Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

1.24.31.Tikinti meydançalarındakı izolyasiya materialları hazırlanan bağlı otaqlar layihədə nəzərdə tutulmuş çəkib – vurucu ventilyasiya sistemi və yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.

1.24.32.Bitumun həlledicilərlə (benzin, skipidar və s.) qarışdırıldığı yerdən 20 m radiusda açıq oddan istifadə etmək və qaynaq işlərinin görülməsi qadağandır.

Qarışdırılma prosesində qızdırılmış bitumu həlledicinin üzərinə tökmək lazımdır və bu zaman qarışdırılma yalnız taxta çömçə ilə aparılmalıdır.

1.24.33.DNQT-rə ingibitorlar xüsusi olaraq bu məqsədlər üçün ayrılmış və müvafiq surətdə təchiz olunmuş gəmilərlə, müvafiq dövlət orqanlarının icazəsi və məsul şəxsin rəhbərliyi

ilə daşınmalıdır.

D. 1.25. Heyətin daşınması və təxliyəsi

1.25.1.Heyətin daşınması

1.25.1.1.Heyətin (işçilərin) DNQT-yə daşınması vertolyotlar, sərnişin gəmiləri və avtomobil nəqliyyatı ilə [293]–ə uyğun yerinə yetirilir.

1.25.1.2.Əgər DNQT-də (ÜQQ, DDÖ) uçuş-enmə vertolyot meydançası nəzərdə tutulmuşdursa, onda onun avadanlıqları [279] tələblərinə uyğun olmalıdır.

1.25.1.3.Heyətin DNQT-dən (ÜQQ, DDÖ, EYM) vertolyotla və ya sərnişin gəmisi ilə yola salınması müəssisənin, ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təsdiq edilmiş siyahı üzrə və cavabdeh şəxsin nəzarəti altında aparılmalıdır.

Heyətin vertolyotla daşınması

104

vk.com/club152685050 | vk.com/id446425943

1.25.1.4.Işçilərin xüsusi olaraq sərnişinlərin daşınması üçün təchiz olunmuş vertolyotlarda daşınmasına icazə verilir. Daşınan sərnişinlərin sayı oturacaq yerlərinin sayından artıq olmamalıdır.

1.25.1.5.Sərnişinlər vertolyotda olan xilasetmə vasitələri və onlardan istifadə qaydaları haqqında qabaqcadan məlumatlandırılmalı, habelə qəza çıxışları və onlardan istifadə qaydaları ilə tanış edilməlidirlər.

1.25.1.6.Uçuş meydançasında mühərrik işə salınan andan enmə məntəqəsində (pərlər) tam dayanana qədər

uçuşda iştirak edən şəxslər vertolyotun komandirinə tabe olmalı və onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə yetirməlidirlər.

1.25.1.7.Uçuş vaxtı sərnişinlər təhlükəsizlik kəmərlərini

bağlamalıdırlar.

Uçuş vaxtı siqaret çəkmək, yerindən durmaq, giriş qapısını bağlayan mexanizmlərə yaxınlaşmaq, əl vurmaq və ya onu açmaq qadağandır.

1.25.1.8.Vertolyotun bortunda sərnişinlərlə birlikdə partla- yış-yanğın təhlükəli və zəhərli maddələrin daşınması qadağandır.

1.25.1.9.DNQT-də (ÜQQ, DDÖ) radiomayak olduqda, o, vertolyotun DNQT-yə (ÜQQ, DDÖ) bütün uçuş müddətində, oradan geriyə qayıdan zaman isə sahilə qədər olan uçuş müddətinin yarısına qədər vaxtını, qoşulmuş vəziyyətdə qalmalıdır.

1.25.1.10.Vertolyotların uçuşuna DNQT-dən (ÜQQ, DDÖ) radionəzarət aparılmalıdır (o cümlədən fəlakət radiotezliklərində).

1.25.1.11.DNQT-nin (ÜQQ, DDÖ) rəisi vertolyotun enibqalxma meydançasının və onun avadanlıqlarının vəziyyətinə cavabdehdir.

1.25.1.12.Vertolyot meydançasının kənar əşyalarla, vertolyotun mühərrik və pərlərinin fırlanma zonasına düşə biləcək

105

vk.com/club152685050 | vk.com/id446425943

əşyalarla qalaqlanması qadağandır. Meydançanın səthi buz və qardan vaxtlı-vaxtında təmizlənməlidir.

1.25.1.13.Vertolyotun meydançaya enməsi (qalxması) yalnız ÜQQ (DDÖ) rəisinin və ya vertolyot meydançasının dispetçerinin icazəsi ilə aparılmalıdır.

1.25.1.14.Vertolyot meydançasında olan yanğınsöndürmə vasitələri daima saz vəziyyətdə olmalıdır.

1.25.1.15.Vertolyotun ÜQQ-yə (DDÖ) enməsi (qalxması) dövründə enməyə (qalxmağa) mane olan, kranların köməyi ilə görülən işlər qadağandır. Kranın qolu (oxu) vertolyot meydan-

çasından kənara döndərilməlidir.

1.25.1.16.Vertolyotun enməsi və qalxması zamanı adamların vertolyot meydançasında olması qadağandır.

1.25.1.17.Fırtına olacağı xəbərdarlığı alındıqda ÜQQ-də (DDÖ, EYM) olan vertolyot xüsusi qurğuların köməyi ilə enmə meydançasına bərkidilməlidir.

1.25.1.18.Adamların vertolyotdan düşməsi vertolyot komandirinin və vertolyot meydançasının dispetçerinin

icazəsindən sonra həyata keçirilməli, minməsi isə – vertolyot heyətinin müşahidəsi altında aparılmalıdır.

1.25.1.19.Uçuş müddəti ərzində vertolyotla daşınan adamlar xilasetmə jeletlərində olmalıdırlar.

1.25.1.20.Alkoqollu içki içmiş və narkotik vəziyyətdə olan işçilərin vertolyotla daşınması qadağandır.

1.25.1.21.Adamların vertolyotla daşınmasına yalnız sutkanın gündüz vaxtı icazə verilir. Müstəsna hallarda xilasetmə işləri aparılarkən, xəsarət alanlara və ya xəstələnənlərə tibbi yardım göstərilərkən və həmçinin qəzaların ləğvi, açıq neft və qaz fontanları və yanğın zamanı adamların DDÖ-dən (ÜQQ) sutkanın qaranlıq vaxtı vertolyotla

çıxarılmasına (təxliyəsinə, daşınmasına) icazə verilir. Belə hallarda vertolyot meydançası lazımınca işıqlandırılmalıdır.

106

vk.com/club152685050 | vk.com/id446425943

Heyətin gəmilərlə daşınması

1.25.1.22.Nasaz yanalma qurğusu və enmə meydançası olan DNQT-yə (ÜQQ, DDÖ, EYM) gəmilərin yan alması qadağandır.

1.25.1.23.Işçiləri DNQT-yə daşıyan gəmiyə yalnız icazə verilən sayda adamlar qəbul edilməli və gəmi tələb olunan sayda xilasetmə vasitələri ilə (jilet, xilasetmə dairəsi və s.) təmin olunmalıdır.

1.25.1.24.Yedəyəalma işləri aparılarkən yedək

gəmisində adamların daşınması qadağandır.

1.25.1.25. Sərnişin daşıyan gəmilərin anbarlarında və göyərtəsində neft məhsullarının (benzin, leqroin, neft), turşu və qələvilərin, karbidin, oksigen, propan və asetilen doldurulmuş balonların və digər partlayıcı və od təhlükəli yüklərin daşınması qadağandır.

1.25.1.26. Sərnişinləri atmosfer çöküntülərindən (qar, yağış), küləkdən və ilin isti vaxtı günəş şüalarından qorumaq üçün gəmilərin göyərtəsi müvafiq tələblərə uyğun təchiz olunmalıdır.

1.25.1.27.Dənizin dalğalanması 3 baldan, küləyin gücü 5 baldan (9 m/san) çox olduqda, gəmidən (katerdən) adamların DNQT-nin minib-düşmə meydançasına minibdüşməsi qadağandır. Adamların minib-düşməsi gəmi kapitanının göstərişi (komandası) ilə həyata keçirilməlidir.

1.25.1.28.Sutkanın qaranlıq vaxtı adamların minibdüşmə meydançasının işıqlandırılması [211]–ə uyğun olmalıdır.

1.25.1.29.Yükləmə-boşaltma işlərinin adamların minməsi və düşməsi ilə eyni zamanda aparılması qadağandır.

1.25.1.30.Adamların gəmidən DNQT-yə düşürülməsi və oradan gəmiyə mindirilməsi yalnız bu məqsəd üçün nəzərdə tutulmuş qurğunun köməyi ilə yerinə yetirilməlidir.

107

vk.com/club152685050 | vk.com/id446425943

1.25.1.31.Xidməti heyətin minməsi, düşməsi və bir minikdən digərinə keçirilməsi əməliyyatı bilavasitə gəminin müdiriyyəti və ÜQQ (DDÖ) rəisinin müşahidəsi altında (onun cavabdehliyi ilə) həyata keçirilməlidir.

1.25.1.32.Gəmiyə minmə və ondan düşmə zamanı DNQTnin minib-düşmə meydançasında adamların toplanması qadağandır.

1.25.1.33.Gəmi DNQT-yə yan aldıqda yanalma kəndirlərinin uclarını xüsusilə bu işlər üçün xidməti heyətdən ayrılmış və öyrədilmiş (təlim keçmiş) şəxslər qəbul etməli və

bərkitməlidir. Gəmi yan aldıqda yanalma körpüsündə yalnız yanalma (bərkitmə) kəndirinin ucunu qəbul edən şəxs olmalıdır.

1.25.1.34.Xidməti heyətin sərnişin gəmilərindən DNQTyə düşməsi və gəmiyə minməsi taxta körpü və ya bortarxası trapla həyata keçirilməlidir.

1.25.1.35.Bortarxası trap gəmi bortuna kip sıxılmalı, onun yuxarı ucu isə möhkəm (etibarlı) bağlanmalıdır.

1.25.1.36.Bütün növ bortarxası traplar və taxta körpülər hər iki tərəfdən hündürlüyü 1 m-dən az olmayan dirəklərə bəndlənmiş kəndir və ya məhəccərlə çəpərlənməlidir.

1.25.1.37.Taxta körpüləri 450-dən artıq bucaq altında qoymaq qadağandır. Taxta körpülər gəminin bortuna möhkəm bağlanmalıdır.

1.25.1.38.Gəmi DNQT-yə yan alarkən onun minibdüşmə meydançası ilə gəminin göyərtəsi arasında hündürlük fərqi 0,2 m-dən çox olarsa, onlar arasında eninə tamasaları (plankaları) olan və hər iki tərəfə etibarlı bərkidilmiş taxta körpü quraşdırılmalıdır.

1.25.1.39.Gəminin və DNQT-nin minib-düşmə yeri (və

ya ona yaxın yer) uzunluğu 30 m-dən az olmayaraq və ya yerləşdiyi yerdən dənizin ən aşağı (minimal) səviyyəsinə qədər olan məsafənin iki mislindən az olmayan uzunluqlu iplərə

108

vk.com/club152685050 | vk.com/id446425943

bağlanmış xilasetmə dairələri və işıq siqnalı (buy) olan dairələrlə təchiz olunmalıdır.

1.25.1.40.Adamların gəmidən DNQT-yə və əksinə təhlükəsiz minib-düşməsini təmin etmək üçün trap və ya taxta körpünün yanında nəzarətçilər olmalıdır.

1.25.1.41.Adamların gəmidən DNQT-yə və əksinə minib-düşməsi xüsusi nənnilərin vasitəsilə yerinə yetirilə bilər və belə nənnilər suda batmayan olmalı və onların amartizatorları olmalıdır.

1.25.1.42.Nənni, üzərində adamların buraxıla bilən sayı,

yükqaldırma həddi, sınağın və növbəti sınağın tarixləri qeyd olunmuş lövhəciklə təchiz olunmalıdır.

Burazların hesablanması (seçilməsi) və çıx-daş (otbrakovka) edilməsi [7]-ə uyğun yerinə yetirilməlidir.

1.25.1.43. Xüsusi nənnilər hər il hesablanmış yükdən iki dəfə artıq statik yüklənməyə və işçi yüklənmədən 10% artıq yük verməklə (yüklə qaldırıb-endirməni bərabər aparmaqla) dinamik yüklənməyə sınanmalıdır.

Sınaqlar DDÖ-nün (ÜQQ) rəisi tərəfindən təyin edilmiş komissiya tərəfindən aparılmalıdır.

Sınaqların nəticələri qeydlər (uçot) və yoxlamalar (baxış) jurnalında qeyd olunmalıdır.

1.25.1.44.Hər dəfə xüsusi nənniləri istifadə etməzdən əvvəl nənninin möhkəmliyi, burazın (trosun) vəziyyəti və s. hissələri diqqətlə yoxlanılmalıdır. Nənnilər üç ayda bir dəfə ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təyin edilmiş cavabdeh şəxs tərəfindən yoxlanılmalıdır. Yoxlamanın nəticəsi qeydlər və yoxlamalar jurnalına qeyd edilir.

1.25.1.45.Sutkanın qaranlıq vaxtı adamların xüsusi nənnilər vasitəsilə DDÖ-dən (ÜQQ) gəmiyə və əksinə köçürülməsi

zamanı gəminin və DDÖ-nün (ÜQQ) nənni quraşdırıldığı yerin işıqlandırılması [211]–ə uyğun olmalıdır.

109

vk.com/club152685050 | vk.com/id446425943

1.25.1.46.Adamlar nənni vasitəsilə gəmidən DDÖ-yə (ÜQQ) köçürülərkən (boşaldılarkən) nənnini gəminin qalxıbenmə amplitudasından çox olan hündürlüyə qaldıraraq onu gəminin göyərtəsindən kənara dənizə tərəf hərəkət etdirməli və sonra DDÖ-yə (ÜQQ) qaldırmaq lazımdır.

1.25.1.47.Adamlar nənni vasitəsilə DDÖ-dən (ÜQQ) gəmiyə köçürülərkən nənnini DDÖ-dən (ÜQQ) dəniz üzərinə hərəkət etdirməli, sonra nənni gəminin dalğalanma nəticəsində maksimal hündürlüyə qalxdığı həddən bir qədər hündürə çatdıqda, onu, kranın oxunu (qolunu) döndərməklə

gəminin göyərtəsi üzərində saxlamalı və daha sonra sonuncunun üzərinə endirmək lazımdır.

1.25.1.48.Nənni, minik yerinə ona bağlanmış ip vasitəsilə istiqamətləndirilməlidir.

1.25.1.49.Minmə-düşmə əməliyyatları zamanı yüklərin yüklənib-boşaldılması və maye yanacağın qəbulu qadağandır.

1.25.1.50.Adamların daşınmasının təşkilinə, onların gəmidən (gəmiyə) minib-düşməsinə gəminin müdiriyyəti və

həmçinin, daşınan vaxtanın (briqadanın) rəhbərləri məsuliyyət daşıyırlar.

1.25.1.51. Gəmidə olan (daşınan) şəxslərə qadağandır:

a)göyərtədə yanalma (şvartovıye) əməliyyatı və yükləmə-boşaltma işləri aparılan yerlərdə olmaq;

b)gəminin yanalması tam başa çatmayana və gəmi kapitanının icazəsi olmayana qədər gəmidən düşmək;

c)minib-düşmə zamanı gəminin bortu üstündən atılmaq; ç) yanğın-partlayış təhlükəli yükləri daşımaq.

D.Heyətin avtomobil nəqliyyatı ilə daşınması

1.25.1.52. Estakadada heyətin daşınması bu məqsəd üçün təyin olunmuş avtomobillər vasitəsilə həyata keçirilməlidir.

110

vk.com/club152685050 | vk.com/id446425943

1.25.1.53.Estakadada işçiləri daşıyan avtomobilin hərəkət sürəti götürmə qabiliyyəti məhdud olan (köhnə) sahələrdə 15km/saata, yeni tikilmiş, yaxud əsaslı təmir olunmuş sahələrdə isə 20-25 km/saata qədər ola bilər.

1.25.1.54.Işçiləri daşıyan nəqliyyat vasitələrinin maşın və mexanizmləri yedəyə alması qadağandır.

1.25.1.55.Avtomobillər hərəkət edən sahələr (yollar, estakadayanı meydançalar) əşyalarla qalaqlanmamalıdır.

1.25.1.56.Istismar zamanı estakadanın döşəməsində əmələ gələn yarıqlar (çalalar) dərhal tutulmalı, buna qədər isə

çəpərlənməlidir.

1.25.1.57. Estakadada adamları daşıyan nəqliyyat vasitələri ilə digər nəqliyyat vasitələri və ya xüsusi texnika qarşı-qarşıya gəldikdə, yol adamları daşıyan nəqliyyat vasitələrinə verilir.

D.1.25.2. Heyətin təxliyəsi

1.25.2.1.DDÖ (ÜQQ) və gəmi heyəti kollektiv xilasetmə vasitələri üzrə qeydə alınmalıdır; eyni vaxtda obyektdə iki və daha artıq müəssisə heyəti çalışarsa xilasetmə vasitələri üzrə yalnız bir qeydiyyat olmalıdır (tutulmalıdır).

1.25.2.2.DDÖ-nün (ÜQQ) hər bir işçisi «qayıq siqnalı» üzrə öz yerini və vəzifəsini bilməlidir (DDÖ-nü (ÜQQ) kollektiv xilasetmə vasitələri ilə tərk etmək).

1.25.2.3.Köçürülmə yolları, kollektiv xilasetmə vasitələrinin yerləşdiyi yerlər, onların suya endirilməsi üçün qurğular da daxil olmaqla yerləşdikləri yerlər, həmçinin endirilmə yerində dənizin səthi sutkanın qaranlıq vaxtı əsas və qəza işıqlandırılması ilə təmin edilməlidir.

1.25.2.4.DDÖ-dən (ÜQQ) təxliyə üsulu şəraitdən (gəmilərlə, vertolyotlarla, kollektiv xilasetmə vasitələri ilə) asılı olaraq

111

vk.com/club152685050 | vk.com/id446425943

müəyyən edilir. Təxliyə, tutulmuş qeydiyyata uyğun aparılmalıdır.

1.25.2.5.Kollektiv xilasetmə vasitələri ilə təxliyə xüsusi komanda (siqnal) üzrə həyata keçirilir.

Heyətin təxliyəsi barədə komandanı DDÖ-nün (ÜQQ) rəisi və ya əmrlə təyin edilmiş onu əvəz edən şəxs verməlidir. Həmin şəxs növbə çəkən gəmilərə və vertolyotlara məlumat verir, lazım gələrsə, beynəlxalq fəlakət siqnalı verir.

1.25.2.6.Ştormtraplar (ip nərdivanlar) DDÖ-nün (ÜQQ) hər bir tərəfində kolletiv xilasetmə vasitələri quraşdırılmış

yerlərdə yerləşdirilməlidir. Ştormtrapın uzunluğu onun aşağı məhəccər sütununun suya toxunmasını təmin etməlidir.

1.25.2.7.Ştormtraplardan yalnız qəza hallarında istifadə edilməlidir. Ştormtrapların yoxlanılması müvafiq təlimata uyğun aparılmalıdır.

1.25.2.8.DDÖ (ÜQQ) heyəti ilə mütəmadi olaraq, ayda 1 dəfədən az olmayaraq, hər vaxtada fərdi və kollektiv xilasetmə vasitələrindən düzgün istifadə edilməsi üzrə məşqlər

keçirilməlidir.

1.25.2.9.Hər bir xilasetmə qayığına DDÖ-nün (ÜQQ) rəisinin əmri ilə qayıq komandiri və onun müavini təhkim edilməli və onların müvafiq vəsiqələri olmalıdır. Hər bir xilasetmə salına (plot) onun endirilməsinə görə məsuliyyət daşıyan şəxs təhkim edilir.

1.25.2.10.DDÖ-nün (ÜQQ) rəisi (onun müavini və ya əmrlə təyin edilmiş digər məsul şəxs), radist və xilasetmə qrupu obyektdə heç bir kəsin qalmadığına əmin olduqdan sonra, axırıncı olaraq təxliyə olunurlar.

D1.26. Qəza xilasetmə xidməti və xilasetmə vasitələri

1.26.1.Ümumi tələblər

112

vk.com/club152685050 | vk.com/id446425943

1.26.1.1. ÜQQ-lər [262]-ə, DDÖ-lər isə cədvəl 1-ə müvafiq kollektiv və fərdi xilasetmə vasitələri ilə təmin olunmalıdır.

 

 

 

 

 

 

Cədvəl 1

DDÖ-nün tipi

Texnoloji əməliyyat

Oturacaq yerləri ilə təminat,

 

 

 

 

 

 

%

 

 

 

 

 

Xilasetmə

Xilasetmə salları

 

 

 

 

 

qayıqları

(hava ilə doldu-

 

 

 

 

 

(şlyupka)

rulmuş plotlar)

1

 

 

2

 

3

4

Texnoloji

bloku

Quyuların eyni vaxtda

 

 

yaşayış-məişət

qazılması və istismarı

200

50

kompleksi

ilə

Quyuların qazılması

200

50

birgə olan DDÖ

 

 

 

 

 

 

 

 

 

 

 

 

1

 

 

2

 

3

4

 

 

Quyuların istismarı,

100

100

 

 

neft

qazın

 

 

 

 

yığılması,

 

 

 

 

 

hazırlanması və nəqli.

 

 

Texnoloji

bloku

 

 

 

 

 

piyada körpüsü

Quyuların eyni vaxtda

100

100

vasitəsilə

 

qazılması və istismarı

100

100

yaşayış-məişət

Quyuların qazılması

100

100

blokuna

 

Quyuların istismarı,

 

 

birləşdirilmiş

neft

qazın

 

 

DDÖ

 

yığılması,

 

 

 

 

 

hazırlanması və nəqli

 

 

Qeyd: 1. Texnoloji bloku yaşayış-məişət kompleksi ilə birgə olan DDÖ-də tankerli qayıqlar quraşdırılır. 2. Texnoloji bloku piyada körpüsü vasitəsilə yaşayış-məişət blokuna birləşdirilmiş DDÖ-də adi

113

vk.com/club152685050 | vk.com/id446425943

qaydada icra olunmuş bağlı tipli qayıqlar quraşdırıla bilər.

DDÖ-də quraşdırılan qayıqlar məsafədən endirilmək üçün qurğularla təchiz olunmalıdır.

1.26.1.2. Gəmilərdə xilasetmə vasitələrinin saz vəziyyətinə, saxlanılma qaydalarına və vaxtında texniki baxışdan keçmələrinə görə məsuliyyət dəniz gəmilərində xidmət üzrə Nizamnamə ilə, DNQT-lərdə isə xidməti təlimatlarla müəyyənləşdirilir.

D. 1.26.2. Kollektiv xilasetmə vasitələri

1.26.2.1. Kollektiv xilasetmə vasitələri yalnız birbaşa təyinatları üzrə istifadə edilməlidir. Onlardan digər məqsədlər üçün istifadə etmək qadağandır.

DDÖ-də (ÜQQ) kollektiv xilasetmə vasitələrinin illik təkrar müayinəsi müəssisənin rəhbərliyi tərəfindən təyin edilmiş komissiya tərəfindən və «Dəniz gəmilərinin konvension təchizatı üzrə Qaydalar»ın tələblərinə əsasən aparılır.

1.26.2.2.DDÖ (ÜQQ) layihələndirilərkən kollektiv xilasetmə vasitələrinin yaşayış bloku ərazisində quraşdırılması nəzərdə tutulmalıdır.

