Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

elektrik cərəyanı xətti varsa, o açılmadıqda;

-tufan vaxtı və yaxud onun yaxınlaşdığı halda, yer və avadanlıq buz bağladıqda, güclü yağış, qar yağdıqda və yaxud duman olduqda;

-qoruyucu kəmərin qarmağı (karabini) antenna qülləsinin və onun meydançasının konstruksiyasına sancılmadıqda;

-küləyin sürəti 12 m/san-dən çox olduqda; -günün qaranlıq vaxtında;

-əgər qülləyə qalxmaq üçün qaldırıcı qurğunun köməyindən istifadə edilərsə, onun növbəti sınaq müddəti keçmiş olduqda;

-qaldırıcı qurğunun kanatı və ya bucurqadı nasaz olduqda;

-qoruyucu başlıq və qoruyucu kəmər olmadıqda.

10.24. Radio və radio-rele vasitələrinin istismarı və təmiri vaxtı aşağıdakılara əməl edilməlidir:

-iş yeri (masa) izoləedici təbəqə ilə örtülməlidir; -gərginlik altında olan blokun daxili hissələrinə

toxunmaq, tranzistorları və başqa hissələri dəyişdirmək, sxemdə lehimləmə işləri aparmaq qadağandır;

-radiostansiyasını elektrik şəbəkəsinə qoşmazdan əvvəl onun «Yer» yazısı olan bütün klemləri yerləbirləşdirilməlidir;

-«veriliş» rejimində işləyərkən vericinin antenna sıxaclarına toxunmaq qadağandır.

Dəniz şəraiti üçün əlavə tələblər

(Rabitə)

10.25. Dəniz obyektlərində (müəssisələrində) rabitə, bu sahədə olan normativ sənədlərin tələblərinə və müvafiq hallarda dəniz gəmilərinin quruluş qaydalarına uyğun qurulmalıdır.

413

vk.com/club152685050 | vk.com/id446425943

10.26. DNQT-lər aşağıdakılarla təchiz olunmalıdır: 10.26.1. Aşağıdakıları təmin edən xarici əlaqə üçün

radiorabitə kompleksi ilə:

a) sahil, hava və dəniz obyektləri ilə etibarlı əlaqəni;

b) meteoroloji xidmətlə və naviqasiya xəbərdarlığı xidməti ilə əlaqəni;

c) qəza hallarında etibarlı əlaqəni.

10.26.2. Aşağıdakıları təmin edən peyk rabitəsi və televiziya proqramlarının qəbulu kompleksi ilə:

a)çoxkanallı telefon və telefaks əlaqəsinin təşkilini;

b)obyektdə radio və peyk televiziya proqramlarının qəbulunu və yayımını (translyasiyasını).

10.26.3. Mülki aviasiya xidməti ilə razılaşdırmaqla DNQT-

yə vertolyotların qəbulunu, oturmasını, uçuşunun idarə olunmasını və DNQT ətrafında hava məkanına nəzarəti təmin edən komplekslə.

10.26.4. Aşağıdakıları təmin edən DNQT-nin daxili rabitə sistemi ilə:

a)DNQT-nin texniki xidmətlərinin, rəhbərliyinin və digər abonentlərin daxili istehsalat və texnoloji əlaqəsini (rabitəsini) və həmçinin daşınma (əl) radiostansiyaları olan abonentlər və idarəetmə postları arasında əlaqəni;

b)DNQT-də komandaların (əmrlərin) və verilişlərin yayımını (translyasiyasını);

c)DNQT-nin texnoloji komplekslərin idarəetmə postları ilə avadanlıqların yerli idarəetmə postları arasında səsucaldıcı (qromkoqovorəhaə svəzğ) ikitərəfli rabitə əlaqəsi ilə;

ç) DNQT-nin texniki xidmət postlarında və məişət otaqlarında avtomatik telefon əlaqəsi (rabitəsi) sisteminin yaradılmasını.

