Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

-divarlardan, digər tikililərdən keçən kabelləri mexaniki zədələnmələrdən mühafizə etmək üçün istifadə edilən metal borular;

-[15] – də nəzərdə tutulan digər hallar.

5.10.2.Səyyar laboratoriyanın və ya ayrıca bir aparatın yerləbirləşdirilməsi DNQT-nin metal konstruksiyalarına bolt birləşməsi və ya xüsusi yerləbirləşdirici sıxac vasitəsi ilə yerinə yetirilməlidir.

5.10.3.Gövdənin yerləbirləşdirilməsi üçün polad burazlardan (kanat) və yanalma burazlarından istifadə etmək qada-

ğandır.

5.10.4. Daşınma yerləbirləşdirici əvvəlcə DNQT-nin metal konstruksiyasına etibarlı birləşdirilməli, sonra isə xüsusi sıxacların və digər inventar vasitələrin köməyi ilə yerləbirləşdiriləcək hissələrə bərkidilməlidir.

Yerləbirləşdirici kimi bu məqsədlər üçün nəzərdə tutulmamış hər hansı bir naqildən (keçiricidən) və ya onların topasından (burumundan) istifadə etmək qadağandır.

D. 5.11. Ildırımdan və statik elektrikləşmədən mühafizə

5.11.1.Vışkanın, dorun DNQT-nin metal konstruksiyası ilə və ya yerləbirləşdirici yerlə etibarlı elektrik kontaktı olduqda, DNQT-nin hündür konstruksiyalarında (vışka, dor və s.) ildırımqəbuledicilər quraşdırılmaya bilər.

5.11.2.Ildırımqəbuledici, cərəyanötürücü və yerləbirləşdirici arasındakı birləşmələr qaynaqlanmalı və ya misdən (mis xəlitələrdən) olan bolt sıxaclarla və yaxud korroziyaya qarşı

mühafizə örtüyü olan polad sıxaclarla etibarlı bərkidilməlidir. 5.11.3. Əgər vışkanın (dorun) yuxarı qurtaracağında

elektrik avadanlığı quraşdırılmışdırsa, onda vışka ilə (dorla)

375

vk.com/club152685050 | vk.com/id446425943

etibarlı kontaktı olan metal mildən (şiş) ildırımqəbuledici olmalı və o elə bərkidilməlidir ki, elektrik avadanlığından 0,5 m yuxarı çıxmış olsun.

5.11.4.Ildırımötürücü xətlər vışkanın, dorun və DNQTnin digər hündür tikililərinin (qurğularının) bayır tərəfi ilə ən az əyintilərə yol verməklə çəkilməlidir. Bu xətlər partlayış təhlükəli yerlərdən çəkilməməlidir (keçməməlidir).

5.11.5.Gəmidən DNQT-yə xüsusi elastik elektrik keçirici şlanq vasitəsilə yanacaq və səpələnən (elektrostatik aktiv olan) materiallar qəbul edilərkən (ötürülərkən) gəmi boruları

ilə DNQT arasında fasiləsiz və etibarlı elektrik əlaqəsi təmin olunmalıdır. Bu məqsəd üçün dielektrik elastik şlanqlar tətbiq olunarsa, onların metal ucluqları şlanqın xaricindən və ya daxilindən keçirilmiş (dolanmış) elastik (əyilgən) çox damarlı (telli) mis məftil vasitəsilə yerləbirləşdirilməlidir. Yerləbirləşdirici naqilin (məftilin) digər ucu DNQT-nin metal konstruksiyasına etibarlı birləşdirilməlidir.

Şlanqların ucluqları zərbədən qığılcım verməyən (mis, tunc və s.) materialdan olmalıdır.

5.11.6. Statik elektrikləşmədən mühafizə üçün DNQT-nin otaqlarında (bağlı yerlərində) və onların xaricində yerləşən metal armaturlar, tutumlar, boru xətləri, hava xətləri, doldurma-boşaltma qurğusu etibarlı olaraq yerləbirləşdirilməlidir.

376

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 6

ENERGETIK QURĞULAR

6.1.Energetik qurğular partlayış təhlükəsi olmayan otaqlarda (binalarda) və zonalarda yerləşdirilməlidir.

6.2.Energetik qurğuların və qazanxana aqreqatlarının idarəetmə postlarında bağlayıcı, tənzimləyici və qoruyucu qurğuların təyinatını göstərən boru sistemlərinin mnemosxemləri asılmalıdır.

6.3.Energetik qurğunun idarəetmə postu etibarlı telefon əlaqəsi ilə təmin olunmalıdır.

6.4.Avtomatlaşdırılmış maşın zallarının və qazanxana-

ların girişlərində «Diqqət! Mexanizmlər avtomatik işə salınır» təhlükəsizlik plakatı (nişanı) asılmalıdır.

6.5. Energetik qurğuların işlənmiş qazlarını xaricetmə boruları küləyin orta illik əsas istiqaməti nəzərə alınmaqla otaqdan (binadan) xaricə çıxarılmalı və yanğın təhlükəsizliyi tələblərinə əməl edilməklə səsboğucu qığılcımsöndürənlə təchiz olunmalıdır.

6.6.Energetik qurğunun mühərrikinin işlənmiş qazları xaricetmə borusunda mühərriki istehsal edən zavodla razılaşdırmadan əks təzyiq, girişində isə boşluq yaradan qurğuların tətbiqi qadağandır.

6.7.Energetik qurğuların yanacaq və yağ boru kəmərləri sistemlərinin sökülə bilən birləşmələri (flans birləşmələri, muftalar və s.) sökülməzdən əvvəl onların altına vedrə və ya müvafiq qab qoyulmalı və işlər qurtardıqdan sonra onlar lazımi yerə boşaldılmalıdır.

6.8.Energetik qurğuların hava-boru sistemlərində yana-

caq və yağ buxarlarının yığılmasının qarşısını almaq məqsədi ilə onlar ildə iki dəfə buxar və ya istifadəsinə icazə verilmiş yuyucu tozlarla təmizlənməli və sıxılmış hava ilə üfürülməlidir.

377

vk.com/club152685050 | vk.com/id446425943

6.9.Səsboğucu örtüyü olmayan daxiliyanma mühərriklərinə (DYM) və qaz-turbin qurğularına (QTQ) xidmət zamanı səsdən mühafizə vasitələrindən (qulaqlıqlar-antifonlar) istifadə edilməlidir. DYM və QTQ-nin idarəetmə pultları səsdən və titrəyişdən tədric olunmalıdır.

6.10.DYM işə salınan zaman onun sıxılmış hava sisteminin qoruyucu klapanının yaxınlığında adamların olması qadağandır.

6.11.QTQ işləyən zaman havasorucu kameraya girmək qadağandır.

6.12.QTQ-nin yağ sistemindəki yağın açıq odla qızdırılması qadağandır.

6.13.QTQ-nin drenaj sistemi ayda bir dəfədən az olma-

yaraq üfürülməlidir.

6.14.QTQ-nin sökülməsi, onun işəsalma mühərrikinin yanacaq sistemi enerji ilə təminetmə sistemlərindən ayrılıqdan sonra yerinə yetirilməlidir.

6.15.Qazanxanaların qurulması və istismarı [12] tələblə-

rinə uyğun olmalıdır.

6.16. Aşağıdakılar qadağandır:

a)ekonomayzerlər və suqızdırıcı qazanlar bilavasitə quraşdırılmış yerlərdə buxar texnologiyası, qazanxana xidməti və onların təmiri ilə bağlı aparatların və cihazların quraşdırılması;

b)qazanxana işləyərkən və həmçinin yanacağın tam yanıb qurtarmasına (işlənməsinə) və qazandakı təzyiq atmosfer təzyiqinə qədər düşənədək qazanxananın nəzarətsiz qoyulması;

c)yanğından mühafizə və siqnal sistemi, armaturu, NÖC və A nasaz olan qazanların işə salınması.

Dəniz şəraiti üçün əlavə tələblər (energetik qurğular)

378

vk.com/club152685050 | vk.com/id446425943

6.17. DNQT-də energetik qurğular öz funksional təyinatına görə bölünürlər:

a)qazmada və neftqazçıxarmada elektrik təminatı üçün nəzərdə tutulmuş baş enregetik qurğuya;

b)müvafiq əsaslandırma ilə baş energetik qurğuya əlavə, o cümlədən ehtiyat olaraq nəzərdə tutulmuş köməkçi energetik qurğuya;

c)heyətin sağ qalması, xilas olması və təxliyəsi və həmçinin qəzalardan sonra baş və köməkçi energetik qurğuları yoxlamaq, hazırlamaq və işə salmaq üçün nəzərdə

tutulmuş qəza energetik qurğuya.

6.18. Qəza energetik qurğusu kimi, avtomatik işə salan sistemlə təchiz olunmuş dizel-generator tətbiq olunmalıdır.

Qəza energetik qurğusunun işə salınması kənardan elektrik enerjisi təchizatı olmadan yerinə yetirilməlidir. Dizelgeneratorun işə salınması və iş rejiminə düşməsi 45 saniyədən artıq vaxt aparmamalıdır.

6.19.Qəza energetik qurğusu yaşayış bloku ərazisində ayrıca otaqda, təhlükəli zonalardan mümkün qədər aralı yerləşdirilməlidir.