DDÖ-dəki (ÜQQ) xilasetmə qayıqları onlar üçün nəzərdə tutulmuş yerlərə etibarlı bərkidilməlidir. Bərkidilmə əl ilə rahat və tez açılmanı təmin etməlidir.

1.26.2.3.Gəmilərdə, DDÖ və ÜQQ-da yerləşdirilmiş xilasetmə qayıqlarının və sallarının (plot) təchiz olunması [262] II hissəsinin və üzən qazma qurğularının konvension təchizatı üzrə Qaydaların tələblərinə uyğun həyata keçirilməlidir.

1.26.2.4.Gəmidə, DDÖ-də (ÜQQ) xilasetmə qayıqlarının təchiz olunması hər vaxta dəyişərkən məsul şəxs tərəfindən yoxlanılmalıdır.

114

vk.com/club152685050 | vk.com/id446425943

Yoxlamanın nəticələri xüsusi jurnalda qeyd olunmalıdır.

D. 1.26.3. Fərdi xilasetmə vasitələri

1.26.3.1.DDÖ-də özülün (platformanın) yaşayış otaqlarındakı yataq yerlərinin sayına bərabər və üstəlik bir vaxta üçün də əlavə olaraq (miqdarda) hesablanmış xilasetmə jiletləri nəzərdə tutulmalıdır.

1.26.3.2.DDÖ iplə bağlanmış xilasetmə dairəsi ilə təchiz olunmalıdır. Ipin uzunluğu dairənin dəniz səviyyəsindən hün-

dürlüyünün 2 mislindən az olmamalıdır. Dairələrin ümumi sayı DDÖ-nün ölçülərinə görə müəyyən edilir. DDÖ-də xilasetmə dairələri minmə-yanalma meydançasının, piyada körpüsünün (əgər mövcuddursa) hər iki tərəfinə bərabər sayda paylanmaqla, həmçinin DDÖ-nün hər yarusunun perimetri boyu hər 20 m-dən bir yerləşdirilməlidir.

Xilasetmə dairələrinin ümumi sayının 50%-dən çoxu özözünə alışan alovlu siqnal üzgəcli (buyki) və 25%-dən çoxu avtomatik hərəkət edən tüstü buraxan şaşkalı olmalıdır.

1.26.3.3.Gəmilərdə, DNQT-də quraşdırılan fərdi xilasetmə vasitələri [194, 195] tələblərinə uyğun olmalıdır.

1.26.3.4.Fərdi xilasetmə vasitələrinin vəziyyəti müəyyən olunmuş müddət başa çatdıqda məsul şəxs tərəfindən, xilasetmə jiletləri isə mənsub olduqları şəxs tərəfindən hər vaxta başlamazdan əvvəl yoxlanılmalıdır.

1.26.3.5.Registr nəzarətində olan gəmilərdə və ÜQQ-da xilasetmə jiletləri və dairələri hər il müəyyən olunmuş vaxtda (faktlar barədə sertifikatlarda qeydlər aparmaqla) təkrar müayinədən keçməlidir, DNQT-də isə müayinə-müəssisə rəhbərliyinin təyin etdiyi komissiya tərəfindən [262]-in

tələblərinə uyğun aparılmalıdır.

1.26.3.6. Fərdi xilasetmə vasitələrindən təlimatlara uyğun olaraq istifadə edilməlidir. «Həyəcan» siqnalı üzrə

115

vk.com/club152685050 | vk.com/id446425943

məşqlər zamanı, təlim keçən rəhbər, heyətin fərdi xilasetmə vasitələrindən istifadə etmə bacarığını yoxlamalıdır.

D 1.26.4. Qəza və fəlakət siqnalları vermək üçün vasitələr

1.26.4.1.Fəlakət siqnallarının verilməsi üçün gəmi, ÜQQ, DDÖ [262]–in III hissəsində nəzərdə tutulmuş siqnal vasitələrinə malik olmalıdır.

1.26.4.2.Gəmilərdə və DNQT (ÜQQ) məsul şəxs fəlakət

siqnallarının verilməsi vasitələrinin saz vəziyyətdə olmasına və fəlakət siqnallarının dərhal verilməsi hazırlığına daima nəzarət etməlidir.

1.26.4.3.Siqnal raketlərinin adamların cəmləşdiyi yerlərə və həmçinin gəmilər və sahil tikililəri tərəfə atılması qadağandır.

1.26.4.4.Siqnal raketləri açarla bağlanan xüsusi yeşiklərdə (şkaflarda) saxlanılmalıdır.

Içərisində sıqnal raketləri olan yeşiklər (saxlanılan yer) istilik mənbələrindən (atqı boruları, qazanlar, buxar və ya elektrik qızdırıcıları və s.) kənarda, təhlükəsiz açıq yerlərdə saxlanılmalıdır.

1.26.4.5.Kollektiv xilasetmə vasitələrində siqnal raketləri su keçirməyən bağlamalarda saxlanılmalıdır.

1.26.4.6.Siqnal raketlərinin istifadəsi zamanı siqaret çəkmək və açıq alovdan istifadə etmək qadağandır.

116

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 2

TIKINTI-QURAŞDIRMA VƏ TƏMIR IŞLƏRI

2.1.Ümumi tələblər

2.1.1.Bu bölmədə tikinti-quraşdırma (sökmə), torpaq, qaynaq işləri, boruların çəkilməsi, vışkaquraşdırma, təmir və başqa köməkçi işlərə tələblər göstərilir.

2.1.2.Tikinti-quraşdırma işləri müvafiq inşaat norma və qaydalarına (IN və Q-a), tikintidə göstərişlərə, təhlükəsizlik texnikası üzrə təlimatlara və bu Qaydaların tələblərinə riayət

etməklə yerinə yetirilməlidir.

2.1.3. Tikinti-quraşdırma (sökmə) işləri təsdiq olunmuş layihəyə və tikintinin yerinə yetirilməsi layihəsinin tələblərinə müvafiq aparılmalıdır.

Iş prosesində şərait əməyin təhlükəsizliyinə təsir edən istiqamətdə dəyişilərsə, onda işlərin yerinə yetirilmə layihəsində müvafiq dəyişikliklər aparılmalıdır.

2.1.4.Təhlükəli istehsalat obyektinin tikintisinin başlanğıcı, genişləndirilməsi, yenidən qurulması, texniki vasitələrinin tamamilə yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi haqqında qərar müəyyən olunmuş qaydada təsdiq edilmiş lazımi sayda layihə sənədləri olduqda qəbul edilir.

2.1.5.Təhlükəli istehsalat obyektlərində avadanlıqların tikintisi və quraşdırılması üzrə fəaliyyət göstərilən zaman təşkilatlar tikinti və quraşdırma işlərinin keyfiyyətinə, həmçinin tikinti və quraşdırma texniki bazasının və vasitələrinin vəziyyətinə nəzarəti təmin etməlidirlər.

2.1.6.Müəyyən edilmiş qaydada müəssisə, istehsalat obyektləri, qurğular və kommunikasiyaların tikilməsi üçün ayrılmış ərazi, sanitar-mühafizə zonalarının sərhədləri nəzərə

117

vk.com/club152685050 | vk.com/id446425943

alınmaqla və layihə sənədlərinin tərkib hissəsi olan baş plana müvafiq hamarlanmalı (planlaşdırılmalı), çəpərlənməli və tikilməlidir.

Təhlükəli istehsalat obyektlərinin tikilmə ərazisinin mühafizə rejimi və xarakteri tikintini aparan təşkilat, istismara verildikdən sonra isə-obyekti istismar edən təşkilat tərəfindən müəyyən edilməlidir.

2.1.7. Tikilməkdə olan və istismar edilən təhlükəli istehsalat obyektlərinin (quyular, nasos və kompressor stansiyaları və s.) maddi texniki təchizat bazaları və təşkilatın istehsalat xidmətlərinin yerləşdiyi yerlərlə bütün il boyu etibarlı nəqliyyat əlaqəsi olmalıdır.

2.1.8. Yeraltı kommunikasiyaları (kabel xətləri, neft-qaz kəmərləri və s.) olan müəssisələrdə, bu kommunikasiyaların təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki yerləşməsinin icra sxemi olmalıdır. Kommunikasiyaların faktiki yerləşməsinin layihədən kənara çıxması layihəni işləyənlərlə razılaşdırılmalıdır.

Yerlərdə yeraltı kommunikasiyalar tras boyu və döngələrdə göstəricilərlə işarə edilməlidir.

2.1.9.Nəqliyyat magistrallarının, keçidlərinin boru kəmərləri ilə kəsişdikləri yerlərdə təhlükə haqqında xəbərdaredici nişanlar qoyulmalıdır. Belə yerlərdə boru kəmərlərinin əlavə mühafizəsi (örtük və s. qoyulması) müvafiq tələblərə uyğun aparılmalıdır.

2.1.10.Istismar quyularının kənar sırasından xaricə, həmçinin digər təhlükəli istehsalat obyektlərinin ətrafında müvafiq ölçülərdə sanitar-mühafizə zonaları olmalıdır.

Yataqların məhsulluarında zərərli qarışıqlar olduqda bu məhsulu çıxaran (nəql edən) təhlükəli istehsalat obyektləri və

yaxınlıqdakı ərazilər arasında, ölçüləri layihə sənədləri ilə müəyyən edilən, bufer zonası olmalıdır.

118

vk.com/club152685050 | vk.com/id446425943

2.1.11. Partlayış-yanğın və yanğın təhlükəsi üzrə binaların və otaqların layihələndirmə kateqoriyaları layihələndirmə mərhələsində layihə təşkilatı tərəfindən müəyyən edilir. Binaların və otaqların ventilyasiyası və qızdırılması Sanitar və Inşaat norma və qaydalarının tələblərinə müvafiq aparılmalıdır.

2.1.12.Təhlükəli istehsalat obyektinin ayrı-ayrı sexlərinin, sahələrinin və ya qurğularının istismara verilməsi bu Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilmiş qaydada yerinə yetirilməlidir.

2.1.13.Tikinti-quraşdırma işləri yalnız yükqaldırma mexanizmlərinin köməyi ilə quraşdırma işlərinin aparılması üçün təsdiq olunmuş layihəyə müvafiq yerinə yetirilməlidir.

2.1.14.Qurğuların və avadanlıqların quraşdırılması, sökülməsi, təmiri, habelə qazma qurğularının, vışkaların və qazma avadanlıqları bloklarının çəkilməsi, müəssisə üzrə verilmiş əmrlə təyin edilmiş məsul işçinin rəhbərliyi altında aparılmalıdır.

2.1.15.Yeni tikilən buruqlara və digər istehsalat obyektlərinə qabaqcadan yol çəkilməli və giriş qoyulmalı, habelə işin aparılma layihəsinə uyğun avadanlıqları, alətləri və materialları boşaltmaq üçün meydança hazırlanmalıdır.

2.1.16.Tikinti-quraşdırma işləri üçün təyin edilmiş meydança boru kəmərləri və kabellərdən azad olmalı, yükqaldırma mexanizmlərinin quraşdırılması və manevr etmələri üçün kifayət etməli, ağaclardan, kollardan təmizlənməli və düzləndirilməlidir (hamarlanmalıdır).

2.1.17.Obyektdə bir neçə tikinti-quraşdırma təşkilatı işlədikdə təşkilatların (baş podratçı və subpodratçı təşkilatların) qarşılıqlı əlaqələrə dair müqaviləyə müvafiq

əməyin təhlükəsizliyi üzrə tədbirlər nəzərdə tutulmalıdır. 2.1.18. Fəaliyyətdə olan müəssisə və sexin ərazisində işə

başlamazdan əvvəl sifarişçi (müəssisə) və baş podratçı, sub-

119

vk.com/club152685050 | vk.com/id446425943

podratçı təşkilatın iştirakı ilə mütləq akt-buraxılış tərtib etməlidir.

Akt-buraxılışda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə görə tikinti-quraşdırma təşkilatının və fəaliyyətdə olan müəssisənin rəhbərləri məsuliyyət daşıyırlar.

2.1.19.Küləyin gücündən (sürətindən) asılı olaraq tikintiquraşdırma və təmir işləri [6]–nın tələbləri ilə nizamlanır. Böyük külək tutan səthi olan konstruksiyaların quraşdırılması və sökülməsi işləri küləyin sürəti 10 m/san olarsa dərhal dayandırılmalıdır.

2.1.20.Quraşdırma üçün təyin edilmiş məmulat və konstruksiyalar elə yığılmalıdır ki, quraşdırma ardıcıllığı pozulmasın, onların markaları giriş və ya keçid tərəfdən asan oxunula

bilsin, quraşdırma ilgəkləri üzü yuxarı olsun.

2.1.21.Polad kanatların və ilməklərin çıxdaş edilməsi7 -nin tələblərinə uyğun aparılmalıdır.

2.1.22.Konstruksiyaların quraşdırılmasına və sökülməsinə başlamazdan əvvəl məsul şəxs quraşdırıcıları işin aparılma qaydası və onların yerinə yetirilməsi zamanı təhlükəsizlik tədbirləri ilə tanış etməlidir.

2.1.23.Quraşdırma işlərinə başlamazdan əvvəl özülün

konstruksiyasının pasport məlumatlarına və özülün cizgilərinə uyğunluğu yoxlanılmalıdır.

2.1.24.Konstruksiyanın ilməklənməsi yükqaldırma mexanizmləri ilə quraşdırma işlərinin aparılması layihəsində nəzərdə tutulmuş tələblərə müvafiq aparılmalıdır.

Konstruksiyada quraşdırma ilgəyi olmadıqda və ya zədələnmiş olduqda, bu çatışmamazlıqlar araqan qaldırılmayana qədər onların yerinin dəyişdirilməsi və quraşdırılması (sökülməsi) ilə bağlı işlər dayandırılmalıdır.

2.1.25.Konstruksiyanı özül üzərinə endirən zaman onun qoruyucu dartıcısı olmalıdır.

120

vk.com/club152685050 | vk.com/id446425943

2.1.26.Qaldırılmış konstruksiyadan yükqaldırma mexanizminin qarmağının azad edilməsi, layihədə nəzərdə tutulmuş müvəqqəti bərkitmə ilə (quraşdırma boltları ilə, polad məftillə, konduktorla, pazlarla) onun dayanıqlığı təmin edildikdən və ya onu əvvəlcədən quraşdırılmış, yaxud bərkidilmiş konstruksiya üzərinə qoyduqdan sonra yerinə yetirilməlidir.

2.1.27.Qaldırıcı kanat qaldırılmış konstruksiyadan o, əsas və ya özül üzərinə qoyulduqdan və bərkidildikdən sonra çıxarılmalıdır.

2.1.28.Konstruksiyanın sökülmüş elementləri dayanıqlı

vəziyyətdə yerə qoyulmalıdır.

2.1.29. Tikinti-quraşdırma (sökmə) meydançalarında nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün yollar mailliyi 0,04 (yəni hər 10 metrəyə 0,4m) qədər olan, dönmə radiusu 10m-dən və eni 4,5m-dən az olmayan keçidlərlə təchiz olunmalıdır.

Tikinti meydançalarının girişində nəqliyyat vasitələrinin hərəkət sxemləri qoyulmalıdır, yolların kənarlarında və keçidlərdə isə yol hərəkəti qaydalarına uyğun yaxşı görünən işarə və xəbərdaredici yazısı olan lövhələr olmalıdır.

Tikinti meydançalarının düz sahələrində nəqliyyat vasitələrinin hərəkət sürəti 10km/saatdan, döngələrdə isə - 5km/saatdan çox olmamalıdır.

2.1.30. Texnoloji avadanlıqların, kommunikasiyaların təmiri, qulluğu, təmizləmə, quraşdırma, sökmə işləri, o cümlədən çən və bu tip avadanlıqların daxilində görülən qazpartlayış və yanğın təhlükəli işlər onların təhlükəsiz təşkili üzrə nümunəvi təlimatın tələblərinə müvafiq aparılmalıdır.

2.2.Elektrik qövs və qaz qaynaq işləri. Elektrik alətləri ilə kəsmə və səthi təmizləmə (cilalama) işləri

121

vk.com/club152685050 | vk.com/id446425943

Elektrik qövs və qaz qaynaq işləri

2.2.1. Işə başlamazdan əvvəl odlu işlərin aparılmasına cavabdeh şəxs qaynaqçı ilə birlikdə qaynaq transformatoruna, kabellərə, elektrod tutucusuna, yerləbirləşdirmə naqillərinə və iş yerinə baxış keçirməli; yanar materialların, ətraf mühitdə qazlılığın olmamasına və müvafiq işıqlandırmanın mövcudluğuna əmin olmalıdır. Bundan əlavə, odlu işlərin aparılması ilə bağlı qonşu otaqlarda (arakəsmələrin arxasında və s.) yanğının baş vermə ehtimalının olmamasına əmin olmaq lazımdır.

2.2.2. Elektrik naqillərinin və qaynaq avadanlıqlarının yanmasının qarşısını almaq üçün məftillərin en kəsiyi cərəyanın maksimal gücünə, izolyasiyası isə işçi gərginliyinə müvafiq seçilməlidir.

2.2.3. Elektrik qaynaq aqreqatı və ya transformator, həmçinin onların kommunikasiyaları yanar qaz, buxar olmadığı və neft məhsulları tökülməmiş yerlərdə yerləşdirilməli, 10m radiusda yanar materiallardan təmizlənməlidir.

2.2.4.Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi metal konstruksiyalardan, texnoloji aparatların gövdələrindən və boru kəmərlərindən istifadə edilməsi qadağandır. Bu məqsədlə elektrod tutucusu üçün tətbiq olunan naqilə uyğun kabel götürülməlidir.

2.2.5.Elektrik qaynaq aparatları, transformatorları və qaynaq ediləcək konstruksiyalar qaynaq zamanı yerləbirləşdirilməlidirlər. Yerləbirləşdirilmə qaynaq işinə başlamazdan

əvvəl aparılmalı və işin axırınadək açılmamalıdır.

2.2.6. Xüsusi təhlükəli şərait üçün nəzərdə tutulan (metal çənlərin içərisində, qazanlarda, gəmilərin bölmələrində, açıq yerlərdə görülən işlər) sabit və dəyişən cərəyan mənbəli bütün elektrik qaynaq qurğuları xüsusi quruluşla təchiz olunmalıdır. Bu quruluşlar 0,5 san müddətində yüksüz işləmə gərginliyini

122

vk.com/club152685050 | vk.com/id446425943

avtomatik açmalı və ya onu 12 V gərginliyə qədər məhdudlaşdırmalıdır.

2.2.7.Izolyasiyasız və ya nasaz izolyasiyalı, burulmaqla birləşdirilmiş kabellərdən, naqillərdən, əldəqayırma (kustar) elektrik qoruyucularından istifadə edilməsi qadağandır. Qaynaq kabellərinin birləşdirilməsi üçün preslənmədən, qaynaqdan, lehimləmədən və xüsusi sıxacdan istifadə edilməlidir.

2.2.8.Qaynaq prosesində elektrodlar dəyişdirilərkən onların qalıqları qaynaq işi aparılan yerlərdə qoyulmuş xüsusi

metal yeşiklərə yığılmalıdır.

2.2.9.Elektrik kabellərinin və qaz şlanqlarının birgə çəkilməsi və onların eyni səviyyədə kəsişməsi qadağandır.

2.2.10.Elektrik qaynaq və qazla kəsmə işləri şaquli (vertikal) sahələrdə yerinə yetirilən zaman odlu işlər aparılan yer qaynaq və ya kəsmə nöqtəsinin hündürlüyundən asılı olaraq cədvəl 2-də göstərilən radius daxilində yanar maddə və materiallardan təmizlənməlidir.

123

vk.com/club152685050 | vk.com/id446425943

 

 

Cədvəl 2

 

 

 

 

Qaynaq və kəsmə

Qığılcımların dağılma radiusu, m

 

nöqtəsinin maksimal

 

 

 

hündürlüyü, m

Qaynaq

Kəsmə zamanı

 

 

zamanı

 

 

0

 

4

 

6

 

 

 

2

 

6

 

8

 

 

 

5

 

8

 

10

 

 

 

7

 

10

 

12

 

 

 

10

 

12

 

14

 

 

 

2.2.11.Qaz qaynağı işləri zamanı oksigen balonlarının, şlanqların, odluğun, həmçinin asetilen qeneratorunun üzərinə yağ, neft və neft məhsullarının dağılmasının qarşısını alan tədbirlər görülməlidir.

2.2.12.Oksigen balonlarından 10m qədər olan məsafədə açıq alovdan istifadə edilməklə (qaynaq, dəmirçi və s.) işlərin aparılması və yanacaq-sürtgü materiallarının saxlanılması qadağandır.

2.2.13.Məhsuldarlığı 5m3/saata qədər olan stasionar generatorlar quraşdırılan asetilen qurğuları otaqlarında xüsusi

aralıq anbarlar olmazsa, barabanlarda 200kq qədər kalsium - karbidin saxlanılmasına və bu halda ancaq bir barabanın açıq vəziyyətdə olmasına icazə verilir.

2.2.14. Müvəqqəti qaynaq işlərinin aparılması üçün səyyar asetilen generatorları yanğın və partlayış baxımından təhlükəsiz otaq və yerlərdə yerləşdirilməlidir. Istehsalat otaqlarında qeneratorlar, ancaq otaqların havası yaxşı

124

vk.com/club152685050 | vk.com/id446425943

dəyişdirildiyi halda yerləşdirilə bilər. Səyyar asetilen generatoru qaynaq işi aparılan yerdən, açıq alov mənbəyindən və bərk qızmış əşyalardan 10m az olmayan məsafədə yerləşdirilməli və çəpərlənməlidir.

2.2.15.Qaz qaynağı aparılan yerdə ikidən artıq oksigen balonunun saxlanılması qadağandır. Oksigenlə dolu və boş balonlar müvəqqəti aparılan odlu işlər qurtardıqdan sonra yığışdırılmalıdır.

2.2.16.Asetilen generatoru kalsium - karbid ilə doldurulduqdan sonra, odluq (qorelka) yandırılmazdan əvvəl

qazqolder və şlanqdakı hava qazla sıxışdırılıb çıxarılmalıdır.

2.2.17.Nasaz və ya su doldurulmamış hidravlik sürgülü asetilen generatorları ilə qaynaq işinin aparılması qadağandır.

2.2.18.Qaz qaynağı işləri aparılmazdan əvvəl şlanqların sazlığı və onların odluğa etibarlı bərkidilməsi yoxlanılmalıdır.

Qaz buraxan şlanqlardan istifadə etmək, həmçinin asetilen şlanqını oksigen şlanqı ilə və ya əksinə dəyişmək qadağandır.

Qaz qaynağı işləri zamanı qaz şlanqları yüksək

temperatur təsirindən və mexaniki

zədələnmələrdən

qorunmalıdır.

 

2.2.19.Qaynaq işləri zamanı odluğun (qorelka) bərk qızmasına yol verilməməlidir. Bərk qızma hallarında vaxtaşırı iş dayandırılmalı, odluq suya salınmaqla soyudulmalıdır.

2.2.20.Asetilen generatorundan işlənmiş kalsium - karbid yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmış xüsusi ayrılmış meydançalarda yerləşdirilmiş lil çalasına (quyusuna) boşaldılmalıdır. Lil çalası 10m-dən yaxın olmayan yerdə küləkdöyən tərəfdə olmalıdır.

