Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1306
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

1.5.56.Işlənmiş qazlar borusu daxiliyanma mühərriki ilə, kollektorlar işləyən zaman onlardan gələn titrəyişin ötürülməsinin qarşısını alan amortizasiya qurğusu vasitəsi ilə birləşdirilməlidir.

1.5.57.Daxiliyanma mühərriki üçün yanacaq tutumlarının intiqal blokundan, digər binalar və qazma qurğularından 40m-dən az olmayan məsafədə yerləşdirilməsi nəzərdə tutulmalıdır. Yanacaq-sürtgü materiallarının ehtiyatı buruqdan vışka hündürlüyündən 10m-dən artıq olan məsafədə yerləşdirilməlidir.

Yanacaq xəttinin hər iki ucunda siyirtmə olmalıdır: biri

yanacaq çənlərinin çıxışında; digəri isə intiqal bloku tərəfdən bayır örtüyündən 5m-dən az olmayan məsafədə olmalıdır.

1.5.58.Daxiliyanma mühərrikləri üçün təyin olunmuş otaqda silgi materiallarının və yanacağın saxlanılması qadağandır.

1.5.59.Daxiliyanma mühərriklərini qidalandırmaq üçün təbii və ya neft səmt qazlarından istifadə edilən zaman mütləq onu əlavə separasiya etməli və 22 -ə uyğun olaraq qaz

xəttində təzyiq tənzimləyicisi qoyulmalıdır.

Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı traktorlar,

ekskavatorlar və buldozerlər

1.5.60. Quyuların mənimsənilməsi, əsaslı və cari təmiri üçün qurğular və traktor-qaldırıcılar təhlükəsiz şpil makarası (şpilevaya katuşka) ilə təchiz olunmalıdırlar. Makara olmadıqda valın ucu örtüklə bağlanmalıdır. Traktor-qaldırıcı səs siqnalı ilə, sürücünün arxa tərəfindəki pəncərə şəbəkə və dayaqlarla təchiz olunmalıdır.

1.5.61. Traktorlarda gecə vaxtı işləmək üçün arxa və qabaq işıqlandırıcı fənərlər olmalıdır.

23

vk.com/club152685050 | vk.com/id446425943

1.5.62.Traktorçu traktor-qaldırıcını yerindən hərəkət etdirməyə başlamazdan əvvəl, onun hərəkət yolunda adamların olmamasına və kənar əşyalara ilişmədiyinə əmin olmalıdır. Traktor–qaldırıcı hərəkətə gətirilməzdən əvvəl səs siqnalı ilə ətrafdakılar xəbərdar edilməlidir.

1.5.63.Qış vaxtı traktorun yana sürüşməsinin qarşısını almaq üçün onun tırtıllarında xüsusi tərtibatlar qoyulmalıdır.

1.5.64.Traktorların kabinəsinin baxış pəncərələri traktorçunu yaxşı görünmə ilə təmin etməli və şüşətəmizləyəni olmalıdır. Traktorqaldırıcıların kabinəsində qabaq, yan və

arxa pəncərələrdən savayı üstündə də olmalıdır. Traktordartıcının kabinəsinin həmçinin traktorqaldırıcının arxa və yuxarı barmaqlıqlarla mühafizə olunmalıdır.

baxış pəncərəsi arxa pəncərəsi, pəncərələri dəmir

1.5.65.Traktorqaldırıcı işə başlamazdan əvvəl mühərrikin və qaldırıcı bucurqadın işi yoxlanılmalıdır.

Bu zaman əsas diqqət əyləc sisteminin və traktorun işlək hissəsinin sazlığına yetirilməlidir.

1.5.66.Yanacaq-sürtgü materiallarının ehtiyat tutumları traktorqaldırıcının dayandığı yerdən 20m-dən az olmayan məsafədə yerləşdirilməlidir.

1.5.67.Traktor -qaldırıcının işlənmiş qazlar borusu səs boğucu və qığılcımsöndürücü ilə təchiz edilməli və yuxarıya elə qaldırılmalıdır ki, işlənmiş qazlar kabinəyə daxil olmasın.

1.5.68.Ekskavator dağın döşü ilə (yamacla) hərəkət edən zaman onun aşmasının qarşısını almaq üçün hərəkət marşrutu düzlənməlidir.

Qazmağa başlamazdan əvvəl ekskavator əvvəlcədən hazırlanmış hamar meydançaya qoyulmalı və onun tırtılları (çarxları) əyləclənməlidir.

1.5.69.Iş vaxtı, çalov (kovş) qruntdan çıxarılmayana qədər platformanın döndərilməsi, həmçinin ilməklərin köməyi ilə yanda yerləşmiş yükün dartılması qadağandır.

24

vk.com/club152685050 | vk.com/id446425943

1.5.70.Əgər ekskavatorun idarəetmə banının arxa divarı ilə xəndəyin yanı və ya tikili arasındakı məsafə qolun istənilən vəziyyətində 1 m-dən az olarsa, ekskavatorda işlər dayandırılmalıdır.

