Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

5.3.17.Mexanizmin idarəetmə stansiyasına gərginlik verilməzdən əvvəl reversiv çevirici (pereklyuçatel) açarın açılmasına əmin olmaq lazımdır.

5.3.18.Reversiv çeviricinin quraşdırılması və sökülməsi, mexanizmi elektrik enerjisi ilə qidalandıran kabeldən gərginlik açıldıqdan sonra yerinə yetirilməlidir.

Elektrodehidratorlar

5.3.19. Transformatorlar və reaktiv sarğaclar (katuşkalar) yerləşdirilən yuxarı meydança dəmir torlu və ya şəbəkəli formada çəpərlənməli və çəpərin üzərində «Dayan! Gərginlik» xəbərdaredici plakatı asılmalıdır.

Elektrodehidratorlar yerləşən meydançanın çəpərinin qapısı açılan zaman gərginliyi açan (söndürən, götürən) bloklayıcı olmalıdır.

5.3.20. Binaların (otaqların) daxilində yerləşdirilmiş elektrodehidratorların yağla dolu yüksək gərginlikli transformatorları və reaktiv sarğacları transfomatorda və makarada olan yağın həcminə hesablanmış tutumun içərisində yerləşdirilməlidir.

Binanın xaricində yerləşdirilmiş elektrodehidratorların transformator və sarğacları altında, transformator və ya sarğacdakı yağın həcminə hesablanmış metal yağqəbuledicilər nəzərdə tutulmalıdır.

5.3.21.Elektrodehidratorların üzərində daşınma yerləbirləşdiricilərin qoyulması üçün xüsusi sıxaclar və ya metal zolaqlar nəzərdə tutulmalıdır. Bu sıxaclar və zolaqlar əlverişli yerlərdə olmalı və onların üzərində «Yer» sözü («Zemlə») yazılmış yazısı (və ya «Yer»in şərti işarəsi) olmalıdır.

5.3.22.Hər bir elektrodehiratorun gövdəsində pilləkən tərəfdə nömrəsi olmalıdır. Həmin nömrə elektrodehidratorun

357

vk.com/club152685050 | vk.com/id446425943

idarəetmə lövhəsinin müvafiq panelində də (üz və arxa tərəfdə) göstərilməlidir.

5.3.23.Elektrodehidratorun idarəetmə panelində baş dövrənin kontaktorunun vəziyyətinə nəzarət etmək üçün siqnal (xəbərdarlıq) lampaları quraşdırılmalıdır.

5.3.24.Elektrodehidratora gərginliyin verilməsinə, yalnız xidməti heyət tərəfindən elektrodehiratorun işə salınmasına hazır olması barədə operativ (cari) jurnalda müvafiq qeydlər aparıldıqdan sonra icazə verilir.

5.3.25.Elektrodehidrator işləyərkən onun elektrik ava-

danlığına baxış keçirmək məqsədilə çəpərlənmiş sahəsinə girmək qadağandır.

5.3.26.Elektrodehidrator işləyərkən ona qalxmaq üçün istifadə olunan pilləkənin üzərində «Dırmaşma! Öldürər» sözləri yazılmış xəbərdaredici plakat asılmalıdır.

5.3.27.Elektrodehidratorun şəbəkədən hər avtomatik açılması zamanı, gərginlik açılmaqla, o, növbədənkənar baxışdan keçirilməlidir. Elektrodehidratorun avtomatik açılmasının

səbəbləri araşdırılmadan və onlar aradan qaldırılmadan onu işə salmaq qadağandır.

5.3.28.Elektrosusuzlaşdırma və duzsuzlaşdırma qurğularının elektrik avadanlıqlarının istismarı, gərginliyi 1000 V-dan yüksək elektrik qurğularına xidmət edən elektrotexniki heyət tərəfindən yerinə yetirilir.

Elektrodehidratorun istismarına cavabdeh şəxsin elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən az olmamalıdır.

5.3.29.Elektrotexniki heyət tərəfindən elektrodehidratorun daxilində işlər aparılan zaman briqadanın bir üzvü elektrodehidratorun xaricində lyukun yanında olmalıdır. Elektrodehidratorun yuxarı hissəsində adamlar olarkən çəpərin qapısının

təsadüfən bağlanmasının qarşısını almaq məqsədilə qapı açıq vəziyyətdə etibarlı bərkidilməlidir.

358

vk.com/club152685050 | vk.com/id446425943

5.3.30.Elektrodehidratorun daxilində və yuxarı meydançasında quraşdırılmış avadanlıqların təmirinə qaz-partlayış təhlükəli işlərin aparılmasına tapşırıq-icazə vərəqəsi alındıqdan sonra icazə verilir.

5.3.31.Elektrodehidratorların mütəmadi olaraq təmiri və onlara baxış, müəssisənin baş energetiki tərəfindən təsdiq edilmiş yerli təlimatlarla müəyyən edilir.

5.3.32.Neftlə doldurulmuş elektrodehidratora cərəyan verilməzdən əvvəl orada toplanmış qaz və buxar buraxılmalıdır.