2.2.21.Qaz qaynağı zamanı qadağandır:

-nasaz aparat və şlanqlarla qaynaq işinin aparılması, donmuş generatorun və onun hissələrinin, reduktorların, ventillərin, boru xətlərinin və qaynaq qurğusunun digər

125

vk.com/club152685050 | vk.com/id446425943

detallarının açıq alov və ya bərk qızmış əşya ilə qızdırılması. Qızdırma qaynar su və ya buxar ilə aparılmalıdır;

-qaz balonlarının içərisindəki qaz tamamilə çıxarılmadan və balon üfürülmədən ventillərin təmir edilməsi. Balondakı qaz otaqdan kənarda və açıq alovdan uzaq yerdə boşaldılmalıdır;

-asetilen generatorundan, oksigen balonlarından, şlanqlardan, qaz xətlərindən və lil çalalarından 10m yaxın məsafədə siqaret çəkilməsi və açıq alovdan istifadə edilməsi;

-sıxılmış və mayeləşdirilmiş qaz balonlarının üstü açıq

halda günəş şüaları altında saxlanılması;

 

-qaynaq işləri qurtardıqdan sonra

asetilen

generatorlarının kalsium - karbid qalığından

və lildən

təmizlənməmiş və həmçinin retortaların, yeşiklərin və generatorun digər hissələrinin yuyulmamış halda saxlanılması;

-oksigen şlanqlarının generatora tərəf üfürülməsi; -asetilen balonunun başlığına (kolokoluna) əşyalar yığ-

maqla generatorda təzyiqin artırılması;

-asetilen generatorunun işləyən qazanxana və isti sexlərdə, həmçinin kompressorların hava vurucularının və ventilyatorların hava sorucusunun yaxınlığında yerləşdirilməsi.

2.2.22.Elektrik qövs və qaz qaynaq işləri [253]–ə uyğun

aparılmalıdır

2.2.23.Odlu işlər qurtardıqdan sonra, ehtimal olunan alovlanmanın qarşısını almaq üçün işlərin aparıldığı və onlara qonşu olan otaq və ya sahələr diqqətlə yoxlanılmalı və lazım gələrsə 1 saat ərzində nəzarətdə saxlanılmalıdır.

Elektrik alətləri ilə kəsmə və səthi təmizləmə (cilalama) işləri

2.2.24. Elektrik alətləri (maşınları) QOST-ların və [15,17]-nin tələblərinə uyğun olmalıdır.

126

vk.com/club152685050 | vk.com/id446425943

2.2.25.Elektrik alətləri ilə (laqunda və s.) kəsmə və səthi təmizləmə işləri görülən yerlər 10m radiusda alışan və partlayıcı maddələrdən təmizlənməlidir.

2.2.26.Elektrik alətləri etibarlı üsullarla yerləbirləşdirilməlidir. Ikiqat izolyasiyası («dvoynaə izoləüiə») olan alətlər istisna təşkil edir.

2.2.27.Elektrik alətlərinin elektrik qida mənbələri ilə birləşdiriciləri təsadüfi açılmanı istisna etməlidir.

2.2.28.Qısa müddətli və ya hər hansı bir fasilə vaxtı elektrik aparatları elektrik şəbəkəsindən ayrılmalıdır

(açılmalıdır).

2.2.29. Elektrik kəsmə və səthi təmizləmə alətləri ilə işləyərkən intensiv şəkildə qığılcımın çıxdığını nəzərə alaraq, bu alətlərlə işləyən işçilər yanğın təhlükəsizliyi baxımından xüsusi fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdır.

127

vk.com/club152685050 | vk.com/id446425943

2.3.Torpaq işləri

2.3.1.Torpaq işləri müvafiq layihə və işçi sənədlərə (işlərin yerinə yetirilmə layihəsi, torpaq işlərinin mexanikləşdirilmiş üsulla aparılması və ya xüsusi tərtib edilmiş

texnoloji xəritələr)

uyğun yerinə yetirilməlidir. Göstərilən

sənədlərdə təhlükəli zonalar nəzərə alınmalıdır.

 

2.3.2. Işlək yeraltı kommunikasiya zonalarında torpaq iş-

lərinin aparılması

bu

kommunikasiyanı

istismar edən

təşkilatlarla razılaşdırılmalı

və əmək şəraitinin

təhlükəsizliyini

təmin edən tədbirlər hazırlanmalıdır. Həmin yerlər müvafiq işarə və ya yazıları olan lövhələrlə nişanlanmalıdır.

2.3.3. Bilavasitə fəaliyyətdə olan yeraltı kommunikasiyaların yaxınlığında torpaq işləri, işin rəhbərində təsdiq olunmuş iş planı və plan-sxem olduqda, cavabdeh şəxsin nəzarəti altında və kommunikasiya sahibi olan təşkilatın nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

Bu işlərin aparılmasında yalnız beldən istifadə edilməlidir. Zərbə alətlərindən (lingdən, külüngdən, pazlardan, pnevmatik alətlərdən və s.) istifadə etmək qadağandır.

2.3.4.Əgər iş prosesində plan-sxemdə göstərilməyən yeraltı kommunikasiya (elektrik kabeli, boru xətti, kanalizasiya və s.) aşkar edilərsə, onda iş dayandırılmalı və bu haqda işin rəhbərinə xəbər verilməli və eyni zamanda bu kommunikasiyanın zədələnməməsi üçün tədbirlər işlənməli və kommunikasiya yerləşən yerlər nişanlanmalıdır. Növbəti işlər əlavə plan (və ya əlavələr edildikdə) və yeni plan-sxem alındıqdan sonra işin rəhbərinin nəzarəti altında yerinə yetirilməlidir.

2.3.5.Qaz təzahürü aşkar olunduqda torpaq işləri dərhal

dayandırılmalı, zonaya insanların daxil olmaması üçün xüsusi nişanlar qoyulmalı və bu barədə işin rəhbəri və ya müəssisənin rəhbərliyi xəbərdar edilməlidir.

128

vk.com/club152685050 | vk.com/id446425943

Torpaq işləri apararkən partlayış qorxusu olan material aşkar olunarsa, işlər dayandırılmalı, müvafiq təşkilatlardan icazə aldıqdan sonra torpaq işləri yenidən davam etdirilməlidir.

2.3.6.Işin rəhbərinin hava elektrik xətləri, kabellər və elektrik qurğularının başqa cərəyan daşıyan hissələri yaxınlığında işə başlamazdan əvvəl bu işlərin təhlükəsiz şərtlərini təyin edən və təşkilatın baş mühəndisi və baş energetiki tərəfindən imzalanmış müvafiq icazə sənədi olmalıdır.

2.3.7.Şaquli divarlı, bərkidilməmiş, qayalıq olmayan və donmamış qruntlarda qrunt suları səviyyəsindən yuxarıda və yaxınlıqda yeraltı qurğular olmadıqda iri çala (hövzə) və xən-

dəklərin aşağıdakı dərinliyə qədər qazılmasına icazə verilir: 1,0m - tökmə torpaqda, qumda və iri qırıntılı qruntlarda; 1,25m - qumlu torpaqlarda;

1,50m - gilli torpaqlarda və gildə.

2.3.8. Möhkəm olmayan qruntlarda qrunt sularından yuxarı səviyyədə (kapilyar qalxmanı nəzərə almaqla) və ya süni surətdə su azaldılması vasitəsi ilə qurudulmuş qruntlarda divarları bərkidilməmiş çala və xəndəklərin qazılması dərinliyi və divarlarının (yamaclarının) dikliyi cədvəl 3-ə uyğun olmalıdır:

 

 

Cədvəl 3

Qruntların növləri

 

Yamacın sıldırımlığı (onun

 

 

hündürlüyünün doldurulmasına

 

 

nisbəti) çalanın dərinliyi, m-dən artıq

 

 

olmadıqda

 

 

 

 

 

 

1,5

3

5

Bərkidilməmiş tökmə

1: 0,67

1:1

Qumlu və çınqıllı

1:1,25

 

 

129

vk.com/club152685050 | vk.com/id446425943

Qumlu torpaq

1: 0,5

1:1

Gilli torpaq

1:1

 

Gil

1:0,25

1:0,67

Narın süxur çöküntüləri

1:0,85

 

və çöküntüyə bənzər

1:0

1:0,5

 

1:0,75

 

 

1:0

1:0,25

 

1:0,5

 

 

1:0

1:0,5

 

1:0,5

 

Qeyd: Müxtəlif növlü qruntların laylanması (qat-qat yığılması) zamanı yamacın sıldırımlığı bütün laylar üçün ən yumşaq qrunta nisbətən təyin edilir.

2.3.9. Xəndəklər qazılan zaman oradan çıxarılmış torpağın, tikinti materiallarının, maşın və mexanizmlərin xəndəyin kənarı boyu yerləşdirilməsi, habelə maşın və mexanizmlərin xəndəyin kənarı boyunca torpağın uçulma prizması zonasında hərəkəti qadağandır.

Xəndəyin kənarından olan məsafə quru möhkəm torpaqlarda 0,5m-dən, tökmə və nəm torpaqlarda - 1m-dən az olmamalıdır.

Göstərilən zonada həmçinin hava elektrik ötürücü, rabitə xətlərinin və s. quraşdırılmasına icazə verilmir.

2.3.10. Xəndəyin ətrafında maşın və mexanizmlərin təhlükəsiz hərəkət etmələri üçün eni 4,5m-dən az olmayan keçidlər olmalıdır.

2.3.11. Fəhlənin xəndəyə düşməsi üçün məhəccəri olan asma nərdivan və ya eni 0,75m olan pilləkən nəzərdə tutulmalıdır.

2.3.12. Tikinti meydanında qanovdan, xəndəkdən və yer səthində olan boru kəmərləri üstündən keçmək üçün eni

130

vk.com/club152685050 | vk.com/id446425943

0,6m, məhəccərinin hündürlüyü 1,0m olan keçid körpücükləri quraşdırılmalıdır.

2.3.13.Torpaq işləri əl ilə görüldükdə işləyənlər arasındakı məsafə 2m-dən az olmamalıdır.

2.3.14.Tikinti meydanında təhlükəli vəziyyət yaranarsa, (torpağın sürüşməsi, əsasın çökməsi, elektrik xətlərinin qırılması və s.) dərhal təhlükəli sahəni tərk etməli, işin rəhbərinə baş vermiş hadisə barədə xəbər verməli. Təhlükəli yerlər çəpərlənməli və ya kiçik bayraqlarla, işarələrlə və s. nişanlanmalıdır.

2.3.15.Yerqazan maşınların işçi mexanizmlərinin fəaliyyət zonalarında (ekskavator, buldozer, skreperlər və s.) başqa işlərin aparılması və işçilərin olması qadağandır.

Ekskavatorun hərəkətdə olan hissələrinin fəaliyyət zonasında, ekskavatorla torpaq tökülən yer arasında tək kovşlu ekskavator işlərkən onların 5 metrliyində işçilərin olması qadağandır.

2.3.16. Torpaq işlərini partlayışla apardıqda 19 -in və müvafiq SNiP-lərin tələblərinə riayət edilməlidir.

131

vk.com/club152685050 | vk.com/id446425943

2.4. Boru kəmərlərinin çəkilməsi

Izolyasiya işləri

2.4.1.Boru kəmərlərinin torpaq və atmosfer korroziyasından mühafizəsi layihənin, işin icra və qəbul qaydalarının tələblərinə uyğun olaraq 54 -ə əsasən yerinə yetirilməlidir.

2.4.2.Boru kəmərlərinin təmizlənməsi, izolyasiyası və düzülməsi, bir qayda olaraq işin icra layihəsinə müvafiq mexanikləşdirilmiş konveyer üsulu ilə yerinə yetirilməlidir.

2.4.3.Boru kəmərlərinin korroziyadan mühafizə edilmə işləri müəssisə üzrə əmrlə təyin edilmiş və bu işlərin təhlükəsiz yerinə yetirilməsi qaydalarını bilən mühəndis-texniki işçinin rəhbərliyi altında aparılmalıdır.

2.4.4.Iş icraçısı işə başlamazdan əvvəl, boru kəmərlərinin təmizlənməsi, izolyasiyası və endirilməsi ilə

məşğul olan fəhlələri bu işlərin təhlükəsiz aparılması üzrə istehsalat təlimatı ilə tanış etməlidir.

2.4.5. Izolyasiya-düzmə kolonunun (dəstəsinin) iş yerindən boru kəmərinin qaynaq edilməsi üzrə irəlidə işləyən quraşdırıcılar briqadasına qədər olan məsafə 1000m-dən az olmamalıdır.

2.4.6. Bütün izolyasiya materialları onların xarab olmasını, nəmlənməsini və çirklənməsini istisna edən şəraitdə saxlanılmalı və daşınmalıdır.

2.4.7. Boru kəmərlərini korroziyadan mühafizə etmək üçün istifadə edilən bütün materialların sertifikatı (onların keyfiyyətini təsdiq edən) və ya digər sənədləri olmalıdır.

Belə sənədlər olmadıqda, laboratoriya sınaqlarının keçirilməsi zəruridir.

2.4.8. Izolyasiya edilən boru kəmərləri, astarlama qatı çəkilməzdən əvvəl pasdan, torpaqdan, tozdan, nəmdən

132

vk.com/club152685050 | vk.com/id446425943

(şehdən), hisdən və qaya parçalarından mexanikləşdirilmiş üsulla təmizlənməlidir.

Astarlama və izolyasiya işlərinin yağışda, qarda, dumanda, toz qasırğasında, güclü küləkdə aparılması qadağandır.

2.4.9. Tətbiq edilən izolyasiya materiallarından asılı olaraq bitumlu və ya yapışqanlı astarlardan istifadə edilə bilər. Yapışan lentdən olan örtüklər üçün yapışqanlı və ya bitumluyapışqanlı astarlardan istifadə edilməlidir.

Astar quru səthə hamar (düz) qatla, (buraxılmış boş yer olmadan,laxtasız, yığıntısız və qovuqsuz) çəkilməlidir.

2.4.10. Bitumlu astar susuzlaşdırılmış 1V markalı bitum və aviasiya benzinindən 1:2 nisbəti ilə hazırlanır. Yay vaxtı avtomobil benzinindən istifadə edilməsinə icazə verilir. Etilləşdirilmiş benzindən istifadə edilməsi qadağandır.

2.4.11.Bitum-rezinli mastikanın yolda bituməridən qurğularda və ya səyyar qazanlarda hazırlanması lazım olan halda mexaniki qarışdırılma tətbiq edilməlidir.

2.4.12.Bitumlu mastikanın texniki şərtlərə və ya bu məqsəd üçün ayrılmış meydançada işin aparılması təlimatına uyğun hazırlanmasına icazə verilir.

Meydança hamar (düz) yerdə seçilməli, rahat girişi və yaşayış sahələrindən 200m-dən, taxtadan olan tikili və anbarlardan 50m-dən, elektrik ötürücü xətlərindən 30m-dən az olmayan məsafədə yerləşdirilməlidir.

Bu meydançada 2 və daha çox qazanlar yerləşdirilərsə, onların aralarındakı məsafə 5m-dən az olmamalıdır.

2.4.13.Bituməridən qurğuya gedən elektrik kabeli müvafiq qaydalara uyğun çəkilməlidir.

Bitum əridən qazandan 5m radiusda quru otlar təmizlənməlidir. Meydança müntəzəm olaraq zibildən, kağızlardan və digər tullantılardan təmizlənməlidir.

133

vk.com/club152685050 | vk.com/id446425943

2.4.14.Astar bitum qızdırılan yerdən 50m-dən az olmayan məsafədə hazırlanmalıdır. Bitum 700C-dək qızdırılmalıdır. Bitum benzinə tökülməlidir, əksinə yox.

2.4.15.Izolyasiya işləri aparılan yerə bitum mastikası xüsusi bitumdaşıyanlarla və ya qızdırıcı qurğusu olan səyyar qazanlarla daşınmalıdır.

2.4.16.Bitum mastikası bituməridən qurğudan boşaldılmazdan əvvəl şlanqın və bitum borusunun etibarlı bərkidilməsi yoxlanılmalıdır.

Mastikanı bituməridən qurğudan bitumdaşıyana boşaldan

zaman yanıqalmanın qarşısını alan tədbirlərə əməl olunmalıdır. Şlanqın borucuğa birləşən yerinin yaxınlığında dayanmaq, şlanqın ucunu əllə tutmaq və doldurma səviyyəsini

sisternin açıq lyukundan müşahidə etmək qadağandır. Tullanışın baş verməməsi üçün şlanqın ucu sisternin lyu-

kunun yaxınlığında bərkidilməlidir.

2.4.17.Bitumun benzinlə qarışdırıldığı yerdən 50m-dən az olmayan radiusda açıq oddan istifadə etmək qadağandır.

2.4.18.Bitum mastikasının hazırlandığı, təmizləndiyi, izolyasiya edildiyi və boru kəmərinin buraxıldığı iş yerinin işıqlandırılması [211]-ə uyğun olmalıdır.

2.4.19.Astarların və benzinin, habelə onların qablarının yanğından təhlükəsiz və ventilyasiyası olan otaqlarda saxlanılmasına yol verilir.

2.9.20.Izolyasiya materialları mastika hazırlanan yerdən 25m-dən yaxın olmayan məsafədə çardaq (talvar) altında yığılmalı, bu materialların və yanacağın ehtiyatları isə növbəti yükləməyə qədər qazandan 5m-dən yaxın olmayan məsafədə yerləşdirilməlidir.

2.4.21.Qaynar bitum mastikasından yanıq almadan işlə-

mək üçün izolyasiyaçı xüsusi geyimdə (havadan asılı olmayaraq) işləməlidir (brezent gödəkçə və şalvarda, dəridən çəkmədə, boğazlı brezent əlcəklərdə).

134

vk.com/club152685050 | vk.com/id446425943

2.4.22.Benzin, astarlama və ya qaynar bitum tökülmüş yerlər dərhal torpaqla örtülməlidir.

2.4.23.Polimer plyonkadan (nazik təbəqə) istifadə edilən zaman plyonka və astarlama saxlanılan yerlərdə, habelə izolyasiya maşınının yaxınlığında açıq oddan istifadə etmək və siqaret çəkmək qadağandır.

2.4.24.Polimer lentlər qızdırılan bağlı otaqlarda 300C- dən artıq olmayan temperaturda və qızdırıcı cihazlardan 1mdən az olmayan məsafədə saxlanılmalıdır.

2.4.25.Boru kəmərlərinin şüşəgişlə (stekloruberoid) izol-

yasiya işləri üçün yerli şəraitə uyğun olaraq təhlükəsizlik texnikası təlimatı tərtib edilməlidir.

2.4.26.99 -a əsasən şüşə lifinin tozunun işçi zonanın havasındakı qatılığı 4mq/m3-dən artıq olmamalıdır.

2.4.27.Şüşəgişlə işləyən zaman işçilər müvafiq xüsusi geyim və digər mühafizə vasitələri tətbiq etməklə işləməlidirlər.

2.4.28.Şüşəgiş rulonu bilavasitə izolyasiya maşınının makarasına keçirilməzdən əvvəl açılmalıdır. Şüşəgişin əllə sarınması qadağandır.

2.4.29.Şüşəgiş rulonunun daşınması və düzülməsi (yığıl-

ması) zamanı qablaşdırma kağızı zədəli olmamalıdır. Rulonu nəqliyyat vasitələrindən tullamaq (atmaq) qadağandır.

2.4.30.Şüşəgişlə işləyən zaman mühafizə olunmamış əllərlə ona toxunmaq, onun üstündə oturmaq və ya uzanmaq,habelə bilavasitə iş yerində qida və içməli su qəbul etmək qadağandır. Qida məhsulları və içməli su izolyasiya maşınından və şüşəgiş rulonundan 50m-dən az olmayan məsafədə saxlanılmalıdır.

2.4.31.Boru kəmərlərinin izolyasiya örtüyünü mexaniki

zədələnmələrdən qorumaq üçün, həmçinin «qaynar» sahələrdə möhkəm çürüməyən rulon şəklində olan materialdan (PDB-polimeriodeqtebitum, PRDB-

135

vk.com/club152685050 | vk.com/id446425943

polimerrezindeqtebitum, brizol, şüşə-ruberoid, hidroizol və izol) xarici sarğı kimi istifadə edilməlidir.

Qayalı, daşlı və çınqıllı, həmçinin quru nahamar torpaqlarda izolyasiya edilmiş, sarğılı boru kəmərləri xəndəyin dibindəki nahamar çıxıntıların üzərinə 10sm-dən az olmayan qalınlıqda yumşaq torpaq tökməklə yerləşdirilməli (düzülməli) və boru kəmərinin yuxarı hissəsinin üzərinə 20 sm həmin torpaqdan tökülməlidir.

Mühafizə sarğısı örtüyə kip (boşluqsuz, qırışsız və büküksüz) yapışmalıdır. Sarğının qurtaracağı növbəti lentin başlanğıcı ilə 10 sm-dən az olmayaraq örtülməli və yapışdırıcı ilə yapışdırılmalı və ya bandaj ilə (qurşaq) bərkidilməlidir.

2.4.32.Su maneələri, dəmir yolu və avtomobil yolları ilə kəsişən keçidlərdə izolyasiya örtüyünü mexaniki zədələnmədən mühafizə etmək üçün ikiqat çəkilmiş rulon materialdan olan sarğıdan və futerləmədən (taxta reykalar və b.) istifadə edilməlidir.

2.4.33.Izolyasiya işlərinin keyfiyyətinə nəzarət 54

uyğun aparılmalıdır.

2.4.34. Astarlamanın çəkilməsinin keyfiyyəti xarici baxışla boşluqların, yığılmaların və qovuqların olmamasını yoxlamaqla aparılır.

2.4.35. Yapışqan polimer lentdən olan izolyasiya örtüyünün eni və həmçinin sarğısı kipliyə (germetikliyə) və bütünlüyə yoxlanılmalıdır. Əgər sarğı tamamilə yapışmış olarsa, kiplik (germetiklik) kafi hesab edilir. Örtüyün bütünlüyü (tamlığı) defektoskopla yoxlanılmalıdır.

2.4.36.Defektoskop işə salınmazdan əvvəl yerləbirləşdirilməli və iş vaxtı yerləbirləşdirmənin vəziyyətinə diqqət yetirilməlidir.

2.4.37.Defektoskopun gövdəsində gərginliyin olması aşkar edilərsə, o dərhal işdən çıxarılmalı və təmirə verilməlidir.

136

vk.com/club152685050 | vk.com/id446425943

Boru kəmərlərinin quraşdırılması, xəndəyə buraxılması və torpaqlanması

2.4.38. Quraşdırma meydançası çəpərlənməli, mümkün olmadıqda müvafiq nişan və yazılarla qeyd edilməlidir.

Çəpərləmə üçün yığılıb-sökülən inventar çəpərlər tövsiyə edilir.

Avadanlığın nəql edildiyi yollarda xəbərdaredici nişanlar qoyulmalıdır.

2.4.39. Torpaq əsas (özül) kifayət qədər möhkəm olmadıqda (onun üzərində kranın işləməsi üçün) o, bərkidilməli və ya xüsusi döşənəcək qurğusundan (altlıqlardan) istifadə edilməlidir.

2.4.40. Boruların, armaturların, materialların və avadanlıqların hamarlanmış və bərkidilmiş meydançada yığılması üçün onların öz-özünə yerdəyişməsinin qarşısını alan tərtibat nəzərdə tutulmalıdır.

2.4.41.Boru kəmərini xəndəyə yerləşdirməzdən əvvəl, borudüzən kranın kanatlarının, bloklarının, əyləc qurğularının və s. vəziyyəti yoxlanılmalıdır.

2.4.42.Boru kəmərini xəndəyə buraxmazdan əvvəl iş icraçısı və ya usta xəndəyi nəzərdən keçirməli, divarların vəziyyətini yoxlamalı və zəruriyyət olduqda təhlükəsizlik tədbirləri (etibarlı olmayan yerlərdə torpağın uçulmasının

qarşısının alınması, maili yamacların düzəldilməsi və ya xəndəyin divarlarının bərkidilməsi) görməlidir.