1.5.71.Ekskavator işləyən zaman qazıntı aparılan tərəfdə hər hansı başqa işlərin yerinə yetirilməsinə və ekskavatorun hərəkət radiusu üstəgəl 5 m məsafədə adamların olmasına icazə verilmir.

1.5.72.Ekskavatorla qrunt yük avtomaşınına yüklənən zaman qrunt sürücünün kabinəsinin üstündən deyil, yalnız yan

və arxa tərəfdən verilməlidir.

Ekskavator işləyən zaman adamların (sürücünün) yük avtomaşınının kabinəsində, yaxud avtomaşınla ekskavatorun arasında olmaları qadağandır.

1.5.73. Ekskavator dayandırılan zaman qolu ekskavatorun oxu boyunca yerləşdirilməli, çalovu (kovşu) isə yerə endirilməlidir. Ekskavatorçu qruntla dolu çalov (kovşun) yuxarı qaldırılmış vəziyyətdə olduqda ekskavatordan düşməməlidir.

1.5.74.Tikinti meydançası hüdudları daxilində, ekskavatorun hərəkət etdiyi yol əvvəlcədən düzləndirilməli, zəif qruntlarda isə inventar sipərlərlə möhkəmləndirilməlidir.

1.5.75.Birçalovlu ekskavatorun hərəkəti zamanı onun qolunu mütləq hərəkət istiqamətində qoymalı, çalovu isə yerdən 0,5-0,7 m qaldırmalı.

1.5.76.Ekskavatorun yüklənmiş çalovla hərəkət etməsi

qadağandır.

1.5.77.Tırtıllı ekskavatorun körpülərin, kəsişən yolların üstündən salınan körpülərin və s. üzəri ilə hərəkət etməsinə yalnız müvafiq təşkilatlardan icazə alındıqdan sonra yol verilir.

1.5.78.Ekskavatorun kiçik çayların dayaz yerlərində hərəkət etdirilməsi məsul iş rəhbərinin hərəkət yolunu yoxlamasından sonra, onun icazəsi ilə yerinə yetirilməlidir.

25

vk.com/club152685050 | vk.com/id446425943

1.5.79.Ekskavator işləyən zaman aşağıdakılara əməl

edilməlidir:

-xəndəyin kənarında çalovlu qolun təhlükəli hərəkət zonasında olmamalı;

-ekskavatorçunun siqnalını izləməli;

-ekskavator qruntun dağılma (uçma) prizması hüdudlarında işləyən zaman xəndəyin kənarına yaxınlaşmamalı.

1.5.80.Xəndəyin qazılması üzrə işlərin müvəqqəti dayandırılması və ya ekskavatorun təmiri zamanı, çalov qaldırılmalı, ekskavator isə xəndəyin qırağından 2 m-dən az olmayaraq,

dağılma prizması zonası hüdudlarından kənarda dayandırılmalıdır. Bu zaman ekskavator əyləclənməli, tırtılların (çarxların) altına dayaq (altlıq) qoyulmalıdır.

1.5.81.Buldozeri dayandıran zaman, onun laydırını yerə endirmədən buldozerçinin buldozeri tərk etməsi qadağandır.

1.5.82.Xəndəyin doldurulması zamanı, buldozerin xəndəyə sürüşüb düşməsinin qarşısını almaq üçün laydırın xəndəyin kənarı ilə hərəkətinə yol verilməməlidir.

1.5.83.Buldozerin sürüşməsinə və maşının aşmasına imkan verməmək üçün onun yağışlı havada gilli qruntlarda işləməsinə icazə verilmir.

26

vk.com/club152685050 | vk.com/id446425943

1.6.Polad kanatlar

1.6.1.Yükqaldırma mexanizmlərinin tellənməsi üçün istifadə edilən polad kanatlar [7] –in tələblərinə uyğun olmalıdır.

Bu tələblər həmçinin yük kanatı, daşıyıcı və dartıcı kimi istifadə edilən polad kanatlara şamil edilir.

Polad kanatlardan hazırlanmış yük ilməkləri müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

1.6.2.Quyuların tikilməsi zamanı tal kanatının ehtiyat möhkəmlik əmsalı (kanatın qırılma qüvvəsinin tal kanatının

işlək ucunun gərilmə qüvvəsinə nisbəti) 3-dən az olmamalıdır. Müstəsna hal kimi ağır qoruyucu kəmər buraxılan və qəza işləri görülən zaman bu əmsalın 2-yə endirilməsinə icazə verilir.

1.6.3. Quyuların təmiri üzrə qazma qurğuları və aqreqatlarının tal sistemləri üçün müvafiq dövlət standartlarının tələblərinə uyğun, istismar və kəşfiyyat qazmaları üçün olan tal kanatları tətbiq edilməlidir.

Azdövdağtexnəzarət Komitəsinin icazəsi ilə keyfiyyətcə Azərbaycan Respublikası standartlarının tələblərindən aşağı səviyyədə olmayan, xarici ölkələrdə istehsal olunmuş tal kanatlarından istifadə etməyə yol verilir.

1.6.4.Kanatların birləşməsi onun sərbəst ucunun kouşdan keçirilərək hörülməsi və ya 3-dən az olmayaraq vintvari sıxacla bərkitmək yolu ilə yerinə yetirilməlidir. Sıxaclar arasındakı məsafə kanatın diametrinin 6 mislindən az olmamalıdır.