10.26.5. Obyektin elektrik şəbəkəsindən asılı olmayan, baş dispetçer postu ilə DNQT-nin əsas texnoloji postları və otaqları (sahəsi) ilə etibarlı əlaqəni təmin edən qəza halları

414

vk.com/club152685050 | vk.com/id446425943

üçün nəzərdə tutulmuş daxili rabitə sistemi ilə.

10.27.DNQT-də verilən komandaların və verilişlərin yayımlanması, «sondürülməyən» yayımlanma sistemi ilə təchiz olunmalı və xidməti göstərişlərin bütün yaşayış və ictimai otaqlarda, həmçinin açıq göyərtədə eşidilməsini təmin etməlidir. Bu zaman həmin otaqlarda və sahələrdə yayımlanan səs səviyyəsi həmin otaq və sahələrdəki səs-küyün səviyyəsindən 6 dB-dən çox olmalıdır.

10.28.Yayımlama (translyasiya) qurğusunun mikrofon postları baş idarəetmə postunda, radiorubkada, vertolyotların

qəbulu məntəqəsində, qazma meydançasında və istehsalat vacibliyi ilə bağlı digər yerlərdə yerləşdirilməlidir.

10.29.Qəza hallarında istehsalat otaqlarında (sahələrində) səsucaldıcı rabitə işıq siqnalizasiyası ilə müşayiət olunmalıdır.

10.30.DNQT-də radiorabitə vasitələrinin sıradan çıxma halları və həmçinin həyəcan və fəlakət siqnallarını vermək və qəbul etmək üçün, ehtiyat radiorabitə vasitəsi və dəniz siqnal

üzgəci (radiobuy) nəzərdə tutulmalıdır.

10.31.Operativ (cari) istehsalat məlumatlarının, həmçinin DNQT-nin avtomatik idarəetmə sisteminin məlumatlarının verilməsini (ötürülməsini) təmin etmək üçün xarici rabitə sistemi gecə – gündüz etibarlı və fasiləsiz işləyən olmalıdır.

10.32.Rabitə vasitələri kompleksi partlayış təhlükəsi olmayan xüsusi otaqda quraşdırılmalıdır. Rabitə rəisinin kayutası bu kompleksin yaxınlığında olmalıdır.

415

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 11

DALĞIC VƏ SUALTI TEXNIKI IŞLƏR

11.1. Dalğıc və sualtı-texniki işlər SSAZ 003-2004 «Dalğıc işləri. Ümumi təhlükəsizlik tələbləri»; SSAZ 004-2004 «Dalğıc ləvazimatı, dalğıc enmələri və işlərini təmin edən vasitələr»; MSXDDQXII01-2004 «Dalğıc işlərində əməyin təhlükəsizliyi üzrə vahid qaydalar»; «Rukovodstvo po provedeniö vodolaznıx rabot s ispolğzovaniem qlubokovodnıx vodolaznıx kompleksov»; «Polojeniə po orqanizaüii vnutrivedomstvennoqo nadzora i kontrolə za bezopasnostğö provedeniə podvodnıx rabot (1984); MSXDDQXII02-2004 «Dərinlik dalğıc komplekslərindən istifadə etməklə 200m-ə qədər dərinliklərə qısa müddətli dalma üsulu ilə dalğıc enmələrinin təhlükəsiz aparılması üzrə təlimat» və bu «Qaydalar»ın tələblərinə uyğun yerinə yetirilməlidir.