2.4.43. Boru kəməri xəndəyə buraxılan (endirilən) zaman torpağın uçulması baş verərsə, uçulmuş torpaq boru kəmərinin altına xəndəyə köndələn (onu etibarlı saxlayan) yataq qoyulduqdan sonra təmizlənməlidir.

137

vk.com/club152685050 | vk.com/id446425943

2.4.44.Boru kəmərinin qaldırılması, təmizlənməsi, izolyasiyası, buraxılması (endirilməsi) və xəndəyə düzülməsi zamanı borudüzən kranların maşinistlərinin işləri uzlaşdırılmalıdır. Işin aparılmasına cavabdeh şəxs boru kəmərinin əyriliyinin rəvanlığına, mexanizmin bərabər yüklənməsinə, boru kəmərinin qaldırılma hündürlüyünə, mexanizmlərlə borudüzən kranın hərəkət edən hissəsi (qolu) arasındakı məsafəyə nəzarət etməlidir.

2.4.45.Borulara çirk və kənar əşyaların düşməməsi

üçün, onların baş hissəsi bağlanmalıdır (çexol, örtük). Boruların sürütləyərək daşınması qadağandır.

2.4.46. Istismarda olmuş boru kəmərlərinin və armaturların quraşdırılmasına yalnız onlarda texnoloji məhsulların olmadığını təsdiq edən və işin aparılmasına icazə verən akt olduqda başlamaq olar.

2.4.47.Quraşdırılan boru kəmərində, hətta qısa müddətə belə alətlərin, materialların, xüsusi geyimlərin və digər əşyaların qoyulması qadağandır.

2.4.48.Borular qaynaq edilməzdən və yığılmazdan əvvəl onların daxili səthi torpaqdan, çirkdən, qardan, buzdan və digər əşyalardan təmizlənməlidir.

Qaynaq edilmiş boru yığımı xəndək boyu uzadılmalıdır (düzülməlidir).

2.4.49.Boruları (boru yığımını) mailliyi 30-dən artıq olan (xüsusən də xəndək tərəfə) sahədə xəndək boyu yığanda,

boruların altına dayaqlar qoyulmalı

və ya torpaq

prizması

qurulmalıdır. Köndələn maillik 60-dən

artıq olduqda

borular

torpağa basdırılmış lövbərlərə (sütunlara) bağlanmalıdır.

2.4.50. Hər bir qaynaq aparılmış

yerdə qaynağı aparmış

qaynaqçının damğası olmalıdır. Damğa boruların birləşmə yerindən 100-150mm məsafədə yuyulub getməyən rənglə vurulur. Bir birləşmə yerini bir neçə qaynaqçı qaynaqlayan halda həmin yerin briqadada işləyən qaynaqçıların sayı qədər

138

vk.com/club152685050 | vk.com/id446425943

damğası olmalı, yaxud bütün briqadaya məxsus olan bir damğası olmalıdır.

2.4.51.Boruların qaynaq edilməsi işləri qurtardıqdan sonra boru kəmərinin ucları (daxilinə qar, torpaq,çirk və s. düşməmək üçün) qapayıcılarla etibarlı bağlanmalıdır.

2.4.52.Qaynaq birləşməsinə nəzarət tikinti-quraşdırma təşkilatları tərəfindən həyata keçirilməlidir.

2.4.53.Əməliyyat üzrə qaynaq birləşməsinin

yoxlanılması iş icraçısı tərəfindən yerinə yetirilməlidir. Yoxlamanın nəticələri qaynaq jurnalında qeyd edilməlidir.

2.4.54.Boru kəmərləri istismara buraxılmazdan əvvəl işçi təzyiqdən 1,25 dəfə artıq təzyiqlə möhkəmliyə sınanmalı və kipliyə (germetikliyə) yoxlanılmalıdır.

2.4.55.Boru kəməri o vaxt möhkəmliyə və kipliyə (germetikliyə) görə sınaqdan keçmiş hesab edilir ki, sınaq zamanı boru kəmərində sınaq təzyiqi altında hər iki göstərici dəyişməz qalsın, işçi təzyiq altında isə heç bir sızma aşkar edilməsin.

Boru kəmərinin möhkəmliyə pnevmatik üsulla sınaqdan

keçirilməsi zamanı 6 saat ərzində təzyiqin 1% aşağı düşməsinə yol verilir.

2.4.56.Möhkəmliyə və kipliyə (germetikliyə) sınanmanın bütün üsullarında təzyiqi ölçmək üçün məsafədən idarə olunan (distansion) «Nəzarətçi» tipli cihazlardan və ya mühafizə zonasından kənarda qoyulmuş, sınaq təzyiqinin 4/3- nə yaxın təzyiqin, həddi şkalalı və dəqiqlik sinfi 1,5-dən aşağı olmayan, pasportu olan, yoxlanılmış, plomblanmış manometrlərdən istifadə edilməlidir.

2.4.57.Boru kəmərlərinin möhkəmliyə və kipliyə (germetikliyə) sınanmasının aparılma qaydası, işin ardıcıllığını və yerinə yetirilmə üsullarını, sızmanın aşkar edilməsi metod və

vasitələrini, həmçinin yanğından mühafizə və təhlükəsizlik texnikası tədbirlərini nəzərdə tutan təlimatla müəyyən edilir.

139

vk.com/club152685050 | vk.com/id446425943

2.4.58. Mühafizə zonası zəruri sayda nəzarət postları ilə təmin edilməlidir.

Boru kəmərlərində təzyiqin qalxması zamanı mühafizə zonasında adamların olması qadağandır.

2.5. Yükqaldırma qurğularının (vışkaların, dorların (eklipslərin)), qazma və istismar avadanlıqlarının quraşdırılması, sökülməsi, təmiri və nəqli

Ümumi tələblər

2.5.1.Qazma qurğusunun tikilməsi və quraşdırılması üzrə hazırlıq işlərinə quyunun tikilməsinin təsdiq edilmiş layihəsi olduqda başlamaq olar.

2.5.2.Tikiləcək quyu münbit və kənd təsərrüfatında istifadə olunan torpaqlarda yerləşdiyi hallarda torpaqdan istifadə üzrə müəyyən edilmiş tələblər rəhbər tutulmalıdır.

2.5.3.Qazma qurğusunun quraşdırılması üçün meydança yerin relyefini və axan suların onların yığılma və təmizləmə sisteminə hərəkətini təmin etməyi nəzərə almaqla planlaşdırılmalıdır (hamarlanmalıdır).

2.5.4.Vışkaquraşdırma işlərinə, vışkaquraşdırıcılar briqadasına bu işlərin aparılmasına tapşırıq (naryad), quyunun tikilməsi layihəsinin tikinti-quraşdırma işləri ilə əlaqədar olan işçi sənədləri, avadanlığın quraşdırılmasının və vışkayanı qurğuların tikilməsinin texniki şərtləri və işin təhlükəsiz təşkil edilməsi reqlamenti veriləndən sonra başlanıla bilər.

2.5.5.Qazma qurğuları istehsalat birliyi (yuxarı təşkilat) tərəfindən təsdiq edilmiş tikinti-quraşdırma işlərinin nümunəvi

layihəsi üzrə istehsalçı-zavodun texniki sənədlərinə müvafiq olaraq quraşdırılmalıdır.

140

vk.com/club152685050 | vk.com/id446425943

2.5.6.Qazma qurğularının quraşdırılması küləyin orta illik istiqaməti nəzərə alınmaqla, quyu ağzına nisbətən dizellərin işlənmiş qazlar boruları külək tutmayan tərəfə yönəldilməklə aparılmalıdır.

2.5.7.Qurğuların, binaların, otaqların, köməkçi obyektlərin tikilməsi üzrə işlər, tikintidə əmək şəraitinin təhlükəsizliyini reqlamentləşdirən normativ sənədlərin tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir.

2.5.8.Mədəni budka və digər köməkçi otaqlar, quraşdırılacaq vışkanın layihə hündürlüyündən 10m-dən az olmayan

məsafədə yerləşdirilməlidir.

2.5.9. Qurğuların və avadanlıqların quraşdırılması, sökülməsi, təmiri, həmçinin onların çəkilməsi (hərəkət etdirilməsi) məsul işçinin rəhbərliyi altında aparılmalıdır.

2.5.10.Quraşdırma-sökmə işlərində fasilə zamanı quraşdırılan avadanlığın bəndlərini asılı vəziyyətdə saxlamaq qadağandır.

2.5.11.Qazma və istismar qurğularının sökülməsi yalnız

qurğunun elektrik avadanlıqlarının istismarına cavabdeh olan işçidən kabellərin və hava elektrik ötürücü xətlərinin gərginliyin verilməsi mümkün olan hər bir tərəfdən xətdən açılması haqqında yazılı təsdiqedici əsas olduqdan sonra yerinə yetirilməlidir.

2.5.12. Vışkaquraşdırıcılar briqadasının iş obyekti daim ikitərəfli (çağırış vəziyyətində olan) radio və ya telefonla təmin edilməlidir.

Qülləli və dor (A-ya bənzər) tipli qazma vışkalarının quraşdırılması və sökülməsi

2.5.13. Qülləli və dor (A-ya bənzər) tipli qazma vışkalarının quraşdırılması və sökülməsi 221, 222 -in tələblərinə müvafiq aparılmalıdır.

141

vk.com/club152685050 | vk.com/id446425943

2.5.14.Qülləli və dor (A-ya bənzər) tipli qazma vışkalarının quraşdırılması və sökülməsi işlərini briqadirin (iş icraçısının) rəhbərliyi altında yerinə yetirmək lazımdır.

2.5.15.Quraşdırılacaq qülləli və dor (A-ya bənzər) tipli vışkaların bütün hissə və bərkitmə bəndləri iş icraçısı və ya briqadir tərəfindən yoxlanılmalı, aşkar edilmiş qüsurlar aradan qaldırılmalıdır.

2.5.16.Qülləli və dor (A-ya bənzər) tipli vışkaların quraşdırılmasında və sökülməsində, pasport üzrə nominal yükqaldırma qabiliyyəti, quraşdırma və sökülmə prosesində maksimum

yükdən az olmayan qaldırıcılar və bucurqadlar tətbiq edilməlidir.

Qülləli tipli qazma vışkalarının quraşdırılması və sökülməsi

2.5.17.Qaldırıcı yığılmamışdan əvvəl vışkaquraşdırıcılar əsasın üfqiliyini yoxlamalıdırlar. Aşkar edilən qeyri üfqilik aradan qaldırılmalıdır.

2.5.18.Yığılmadan əvvəl qaldırıcının bütün hissə və

bəndləri nəzərdən keçirilməli, diqqət yetirilməli ki:

-qoruyucu qurğu bloklarının kanat qasnağı və istiqamətləndirici diyircəklər əl ilə sərbəst fırlansınlar;

-yağlayıcı qurğular yağları saxlasınlar; -bərkidici qurğuların yiv birləşmələri saz olsun; -metal konstruksiyaların oxları düzxətli olsun; -dirəklər əzilmiş olmasın;

-vışkaquraşdırıcıların hündürdə işləmələri üçün taxtalar kifayət qədər möhkəm olsun;

-kəndirlər saz olsun.

142

vk.com/club152685050 | vk.com/id446425943

2.5.19.Vışka qaldırıcısı üfqi düzlənmiş meydanda möhkəm dayaq və ya quraşdırılacaq vışka özülü üstündə quraşdırılmalı və polad kanat dartıcılarla bərkidilməlidir.

2.5.20.Vışka qaldırıcısının tal sistemi ilə təchizi üfqi vəziyyətdə hər iki köndələn tirin (travers) eyni vaxtda qaldırılmasını təmin etməlidir. Vışka qaldırıcısının qoruyucu qurğusu olmadan vışkanın quraşdırılması və sökülməsi qadağandır.

2.5.21.Vışka qaldırıcısı yığılarkən onun başlığı altına dirək parçası və ya xüsusi metal ayaqaltı qoyulmalıdır. Bu

məqsəd üçün təsadüfi əşyaların tətbiqi qadağandır.

2.5.22. Növbəti bölməni qaldırıb-endirməzdən əvvəl vışka qaldırıcısı tirinin aparıcı müstəvisinin və aparıcı borunun üfqiliyini yoxlamaq lazımdır. Tirlərdən birinin üfqiliyi pozularsa, onun vəziyyətini uyğun tal kanatlarını dartmaqla düzəltməli.

2.5.23. Vışkanın quraşdırılmasına başlamazdan əvvəl daşıyıcı borularda dairəvi prokatdan hazırlanmış xüsusi qarmaqcıqdan qalınlığı 50-80mm, eni 0,6m və uzunluğu 8m olan taxta səki (ayaqaltı) asmaq lazımdır.

Quraşdırılacaq bölmələrin yuxarı hissələrinin quraşdırılması üzrə bütün işlər ancaq xüsusi səkilərdən yerinə yetirilməlidir.

2.5.24.Vışkaquraşdırıcılar hər növbəti bölməni qaldırıbendirməzdən əvvəl onu yoxlamalıdırlar. Bölmələrdə bərkidilməmiş qalmış əşya və alətlər yığışdırılmalıdır.

2.5.25.Növbəti bölmə qaldırılıb-endirilən zaman vışkaquraşdırıcılar qaldırılacaq bölmənin hündürlüyündən 10m-dən az olmayan məsafəyə çəkilməlidirlər.

Qaldırıcı mexanizmi idarə edən briqadir vışka özülündən 10m-dən az olmayan məsafədə dayanmalıdır.

2.5.26.Vışka hissələri və bütün materiallar möhkəm bərkidilmiş əyləc qurğusu olan, vışkanın hüdudlarından 20m-

143

vk.com/club152685050 | vk.com/id446425943

dən yaxın olmayan məsafədə quraşdırılmış bucurqad vasitəsi ilə və ya qaldırıcı-traktorla qaldırılıb-endirilməlidir.

2.5.27.Işdə fasilə zamanı vışkanın quraşdırılmış hissəsi tirin üstünə qoyulmalı və diaqonal müstəvilərdə yerləşən 4 ədəd dartıcı ilə bağlanmalıdır.

2.5.28.Quraşdırılmış vışkanın özülünün diaqonal ölçülərinin fərqi 10mm-dən artıq olmamalıdır.

2.5.29.Konstruksiyasında dartıcılar nəzərdə tutulmamış xüsusi vışkalardan savayı, vışkanın mərkəzləşdirilməsinin lövbərə bərkidilmiş dartıcıları olduqda, ancaq qurğunun

komplektinə (dəstinə) daxil olan domkratlar və ya digər quruluşlar və tərtibatlarla aparılmasına icazə verilir.

2.5.30.Vışkanın mərkəzləşdirilməsi zamanı orada adamların olması qadağandır. Buruqda ancaq bilavasitə vışkanın mərkəzləşdirilməsi ilə məşğul olan şəxslər qalmalıdır.

2.5.31.Vışka qaldırıcısının köməyi ilə vışkaların sökülməsi quraşdırılma prosesinin əksinə olaraq müəyyən qaydada 221 -in tələblərinə riayət etməklə aparılmalıdır.

2.5.32.Vışkaquraşdırıcılar o bölməni sökməlidirlər ki, həmin anda sökülməli bölmə vışka qaldırıcısı asqısından aşağıda yerləşmiş olsun. Vışka qaldırıcısının aparıcı dirəyindən asılma-

mış olan hər hansı vışka bölməsini sökmək qadağandır. 2.5.33. Vışkanın hissə-hissə sökülməsi zamanı

boşaldılmış hissələri blokdan keçirilmiş kanat vasitəsilə bucurqadın köməyi ilə meydançaya endirmək lazımdır. Vışkanın yerə endirilmiş hissələrini onun özülündən 20m-dən az olmayan məsafədə qoymalı, ağacdan olan hissələri isə qabaqcadan mismarları əyib, üzü aşağı yığmalı.

2.5.34. Vışkanın daxilində yükləri qaldırıb-endirən zaman adamlar oradan kənarlaşdırılmalıdır. Yükün qaldırılıb-endiril- məsi qazma bucurqadı vasitəsi ilə yerinə yetirildikdə isə vışkanın daxilində yalnız qazmaçı qalmalıdır.

144

vk.com/club152685050 | vk.com/id446425943

2.5.35. Qəza vəziyyətində olan vışkaların qadağandır, onları yıxmaq lazımdır. Vışkanı başlamazdan əvvəl adamlar vışka hündürlüyündən az olmayan məsafəyə çəkilməlidirlər.

sökülməsi yıxmağa 10m-dən

Dor (A-ya bənzər) tipli qazma vışkalarının quraşdırılması və sökülməsi

2.5.36.Vışkanın ayaqları altındakı binövrə və traktor-dar- tıcının hərəkəti üçün yol elə hazırlanmalıdır ki, onlar eyni üfqi müstəvi üzərində yerləşmiş olsunlar.

Fərq 0,09-0,12 rad (5-70)-dan artıq olmamalıdır.

2.5.37.Özülü yığmağa başlamazdan əvvəl binövrənin üfqiliyini yoxlamaq lazımdır. Özülün vaterpas (taraz) üzrə yığılması prosesində də tirlərin (dayaq) və bütövlükdə bütün

bəndlərin üfqiliyi yoxlanılmalıdır. Qeyri-üfqilik aradan qaldırılmalıdır.

2.5.38.Vışka özül üzərinə qaldırılmazdan əvvəl layihədə nəzərdə tutulan avadanlıqlar qurulmalı və özülə bərkidilməlidir.

2.5.39.Vışkaqaldırma mexanizminin və onun tellənməsi üçün özülün ferması üzərinə taxta döşəmə salınmalı, fermanın perimetri boyunca isə məhəccər çəkilməlidir.

2.5.40.Vışkaquraşdırma mexanizminin qolu (ox) vışkanı yığmağa başlamazdan əvvəl onun altına qoyulan özül üzərində quraşdırılmalıdır. Qolun sürüşməsinin qarşısını almaq məqsədi

ilə, o, özülün yuvacıqlarında bərkidilməlidir. Bərkitmə zamanı qol kran vasitəsi ilə saxlanılmalıdır.

2.5.41. Vışkanı qaldırmağa başlamazdan əvvəl vışkaqaldırma mexanizminin hissə və bəndlərini nəzərdən keçirib diqqət yetirməli ki:

-kanat qasnağı sərbəstcə əl ilə fırlansın;

145

vk.com/club152685050 | vk.com/id446425943

-qaldırıcı sistemin kanatları gərilmiş olsun;

-yağlayıcı qurğular qaydada olmaqla, içərisində yağ olsun.

2.5.42.Vışkaquraşdırma mexanizminin bloku söykəmə nərdivandan və qoruyucu kəmərdən istifadə etməklə bərkidilməlidir.

2.5.43.Vışkanı qaldırmazdan əvvəl vışka bəndlərinin və vışkaqaldırma mexanizminin bərkidilməsinin möhkəmliyinə, onlarda kənar əşya və alətlərin olmadığına əmin olmaq lazımdır.

2.5.44.Əgər vışka qaldırılan zaman xüsusi səs (çartıltı) eşidilərsə, vışkanı altlıq (çatma) üzərinə endirməli, bunun səbəbini aşkar etməli, nasazlığı aradan qaldırmalı və yenidən

vışkanı qaldırmağa başlamalı.

2.5.45.Vışka qaldırılan zaman bilavasitə bu əməliyyatla əlaqələri olmayan vışkaquraşdırıcılar vışkanın hündürlüyündən 10m-dən artıq məsafəyə çəkilməlidirlər.

2.5.46.Yan sipərləri olmayan, yeyilmiş kanat qasnaqları

və ya vtulkaları olan tal sistemi bloklarının tətbiqi qadağandır.

2.5.47.Traktor-qaldırıcıların bucurqadlarını işə salmaq və söndürmək, habelə vışkanın qaldırılma sürətinin dəyişdirilməsini ancaq iş rəhbərinin razılığı ilə etmək lazımdır.

2.5.48.Qoruyucu kanat olmadan vışkanın qaldırılması qadağandır. Qoruyucu kanatlar vışka qaldırıldıqca onun bərabər surətdə dartılmasını təmin edən üç və daha çox traktorlara bərkidilməlidir. Qoruyucu kanatın uzunluğu vışkanın hündürlüyündən 1,5 dəfə artıq olmalıdır. Kanatın diametri 28mm-dən az olmamalıdır.

2.5.49.Qaldırıldıqdan sonra vışka quyunun oxu üzrə mərkəzi nöqtəyə uyğunlaşdırma vəziyyətindən çıxarılmalıdır.

Kənara çıxma 50mm-dən artıq olmamalıdır.

146

vk.com/club152685050 | vk.com/id446425943

2.5.50.Vışkanın ayağı yuvacıqda barmaq vasitəsilə bərkidildikdən və daimi dartıcılar quraşdırıldıqdan sonra qoruyucu kanatlar traktorlardan açılmalıdır.

2.5.51.Dartıcıların gərilməsini vintvari dartıcı vasitəsilə qoruyucu kanatları traktorlardan açdıqdan sonra yerinə yetirmək lazımdır.

2.5.52.Dor (A-ya bənzər) tipli qazma vışkalarının sökülməsi zamanı onu üfqi vəziyyətə endirməzdən əvvəl qəbul körpüsü sökülməli, vışkaquraşdırma mexanizminin qolu və tellənmə blokları qurulmalıdır.

2.5.53.Dor (A-ya bənzər) tipli qazma vışkası şaquli vəziyyətdən başmaq vintlərinin köməyi ilə çıxarılmalıdır.

Bu zaman tellənmənin tarımlığı boşalmalıdır.

2.5.54.Başmaqlar son vəziyyətə gətirildikdən sonra barmaqlar maili dirəyin gözcüyündən vurulub salınmalı, dor (A-ya bənzər) tipli qazma vışkası isə öz çəkisinin təsiri altında üfqi vəziyyətə endirilməlidir.

Əgər dor (A-ya bənzər) tipli qazma vışkası öz çəkisinin tə-

siri altında enməzsə, onda bu əməliyyat onun qabaq qoruyucu dartıcıları ilə birləşdirilmiş traktorun köməyi ilə yerinə yetirilməlidir.

2.5.55.Dor (A-ya bənzər) tipli qazma vışkası traktorun köməyi ilə endirilən zaman qoruyucu dartıcıların gərilməsi yavaş-yavaş, səlis və sıçrayışsız yerinə yetirilməlidir.

2.5.56.Tir üzərinə üfqi vəziyyətdə endirilmiş dor (A-ya bənzər) tipli vışkanın sökülməsi 221 -in tələblərinə riayət edil-

məklə, quraşdırılma prosesinə əks qaydada aparılmalıdır.

Istismar vışkalarının, dorların (eklipslərin) quraşdırılması və sökülməsi

147

vk.com/club152685050 | vk.com/id446425943

2.5.57.Istismar yükqaldırma qurğularının (vışkalar, dorlar, eklipslər) quraşdırılması və sökülməsi 223 -ün tələblərinə uyğun aparılmalıdır.

2.5.58.Istismar yükqaldırma qurğularını (vışkalar, dorlar,

eklipslər) quraşdırmaq üçün təyin edilmiş işçi meydança əvvəlcədən:

-yerüstü və yeraltı boru kəməri və kabellərdən təmizlən-

məli;

-ağacdan, koldan və otlardan təmizlənməli; -50m-dən az olmayan radiusda hamarlanmalı; -giriş və çıxış yolları ilə təchiz edilməlidir.

2.5.59. Əgər istismar yükqaldırma qurğusunun quraşdırıldığı zonadakı quyuları, şurfları və açıq neft-yığım torpaq anbarlarını doldurmaq mümkün deyilsə, onlar örtülməli və ya çəpərlənməlidirlər.