1.6.5.Kanatın vəziyyətinə daima nəzarət edilməlidir. Kanata baxışın tezliyi işin xarakteri və şəraitindən asılı olaraq müəyyən edilməlidir. Çıxdaşetmə və kanatın dəyişdirilməsi 7

ilə müəyyən edilmiş meyarlara uyğun olaraq aparılmalıdır. Aşağıda göstərilən hallardan biri olduqda kanatdan istifa-

də etmək qadağandır:

27

vk.com/club152685050 | vk.com/id446425943

-hörüklərindən biri qırılmışdırsa, əzilmişdirsə, kanatın bir və ya bir neçə hörüyündə tellər əzilmişdirsə;

-kanatın və ya hörüyün özəyi əzilmişdirsə;

-kanatda dalğaya və zənbiləbənzər şəkilli deformasiyalar vardırsa, kanatın diametri artıb və ya azalmışdırsa (yerli);

-diametri 20mm-ə qədər olan kanatın bir addımında qırılmış tellərin sayı bütün tellərin sayının 5%-dən çox olarsa, diametri 20mm-dən çox olan kanatda isə qırılmış tellərin sayı bütün tellərin sayının 10%-dən çoxdursa;

-kanatda burulma («juçok») vardırsa;

-səthi yeyilmə, korroziya nəticəsində kanatın diametri 7% və daha çox azalmışdırsa;

-kanatın xarici tellərinin diametri yeyilmə, korroziya nəticəsində 40% və daha çox azalmışdırsa;

-onun üzərində yüksək temperatur şəraitində olmaq izləri (rənginin dəyişməsi, yanıq) və ya elektrik qısa qapanması (elektrik qövsündən ərimə) izləri vardırsa.

1.6.6.Qazma qurğularında, əsaslı və cari təmirdə, traktor-qaldırıcıda və digər yerlərdə calanmış kanatlardan istifadə edilməsi qadağandır.

1.6.7.Tal kanatlarının, həmçinin vışkaların, dorların qaldırılması üçün istifadə edilən kanatların, dartıcıların, qoruyucu kanatların elektrik qaynağı vasitəsi ilə kəsilməsi qadağandır. Kanatların kəsilməsini mühafizə eynəkləri (maska) tətbiq etməklə xüsusi tərtibatdan (kanatkəsən) istifadə edərək yerinə yetirmək lazımdır.

1.7.Ərazilərə, obyektlərə, binalara (otaqlara)

və iş yerlərinə olan tələblər

1.7.1. Müəssisənin ərazisi və orada qurğuların, binaların, istehsalat obyektlərinin yerləşdirilməsi [41] –in tələbləri nəzərə alınmaqla işlənilmiş layihəyə uyğun olmalıdır.

28

vk.com/club152685050 | vk.com/id446425943

Müəssisənin ərazisi, ayrı-ayrı istehsalat obyektləri baş plan üzrə planlaşdırılmalı, çəpərlənməli (nişanlanmalı), tikilməlidir.

1.7.2.Yeraltı kommunikasiyalar (kabel xətti, neft-qaz kəmərləri və s.) olan müəssisələrdə bu kommunikasiyaların müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki yerləşmə sxemi olmalıdır. Kommunikasiyaların faktiki yerləşməsinin layihədən kənara çıxma halları olarsa, belə faktlar bu layihəni işləyən təşkilatla razılaşdırılmalıdır. Yerlərdə yeraltı kommunikasiyalar xətt boyunca və döngələrdə göstəricilərlə (reperlərlə) işarələnməlidir.

1.7.3.Boru kəmərlərinin avtomobil yolları və keçidlərlə

kəsişdiyi yerlərdə təhlükə haqqında xəbərdaredici nişanlar qoyulmalıdır. Belə yerlərdə boru kəmərləri müvafiq örtüklə (kojux) örtülməlidir.

1.7.4.Bina və otaqların yanğın-partlayış və yanğın təhlükəliliyi üzrə kateqoriyası bu Qaydaların 5.8.7 bəndinin tələblərinə uyğun olaraq tikililərin layihələndirilməsi mərhələsində layihə təşkilatı tərəfindən müəyyən edilməlidir.

1.7.5.Obyektlərdə istehsalat zərərliyi inşaat

normalarında müəyyən olunmuş həddən yüksəkdirsə, bu zaman bu zərərliyin işçilərə təsirinin azaldılması üçün təşkilatıtexniki tədbirlər həyata keçirilməlidir.

1.7.6.Istehsalat otaqları müvafiq SNiP, SN və yanğın təhlükəsizliyi qaydalarına cavab verməlidir.

1.7.7.Cihazlar, aparatlar, avadanlıqlar, kommunikasiyalar, boru kəmərləri və s. elə yerləşdirilməlidir ki, onlara baxış keçirmək, xidmət etmək və onları təmir etmək mümkün olsun.

1.7.8.Istehsalat obyektləri (sexlər, sahələr, qurğular və s.) qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada istismara verilməlidir. Istehsalat otaqlarının ölçüləri [75]-ə uyğun olmalıdır.

