Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

1.14.8. Səpələnən yüklərin yüklənməsi, boşaldılması və nəqli

1.14.8.1.Səpələnən yükləri avtomobil banının (kuzovunun) bortları səviyyəsinə qədər yükləmək olar. Lazım gələrsə, kuzovun bortlarının hündürlüyü etibarlı bərkidilməklə əlavə bortlar hesabına artırıla bilər.

1.14.8.2.Qabsız səpələnən yüklər avtomobil banının bütün səthi boyu bərabər səviyyədə olmalıdır.

1.14.8.3.Açıq banlarda tozqaldıran yükləri daşıyarkən

tozun yayılmasının qarşısını almaq üçün belə yüklər brezentlə örtülməlidir.

1.14.8.4.Isti halda yüklərin taxta banlı avtomobillərə yüklənməsi və daşınması qadağandır.

1.14.8.5.Səpələnən yüklərin yüklənməsi ilə məşğul olan yükləyicilər mühafizə eynəklərindən və respiratorlardan istifadə etməli və avtomobilin yan tərəfində dayanmalıdırlar.

1.14.8.6.Respiratordan istifadə edən fəhlələr vaxtaşırı

respiratoru çıxarıb istirahət etməlidirlər.

Respiratorun filtri növbə ərzində bir dəfədən az olmayaraq dəyişdirilməlidir.

1.14.8.7. Daimi yükləmə-boşaltma yeri sutkanın qaranlıq vaxtı lazımınca işıqlandırılmalıdır [211].

1.15. Işçilərin daşınması və təxliyəsi

Işçilərin daşınması

1.15.1. Işçilərin daşınması avtobuslarla həyata keçirilməlidir. Bu məqsəd üçün yük avtomobillərindən istifadə etdikdə onlar (banı) tentlə, işçilərin avtomobilin banına (kuzov) rahat və təhlükəsiz minib-düşməsini təmin edən etibarlı bərkidilmiş

83

vk.com/club152685050 | vk.com/id446425943

nərdivanla, oturacaq yerləri ilə, banının içərisi isə işıqlandırılma ilə təchiz olunmalıdır.

1.15.2.Işçilərin daşınması «Yol hərəkəti qaydaları»na uyğun yerinə yetirilməlidir.

1.15.3.Nəqliyyat vasitələrinin sürücüsü azı üç il fasiləsiz iş stajına malik olmalıdır.

1.15.4.Avtomobilin hərəkəti zamanı banda ayaqüstə dayanmaq və ya bortun üstündə oturmaq qadağandır.

1.15.5.Avtomobilin hərəkəti zamanı avtomobilə atılıb minmək və ya ondan düşmək qadağandır.

1.15.6.Işçilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalı və hər gün işə başlamazdan əvvəl texniki baxışdan keçməlidir.

1.15.7.Işçilər avtomobilin banında daşındıqda onlardan bir nəfər rəhbər seçilməli və onun göstərişlərinə qeyd-şərtsiz əməl olunmalıdır.

1.15.8.Işçilərin daşınması üçün nəzərdə tutulmuş və ya bu məqsəd üçün təchiz olunmuş yük avtomobillərinin banında

rahat çıxarılan, həcmi iki litrdən az olmayan iki ədəd yanğınsöndürmə balonu olmalıdır.

1.15.9.Daşınan işçilərin sayı avtobusda (yük avtomobilində) olan oturacaqların sayından çox olmamalıdır.

1.15.10.Işçiləri daşıyan yük avtomobilləri işçilərə ilk tibbi yardım göstərmək üçün dərman və sarğı materialları olan dərman qutusu ilə təchiz olunmalıdır.

1.15.11.Dayanmış avtobusun qapısının açılması digər nəqliyyat vasitələrinə təhlükə yaradırsa və ya onların hərəkətinə maneçilik törədirsə, onda adamların düşübminməsinə icazə verilmir.

1.15.12.Işçiləri daşıyan yük avtomobilinin arxa bortu bo-

yunca oturacaqların quraşdırılması qadağandır.

84