2.5.60.Yolların qurulması, işçi meydançanın hamarlanması və hazırlanması, torpağın işlənməsi, avadanlıq üçün özül tökülməsi və dayaq qurulması inşaat norma və qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

2.5.61.Fəaliyyətdə olan kommunikasiyalar yerləşən zonada torpaq işlərinin aparılmasına, ancaq onları istismar

edən təşkilatın yazılı icazəsi və əldə həmin sahənin kommunikasiyalarının sxemi olduqda, icazə verilir.

Idarə edilməsində xüsusi vəsiqə tələb edilən yerqazan və başqa maşınlardan istifadə edilərkən cavabdeh iş rəhbərləri tərəfindən işə başlamazdan əvvəl iş icraçılarında da belə vəsiqələrin olması yoxlanılmalıdır.

2.5.62. Tikinti meydanına gətirilmiş avadanlıq və materiallar səmərəli sxem üzrə yerləşdirilməlidir. Burada avadanlıq, işdə istifadə ediləcək maşın və mexanizmlər üçün keçid saxlamaqla, quraşdırılacağı yerə yaxın məsafədə qoyulmalıdır.

148

vk.com/club152685050 | vk.com/id446425943

2.5.63.Işçi meydançaya giriş, avadanlıq və materialların daşınma yolları başqa əşyalarla tutulmamalıdır.

2.5.64.Mədəni budka və digər köməkçi otaqlar, quraşdırılacaq vışkanın, dorların (eklipslərin) layihə hündürlüyündən 10m-dən az olmayan məsafədə yerləşdirilməlidir.

2.5.65.Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş siyahıda göstərilmiş çox təhlükəli işlər, iş yerlərinin

ilkin yoxlanmasından və əldə icazə olduqdan sonra işin rəhbəri və ya cavabdeh icraçı tərəfindən aparılmalıdır.

2.5.66.Qülləli tipli istismar vışkalarının quraşdırılması və sökülməsi 223 -ün tələblərinə uyğun aparılmalıdır.

2.5.67.Dorun (eklipsin) quraşdırılması ancaq mancanaq dəzgahı dayandırıldıqdan, qidalandırıcı elektrikötürmə xəttində

gərginlik götürüldükdən və bu haqda elektrikötürmə xətlərinin istismarına cavabdeh işçidən yazılı surətdə təsdiqedici sənəd alındıqdan sonra aparılmalıdır.

2.5.68. Dor (eklips) yığılmış vəziyyətdə, bucurqadın və ya traktor-qaldırıcının vasitəsi ilə qaldırılmalıdır.

Dorun (eklipsin) aşmasının qarşısını almaq üçün qaldırılma zamanı əks tərəfdə traktor-qaldırıcı (bucurqad) və ya lövbərə bərkidilmiş 2 dartıcı qurulmalıdır. Dorun (eklipsin) traktor-dartıcı və avtomobillərlə qaldırılması qadağandır.

2.5.69. Dorun (eklipsin) qaldırılması üçün tətbiq edilən bucurqad və ya traktor-qaldırıcı dorun(eklipsin) özülündən onun hündürlüyündən 10m-dən az olmayan məsafədə yerləşdirilməli və etibarlı bərkidilməlidir.

2.5.70.Qaldırıcı kanat dordan (eklipsdən) ancaq onun özülü binövrəyə, dartıcılar isə lövbərə bərkidildikdən sonra çıxarılmalıdır.

2.5.71.Dorun (eklipsin) quraşdırılması və sökülməsi

223 -ün tələblərinə uyğun aparılmalıdır.

Qazma və istismar avadanlıqlarının quraşdırılması,

149

vk.com/club152685050 | vk.com/id446425943

sökülməsi və təmiri

2.5.72. Avadanlıqların, blokların və mexanizmlərin quraşdırılması Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış, təsdiq olunmuş sxem, layihə və texniki şərtlərə uyğun yerinə yetirilməlidir.

2.5.73.Avadanlıqlar və bloklar qazma aparılacaq yerə gətirilməli və onların yığılma ardıcıllığı nəzərə alınmaqla yerləşdirilməlidir.

2.5.74.Avadanlıqların sürüdülüb gətirilməsində və quraş-

dırılmasında istifadə olunan qaldırıcı vasitələr və traktorlar işə başlamazdan əvvəl qabaqcadan işlənilmiş sxemə əsasən yerləşdirilməlidir.

2.5.75.Avadanlıqların ilməklənməsi yükqaldırma qabiliyyəti qaldırılacaq yükə uyğun olan xüsusi kanatların və ya ağızların (götürümlər) köməyi ilə yerinə yetirilməlidir.

2.5.76.Ilməklər avadanlığın çəkisi,əndazə ölçüləri və ilməyin yükqaldırma qabiliyyətinə əsasən seçilməlidir.

2.5.77.Quraşdırılacaq avadanlıqların və blokların bütün hissələrinə və bərkidici bəndlərinə işin rəhbəri tərəfindən baxış keçirilməli, aşkar edilmiş qüsurlar aradan qaldırılmalıdır.

2.5.78.Quraşdırılma qurtardıqdan sonra orada qalmış alətləri, tərtibatları (boltları, qaykaları, pazları və i.a.) aşkar etmək məqsədi ilə avadanlıq diqqətlə baxışdan keçirilməlidir.

2.5.79.Avadanlığın sınaqdan keçirilməsinə yalnız işin rəhbərinin iştirakı ilə və bütün çəpərlər qoyulduqdan sonra icazə verilir.

2.5.80.Avadanlığın sınaqdan keçirilməsinin başlanğıcı barədə bütün briqada üzvləri xəbərdar edilməlidir.

2.5.81.Avadanlıq işlədiyi zaman hər hansı quraşdırma iş-

lərinin aparılması qadağandır. Çatışmamazlıqlar yalnız aqreqatlar tam dayandırıldıqdan sonra aradan qaldırılmalıdır.

150

vk.com/club152685050 | vk.com/id446425943

2.5.82.Qazma avadanlıqlarının quraşdırılması (sökülməsi) işlərinin təhlükəsiz yerinə yetirilməsi 221, 222 -in tələblərinə uyğun aparılmalıdır.

2.5.83.Qazma avadanlıqları istehsalçı-zavodların texniki

sənədlərinə uyğun olaraq quraşdırılmalıdır.

2.5.84. Vışka və dorların kəlləçarx meydançasına ağır hissələr və materiallar bucurqadın və oxu üstdən vurulmuş (nadelka) xamıtla bərkidilmiş qaldırıcı diyircəklərin köməyi ilə qaldırılmalıdır.

Kəlləçarxın işləyən və ya təzyiq altında olan quyu üzərində sökülməsi qadağandır.

2.5.85. Qazma nasoslarının sarğısının vurucu xəttinin divarı qalınlığı hesablama yolu ilə təyin edilən tikişsiz borulardan quraşdırılmalıdır. Sökülə bilən birləşmələr QOST və texniki şərtlərin tələblərinə uyğun kipləşdirilir (sıxlaşdırılır).

Vurucu xətlərin titrəyişinin qarşısını almaq üçün vurucu xətlər dayaqlara bərkidilməlidir. Xətlərin döndərilməsi səlis və 900-dən az olmayan bucaq altında olmalıdır.

2.5.86. Elektrik intiqallı qazma qurğusunun sökülməsinə elektrik avadanlığının istismarına cavabdeh işçidən qazma qurğusunun elektrik şəbəkəsindən açılması barədə yazılı təsdiqedici sənəd alındıqdan sonra icazə verilir.

2.5.87.Quyu ağzında təzyiq olduqda qazma vışkasının quraşdırılması, sökülməsi qadağandır.

2.5.88.Quraşdırılmış qazma qurğularının işə buraxılması vurucu boru kəmərlərinin, pnevmo-sistemlərin, avadanlıqların idarəetmə sistemlərinin sınanılmasından,yerləbirləşdirilmənin keyfiyyətinin yoxlanılmasından sonra həyata keçirilməlidir.

2.5.89.Istismarda olan mancanaq dəzgahları, onların texniki vəziyyətləri yoxlanıldıqdan, təmir edildikdən və

müəssisə üzrə əmrlə təyin edilmiş qəbul komissiyası tərəfindən akt tərtib edildikdən sonra quraşdırıla bilər.

151

vk.com/club152685050 | vk.com/id446425943

2.5.90.Mancanaq dəzgahlarının bütöv (monolit) binövrəyə quraşdırılmasına yalnız işin aparılması layihəsində nəzərdə tutulmuş, tökülmüş sementin bərkimə müddəti başa çatdıqdan sonra yol verilir.

2.5.91.Mancanaq dəzgahı dayağının kran vasitəsi ilə quraşdırma meydançasından qaldırılması və hərəkət etdirilməsi zamanı polispast sisteminin şaquliliyi saxlanılmalı və mancanaq dəzgahının dayağı sıçrayışlar olmamaq üçün qoruyucu kanatlarla dartılmalıdır.

2.5.92.Mancanaq dəzgahı dayağını quraşdırmazdan

əvvəl onun dabanındakı deşiyin çərçivənin deşiyi ilə uyğunluğunu yoxlamalı. Mancanaq dəzgahının dayağının yerinin dəyişməsini ling vasitəsi ilə etmək qadağandır.

2.5.93.Balansirin yığım bəndləri ilə birlikdə yığılması xüsusi altlıq üzərində aparılmalıdır.

2.5.94.Balansiri quraşdırmazdan əvvəl aşağıdakıları yox-

lamalı:

-onun başlığının işçi vəziyyətində dayandırılmasının eti-

barlılığını və dayandırıcı qurğunu azad etdikdə onun səlis dönməsini;

-barmaqlarda yuxarı şatun başlığının təsbit edilməsini və traversin vtulkasında sərbəst fırlanmasını;

-dayaq yastığının gövdəsinin balansirlə etibarlı bərkidilməsini;

-yastıqlarda və şarnirli bəndlərdə sürtgü yağının olmasını.

Dayağa sürüşkən olmayan ayaqqabıda və qoruyucu kəmərdə qalxmalı.

Bərkidilməmiş dayağa qalxmaq qadağandır.

2.5.95. Mancanaq dəzgahını quraşdırdıqdan sonra onun tormozlanmasının etibarlılığını və elektrik mühərriki şəbəkədən açıldıqda onun krivoşipin istənilən vəziyyətində dayandırılmasını yoxlamalı.

152

vk.com/club152685050 | vk.com/id446425943

2.5.96.Transmissiyaya və işəsalma-mühafizə aparatlarına xidmət meydançası çərçivənin aşağı müstəvisi səviyyəsində olmalıdır.

Meydançaya giriş mancanaq dəzgahının əyləci tərəfdən olmalıdır.

2.5.97.Neft qazlarını sıxmaq üçün xüsusi təyinatlı kompressorlar tətbiq olunmalıdır.

Kompressor qurğusunun texniki layihəsini işləyən təşkilatın və kompressoru istehsal edən zavodun icazəsi olmadan, təyinatına uyğun olmayan kompressorlardan qazların sıxılması

üçün istifadə edilməsi qadağandır.

2.5.98. Yanar və partlayış təhlükəli qazlı kompressor stansiyası otağında kompressorlarla texnoloji və konstruksiya əlaqəsi olmayan aparat və avadanlıqların yerləşdirilməsinə icazə verilmir.

2.5.99. Kompressorlara elektrik mühərriki ilə hərəkət verdikdə bilərzik reduktordan və ya müstəsna halda pazvarı qayış ötürücüsündən istifadə edilməlidir. Yastı qayış ötürücüsündən istifadə etməyə icazə verilmir.

2.5.100. Qaztoplayıcı kollektorlar kompressor stansiyası binasının xaricində yerləşdirilməlidir, müstəsna hallarda texnologiya baxımından lazım gələrsə, onlar kompressor stansiyası otağında (məsələn, kondensat ayrılmaları olarkən və kondensatın donması) yerləşdirilə bilər.

2.5.101. Hər bir kompressor qurğusunun müvafiq qapayıcı armaturu olmalıdır.

2.5.102. Vurucu boru kəmərlərində paylayıcı, qapayıcı qurğu (ventil, kran, siyirtmə və s.) qarşısında, eləcə də aralıq təzyiqli qazgötürmə boru kəmərində əks-klapan qoyulmalıdır və onun gövdəsində ox işarəsi ilə qaz axımının istiqaməti göstərilməlidir.

153

vk.com/club152685050 | vk.com/id446425943

Əks-klapanın en kəsiyi kompressorun həmin pilləsinin vurucu klapanlarından sonra vurucu xətdə qoyulan əks-kla- panların en kəsiyindən az olmamalıdır.

2.5.103. Kompressorun hər bir sıxıcı pilləsi bilavasitə vurucu xəttdə qoyulan qoruyucu klapanla təchiz olunmalıdır.

Kompressorun son sıxma pilləsinin vurucu xəttində qoyulan qoruyucu klapan qapayıcı armaturdan və əks-klapandan əvvəl qoyulmalıdır.

Qoruyucu klapanı yoxladıqdan, təmir etdikdən və nizamladıqdan sonra akt tərtib edilməli və klapana plomb vurulmalıdır.

2.5.104. Kompressorun axırıncı sıxma pilləsinin vurucu xəttində qoruyucu klapanın əvəzinə sistemin təzyiqi 10% qalxdıqda dağılan qoruyucu membran qoyulmasına icazə verilir. Membranın üzərində membranın dağılma təzyiqi göstərilməlidir. Membran dağılarkən qapalı qaz sistemə yönəlməlidir.

2.5.105. Kompressorlar qəzasız iş təmin edən təcridetmə və qəza siqnalı vasitələrilə təchiz olunmalıdırlar.

2.5.106. Qaz-lift sistemində kompressor stansiyasının iş prosesində aşağıdakı yoxlamalar aparılmalıdır:

-bütün texnoloji boru kəmərlərinə, separatorlara, tutumlara, qapayıcı-nizamlayıcı armaturlara, nəticələri vaxt jurnalına yazılmaqla aylıq baxışlar;

-yanğınsöndürmə, qazquruducu, işıqlandırma, ventilyasiya, qəza siqnalları, ildırımdan mühafizə, statik elektrikləşmədən mühafizə sistemlərinə və telemexanikanın işləmə qabiliyyətinə təsdiq olunmuş cədvəl üzrə daimi nəzarət.

2.5.107. Xidmət heyətinin iş yerindən və eləcə də avtomatlaşdırıcı lövhə yerləşən otaqdan kompressorların işinin dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.

154

vk.com/club152685050 | vk.com/id446425943

Kompressorların qəza saxlanma düymələri maşın zalının əsas çıxışlarında, rahat və təhlükəsiz yerlərdə idarəetmə məntəqəsində yerləşdirilməlidir.

2.5.108. Yağlama sisteminin avtomatik dayandırılan əlahiddə nasoslarının elektrik mühərriklərinin əl ilə (düymə ilə) dayandırılması nəzərə alınmalıdır.

2.5.109. Porşenli kompressorların bütün sıxma pillələrinin vurucu xətlərində, qazın ən az döyüntüsü olan yerlərdə üç gedişli kranla təchiz olunan manometrlər qoyulmalıdır.

2,5MPa təzyiqdə ikinci manometr qoymaq üçün ventil və kran əvəzinə qapayıcı quruluşu olan ştuser qoyulmasına icazə verilir.

2.5.110. Təzyiqi 16MPa-dan yüksək olan kompressorların pillələri soyuducudan əvvəl və sonra manometrlə təchiz olunmalıdır.

2.5.111. Kompressorun vurucu xətti və sıxıcı kompressorların sorucu xətləri göstərilən manometrlərdən əlavə təzyiqi özü yazan manometrlə təchiz edilməlidir. Lazım gəldikdə belə manometrlər aralıq sıxma pillələrində də qoyulmalıdır.

2.5.112. Kompressorların sorucu və vurucu xətlərində qoyulan yaylı manometrlərin sinifləri:

sorucu və vurucu kollektorlarda-1,5; pillələrarası xətlərdə və qablarda-2,5;

su boru kəməri və yağ boru kəmərində-4,0; hava toplayan qurğuda -2,5-dən az olmamalıdır.

2.5.113. Dövrü yağlama sistemində süzgəcdən əvvəl və yağ soyuducusundan sonra manometrlərin qoyulması nəzərə alınmalıdır.

2.5.114. Kompressorların işlədiyi vaxt baş verən titrəyişin təsirini azaltmaq üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:

-kompressorların özülləri binanın konstruksiyasından ayrılmalıdır (özüllər, divar, örtüklər və s.);

155

vk.com/club152685050 | vk.com/id446425943

-qonşu kompressorların özüllərinin sahəsi özüllərə sərbəst söykənməklə qoyulmalıdır;

-titrəyişdən mühafizə olunmaq üçün lazım gələrsə özüllərdə izoləetmə işləri aparılmalıdır;

-kompressorların boru kəmərlərinin bina konstruksiyası ilə sərt birləşməsi olmamalıdır.

2.5.115. Boru kəmərlərində qazın döyünməsi nəticəsində baş verən titrəyişin azaldılması üçün lazım gələn hallarda aşağıdakılar nəzərə alınmalıdır:

-sistemdə döyünməni söndürmək üçün kompressorların bilavasitə yaxınlığında və ya hesablama yolu ilə təyin olunan məsafələrdə bufer və akustik həcmlərin qoyulması;

-birləşdirici boru kəmərində ən az dönmələrin olması. Boru kəmərinin istiqamətinin dəyişdirilməsi səlis və 900-

dən az olmayan bucaq altında olmalıdır.

2.5.116. Kompressorlara əsas xidmət keçidi və kompressorlar arasında daimi iş yeri olduqda keçidin eni 1,5m-dən, pəncərə oyuğu yaxınlığındakı keçidin eni isə 1m-dən az olmamalıdır. Kompressorla blokun divarı arasındakı məsafə isə 0,7m-dən az olmamalıdır.

2.5.117. Quraşdırılıb-sökülən və dəyişilən qovşaqların ağır detallarının daşınması üçün stansiyanın ərazisində və kompressor stansiyasının otağında stasionar və ya səyyar yükqaldırıcı qurğu və ya tərtibat nəzərdə tutulmalıdır. Blok bokslarda quraşdırma aralığı, lyüklar və ya diyirlətmə qurğusu nəzərə alınmalıdır.

2.5.118. Qaz separatorları avtomatik drenaj qurğusu və yuxarı səviyyə siqnalvericisilə, manometrlə, qoruyucu klapanla və ya diafraqma ilə təchiz olunmalıdır. Separatorlar və yağnəm ayırıcıları yuma və üfürmə üçün ştuserlə təmin edilməlidir.

156

vk.com/club152685050 | vk.com/id446425943

2.5.119. Kompressor stansiyasında səthinin temperaturu 450C və daha çox olan hissələr izolə edilməli və ya çəpərlənməlidir.

2.5.120. Qaz boru kəmərləri, eləcə də təzyiqi 10MPa qədər olan hava boru kəmərləri qaynaqla birləşdirilməlidir. Avadanlıq və armatura birləşmək üçün flans birləşməsinə icazə verilir.

Qaynaq işlərinin aparılmasına Azdövdağtexnəzarət Komitəsinin tələblərinə uyğun olaraq xüsusi hazırlığa və sertifakata malik olan qaynaqçılar buraxılmalıdır.

2.5.121. Kompressor stansiyasını istismara buraxmazdan əvvəl, eləcə də əsaslı təmirdən sonra stansiyanın hər bir texnoloji sisteminin xətti, eləcə də stansiyadan qaz və hava paylayıcı batareyaya qədər boru kəmərləri və siyirtmə qovşaqları işçi təzyiqin 1,5 misli qədər möhkəmliyə və kipliyə sınanmalıdır.

10MPa-dan yüksək təzyiqli hava boru kəmərləri, eləcə də bina və kompressor stansiyası daxilində qaz boru kəmərləri quraşdırıldıqdan sonra yoxlanılmalı və işlənib hazırlanmış texniki şərtlərə müvafiq möhkəmliyə və kipliyə sınanmalıdır.

2.5.122. Kompressor stansiyasını bloklarla quraşdırarkən qaz boru kəmərləri ancaq kipliyə sınanmalıdır.

2.5.123. Qablar və kompressor stansiyasının cihazları quraşdırıldıqdan və ilkin baxışlardan sonra, əlavə olaraq yenidən germetikliyə neft qazları ilə və ya işçi mühitdə maksimal işçi təzyiqlə kipliyə sınanmalıdır. Sınağın nəticəsi 1 saat müddətində təzyiq düşgüsü 0,2%-dən çox olmadıqda qənaətbəxş sayılır.

2.5.124. Vurucu xətt ilə birgə quraşdırılan və ondan ayrılmayan bufer çənləri, soyuducular, yağdan nəmi ayıran qurğular kipliyə, vurucu xətt ilə birgə maksimal işçi təzyiqə sınaqdan keçirilməlidir.

157

vk.com/club152685050 | vk.com/id446425943

2.5.125. Kompressor stansiyasının qaz boru kəmərinin hər bir qaynaq tikişinə bütün perimetr boyu dağıdıcı olmayan nəzarət üsulu ilə nəzarət olunmalıdır.

2.5.126. Qovşaqlarda sınaq işləri aparılarkən-kompres- sorların fərdi olaraq yüksüz işi yoxlanmalıdır. Onların təhlükəsiz işi isə yük altında yoxlanmalı, mühafizə relesi və qoruyucu klapanlar nizamlanmalıdır.

2.5.127. Kompressor stansiyasının bütün avadanlıqlarının iş yükü altında kompleks sınaqdan keçirilməsi kompressoru istehsal edən zavodun təlimatında göstərilən hallar istisna olmaqla hava ilə yerinə yetirilməlidir.

2.5.128. Kompressorların son nəzarət sınağı tam iş rejimində, kompressoru istehsal edən zavodun təlimatlarında göstərilən müddətdə fasiləsiz aparılmalıdır.

2.5.129. Kompressor stansiyasının avadanlıqları və texnoloji boru kəmərlərinin sınağı layihə təşkilatı tərəfindən işlənmiş və istehsalçı müəssisə ilə razılaşdırılmış proqram üzrə aparılmalıdır. Sınaq proqramında təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına, mühafizə mexanizm və tərtibatlarının işinin yoxlanmasına riayət, eləcə də titrəyiş, səs-küy və başqa parametrlərin ölçülməsi nəzərə alınmalıdır.

2.5.130. Kompressor qurğularının avadanlıqları təmirdən, təmizləmədən və yoxlamadan sonra və həmçinin onun bir neçə qovşaq və detalları dəyişdirildikdən sonra istismara verilməzdən əvvəl xüsusi olaraq yoxlanılmalı və nəzarət sınağından keçirilməlidir.

Yükqaldırma qurğularının (vışkaların, dorların) və qazma avadanlıqlarının nəqli

158

vk.com/club152685050 | vk.com/id446425943

2.5.131. Qazma vışkalarının şaquli vəziyyətdə və qazma

avadanlıqlarının iri bloklarla nəql etdirilməsi 221,

222 -in

tələblərinə müvafiq yerinə yetirilməlidir.

2.5.132. Iri blokların qazma vışkası ilə birlikdə və ya vışkanın ayrıca şaquli vəziyyətdə nəqlinin layihəsi, trasın aidiyyatı (marağı) olan bütün təşkilatlarla razılaşdırılmasından sonra vışkaquraşdırma işlərini yerinə yetirən təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilməlidir. Mobil qazma qurğularının bloklarının nəqli müəyyən edilmiş qaydada aparılmalıdır. Işlər, belə işlərə rəhbərlik etməyə icazəsi olan cavabdeh mütəxəssisin rəhbərliyi altında yerinə yetirilməlidir.

