Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 5

ELEKTRIK QURĞULARI

5.1.Ümumi tələblər

5.1.1.Neftqazçıxarma sənayesinin elektrik qurğuları [15]–ın tələblərinə uyğun olmalı, onlara xidmət və onların təmiri [16, 17]–in tələblərinə uyğun aparılmalıdır.

5.1.2.Müxtəlif sex və müəssisələrin (qazma qurğularının,

kompressorların, nasos stansiyalarının və s.) elektrik qurğularına təhlükəsiz xidməti təşkil etmək üçün, müəssisə üzrə rəhbərlik tərəfindən həmin sex və müəssisələrin elektrotexniki heyətinin bu qurğulara xidmət sahəsinin hüdudları dəqiq təyin edilməli və rəhbərliyin sərəncamı ilə rəsmiləşdirilməlidir.

5.1.3.Partlayışdan mühafizə vasitələri və bloklayıcıları nasaz, idarəetmə və mühafizə sxemində pozuntular olan elektrik avadanlıqlarının istismarı qadağandır.

5.1.4.Nasaz elektrik avadanlıqlarının (transformatorlar, mühərriklər, kabellər, naqillər, qoruyucular və s.) istismarı qadağandır.

5.1.5.Elektrotexnoloji avadanlığa xidmət edən və elektrik aqreqatlarının işə salınmasını və açılmasını yerinə yetirən şəxs müvafiq təlim keçməli (təlimatlandırılmalı) və biliyi yoxlanıldıqdan sonra ona elektrik təhlükəsizliyi üzrə II –dən az olmayan qrup verilməlidir.

5.1.6.5.1.5 bəndində göstərilən şəxslərin təlimatının həcmi müəssisənin baş mühəndisi və baş energetiki tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.

5.1.7.Partlayış təhlükəli zonalarda istifadə olunan elek-

trik avadanlığı partlayışdan mühafizəli olmalı, partlayışdan mühafizə səviyyəsi partlayış təhlükəli zonanın sinfinə, partlayış-

350

vk.com/club152685050 | vk.com/id446425943

dan mühafizə növü isə partlayış təhlükəli qarışığın kateqoriya və qrupuna uyğun olmalıdır.

5.1.8.Xaricdə istehsal edilmiş elektrik avadanlıqlarının partlayış təhlükəli zonada və mühitdə quraşdırılmasına icazə verilməsi barədə müvafiq ekspert təşkilatının rəyi olmalıdır.

5.1.9.Partlayışdan mühafizə üzrə markalanması (markirovkası) olmayan, həmçinin kustar (əldəqayırma) üsulla hazırlanmış elektrik avadanlıqlarının quraşdırılması qadağandır.

5.2.Qazma işlərində elektrik qurğuları

5.2.1. Mürəkkəb geoloji şəraitdə 3000 m-dən dərin quyuların qazılmasında elektrik intiqallı (ötürücülü) qazma qurğusunun, bir-birindən asılı olmayan iki elektrik enerji mənbəyi olmalı və ya qəza zamanı qazma alətlərini qaldırmaq üçün qəza intiqalı olmalıdır. Bu məsələ hər bir ayrıca hal üçün müəssisənin baş geoloqu və baş energetiki tərəfindən birgə həll olunur.

5.2.2. Qazma qurğusunun 6 kV-luq gərginlik paylayıcı quruluşunun xanasında (yaçeyka) aşağıdakıları istisna edən bloklayıcılar olmalıdır:

a)yağ, vakuum və elektrikqaz açarının və ya yüksək gərginlikli kontaktorun qoşulmuş vəziyyətində ayırıcıda əməliyyatın aparılmasını;

b)xananın arxa qapısının açıq vəziyyətində ayırıcının qoşulmasını;

c)ayırıcının qoşulmuş vəziyyətində xananın arxa qapısının açılmasını.

5.2.3. Gərginlik tam açılmaqla qazma qurğusunun gərginlik paylayıcısında kommutasiya aparatlarının təmirini təmin

etmək üçün hər bir qidalandırıcı xəttin girişində xətt ayırıcısı olmalıdır.

351

vk.com/club152685050 | vk.com/id446425943

5.2.4.10kV gərginlikli qazma qurğusuna gələn hava elektrik xəttinin yarımstansiyaya (paylayıcı qurğuya) girişində olan cərəyandaşıyıcı hissələrə yerdən (döşəmədən) olan məsafə 4,5 m-dən az olmamalıdır.