5.3.33.Elektrodehidratorda yanğın baş verdikdə gərginlik dərhal açılmalıdır.

5.3.34.Elektrodehidrator işləyən zaman çəpərlənmiş sa-

həyə daxil olmaq qadağandır.

5.3.35. Elektrodehidratorun aparatda neftin səviyyəsi aşağı düşərkən gərginliyi açan quruluşu olmalıdır. Elektrodehidratorun bütün bloklayıcıları cədvəl üzrə, lakin ildə 1 dəfədən az olmayaraq yoxlanılmalıdır.

5.4.Yerləbirləşdirmə

5.4.1.Elektrik qurğularının və avadanlıqlarının metal hissələri (gövdəsi) [15, 108, 60] tələblərinə uyğun olaraq yerləbirləşdirilməlidir.

5.4.2.Partlayış təhlükəli zonalarda quraşdırılmış elektrik avadanlıqları gərginlik səviyyəsindən asılı olmayaraq yerləbirləşdirilməlidir.

Metal konstruksiyalarda quraşdırılmış elektrik avadanlıqları, metal konstruksiyanın yerləbirləşməsindən asılı olmayaraq, ayrıca olaraq yerləbirləşdirilməlidir.

5.4.3.Yerləbirləşdirmə quruluşunun texniki vəziyyətini müəyyən etmək üçün vaxtaşırı olaraq:

359

vk.com/club152685050 | vk.com/id446425943

-yerləbirləşdirmə quruluşunun görünən hissələrinə baxış keçirilməli;

-yerləbirləşdiricilərlə yerləbirləşdirilmiş elementlər arasında etibarlı əlaqənin mövcudluğu yoxlanılmalı (aparatla yerləbirləşdirmə quruluşunu birləşdirən keçiricidə qırılmaların və qeyri kafi kontaktın olmaması), həmçinin transformatorların qoruyucuları (probivnoy) yoxlanılmalı;

-yerləbirləşdirmə quruluşunun müqaviməti ölçülməli; -«faza-sıfır» dövrəsinin tam müqaviməti ölçülməli; -birləşmələrin etibarlı olması yoxlanılmalıdır.

5.4.4. Binalarda (otaqlarda) yerləşdirilmiş yerləbirləşdirmə keçiriciləri (naqilləri) baxış üçün əlverişli yerdə olmalıdır.

Bu tələblər kabellərin sıfır xətlərinə və metal zirehlərinə, elektrik xətti gizli üsulla çəkilmiş borulara, yerdə (torpağa basdırılmış) metal konstruksiyalara və həmçinin boru xətlərinin içi ilə çəkilmiş yerləbirləşdirici keçiricilərə aid deyildir.

5.4.5.Yerləbirləşdirmə keçiriciləri korroziyadan mühafizə

olunmalıdır.

5.4.6.Yerləbirləşdirmə keçiriciləri yerləbirləşdiriciyə və yerləbirləşdirilən konstruksiyalara qaynaq edilməklə, aparat, maşın və s. gövdəsinə isə qaynaq və ya bolt vasitəsilə etibarlı birləşdirilməlidir. Aşındırıcı buxar və ya qaz olan rütubətli otaqlarda kontakt səthlərinin əlavə olaraq mühafizə örtüyü (təbəqəsi) olmalıdır (çəkilməlidir).

Aparat, maşın və s. gövdəsinə birləşdirilən əyilgən (elastik) yerləbirləşdirmə keçiricilərinin uclarında etibarlı qaynaqlanmış sonluqlar (ucluqlar) olmalıdır.

Silkələnmə və ya titrəyiş nəticəsində kontaktın zəifləməsi ehtimal olunan yerlərdə əlavə tədbirlər görülməlidir (kontrqayka, təsbitləyici şayba qoyulmalıdır).

Tez-tez sökülən və ya maşının hərəkət edən hissələrində quraşdırılan avadanlıq, ucuna sonluq qaynaq edilmiş əyilgən (elastik) naqillər vasitəsilə yerləbirləşdirilməlidir.

360

vk.com/club152685050 | vk.com/id446425943

5.4.7.Qurğunun yerlə birləşdirilən hər bir elementi ayrıayrılıqda yerləbirləşdiriciyə və magistral yerləbirləşdirmə xəttinə qoşulmalıdır.

Yerləbirləşdirmə xəttinə qurğunun bir neçə hissəsinin ardıcıl qoşulması qadağandır.

5.4.8.Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında torpaqdan (yerdən) «faza» və ya «sıfır» naqili kimi istifadə edilməsi qadağandır, belə ki, bu qurğular elektrik cərəyanı ilə zədələnmələrə (xəsarətalmalara) səbəb ola bilər.

5.5.Ildırımdan mühafizə

5.5.1.Birbaşa ildırım vurmasından adamların mühafizə olunmasını, bina və digər tikililərin və həmçinin onların içərisində olan avadanlıq və materialların dağılmasının, yanmasının və partlamasının qarşısının alınmasını təmin etmək üçün, bina və tikililərdə (konstruksiyalarda) [62]–in tələblərinə uyğun ildırımdan mühafizə quruluşları quraşdırılmalıdır.