6.20.Energetik qurğuların idarə olunması həm mərkəzi idarəetmə pultundan, həm də onların yerləşdiyi otaqlarda (sahələrdə) olan pultlardan yerinə yetirilməlidir.

6.21.DNQT-də DYM və QTQ yerləşdiyi otaqlarda (sahələrdə) partlayış təhlükəli qatışıqların daxil olmasını istisna edən tələblər yerinə yetirilmədən bu qurğuların (DYM və QTQ) istismarı qadağandır.

379

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 7

MƏŞƏL SISTEMI

7.1.Ümumi tələblər

7.1.1.Bu Qaydaların tələbləri bütün neft, qaz və qazkondensat yataqlarının məşəl sistemlərinə şamil edilir.

7.1.2.Məşəl sistemlərinin komplekləşdirilməsi, avadanlıq və ləvazimatlarının konstruksiyası, istismarı [18]-in tələblərinə

uyğun olmalıdır.

7.1.3. Məşəl sistemlərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması bu sahədə ixtisaslaşmış müəssisə və təşkilatlar tərəfindən aparılmalıdır.

7.1.4.Məşəl sisteminin elektrik qəbulediciləri (alova nəzarət qurluşu, alışdırma quruluşu, NÖC və A-sistemləri) elektrik təchizatı etibarlılıq nöqteyi nəzərindən 1-ci kateqoriya etibarlılıq tələblərinə uyğun olmalıdır.

7.1.5.Tərkibində hidrogen sulfidin həcmi 8% və daha çox olan karbohidrogen qazların və buxarların atqı qurğusuna ötürülməsi qadağandır.

7.2.Məşəl qurğusunun quruluşu

7.2.1.Məşəl qurğusunun konstruksiyası, qaz və buxarların geniş intervallı sərfinin sabit yanmasını, məşəl qülləsinin yuxarı kəsiyindən havanın daxil olmasının qarşısının alınmasını təmin etməlidir.

7.2.2.Məşəl qurğusunun tərkibində aşağıdakılar

olmalıdır:

-məşəl qülləsi; -qazbağlayıcı başlıq;

-nəzarət və avtomatizasiya vasitələri;

380

vk.com/club152685050 | vk.com/id446425943

- məsafədən idarə olunan elektrik alışdırma qurğusu; -fitilə gələn qaz və yanar qarışıq üçün boru xətti; -ehtiyat fitilli odluqlar;

-nümunə götürmək üçün quruluş.

7.2.3.Məşəl başlığının, ehtiyat odluqların boru xətlərinin bərkidici detallarının materialları məşəlin istiliyindən qızma ehtimalı nəzərə alınmaqla seçilməlidir. Məşəl qülləsi sahəsində (boyunda) boru xətləri tikişsiz (qaynaqsız) və istiliyə davamlı borulardan olmalıdır.

7.2.4.Məşəlin yandırılması avtomatik və məsafədən

idarə olunan olmalıdır.

7.2.5.Məşəl qurğusu ehtiyat odluqlara ötürülən yanar qazın təzyiqini tənzimləyən quruluşla təmin olunmalıdır.

7.2.6.Məşəl qülləsinin hündürlüyü istilik axınının sıxlığının hesabatı və yanma məhsulları ilə ətraf mühitin çirklənməsini istisna edən şərtlər nəzərə alınmaqla seçilməlidir.

7.2.7.Başlığın və məşəl qülləsinin müxtəlif hündürlükdə

yerləşən avadanlıqlarının quraşdırılması və təmirində istifadə edilən pilləkən və meydançaların quruluşu təhlükəsiz rahat işləməyi təmin etməlidir.

7.3.Sahəyə və qurğulara tələblər

7.3.1.Məşəl qurğusu, küləyin orta illik istiqaməti, məşəl borularının minimal uzunluğu və istilik axınının yol verilən sıxlığı nəzərə alınmaqla quraşdırılmalıdır (yerləşdirilməlidir).

7.3.2.Məşəl qüllələri arasındakı məsafə, məşəllərdən hər-hansı biri yanarkən digər (qonşu) məşəldə təmir işlərinin təhlükəsiz aparılmasına imkan verən məsafə nəzərə alınmaqla

təyin edilir.

7.3.3. Məşəl qülləsi ilə tikililər və qurğular arasındakı məsafə istilik axınının yol verilən sıxlığı və yanğın təhlükəsizliyi

381

vk.com/club152685050 | vk.com/id446425943

norma və qaydalarının tələbləri nəzərə alınmaqla təyin edilməlidir.

7.3.4.Məşəl qülləsinin və məşəl qurğusunun bütün tikililərinin ərazisi (ətrafı), onlara maneəsiz yanaşmanı təmin etmək üçün hamarlanmalıdır.

7.3.5.Məşəl qülləsi ətrafında ərazi məşəlin hündürlüyünə bərabər radiusda, lakin 30 m-dən az olmayaraq hasarlanmalı və nişanlanmalıdır. Hasarda ona xidmət edən heyətin daxil olması üçün keçidlər, nəqliyyat vasitələri üçün isə darvaza olmalıdır. Keçidlərin sayı məşəl qüllələrinin sayına bərabər və

hər bir qülləyə yol mümkün qədər qısa olmalıdır.

7.3.6. Məşəl sistemini yaşayış olmayan sahələrdə (rayonlarda) yerləşdirərkən hasarların əvəzinə hündürlüyü 1 m-dən və üst hissəsinin eni 0,5-dən az olmayan torpaqdan bənd qurula bilər.

7.3.7.Məşəl qülləsinin avadanlığından başqa məşəl qurğusunun bütün avadanlıqları hasardan (bənddən) kənarda yerləşdirilməlidir.

7.3.8.Məşəl sisteminin hasarlanmış sahəsində quyuların, xəndəklərin, çalaların qazılmasına və s. torpaq işlərinə icazə verilmir.

7.4.Avadanlıq, kommunikasiya və avtomatlaşdırma

vasitələrinə tələblər

7.4.1. Hər bir məşəl sistemi üçün bir məşəl kollektoru və bir məşəl qurğusu nəzərdə tutulmalıdır. Fasiləsiz işləmənin təmini üçün ümumi məşəl sistemlərində iki məşəl kollektoru və iki məşəl qurğusu olmalıdır.

Xüsusi məşəl sistemlərinin ayrıca və ümumi məşəl sistemləri ilə əlaqəsi olmamalıdır.

382

vk.com/club152685050 | vk.com/id446425943

7.4.2.Əgər sistemə buraxılan qazların, buxarların və onların qarışıqlarının təsiri nəticəsində korroziyaya uğrama ildə 0,1mm-dən çox olmazsa, belə halda məşəl qurğularının bir kollektorla təmin olunmasına icazə verilir.

7.4.3.Məşəl kollektorlarının və boru kəmərlərinin uzunluğu minimal, döngələri isə az olmalıdır. Boru kəmərləri əsasən yerüstü olaraq dayaqlarda və ya estakadalar üzərində çəkilməlidir. Əsaslandırılmış hallarda boru kəmərləri yerin altı ilə çəkilə bilər.

Borulara mayenin dolmaması üçün, məşəl kollektoruna

birləşmə yalnız üst tərəfdən aparılmalıdır.

Məşəl kollektorları və boru xəttlərində kipgəcli kompressorların qoyulması qadağandır.

7.4.4. Məşəl kollektorları və boru xəttləri kondensat yığılan quruluşa tərəf mailliyi 0,003-dən az olmayaraq çəkilməlidir. Əgər göstərilən mailliyə nail olmaq mümkün olmazsa, boru xəttlərinin aşağı nöqtələrində kondensat yığımını kənarlaşdırmaq üçün əlavə quruluşlar yerləşdirilməlidir.

7.4.5.Kondensatın bütün yığım quruluşlarının konstruksiyası elə olmalıdır ki, kondensatın qaz axını ilə aparılmasını istisna etsin.

7.4.6.Separator (kondensatyığıcı) və nasos bir – birinə nisbətən elə yerləşdirilməlidir ki, nasos işləyərkən kavitasiya halının (təzahürünün) yaranması istisna olunsun.

7.4.7.Vurucu boru xəttinin diametri nasosun maksimal məhsuldarlığı ilə təyin edilir və bu, giriş qol borunun (patrubok) diametrindən az olmamalıdır.

7.4.8.Məşəl sisteminin idarə olunması və manitordan istifadə etməklə ona məsafədən nəzarət edilməsi qazları

sistemə vuran texnoloji qurğunun (obyektin) əməliyyat otağından (və yaxud NÖC otağından) aparılmalıdır.

383

vk.com/club152685050 | vk.com/id446425943

7.4.9.Qoruyucu klapanlar işə düşən vaxt ondan çıxan qazın həcmi aparatın daxilində olan qaz mühitinin təzyiq qoruyucu (klapanın işləməsi üçün lazım olan təzyiqdən yüksək təzyiqə bərabər olduqda) həcmi ilə təyin edilir.

7.4.10.Kondensat vuran nasoslar etibarlı və qəzasız işləmək üçün bloklayıcılarla və kondensat yığılan tutumlarda mayenin səviyyəsi yol verilə bilən həddə çatdıqda işə salınması üçün avtomatik işəsalıcılarla və söndürücülərlə təchiz olunmalıdır.