Layihədə aşağıdakılar öz əksini tapmalıdır: -avadanlığın nəqli üsulu;

-avadanlığın hərəkət etdirilmə trası, saxlayıcı və qoruyucu texnikanın hərəkət yolu;

-xəndəklərin, yarğanların, trasın düzləndirilməsinin, o cümlədən kəsilmiş meşədə, yolun o biri tərəfinə keçdikdə, EVX-ni, su səddini dəf etməyin üsulları;

-əsas və köməkçi texnikanın sayının müəyyən edilməsi; -avadanlığın nəqlində iştirak edən briqada üzvlərinin sayı

və düzülməsi, EVX-ni istismar edən təşkilatın, dəmir yolunun (onları kəsib keçmə hallarında) nümayəndəsinin iştirakı.

2.5.133. Qazma vışkaları və qazma avadanlıqlarının iri blokları, bilavasitə vışkaquraşdırma sexinin rəisinin və ya iş icraçısının rəhbərliyi altında nəql olunmalıdır. Nəql olunan avadanlıq EVX trasını kəsib keçdikdə bu EVX-ni istismar edən təşkilatın nümayəndəsinin iştirakı vacibdir.

2.5.134. Qazma vışkasının hərəkət etdirilmə yolu yerüstü qurğulardan (binalar, dəmir yolu və s.) kənarda, həmçinin hava EVX-nin mühafizə zonasından vışkanın hündürlüyündən 10m-dən az olmayan bir məsafədə salınmalıdır.

Bu tələbin yerinə yetirilməsi mümkün olmadıqda, yanından keçiləcək (ötüb keçiləcək) qurğunun əks tərəfində

159

vk.com/club152685050 | vk.com/id446425943

bu qurğunu keçən zaman vışkanın traktorla saxlanması üçün əlavə dartıcı qoyulmalıdır. Yüksək gərginlikli elektrik xətlərinə qədər olan minimal məsafə 223 və 32 -nin tələblərinə uyğun olmalıdır.

160

vk.com/club152685050 | vk.com/id446425943

2.5.135. Qazma vışkası və blokların hərəkət yolu, hərəkət istiqamətində yolun solunda trasdan 5m məsafədə sıra ilə düzülmüş payacıqlarla qeyd edilməlidir.

Payacıqlar trasın yaxşı görünməsini təmin etməli, yolun düz və açıqlıq sahələrində, bir-birindən 100m-ə qədər məsafədə, döngələr və bağlı yerlərdə isə trasın görünməsini təmin edən məsafədə qoyulmalıdır.

Qeyd: Yaxşı görünən səmtdə payacıqların qoyulması vacib deyildir.

2.5.136. Trasın bölünməsində bütün döngələr böyük radiuslarla işarə edilməlidir ki, qazma vışkası və blokların hərəkəti zamanı onların döndərilməsini dərhal (bir dəfəyə) həyata keçirmək mümkün olsun.

2.5.137 Qazma vışkası və qazma avadanlıqlarının iri bloklarını hərəkət etdirməyə başlamazdan əvvəl cavabdeh iş rəhbəri trasın hazırlığını yoxlamalıdır.

2.5.138. Vışkanın hərəkət etdirilməyə hazırlanması üzrə briqadanın və vışkanın daxilində işləyən avadanlıqlara xidmət briqadasının eyni vaxtda işləməsi qadağandır.

2.5.139. Qazma vışkasının hərəkət etdirilməyə hazırlanması işinə yalnız aşağıdakılar təmin olunduqda başlanıla bilər:

-nəql olunacaq tras üzrə elektrik xəttini istismar edən təşkilatın işçiləri olduqda;

-elektrik cərəyanını kəsdikdən, gərginlik verilməsi mümkün olan bütün tərəflərdən kabellər və hava EVX-nin kəsilməsi yazılı surətdə təsdiq edildikdən sonra;

- qazma avadanlıqları və vışka ətrafı qurğular (tikililər) söküldükdən sonra.

2.5.140. Qazma vışkasının özüldən götürülməsinə, yalnız quyu ağzındakı armaturun siyirtməsini bağladıqdan və atqı xəttini ayırdıqdan sonra başlamaq olar. Bu zaman fontan vuran quyu boğulmalıdır.

161

vk.com/club152685050 | vk.com/id446425943

2.5.141. Qazma vışkasının özüldən götürülməsi zamanı neftqazçıxarma müəssisəsi nümayəndəsinin iştirakının zəruriliyini Istehsalat Birliyi (yuxarı təşkilat) Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırdıqdan sonra müəyyən etməlidir.

2.5.142. Qazma vışkasını şaquli vəziyyətdə nəql edən zaman onu aşmadan qorumaq üçün AzDƏMTTETI tərəfindən işlənilmiş və traktor-dartıcıya bərkidilmiş xüsusi tərtibatdan224 -dən istifadə edilməlidir.

2.5.143. Bütün tipli qazma vışkalarını şaquli vəziyyətdə hərəkət etdirməyə başlamazdan əvvəl tal bloku ya vışkanın ayağı və ya kəmərinə (2-ci yarusdan yuxarı olmamaq şərti ilə) möhkəm bərkidilməli, ya da döşəməyə uzadılmalı və bərkidilməlidir.

2.5.144. Qazma vışkasının və blokların hərəkət etdirilməsi zamanı bilavasitə bu işlə əlaqəsi olmayan adamların vışkanın hündürlüyündən 10m-dən az olan məsafədə dayanması qadağandır. Həmçinin blokları hərəkət etdirərkən dartıcı və qoruyucu kanatların, ağır yükdaşıyanların işlək hissələri və başqa nəqliyyat vasitələrinin yaxınlığında adamların dayanması qadağandır.

2.5.145. Qazma vışkasının aşağı (quraşdırma) kəmər olmadan özüldən götürülməsi, hərəkət etdirilməsi və özül üzərinə qoyulması qadağandır.

Quraşdırma kəmərinin, vışka hərəkət etdirilərkən yalnız quyu ağzında yerləşən armaturdan çıxarılmasına icazə verilir.

2.5.146. Hərəkət etdiriləcək qazma vışkasından traktora qədər olan məsafə vışkanın hündürlüyündən 10m artıq olmalıdır. Əgər yerli şəraitə görə bu tələbi yerinə yetirmək mümkün deyilsə, onda əks tərəfdən əlavə traktor tətbiq etməklə, bu məsafənin azaldılmasına icazə verilir. Bu traktordan gələn dartıcının ucu vışkanın yuxarı hissəsinə bərkidilməlidir.

2.5.147. Qazma vışkasını saxlayan traktorlar yoxuşu qal-

162

vk.com/club152685050 | vk.com/id446425943

xarkən vışkadan qabaqda trasdan 25m-dən az olmayan məsafədə onun yan tərəfində irəliləməlidirlər.

2.5.148. Qazma vışkasını yeni nöqtədə quraşdırmaq üçün bütün hazırlıq işləri onu hərəkət etdirməyə başlamazdan əvvəl yerinə yetirilməlidir.

2.5.149. Nəql zamanı qazma vışkası bərabərtərəfli üçbucağın bucaqlarına doğru yönəldilmiş üç dartıcı ilə saxlanılmalı və bunun mərkəzində yerləşməlidir.

2.5.150. Qazma vışkasının özül üzərində tam qoyulması və onun mərkəzləşdirilməsi daimi dartıcılar bərkidildikdən sonra yerinə yetirilməlidir.

2.5.151. Lafetlərin və ağır yükdaşıyanların blokun daşıyıcı tirinin altına qoyulub çıxarılması zamanı lafetdə, ağır yükdaşıyanda və onların hərəkət yolunda kimsənin olması qadağandır.

2.5.152. Blok qaldırılmamışdan əvvəl, daşıyıcı tir lafetə və ya ağır yükdaşıyana blokun, lafet və ya ağır yükdaşıyanın konstruksiyasında nəzərdə tutulmuş xüsusi tərtibatın köməyi ilə bərkidilməlidir.

2.5.153. Blokun lafet və ya ağır yükdaşıyan üzərinə qoyulması üçün qaldırılması, habelə onun özül üzərinə endirilməsi domkrat-arabaların eyni zamanda səlis işləmələri ilə yerinə yetirilməlidir.

2.5.154. Blok domkratlarla qaldırıldıqdan sonra 10-15 dəqiqə asılı vəziyyətdə qalmalı, sonra hidropnevmosistemin kipliyini, daşıyıcı tirlər, bəndlər və birləşmələrin zədələnmədiklərini, deformasiyaya uğramadıqlarını nəzərdən keçirmək yolu ilə yoxlamaq lazımdır.

2.5.155. Bloku tormozlamaq üçün qürğü olmadıqda, onun enişlərdə qabaqdakı traktora dəyməsinin qarşısını almaq məqsədi ilə blokun arxa hissəsinə əlavə traktorlar bərkitmək lazımdır.

Traktorların sayı blokun çəkisi, lafetin və ya ağır yükdaşı-

163

vk.com/club152685050 | vk.com/id446425943

yanın konstruksiyası, yerin mailliyi və torpağın vəziyyətindən asılı olaraq müəyyən edilir.

2.5.156. Blok qaldırıldıqda və istismar avadanlığı quraşdırılmış quyu ərazisindən kənara dartıldıqda, avadanlığın zədələnməsinə imkan verməyən tədbirlər görülməlidir.

Istismar avadanlığı armaturunun hündürlüyü vışkaaltı əsasın tirinin fermasından 0,5m-dən az olmayaraq aşağı olmalıdır.

Qülləli istismar vışkalarının, dorların (eklipslərin) nəqli

2.5.157. Qülləli istismar vışkalarının, dorların (eklipslərin) nəqli, təhlükəsizlik tələblərinə riayət etməklə 223 -ün tələblərinə uyğun olaraq aparılmalıdır.

2.5.158. Zavoddan qülləli istismar vışkaları, dorlar (eklipslər) sökülmüş vəziyyətdə, avtomobil nəqliyyatında olan bütün tələb və qaydalara riayət edilməklə nəql edilməlidir.

2.5.159. Qülləli istismar vışkalarının, dorların (eklipslərin) nəqli layihəsi, onun trası razılaşdırıldıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilir.

2.5.160. Layihədə aşağıdakılar nəzərdə tutulmalıdır: -saxlayıcı traktorların və nəql edilən vışkaların, dorların

(eklipslərin) trası təyin olunmalı;

-yolun hamarlanması və yüksək gərginlikli elektrik xətlərinin müvəqqəti açılması nəzərdə tutulmalı;

-qülləli istismar vışkalarının, dorların (eklipslərin) nəql edilməsi üsulları;

-nəql zamanı traktorların sayı və markaları göstərilməli. 2.5.161. Qülləli istismar vışkaları, dorlar (eklipslər) əmrlə

təyin olunmuş məsul şəxsin rəhbərliyi altında nəql edilməlidir. 2.5.162. Qülləli istismar vışkalarının nəql trası yerüstü

tikintilərdən (binalardan, dəmiryolundan və s.) və elektrik xət-

164

vk.com/club152685050 | vk.com/id446425943

lərinin mühafizə zonalarından vışkaların hündürlüyündən 10m çox olmaq şərti ilə salınır (seçilir).

2.5.163. Məsul şəxs şəxsən vışkaları, dorları (eklipsləri) nəql etməmişdən əvvəl trasın hazır olmasını yoxlamalıdır.

2.5.164. Nəql zamanı qülləli istismar vışkalarının hər hansı bir elementi sınarsa, hərəkət dayandırılmalı və nasazlıq aradan qaldırılmalıdır.

2.5.165. Nəql prosesi ilə əlaqədar olmayan işçilər qülləli istismar vışkasının hündürlüyündən 10m artıq məsafədə olmalıdırlar.

2.6.Elektrik və rabitə xətlərinin çəkilməsi

2.6.1.Elektrik xətlərinin çəkilməsi [15, 57, 154]–ün tələblərinə uyğun aparılmalıdır.

2.6.2.Hava və kabel EVX-in və həmçinin rabitə xətlərinin quraşdırıldığı (söküldüyü) yerlərdə digər işlərin görülməsi qa-

dağandır.

2.6.3. Dayaqlarda (dirəklərdə) naqillərin quraşdırılmasına başlamazdan əvvəl bu işlərə rəhbərlik edən şəxs flans birləşmələrinin, dayaq pazlarının, traversin və s. sazlığını yoxlamaqla dayaqları (dirəkləri) nəzərdən keçirməlidir.

2.6.4.Dayaqların (dirəklərin) möhkəmliyinə və işlərin təhlükəsizliyinə təsir edəcək və ya xətlərin istismarı zamanı təhlükə yarada biləcək hər – hansı bir nasazlıq (qüsur) aşkar edilərsə, nasazlıqlar aradan qaldırılana qədər naqillərin quraşdırılması və sökülməsi qadağandır.

2.6.5.Naqillərin, xətti armaturların, izolyatorların və bərkidici detalların dayaqlara qaldırılması yalnız montaj blokları

vasitəsilə yerinə yetirilməlidir. Qaldırılan əşyaların düşə biləcəyi zonada adamların olması qadağandır.

2.6.6. Naqilləri dayaqlara (dirəklərə) bərkidilməmiş (tarım

165

vk.com/club152685050 | vk.com/id446425943

çəkilməmiş) vəziyyətdə gecəyə saxlamaq qadağandır.

2.6.7.Bir dirəkdə 380/220 V elektrik xətti ilə birgə radiotranslyasiya xətti (RX) çəkildikdə RX yalnız izolə olunmuş naqillə yerinə yetirilməlidir və onların arasındakı məsafə [15] tələblərinə uyğun olmalıdır.

2.6.8.Bir dirəkdə hava elektrik xətti ilə birgə rabitə xətlərinin və kabellərinin çəkilməsi qadağandır.

2.6.9.Bir dirəkdə 380/220V yuxarı olmayan gərginlikli elektrik xətləri ilə birgə telemexanika xətlərinin çəkilməsinə (əgər telemexanika xətlərindən telefon rabitə xətti kimi

istifadə olunmursa) icazə verilir.

2.6.10. 1000V-dan yüksək gərginlikli elektrik xətləri quraşdırılmış dirəklərdə hər – hansı bir digər xətlərin (rabitə, telemexanika, radiotranslyasiya) çəkilməsi qadağandır.

2.6.11. 1000V-dan yüksək gərginlikli hava elektrik xətlərindən yaşayış yeri olmayan sahələrədə yerə qədər, yaşayış yerlərində yerə, binalara və tikililərə qədər olan şaquli məsafə və bina, tikili və ağaclara qədər olan üfqi məsafə [15, 32] -nin tələblərinə uyğun olmalıdır.

2.6.12.Kabellərin çəkilməsi, tras boyu olan müxtəlif yeraltı kommunikasiyalar göstərilmiş, təsdiqlənmiş cizgilərə əsasən yerinə yetirilməlidir. Trassa bölünərkən yeraltı kommunikasiyalarla kəsişmə və yaxınlaşma yerlərinə xüsusi diqqət yetirilməlidir.

2.6.13.Yeraltı güc (yüksək gərginlikli) kabellərinin rabitə və radiofikasiya kabelləri (xətləri) və qaz xətləri ilə və s. yeraltı kommunikasiyalarla kəsişdiyi yerlərdə kabel əllə quraşdırlımalı və bu işlər hökmən yeraltı kommunikasiyanı istismar edən müəssisənin nümayəndəsinin iştirakı ilə yerinə yetirilməlidir.

2.6.14.Binaların damında rabitə xətlərini və qurğularını

quraşdırarkən və onlara xidmət edərkən qoruyucu kəmər, qaloş və ya rezin altlığı olan ayaqqabı geyməli, dama daxili pilləkənlə, çardaqdan və xüsusi girəcəkdən, iki mərtəbəyə

166

vk.com/club152685050 | vk.com/id446425943

qədər olan binalarda isə yanğın pilləkənləri vasitəsilə qalxmağa icazə verilir.

Mailliyi 300 –dən artıq olan damlarda metal rabitə dayaqlarının yanında çıxacaq və işçi meydançası qurulmalıdır, tol, ruberoid, kirəmit və s. ilə örtülmüş damlarda isə maillikdən asılı olmayaraq xidmət üçün xüsusi körpücüklər quraşdırılmalıdır.

2.6.15.Kabeli əl ilə açarkən kabel barabanının qoyulduğu dayaq-domkrat möhkəm dayanmalı və baraban fırlanarkən dayaq yellənməməlidir.

2.6.16.Kabeli binanın divarları ilə çəkərkən saz nərdivanlardan, ayaqaltılardan və yaxud avtovışkalardan istifadə edilməlidir.

2.6.17.Divarda deşik açarkən gizli çəkilmiş (suvaq altı)

elektrik naqillərinə toxunmanı istisna etmək üçün həmin yerlər gizli çəkilmiş cərəyan xəttini müəyyən edən cihazla etibarlı yoxlanılmalıdır.

Əgər telefon kabeli elektrik naqillərinə paralel olaraq divarla çəkilirsə onların arasında ən azı 25 mm məsafə olmalıdır.

Elektrik naqilləri və kabelləri ilə kəsişən yerdə telefon xətləri izoləedici borucuqda çəkilməlidir.

2.6.18.Kabel (rabitə) quyularının daxilində güc kabellərinin və qaz kəmərlərinin yerləşdirilməsi qadağandır.

2.6.19.Lehimləyici lampa yer səthində kabel quyusundan

ən azı 2 m məsafədə alışdırılmalıdır.

Lehimləyici lampanı alışdırmazdan qabaq onun saz olmasını yoxlamaq lazımdır.

Lehimləyici lampadan istifadə edərkən aşağıdakı qaydalara riayət edilməlidir:

-lampa onun tutumunun 3/4 hissəsindən artıq olmayaraq

yanacaqla doldurulmalıdır;

-yanacaq tökülən yerin tıxacı axıra qədər kip bağlanmalıdır;

167

vk.com/club152685050 | vk.com/id446425943

-açıq od yanında lampaya yanacaq tökmək və boşaltmaq, onu sökmək qadağandır;

-lampanın odluğunun nippeli vasitəsilə ona yanacaq tökərək yandırmaq qadağandır, odluğu o vaxt çıxarmaq olar ki, sıxılmış hava buraxılmış olsun;

-lampada hər hansı nasazlıqlar aşkar edildikdə (tutumdan yanacaq sızması, odluğun yivindən qaz sızması, tutumun əzilməsi və s.) təcili olaraq bu lampa ilə işləməyi dayandırmalı; -lehimləyici lampanın partlamasının qarşısını almaq üçün

onu həddindən artıq təzyiqləndirmək olmaz;

-yanan lampanı quyunun içərisinə lehimləyici vedrənin içərisində vermək lazımdır. Bundan qabaq qaz analizatoru vasitəsilə quyuda qazın olub-olmaması yoxlanılmalıdır.

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR (Tikinti – quraşdırma və təmir işləri)

2.7.Ümumi tələblər

2.7.1.DNQT-nin konstruksiyaları qurğuların verilmiş

nöqtəyə nəqli və

istismarı

zamanı 66,

67, 68,

69 -un

müəyyən etdiyi normalara və qaydalara uyğun olaraq

onlara

təsir edən qüvvələrə davam gətirməlidir.

 

 

2.7.2. Quraşdırma-yığma işlərini aparmaq

üçün

nümunəvi layihə

aşağıda

göstərilənləri

özündə əks

etdirməlidir:

 

 

 

 

-iş yerlərinin və keçidlərin təşkilini;

 

 

-texnoloji əməliyyatların ardıcıllığını;

 

 

-işlərin təhlükəsizliyi üçün üsulları və tərtibatları;

 

-quraşdırma mexanizmlərinin təsir zonalarını və yerləş-

dirilməsini;

 

 

 

 

-ilməklənmiş

blokun müxtəlif vəziyyətlərində ilməklərə

168

vk.com/club152685050 | vk.com/id446425943

düşən qüvvələri.

2.7.3.DNQT-nin ölçüləri, «küt» şəkildə qazılacaq quyuların sayı, onların arasındakı məsafə və yerləşməsi, yatağın geoloji quruluşu, iqtisadi amillər və quyuların texnologiyasında əldə edilmiş nailiyyətlər nəzərə alınmaqla konkret olaraq hər yataq üçün işlənilmiş layihəyə əsasən təyin edilir.

2.7.4.Quyuların eyni zamanda qazılması və istismarı üçün blok-modul tipli çox radiuslu DDÖ-nün konstruksiyası, istismar edilən quyuların quyu ağızlarının, texnoloji istismar avadanlıqlarının və qazılan quyuların tullanışa qarşı

avadanlıqlarının aşağı yarusda, qazılan quyu ağızlarının və qazma avadanlıqlarının yuxarı yarusda yerləşməsini təmin etməlidir.

2.7.5.Tikiləcək DNQT-nin tikilmiş DNQT-lə estakada vasitəsilə əlaqəsi yoxdursa, onların arasındakı məsafə 250m-dən az olmamalıdır. EYM-lər arasındakı məsafə 100m-dən az olmamalıdır.

2.7.6.Istismar prosesində baxış keçirmək və təmir

işlərini aparmaq üçün döşəmə altındakı metal konstruksiyalara yaxınlaşmaqdan ötrü bütün növ qurğularda (DNQT-lərdə) daimi keçidlər və yaxud inventar tərtibatlar (daşınan asma nənnilər, döşəmələr) olmalıdır. Keçidlərə təhlükəsiz düşmək üçün xüsusi qurğular (meydançalı pilləkən) nəzərdə tutulmalıdır. Bu qurğular, EYM-də və DDÖ-də (dənizin dərinliyi 40 metrə qədər olduqda) 2 ədəddən az olmamalı, dərin DDÖ-rinın hər dayaq bloku üçün 1 ədəd və estakada boyu hər 80-100m-dən bir olmalıdır.

2.7.7.DNQT-nin hər yarusu onun perimetri boyu metal məhəccərli çəpərlə çəpərlənməlidir. Bu çəpərlər kran gəmilərinin yan aldığı tərəfdən çıxarılıb-taxılan olmalıdır.

2.7.8.DNQT-nin tikintisi, istismarı və yaxud təmiri

zamanı bir işçinin tək olaraq hər hansı bir iş görməsi qadağandır. Bu işləri ən azı iki işçi yerinə yetirməlidir.

169

vk.com/club152685050 | vk.com/id446425943

2.7.9.DNQT-nin quraşdırılması (sökülməsi) zamanı onun yanında kran gəmisi yoxdursa, qurğularda fəhlələrin istirahəti və qızınması üçün müvəqqəti mədəni budka, iş paltarlarının qurudulması üçün otaq, sanitariya qovşağı və qadınların şəxsi gigiyenası üçün otaq quraşdırılmalıdır.

2.7.10.DNQT-nin tikintisi və təmiri zamanı gecə növbəsində iş yerləri su-toz keçirməyən projektorlar və çıraqlarla işıqlandırılmalıdır. Projektorlar DNQT-nin döşəməsinin səthindən ən azı 6m hündürlükdə quraşdırılmalıdır. Iş yerlərinin işıqlandırılması 211 -ə uyğun olmalıdır.

2.7.11.Metal konstruksiyaların quraşdırılması zamanı qaynaq tikişlərini müvafiq vəsiqəsi olan qaynaqçılar layihədə nəzərdə tutulmuş qaynaq materialları və avadanlığından

istifadə etməklə yerinə yetirilməlidirlər.

Qaynaqçıların soyadları və vəsiqələrinin nömrələri qəbultəhvil aktına əlavə edilən icraçı texniki sənədlərdə göstərilməlidir.

2.7.12. Qurğunun su üzərindəki hissələrində qaynaq işləri, hündürlüyü 1m-dən az olmayan məhəccərli çəpəri olan asma meydançadan və yaxud nənnidən istifadə etməklə ikinci işçinin müşahidəsi altında yerinə yetirilməlidir. Açıq iş yerlərində qaynaq işlərinin ancaq bu iş üçün ayrılmış bağlı (örtüyü olan) yerdə aparılmasına icazə verilir.

