Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1306
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

yaradır (hasil edir) və ona görə də blokların laboratoriyadan kənar açılması qadağandır.

12.10.32.Müəssisənin müdiriyyəti baş vermiş radiasiya qəzası barədə yuxarı təşkilata, o cümlədən sanitariya nəzarətinin və Daxili Işlər Nazirliyinin regional orqanlarına, Azdövdağtexnəzarət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Fövqəladə Hallar Komissiyasına və həmçinin yerli icra hakimiyyəti (bələdiyyə) orqanlarına xəbər verməlidir.

12.10.33.Təsadüfi (kənardan gətirilmiş) radioaktiv ion-

laşdırıcı şüa mənbələri aşkar edildikdə, əlavə olaraq, bu halın yaranmasının xüsusiyyətləri müəyyənləşdirilməlidir.

12.10.34. Ərazilərdə qamma-fonun ölçülməsi avtomaşının hərəkəti zamanı da yerinə yetirilir. Ölçü işləri aparılan sahədə avtomaşının hərəkət sürəti 10 km/saatdan çox olmamalıdır.

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR (Istehsal sanitariyası və ətraf mühitin mühafizəsi)

12.11. Sanitar-məişət sahələri və xidmətləri

12.11.1.DNQT-də yaşayış və ümumi otaqlar partlayış təhlükəli zonadan kənarda və quyuların yerləşdiyi yerə nisbətən küləyin orta illik istiqaməti nəzərə alınmaqla küləkdöyən tərəfdə yerləşdirilməlidir.

12.11.2.DNQT-nin (DDÖ, ÜQQ) bütün otaqlarında mexaniki, təbii və qarışıq ventilyasiya, yaxud havanın kondisiyalaşdırılma sistemi nəzərdə tutulmalıdır.

12.11.3.Istehsalat obyektləri yerləşən (buruqlar, istismar quyuları, neftyığma məntəqələri, nasosxanalar, kompressor stansiyaları və s.) hər bir DNQT-də (DDÖ, ÜQQ,

441

vk.com/club152685050 | vk.com/id446425943

EYM və s.) sanitar qovşağı (duşxana, tualet və s.) olmalıdır. 12.11.4. Işlərinin xüsusiyyətinə görə DNQT-də gecə-

gündüz (vaxta üsulu ilə) işləyən işçilərin dincəlməsi və qızınması üçün radiotelefonla, siqnal vasitələri, yataq ləvazimatı və içməli su ilə təchiz olunmuş xüsusi otaq olmalıdır.

D. Qida bloku və mətbəx (kambuz)

12.11.5.Gecə-gündüz iş görülən DNQT-də lazımı miqdarda ərzaq, su ehtiyatı olmalıdır. DNQT-də azaldılmayan ehtiyatın həcmi normadan az olmamalıdır.

12.11.6.Qida blokunda yerləşdirilmiş elektrik mexanizm-

ləri və avadanlıqlarla təhlükəsiz işləmək üçün onların yaxınlığında təlimatlar olmalıdır. Təlimatlar oxunmaq üçün rahat olan yerdən asılmalıdır.

12.11.7. Mətbəxdə elektrik cihazlarının, elektrik mexanizmlərinin dəyişilməsi, təmiri və düzgün istismarına nəzarət DDÖ-nün (ÜQQ) elektrotexniki heyətinin üzərinə düşür.

Qida blokuna xidmət edən heyətə avadanlıqları, elektrik mexanizmlərini və elektrik cihazlarını təmir etmək qadağandır.

12.11.8.Qida məhsulları və içməli su (qəza ehtiyatları) xüsusi ayrılmış yerlərdə saxlanılmalı və bu işə məsuliyyət daşıyan şəxs tərəfindən təzələnməlidir.

12.11.9.Gəmilərdən DDÖ-ə (ÜQQ) ərzaqların boşaldılması qaldırıcı qurğuların köməyi ilə yerinə yetirilməlidir.