1.7.9.Iş yerlərində, habelə zərərli (və ya təhlükəli) istehsalat amillərinin insana təsiri mümkün olan yerlərdə xəbərdaredici nişanlar və yazılar olmalıdır. Iş yerlərində

29

vk.com/club152685050 | vk.com/id446425943

təhlükəsizlik texnikası təlimatları, yanğın təhlükəsizliyi təlimatları, həmçinin avadanlıqların, aqreqatların və s. istismar təlimatları olmalıdır.

1.7.10.Iş yerində iş prosesinə və texnologiyasına aidiyyatı olmayan maşın və avadanlıqların olmasına icazə verilmir.

Iş yerləri, yollar və keçidlər mütəmadi olaraq təmizlənməli və kənar əşyalarla qalaqlanmamalıdır.

1.7.11.Bina və obyektlərin ehtiyat çıxışı olmalıdır. Bütün giriş və çıxışlar, dəhlizlər işçilərin təcili təxliyə olunması üçün

təmiz və boş olmalıdır. Çıxış qapıları xaricə açılmalıdır və qapıların astanası olmamalıdır.

1.7.12.Bina və obyektlərin ətraf ərazisi abad olmalı və müvafiq sanitar və yanğın təhlükəsizliyi normalarına cavab verməlidir.

1.7.13.Obeyktlərdə olan su qüllələrinin, onlara gələn və çıxan su kəmərlərinin və digər yerüstü su kəmərlərinin qışda donmaması üçün istilik izolyasiyası olmalıdır.

1.7.14.Binalarda, qurğularda hər hansı bir əşyanın düşmə ehtimalı varsa, həmin yerlərdə təhlükəsizlik sərhəddi müəyyən edilməlidir. Elektrik cərəyanı ilə vurma (xəsarətalma) təhlükəsi olan yerlərdə də təhlükəsizlik sərhəddi müəyyən edilməlidir.

1.7.15.Daim təhlükəli olan istehsalat ərazilərinə kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün həmin yerlər çəpərlənməlidir.

1.7.16.Maşın və mexanizmlərin hərəkət edən hissələri üçün təhlükəsizlik zonasının sərhəddi, əgər istehsalçı zavod tərəfindən həmin avadanlıqların pasportunda və ya təlimatında daha sərt tələblər irəli sürülməyibsə 5,0 metr

müəyyən edilir.

30

vk.com/club152685050 | vk.com/id446425943

1.7.17.Istehsal təyinatlı iş yerlərində havanın temperaturu, nisbi rütubəti və onun hərəkət sürətinin optimal normaları [99]-a uyğun olmalıdır.

1.7.18.Buxarların, qazların və tozların ayrılması mümkün olan bağlı otaqlarda və həmçinin texnoloji proseslərin dəyişilməsi hallarında hava mühitinə daima nəzarət aparılmalıdır. Hava mühitinin vəziyyəti haqqında məlumatlar iş yerlərində qeyd edilməli və obyektin işinin əsas texnoloji göstəriciləri ilə birgə dispetçer məntəqəsinə çatdırılmalıdır.

1.7.19.Binalarda və binalardan kənarda yerləşən iş yerləri,

texnoloji avadanlıqlar, yollar, keçidlər, dəhlizlər, pilləkənlər və s. sutkanın qaranlıq vaxtı [47, 211]–ə uyğun olaraq işıqlandırılmalıdır.

1.7.20. Işçi işıqlandırılması ilə yanaşı obyektlərdə qəza və təxliyə işıqlandırılması da olmalıdır. Qəza və təxliyə işıqlandırma çıraqları müstəqil mənbədən qidalandırılmalıdır.

Stasionar qəza və təxliyə işıqlandırma çıraqlarının əvəzinə partayış mühafizəli akkumulyatorlu daşınma (əl) çıraqlardan istifadə etməyə icazə verilir.

1.7.21.Ayrı-ayrı mexanizmlər arasındakı məsafə 1 m- dən, işçi keçidlərin (proxod) eni isə 0,75 m-dən az olmamalıdır. Səyyar və modul-bloklu qurğular və aqreqatlar üçün işçi keçidin eni 0,5 m-dən az olmamalıdır.

1.7.22.Yanğın-partlayış təhlükəli istehsalat sahələrində (neftin hazırlanması qurğuları, rezervuar parkları və s.) taxta döşəmələrin tətbiqi qadağandır.

1.7.23.Aparatların, boru kəmərlərinin və s. isti səthləri ilə insanların toxunma (yanıqalma) ehtimalı olan yerlərdə, onların səthi izolyasiya edilməli və ya çəpərlənməlidir.

1.7.24.Boru kəmərlərinin və kommunikasiyaların avto-

mobil və keçid yolları ilə kəsişdiyi yerlərdə, onlar dayaqlar üzərində 4,5 m yüksəklikdə quraşdırılmalıdır.

31

vk.com/club152685050 | vk.com/id446425943

Bu sahələrdə boru kəmərlərində və kommunikasiyalarda olan izolyasiya materiallarının zədələnərək düşməsinin qarşısını alan talvarlar və ya hər hansı başqa bir qurğu quraşdırılmalıdır.