2.7.13. DNQT-nin tikintisi (sökülməsi) zamanı, eləcə də onlarda korroziyaya qarşı mübarizə işləri aparıldığı zaman, iş aparılan sahələrdə mühafizəçi olmalıdır. Iş yerində hər bir işçi üçün xilasetmə kəməri və kəndirdən tutacaqları olan 2-3 ədəd xilasetmə dairələri qoyulmalıdır.

2.7.14. DNQT layihəyə tam uyğun olaraq istismara verilməlidir. Tikintisi başa çatmış EYM-lər və bir yaruslu DDÖ-lər, onların üzərində texnoloji avadanlığın quraşdırılmasına qədər dövlət nəzarət orqanlarının iştirakı ilə təyin edilmiş xüsusi komissiya tərəfindən yerindəcə qəbul edilməli və qəbul təhvil aktı ilə rəsmiləşdiriliməlidir.

170

vk.com/club152685050 | vk.com/id446425943

Qəbul-təhvil aktına icraçı texniki sənədlər, gizli (qapalı) işlərin aktı, dalğıc müayinəsi, eləcə də qurğunun pasportu əlavə edilməlidir.

2.7.15.Texnoloji bloku mənzil-məişət kompleks bloku ilə birgə olan DDÖ-də yaşayış blokunun quyu ağzına olan tərəfi, su pərdəsi (vodyanaya zavesa) sistemi ilə təchiz edilməlidir (yanğın təhlükəsizliyi baxımından).

2.7.16.DNQT-nin dayaq bloklarına (su üstündə və su altında olan hissələr) hər il baxış keçirilməlidir.

2.8.Dəniz hidrotexniki qurğularının tikilməsi və təmiri

2.8.1.Quraşdırılmaq üçün təyin olunmuş məmulatlar və konstruksialar quraşdırılma ardıcıllığına uyğun şəkildə yerləşdirilməlidir. Məmulatların (konstruksiyalar) markalanmış üzləri keçidə tərəf olmalıdır.

2.8.2.Blokların bir tipli qovşaqları və detalları quraşdırma sahəsində bir-birinin üzərinə elə yığılmalıdır ki, onların ele-

mentləri arasında əmələ gələn keçidlər onları yığıma hazırlamağa imkan versin.

2.8.3.DNQT-nin metal konstruksiyalarıını hazırlayan quraşdırıcıların yüksəklikdə işləmələrinə icazələri olmalıdır.

2.8.4.Dayaq bloklarının hazırlanması üzrə tikinti-quraş- dırma işləri, müəssisənin əmri ilə təyin edilmiş cavabdeh işçinin rəhbərliyi altında aparılmalıdır.

2.8.5.Cavabdeh şəxs, metal konstruksiyaların quraşdırılmasına başlamazdan əvvəl, quraşdırıcıları, işin aparılması ardıcıllığı və təhlükəsiz yerinə yetirilməsi tədbirləri ilə tanış etməlidir.

2.8.6.Dayaq blokunun qoyulmasından əvvəl yeni

buraxılış yolları üçün sahil hissəsinin tikinti işləri tam yerinə yetirilməli, əvvəlki buraxılış yollarının texniki vəziyyəti dayaq blokunun quraşdırma yüklərinə uyğun yoxlanmalıdır. Dayaq

171

vk.com/club152685050 | vk.com/id446425943

blokunun tikinti rəhbərinə göstərilən işlərin tam və keyfiyyətlə yerinə yetirilməsini təsdiq edən sənədlər təqdim olunmalıdır.

2.8.7.Konstruksiyaların ilməklənməsi quraşdırma işlərinin layihəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq yerinə yetirilməlidir.

2.8.8.Iş yerində, DNQT-nin hər bir qaldırılan metalkonstruksiyasının ilməklənməsinin sxemləri və düyünləri olmalıdır.

2.8.9.Konstruksiyaların qaldırılması və endirilməsi, təhlükəli zonadan işçilər çıxdıqdan sonra yerinə yetirilməlidir.

Təhlükəli zonanın sərhəddi, işlərin yerinə yetirilməsi layihəsi ilə müəyyən edilir.

2.8.10.Dayaq bloklarının yığılması zamanı yüksəklikdə metalkonstruksiyaların quraşdırılması və qaynaq edilməsi üçün xüsusi səkilərdən (məhəccərli çəpəri olan işçi meydança), qaldırıcılardan istifadə edilməlidir.

2.8.11.DNQT-nin dayaq bloklarının yastı panellərinin şaquli vəziyyətə döndərilməsi və yığılması əməliyyatında, quraşdırma-

yığma meydançasında istifadə edilən bütün yükqaldırma vasitələrinin və bucurqadların sinxron işləməsi təmin olunmalıdır.

2.8.12.Şaquli vəziyyətdə qoyulmuş yastı panellərin müvəqqəti bərkidilməsi üçün bərk dayaqlardan istifadə edilməlidir.

D.Dayaq blokunun suya buraxılması

2.8.13.Dayaq bloku suya layihəyə uyğun buraxılır. Layihənin bir nüsxəsi suya buraxılma işinin rəhbərində olmalıdır. Iş vaxtı layihədən kənara çıxmalara yalnız layihənin rəhbəri ilə

razılaşdırıldıqdan sonra icazə verilir.

2.8.14. Suya buraxılma işlərinin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə ümumi rəhbərlik, suya buraxılma işinin rəhbə-

172

vk.com/club152685050 | vk.com/id446425943

rinə həvalə olunur. Suya buraxılma işlərini yerinə yetirmək üçün mühəndis texniki işçilər və briqadalar, tikinti idarəsinin rəhbərinin əmri ilə təyin edilir. Həmin işçilər layihə təşkilatı tərəfindən hazırlanmış və yuxarı təşkilat tərəfindən təsdiq edilmiş əsas vəziyyətlərə uyğun və suya buraxılma işlərində praktiki təcrübə əldə etmək üçün xüsusi proqram əsasında təlimatlandırılmalıdırlar.

2.8.15. Dayaq bloklarının suya buraxılması zamanı üzən təminetmə (köməkçi) vasitələrin kapitanları, suya buraxılma işinin rəhbərinə tabedirlər.

2.8.16. Dayaq blokunu qəbul etmək, nəqletmə qurğusunun hazırlığını, eləcə də üzən vasitələrin hazırlığını yoxlamaq üçün Istehsalat Birliyinin (yuxarı təşkidatın) əmrinə əsasən komissiya yaradılır. Həmin komissiya qəbul aktı tərtib edir və dayaq blokunun suya buraxılmasına icazə verir.

2.8.17. Dayaq blokunun suya buraxılması əsasən günün işıqlı vaxtında, dənizdə dalğalanma 2 baldan və küləyin sürəti 10m/san-dən çox olmadıqda yerinə yetirilməlidir. Meydançanın işıqlandırılması [211]-ə uyğun olarsa bu işlərin gecə vaxtında da görülməsinə icazə verilir. Buraxılış yolu ilə blokun çəkilməsinə başlanan andan sayılmaq şərtilə, suya buraxılma işinin rəhbərində 2 günlük əlverişli hava haqqında məlumat olmalıdır.

2.8.18.Dayaq blokları buraxılacaq rayonun akvatoriyası kənar üzən və yaxud dəniz dibində olan əşyalardan təmizlənməlidir.

2.8.19.Suya buraxılma işlərinə başlamazdan əvvəl qurğunun bucurqadının əyləc sistemi boş və polispastla dartılaraq yoxlanmalıdır. Dartılma qüvvəsi dayaq blokunun suya buraxılması təlimatında verilməlidir. Bucurqadın elektrik

intiqalının qəza yüklənməsində, elektrik mühərrikinin söndürülməsi üçün bloklayıcı olmalıdır. Bucurqadın özülə bərkidilməsinə və polispastla dartılıb sınanmasına dair akt tərtib

173

vk.com/club152685050 | vk.com/id446425943

edilməlidir.

2.8.20.Dayaq bloklarının suya buraxılması üçün istifadə edilən takelaj tərtibatları sınaqdan çıxarılmalı və onların pasport birkaları olmalıdır.

2.8.21.Polispast sisteminin takelaj telləri dayaq blokunda bərkidilmək üçün quraşdırılmış xüsusi yerlərə bərkidilməlidir.

2.8.22.Dayaq blokunu suya buraxmazdan əvvəl işin rəhbəri pontonların etibarlı bərkidilməsinə, ballast sisteminin tamlığına (bütövlüyünə) əmin olmalı, siyirtmələrin və döndərici dirsək-

lərin işləməsini, tıxacların bərkidilməsinin etibarlılığını yoxlamalıdır.

2.8.23.Buraxılma yollarındakı müşahidəçilərlə buraxılma işinin rəhbəri arasında əlaqə radiotelefon və yaxud səsucaldan vasitəsilə yaradılmalıdır. Bucurqadlara və qaldırıcı traktorlara xidmət edən operatorlar, buraxılma işinin rəhbərinin verdiyi siqnalları yerinə yetirməlidirlər. Qəza saxlamaları siqnalı kim tərəfindən verilməsindən asılı olmayaraq yerinə yetirilməlidir.

2.8.24.Dayaq blokunun buraxılması zamanı bucurqadların və qaldırıcı traktorların idarə postunda operatorlardan başqa onların əvəzediciləri də olmalıdır.

2.8.25.Dayaq blokunun buraxılması zamanı takelaj tellənməsinin tros sisteminin təsir ərazisində adamların olması qadağandır.

2.8.26.Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusunun pontonları əvvəlcədən möhkəmliyə, sıxlığa və layihə üzrə hidravlik üsulla təzyiqə sınaqdan keçirilməlidir.

2.8.27.Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusunun batırmaq və yaxud üfürmək üçün borucuqları suyun səthindən ən azı 2m hündürlüyə çıxmalıdır.

2.8.28.Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusunda onun batırılması və yaxud üfürülməsi işi aparılanda qurğunun üzərində adamların olması qadağandır.

174

vk.com/club152685050 | vk.com/id446425943

2.8.29.Dayaq bloku suya buraxıldıqdan sonra işin rəhbəri blokun suyun üzərində qalan hissələrinin konstruksiyasına, dayaq blokunu yedəyə alıb tikinti nöqtəsində qoymaq qurğusuna baxış keçirməli, onların saz vəziyyətdə olmalarına əmin olmalıdır. Bundan başqa işin rəhbərində qurğunun sualtı hissəsinə dalğıc baxış aktı olmalıdır.

D.Dayaq blokunun yedəklənməsi

2.8.30.Dayaq blokunu yedəyə alıb tikinti nöqtəsində quraşdırmaq üçün yuxarı təşkilatın əmrinə əsasən bu işdə bir başa iştirak edən işin rəhbəri və onun müavinləri təyin edilməlidir.

2.8.31.Dayaq blokunun yedəklənməsi və tikinti nöqtəsində quraşdırılması, qəbul edilmiş qaydada razılaşdırılmış və təsdiq edilmiş layihəyə əsasən yerinə yetirilməlidir. Dayaq blokunun yedəklənməsi və tikinti nöqtəsində quraşdırılması üçün təlimat, layihənin əsas

hissəsini təşkil etməlidir. Layihənin bir nüsxəsi işin rəhbərində olmalıdır.

2.8.32.Dayaq blokunun yedəklənməsini Xəzərdənizneftdonanma Idarəsinin təşkil etdiyi ekspedisiya yerinə yetirməlidir. Onlar yedəklənmənin keçid (hərəkət) planını və təhlükəsizliyini təmin edən təlimatı hazırlamalıdır. Yedəklənmə zamanı gəmilərin və digər üzən qurğuların dəniz şəraitində təhlükəsiz yedəklənməsini təmin edən təlimatı rəhbər tutmaq lazımdır.

2.8.33.Dayaq blokunun təhlükəsiz yüklənməsi üçün məsuliyyət işin rəhbərinə və onun müavini-ekspedisiyanın rəisinə həvalə edilir.

2.8.34.Dayaq blokunun keçəcəyi istiqamətlərdə dənizin dərin olmayan yerləri haqda hidroqrafik məlumat olmalıdır. Məlumat olmadıqda əvvəlcədən dərinlik ölçülməli, dənizin di-

175

vk.com/club152685050 | vk.com/id446425943

bindən çıxa bilən əşyaların olması ehtimalı olan yerlər dalğıc müayinəsindən keçməlidir.

2.8.35.Dayaq blokunun yedəklənməsi zamanı və onun lövbərdə dayandığı zaman, gecə vaxtı dayaq bloku yedək gəmisinin projektorları ilə işıqlandırılmalıdır.

2.8.36.Dayaq blokunun yedəklənməsi və qoyulması, «Dayaq blokunun yedəklənməsi və tikinti nöqtəsində quraşdırılması təlimatı»nda nəzərdə tutulmuş hidrometeoroloji şərtlərə uyğun yerinə yetirilməlidir. Işin rəhbərinin layihədə nəzərdə tutulmuş işin yerinə yetirilmə vaxtına bərabər vaxt

ərzində yaxşı hava olacağı haqda məlumatı olmalıdır. Yaxşı hava olmadıqda dayaq blokunun yedəklənməsinə başlamaq qadağandır. Küləyin güclənəcəyi haqda məlumat alındıqda, dayaq bloku yedəyə alınıb layihədə nəzərdə tutulmuş daldalanacağa aparılmalı, orada yedəklərin və bərkidicilərin vasitəsilə saxlanılmalıdır.

2.8.37. Dayaq blokunun tikinti nöqtəsinə çatma vaxtına yaxın əlverişsiz hava şəraiti (dalğalanma 3 baldan yuxarı, küləyin sürəti 10m/san-dən yuxarı) məlumatı alınarsa, işin rəhbəri dayaq blokunu fırtınadan qorumaq üçün onun təhlükəsiz yerə gətirilməsinə dair tədbir görməlidir.

2.8.38.Dayaq blokunun yedəklənməsi zamanı onun üzərində adamların olması qadağandır.

2.8.39.Dayaq blokunun tikinti nöqtəsinə çatması ərəfəsində bu rayonda layihədə nəzərdə tutulmuş üzən vasitələr olmalıdır.

2.8.40.Sualtı-texniki və dalğıc işləri zamanı dayaq blokunun yerinin dəyişdirilməsi, eləcə də üzən vasitələrin ona yaxın-

laşması və yan alıb bərkidilməsi qadağandır.

2.8.41. Üzmə qabiliyyətinə malik olmayan dayaq bloklarının nəqli və qoyulması, kran-quraşdırma gəmisinin göyərtəsində və

176

vk.com/club152685050 | vk.com/id446425943

yaxud dönə bilən endirmə qurğusu ilə təchiz edilmiş xüsusi nəq- liyyat-endirici barjalardan istifadə etməklə yerinə yetirilməlidir.

DNQT-nin metal konstruksiyalarının nəqli üçün istifadə edilən gəmilərin, dənizin dalğalanması zamanı onların yerdəyişməsinin qarşısını almaq məqsədi ilə, göyərtə boyu metal konstruksiyaların yığılması və bərkidilməsi üçün tərtibatı olmalıdır.

2.8.42. DNQT-nin blok modulları və metalkonstruksiyaları kran-quraşdırma gəmisinin və yaxud yedək üzən vasitələrinin göyərtəsinə bərkidilməlidir. Bərkidilmiş hissələr əllə asanca sökülə bilən olmalıdır.

2.8.43.Dayaq bloku üzən vasitələrin göyərtəsinə etibarlı bərkidilməlidir.

D.Dayaq blokunun tikinti nöqtəsində qoyulması

2.8.44.Dərin sularda istifadə olunan dayaq blokunun yuxarı hissəsinin konstruksiyasında ilməkləmək üçün qurğu

nəzərdə tutulmalıdır. Ilməklər dayaq blokunun yedəklənmə işinə başlamazdan əvvəl hazırlanmalıdır.

2.8.45.Dayaq blokunun tikinti nöqtəsində qoyulması işləri günün işıqlı vaxtında, dənizdə dalğalanmanın gücü 3 baldan, küləyin sürəti 10m/san-dən çox olmayanda yerinə yetirilməlidir. Işin rəhbərinin dayaq blokunun qoyulması işinə başlayan andan hesablamaq şərtilə 3 günlük əlverişli hava şəraiti olacağı haqda məlumatı olmalıdır. Belə məlumat olmadıqda dayaq blokunun qoyulmasına başlamaq qadağandır.

2.8.46.Işin rəhbəri və onun müavinləri yerləşmə sxemində nəzərdə tutulmuş yerlərdə olmalıdır.

Işin rəhbəri ilə müşahidəçilər, işçilər arasında əlaqə, gəmi radiocihazlarının səsucaldıcıları vasitəsi ilə yerinə yetirilməlidir.

177

vk.com/club152685050 | vk.com/id446425943

2.8.47.Işin rəhbəri, ballastlaşdırma əməliyyatını yerinə yetirmək üçün təyin edilmiş işçilərin və üzən vasitələrin heyətlərinin gəminin dayaq blokuna yaxınlaşması, yan alması, işçilərin dayaq blokuna boşaldılması işlərinin (lazımi əməliyyatların) təhlükəsiz yerinə yetirilməsinə dair biliklərinin olmasına və bu işləri yerinə yetirə biləcəklərinə əmin olmalıdır.

2.8.48.Ballastlama, pontonların çıxarılması, istiqamətləndirmə və dayaq blokunun dəniz dibinə qoyulması üzrə bütün əməliyyatlar fasiləsiz aparılmalıdır.

2.8.49.Dayaq blokunun üfqi nəql vəziyyətindən şaquli

vəziyyətə gətirilməsinə, təminat (köməkçi) gəmiləri təhlükəsiz məsafəyə (150m-dən az olmayaraq) uzaqlaşdıqdan sonra icazə verilir.

2.8.50.Işin rəhbəri, dayaq blokunun dayanıqlı şaquli vəziyyətə gətirilməsindən sonra üzən vasitələrin bloka yaxınlaşmasına icazə verə bilər.

2.8.51.Gəmilərdə və ya dayaq blokunun üzərində işi yerinə yetirən işçilərin xilasetmə jiletləri olmalıdır. Dayaq

blokunun ballastlanması əməliyyatı yerinə yetirilən kimi işçilər bloku tərk etməlidirlər.

2.8.52. Bərkidicilərin açılması və pontonların çıxarılmasına, dayaq blokunun dənizin dibinə buraxılmasından sonra icazə verilir. Bu işləri, 2 işçidən az olmamaq şərti ilə katerdən blokun üstünə çıxarılmış işçilər yerinə yetirməlidir.

2.8.53.Dayaq bloklarının yuxarı hissələri bir-birinə nisbətdə ciddi üfqi bir vəziyyətdə qoyulmalıdır. Dayaq blokunun buraxıla bilən həddən artıq mailliyi olarsa, həmin nöqsan layihədə nəzərə alınmış üsulla aradan qaldırılmalıdır.

2.8.54.Dayaq bloku tikinti nöqtəsində etibarlı qoyulduqdan sonra ilməklər götürülə bilər.

2.8.55.Metal konstruksiyaların ayrı-ayrı qovşaqlarının ilməklərinin götürülməsində xəbərdarlıq üsullarından istifadə edilməlidir.

178

vk.com/club152685050 | vk.com/id446425943

2.8.56.Dayaq bloku qoyulduqdan sonra onun üzərində siqnal işığı qoyulmalıdır.

2.8.57.DNQT-nin blokları dəniz dibinə bərkidilərkən onların üzərinə müvəqqəti döşəmələr, məhəccərli keçidlər qoyulmalıdır. Metal döşəmələrin səthi kələ-kötür olmalıdır. Blokların, özül dirəklərinin vurulması və möhkəmləndirilməsi işləri 295 -

in tələblərinə müvafiq yerinə yetirilməlidir.

2.8.58. Avadanlığın yerləşdirilməsi və texnoloji əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müvəqqəti meydançalar çəpərlənməli və döşəmə ilə nərdivan vasitəsi ilə birləşdirilməlidir.

2.8.59.Kopyorun dorunda və qazma aqreqatlarında qoruyucu kəmərsiz işləmək qadağandır.

2.8.60.Kopyorun və qazma aqreqatının yerinin dəyişilməsi ancaq işin rəhbərinin icazəsi ilə yerinə yetirilməlidir.

2.8.61.Dayaq bloku qoyulub bərkidildikdən sonra blokun sualtı hissələrinə baxış keçirilməlidir.

D.DNQT-nin yuxarı quruluşunun blok-modullarının

quraşdırılması (sökülməsi)

2.8.62.Blok-modul üzərində ilməkləri bərkitmək üçün qurğuların yerləri və ilməklərin uzunluğu, ilməklərin gərilməsi zamanı onların blok-modul üzərində qurulmuş avadanlıqlara və kommunikasiyalara dəyməsini istisna etməlidir.

2.8.63.Kran gəmilərinin köməyi ilə tikinti-quraşdırma (sökülmə) işlərinin görülməsinə küləyin sürəti 10m/s-dən və dənizdə dalğalanma 3 baldan çox olmadıqda icazə verilir.

Küləyin sürəti artdıqda, işlər dayandırılmalı və çıxarılmalıdır.

(dalğalanma 3 baldan çox olduqda) lazım gəldikdə işçilər obyektdən

179

vk.com/club152685050 | vk.com/id446425943

2.8.64.Tikinti zamanı DDÖ-nün yanında xilasetmə gəmisi növbə çəkməlidir. Əgər tikilən DDÖ-lərin arasındakı məsafə 1,5km-dən artıq deyilsə, onların ikisinin arasında 1 xilasetmə gəmisi növbə çəkə bilər. Əgər DDÖ-nün yanında nəqliyyat-quraşdırma gəmiləri varsa və yaxud tikilən obyektdə insanlar yoxdursa xilasetmə gəmisinin növbə çəkməsinə ehtiyac yoxdur.

2.8.65.DDÖ-də ən azı iki minik meydançası olmalı və onlar küləyin əsmə istiqamətinin müxtəlifliyi nəzərə alınmaqla elə quraşdırılmalıdır ki, adamlar gəmiyə minib düşə bilsinlər.

2.8.66.Minik meydançalarının şəbəkəli döşəmələri, məhəccərli çəpərləri olmalıdır. Minik meydançasından DDÖ-yə qalxmaq üçün məhəccərli addım pilləkənləri və suyun

səthindən 1,5m-ə qədər batırılmış asma pilləkənlər olmalıdır.

2.8.67.DDÖ-nün blok-modullarının konstruksiyası elə olmalıdır ki, o asanlıqla yığılsın (sökülsün), eləcə də DDÖ-nün üzərində yerləşdirilmiş qaldırıcı vasitələrin köməkliyi ilə avadanlığın dəyişdirilməsi mümkün olsun.

2.8.68.Blok-modulların qazma və texnoloji kompleks avadanlıqları quraşdırıldıqdan, işə salma-sazlama və sınaq işləri yerinə yetirildikdən sonra DDÖ-nün qəbul komissiyası tərəfindən qəbulu aparılmalıdır.

D.Estakada tipli qurğuların tikintisi

2.8.69.Estakada tikilən sahənin yaxınlığında (ətrafında) naviqasiya avadanlığı vasitələri (siqnal üzgəci, çəlləklər və s.) qoyulmalıdır.

2.8.70.Estakadanın, ona birləşən EYM ilə asfalt örtüklü dəmir-beton döşəməsi olmalıdır.

2.8.71.Estakadanın döşəməsi və məhəccərli çəpəri estakadanı tikən mexanizmlər (estakada tikən kran) irəlilədikcə onun ardınca qurulmalıdır. Estakadanın tikilib qurtarmış hissəsi

180

vk.com/club152685050 | vk.com/id446425943

ilə kran arasındakı məsafə 75m-dən çox olmamalıdır. Göstərilən sahədə müvəqqəti döşəmə düzülməli və çəpərlənməlidir. Çəpəri olmayan element və konstruksiyaların üzəri ilə quraşdırıcıların keçməsinə icazə verilmir.