5.5.2.Ildırımın təkrar təsirindən (vtoriçnoe vozdeystvie) qorunmaq üçün içərisində yanar buxar və qaz olan texnoloji aparat və boru xətləri yerləbirləşdirilməlidir. Bu məqsəd üçün elektrik qurğularının yerləbirləşdiricilərindən istifadəyə icazə verilir.

5.5.3.Ildırımdan mühafizə quruluşlarının istismarında cari və profilaktiki təmirlə yanaşı aşağıdakı məqsədlər üçün vaxtaşırı baxış da keçirilir:

-cərəyanötürücü elementlər (qaynaq yerləri, boltlu və digər birləşmələr) arasında elektrik əlaqəsinin etibarlılığının yoxlanılması;

361

vk.com/club152685050 | vk.com/id446425943

-ildırımdan mühafizə quruluşlarında mexaniki zədələnmədən sonra gücləndirilməsi və ya əvəz olunması tələb olunan elementlərin aşkar edilməsi;

-ildırımdan mühafizə quruluşlarının ayrı-ayrı elementlərinin korroziyadan dağılma (aşınma) dərəcəsinin müəyyən edilməsi və korroziya nəticəsində zədələnmiş elementlərin gücləndirilməsi və korroziyadan mühafizəyə dair tədbirlərin görülməsi;

-ildırımdan mühafizə quruluşlarının bina və ya tikililərin kateqoriyalarına uyğunluğunun yoxlanılması (bina və ya tikililərdə dəyişikliklər aparıldıqda və s.);

-ildırımdan mühafizə quruluşunun bütün yerləbirləşdiricilərinin sənaye tezlikli cərəyanda müqavimətinin ölçülməsi (bu iş elektrik qurğularının yerləbirləşdiricilərinin müqavimətinin ölçülməsi ilə birgə, 2 ildə bir dəfədən az olmayaraq aparılmalıdır).

5.5.4. Yoxlamalar əsasında ildırımdan mühafizə quruluşlarının profilaktiki təmirlərinin həcmi müəyyən edilir və bu təmirlər ildırım çaxan mövsümə qədər (mart ayına qədər) başa çatmalıdır.

5.5.5.Ildırımdan mühafizə quruluşlarının kiçik həcmli cari təmiri ildırım çaxan mövsümdə də aparıla bilər, əsaslı təmiri isə bu mövsümdən başqa, ilin digər vaxtlarında aparılmalıdır.

5.5.6.Obyekt üzrə ildırımdan mühafizə quruluşlarının vəziyyətinə (sazlığına) cavabdehliyi baş energetik daşıyır.

Baş energetik obyektin əsas xüsusiyyətlərini nəzərə almaqla ildırımdan mühafizə quruluşlarının istismarı üzrə qısa təlimat işləyib hazırlamalıdır.

Ildırımdan mühafizə quruluşlarının təftişini aparan şəxs aşkar edilmiş qüsurları göstərməklə keçirilmiş baxış və

yoxlama barədə akt tərtib etməlidir.

Ildırımdan mühafizə quruluşlarında aparılan yoxlamaların, yerləbirləşdirmə quruluşlarının sınaq yoxlamalarının,

362

vk.com/club152685050 | vk.com/id446425943

aparılan təmirlərin nəticələri bunun üçün nəzərdə tutulmuş jurnalda qeyd edilməlidir.

5.5.7.Ildırım təhlükəsi (şimşək çaxan vaxtı) olduqda

qadağandır:

-qaz atqı borularından istehsalat tullantılarının atmosferə buraxılması;

-istehsalat və məişət otaqlarının qapı və pəncərələrinin açıq vəziyyətdə saxlanılması.

5.5.8.Ildırım (şimşək) çaxan vaxtı qazma vışkasında işlərin aparılması, həmçinin ildırımdan mühafizə quruluşunun yer-

ləbirləşdirmə hissələrinə 10 m-dən yaxın məsafədə olmaq (yaxınlaşmaq) qadağandır.

5.6.Statik elektrikləşmədən mühafizə

5.6.1.Obyektdə statik elektrikləşmədən mühafizə qurğularının vəziyyətinə (sazlığına) cavabdehliyi sex rəisi, müəssisə üzrə isə – baş energetik daşıyır. Müəssisənin baş energetiki

elektrik sexinin rəisi ilə birlikdə mühafizə qurğularının düzgün istismarını və onların laboratoriya yoxlamasını təşkil etməli, bu qurğuların istismarı üzrə təlimat tərtib etməli və onların düzgün istismarına nəzarət etməlidir.

Sex rəisləri sexlərdə mühafizə qurğularının saz vəziyyətdə saxlanılmasını, cədvələ uyğun və müvafiq texniki sənədlər tərtib etməklə onların vaxtı-vaxtında yoxlanılmasını və təmirini təmin etməlidirlər.

5.6.2. Mühafizə qurğularına baxış və onların cari təmiri bütün texnoloji avadanlığa, elektrik xətlərinə baxış və onların təmiri ilə eyni vaxtda aparılmalıdır. Cihazların köməyi ilə yerləbirləşdirmənin yoxlanılması ildə 2 dəfədən az olmayaraq (6 aydan bir) və həmçinin avadanlığın hər təmirindən sonra aparılmalıdır.