11.2.Qaydaların və dalğıc əməyinin təhlükəsizliyi üzrə digər normativ sənədlərin yerinə yetirilməsinə nəzarət dalğıc enmələrini həyata keçirən idarənin, müəssisənin və təşkilatın ştatlı dalğıc mütəxəssisləri və təhlükəsizlik texnikası üzrə mühəndisləri, həmkarlar ittifaqının texniki əmək müfəttişləri, ixtisaslaşmış idarələrin və istehsalat birliklərinin dalğıc mütəxəssisləri və həmçinin səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

11.3.Dalğıc enmələri və işləri, müəyyən edilmiş qaydalara uyğun dalğıc enmələrinin və işlərinin aparılmasına və təminatına icazəsi olan dalğıc, mühəndis-texniki və tibbi heyətdən və aparılan işlərin təhlükəsizliyini təmin etməyə qadir dalğıc texnikasından ibarət dalğıc xidməti olan müəssisə

və təşkilatlar tərəfindən yerinə yetirilir.

11.4. Tətbiq olunan dalğıc texnikasının məmulatları, texnoloji avadanlıqlar, cihaz və alətlər qüvvədə olan müvafiq nor-

416

vk.com/club152685050 | vk.com/id446425943

mativ texniki sənədlərin tələblərinə və ya texnikanın konkret məmulatlarının layihəsinə uyğun olmalıdır.

11.5.Bütün tətbiq olunan dalğıc texnikasının məmulatları müəyyən edilmiş qaydada təsdiq edilmiş istismar sənədlərinə malik olmalıdır.

11.6.Xəbərdaredici siqnallar [292] uyğun dalğıc enmələrinə (işlərinə) başlamazdan əvvəl yuxarı qaldırılmalı, işlər qurtardıqdan sonra aşağı endirilməlidir.

11.7.Xüsusi gəmilərin bortundan dalğıc enmələri,

dənizdə dalğalanma dərəcəsi həmin gəmilərin formulyarında göstəriləndən çox olmadıqda aparılmalıdır.

Digər gəmilərin və üzmə vasitələrinin bortundan, həmçinin sahilyanı obyektlərdən enmələr, dənizin dalğalanması 2 baldan çox olmadıqda aparılmalıdır.

11.8. Gecə vaxtı suyun altında pis görünmə şəraitində aparılan enmələrdə sualtı və suüstü süni işıqlandırmadan istifadə olunmalıdır.

Suyun üzərində dalğıc işlərinə və enmələrinə hazırlıq aparılan yer, enməni və işin normal gedişini təmin edən qurğuların idarəetmə cihazları, enmə aparılan yerin səthi lazımınca işıqlandırılmalıdır.

11.9.Kabel xəttindən 463m (0,25 mil) məsafədə yerləşən, paralel düz xətlərlə müəyyən edilən, gərginlik altında olan sualtı elektrik ötürücü kabel xəttinin mühafizə zonasında sualtı işlərin yerinə yetirilməsi qadağandır.

11.10.ÜQQ-dən və ya üzən vasitələrdən dalğıc enmələri aparılan zaman aşağıdakılar qadağandır:

-başqa gəmilərin ÜQQ-yə yan alması (dalğıc postlarına); -kənar əşyaların gəmidən suya atılması;

-kranla gəmilərdən (ÜQQ) yükləmə-boşaltma işlərinin aparılması;

-dalğıc postlarında kənar əşyaların və avadanlıqların yer-

417

vk.com/club152685050 | vk.com/id446425943

ləşdirilməsi.

11.11.Hidrotexniki qurğuların tikintisinə və ya təmirinə başlamazdan əvvəl, dalğıclar cizgi və ya işin layihəsi üzrə qurğuların quruluşu, işin aparılması şəraiti və əməyin təhlükəsizlik tədbirləri ilə tanış olmalıdırlar.

11.12.Iş aparılacaq yerdə elektrik və telefon kabelləri və ya boru kəmərlərinin olub-olmaması, olduğu halda isə həmin xətlərin istiqaməti haqqında məlumatı aldıqdan sonra qrunt səthinin pozulması ilə əlaqədar çalaların, qanovların hazırlanması, torpağın yuyulması və ya digər işlər aparıla bilər.