7.5.Məşəl sisteminin istismarı

7.5.1.Məşəl sistemini istismar edən müəssisələrdə onların təhlükəsiz istismarı üzrə təlimat olmalıdır.

7.5.2.Məşəl sisteminin işinə nəzarət etmək üçün məşəl sisteminin quruluşu və təhlükəsiz istismarı üzrə bilikləri yoxlanılmış mühəndis-texniki işçilərdən əmrlə cavabdeh şəxslər təyin olunur.

7.5.3.Məşəlin alışdırılmasını məşəl sisteminin təhlükəsiz istismarına məsul (cavabdeh) şəxsin nəzarəti altında iki nəfər yerinə yetirməlidir.

7.5.4.Məşəl qurğusunda yandırılan buxar və qazlarda maye damcıları və bərk maddələr olmamalıdır.

7.5.5.Məşəl sistemində partlayış təhlükəli qarışıqların

əmələ gəlməsinin qarşısını almaq üçün havanın sorulmasına imkan verilməməli və məşəl kollektoruna (qaz kəmərinə) fasiləsiz üfüləyici qaz vurulmalıdır. Üfüləyici qaz kimi təbii

384

vk.com/club152685050 | vk.com/id446425943

qazlardan və təsirsiz qazlardan, texnoloji prosesdən alınan qazdan istifadə etmək olar.

7.5.6. Məşəl sistemini hər dəfə işə salmazdan əvvəl məşəl sistemi buxar və hava ilə üfürülməlidir. Belə ki, məşəl qülləsinin aşağısında oksigenin miqdarı onun aşağı partlayış həddinin 20% -dən çox olmamalıdır.

Bu zaman, alışdırma (işəsalma) lövhəsinin və kondensatın yığılması və boşaldılması quruluşlarının bilavasitə yaxınlığında daşınma qaz analizatorlarından istifadə etməklə bunun üçün xüsusi olaraq öyrədilmiş heyət (şəxs) tərəfindən qazlılığın dərəcəsi müəyyənləşdirilməlidir.

7.5.7. Məşəl sistemində təmir işlərinin aparılmasından əvvəl məşəl sistemi standart qapayıcılarla ayrılmalı (tədric olunmalı) və inert (təsirsiz) qazla üfürülməlidir.

7.5.8.Məşəl qurğusu müvafiq normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

7.5.9.Məşəl qülləsinin mühafizə sahəsində (çəpərlənmənin içində) məşəl sisteminin xidmətinə aidiyyatı

olmayan şəxslərin olması qadağandır.

385

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 8

MƏDƏN – GEOFIZIKI IŞLƏRI

8.1.Ümumi tələblər

8.1.1.Bütün mədən – geofiziki işləri qüvvədə olan «Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanun»a, «Partlayış aparan zaman vahid təhlükəsizlik Qaydaları»na,

«Mədən – geofizki işləri aparılarkən təhlükəsizlik texnikası üzrə təlimat»a, «Radioaktiv maddələrlə və ionlaşdırıcı şüa mənbələri ilə işləyərkən sanitar Qaydaları»na, «Radioaktiv maddələrin daşınması Qaydaları»na və «Radiasiya təhlükəsizliyi normaları»na uyğun yerinə yetirilməlidir.

8.1.2. Mədən - geofiziki işləri sifarişçi təşkilatın nümayəndəsinin iştirakı ilə mədən – geofiziki işləri aparan partiyanın (dəstənin) rəhbərinin və ya bu işləri yerinə yetirən təşkilat üzrə verilmiş əmrə əsasən digər məsul mühəndis – texniki işçinin rəhbərliyi altında yerinə yetirilməlidir.

8.1.3.Mədən – geofiziki işlərdə 380V-dan artıq gərginlikli elektrik şəbəkəsindən istifadə etmək qadağandır.

8.1.4.Sifarişçi müəssisə mədən – geofiziki işlərin aparılması üçün quyunu və avadanlıqları mövcud tələblərə uyğun hazırlamalıdır. Cihazların maneəsiz keçməsi üçün quyu şablonla yoxlanılmalıdır. Şablonun ölçüləri quyuya buraxılan geofiziki cihazın ölçülərindən az olmamalıdır və o imkan daxilində quyunun dibinə kimi buraxılmalıdır.

8.1.5.Tədqiq olunan quyuya xüsusi texnikanın və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün yollar

çəkilməlidir.

8.1.6. Quyunun ətrafında qəbul körpüsü tərəfdən quyu ağzından 30m aralı məsafədə karotaj laboratoriyasının və

386

vk.com/club152685050 | vk.com/id446425943

qaldırıcının yerləşdirilməsi üçün müvafiq ölçüdə meydança nəzərdə tutulmalıdır (hazırlanmalıdır).

8.1.7.Quyunun yaxınlığında qəbul körpüsü tərəfdə mədən – geofiziki avadanlıqlarının, aparatlarının və alətlərinin yerləşdirilməsi üçün 10x10 m ölçüdə meydança hazırlanmalıdır.

8.1.8.Quyu ağzı ilə işçi meydança arasında işə mane olan bütün əşyalar yığışdırılmalı və elə yerdə yerləşdirilməlidir ki, geofiziki işlərin aparılmasına mane olmasın.

8.1.9.Geofiziki işlər aparılarkən sifarişçinin nümayəndəsi

hökmən iştirak etməlidir.

8.1.10. Quyu ağzında rotor olmadıqda, o, blok – balansın quraşdırılması üçün xüsusi körpü (örtüklə) və adamların təhlükəsiz hərəkətini təmin edən sahə ilə təmin olunmalıdır.

8.1.11. Geofiziki işlərə başlamamışdan əvvəl elektrik avadanlığının izolyasiyası və qazma qurğusunun (buruğun) və ya quyunun qoruyucu yerləbirləşdirmə quruluşunun sazlığı yoxlanılmalıdır.

Quyunun yerləbirləşdirmə quruluşu ilə geofiziki elektrik gərginliyi qəbulediciləri birləşən elektrik qida mənbəyi arasında etibarlı metal əlaqə təmin olunmalıdır.

8.1.12.Mədəngeofiziki avadanlıqların elektrik şəbəkəsinə qoşulması üçün quyularda yerləbirləşdirici kontaktla təmin olunmuş elektrik ştepsel rozetkası olmalıdır (daimi). Ştepsel rozetkası olmadıqda mədən – geofiziki avadanlığının elektrik şəbəkəsinə qoşulmasını və açılmasını sifarişçi müəssisənin elektrotexniki heyəti yerinə yetirməlidir.

8.1.13.Quyularda endirmə – qaldırma əməliyyatları həm yerüstü, həm də asqılı blok – balansdan istifadə etməklə

yerinə yetirilməlidir.

387

vk.com/club152685050 | vk.com/id446425943

8.1.14.Konstruksiyası dartılma və dərinlik göstəricilərinin quraşdırlımasına imkan verməyən yerüstü və asqılı blok – balanslardan istifadə etmək qadağandır.

8.1.15.Endirmə – qaldırma mexanizmlərinin və diyircəkli blok – balansın bərkidilməsi və həmçinin geofiziki tədqiqat işləri aparıldıqdan sonra quyuların kipliyini təmin etmək üçün, quyuların ağzı flansla təchiz olunmalı və bağlanmalıdır. Pyezometrik səviyyəsi (quyu məhlulunun) yüksək olan və ya izafi təzyiqi yüksək olan (ehtimal olunan) quyuların ağzında fontan armaturu quraşdırılmalıdır.

8.1.16.Fontan armaturuna bitişik 2,2x2,5m ölçüdə pillə-

kənlə təmin olunmuş işçi meydança quraşdırılmalıdır. Meydançanın döşəməsi kələ – kötür səthli dəmir lövhədən və ya qalınlığı 40mm-dən az olmayan möhkəm taxta lövhələrdən olmalıdır. Meydançanın müvafiq məhəccəri olmalıdır.

8.1.17.Boruarxası fəzada təzyiq olduqda quyu ağzında manometr quraşdırlımalıdır.

8.1.18.Injeksiya quyularında mərkəzi siyirtmə ilə yanaşı,

su və çıxış xətlərində də siyirtmələr quraşdırılmalıdır. Siyirtmələri yalnız quyuya xidmət edən işçilər açıb –bağlaya bilər. Izafi təzyiqli quyu, manometri olan lubrikatorla təchiz olunmalıdır.

8.1.19.Geofiziki işlərə başlamazdan əvvəl quyu məhlulla (gilli məhlul, su, neft) ağzına qədər doldurulmalıdır.

8.1.20.Quyuda (buruqda) məhlulun udulması halı olduqda quyunu doldurmaq üçün kifayət qədər məhlul (su, gilli məhlul və ya neft) ehtiyatı olmalıdır.

8.1.21.Quyunun mədən – geofiziki işlərə hazırlığı Aktla

(əlavə 13) sənədləşdirilir və o, sifarişçi müəssisənin və geofiziki təşkilatın nümayəndələri tərəfindən imzalanır. Yalnız bundan sonra geofiziki işlərə başlamağa icazə verilir.