363

vk.com/club152685050 | vk.com/id446425943

5.6.3.Bütün metal aparatlar, çənlər, neft kəmərləri, qaz xətləri, doldurma – boşaltma qurğuları, içərisində asan alışan (AAM) və yanar mayelər (YM) olan qurğular, binanın daxilində və xaricində yerləşməsindən asılı olmayaraq, yerləbirləşdirilməlidir.

5.6.4.Sexlərdə, bina xaricində yerləşdirilmiş qurğularda, estakadalarda və s. quraşdırılmış avadanlıq və boru kəmərləri bütün uzunluqları boyunca arası kəsilməyən zəncirvari şəkildə yerləbirləşdirici qurğulara qoşulmalıdır.

5.6.5.Tək (ayrıca) quraşdırılmış tutum, aparat və aqre-

qatların fərdi yerləbirləşdiricisi olmalı və ya onlar ayrı-ayrılıqda aparatın yaxınlığından keçən ümumi yerləbirləşdirmə magistral xəttinə qoşulmalıdırlar.

Bir neçə yerləbirləşdirici aparatın, aqreqat və boru kəmərlərinin yerləbirləşdirmə xəttinə ardıcıl qoşulması qadağandır.

5.6.6. Işçi heyətin sənaye tezlikli elektrik cərəyanı zədələnməsindən və ya ildırımdan mühafizəsi üçün nəzərdə tutulmuş yerləbirləşdirici qurulaşlardan statik elektrik yüklərinin ötürülməsi üçün istifadə edilə bilər.

5.6.7.Yalnız statik elektrik yüklərinin ötürülməsi üçün nəzərdə tutulmuş yerləbirləşdirici quruluşların müqaviməti 100 Om-dan çox olmamalıdır.

5.6.8.AAM və YM-lər doldurulub-boşaldılan avtosisternlər və vaqon-sisternlər doldurma-boşaltma əməliyyatından qabaq və bu əməliyyat aparılan müddətdə yerləbirləşdirmə quruluşuna qoşulu olmalıdır. Yerləbirləşdirici keçirici (naqil) kimi en kəsiyi 16 mm2-dan az olmayan elastik (çox damarlı) mis məftildən istifadə edilməlidir.

Keçiricilər avtosisternlərin və vaqon sisternlərin gövdələ-

rinə (korpusuna) bolt vasitəsilə etibarlı birləşdirilməlidir. Yerləbirləşdirmə pozularsa qüsur aradan qaldırılana qədər doldurma-boşaltma əməliyyatı dayandırılmalıdır.

364

vk.com/club152685050 | vk.com/id446425943

5.6.9.AAM-in və YM-in çənlərə, sisternlərə və qablara sərbəst düşən şırnaqla doldurulması qəti qadağandır. Onların tutumlara vurulması və doldurulması bu tutumlardakı mayenin səviyyəsindən aşağı, tutumlar boş olduqda isə rezin şlanqın ucu tutumun dibindən 0,2 m məsafədən çox olmayan səviyyədə saxlanılmaqla aparılmalıdır.

5.6.10.Çənlərin buxara verilməsi üçün nəzərdə tutulmuş rezin şlanqların metal ucluqları şlanqın xaricindən və ya daxilindən keçirilmiş (dolanmış) elastik çoxdamarlı (telli) mis məftil vasitəsilə yerləbirləşdirilməlidir. Yerləbirləşdirici məftilin digər

ucu buxar ötürən kəmərin metal hissəsinə birləşdirilməlidir. Şlanqın ucluqları zərbədən qığılcım verməyən mis, tunc və s. materialdan olmalıdır.

5.7.Süni işıqlandırma

5.7.1.Neftqazçıxarma (qazma) obyektlərində iş yerləri, texnoloji avadanlıqlar, keçidlər, pilləkənlər və s. [211, 47] –ə uyğun süni işıqlandırılmalıdır.

5.7.2.Neftqazçıxarma (qazma) obyektləri partlayışdan mühafizəli çıraqlarla və projektorlarla işıqlandırılmalıdır.

5.7.3.Obyektlər işçi işıqlandırılma çıraqlarından başqa qəza, təxliyə və lazım olduqda mühafizə çıraqları ilə də təmin olunmalıdır və onlar qüvvədə olan müvafiq normalara uyğun olmalıdır.

5.7.4.Təxliyə işıqlandırılması üçün qəza işıqlandırılmasından istifadə oluna bilər.

5.7.5.Qəza və təxliyə işıqlandırılması üçün aşağıdakı çıraqlar tətbiq olunur:

a) közərmə lampalı;

b) lüminissent lampalı aşağı temperaturlu (50 C-dən az

olmayaraq) otaqlarda, o şərtlə ki, çıraqlar bütün rejimlərdə gərginliyi nominal gərginliyin 90%-dən az olmayan dəyişən cərəyanla qidalansın.