12.11.10.Mətbəx (kambuz) və anbarlar müxtəlif yaruslarda yerləşdikdə, ərzaqların anbarlardan mətbəxə və mətbəxdən anbara daşınması liftin və yaxud digər yükqaldırıcı qurğuların köməyi ilə yerinə yetirilməlidir.

12.11.11.Anbarlardan ərzaqlar qulplu ağzı bağlı rahat qablarda daşınmalıdır.

12.11.12.Avtomatik bağlanan qapalı soyuducu kamera-

442

vk.com/club152685050 | vk.com/id446425943

lardan ərzaqların daşınmasını iki nəfər yerinə yetirməlidir. Onlardan biri kameraya daxil olmalı, digəri isə kameranın bayırında (yanında) dayanmalıdır.

12.11.13.Kambuz inventarı, qabları və alətləri ştat (onlar üçün ayrılmış) yerlərdə saxlanılmalıdır:

-ət doğranılan taxtaların üstü vaxtaşırı qaşınmalıdır;

-ət çapılan kötüklərin üstü mütəmadi olaraq qaşınmalı, lazım gəldikdə isə onların üst qatı mişarla kəsilməlidir.

12.11.14. Ət çapılan kötük bərk özüldə yerləşdirilməli və bərkidilməlidir. Kötüyün yanında baltanı qaldırmaq və vurmaq üçün kifayət qədər yer olmalıdır.

12.11.15. Qida blokunun heyəti saz alətlə təmin olunmalıdır. Alətlər saz olmadıqda (bıçaq, balta, konserva açanlar və s.) onları ya təmir etməli, ya da təzəsi ilə əvəz etmək lazımdır.

D.Paltarların yuyulması, qurudulması və ütülənməsi

12.11.16.Cəmaşixanalarda və ütüləmə otaqlarında olan elektrik mexanizmləri və avadanlıqları ilə təhlükəsiz işləmək

üçün təlimatlar olmalıdır. Təlimatlar oxumaq üçün rahat olan yerdən asılmalıdır.

12.11.17.Cəmaşirxananın və ütüləmə otaqlarının elektrik cihazlarının və elektromexanizmlərinin dəyişdirilməsi, təmiri və düzgün istismarına nəzarət DNQT-nin elektrotexniki heyətinə həvalə olunur. Sanitar-məişət sahəsində çalışan heyətə avadanlıqları, elektrik mexanizmlərini və cihazlarını təmir etmək qadağandır.

12.11.18.Elektrik naqillərinin, elektrik cihazlarının işıqlandırıcı armaturların və s. quru üsulla təmizlənməsi elektrik gərginliyi açıldıqdan sonra aparılmalıdır.

12.11.19.Xidməti heyətin və lazım gəldikdə digər

şəxslərin mətbəxdə olmasına yalnız xüsusi geyimdə icazə verilir.

12.11.20. Yataq ağlarının (dəstinin) dəyişdirilməsi 10

443

vk.com/club152685050 | vk.com/id446425943

gündə bir dəfədən az olmayaraq aparılmalıdır.

12.11.21.Yataq ağlarının (dəstinin) və paltarların yuyulması cəmaşirxanada, bu olmadıqda isə müdiriyyət tərəfindən ayrılmış xüsusi yerlərdə aparılmalıdır.

12.11.22.Yumağa başlamazdan əvvəl aşağıdakılar yox-

lanılmalıdır:

-cəmaşirxana avadanlıqlarının sazlığı, onlarda etibarlı yerləbirləşdirmənin, hasarlanmanın, təhlükəsizlik bloklayıcılarının mövcudluğu:

-isti və soyuq suyun verilməsi, su ventillərinin sazlığı;

-yuyucu barabanda kənar əşyaların olmaması.

12.11.23. Nasaz elektrik naqili olan (izolyasiyası pozulmuş, ştepsel çəngəli olmayan) ütülərdən istifadə etmək qadağandır.

12.11.24.Sıxıcı və ya vallı ütülərdə təmir işləri yalnız maşın işləməyən zaman, elektrik mühərriki söndürülmüş və valları soyudulmuş halda aparılmalıdır.