Yerdən həmin cərəyandaşıyıcı hissələrə (naqillərə ) qədər olan məsafə 3,5 m-ə qədər azalarsa, həmin ərazi 1,5 m hündürlükdə çəpərlənməlidir; bu halda yerdən məftilə qədər olan məsafə (çəpər müstəvisindən) 3,5 m-dən az olmamalıdır və ya giriş kabellə yerinə yetirilməlidir.

5.2.5.Buruğun dartıcı kanatlarının (burazlarının) hava

elektrik xətləri ilə (toxunmamaqla) kəsişməsinə müstəsna hallarda yol verilir. Belə hallarda:

a)elektrik xəttinin (naqilin) dartıcı kanatla kəsişdiyi (toxunmamaqla) hissədə birləşməsi (calağı) olmamalıdır; dartıcı kanatdan hündürdə keçməli və dayaqlarda ikiqat bərkidilməlidir;

b)dartıcı kanatla elektrik naqili (ən çox əyilmədə) arasındakı məsafə 2 m-dən az olmamalıdır.

5.2.6.Qazma qurğusunun 6-10 kV-luq hava EVX-nin qıraq (kənar) naqilindən nasosxanaya, məişət binalarına və digər tikililərə qədər olan üfqi məsafə 2 m-dən az olmamalıdır, 1000 V-a qədər hava xətlərində isə 1,5 m-dən az olmamalıdır.

5.2.7.Qazma qurğusunun transformator yarımstansiyasına giriş, transformatorlardan və hava elektrik xətlərinin girişlərindən daha çox aralı olan yerdən olmalıdır.

5.2.8.Elektrik intiqallı qazma qurğularında qazma nasoslarını dərhal (qəza hallarında) saxlamaq üçün, qazmaçının əlinin altında «Stop» düyməsi olmalıdır.

5.2.9.Qazma bucurqadının elektrik intiqalı (ötürücüsü) talblokun kəlləçarxın altına dartıb (çəkib) aparılmasının qarşı-

sını alan qurğu ilə təchiz olunmalıdır.

5.2.10. Qazma buruğunun işıqlandırılması, partlayışdan mühafizəli çıraqlarla (projektorlarla) yerinə yetirilməlidir.

352

vk.com/club152685050 | vk.com/id446425943

5.2.11.Hər bir qazma qurğusunun 380/220 V-luq paylayıcı lövhəsində qaynaq transformatorlarını və geofiziki partiyaların elektrik qəbuledicilərini qoşmaq üçün kommutasiya aparatı olmalıdır.

5.2.12.Şaxta istiqamətləndiricisi, quyunun konduktoru və şurf boruları bilavasitə quraşdırıldıqdan sonra buruğun yerləbirləşdirmə quruluşuna qoşulmalıdır. Bu qoşulmalar qaynaqla yerinə yetirilməlidir. Birləşmə yerləri baxış üçün münasib olmalıdır.

Bu halda yerləbirləşdirmə quruluşunun müqaviməti [15]

–in tələblərinə uyğun olmalıdır.

5.2.13. Qazma qurğusunu bir yerdən başqa yerə köçürdükdə (nəql etdikdə) elektrik avadanlığının gərginliklə sınaqdan keçirilməsi zəruriliyi müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxs tərəfindən [16] ilə təyin olunmuş müddətdə müəyyən (təyin) edilir.

5.2.14. Quraşdırma mərhələsində olan qazma qurğusuna gərginliyin verilməsini (açılmasını) elektrik təsərrüfatına cavabdeh şəxs yerinə yetirməlidir. Qazma qurğusuna gərginliyin verilməsi «Qazma qurğusunun istismara buraxılması haqqında AKT» sənədləşdirildikdən sonra və yalnız sutkanın işıqlı vaxtında aparılmalıdır. Bununla yanaşı buruğa gərginlik, briqada üzvlərinin xəbərdar olunması və ya təhlükəli sahələrdən çıxarılması haqqında tikintiquraşdırma işlərinin rəhbəri tərəfindən yazılı surətdə təsdiqdən sonra verilməlidir.

5.2.15. Elektrik intiqallı qazma qurğularının qazma briqadalarının və quyuların mənimsənilməsi briqadalarının tərkibində elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən az olmayan elektrik montyoru olmalıdır. Küt şəkildə qazma aparıldıqda qazma qurğularına xidmət edən elektrik montyorlarının sayının azaldılması məsələsini müəssisənin baş energetiki həll edir.

353