8.1.22. Mədən-geofiziki işlərdə tal blokunu qaldırıb-endir- mək üçün briqadadan qazmaçı və qazmaçı köməkçisi geofiziki

388

vk.com/club152685050 | vk.com/id446425943

partiyanın rəhbərinin sərəncamında olur və onun bütün göstərişlərinə əməl edirlər. Işlərə başlamazdan əvvəl onlar geofiziki partiyanın rəhbəri tərəfindən təlimatlandırılırlar.

8.1.23.Mədən – geofiziki işləri, qaldırıcı və laboratoriya etibarlı yerləbirləşdirildikdən sonra yerinə yetirilməlidir.

8.1.24.Geofiziki işlərə başlamazdan əvvəl, qaldırıcının etibarlı (dəyanətli) təsbitlənməsi təmin olunmalıdır.

8.1.25.Quyuda endirmə – qaldırma əməliyyatı aparılan zaman, kabelin üzərinə tərəf əyilmək, onun üzərindən keçmək və həmçinin hərəkət edən kabelə toxunmaq qadağandır.

8.1.26.Quyuya geofiziki cihazı buraxarkən qaldırıcının bucurqadının makarasında axırıncı dolaq sırasının yarısından

az kabel qalmamalıdır.

8.1.27. Quyuda olan geofiziki avadanlıqları (yükü) qaldırarkən blok – balansa çəkib – vurma halının olmaması üçün, geofiziki kabelin üzərində, qaldırıcının maşinistinin iş yerindən asan görünən, üç yerdə etibarlı bərkidilmiş xəbərdarlıq nişanları olmaldıır: birinci – kabel ucluğundan 5,0m, ikinci – 50,0m və üçüncü – 100,0m məsafədə.

8.1.28.Quyu lüləsində tutulmuş (ilişmiş) cihazı (və ya kabeli) azad etmək üçün, onu fasiləsiz olaraq yuxarı – aşağı hərəkət etdirmək lazımdır. Əgər yuxarı – aşağı hərəkətlərlə cihazı azad etmək mümkün olmursa, sonradan tutulmanın ləğv edilməsi üzrə işlər, icraçı (geofiziki) və sifarişçi təşkilatın rəhbərliyinin birgə razılığı ilə aparılmalıdır.

8.1.29.Zirehli kabelin səthində onun hərəkətinə mane olan düyünlər və şişlər olmamalıdır.

8.2.Partlayış, deşikaçma və elektrometrik işləri

(PDEI)

389

vk.com/club152685050 | vk.com/id446425943

8.2.1.Quyularda partlayış və deşikaçma (perforasiya) işlərini yalnız mədən – geofiziki partiyanın (dəstənin) işçiləri yerinə yetirməlidir.

8.2.2.Qazlı və udulma gedən quyularda elektrometrik işlərin aparılması qadağandır.

8.2.3.Mədən – geofiziki partiya, partlayış və deşikaçma işlərinə başlamazdan əvvəl quyunun partlayış və deşikaçma işlərinə bu Qaydaların tələblərinə və Akta (əlavə 13) uyğun hazır olmasını yoxlamalıdır.

8.2.4.Quyularda partlayış işləri, sifarişçi təşkilatın (quyuların sahibi) sifarişi ilə sifarişçinin məlumatları əsasında geofiziki təşkilat tərəfindən tərtib olunmuş və təsdiqlənmiş

texniki layihəyə uyğun yerinə yetirilməlidir.

8.2.5.Partlayış və deşikaçma (perforasiya) işlərinə başlamazdan əvvəl quyuağzı bu Qaydaların 3.9.2 bəndinin tələblərinə uyğun hazırlanmalıdır.

8.2.6.Partlayış və deşikaçma işləri aparılan zaman

quyu ətrafında, radiusu 50m –dən az olmayaraq təhlükəli zona təyin edilməlidir. Torpeda və deşikaçan aparat quyuya 50m dərinliyə buraxıldıqdan sonra təhlükəli zonanın radiusu 20m-ə qədər azaldıla bilər.

8.2.7. Qazma aparılan quyuda, qazma bucurqadı və onun ötürücüsü (intiqalı) nasazdırsa və onlardan qəza hallarında istifadə oluna bilinməzsə, belə quyuda partlayış, deşikaçma və elektrometrik işlərin aparılması qadağandır.

8.2.8. Partlayış və deşikaçma işləri aparılan müddətdə quyunun yerüstü avadanlığı (qazma qurğusunun mühərriki, nasoslar və digər mexanizm və aqreqatlar) dayandırılmalıdır (işləməməlidir). Partlayış və deşikaçma əməliyyatları ilə bağlı olmayan işlər təhlükəli zona həddində dayandırılmalıdır.

390

vk.com/club152685050 | vk.com/id446425943

8.2.9.Geofiziki avadanlıqla və torpedanın quyuya buraxılması ilə əlaqəsi olmayan işçilər bu işlərə başlamazdan əvvəl təhlükəli zonadan (bax 8.2.6) kənarlaşdırılmalıdır.

Torpeda partladılana qədər quyu ağzından bütün adamlar uzaqlaşdırılmalıdır.

8.2.10.Aşağıdakı hallarda quyuda partlayış və deşikaçma işlərinin görülməsi qadağandır:

a)quyuda geofiziki aparatın, deşikaçma aparatının və ya torpedanın buraxılması üçün maneə olarsa;

b)deşikaçma aparatının və ya torpedanın uçma və

tutulma nəticəsində quyuda ilişməsi baş verərsə;

c) layihə tapşırığına görə quyu ağzında siyirtmə olmazsa; ç) quyuda tətbiq olunan partlayıcı maddələr və partlatma

vasitələri üçün yol verilən həddən artıq temperatur olarsa; d) boran, çovğun və sıx duman olarsa.

8.2.11. Qazlı və məhlulu udan quyularda və məhlulun səviyyəsi statik səviyyədən aşağı olan quyularda partlayış və deşikaçma işlərinin aparlıması müstəsna hallarda və hər dəfə yuxarı təşkilatın baş mühəndisinin və yanğın təhlükəsizliyi nəzarəti orqanının icazəsi ilə yerinə yetirilə bilər.

8.2.12.Qaz quyularında qazlı mühitdə perforasiya işləri «Təzyiqli qaz mühitli qaz quyularının perforasiyası üzrə təlimat»a uyğun aparılmalıdır.

8.2.13.Quyularda partlayış və deşikaçma işləri əsasən sutkanın gündüz vaxtı aparılmalıdır. Sutkanın qaranlıq (gecə) vaxtı bu işlərin görülməsinə yalnız iş yerlərinin və təhlükəli zonanın qüvvədə olan normaya uyğun işıqlandırılması təmin olunduqda icazə verilir.

8.2.14.Partlayış və ya deşikaçma əməliyyatı partladıcı maşından və ya perforator lövhəsindən (şitindən) yalnız bu

işlərin rəhbəri tərəfindən yerinə yetirilməli və bu işlər qurtardıqdan sonra o, partladıcı maşını (və ya perforator lövhəsini) qıfıllamalı və açarı da özündə saxlamalıdır.

391

vk.com/club152685050 | vk.com/id446425943

8.2.15.Partlayışdan sonra quyu ağzına yaxınlaşmağa yalnız partlayış işlərinin rəhbərinə və siyirtmələri idarə edən işçiyə icazə verilir. Qalan işçilər quyu ağzına yalnız partlayış işlərinin rəhbəri tərəfindən quyunun vəziyyəti yoxlanıldıqdan və onun icazəsindən sonra buraxıla bilərlər.

8.2.16.Partlayış və deşikaçma cihazlarının quyuda pərçimlənməsi ilə müşahidə olunan imtinalar (onların işə düşməməsi) zamanı, xüsusi ehtiyat tədbirlərinə riayət etməklə cihazların çıxarılmasına dair lazımi tədbirlər görülməlidir.

Işə düşməmiş (açılmamış) aparatları quyuda saxlamaq

(qoymaq) qadağandır. Tutulmadan azad olmaq üçün qazma bucurqadından istifadə etmək lazım gələrsə bütün əməliyyatlar geofiziki partiyanın (dəstənin) rəisinin, qazma ustasının və ya mürəkkəbləşmələr üzrə böyük ustanın rəhbərliyi ilə yerinə yetirilməlidir.

8.2.17. Quyuda işə düşməmiş (açılmamış) aparatı tutulmadan azad etmək üçün cəlb olunmuş qazma briqadası heyəti bu işlərə başlamazdan əvvəl, geofiziki partiyanın (dəstənin) rəisi tərəfindən təlimatlandırılmalıdır. Təlimatlandırılmanın nəticələri qazma biriqadasının təlimatlandırılma jurnalında qeyd olunmalıdır.

8.2.18.Açılmamış (işə düşməmiş) güllələr olan aparatı quyudan çıxararkən təhlükəli zonada, bu prosesin yerinə yetirilməsi ilə bağlı olmayan şəxslərin olması qadağandır.

8.2.19.Quyudan çıxarılmış, gövdəsinin deformasiyası

nəticəsində boşaldılması mümkün

olmayan

partlayış –

deşikaçma

aparatı (PDA), istismar sənədlərində nəzərdə

tutulmuş

təhlükəsizlik tədbirlərinə

əməl olunmaqla, PDI

aparılan yerdə məhv edilməlidir. Iş görülən yerlərdə PM məhv edilmə qaydası (rəhbərlik, nəzarət, hesabat) Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmalıdır.