D.Təmizlik-yığışdırma işləri

12.11.25.Gündəlik cari təmizlik-yığışdırma işləri müəyyən olunmuş vaxtda aparılmalıdır. Əsaslı təmizlikyığışdırma ayda bir dəfədən az olmayaraq aparılmalıdır.

12.11.26.Yaşayış, xidmət və ümumi otaqlarda təmizlikyığışdırma qaydası daxili əmək qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

12.11.27.Yataq dəstləri hər dəfə yuyulmaya verildikdən sonra, onların saxlanıldığı yer (anbar) yığışdırılmalı və dezinfeksiya edilməlidir.

D.12.12. Ilk tibbi yardım

12.12.1.Xəsarət almış, o cümlədən suda batmış

444

vk.com/club152685050 | vk.com/id446425943

(boğulmuş) və suda qalaraq donmuş (ümumiyyətlə donmuş – hipotermiya) adamlara ilk tibbi yardımın göstərilməsi [308] –ə uyğun yerinə yetirilməlidir.

12.12.2.Ilk tibbi yardımın vaxtında və keyfiyyətli aparılması üçün, DNQT-nin gözəçarpan yerlərində (işçilərin daha çox olduğu yerlərdə) zərərçəkən şəxsə ilk tibbi yardım göstərilməsi qaydaları əks olunmuş plakatlar asılmalıdır.

12.12.3.Suda batan adamın xilas edilməsi [308] –ə uyğun yerinə yetirilməlidir.

12.12.4.Suda batan adama kömək etmək üçün, ona ilk

növbədə xilasetmə vasitəsi (dairə, jelet, kəndir və s.) atılmalıdır. Suda batan adam huşunu itiribsə və ya suyun səthində görünmürsə, bu zaman xilasetmə qayığından (saldan) istifadə edilməlidir. Əgər bunlar yoxdursa və ya bu vasitələrin batan və üzərək (suda qalaraq) yorulub əldən düşmüş adama köməyi kifayət deyildirsə, onda onu xilas etmək üçün dərhal yanına üzmək lazımdır.

12.12.5. Kömək edən şəxs yaxşı üzməyi bacarmalı, xilasetmə üsullarını mükəmməl bilməli və batan adam ondan yapışıb tutarsa, azad olmağı bacarmalıdır.

445

vk.com/club152685050 | vk.com/id446425943

D.12.13. Ətraf mühitin mühafizəsi

12.13.1.Axtarış-kəşfiyyat işlərinə başlamazdan əvvəl ətraf mühitin vəziyyəti (durumu) tədqiq edilməlidir.

12.13.2.Dəniz hövzəsində neft, qaz və qaz kondensat yataqlarının kəşfiyyatına və işlənilməsinə yalnız bu işlərə dair layihələrin dövlət ekoloji ekspertizasının müsbət rəyindən sonra başlana bilər.

12.13.3.DNQT-də ətraf mühitə mənfi təsirin istisnası və ya yol verilən səviyyəyə salınması tullantı sularının və bərk

sənaye məişət tullantılarının utilizasiyası, qəza tullanış və axıdılmaları və həmçinin neft və neft məhsullarının qəzalar nəticəsində dağılmasının lokallaşdırılması və ləğv edilməsi üzrə tədbirlər işlənilməlidir.

12.13.4.DNQT-nin döşəməsinin altında tullantı sularının yığılması üçün nəzərdə tutulmuş bütün tutumlar elə quraşdırılmalıdır ki, onlara profilaktiki baxışın keçirilməsi və onların təmiri təmin olunsun.

12.13.5.DNQT-də qazılan və istismar olunan quyularda texniki avadanlıqların altında quraşdırılan altlıqlar (tutumlar) və vannalar ümumi tullantı su sisteminə birləşdirilməli, traplarla və keçidlərlə təmin olunmalıdır.

12.13.6.Tullantı suları üçün tutumlar, onlara rahat xidmət etməyi təmin edən yerlərdə yerləşən lyuklarla və etibarlı bərkidilmiş nərdivanlarla təchiz edilməlidir.

12.13.7.Tullantı sularının yığılması və (çəkib) boşaldılması üzrə blok qurğusu, ona xidmət etmək üçün pilləkən və meydança ilə təchiz olunmalıdır.

