Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

qazma məhlulunun minerallaşmasına yaxın olan, tamponaj məhlulundan istifadə edilməlidir.

3.5.29.Quyuların sementlənməsi, yalnız günün işıqlı vaxtında yerinə yetirilməlidir. Quyularda axşam və gecə vaxtı sementləmə işləri aparılarsa, aqreqatların dayandığı meydançalar [211]-ə uyğun olaraq işıqlandırılmalıdır. Bundan əlavə hər bir sementləyici aqreqatda fərdi işıqlandırma da olmalıdır.

3.5.30.Sementləmə işləri aparılarkən aqreqatları, sementləmə başlıqlarını və təzyiq altında olan boru kəmərlərini

təmir etmək qadağandır.

Kəmərlərin kipliyə sınanması

3.5.31. Konduktor və texniki kəmərlərin kipliyə sınanması onların quyu ağzından 20-25 m dərinliyə qədər su ilə, qalan hissəsini tamponaj qatışığını basan (basıb çıxardan) qazma məhlulu ilə doldurduqdan sonra aparımalıdır.

3.5.32.Istismar kəmərinin kipliyə sınanması qazma məhlulunun qabaqcadan su ilə əvəz edilməsindən sonra aparılır.

3.5.33.Kəmərləri kipliyə yoxlayarkən, borunun daxilində yaradılan təzyiq, qazneftsu təzahürlərinin və açıq fontanların ləğvi zamanı, həmçinin quyuların mənimsənilməsi və istismarında mümkün yaranan təzyiqdən ən azı 10% çox olmalıdır. 30 dəqiqə ərzində sınaq təzyiqi 5 kqq/sm2 (0,5 MPa)-dan çox olmayaraq aşağı düşərsə kəmər germetik sayılır.

3.5.34.Konduktor və texniki kəmərlər quraşdırılmış TQA ilə birlikdə, sement stəkanını qazıb, başmaqdan 1-3 m aşağı keçdikdən sonra, quyu dibinə başmaqdan yuxarı suyun 10-20

metr qalxmasını təmin edən həcmdə su vurmaqla təkrar olaraq kipliyə yoxlanmalıdır. Kipliyə yoxlama təzyiqi kəmərin

226

vk.com/club152685050 | vk.com/id446425943

başmaqaltı süxurların yarılma təzyiqinin 80%-dən artıq olmamalıdır. Nəticələr aktla sənədləşdirilir.

3.5.35.Qaz və qazkondensat quyularında, yüksək qaz faktorlu (200 m3/t və artıq), ya da quyu ağzında izafi təzyiq 100kqq/sm2 (10 MPa) artıq olan neft quyularında kəmərin quyu ağzı hissəsi kəmər başlığı ilə birlikdə su ilə kipliyə sıxıldıqdan sonra, layihəyə uyğun olaraq təsirsiz qazla da (azotla) yoxlanılmalıdır. Əsaslandırılmış hallarda Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə sıxılmanı hava ilə aparmağa icazə verilir.

3.5.36.Quyu ağzında kəmərlərarası həlqəvi fəza, su ilə əvvəlki kəmərin qalıq möhkəmliyindən artıq olmayan təzyiqlə sıxılmalıdır.

Endirmə-qaldırma əməliyyatı

3.5.37. Endirmə-qaldırma əməliyyatının aparılması boruları bağlayan (açan) mexanizmlərdən və xüsusi tərtibatlardan istifadə etməklə yerinə yetirilməlidir. Qazmaçı ilə yuxarıdakı fəhlə arasında etibarlı rabitə təmin olunmalıdır.

3.5.38. Qazma fəhləsinin iştirakı olmadan mexanikləşdirilmiş endirmə-qaldırma əməliyyatını apararkən, vışkada avtomatlaşdırma mexanizmlərinə xidmət etmək üçün meydança quraşdırılmalıdır.

3.5.39.Boruları ötürən mexanizmin qollarının irəli verilmiş (açılmış) vəziyyətində tal blokunu qaldırmaq və ya endirmək qadağandır.

3.5.40.Buraxıla bilən hidrodinamik təzyiqin dəyişməsini nəzərə almaqla endirmə-qaldırma əməliyyatlarının sürəti və aradakı yumaların davamiyyəti (müddəti) layihə ilə reqlament-

ləşdirilir. Qazma məhlulunun reoloji xüsusiyyətlərində və qazma kəmərinin quruluşunda layihədən kənara çıxmalar olduqda, hidrodinamik təzyiqin buraxıla bilən dəyişməsini

227

vk.com/club152685050 | vk.com/id446425943

nəzərə almaqla endirmə-qaldırma əməliyyatlarının sürətinin reqlamentində dəyişikliklər aparılmalıdır.