365

vk.com/club152685050 | vk.com/id446425943

Ksenon, DRL, metalhallogen və yüksək təzyiqli natrium lampalı çıraqlardan qəza və təxliyə işıqlandırılmasında istifadə etmək qadağandır.

5.7.6.Qəza və təxliyə işıqlandırılmasının əlavə olaraq avtonom (ayrıca) elektrik qida mənbəyi olmalıdır.

5.7.7.Mühafizə işıqlandırılması sutkanın qaranlıq vaxtı mühafizə olunan yerdə ərazinin sərhəddi boyunca nəzərdə tutulmalıdır.

5.7.8.Işıqlandırıcı qurğuların yoxlanılmasına xüsusi hazırlığı olan və [63] tələblərini mükəmməl bilən işçilər buraxılır.

5.7.9.Işıqlandırma obyektlərinin sanitar-texniki pasportlaşdırılması (iş yerlərinin attestasiyası) [251]-ə uyğun aparılmalıdır (ölçülməlidir).

5.7.10.Yenidən qurulmuş və rekonstruksiya edilmiş işıqlandırıcı qurğular istismara verilməzdən əvvəl yoxlanılmalıdır.

5.7.11.Çıraqların əksetdiricilərinin xüsusi yuyucu maddələrlə çirkdən təmizlənmə qaydaları [251]–ə uyğun aparılmalıdır.

5.8.Partlayış təhlükəsizliyi

5.8.1.Partlayış təhlükəsizliyinin təmin olunması üzrə tələblər, qazma qurğusunun mexaniki avadanlığı istisna olmaqla, elektrik avadanlıqlarına və partlayışın yaranmasına səbəb ola biləcək digər avadanlıqlara şamil edilir.

5.8.2.Qazma və neftmədən qurğularının elektrik avadanlıqlarının quraşdırılması, sazlanması, sınanması və istismarı [15, 17]–nin tələblərinə müvafiq yerinə yetirilməlidir.

5.8.3.Obyekt, səmərəli surətdə mühafizə olunmaq üçün, partlayış təhlükəli zonalara bölünməlidir. Zonalar eyni tipli

avadanlıqlar yerləşdirilmiş sahələrdən ibarət olmalıdır. Obyektin zonaları təhlükəliliyinə görə aşağıdakı kateqoriyalara (dərəcələrə) bölünür:

366

vk.com/club152685050 | vk.com/id446425943

0-cı zona – partlayış təhlükəli qatışığın daima və ya uzun müddət ərzində olduğu sahə;

1-ci zona – normal iş rejimində partlayış təhlükəli qatışığın mövcudluğu ehtimal olunan sahə;

2-ci zona – normal iş rejimində, açıq meydançalarda və otaqlarda partlayış təhlükəli qatışığın olmadığı sahə.

[15]-in tələblərinə uyğun olaraq 0-2 zonalar müvafiq olaraq partlayış təhlükəsiz və partlayışdan mühafizəli icrada olan avadanlıqlarla təchiz olunmalıdır. Bütün vericilər,siqnal qurğuları 1-ci zonanın sahələrində istifadəyə yararlı olmalıdır.

5.8.4 Partlayışdan mühafizə markası olmayan, qeyri ixtisaslaşdırılmış müəssisələrdə hazırlanmış və ya təmir zamanı partlayışdan mühafizə elementləri pozulmuş, nəzarət edən idarənin partlayış mühafizəsi üzrə yazılı icazəsi olmadan 0,1,2 kateqoriyalı (sinifli, dərəcəli) partlayış təhlükəli

zonalarda

elektrik avadanlıqlarının quraşdırılması qadağandır.

5.8.5

Xaricdən

idxal

olunmuş partlayış

mühafizəli

elektrik avadanlığının,

onu

partlayışdan mühafizəyə sınamış

təşkilatın partlayış təhlükəli zona və mühitdə istismarına icazə verən şəhadətnaməsi olmalıdır.Bundan başqa bu avadanlıq sertifikatlaşdırılmalı və onun Azərbaycan Respublikasının ərazisində tətbiqinə Azdövdağtexnəzarət Komitəsinin icazəsi olmalıdır.

5.8.6Partlayışdan mühafizə vasitələri və bloklayıcıları nasaz olduqda, idarəetmə və mühafizə sistemləri sxemi pozulduqda elektrik avadanlığının istismarı qadağandır.

5.8.7Neftqazçıxarma obyektləri şəraitində (ərazisində) partlayış əmələ gətirən mənbələr ətrafında partlayış təhlükəli zonaların sinifləri və sərhədləri cədvəl 8-də və Əlavə 20-də verilir.

Cədvəl 8

367

vk.com/club152685050 | vk.com/id446425943

Bən

 

 

Otaq və sahələr

 

Partlayış

din

 

 

 

 

 

 

 

təhlükəli-

№-

 

 

 

 

 

 

 

lik sinfi

si

 

 

 

 

 

 

 

 

1

 

 

 

2

 

 

 

3

1.