392

vk.com/club152685050 | vk.com/id446425943

8.2.20.Partlayıcı maddəli PDA-nın hər bir halda quyuda qalması haqda Azdövdağtexnəzarət Komitəsinə dərhal məlumat verilməlidir.

8.2.21.Istismar kəmərinin perforasiyasından sonra qaz

–neft təzahürü əlamətləri müəyyən edilərsə (qazma

məhlulunun artımlı axımı və s.)

quyu ləngimədən

kipləşdirilməlidir.

 

8.2.22.Quyuda olan tıxacların buraxılan torpedaların, perforatorların və digər yüklərin vasitəsilə açılması (keçilməsi) qadağandır.

8.2.23.Quyularda perforatorların doldurulması daşınan doldurma laboratoriyasında və ya işlərin təhlükəsiz yerinə yetirilməsi üçün xüsusi vasitələrlə təchiz olunmuş birdəfəlik

istifadə üçün uyğunlaşdırılmış yerlərdə yerinə yetirilməlidir. 8.2.24. Küt halda olan quyularda PDEI vışka – bucurqad

bloku çəkilməzdən əvvəl yerinə yetirilməlidir.

Vışka – bucurqad bloku çəkildikdən (çıxarıldıqdan) sonra bu işlər yalnız müvafiq rəhbər sənədin və bu Qaydaların tələblərinə əməl edilməklə Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə yerinə yetirilə bilər.

8.2.25.Küt halda olan quyularda PDE işlərinin aparılması üçün iki quyu arasında 10x15m ölçüdə, onların quyu ağızları arasındakı məsafənin tən orta nöqtəsindən simmetrik olaraq və enli tərəfi ilə körpülərə istiqamətlənmiş, quyu ağzından ən azı 20m məsafədə yerləşən meydança (sahə) hazırlanmalıdır.

8.2.26.Quyularda PDE işləri aparılan müddət ərzində mobil telefonlar və digər rabitə vasitələri söndürülməlidir.

8.3.Radioaktiv maddələrin (RM) və ionlaşdırıcı şüa mənbələrinin (IŞM) tətbiqi ilə bağlı işlər

8.3.1.Bilavasitə RM və ionlaşdırıcı şüa mənbələrinin

(IŞM) tətbiqi ilə bağlı işlərə, tibbi müayinədən keçmiş,

393

vk.com/club152685050 | vk.com/id446425943

təhlükəsiz iş görülməsinin üsul və qaydalarını mükəmməl bilən, yaşı 18-dən az olmayan şəxslər buraxılır.

8.3.2.RM və IŞM tətbiqi ilə bağlı işləri yerinə yetirən geofiziki partiya (dəstə) radiometrlə və hər bir işçi fərdi dozimetrlə təmin olunmalıdır.

Dozimetrik nəzarəti, dozimetrçi vəsiqəsi olan şəxs aparmalıdır.

8.3.3.Mədən – geofiziki təşkilatlarda RM xüsusi ayrılmış yerlərdə və ya müvafiq tələblərə uyğun təchiz olunmuş kənar şəxslərin daxil olması istisna olunan anbarlarda saxlanılmalıdır.

8.3.4.Anbarda saxlanılan RM ümumi miqdarı, müəssisənin sanitar – texniki pasportunda qeyd olunmuş həddən çox olmamalıdır.

8.3.5.RM-in qəbulunu, saxlanılmasını, qeydiyyatının aparılmasını və verilməsini geofiziki müəssisə üzrə verilmiş əmrə əsasən təyin olunmuş məsul işçi həyata keçirməlidir.

8.3.6.Mədən –geofiziki işlərin yerinə yetirilməsi üçün RM

–in verilməsi, müəssisənin rəhbərinin icazəsi ilə, qəbul olunmuş forma üzrə tələbnaməyə əsasən verilməlidir. RM-in verilməsi mədaxil – məxaric yurnalında qeydə alınmalıdır.

8.3.7.RM –in daşınması xüsusi olaraq bu məqsəd üçün quraşdırılmış nəqliyyat vasitəsində mühafizəli konteynerlərdə yerinə yetirilməlidir. Konteyner və ya konteyner yerləşdirilmiş xüsusi kabinə qıfılla bağlanmalıdır.

8.3.8.RM –in və IŞM quyuda (mədəndə) müvəqqəti

saxlanılmasına xüsusi nəqliyyat vasitəsində yerləşdirilmiş qıfılla bağlanmış daşınma konteynerlərdə icazə verilir. Həmin konteynerlər qorunmalı və insanların və heyvanların olduğu yerdən uzaqda saxlanılmalıdır.

394

vk.com/club152685050 | vk.com/id446425943

8.3.9.RM –in və IŞM partlayış təhlükəli, yanar və digər asan alışan maddələrlə birgə saxlanılması (hətta müvəqqəti olaraq) qadağandır.

8.3.10.RM və IŞMlə əlaqəli sahələrdə, nəqliyyat vasi-

tələrində və

cihazlarda

radiasiya təhlükəsi barədə

xəbərdaredici

nişanlar (plakat) olmalıdır.

8.3.11.RM –in quyuya açıq vəziyyətdə buraxılması yalnız yerli sanitar – epidemioloji stansiyanın (SES) icazəsi ilə yerinə yetirilə bilər.

8.3.12.Radioaktiv izotopların qrunt suları ilə qarışmasının

(daxil olmasının) istisna olunmasını müəyyənləşdirmək üçün, quyuda müvafiq tədqiqatlar aparıldıqdan sonra işlərə başlanılmalıdır.

8.3.13.RM quyuya mühafizəli konteynerə yerləşdirilmiş, ağzı yapışdırılmış (əridilib yapışdırılmış) ampulalarda daşınmalıdır.

8.3.14.Aktivləşdirilmiş (radioaktiv) məhlulu hazırlamaq üçün, RM olan ampulanı xüsusi distansion manipulyatorun

vasitəsilə aşağıdakılara əməl etməklə əzərək sındırmaq lazımdır:

a)su olan tutumda (sementləyici aqreqatın tutumunda) suyun (məhlulun) səviyyəsindən ən azı 0,2m aşağı;

b)su ilə doldurulmuş quyunun quyuağzında – suyun səviyyəsindən ən azı 0,2m aşağı;

c)borular kolonunda – su axımında, əgər quyunu ağzına qədər su ilə doldurmaq olmursa.

8.3.15. Aktivləşdirilmiş məhlulu hazırlamaq üçün quyu lüləsində müxtəlif tipli quyu injektorlarından istifadə olunmalıdır.

8.3.16. Təzyiq altında quyuya vurulacaq aktivləşdirilmiş məhlulu, quyu ağzı ilə tökücü aqreqat arasındakı vurucu

xəttdə yerləşdirilmiş xüsusi kamerada RM olan ampulanı əzib sındırmaqla yerinə yetirilməlidir.

395

vk.com/club152685050 | vk.com/id446425943

8.3.17.Açıq şəkildə RM-i quyuya təzyiqlə vurarkən, təzyiq götürülənə qədər quyu ağzına yaxınlaşmaq qadağandır.

8.3.18.Aktivləşdirilmiş məhlulla təmasda olmuş avadanlıqlar, alətlər, quyuətrafı sahə, işçilərin paltarı və bədənlərinin hissələri açıq RM-lə iş görüldükdən sonra radiometrik nəzarətdən keçməli və radioaktiv çirklənmə müəyyən edilərsə onlar dezaktivasiya olunmalıdır.

8.3.19.Radiasiya qəzaları (insindent) baş verdikdə ( insanların şüalanmasının səviyyəsi dozanın əsas həddini (DƏH) aşdıqda) şüalanma dozasının minimuma salınması, həmçinin

işçi heyətdən olan şüalanmış şəxslərin sayının minimuma endirilməsi məqsədi ilə [204]-ə uyğun tədbirlər görülməlidir.

8.3.20.Geofiziki partiyanın (dəstənin) bütün işçiləri şüa xəstəliyinin əlamətlərini və belə hallada ilk yardım göstərilməsinin üsul və qaydalarını mükəmməl bilməli və onları [204]-ə uyğun tətbiq etməyi bacarmalıdır.

8.3.21.Quyudan çıxan qazma məhlulunda RM müəyyən edilərsə, o, radiasiya təhlükəsizliyi normalarına [76] uyğun

qatılığa qədər digər məhlulla (su ilə) qatışdırılaraq, yeri və hidroizolyasiyası yerli SES-lə razılaşdırılmış xüsusi xəndəyə ötürülməlidir. Xəndəyin həcmi məhlulun doldurulması üçün elə hesablanmalıdır ki, məhlulun səviyyəsi xəndəyin ağzından ən azı 1,5 m aşağı olsun. Xəndək məhlulla doldurulduqdan sonra gilli qruntla örtülməli, tapdalanaraq bərkidlməli və üzərində radiasiya təhlükəsi nişanları quraşdırılmalıdır. Həmin sahə və nişanlar yerin səthində radiasiya səviyyəsi 0,03 mber/saata düşənə qədər toxunulmaz saxlanılmalıdır.