3.5.41.Qazma kəmərinin qaldırılması zamanı boruların xarici səthi qazma məhlulundan xüsusi tərtibatların köməyi ilə təmizlənməlidir.

3.5.42.Qazma kəmərinin endirilməsi zamanı onun quyu lüləsində oturması (dayanması) baş verdikdə, həmin intervalda yuma və quyu lüləsinin işlənməsini aparmaq lazımdır.

3.5.43.Quyuda boru kəməri olmadıqda və endirmə-qal-

dırma əməliyyatı zamanı quyuya kənar əşyaların düşməsinin qarşısını almaq üçün quyu ağzına xüsusi tərtibat qoyulmalıdır.

3.5.44.Vışkada qoyulan qazma və AQB şamlarının, barmaqdan (mil) düşməməsi üçün onlara xüsusi diqqət yetirilməlidir.

3.5.45.Bucurqadın yükqaldırma məhdudlaşdırıcısının və tal blokunun qalxmasının məhdudlaşdırıcısının vəziyyəti hər növbənin əvvəlində yoxlanılmalıdır.

3.5.46.Aşağıdakı hallarda endirmə-qaldırma əməliyyatlarını aparmaq qadağandır:

-tal blokunun qalxmasının məhdudlaşdırıcısı və bucurqadın yükqaldırma məhdudlaşdırıcısı olmadıqda və ya nasaz olduqda;

-avadanlıq, alətlər nasaz olduqda;

-qazma briqadası heyəti tam olmadıqda;

-küləyin sürəti 20 m/san-dən artıq olduqda;

-dumanda və qar çovğununda (görmə qabiliyyəti itiril-

dikdə).

3.5.47.Qazma borularının, qazma kəməri quruluşunun digər elementlərinin yiv birləşmələrini rotorun köməyi ilə

açmaq və bağlamaq qadağandır. Baltanın buruqda bağlanması, açılması və daşınması üçün xüsusi tərtibatlardan istifadə edilməlidir.

228

vk.com/club152685050 | vk.com/id446425943

3.5.48.Qazma briqadası hər növbədə qaldırıcı avadanlığa (bucurqada, tal blokuna, qarmağa, qarmaqbloka, fırlanğıca, sırğalara, tal kanatına və onun bərkitmə tərtibatlarına, elevatorlara, spayderlərə, qoruyucu vasitələrə və s.) profilaktik baxış keçirməlidir.

3.5.49.Endirmə-qaldırma əməliyyatı zamanı qadağandır: - avtomat və maşın açarlarının, işçi və qoruyucu kanatla-

rının hərəkəti zonasında olmaq;

-tal-blok tam dayanana qədər elevatoru açmaq və ya bağlamaq;

-qazma boru şamlarını xüsusi tərtibatların köməyi olmadan şamdandan (podsveçnik) verilməsi və qoyulması;

-çevrilmiş elevatordan istifadə edilməsi.

3.5.50.Yüksüz elevatorun qaldırılma rejimi, habelə qazma və qoruyucu kəmər borularının rotordan çıxarılması tal sisteminin yellənməsini istisna etməlidir.

3.5.51.Maşın və avtomat açarlarını qazma (qoruyucu) boru kəmərlərinə yaxınlaşdırmağa, onlar paz tutucularına və

ya elevatora oturdulduqdan sonra icazə verilir.

3.5.52.Pnevmatik boşaldıcıdan (açıcıdan) (pnevmoraskrepitelğ) istifadə etdikdə, dartıcı kanat və açar eyni üfqi müstəvidə yerləşməlidir. Kanat pnevmatik boşaldıcının ştokuna (oxuna) etibarlı bərkidilməlidir. Düyünlə bağlamaq qadağandır. Pnevmatik boşaldıcının dönən istiqamətləndirici diyircəyi olmadan ondan istifadə etməyə icazə verilmir.

3.5.53.Qazma prosesində aparıcı boru quyudan ancaq birinci sürətlə qaldırılmalıdır.

3.5.54.Qazma kəmərini endirdikdə, paz tutucularını kəmər tam dayanana qədər işə salmaq qadağandır.

3.5.55.Qazma kəməri boru bazasında komplektləşdirilməlidir. Komplektin hər borusunun üzərində komplektin və borunun komplektdəki nömrələri göstərilməlidir. Hər komplekt

229