Açıq

texniki

qurğular,

aparatlar,

tutumlar

 

 

quraşdırılmış

və ya neft və asan alışan qaz

0 zonası

 

buxarlarını ötürmək üçün çıxışı olan bağlı otaqlar

 

 

(Əlavə 20 şək.1), həmçinin qazma qurğularının

 

 

rotoraltı boşluqları və neft və ya yanar qaz

 

 

buxarları çıxa

və yığıla

bilən

kanallar,

şaxtalar

 

 

(şək. 2, 5, 9)

 

 

 

 

 

 

2.

Neft, neftlə emal olunmuş qazma məhlulu, neft

 

 

qazları və ya

digər asan alışan maddələr olan

0 zonası

 

açıq texniki qurğuların ətrafındakı (şək. 4), quyu

 

 

ağzı ətrafı (şək. 2), həmçinin səmt qazını və ya

 

 

müxtəlif asan alışan qazları ötürən atqı

 

 

borusunun sonluğunun ətrafındakı (şək. 8a) 1,5

 

 

m radiuslu açıq sahələr (fəza)

 

 

 

3.

Neft, neftlə emal olunmuş qazma məhlulu, neft

0 zonası

 

qazları və digər asan alışan maddələr olan açıq

 

 

və bağlı tutum və texniki qurğuların daxili sahəsi

 

 

(fəza) (şək. 1, 4, 7, 8)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1

 

 

 

2

 

 

 

3

4.

Asan

alışan

mayelərin vurulmasında istifadə

0 zonası

 

olunan şlanqların saxlanılması üçün bağlı otaqlar

 

 

 

 

 

 

 

5.

Partlayış təhlükəli

qarışıqların

əmələ

gəlməsi

1 zonası

 

yalnız sınmış (dağılmış) və ya nasaz avadanlıq

 

 

olan

halda

mümkün olan bağlı texnoloji

 

 

quruluşlar, avadanlıqlar, aparatlar, neft, neftlə

 

 

emal olunmuş qazma məhlulu və yanar qazlar

 

 

olan tənzimləyici,

nəzarətedici, söndürücü

 

 

(ayırıcı) quruluşların qovşaqları quraşdırılmış bağlı

 

368

vk.com/club152685050 | vk.com/id446425943

 

otaqlar (sahələr). Tullantı sularını vuran

 

 

nasosxanalar.

 

 

 

 

Qeyd: Qazma nasosları, qazma nasoslarına əlavə

 

 

təzyiq verən köməkçi (podpornıy) nasoslar, sirkul-

 

 

yasiya sisteminin boru kəmərləri və manifold yerləş-

 

 

dirilmiş

(partlayış təhlükəli qarışıqların

yaranma

 

 

mənbəyi olmayan digər avadanlıq və aparat yox-

 

 

dursa) və 0, 1 sinifli partlayış təhlükəli otaqlardan

 

 

ayrılmış (arası kəsilmiş) otaqlar partlayış təhlükəsiz

 

 

hesab olunur.

 

 

 

6.

Aşağıdakı açıq sahələr (fəza) :

 

 

 

 

-cədvəlin 2 №-li bəndi üzrə 0 zonasından 1,5 m

1 zonası

 

radiusdakı (şək. 8a) və 0 zonasından 3,5 m

 

 

radiusdakı sahələr (şək.4);

 

 

 

 

-hər tərəfə 3 m məsafə ilə məhdudlaşan 0 və 1

2 zonası

 

zonalarına aid otaqların istənilən oyuğunun (qapı,

 

 

pəncərə və s.) ətrafındakı sahələr (şək. 1);

 

 

 

-3 m məsafə ilə məhdudlaşan 0 və 1 zonalarına

2 zonası

 

aid otaqların sorucu ventilyasiyasının

oyuğunun

 

 

ətrafındakı sahələr;

 

 

 

 

-fontan

armaturu ətrafından hər tərəfə 3

m

2 zonası

 

məsafə ilə məhdudlaşan sahələr (şək. 5).

 

 

7.

Rotoraltı boşluğu açıq olan quyu oxundan aşağıya

2 zonası

 

qədər bütün hündürlüyü boyu radiusu 3 m-lik

 

 

silindrlə məhdudlaşan rotoraltı boşluq (fəza) (şək.

 

 

2, 3)

 

 

 

 

1

 

2

 

 

3

8.

Şək. 2-də göstərilmiş parametrlərə uyğun olan

__

 

dənizdə və kükürdlü yataqlarda qazılan quyularda

 

 

tətbiq

olunan vışkanın hündürlüyü

boyu

hər

 

 

tərəfdən əhatə edən vışkaətrafı sahə (fəza).

 

 

 

 

 

 

 

 

369

vk.com/club152685050 | vk.com/id446425943

9.

Partlayış təhlükəli zonanın sinfinə və sərhədinə

__

 

uyğun gələn rotoraltı

boşluğu

açıq

 

 

çəpərlənmiş

qazma vışkasının ətrafındakı

sahə

 

 

(fəza) (şək.3).

 

 

 

 

 

Qeyd: Rotoraltı boşluqdan (fəzadan) və qazma

 

 

meydançasından divar vasitəsi ilə ayrılmış qazma

 

 

bucurqadı sahəsi partlayış təhlükəsiz hesab

 

 

olunur.

 

 

 

 

 

 

 

 

10.

