Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

Ümumi tələblər

3.11.1. Istehsalat obyektlərində işlərə yaşı 18-dən az olmayan, sağlam, həmçinin izoləedilmiş əleyhqazlarda, nəfəs aparatlarında və nəfəs orqanlarını qoruyan digər vasitələrdə işləməyə yararlı şəxslər buraxılırlar.

Işçilər hidrogen-sulfidin xüsusiyyətlərini və insan orqanizminə tə’sirini, təhlükənin əlamətlərini bilməli, xəsarət alana ilk tibbi (həkiməqədər) yardımın göstərilməsini öyrənməli və onların hidrogen-sulfid mühitində işlərə buraxılmağa vəsiqəsi olmalıdır.

3.11.2. Təlimin təşkil olunması və aparılmasında əməyin mühafizəsi xidməti işçiləri ilə birgə tibbi-sanitariya hissəsinin, yanğın təhlükəsizliyi, FQDHH və hərbi qazxilasetmə xidmətinin nümayəndələrinin iştirakı tə’min olunmalıdır.

3.11.3. Obyektlərdə işlərə cəlb olunmuş kənar təşkilatların işçiləri, əlavə olaraq bu sahə üzrə öyrədilməli və bu obyektlərə xidmət edən sifarişçi təşkilatın işçiləri kimi eyni həcmdə bilikləri yoxlanılmalıdır.

3.11.4.Işçi zonanın havasında hidrogen-sulfidin qatılığı YVQ-dən–10 mq/m3-dən, karbohidrogenlə qarışığında – 3 mq/m3-dən, yaşayış məntəqələrinin havasında – 0,008 mq/m3-dən yuxarı olmamalıdır.

3.11.5.Qazma işləri aparılan ərazidə küləyin istiqamətini və sürətini müəyyənləşdirən qurğular (konus, flyuger, anemometr) quraşdırılmalıdır. Qaranlıq vaxtı bu qurğular işıqlandırılmalıdır.

3.11.6.Hər bir obyektdə, Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndələri ilə razılaşdırılmış və müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş qaz

təhlükəli yerlərin və işlərin siyahısı hazırlanmalıdır.

Siyahı ilə qeyd olunmuş yerlərdə, təhlükəsizlik işarələri və yazılar quraşdırılmalıdır.

253

vk.com/club152685050 | vk.com/id446425943

3.11.7.Tərkibində hidrogen-sulfid olan mayelərin neytrallaşdırılmadan açıq kanalizasiya sistemlərinə tökülməsi qadağandır.

3.11.8.Kipgəcli və flans birləşmələrin, armaturların, lyukların və hidrogen-sulfidin ayrılması mümkün ola biləcək digər mənbələrin germetikliyi müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş qrafik üzrə daşınma qaz analizatoru ilə yoxlanılmalıdır.

3.11.9.Hidrogen-sulfidin ayrılması mümkünlüyü ilə bağlı istehsalat obyektlərində işlər azı 2 nəfər fəhlə tərəfindən

yerinə yetirilməlidir. Onlar bir-birinin işinə nəzarət etməli, xəsarət aldıqda bir-birinə kömək etməyə hazır olmalı və təhlükə zamanı həyəcan siqnalı verməlidirlər. Işlər müvafiq FMV-ri tətbiq etməklə yerinə yetirilməlidir.

3.11.10. Texnoloji avadanlıqlar (separator və nasos avadanlıqları, tutumlar), həmçinin texnoloji boru kəmərləri proseslərə nəzarət və onların tənzimlənməsi cihazları ilə, nümunələrin götürülməsi üçün quruluşlarla, korroziya ingibitorlarının verilməsi üçün ştuserlərlə təchiz olunmalıdır.

3.11.11.Xəndəklərdə (quyularda) yerləşdirilmiş qapayıcı armaturlar (siyirtmələr, kranlar və s.) məsafədən idarə olunmalı və ya xəndəyə düşmədən açıb-bağlamaq üçün onların uzadılmış ştokları olmalıdır.

3.11.12.Tərkibində hidrogen-sulfid olan qazı yandırmadan və ya neytrallaşdırmadan atmosferə buraxmaq qadağandır.

3.11.13.Istehsalat otaqlarının və binaların (otaqların) xaricində yerləşdirilmiş qurğuların işçi zonalarının hava mühitində hidrogen-sulfidin mövcudluğuna daimi nəzarət etmək üçün, işıq və səs siqnalizasiyalı stasionar qaz analizatorları

quraşdırılmalıdır. Stasionar qaz analizatorlarından başqa, hava mühitinə vaxtaşırı nəzarət üçün daşınma qaz analizatorlarından da istifadə edilməlidir.