8.3.22.Bağlı ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə aparılan radioaktiv karotajda yalnız daşınma konteynerlərdən istifadə olunmalıdır.

8.3.23.Radioaktiv mənbəli cihazı quyudan çıxarmaq mümkün olmadıqda, cihaz yerli SES-lə razılaşdırılaraq quyu dibinə salınmalı və sementlənməlidir. Quyunun lüləsinin

396

vk.com/club152685050 | vk.com/id446425943

keçilməsi üzrə sonrakı əməliyyatlar qazma məhluluna dozimetrik nəzarət aparılmaqla yerinə yetirilməlidir.

8.3.24.IŞM olan quyuda qalmış cihazı qazıb keçmək qa-

dağandır.

8.3.25.Quyularda impuls – neytron karotaj (INK) aparılarkən neytronların impulslu generatoru (NIG) cihazını quyuya 2 m dərinliyə buraxdıqdan, laboratoriya şəraitində isə cihaz beton divarın (divarın qalınlığı cihazla işçi arasında olan məsafədən asılı olaraq müəyyən edilir) arxasında yerləşdirildikdən sonra işə salmağa icazə verilir.

8.3.26.Quyudan NIG-in çıxarılmasına cihaz söndürüldükdən 30 dəq. sonra icazə verilir.

8.3.27.Çöl şəraitində NIG cihazının neytron blokunun

borucuğunu açmaq qadağandır.

8.3.28.NIG cihazının neytron blokunun borucuğu ilə əlaqəli bütün işlər müvafiq fərdi mühafizə vasitələrində (FMV) və distansion alətlərdən istifadə etməklə yerinə yetirilməlidir.

8.3.29.Neytronlar balonu zədələnərsə borucuq

ionlaşdırıcı şüa buraxan açıq şüa mənbəyi kimi qiymətləndirilməlidir və onunla, qüvvədə olan açıq RM əlaqəli işlərə dair təlimata və [204]-ə uyğun davranmaq lazımdır.

8.3.30.Işə salınmış NIG-lə işləyərkən daima dozimetrik və radiasiyaya nəzarət aparılmalıdır.

8.3.31.RM-in daşınmasında qeyd olunan təhlükəsizlik tələbləri ilə yanaşı [205] –in tələblərinə də əməl olunmalıdır.

8.4.Quyularda layların boru vasitəsi ilə sınanması

8.4.1.Quyuların sınanması ilə əlaqəli işlər icraçı tərəfindən işlənilmiş (tərtib olunmuş) və sifarişçi tərəfindən təsdiqlənmiş plana uyğun aparılmalıdır.

397

vk.com/club152685050 | vk.com/id446425943

8.4.2.

Sınaq işlərinə başlamazdan əvvəl qazma briqada-

sının növbə

(vaxta)

işçiləri geofiziki partiyanın (dəstənin)

rəisi və qazma ustası tərəfindən işlərin təhlükəsiz

və qəzasız

aparılması,

həmçinin

neftqaz

təzahürlərinin

və açıq

fontanların

qarşısının

alınması üzrə

təlimatlandırılmalıdırlar.

Təlimatlandırılmanın nəticələri «Iş yerində təlimatlandırılmanın qeydiyyat jurnalı»nda qeyd olunmalıdır.

8.4.3.Quyuların sınanması zamanı qazma avadanlığının təmiri, elektrik – qazqaynağı işlərinin və digər odlu işlərin aparılması qadağandır.

8.4.4.Yerin səthinə neftin və qazın buraxılması ilə quyuların sınanmasına başlamazdan əvvəl, Istehsalat Birliyi (yuxarı təşkilat) tərəfindən təsdiqlənmiş və FQDHH ilə razılaşdırılmış

işlərin yerinə yetirilməsinə dair xüsusi plan tərtib olunmalıdır.

8.4.5.Neftqaz təzahürlü, udulma gedən və digər mürəkkəbləşmələr olan quyularda bu mürəkkəbləşmələr aradan qaldırılmayana qədər sınaq işlərinin aparılması qadağandır.

8.4.6.Quyuağzı yığım (obvəzka), məhlulun axımının

intensivliyinə etməyə və hazırlanmış verməlidir.

və həmçinin boruarxasında səviyyəsinə nəzarət

həmçinin

lay

məhlulunun

onun üçün

xüsusi

tutuma

və ya

xəndəyə

axıdılmasına

imkan

8.4.7.Quyu ağzında, əgər bu geoloji – texniki naryadda nəzərdə tutulubsa, məsafədən idarə olunan atqıya qarşı avadanlıq quraşdırılmalıdır.

8.4.8.Qazma alətinin sonuncu yuxarı borusu kranla, künclə (uqolğnik) və sementləyici aqreqata birləşdirilərək boru ilə təmin olunmuş quyuağzı başlıqla təchiz olunmalıdır.

8.4.9.Quyuağzı başlıq quyuağzı yığımın manifoldu ilə birləşməli və bütün bu sistem başlığın pasportunda (texniki

sənədində) göstərilmiş təzyiqə sınanmalıdır.

398

vk.com/club152685050 | vk.com/id446425943

8.4.10.Sonuncu yuxarı boru elə uzunluqda olmalıdır ki, monometrə və quyuağzı boşluqda olan yüksək təzyiqin buraxılış kranına nəzarət və xidmət etmək mükün olsun.

8.4.11.Quyudan məhlul çıxan müddətdə qazma bucurqadının ötürücüsünü (privod) söndürmək qadağandır.

8.4.12.Quyunun sınanması əməliyyatı zamanı quyu ağ-

zında təzyiq olarsa, pakerin

çıxarılması, açıq

fontanın

yaranması halının qarşısının

alınmasını

və rezin elementin

çıxma halının istisnasını təmin edən

tədbirlərin

yerinə

yetirilməsi ilə həyata keçirilməlidir.

 

 

8.4.13. Güclü qaz və yüksək qaz tərkibli neft axımı əldə olunduqda, paker vaxtında çıxarılmalı, sirkulyasiya klapanını açmadan qazma borularında olan məhlul buruqdan kənara boşaldılmalıdır. Sonra sirkulyasiya klapanı açılmalı, quyunu əks sirkulyasiya ilə yumalı və qazma məhlulunu boruarxası boşluğa fasiləsiz axıtmaqla alətin qaldırılmasına başlamalı. Açıq tullanışın və porşenləşmənin (porşnevanie) baş verməməsi üçün qazma aləti yavaş – yavaş qaldırılmalıdır.

8.4.14.Boru arxasında neftqaz təzahürü olduqda paker çıxarılmalı, alətin qaldırılması dayandırlımalı, preventor bağlanmalı, sirkulyasiya klapanı açılmalı və preventorun çıxışı vasitəsilə əks yuyulma aparılmalıdır. Sirkulyasiya neft-qaz təzahürü aradan qaldırılana qədər aparılmalıdır.

8.4.15.Quyu lüləsinə pekerin qoyulması və anomal yüksək lay təzyiqli (AYLT) və həmçinin intensiv neft və qaz axımı gözlənilən quyularda layların məhsuldarlığının tədqiq olunması sutkanın gündüz vaxtı yerinə yetirilməlidir.

8.4.16.Pakeri çıxararkən sınaq aləti tutularsa, aləti yuxarı –aşağı hərəkət etdirmək lazımdır. Əgər aləti azad etmək mümkün olmursa, onda real şəraitdən asılı olaraq 2-4

saatdan sonra dayandırmalı sınayıcısının

alətin yuxarı-aşağı hərəkətini (rasxajivanie) və sirkulyasiyanı bərpa etməli. Borulu lay quyudan çıxarılması icraçının məsul

399

vk.com/club152685050 | vk.com/id446425943

nümayəndəsinin iştirakı ilə mürəkkəb işlər üzrə ustanın rəhbərliyi altında sifarişçinin xüsusi planına əsasən yerinə yetirilməlidir.

8.4.17.Quyuda bir obyektin sınağı zamanı yüksək debitli neft və qaz əldə olunduqda, digər obyektlərin sınağı sifarişçinin tabe olduğu yuxarı təşkilatın icazəsi ilə aparılmalıdır.

8.4.18.Qəzaların və bədbəxt hadisələrin qarışısının alınması üçün qazma borularının quyudan qaldırılması aşağıdakı hallarda qadağandır:

a)layı sınadıqdan və bağlayıcı klapanı bağladıqdan sonra, quyu ağzında qazma borularından qazın çıxması başa çatana qədər;

b)borularda lay məhsulu (flüid) olduqda həmin məhsulu boruların boşluğundan əks yuma üsulu ilə çıxış xəttindən (otvodnaə liniə) tutuma doğru kənarlaşdırmadan və borularda olan hidrostatik təzyiqi boruarxası təzyiqlə bərabərləşdirmədən.

8.4.19.Yuxarı borunun yığımının (obvəzka) sökülməsi, borulardan lay məhsulunun (o cümlədən qazın) çıxması tam dayandıqdan sonra yerinə yetirilməlidir.

