Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

1.18. Qadınların və həddi-buluğa çatmayanların əməyinin mühafizəsi

1.18.1.Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın və həddi-buluğa çatmayanların (16-18 yaş) əməyinin tətbiqi qadağandır.

1.18.2.Qadınların və həddi-buluğa çatmayanların Əmək Məcəlləsində müəyyən edilmiş normalardan artıq əşyaların

qaldırılması, boşaldılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb olunması qadağandır (bax 1.14.2.1).

1.18.3.Hamilə və üç yaşınadək uşağı olan qadınların və həmçinin 18 yaşına çatmamış işçilərin gecə vaxtı görülən işlərə cəlb olunması qadağandır.

1.18.4.Səhhətinə və fizioloji vəziyyətinə (əlillik, hamiləlik), habelə xroniki xəstəliyinə görə qadının və ya onun ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək

funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə və həmçinin on dörd (14) yaşına çatmamış və yaxud on altı (16) yaşınadək əlil uşağı olan qadınlara (ərizələri əsasında) işəgötürən natamam iş vaxtı müəyyən etməlidir.

1.18.5.Qadın əməyinin [212] uyğun olaraq əmək şəraiti zərərli və ağır olan istehsalatlarda tətbiqi qadağandır.

1.18.6.Qadınların və həddi-buluğa çatmayanların əməyinin mühafizəsinə dair digər məsələlər Əmək Məcəlləsinin müvafiq bölməsində əks olunmuşdur.

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR

(ÜMUMI QAYDALAR)

1.19. Ümumi təşkilati-texniki tələblər

91

vk.com/club152685050 | vk.com/id446425943

1.19.1.Dəniz neft-qaz mədən tikililərində (DNQT – DDÖ, EYM, ÜQQ, ÖQQ) görünən yerlərdə həyəcan cədvəlləri asılmalı və həmin cədvəllərlə obyektlərin bütün işçiləri müvafiq jurnalda imza atmaqla tanış olmalıdır.

Bundan başqa daimi dəniz özüllərində (DDÖ), üzən qazma qurğularında (ÜQQ) və özüqalxan qazma qurğularında (ÖQQ) «Sağ qalmaq üçün mübarizə üzrə operativ plan» olmalıdır. Sağ qalmaq üçün hazırlığa və mübarizəyə ümumi rəhbərliyi DDÖ (ÜQQ, ÖQQ) rəisi həyata keçirir.

1.19.2.DNQT-də keçidləri, göyərtəni və iş yerlərini işlə

əlaqəsi olmayan əşyalarla qalaqlamaq qadağandır.

1.19.3. Müəssisə üzrə əmrlə qəza və yanğın siqnalizasiyası vasitələrinə, qazlılığa nəzarət vasitələrinə və xilasetmə vasitələrinə nəzarət edən və onların sazlığına cavab verən, vəzifə təlimatlarında bu barədə qeyd aparılmış, şəxslər təyin olunmalıdır.

1.19.4. DNQT rəisi iş üçün obyektə gəlmiş işçiləri, müvafiq jurnalda qeyd aparmaqla (onların imzası ilə) daxili nizam – intizam əmək qaydaları, həyəcan siqnalları və bununla əlaqədar vəzifə borcları ilə tanış edir və həmçinin xilasetmə qayığının nömrəsini göstərir.

1.19.5.DDÖ-nün (ÜQQ, ÖQQ) heyəti və buraya gəlmiş şəxslər yaşayış blokundan kənarda qoruyucu dəbilqədə olmalıdırlar.

1.19.6.DDÖ-də (ÜQQ, ÖQQ) hər gün bu obyektdə olanların qeydiyyatı aparılmalıdır.

DDÖ-nün (ÜQQ, ÖQQ) rəisinin icazəsi olmadan orada olmaq qadağandır.

DDÖ-yə (ÜQQ, ÖQQ) gəlmiş şəxslərin qeydiyyatı, onların obyektə gəlmə müddətindən asılı olmayaraq, xüsusi təyin

olunmuş şəxs tərəfindən aparılmalıdır.

92

vk.com/club152685050 | vk.com/id446425943

1.19.7.Dəniz obyektlərində işləyən heyətin müəyyən olunmuş formada tibbi kitabçaları olmalıdır və onlar vaxtaşarı müvafiq qaydada tibbi müayinədən keçməlidirlər.

1.19.8.DNQT-ə daxil olmuş hidrometeoroloji məlumat xüsusi təyin olunmuş şəxs tərəfindən hava haqqında məlumat jurnalında qeyd olunmalıdır.

1.19.9.DNQT -də olarkən dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır.

D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və təlimatlandırma

1.20.1. Dənizdə yerləşən obyektlərdə çalışan işçilərə əlavə olaraq aşağıdakılar öyrədilməlidir:

üzmək;

dənizdə batan adama xilasetmə üsulları;

kollektiv və fərdi xilasetmə vasitələrindən istifadə qayda-

ları;

həyəcan siqnalları üzrə davranış (hərəkət).

1.20.2.DNQT-yə (DDÖ, ÜQQ, ÖQQ) ilk dəfə gəlmiş işçilərə və həmçinin bir DNQT növündən digərinə (DDÖ-dən ÜQQ-yə və s.) köçürülmüş işçilərə əlavə olaraq həmin obyektlərdə işlərin xüsusiyyətləri öyrədilməli, aidiyyatı jurnalda qeyd edilməklə müvafiq təhlükəsizlik texnikası təlimatı keçirilməli və məsul şəxsin rəhbərliyi altında onlar bir həftə ərzində təcrübə keçməlidir.

1.20.3.Səbəbindən asılı olmayaraq 60 gündən artıq DNQT-də işləməmiş (fasilə vermiş) işçilər, işə çıxarkən tam həcmdə təlimatlandırılmalıdır.

1.20.4.DNQT-nin qaldırıcı qurğularında işləməyə lazımi

proqram üzrə öyrədilmiş və imtahan verərək müvafiq vəsiqə almış şəxslər buraxılır.

93