1.7.25.Sanitar və yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq istehsalat obyektləri məişət və istehsalat zərurəti üçün su ilə təmin olunmalıdır.

1.7.26.Binalarda və istehsalat obyektlərinin ərazilərində siqaret çəkmək üçün xüsusi yerlər müəyyən edilməlidir.

1.7.27.Növbə ərzində istehsalat müəssisəsində işləyən

qadınların sayı 15 nəfərdən az olmadıqda onlar xüsusi gigiyena otağı ilə təmin olunmalıdırlar.

1.7.28.Müəssisənin balansında olan bütün maşınların, mexanizmlərin, avadanlıqların və qurğuların inventar nömrəsi və pasportu olmalı və onlar xüsusi jurnallarda qeydiyyata alınmalıdır.

1.7.29.Yeni tikilən (quraşdırılan), yenidən qurulan, istismara verilən və əsaslı təmir olunmuş obyektlərin istismara verilməsi Dövlət nəzarət orqanlarının iştirakı ilə keçməli və bu

haqqda onlara əvvəlcədən rəsmi məlumat verilməlidir.

1.8.Anbarlara olan tələblər

1.8.1.Ümumi tələblər

1.8.1.1.Anbar otaqlarında ümumi elektrik açarı anbar otağının xaricində yanmayan divarda, yanar divarlı anbarlarda isə ayrıca dayanmış dirəkdə quraşdırılmış şkaf və ya taxçada yerləşdirilməlidir.

1.8.1.2.Otaqların isidilməsində mərkəzi su və hava isidicilərinin qızdırıcı cihazlarından istifadə edilməlidir.

Anbarlarda qaz plitələrinin, məişət elektrik qızdırıcı cihazların və sobaların quraşdırılması qadağandır.

32

vk.com/club152685050 | vk.com/id446425943

1.8.1.3. Yüklərin və yükləyici mexanizmlərin anbarların rampalarında saxlanılmasına yol verilmir. Rampaya boşaldılmış materiallar anbarda işin sonunadək yığışdırılmalıdır.

1.8.2.Asan alışan və yanar maye anbarları

1.8.2.1.Anbarların quruluşu qüvvədə olan norma və qaydaların tələblərinə cavab verməlidir.

1.8.2.2.AAM və YM açıq anbarları istehsalat sexləri və

yaşayış məntəqələrinə nisbətən aşağı səviyyəli meydançalarda yerləşdirilməlidir. Meydançaların qəza zamanı mayenin axmasının qarşısını alan bəndi olmalıdır.

1.8.2.3.Anbar otaqlarının daxili taxta konstruksiyaları odadavamlı tərkiblə işlənməlidir.

1.8.2.4.Qablaşdırılmış neft məhsulları saxlanılan anbarlarda çəlləklər zərbə almamalı, tıxacları yuxarı olmaqla ehtiyatla yığılmalıdır. Anbarlarda bilavasitə neft məhsulları ilə

doldurma işlərinin aparılması və qablaşdırılma materiallarının və taralarının saxlanılması qadağandır.

1.8.2.5. Boşaltma və doldurma boru xətlərinə və dayaqlarına müntəzəm baxış keçirilməli və onların profilaktiki təmiri aparılmalıdır. Boşaltma-doldurma qurğularında aşkar olunan sızma dərhal aradan qaldırılmalıdır. Əgər bu mümkün deyilsə, boşaltma qurğusunun nasaz hissəsi bağlanmalıdır.

1.8.3.Kimyəvi maddələr anbarı

1.8.3.1.Anbarın xidməti heyəti kimyəvi maddələrin və reaktivlərin saxlanılması üzrə təhlükəsizlik tələblərini bilməlidir.

33

vk.com/club152685050 | vk.com/id446425943

1.8.3.2.Anbarlarda kimyəvi maddələrin ən xarakterik xüsusiyyətləri (oddan təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) göstərilməklə onların yerləşdirilmə planı işlənilməlidir.

1.8.3.3.Eyni fiziki-kimyəvi və yanğın təhlükəli xüsusiyyətli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır.

Bu məqsədlə anbarlar bir-birindən yanmayan bütöv divarlarla (arakəsmələrlə) izolə edilmiş ayrıca otaqlara bölünməlidir.

1.8.3.4.Kimyəvi maddələr anbarlarında kimyəvi maddələrin saxlanılması ilə əlaqəsi olmayan işlərin aparılması qadağandır.

1.8.3.5.Güclü təsiredici zəhərli maddələrin saxlanılmasına, yalnız onlar üçün mövcud olan xüsusi qaydalara ciddi riayət edilməklə yol verilir.

1.8.3.6.Kimyəvi maddələrlə bağlı işlər səliqəli aparılmalıdır ki, qablaşdırma materialı zədələnməsin.

Içərisində kimyəvi maddə olan hər bir taranın yazısı və ya adı göstərilən birkası olmalıdır.