254

vk.com/club152685050 | vk.com/id446425943

3.11.14.Hidrogen-sulfidin YVQ-sinə nəzarət edən sistemlər olmadıqda və ya onlar nasaz olduqda qaz təhlükəli obyektlərin işə buraxılması və istismarı qadağandır.

3.11.15.Obyektdə hava mühitinə nəzarət qrafik üzrə

aparılmalıdır:

- hidrogen-sulfidin üzə çıxması və yığılması mümkün olan açıq yerlərdə – sutkada bir dəfədən az olmayaraq;

- bağlı yerlərdə – növbədə bir dəfədən az olmayaraq;

- tutumlarda, xəndəklərdə və digər havası az dəyişilən yerlərdə – hər dəfə iş başlamazdan əvvəl.

Ölçülərin nəticələri «Havada hidrogen-sulfidin olmasına nəzarət Jurnalı»nda qeyd olunmalıdır.

3.11.16.Hava nümunələrinin götürülməsi və ya daşınma cihazlarla hidrogen-sulfidin qatılığının ölçülməsi, xüsusi öyrədilmiş şəxs (laborant və ya başqa şəxs) tərəfindən dublyorun iştirakı ilə aparılmalıdır. Bu zaman onlar müvafiq FMV-dən istifadə etməlidirlər.

3.11.17.Işçi zonanın havasında hidrogen-sulfidin

miqdarı YVQ-dan çox olduqda:

-müvafiq əleyhqaz geyməli;

-cavabdeh şəxsi və ya işin rəhbərini və təhlükəli zonada olan adamları xəbərdar etməli;

-təhlükəli zonadan çıxmalı;

-baş verə biləcək qəzaların ləğv olunması planı üzrə hərəkət etməli.

3.11.18. Hidrogen-sulfidin təhlükəli qatılığıının yaranması səbəbinin aradan qaldırılmasından sonra, qazın yığılması mümkün ola bilən yerlərdə nəzarət ölçüləri aparılmalıdır.

3.11.19. Hidrogen-sulfidli mühitdə işlənəcək qoruyucu boruları quyuya endirməzdən əvvəl, onlar 100% nəzarətdən (kipliyə yoxlama, kalibrlənmə, şablonlaşdırma) keçməlidir.

3.11.20. Hər bir obyektdə, hidrogen-sulfidin ayrılması ilə bağlı olan qəzalar daxil olmaqla, mümkün olan qəzaların

255

vk.com/club152685050 | vk.com/id446425943

ləğvedilmə planı olmalıdır.

3.11.21.Təşkilatların rəhbərləri, hər obyekt üçün FMV-in istismarı, saxlanılması və qorunmasına görə məsul şəxs təyin etməlidirlər.

3.11.22.Pirofor-dəmir sulfidi çöküntülərinin öz-özünə yanmasının qarşısını almaq üçün, qaz və kondensat boru kəmərləri açılmazdan əvvəl, inert qazla doldurulmalıdır. Aparatlar və boru kəmərləri baxış, təmizlənmə və ya tə’mir üçün açılarkən onların divarlarının daxili səthləri yetərincə isladılmalıdır.

3.11.23.Təmizlənmə zamanı çirk və pirofor çöküntüləri tutumlardan, aparatlardan, çənlərdən çıxarılana qədər nəm vəziyyətdə saxlanılmalıdır.

Quyuların qazılması

3.11.24. Qazma qurğusu yaşayış sahələrindən və magistral yollardan elə məsafədə yerləşdirilməlidir ki, havanın tərkibində hidrogen-sulfidin sanitar normalarına uyğun olması təmin olunsun.

3.11.25.Qazma avadanlığı, köməkçi tikililər (otaqlar) buruq sahəsində yerin relyefi və küləyin orta illik istiqaməti nəzərə alınmaqla yerləşdirilməlidir.

3.11.26.Qazma vışkasının özülü elə qurulmalıdır ki, onun altında tullanışa qarşı avadanlıq sərbəst yerləşsin və ona iki tərəfdən yol olsun və vışkaaltı fəzanın təbii ventilyasiyası təmin olunmuş olsun.

3.11.27.Buruğun mədəni butkası küləyin orta illik istiqaməti nəzərə alınmaqla quyunun küləkdöyən tərəfində yerləşdirilməlidir və onun girişi küləyin istiqamətinə əks

tərəfdən olmalıdır.

3.11.28. Tərkibində hidrogen-sulfid olan layı açmağa 100m qalmış və ya bir sutka əvvəl aşağıdakılar yerinə

256