Şək. 6, 7-də göstərilmiş partlayış təhlükəli

__

 

zonanın sinfinə və sərhədinə uyğun gələn açıq və

 

 

bağlı texniki qurğuların, avadanlıqların ətrafındakı

 

 

açıq sahələr (fəza)

 

 

 

 

11.

Çəpərlənmənin hüdudlarında fontan armaturu

2 zonası

 

yerləşdirilmiş yarımbağlı sahələr (fəza)

 

 

12.

Şək. 8b-də göstərilmiş partlayış təhlükəli zonanın

__

 

sinfinə və sərhədinə uyğun gələn bağlı texniki

 

 

qurğulardakı, tutumlardakı və aparatlardakı qaz-

 

 

ları (buxarları) ötürən atqı borularının sonluqları-

 

 

nın ətrafındakı açıq sahələr (fəza)

 

 

 

13.

Çəpərlənmənin hüdudlarında neft, neftlə emal

2 zonası

 

olunmuş qazma məhlulu, neft qazları və ya asan

 

 

alışan mayelər olan texniki qurğular, avadanlıqlar,

 

 

aparatlar,

söndürücü

(ayırıcı)

quruluşların

 

 

qovşaqları quraşdırılmış yarımbağlı sahələr (fəza)

 

14.

Şək. 9-dakı parametrlərə uyğun, quyunun təmiri

__

 

üçün istifadə edilən aqreqatın ətrafındakı

sahə

 

 

(fəza)

 

 

 

 

 

5.8.9. 0 zonasında olan otaqla bilavasitə əlaqəsi olan bağlı otaq aşağıdakı şərtlərlə 1-ci zonaya aid edilə bilər:

-giriş özübağlanan qaz buraxmayan 1 zonası istiqamətində açılan qapılardan yerinə yetirilirsə;

-ventilyasiya 0 zonasına nisbətdə izafi təzyiqi təmin edirsə;

370

vk.com/club152685050 | vk.com/id446425943

-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla, ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi nəzərdə tutulubsa (varsa).

5.8.10. Bilavasitə 0 zonası ilə əlaqəsi olan bağlı otaq aşağıdakı şərtlərlə partlayış təhlükəsiz hesab oluna bilər:

-giriş, bufer hava mühiti əmələ gətirən (hava axını ventilyasiya vasitəsilə vurulur), ikiqat, özübağlanan, qaz buraxmayan qapılardan yerinə yetirilirsə;

-ventilyasiya partlayış təhlükəli sahəyə (otağa) nisbətdə izafi təzyiqi təmin edirsə;

-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla, ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi olduqda.

Asan alışan və yanar mayelərin nəql edildiyi boru kəmərlərinin ancaq ayrı-ayrı hissələri otaqlardan keçirsə, orada birləşdirici flanslar yoxdursa, borular divarlardan gilizlərdə, kipləşdirilmiş halda çəkilmişsə və partlayış təhlükəli qatışıqların otaqlara daxil olmasını istisna edirsə, həmin otaqlar partlayış təhlükəsiz hesab edilirlər.

5.8.11.1 zonası ilə bilavasitə əlaqəsi olan bağlı otaq aşağıdakı şərtlərlə partlayış təhlükəsiz hesab oluna bilər:

-giriş özübağlanan, qaz buraxmayan, təhlükəsiz zonaya açılan qapıdan yerinə yetirilirsə;

-ventilyasiya partlayış təhlükəli sahəyə (otağa) nisbətdə izafi təzyiqi təmin edirsə;

-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla, ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi olduqda.

5.8.12.Partlayış təhlükəli zonalarda quraşdırılan elektrik avadanlığı normativ sənədlərin tələblərinə müvafiq

seçilməlidir.

5.8.13. Partlayış təhlükəli zonaları olan otaqlarda ventilyasiyanın quruluşu müvafiq tələblərə cavab verməlidir.

371

vk.com/club152685050 | vk.com/id446425943

5.8.14. Partlayış təhlükəli qatışıqların siqnalizatorlarının vericiləri və nümunəgötürücü qurğuları aşağıdakı yerlərdə quraşdırılmalıdır:

-otaqların ventilyasiyası üçün hava götürülən yerlərdə; -AAM və ya qazma məhlulunu vuran hər bir nasosun

yanında;

-quyuağzı ərazidə, döşəmədən 0,5 m çox olmayan hündürlükdə;

-qazma məhlulunun hazırlandığı açıq tutumun üstündən 0,2 m-dən çox olmayan məsafədə və eyni zamanda tutumla yanaşı, döşəmədən 0,5 m hündürlükdə;

-vibroələyin yaxınlığında – ondan 1 m-dən çox olmayan məsafədə olmaqla 0,5 m-dən çox olmayan hündürlükdə;

-texnoloji aparatların yanında – buxar və qazların ayrılma ehtimalı olan yerlərdə, neft qazları üçün mənbədən 0,5-0,7 m- dən çox olmayan hündürlükdə, neft buxarları üçün döşəmədən 0,5 m hündürlükdə;

-qazpaylayıcı batareyaların seksiyalarının yanında – otağın azı 2 yerində (nöqtəsində), mənbədən 0,5-0,7 m-dən çox olmayan hündürlükdə;

-AAM və yanar qazlar saxlanılan anbarlarda – hər otaqda azı 1 ədəd;

-qazma meydançasının altında – qazma məhlulunun axınını dəf edən qurğu yerləşən yerdən 1 m-dən çox olmayan məsafədə, azı 4 nöqtədə.