1.8.3.7.Hava, su, yanar maddələrlə kontaktda olarkən

öz-özünə alışmaya meylli və ya partlayış təhlükəli qarışıq əmələ gətirə bilən kimyəvi reaktivlər, bu tip kontaktda olma imkanı, həmçinin həddən artıq yüksək temperatur və mexaniki təsir tam istisna olmaqla xüsusi şəraitdə saxlanılmalıdır.

Güclü təsirə malik oksidləşdiricilər (maqnezium-xlorat, kalsium xlorat-xlorid, hidrogen piroksid və s.) digər kimyəvi maddə və reaktivlərdən tam izolə edilməklə saxlanılmalıdır.

1.8.3.8.Kimyəvi maddələrin çəkilib qablaşdırılması xüsusi otaqlarda aparılmalıdır. Dağılmış və ətrafa səpələnmiş maddələr təcili yığışdırılmalı və zərərsizləşdirilməlidir. Qablaşdırma materialları (kağız, yonqar, lif, pambıq) xüsusi otaqlarda saxlanılmalıdır.

1.8.3.9.Yanğın zamanı əriyə bilən kimyəvi maddələr saxlanılan otaqlarda ərintinin sərbəst axmasının qarşısını alan qurğu (bortlar, panduslu kəndarlar) nəzərdə tutulmalıdır.

34

vk.com/club152685050 | vk.com/id446425943

1.8.3.10.Şüşə qablar, çəlləklər, reaktivli barabanlar açıq meydançalarda hər birində 100 ədəddən çox olmayan qruplar halında yerləşdirilməli və bu qruplar arasındakı məsafə 1mdən az olmamalıdır. Hər bir qrupda məhsul yalnız müəyyən növ üzrə saxlanılmalı və bu da uyğun işarəli yazılarla qeyd olunmalıdır. Meydançalar yaxşı hamarlanmalı və səddlərlə çəpərlənməlidir. Açıq meydançalardakı reaktiv dolu şüşə qablar günəş şüalarının təsirindən qorunmalıdır.

1.8.3.11.Azot və kükürd turşusunun saxlanılmasında onların taxta, çubuq və digər üzvü mənşəli maddələrlə təmasda

olmasının qarşısı alınmalıdır.

1.8.3.12. Turşular saxlanılan anbarlarda, təsadüfən tökülən turşunun dərhal neytrallaşdırılması üçün hökmən hazır təbaşir, əhəng və ya soda məhlulu saxlanılmalıdır. Turşuların saxlanılma yerləri nişanlanmalıdır.

1.8.3.13. Yükləmə-boşaltma işlərində istifadə olunan avtonəqliyyatın işin sonunda anbarların ərazisində saxlanılması qadağandır.

1.8.4.Materiallar anbarı

1.8.4.1.Anbarda müxtəlif material və məmulatlar oxşar yanğınsöndürücü vasitələrdən (su, köpük, qaz) istifadə etmə əlamətlərinə görə və materialların (məsələn, AAM və YM) yanmasının oxşarlığına görə seçilib yığılmalı və digər materiallardan (azot və kükürd turşusu, digər üzvü maddə və karbohidrogenlərdən) ayrıca saxlanılmalıdır.

1.8.4.2.Anbarların stellajlarında saxlanılan məhsullar nizamla yığılmalıdır. Anbar qapısının qarşısında eni qapı eninə

bərabər, ancaq 1 m-dən az olmamaq şərti ilə keçidlər nəzərdə tutulmalıdır.

Stellajlar yanmayan materialdan hazırlanmalıdır.

35

vk.com/club152685050 | vk.com/id446425943

1.8.4.3.Materialların anbarlara yüklənməsi və boşaldılmasında istifadə olunan mexanizmlər və elektroyükləyicilərin şlanqlı kabelləri saz vəziyyətdə olmalıdır.

1.8.4.4.Anbar müdiri (anbardar) işin sonuna yaxın bütün otaqlara baxış keçirməli və ancaq onların yanğın təhlükəsizliyinə əmin olduqdan sonra elektrik şəbəkəsini söndürməli və anbarı bağlamalıdır.

1.8.4.5.Istehsalat və yardımçı binaların, anbarların zirzəmilərində lakların, rənglərin, kalsium karbidin, qaz dolu balonların, AAM və YM və digər yanğın və partlayış təhlükəli mad-

dələrin və materialların saxlanılmasına yol verilmir.

1.8.4.6. Materiallar anbarının otaqlarında elektrokar, avtoyükləyici və digər daxiliyanma mühərrikli texnikanın dayanacağı qadağandır.

1.8.5.Yanar qaz balonları saxlanılan anbarlar

1.8.5.1.Yanar qaz balonları saxlanılan anbarlar çardaxsız, arakəsməsiz, yüngül tip örtüklü yanmayan konstruksiyalardan tikilməli və birmərtəbəli olmalıdır.

Atmosfer çöküntüləri və günəş şüalarının təsirindən balonları qorumaq şərti ilə onların açıq meydançalarda da saxlanılmasına icazə verilir.

1.8.5.2.Yanar qaz balonları saxlanılan anbarların döşəmələri zərbə zamanı qığılcım verməyən materialdan olmalıdır.

