindən müəyyən hündürlükdə çıxan kəmər başlığına xüsusi konstruksiyalı qapayıcı (boğüq flans) quraşdırılmalıdır ki, quyu ağzını etibarlı kipləşdirmək mümkün olsun.

3.20.9.Qazma tamamlandıqdan sonra ÜQQ-nin qazma qurğusunu qazma nöqtəsindən çıxaran zaman gəmiçilik üçün təhlükəsizliyi təmin etmək məqsədilə dənizin dibi diqqətlə tədqiq edilməlidir. Dəniz dibini tədqiq edərkən, tərtib edilən aktdan Xəzər Dövlət Gəmiçilik Idarəsinin və

Xəzərdənizneftdonanma Idarələrinin hidroqrafik xidmətlərinin hər birinə bir nüsxə təqdim edilməlidir. Dəniz dibinin tədqiqi ixtisaslaşdırılmış xüsusi xidmət heyəti tərəfindən yerinə yetirilməlidir.

3.20.10.Quyunun ləğvi işi qurtardıqdan sonra, icraçı müəssisənin geoloji xidmət şöbəsi quyunun ləğvi üçün arayış tərtib etməlidir. Həmin arayışa dəniz dibinin tədqiqi haqqında aktın bir nüsxəsi əlavə edilməlidir.

D.Quyuların konservasiyası

3.20.11.Konservasiya edilən quyuda hər ay quyuağzı avadanlığın vəziyyəti yoxlanmalı və xüsusi jurnalda quyuağzı təzyiq qeyd edilməlidir. Quyu ağzında təzyiqin qalxması, qaz buraxması və ya pilpilə (qrifon) əmələ gəlməsi halları müşahidə edildikdə, onların vaxtında qarşısını almaq üçün təxirə salınmadan müəssisənin rəhbərliyinə və FQDHH-yə xəbər verilməlidir.

3.20.12.Hər bir konservasiya edilmiş quyuda quyu ağzı üzərində reper quraşdırılmalıdır. Reperin ölçüləri: diametri 25 mm və uzunluğu 300 mm olan polad çubuğun üzərinə ölçüləri 400x200x5 mm olan polad lövhə qaynaq edilməlidir. Bu polad lövhəyə aşağıdakılar yazılmalıdır: quyunun nömrəsi, neft yata-

286

vk.com/club152685050 | vk.com/id446425943

ğının və müəssisənin adı, konservasiya tarixi və müddəti. 3.20.13. Hər bir konservasiya olunmuş quyu (dərinlik na-

sosu ilə istismar edilən quyular istisna olunmaqla) fontan armaturu ilə təchiz edilməlidir.

Quyunun ağzı su səthindən yuxarı yerləşdikdə siyirtmələrin şturvalları (nəzarət məqsədi daşıyan siyirtmələrdən başqa) çıxarılmalı, armaturun kommunikasiyaları ayrılmalı, armatur siyirtmələrinin xarici flansları flans qapayıcıları ilə təchiz olunmalı, manometrlər (nəzarət manometrindən başqa) çıxarılmalı və onların quraşdırıldığı yer bağlanmalıdır.

3.20.14. Tikilən quyunun konservasiya edilməsi üçün quyu ağzının su altında olan hissəsinin germetikliyini təmin etmək və konservasiya vaxtı qurtardıqdan sonra sirkulyasiyanı bərpa etmək məqsədilə, quyu ağzının su altında olan hissəsinə xüsusi kaptaj başlığı quraşdırılmalıdır.

3.20.15. Konservasiya edilən quyunun dayaq pilətəsi, konservasiya edilmiş quyu ağzının yerini təyin etmək üçün hidroakustik mayakla və eyni zamanda xüsusi üzən qoruyucu işarə ilə təchiz edilməlidir (işarədə quyunun nömrəsi, neft yatağının və müəssisənin adı, konservasiya tarixi və müddəti yazılmalıdır).

3.20.16. Neft və qaz quyularını konservasiya edərkən, quyu ağzı sualtı fontan armaturu ilə təchiz edilməlidir. Mühəndis-dispetçer məntəqəsində konservasiya olunmuş quyuların nəzarət və idarəetmə panelinin üstündə, konservasiya müddətini göstərən lövhə asılmalıdır. Məsafədən idarəetmə sistemi söndürülməlidir.

287