2.8.72.Estakadanın işlək hissəsi hər iki tərəfdən maşın və mexanizmlərin təkərlərini dəf etmək üçün hündürlüyü 0,18m-dən az olmayan tirlərlə (bordör) çəpərlənməlidir. Estakadanın işlək hissəsinin eni tirlərin kənarlarından hesablanmaqla 3,4m-dən (əsaslı təmir olunan estakadada 3,2m), piyada səkilərinin eni 0,75m-dən az olmamalıdır.

2.8.73.Xilasetmə dairələrini qoymaq üçün estakada trası boyu hər 50m-dən bir yerlər nəzərdə tutulmalıdır. EYM-də xilasetmə dairələri EYM-in çəpəri (perimetri) boyu hər 20m-dən

bir qoyulmalıdır.

2.8.74.EYM-də işçilərin istirahəti və qızınması üçün nəzərdə tutulmuş otaqlar, vışkanın yaxın qoşa ayaqlarından onun hündürlüyündən az olmayan məsafədə yerləşdirilməlidir.

2.8.75.Estakada tikən kranın və kopyorun meydançaları-

nın döşəməsi bütöv olmalı və taxtadan düzəldilməlidir. Döşəmə 130kq-dan az olmayan yükə hesablanmalıdır.

2.8.76.Işçi vəziyyətində olmayan dirəkvuran avadanlığın yıxılmaması üçün onlar etibarlı bərkidilməlidir.

2.8.77.Dirəkləri sürgüyə (rigel) qoyanda dirəkvuran avadanlığın altında durmaq qadağandır.

2.8.78.Dirəkvuran avadanlıq dayandırıldıqdan sonra dirəyin vurulma dərinliyini ölçmək olar.

2.8.79.Hazırlıq işləri görüldükdən sonra xüsusi tərtibatların köməyi ilə çəp dirəklər vurulmalıdır.

D. Dambaların (bəndlərin) tikintisi və dibdərinləşdirmə işləri

181

vk.com/club152685050 | vk.com/id446425943

2.8.80.Dibdərinləşdirmə işləri, təsdiq edilmiş layihə və yaxud texniki tapşırığa əsasən yerinə yetirilməlidir. Layihədən və yaxud texniki tapşırıqdan kənara çıxmaq layihə təşkilatı ilə razılaşdırılmalıdır.

2.8.81.Dənizin dibi tral vasitəsilə tədqiq ediləndən və dalğıc müayinəsindən sonra və dənizin dibindən işçi zonasından dibdərinləşdirici torpaqqazan maşının işinə mane olan əşyalar kənarlaşdırıldıqdan sonra dibdərinləşdirmə işlərinə icazə verilir. Dalğıc müayinəsi dibdərinləşdirmə işlərinin bütün sahəsində və həmçinin onun hüdudlarından işçi

lövbərlər qoyulmuş məsafəyə qədər kənarlarda da aparılmalıdır. Aşkar edilmiş maneələr aradan götürülməli, bu mümkün deyilsə maneələr üzgəclər vasitəsilə işarə olunmalıdır.

Əgər maneələr aradan götürülməyibsə və buna lüzum yoxdursa, onda dibdərinləşdirici torpaqqazan maşının dibdərinləşdirmə işləri zamanı həmin maneələrin yanından keçmə məsələsi layihə təşkilatı ilə razılaşdırılmalıdır.

2.8.82.Telefon və elektrik kabellərinin, boru kəmərlərinin, qaz kəmərlərinin və digər sualtı qurğuların nişanlanması, dibdərinləşdirici torpaqqazan maşının həmin qurğulara yaxınlaşa bilən sərhəddi boyunca aparılmalıdır. Sərhədlər, bu qurğuları istismar edən təşkilatla razılaşdırılmalıdır.

2.8.83.Layihədə nəzərdə tutulmuş dambaların yüksəldilməsi sürəti, tikintinin dayanıqlığı hesabatı əsasında sistematik olaraq dəqiqləşdirilməlidir. Bu, bütün iş müddətində layihəyə əsasən qoyulmuş dayanıqlıq ehtiyatının təmin edilməsi üçün tələb olunur.

2.8.84.Bəndqurma işlərinin qəbul-təhvili zamanı,

görülən işlərin layihəyə uyğunluğu haqda qəbul edilmiş formada akt tərtib olunmalıdır.

182

vk.com/club152685050 | vk.com/id446425943

D. 2.9. Boru kəmərlərinin çəkilməsi və təmiri

Ümumi tələblər

2.9.1. Boru kəmərlərinin çəkilməsi və təmiri ləyihəyə uyğun yerinə yetirilməlidir. Layihədə, işin yerinə yetirilmə ardıcıllığı, təhlükəsizlik tədbirləri, işlərin təmin edilməsinə cavabdeh şəxs göstərilməlidir. Işlərin yerinə yetirilmə layihəsi olmadıqda, boru kəmərlərinin tikintisi və təmiri qadağandır. Işlərin yerinə yetirilməsi layihəsində boru kəmərlərinin çəkilməsi və təmir işlərinə təsir edə biləcək ətraf mühitin bütün amilləri (suyun gəlib-çəkilməsi, boru xətti boyunca dalğalanmanın xarakteristikası, boruların hərəkəti və s.) nəzərə alınmalıdır.

2.9.2. Sualtı boru kəmərlərinin çəkilməsində və təmirində xeyli sayda üzən vasitələr iştirak etdiyindən, onların işinə ümumi rəhbərlik etmək üçün bir kapitan-rəhbər ayrılmalıdır. Sualtı boru kəmərlərinin, rabitə xətlərinin və elektrik xətlərinin çəkildiyi zonada gəmilərin lövbərdə durması qadağandır.

2.9.3.Sualtı boru kəmərlərinin çəkilməsində və təmirində iştirak edən üzən vasitələrlə sahil bazalarının arasında fasiləsiz radiotelefon rabitəsi olmalıdır.

2.9.4.Boru kəmərinin tikintisinə və təmir işinə cavabdeh olan şəxs, ardıcıl olaraq yarım sutkalıq, sutkalıq və üç sutkalıq hava haqqında məlumatla təmin edilməlidir.

2.9.5.Korroziyaya qarşı örtüyündə və yaxud beton örtüyündə pozuntular əmələ gəlmiş borulardan istifadə etmək qadağandır.

2.9.6.Boru kəmərlərində, onun təzyiqinə hesablanmış və

eyni keçidli en kəsiyinə malik polad armaturlar qoyulmalıdır. Armaturların yeri layihəyə əsasən müəyyən edilməldir.

2.9.7. Lazım gələn anda (qəzalar) boru kəmərini digər

183

vk.com/club152685050 | vk.com/id446425943

hissələrdən təcrid etmək üçün onun üzərində avtomatik qurğular qoyulmalıdır.

2.9.8.Boru kəmərlərinin istismarı zamanı təsdiq edilmiş cədvələ əsasən onlara vaxtaşırı və xüsusi baxışlar keçirilməlidir.

2.9.9.Istismar (neft-mədən) boruları DDÖ-nün qırağında, gəmilərin yanalma zonasından və minik meydançalarından kənarda yerləşdirilməlidir. Istismar borularını (dirəklərini) yaşayış blokundan 15m-dən az olan məsafədə quraşdırmaq və DDÖ-nün döşəməsinin altına

çıxarmaq qadağandır.

2.9.10. Istismar boruları (dirəkləri) DDÖ-nün metal konstruksiyalarına etibarlı bərkidilməlidir. Bərkidilmə yerlərində qeyri-metal araqatı qoyulmalıdır.

2.9.11.Sualtı boru kəmərlərinin müayinəsi və onların təmiri xüsusi texniki vasitələri olan ixtisaslaşdırılmış təşkilat tərəfindən yerinə yetirilməlidir.

2.9.12.Magistral boru kəmərindən hər tərəfə 400m-lik

zonada gəmilərin lövbərdə durması qadağandır. Ancaq sualtıtexniki işlər və boru kəmərinin təmiri işi aparıldıqda buna icazə verilir.

D.Trasın hazırlanması

2.9.13.DDÖ ilə boru kəmərinin trası arasında məsafə 100m-dən az olmamalıdır.

2.9.14.Boru kəməri əvvəlcədən çəkilmiş boru kəmərinə paralel çəkilərsə onlar arasındakı məsafə 15m-dən az olmamalıdır.

2.9.15.Eyni vaxtda iki və daha artıq boru kəməri çəkilərsə, onlar arasındakı məsafə, çəkilmə və təmir işinin təhlükəsizliyini nəzərə almaqla təyin edilməlidir.

184

vk.com/club152685050 | vk.com/id446425943

2.9.16.Boru kəmərinin trası, hava EVX rayonundan keçərsə, tras, EVX-nin dirəyinin hündürlüyü üstəgəl 10m məsafəyə uzaqlaşdırılmalıdır.

2.9.17.Tikintisi və istismarı zamanı boru kəmərinin qorunmasını təmin edən tədbirlər görülübsə, boru kəmərinin trasının digər sualtı kommunikasiyalar və boru kəmərləri trasları ilə kəsişməsinə yol verilir.

D.Qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət

2.9.18.Qaz-neft kəmərlərinin və qaynaq edilmiş armaturların qaynaq tikişləri tam şəkildə dağıdıcı olmayan fiziki metodlarla yoxlanılmalıdır.

2.9.19.Boru kəmərlərinin qaynaq birləşmələrinin keyfiyyətinə nəzarətin nəticələri xüsusi jurnalda qeyd olunmalı və defektoskopçuda saxlanılmalıdır.

D.Boru kəmərlərinin sınağı

2.9.20.Boru kəmərləri istismara verilənə qədər onlara baxış keçirilməli, möhkəmliyə və kipliyə sınanmalıdır. Sualtı boru kəmərlərinə xarici baxış, onlar suya buraxılan zaman keçirilməlidir. Hər bir boru kəmərinin sınaq növü və sınaq təzyiqinin həddi iş layihəsində göstərilməlidir.

2.9.21.Boru kəmərini sınaqdan keçirmək üçün bu işlərin aparılması ardıcıllığını və təhlükəsizlik tədbirlərini nəzərə alan təlimat olmalıdır. Təlimatı sifarişçi ilə birgə tikinti təşkilatı

tərtib etməlidir. Boru kəmərinin təzyiq altında yoxlanılması üçün lazım olan avadanlığın vaxtında verilməsi və ondan düzgün istifadəsi üçün sifarişçi məsuliyyət daşıyır.

185

vk.com/club152685050 | vk.com/id446425943

2.9.22.Boru kəməri, tikinti idarəsi tərəfindən təyin edilmiş cavabdeh şəxsin rəhbərliyi altında və sifarişçinin iştirakı ilə sınaqdan çıxarılmalıdır.

2.9.23.Estakadada dayaqlar üzərinə layihəyə uyğun qoyulmamış qaz kəmərlərinin sınağı qadağandır.

2.9.24.Sualtı qaz-neft kəmərlərinin sınağının keçirilmə rayonu və vaxtı, Istehsalat Birliyinin (yuxarı təşkilatın) dispetçer xidmətinə və gəmilərə xəbərdarlıq edilməsi üçün Xəzər Dövlət Gəmiçilik və Xəzərdənizneftdonanma Idarələrinin hidroqrafik xidmətlərinə əvvəlcədən çatdırılmalıdır.

2.9.25.Layihədə nəzərdə tutulmuş işlər, o cümlədən elektrokimyəvi mühafizə, texnoloji əlaqələr, avtomatika və telemexanika nəzarət qurğuları qurulduqdan sonra boru

kəməri istismara qəbul edilməlidir.

2.9.26.Sualtı neft kəməri çəkildikdən və sınaqdan çıxarıldıqdan sonra, kəmərə bütün tras boyu baxış keçirilməlidir.

D.Estakada üzrə boru kəmərlərinin çəkilməsi

2.9.27.Neft, qaz və kondensat nəql edilən boru kəmərlərinin çəkilməsinə, estakadanın məhəccərli çəpərinin arxasından, digər boru kəmərlərinin çəkilməsinə məhəccərli çəpərin hər iki tərəfindən icazə verilir.

2.9.28.Estakadanın məhəccərli çəpərinin arxasından boru kəmərinin 2 yarusda çəkilməsinə icazə verilir. Bu zaman estakadanın metal konstruksiyalarına düşən buraxıla bilən yüklər nəzərə alınmalıdır. Layihə təşkilatı ilə razılaşdırılmadan əlavə boru kəmərinin çəkilməsi qadağandır. Yuxarı yarusun boru kəməri ilə aşağı yarusun boru kəməri arasındakı məsafə ən azı 1m olmalıdır. Yuxarı yarusun boru kəmərinin

dayaqlarını aşağı boru kəmərinin üzərinə qoymaq qadağandır. 2.9.29. Boru kəmərləri üçün dayaqlar xüsusi konstruksiyalı olub estakadanın bir və yaxud hər iki tərəfində

186

vk.com/club152685050 | vk.com/id446425943

ola bilər. Boru kəmərlərinin dayaqların üzərindən sürüşməməsi üçün dirəyə xarici tərəfdən məhdudlaşdırıcılar qaynaq edilməlidir.

2.9.30.Baxış və təmir işlərinin aparılması mümkünlüyünü təmin etmək şərtilə, qaz boru kəməri ilə digər boru kəmərlərinin birgə çəkilməsinə icazə verilir.

2.9.31.Kəsişmə yerlərində qaz boru kəməri neft boru kəmərinin üstündən keçməlidir.

2.9.32.Bir yarusda qoyulmuş boru kəmərləri arasında məsafə, diametri 0,2m və daha çox olan boru kəmərləri üçün

0,2m-dən, qalan hallarda isə 0,1m-dən az olmamalıdır.

2.9.33.Boru kəmərlərinin qaynaq birləşmələri dayaqdan ən azı 0,5m məsafədə olmalıdır.

2.9.34.Qaz kəmərlərinin, polad boru patronun içindən keçməklə və patronun bir ucunda şamın (dirsəyin) hündürlüyü 5m-dən az olmamaq şərti ilə EYM-in altından keçirilməsinə icazə verilir.

2.9.35.Qaz kəmərinin estakadanın altından keçən hissə-

sində qaynaq birləşmələri olmamalıdır.

2.9.36.Boru kəmərlərinin estakadanın üzərindən keçən hissəsinin hündürlüyü 4,5m-dən az olmamalıdır.

2.9.37.Boru kəmərlərinin armaturları onu hazırlayan müəssisənin verdiyi pasportun olub-olmamasından və saxlanılma müddətindən asılı olmayaraq quraşdırılmamışdan əvvəl möhkəmliyə və kipliyə yoxlanılmalıdır.

2.9.38.Armaturlar boru kəmərləri üzərində elə yerləşdirilməlidir ki, onlara sərbəst və təhlükəsiz yanaşmaq mümkün olsun. Estakadanın məhəccərli çəpərinin arxasında yerləşdirilən armaturlara qulluq etmək üçün çəpərli meydança olmalıdır.

2.9.39.Bağlayıcı armaturların estakada üzrə yerləşdirilməsi, boru kəmərinin ayrı-ayrı sahələrini qəza hallarında və profilaktika işlərində bağlamağa (təcrid etməyə) imkan

187

vk.com/club152685050 | vk.com/id446425943

verməlidir.

2.9.40.Qaz kəmərinin üzərində hər 100 m-dən bir “Qaz” sözü yazılmalı və yaxud kəmər müvafiq rənglə rənglənməlidir.

D.Sualtı boru kəmərlərinin çəkilməsi

2.9.41.Sualtı boru kəmərlərinin təhlükəsiz çəkilməsi [296]–in tələblərinə uyğun aparılmalıdır.

D.Boru kəmərlərinin kirjim vasitəsi ilə çəkilməsi

2.9.42.Diametri 0,1m-dən çox olmayan boru kəmərlərinin kirjim vasitəsi ilə çəkilməsinə və təmirinə icazə

verilir.

2.9.43.Kirjimdə boruları bir-birinə bağlamaq işini asanlaşdırmaq üçün çatmalar (“kozlı”) və digər qurğular olmalıdır.

2.9.44.Kirjimdə qoyulmuş bucurqad möhkəm bərkidilməlidir. Bucurqada verilən yük onun yükqaldırma

qabiliyyətindən çox olmamalı və bu istiqamətləndiricidən

olmamalıdır. Bucurqadın kanatında calaq kanat kirjimə möhkəm bərkidilmiş və yaxud dartıcı diyircəkdən keçməlidir.

2.9.45.Kirjimdə borular elə yığılıb bərkidilməlidir ki, işləmək üçün sərbəst yer qalsın və boruların diyirlənməsi mümkün olmasın.

2.9.46.Bir-birinə bərkidilmiş borular kirjimdən dənizə buraxılan zaman işçinin borunun qurtaracağında dayanması qadağandır.

2.9.47.Boru kəmərinin bir-birinə bağlanmış hissələri dənizə buraxılıb qurtaracağı kirjimə bərkidildikdən sonra boruları çatma (“kozlı”) üzərinə qaldırmaq olar.

D. Sərbəst daldırılma üsulu ilə boru kəmərlərinin çəkilməsi

2.9.48.Boru kəmərinin seksiyası yığılarkən və müvafiq

188

vk.com/club152685050 | vk.com/id446425943

şəkildə təchiz edilərkən, sahildə ağırlaşdırıcı yüklərin, pontonların, kanatların, hava şlanqlarının yerləşdirilməsinin düzgünlüyü və bərkidilməsinin etibarlılığı, eləcə də bağlayıcı armaturların kipliyi və asanlıqla bağlanması yoxlanılmalıdır.

2.9.49.Boru kəmərinin seksiyasını suya buraxmamışdan və ya suyun qırağına çəkməmişdən əvvəl kanatların, yumşaq tutucuların (polad dəsmallar) və borudüzənin tormoz sisteminin etibarlılığı yoxlanılmalıdır.

2.9.50.Boru kəməri seksiyalarının yedəklənməsinin vaxtı və marşrutu əvvəlcədən Xəzər Dövlət Gəmiçilik və

Xəzərdənizneftdonanma Idarələrinin hidroqrafik xidmətlərinə bildirilməlidir. Yedəyin sürəti 9km/saat-dan (5 uzel) çox olmamalıdır. Boru kəməri seksiyasının yedəklənməsi dalğıc xidmətilə müşayiət olunmalıdır.

2.9.51.Boru kəmərinin çəkilməsi, dənizdə dalğalanma 3 bala qədər, küləyin sürəti isə 10m/san qədər olduqda yerinə yetirilməlidir.

2.9.52.Dənizdə dalğalanma həddini keçərsə, boru

kəməri seksiyası dənizin dibinə buraxılmalıdır. Boru kəməri seksiyasının üfürülən qurtaracağı (ucu) nişan üzgəci ilə (buy) nişanlanmalıdır.

2.9.53.Yedəklənmə zamanı və yaxud boru kəməri seksiyasının tras boyu düzülüşündə yedəyin arxa tərəfində adamların olması qadağandır.

2.9.54.Boru kəmərləri seksiyalarını birləşdirmək üçün, gəmi küləkdöyən tərəfdə elə vəziyyətdə durmalıdır ki, onun göyərtəsində olan qaynaq üçün xüsusi meydança, buraxılmış boru kəmərinin qurtaracağını bildirən nişan üzgəcin (buy) üstündə olsun.

2.9.55.Buraxılmış boru kəmərinin qurtaracağını birləşdir-

mək, qaynaq etmək, qaynağı yoxlamaq, birləşən hissələri izolyasiya etmək üçün dənizin dibindən çəkilmiş borunu qaldıran və boru kəmərinin birləşdirilmiş hissəsini gəmidən suya

189

vk.com/club152685050 | vk.com/id446425943

buraxan zaman fəhlələrin borunun üstündə (altında), pontonların üstündə, boru ilə gəminin bortu arasında olmaları qadağandır.

2.9.56.Gəmi vasitəsilə pontonları ayıran , eləcə də onları yedəkləyən zaman gəminin arxa tərəfində adamların olması qadağandır.

2.9.57.Pontonların ayrılmasında iştirak etməyən üzən vasitələr pontonların ayrıldığı yerdən ən azı 200m məsafədə olmalıdır.

2.9.58.Mexaniki qurğu vasitəsilə pontonların ilməkləri

açılarkən (ayrılarkən), burazlı üzən vasitələr pontondan küləkdöyən tərəfdə olmaqla çəkilmiş boru kəmərindən ən azı 25m məsafədə olmalıdır.

2.9.59. Pontonların ilməklərini açmaq (ayırmaq) üçün mexaniki qurğusu olmayan və yaxud mexaniki qurğularında qüsurlar əmələ gəldiyindən ayrılması mümkün olmayan pontonları, onlara hava doldurulduqan sonra dalğıcların köməkliyi ilə ayırmaq lazımdır.

D. Boru kəmərlərinin dənizin dibi ilə dartma üsulu ilə çəkilməsi

2.9.60.Boru kəməri seksiyasını dartmamışdan əvvəl bucurqadın sazlığı yoxlanılmalı və dartıcı kanat diqqətlə baxışdan keçirilməlidir.

2.9.61.Boru kəmərinin və dartıcı kanatın hərəkət yolu, bütün yol boyu kənar əşyalardan (daş, boru, alət) təmizlənməlidir.

2.9.62.Boru seksiyaları dartılan zaman dartıcı kanat postament üstündə qoyulmuş istiqamətləndirici blokdan keçiril-

məlidir.

2.9.63. Boru kəməri seksiyası üzən vasitələrlə dartılan zaman, dartıcı kanat yedəyin qarmağına etibarlı bağlanmalıdır.

190

vk.com/club152685050 | vk.com/id446425943

Dartılma səlis və təkansız yerinə yetirilməlidir.

2.9.64.Boru seksiyaları dənizdə dartılan zaman borunun və kanatın hərəkət yolunda, eləcə də üzən vasitələrin arxa tərəfində adamların olması qadağandır.

D.Borudüzən gəmi vasitəsi ilə boru kəmərlərinin çəkilməsi

2.9.65.Borudüzən gəmi vasitəsi ilə sualtı boru kəmərlərinin çəkilməsi borudüzən gəminin istismarı təliimatına

uyğun yerinə yetirilməlidir.

2.9.66. Borudüzən gəmiyə müntəzəm olaraq yarım sutkalıq, sutkalıq və 3 sutkalıq hava haqqında hidrometeoroloji məlumat daxil olmalıdır.

2.9.67. Borudüzən gəminin lövbərlərinin paylanması (yerlərinin dəyişdirilməsi) xüsusi yedəklə və yaxud bu işi təhlükəsiz yerinə yetirmək üçün avadanlıqla təchiz edilmiş yedəklə yerinə yetirilməlidir. Borudüzən gəmi ilə yedək arasında iki tərəfli radio əlaqəsi olmalıdır.

2.9.68.Boru kəmərinin çəkilməsi prosesində stingerə düşən ümumi yükə və onun suya oturma dərəcəsinə daimi nəzarət olunmalıdır. Ümumi yük borudüzən gəminin pasportunda göstərilmiş maksimal həddə çatanda, stinger qəza vəziyyətinə uyğun ayrılmalıdır.

2.9.69.Suyun üzündə qalma qabiliyyəti yaradan pontonlar boru kəməri üzərinə kranın köməkliyi ilə qoyulmalıdır.

D.Boru kəmərlərinin təmiri

2.9.70.Sualtı boru kəmərlərinin təmirinə dənizdə dalğalanma 3 bala qədər olduqda icazə verilir.

191