8.4.20.Nəzarətdən çıxmış neft – qaz təzahürləri olduqda və quyu ağzını texniki cəhətdən kipləşdirmək mümkün olmadıqda, qazma qurğusunu elektrik şəbəkəsindən ayırmaq, daxiliyanma mühərriklərini söndürmək və təhlükəli zonadan insanları çıxarmaq lazımdır. Bu zaman buruqda mobil telefonlar və digər rabitə vasitələri dərhal söndürülməli və

yalnız təhlükəli zonadan 50m aralandıqdan sonra işə salınmaldıır.

Bundan sonra FQDHH-ni çağırmaq lazımdır.

8.5. Qaz karotaj işləri və geotexnoloji nəzarət

400

vk.com/club152685050 | vk.com/id446425943

8.5.1.Qaz karotaj stansiyası və geotexnoloji nəzarət laboratoriyası quyu ağzından vışkanın hündürlüyündən 10m artıq məsafə nəzərə alınmaqla yerləşdirilməlidir.

8.5.2.Əksağırlıq yükü horizonta nisbət 400 bucaq altında tarım çəkilmiş xətt üzrə sürüşməlidir. Tarım xətt (rasstəjka) etibarlı bərkidilməli və kifayət qədər ehtiyat möhkəmliyinə malik olmalıdır. Tarım xətt qırıldıqda və ya zədələndikdə onu calamaqla artırmaq qadağandır.

Tarım xəttsiz əksağırlıq yükü ilə işləmək qadağandır.

8.5.3.Dərinlik göstrəicisinin, yükün tarım xəttinin, asqı bloklarının və hərəkətsiz sonluğunun (nepodvijnıy koneü) göstəricisinin bərkidilməsi, onların düşməsini istisna etməlidir.

8.5.4.Qazma qurğusu işləyərkən, qaz karotaj avadanlığının kəlləçarx meydançasında quraşdırılması və sökülməsi qadağandır.

8.5.5.Qaz karotaj stansiyasının içində təhlükəli materialların saxlanılması qadağandır.

8.5.6.Qaz karotaj stansiyasının işıqlandırılması və qızdırılması, bu stansiyanın pasportunda nəzərdə tutulmuş inventar cihazlarla yerinə yetirilməlidir.

8.5.7.Cihazlar intensiv qaz ayrılmasını göstərərsə, növbə operatoru, dərhal qaz tullanışının (fontanın) mümkünlüyü haqda qazma briqadasını xəbərdar edir,belə bir qəza baş verdikdə isə qaz karotaj stansiyasının təhlükəsiz bir yerə köçürülməsinə dair tədbirlər görür.

8.5.9.Şlam nümunələrinin, qazma məhlulunun, neftin və qazın analizi zamanı zərərli maddələrin ayrılması ilə müşayiət olunan işlər müvafiq fərdi mühafizə vasitələri (FMV) istifadə etməklə sorucu şkaflarda aparılmalıdır.

Sorucu şkafların ventilyasiya sistemi nasaz olduqda, onlarda zərərli maddələrin, qazların və buxarların ayrılması ilə müşayiət olunan analizlərin aparılması qadağandır.

401

vk.com/club152685050 | vk.com/id446425943

8.6. Dəniz şəraiti üçün əlavə tələblər (Mədən-geofiziki işləri)

8.6.1. Sifarişçi aşağıdakıların təmin olunmasına görə məsuliyyət daşıyır:

-DNQT-də geofiziki aparatlar və avadanlıqlar üçün işçi meydançaların və ya sahələrin ayrılmasına;

-qüvvədə olan qanunvericilik aktlarının və normativ-tex- niki sənədlərin tələblərinə uyğun geofiziki avadanlığın, PM və RM saxlanılması üçün DNQT-də yerlərin ayrılmasına və müvafiq şəkildə təchiz olunmasına;

-DNQT-yə gətirilən və geriyə daşınan geofiziki dəstənin yüklərinin mexanikləşdirilmiş üsulla boşaldılmasına;

-geofiziki dəstənin DNQT-yə və geriyə təhlükəsiz və vaxtında daşınmasına (işçilərin DNQT-yə və gəmiyə, vertolyotla köçürülmə də daxil olmaqla);

-DNQT-də geofiziki heyətin dincəlməsi üçün onları otaqlarla təmin etməyə;

-DNQT-nin işçiləri ilə birgə geofiziki dəstənin işçiləri üçün kollektiv qidanın təşkilinə;

-geofiziki heyət DNQT-də olduqda onlar üçün xilasetmə vasitələrinin ayrılmasına və onlara həmin vasitələrdən istifadə qaydalarının öyrədilməsinə.

8.6.2.PDI-dən sonra istifadə olunmamış PM birinci imkan olan kimi DNQT-dən çıxarılmalıdır.

8.6.3.DNQT-də PDI aparılan müddətdə PM bunun üçün xüsusi ayrılmış yerdə daşınan konteynerlərdə saxlanılmalıdır. Həmin sahə fövqəladə hallarda PM olan konteyneri dənizə at-

maq üçün xüsusi qurğu ilə təchiz edilməlidir. Konteynerin qapağı etibarlı bağlanmalıdır və onun açarı partladıcıda olmalıdır.

402

vk.com/club152685050 | vk.com/id446425943

8.6.4.PDI aparılmamışdan əvvəl karotaj laboratoriyasının və karotaj qaldırıcısının gövdəsi DNQT-nin yerləbirləşdirmə konturuna calaqsız metal əlaqə ilə etibarlı birləşdirilməlidir.

8.6.5.PDI aparılan müddətdə DNQT-də vışkanı, karotaj kabelinin trasını, PDA-nın doldurma yerini və karotaj bucurqadını əhatə edən təhlükəli zona müəyyən edilməlidir (ayrılmalıdır).

8.6.6.Təhlükəsizlik baxımından PDI zamanı təhlükəli zona həddində qalan (işləyəcək) mədən-geofiziki heyətin və DNQT briqadasının tərkibi sifarişçinin və icraçının rəhbərliyi

tərəfindən birgə olaraq müəyyən edilir. Qalan heyət isə PDI aparılan müddətə təhlükəli zonadan kənarlaşdırılmalıdır.

8.6.7. PDI-dən əvvəl aşağıdakılara əməl olunmalıdır: -xüsusi icazə verilənə qədər DNQT-də radiostansiyanın

işini dayandırmalı və bu haqda DNQT-nin bilavasitə yaxınlığındakı radiostansiyaları xəbərdar etməli;

-mobil telefonları söndürməli; -yükləmə-boşaltma işlərini dayandırmalı; -aktiv katod mühafizəsini söndürməli.

8.6.8.PDI aparılan zaman təhlükəli zonanın yaxınlığında yanğınsöndürmə vasitələri olmalıdır.

8.6.9.AYLT-li quyularda PDI aparılan müddətdə DNQTnin yaxınlığında qəza-xilasetmə gəmisi və yanğınsöndürmə gəmisi olmalıdır.

8.6.10.Işə düşməmiş (açılmamış) PDA-nın və həmçinin SV çıxarılması mümkün olmayan torpedaların iş yerində məhv edilməsi mümkün olmadıqda, onlar dəniz nəqliyyatı vasitəsilə müvafiq təhlükəsizlik tədbirlərinə əməl edilməklə sahilə daşınmalı və sonradan məhv edilməlidir.

8.6.11.DNQT-də qəza halı baş verdikdə (neft-qaz təzahü-

rü, yanğın) və PM və ya RM-in qəza-xilasetmə gəmisinə və ya növbətçi gəmiyə dərhal boşaldılması mümkün olmadıqda, DNQT-nin rəisinin icazəsi ilə PM və RM-in dənizə atılmasına icazə

403

vk.com/club152685050 | vk.com/id446425943

verilir. Lakin sonradan PM və RM-in atıldığı (batırıldığı) yer dəqiq göstərilməklə, onların növü, çəkisi və qablaşdırılmasının xüsusiyyəti qeyd olunmaqla Akt tərtib olunmalı və «Xəzərdənizneftdonanma» Idarəsinin hidroqrafik xidmətinə, hüquq mühafizə orqanlarına, sanitar-texniki laboratoriyanın radiasiya nəzarəti qrupuna, Azdövdağtexnəzarət Komitəsinə və həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməlidir.

404

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 9

NƏZARƏT-ÖLÇÜ CIHAZLARI, TELEMEXANIKA VƏ

AVTOMATLAŞDIRMA VASITƏLƏRI

9.1.Nəzarət-ölçü cihazları (NÖC), telemexanika və avtomatlaşdırma vasitələri [15] və digər müvafiq normativ sənədlərin tələblərinə uyğun olmalıdır.

9.2.Telemexanika xətlərində işlər 1000 V-a qədər gərginliyi olan xətlərdə aparılan işlərə olan tələblərə uyğun

aparılmalıdır.

9.3. Telemexanika xətlərində 3 m-dən yuxarı yüksəklikdə görülən işləri iki nəfər yerinə yetirməli və onlardan birinin (vəzifəcə böyüyün) elektrik təhlükəsizliyi üzrə qrupu III-dən az olmamalıdır.

9.4. Telemexanika xəttində işlər, bu xətdə gərginlik açıldıqdan və o, yerləbirləşdirildikdən sonra yazılı icazə əsasında aparıla bilər.

Xətdə gərginliyi açan aparatlarda «Qoşma! Xətdə iş gedir» yazısı olan qadağanedici plakat asılmalıdır.