1.8.5.3.Qrup halında balonların divarla arakəsməsi olmadan yerləşdirilməsinə yalnız yanmayan bütöv divarlı (qapı və pəncərəsi olmayan divar) binalarda icazə verilir.

Qrup halında balonlar şkaflarda və ya yanmayan mate-

riallardan hazırlanmış xüsusi budkalarda saxlanılmalıdır.

36

vk.com/club152685050 | vk.com/id446425943

1.8.5.4.Sıxılmış, mayeləşdirilmiş, həll olunmuş qazların saxlanılması üçün ayrılmış balonlar [9]-n tələblərinə cavab verməlidir.

Balonların xarici səthi hər bir qaz üçün müəyyən edilmiş rəngə uyğun rənglənməlidir.

1.8.5.5.Balonların müəyyən edilmiş normadan artıq sıxılmış, mayeləşdirilmiş və həll olunmuş qazlarla doldurulması qadağandır.

1.8.5.6.Yanar qaz balonları (hidrogen, asetilen, propan, etilen və s.) oksigenli balonlardan, sıxılmış hava və digər

oksidləşdiricilərdən, həmçinin zəhərli qazlardan ayrı saxlanılmalıdır.

1.8.5.7.Oksigenli balonlar yağlarla və yağlı materialı olan armaturlarla təmasda olmamalıdır. Oksigenli balonların əllə daşınması zamanı ventildən tutmaq qadağandır.

1.8.5.8.Sıxılmış qaz stansiyalarının partlayış təhlükəli otaqlarında və yanar qaz balonları saxlanılan otaqlarda təhlükəli qaz qatılığının yaranması barədə siqnal verən cihazlar quraşdırılmalıdır.

Göstərilən cihazlar olmadıqda otağın havasının növbədə bir dəfədən az olmayaraq qaz analizi aparılmalıdır.

Analiz üçün hava nümunələri otağın aşağı və yuxarı hissələrindən götürülməlidir. Otaqda təhlükəli qaz qatılığı aşkar olunarsa, otağın havasının dəyişdirilməsi üçün tədbirlər görülməli, onun qazlanması səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır.

1.8.5.9.Düzülmə zamanı balonların bir-birindən zərbə almasına, balon qapaqlarının döşəməyə düşməsinə yol verilməməlidir.

1.8.5.10.Yanar qaz balonlarında sızma aşkar olunarsa, həmin balonlar təcili olaraq anbardan kənarlaşdırılmalıdır.

1.8.5.11.Yanar qaz balonları istilik mənbələrindən 1mdən az olmayan məsafədə saxlanılmalıdır.

37

vk.com/club152685050 | vk.com/id446425943

1.8.5.12.Yanar qaz balonları saxlanılan anbarlara ayaqqabısının altlığına (dabanına) metal mismar və ya nal vurulmuş şəxslərin daxil olması qadağandır.

1.8.5.13.Balonların günəş şüalarının birbaşa təsirindən qorunması üçün anbarın pəncərə şüşəsi ağ rənglə rənglənməli və ya günəşdən qorunma qurğuları ilə təchiz olunmalıdır.

1.8.5.14.Balonlar saxlanılan anbarlardan radiusu 10 m- dən yaxın məsafədə yanar materialların saxlanılması və odlu işlərin aparılması qadağandır.

1.8.5.15.Başmaqlı yanar qaz balonları anbarlarda şaquli

(dik) vəziyyətdə saxlanılmalıdır. Balonların aşmaması üçün, onlar xüsusi yuvalara yerləşdirilməli və ya çəpərlənməlidir.

1.8.5.16.Başmağı olmayan balonlar taxta çərçivələrdə və ya stellajlarda üfiqi vəziyyətdə saxlanılmalıdır.

Balonlar sıra ilə yığılarkən, onların hündürlüyü 1,5 m artıq olmamalı, bütün ventillər qoruyucu qapaqlarla bağlanmalı və hamısı bir tərəfə yönəldilməlidir.

1.8.5.17.Yanar qaz balonları saxlanılan anbarların təhlü-

kəsiz qaz qatılığını təmin edən məcburi ventilyasiyası olmalıdır. Ventilyasiyası nasaz anbarların istismarı qadağandır. 1.8.5.18. Qaz balonları olan anbarlarda digər maddə,

material və əşyaların saxlanılması qadağandır.

1.9.Təhlükəli və zərərli maddələrlə əlaqəli işlər

1.9.1.Ümumi tələblər

1.9.1. 1. Idarə və müəssisələrin fəaliyyətində zərərli maddələrdən istifadə olunursa, onların tətbiqinin və saxlanılmasının

təhlükəsizliyinə dair təlimatlar olmalı, təşkilatı-texniki, sanitar-gi- giyenik və tibbi-bioloji kompleks tədbirlər həyata keçirilməlidir.

38

vk.com/club152685050 | vk.com/id446425943

1.9.1.2.Işçi zonada zərərli qazlara nəzarət, onların təhlükəlilik dərəcəsindən asılı olaraq qüvvədə olan normativ sənədlərin [99] tələblərinə müvafiq təşkil olunmalıdır.