12.13.8.DNQT-də açıq və bağlı drenaj sistemləri olmalıdır. Maşın və mexanizmlərdən çıxan işlənmiş yağların

yığılması üçün xüsusi tutumlar nəzərdə tutulmalıdır.

12.13.9. Qazma məhlulunun təmizlənməsindən yaranan şlamın yığılması üçün xüsusi konteynerlər nəzərdə

446

vk.com/club152685050 | vk.com/id446425943

tutulmalıdır.

Konteynerlər qoyulan yerlərdə mayelərin ümumi tullantı suları sisteminə axıdılmasını təmin edən altlıqlar (tutumlar) qoyulmalıdır.

12.13.10.Quyuların üfürülməsi və boşaldılması (razrədka) zamanı ayrılan və həmçinin çıxış xətlərindən və təzyiq altında işləyən qablardan çıxan qazlar utilizasiya (istifadə) olunmalıdır. Qazların utilizasiyası mümkün olmadıqda onlar yanmanı tam təmin edən məşəl sisteminə verilməlidir.

12.13.11.DNQT-də (ÜQQ, DDÖ) quyuların sınanması zamanı yaranan məhsulun yandırılması üçün xüsusi quruluş nəzərdə tutulmalıdır. Lay flüidi çıxana qədər, quyuların

sınanması zamanı ayrılan məhlul xüsusi tutumlara yığılmalıdır. 12.13.12. Ətraf mühitə ziyandəymənin qarşısını almaq məqsədilə DNQT-nin gövdəsi və özülləri, dəniz boru və elektrik (kabel) xətləri (korroziya və nasazlıq baxımından) daim nə-

zarətdə saxlanılmalıdır (yoxlanılmalıdır).

447

vk.com/club152685050 | vk.com/id446425943

Əlavə 1

Qaydalarda istifadə olunan qısaltmalar və anlayışlar

NQÇI neftqazçıxarma idarəsi FMV fərdi mühafizə vasitələri DDÖ daimi dəniz özülü

ÜQQ üzən qazma qurğusu

ÖÜQQ (ÖQQ) özüqalxan üzən qazma qurğusu DNQT dəniz neftqazmədən tikilisi

EYM estakadayanı meydança MTI mühəndis texniki işçilər AYLT anomal yüksək lay təzyiqi SES sanitar-epidemioloji stansiya

RTN radiasiya təhlükəsizliyi normaları RM-radioaktiv maddə

RNQ radiasiya nəzarəti qrupu

IŞM ionlaşdırıcı şüa mənbəyi

RYK (RYQ) radionuklidlərin yol verilən konsentrasiyası (qatılığı) RYT- böhranlı orqanlarda radionuklidlərin yol verilən tərkibi YVH- yol verilən hədd

YVQ yol verilən qatılıq

PDI partlayış – deşikaçma işləri

PDEI- partlayış-deşikaçma və elektrometrik işlər PDA partlayış – deşikaçma aparatı

NIG neytronların impulslu generatoru

NÖC A nəzarət-ölçü cihazları və avtomatika QG qazma gəmisi

TQA tullanışa qarşı avadanlıq EVXelektrik veriliş xətti

QTQ qaz –turbin qurğuları DYM daxiliyanma mühərriki

AQB ağırlaşdırılmış qazma borusu AAM- asan alışan maddə

YM yanar maddə

QLP qəzaların ləğvi planı DEQ dietilenqlikol

FQDHH- Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissə

AzDƏMTTETI- Azərbaycan Dövlət Əməyin Mühafizəsi və

448

vk.com/club152685050 | vk.com/id446425943

Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat Institutu

449

vk.com/club152685050 | vk.com/id446425943

 

 

Əlavə 1-in davamı

 

küləyin istiqaməti

küləkdöyən tərəf

 

küləkdöyməz tərəf

(küləkdöyən)

obyekt

(küləkdöyməz)

külək tutan tərəf

 

külək tutmayan tərəf

navetrennaə storona

 

podvetrennaə storona

450