11.13.Yarımdalma üzən qazma qurğusundan (qazma gəmisindən) sualtı-texniki dalğıc işləri aparıldıqda lövbəryanalma bucurqadlarının işəsalma mexanizmləri ayrılmalı,

ayrılmış qurğuların üzərində «Qoşmaq qadağandır! Adamlar işləyir» yazılı təhlükəsizlik nişanı asılmalıdır.

11.14. Vibrosıxlaşdırma işləri zamanı dalğıcların sualtı enmələri qadağandır.

Baxış işlərini, ancaq vıbrosıxlaşdırma aqreqatı dayandıqdan sonra yerinə yetirmək olar.

11.15.Sualtı boru kəmərlərinin baxışını başqa vasitələrlə (sualtı televiziya, sualtı aparatlar və s.) yerinə yetirmək mümkün olmadıqda, bu işi dalğıclar yerinə yetirə bilər.

11.16.Boru kəmərinin çəkilmə istiqamətində dənizin dibinin dalğıc müayinəsi, eni 20m-dən az olmayan zolaqda (çəkilmə nəzərdə tutulan xəttdən 10 m hər tərəfə) keçirilməlidir.

11.17.Skreperlər, torpaqqazan və digər torpaqyığan vasitələr işləyən zaman qanov və çalalara dalğıc baxışı keçirmək qadağandır.

11.18.Dalğıcların pilpilələri (qrifon) müayinə etməsi qa-

dağandır.

11.19. Metalların sualtı qaynaq və kəsilməsi işləri yalnız dalğıcı sudan tam izolə edən ləvazimatlardan istifadə etməklə

418

vk.com/club152685050 | vk.com/id446425943

aparılmalıdır.

11.20.Metalların sualtı qaynaq və kəsilməsi işlərinə başlamazdan əvvəl, qaynaq qurğularının və qaynaq cərəyan mənbələrinin yerləbirləşdirilməsinin etibarlılığı yoxlanılmalıdır.

11.21.Sisterndə (tutumlarda) yanacaq və qaz olduğu halda, təzyiq altında olan tutumlarda və boru kəmərlərində qaynaq və kəsmə işlərini aparmaq qadağandır.

11.22.Qruntun yüksək təzyiqli nasoslarla yuyulması zamanı şırnağın digər dalğıc tərəfə yönəldilməsi qadağandır.

11.23.Boru kəmərinin dənizin dibinə endirilməsi (batırılması) zamanı onu saxlayan pontonların və boruların üstündə

dalğıcların olması qadağandır.

11.24.Dalğıcın endirilmiş boru kəmərinə baxış keçirmək üçün enməsinə, ancaq boru kəməri qrunta qoyulduqda və onu saxlayan burazların tarımlığı boşaltdırıldıqdan sonra icazə verilir.

11.25.Dalğıcın əmri olmadan boru kəmərini su səthinə və ya qruntdan az məsafəyə qaldırdıqda işçi ilməyin boşaldılması və ya çəkilib yığılması, həmçinin işlərin aparıldığı gəminin yerinin dəyişdirilməsi qadağandır.

11.26.Yalnız müstəsna hallarda (qəzaların ləğvi və s.) dalğıcın dolaşmasını istisna edən şəraitdə, neft və neft məhsullarına enmələrə icazə verilir.

Enmə üçün ancaq ventilyasiya olunan, enmədən əvvəl şirin su ilə isladılan, üzərinə maye sabun çəkilən ləvazimatı tətbiq etməyə icazə verilir. Belə mühitdə üç saat qaldıqdan sonra həmin ləvazimatda təkrar enmələr qadağandır. Benzinə, digər tez buxarlanan və zəhərli maddələrə dalğıc enmələri

qadağandır.

11.27. Neft və qaz borularının təmirinə (qaynaq, kəsmə) başlamazdan əvvəl, onlar 2 dəfədən az olmayaraq təzyiq

419

vk.com/club152685050 | vk.com/id446425943

altında su ilə yuyulmalıdırlar.

Boru kəmərləri yuyulduqdan sonra su ilə doldurulmalıdır.

420