Hidrogen sulfid qazının YVQ-sini qeydə alan qaz analizatorunun verici və ya nümunəgötürücü qurğuları qazma meydançasının altında (bilavasitə qazma məhsulu çıxan yerdə) və onun ayrılması ehtimal olunan otaqlarda quraşdırılmalıdır.

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR (Elektrik qurğuları)

372

vk.com/club152685050 | vk.com/id446425943

5.9.Ümumi tələblər

5.9.1.DNQT-də elektrik şəbəkələri, o cümlədən 1000 V-a qədər gərginlikli, üç fazalı, dəyişən cərəyanlı elektrik şəbəkələri neytralı izolə edilmiş olmalıdır.

1000 V-dan yüksək gərginlikli elektrik şəbəkələrinin yüksək müqavimətli rezistor vasitəsi ilə neytralının yerləbirləşdirilmiş olmasına yol verilir. Bu halda elektrik şəbəkəsinin izolyasiyasının müqavimətinin azalması barədə avtomatik siqnalizasiyası olan izolyasiyaya nəzarət edən müvafiq quruluş (cihaz)

nəzərdə tutulmalıdır.

5.9.2. DNQT-də altı aydan bir (az olmayaraq) kabel xətləri diqqətlə baxışdan keçirilməli və bu zaman aşağıdakılar yoxlanılmalıdır:

-kabelin bərkidilməsinin keyfiyyəti;

-kabelin qoruyucu (mühafizə) örtüyünün bütövlüyü; -kabelin metal örtüyünün yerləbirləşdirilməsinin

vəziyyəti;

-içərisi ilə kabel çəkilmiş borunun və qurğuşunlu kabelin örtükləri;

-kabelin üzərində markirovkanın mövcudluğu;

-kabelin ehtiyat damarlarının (naqillərinin) konservasiyasının keyfiyyəti;

-kabel çəkilmiş yerlərin təmizliyi (yağın, netfin, neft məhsullarının və s. olmaması);

-metal hörgülü kabelin korroziyaya qarşı örtüyünün vəziyyəti.

5.9.3. Kabel xətlərinə baxış keçirən şəxslərə gərginlik altında olan kabellərə toxunmaqla hər hansı bir işin görülməsi qadağandır (misal üçün: kabelin yerini dəyişmək, kabelin trasından müxtəlif əşyaları götürmək və s.).

5.9.4. Işçinin dənizə düşmək təhlükəsi olan iş yerində lazımi tədbirlər görülmədən (iş yerini bu məqsəd üçün hazırla-

373

vk.com/club152685050 | vk.com/id446425943

madan) kabelin deşilməsi və ya kəsilməsi qadağandır.

5.9.5.Kabel şkafında gərginliyi, kabelin nömrəsini və bu kabel qoşulmuş paylayıcı quruluşların nömrələrini göstərən aydın yazılar olmalıdır. 1000 V-dan yüksək gərginlikli kabelin qoşulması üçün kabel şkaflarının tətbiqi qadağandır.

5.9.6.Baxış keçirilərkən, təmir işləri aparılarkən və ya təmirdən sonra kabel çəkilərkən baxış keçirilən, təmir aparılan və ya çəkilən kabelə gərginliyin təsadüfən verilməsi istisna olmalıdır.

5.9.7.Işlər yerinə yetirildikdən və işlərin (dalğıc işlərinin)

rəhbərinin yazılı təsdiqindən sonra enerji təminatı (təchizatı) üzrə məsul növbətçi bu işlərin başa çatdığına (dayandırıldığına) əmin olaraq bu haqda tapşırıq-buraxılışda qeyd aparmalı və yalnız bundan sonra gərginlik verilməlidir.

5.9.8.Müxtəlif briqadalar tərəfindən bir sahədə eyni vaxtda sınaq və təmir işlərinin aparılması qadağandır.

5.9.9.Zədələnmiş kabeli kabelçəkən gəminin bortuna qaldırmazdan əvvəl (kabelin təmirinə başlamamış) kabel hər

iki tərəfdən açılmalı və yerləbirləşdirilməlidir.

D.5.10. Yerləbirləşdirmə

5.10.1.Gərginlik altında olmayan, lakin istismar vaxtı toxunulması mümkün olan elektrik avadanlıqlarının metal hissələri, kabellərin metal örtükləri, cərəyandaşıyıcı hissələri bərkitmək üçün metal konstruksiyalar və DNQT-nin digər konstruksiyaları aşağıdakılar istisna olmaqla yerləbirləşdirilməlidir:

-ikiqat izolyasiyası («dvoynaə izoləüiə») elektrik qəbuledicilərinin gövdələri;

-kabellərin bərkidici elementləri;

374