9.5. Dirəkdə telemexanika və 380/220V gərginlikli xətlər birgə quraşdırılmışdırsa, telemexanika xətlərində işlər 9.4 bəndinin tələbləri yerinə yetirildikdən və həmçinin bu xəttə xidmət edən təşkilatın istismar jurnalında qeyd aparılmaqla 380/220V gərginlikli elektrik xətlərindən gərginlik açıldıqdan və həmin iş yerində yerləbirləşdirildikdən sonra aparılmalıdır.

Daşınma yerləbirləşdiricilər sıfır xətti də daxil olmaqla 380/220 V gərginlikli bütün elektrik xətlərinə qoşulmalıdır.

380/220V xətlərindən gərginliyi açan aparatlarda «Qoşma! Xətdə iş gedir» yazısı olan qadağanedici plakat asılmalıdır.

Eyni dayaqda güc və telemexanika hava xətləri olduqda telemexanika xəttinin təmirini elektrosexin nümayəndəsinin

405

vk.com/club152685050 | vk.com/id446425943

iştirakı ilə telemexanika xəttinə xidmət edən heyət aparmalıdır.

9.6.Telemexanika xətlərində yerləbirləşdirmə işlərini aparmazdan əvvəl xətlər arasında və həmçinin hər bir xətdə yerə münasibətdə gərginliyin olmamasına (əvvəlcədən yoxlanılmış cihazla - gərginlik göstərən və s.) əmin olmaq lazımdır.

9.7.Küncdəki dayağın daxili küncündə işləmək qada-

ğandır.

9.8.Telemexanika və avtomatlaşdırma vasitələrindən

qoruyucuların çıxarılması (dəyişdirilməsi) onlardan gərginlik açıldıqdan sonra aparılmalıdır.

9.9.Gərginliyi açılmış telemexanika xətlərində izolyasiyanın müqavimətini yoxlamazdan əvvəl xətlər arasında və hər bir xətlə yerə münasibətdə gərginliyin olmamasına əmin olmaq lazımdır.

9.10.Hərəkət edən mexanizmlərdə quraşdırılmış telemexanika vericilərinin (datçik) tənzimlənməsi bu mexanizmlərin

tam dayanmasından və onların öz-özünə işə düşməsinin və hərəkətinin istisna olunması təmin olunduqdan sonra aparılmalıdır.

9.11.Avtomatlaşdırma sxemində təmir işləri icra sxemi üzrə aparılmalıdır. Sxemsiz, yaddaşa arxayın olub, işləmək qadağandır.

9.12.Avtomatlaşdırma aparatlarında və prinsipial (ümumi) sxemlərdə dəyişiklik yalnız müvafiq layihə-konstruktor təşkilatının və istehsalçı zavodun razılığı ilə edilə bilər.

9.13.Bütün avtomatlaşdırma və telemexanika sistemi üçün profilaktiki (cari) təmir cədvəli olmalıdır.

Plandan kənar profilaktiki baxış qardan, yağışdan, tufan-

dan və ya güclü küləkdən sonra aparılmalıdır.

9.14. Teleözəkdə (teleyaçeyka) təmir işləri, yalnız ondan elektrik gərginliyi açıldıqdan sonra aparılmalıdır.

406

vk.com/club152685050 | vk.com/id446425943

9.15.Teleözək ona rahat xidmət etmək üçün xüsusi dayaqda mancanaq dəzgahının oturacağı səviyyəsindən lazımi hündürlükdə quraşdırılmalıdır. Teleözəyi çəpərdə quraşdırmaq qadağandır.

9.16.Vericiləri (datçik) tənzimləyərkən çıxış gərginliklərini yoxlamaq üçün teleözəkdə xarici tərəfdə vericilərin sayına görə yuvası olan ştepsel rozetkası və ya klemma (klemnik) olmalıdır.

9.17.Vericilərin tənzimlənməsinin nəticələrinin mancanaq dəzgahının işə salınması ilə yoxlanılması, işçilər mancanaq dəz-

gahının çəpərlənməsindən kənarlaşdırıldıqdan sonra aparılmalıdır.

9.18.Quyuda təmir işləri aparılarkən, vericilərin tənzimlənməsinin pozulmaması üçün, mancanaq dəzgahının balansir başlığı geriyə və əksinə zərbəsiz və rəvan atılmalıdır (xüsusi tərtibatla).

9.19.Avtomatlaşdırma və telemexanika vasitələrinin cari və orta təmiri nəzarət-ölçü cihazları (NÖC) sexində xüsusi

təchiz olunmuş yerdə aparılmalıdır.

9.20.Təzyiq altında işləyən cihazları (aparatları) təmir etməzdən əvvəl, müvafiq pnevmatik xətt bağlanmalı və sıxılmış hava buraxılmalıdır.

9.21.Manometrlər, yük indikatorları və digər NÖC-lər işçi meydançadan 3,0 m-ə qədər hündürlükdə gözəçarpan yerdə və asan oxunan məsafədə quraşdırılmalıdır.

9.22.NÖC və A üzrə çilingərin yüksəklikdə işləmək üçün icazəsi olmalıdır və bu haqda müvafiq sənədlərdə qeydlər aparılmalıdır.

9.23.Partlayış mühafizəli cihazların təmirinə cihazı istehsal etmiş zavodun təlimatı və [218] üzrə bilikləri

yoxlanılaraq təmirə icazəsi olan şəxslər buraxılırlar.

9.24. Elektrik alətlərində və ya daşınma elektrik çıraqlarında nasazlıq aşkar edildikdə onların tətbiqi dərhal

407

vk.com/club152685050 | vk.com/id446425943

dayandırılmalıdır.

9.25. Istilik-enerji parametrlərinə nəzarət edən və onları nizamlayan cihazların (manometrlər, diferensial manometrlər, səviyyəölçənlər, termometrlər, səviyyə tənzimləyiciləri, sərfölçənlər, tənzimləyici klapanlar) quraşdırılması və sökülməsi üzrə bütün işlər və həmçinin onlarla profilaktiki işlər cihazlar istismar olunan müəssisənin (obyektin) rəhbərinin və ya xidməti heyətin razılığından sonra aparılmalıdır. Təmir işlərinə, texnoloji aparatlarda və boru xətlərində təzyiq olmadıqda (atmosfer təzyiqinə qədər endirildikdən sonra), impulslu boru xətləri söndürüldükdə və həmçinin cihazları qidalandıran elektrik gərginliyi açıldıqdan sonra başlanılmalıdır. Elektrik xətləri açılmış (söndürülmüş) yerlərdə müvafiq təhlükəsizlik plakatları asılmalıdır.

9.26.Düzləndirici, modulyator və digər quruluşlar tənzimlənərkən şəbəkəyə qoşulmazdan əvvəl onların gövdəsi (şassi) etibarlı yerləbirləşdirilməlidir.

9.27.Düzləndirici və digər quruluşlar söndürüldükdən sonra filtrin kondensatorları tam şəkildə boşaldılmalıdır.

9.28.Yükölçmə cihazlarının (yük indikatorları və s.) sökülməsini yalnız qarmaqda (elevatorda) yük olmadıqda yerinə yetirmək lazımdır.

Hidravlik sistemdəki yağ döşəməyə və ətrafa dağılmadan yığılmalıdır (boşaldılmalıdır).

9.29.Partlayış təhlükəli (qazlı) mühitdə zərbədən qığılcım əmələ gətirməyən alətlərlə iş görülməlidir. Belə mühitdə siqaret çəkmək, açıq oddan və elektrik qızdırıcı cihazlardan (alətlərdən) istifadə etmək qadağandır.

9.30.Istehsalat sahələrində (otaqlarda) neft və neft

məhsulları buxarlarının və qazların partlayış təhlükəli qatılıqlarının əmələ gəlməsinin qarşısını almaq üçün həmin sahələrdə fasiləsiz avtomatlaşdırılmış nəzarət aparılmalıdır. Bu

408

vk.com/club152685050 | vk.com/id446425943

məqsədlə qatılıq aşağı partlayış həddinin 20% -nə (yəni havada partlayıcı qazın həcmi miqdarı 1%) çatdıqda qəza siqnalı (səsli və işıqlı) verən stasionar qaz analizatorları (indikatorları) tətbiq olunmalıdır.

9.31.Civə ilə bağlı işlərdə işləyən işçilər ildə 2 dəfədən az olmayaraq tibbi müayinədən keçməlidirlər.

9.32.Civə ilə bağlı işlər bir qədər hündür kanları olan xüsusi stolda aparılmalıdır.

9.33.Civəli cihazların təmiri və baxışı üçün nəzərdə tutulmuş otaqlarda civə qliserinli qalın divarlı həcmi 1 litrdən çox

olmayan ağzı tıxacla kip bağlanan şüşə qablarda və ya rezin tıxaclı rezin kolbalarda saxlanılmalıdır.

9.34.Ölçü vasitələri (NÖC və A) yalnız təyinatı üzrə istifadə olunmalıdır.

9.35.Bütün açarların, düymələrin və idarəetmə dəstəklərinin təyinatlarına görə müvafiq yazıları olmalıdır.

9.36.NÖC və A vasitələrinə xidmət [37, 219] uyğun apa-

rılmalıdır.

409