1.9.1.3.Yol verilən qatılığı (YVQ) məlum olmayan zərərli maddələrin (kimyəvi reagentlərin) tətbiqi qadağandır.

1.9.1.4.Müvafiq fərdi mühafizə vasitələri olmayan şəxslərin zərərli maddələrlə işləməsi qadağandır.

1.9.1.5.Hər bir idarə və müəssisədə əmrlə kimyəvi reagentlərin saxlanılması, işlənilməsi və lazımi qaydada sənədləşdirilməsi üçün cavabdeh şəxs təyin olunmalıdır.

1.9.1.6.Zərərli maddələr və kimyəvi reagentlər qüvvədə olan müvafiq normativ sənədlərin tələblərinə cavab verən anbarlarda saxlanılmalıdır.

1.9.1.7.Zərərli maddələri daşıyan nəqliyyat vasitələri xüsusi xəbərdaredici yazılarla təchiz olunmalıdır.

1.9.1.8.Zərərli maddələr saxlanılan anbarlar siqnal və avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunmalı, ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

1.9.2.Qələvi və turşularla əlaqəli işlər

1.9.2.1.Qələvi və turşularla işləyərkən avadanlıqların, boru kəmərlərinin və armaturların flans birləşmələri örtüklə bağlanmalıdır.

1.9.2.2.Qələvi və turşuların səviyyəsini ölçən qurğular

elə quraşdırılmalıdır ki, işçilərin tutumun üstünə qalxması istisna olunmuş olsun.

1.9.2.3. Qələvi və turşular saxlanılan tutumlara dövri olaraq baxış keçirilməlidir. Bütün aşkar olunmuş qüsurlar dərhal aradan qaldırılmalıdır.

39

vk.com/club152685050 | vk.com/id446425943

1.9.2.4.Kaustik sodanı əl ilə bölmək (xırdalamaq) qadağandır. Onu xüsusi tutumda buxara verməklə yumşaltmaq lazımdır.

1.9.2.5.Kaustik sodanı buxara verərkən, işçilərin qələvinin sıçrantılarından (damcılarından) və ya buxardan yanıq almaması üçün, barabanın altına verilən buxarı ehtiyatla buraxmaq lazımdır.

1.9.2.6.Qələvinin buxara verilməsini müşahidə etmək üçün, buxarın verilməsini dayandırmadan barabanı əymək qadağandır.

1.9.2.7.Barabanların buxara verilməsi üçün onların tutuma qaldırılması mexanikləşdirilməlidir.

1.9.2.8.Müxtəlif qatılıqlı turşuların, onların saxlanıldığı

tutumlarda qarışdırılması qadağandır.

1.9.2.9.Ammonyak, qələvi və turşu məhlullarının hazırlanmasından əvvəl tutumların, boru kəmərlərinin, ventillərin, siyirtmələrin sazlığı yoxlanılmalıdır.

1.9.2.10.Sulfat turşusunu su ilə qarışdırmaq üçün

turşunu suyun üzərinə yavaş-yavaş tökmək lazımdır.

1.9.2.11.Qələvi, ammonyak və ya turşu dərinin üzərinə düşərsə, dərhal həmin yer yetərincə su ilə yuyulmalı, neytrallaşdırıcı vasitələrlə işlənməli və tibb məntəqəsinə müraciət olunmalıdır.

1.9.2.12.Ammonyakın 25% sulu məhlulu ilə işlər görülərkən qələvilərə tətbiq olunan eyni təhlükəsizlik tələblərinə riayət olunmalıdır.

1.9.2.13.Qələvi, turşu və göz üçün təhlükəli digər maddələrlə işləyərkən mühafizə eynəyindən istifadə olunmalıdır. Eynəksiz işləmək qadağandır.

1.9.3.Dietilenqlikolla əlaqəli işlər

40

vk.com/club152685050 | vk.com/id446425943

1.9.3.1. Qaz qurudulma qurğularında nasos təsərrüfatı (DEQ vurulması üçün) partlayış yanğın təhlükəli otaqların avadanlıq və qurğularına olan tələblərə və o cümlədən aşağıdakılara cavab verməlidir:

a)DEQ təzyiqlə (püskürdülməsində) vurulmasında və daxildə vurma işlərində istifadə olunan nasoslar bir-birindən bütöv divarla ayrılmalıdır;

b)naqillər və elektrik mühərrikləri partlayışdan mühafizəli olmalıdır.

1.9.3.2.Nasos yerləşən otağın döşəməsi nefti özünə hopdurmayan quru, təmiz və yanmayan materialdan olmalıdır.

1.9.3.3.Təmirdən qabaq, nasosdan əvvəl və sonra yerləşən siyirtmələri bağlamaqla (qapayıcılar quraşdırılmaqla)

nasos boru kəmərindən açılmalıdır (təcrid olunmalıdır).

1.9.3.4.Yeni gətirilmiş DEQ, avtosisterndən stasionar tutuma, boşaltma meydançasından azı 10 m məsafədə quraşdırılmış boşaltma dayağı və nasos vasitəsi ilə vurulmalıdır.

1.9.3.5.DEQ-in verilməsi dayandırıldıqda texnoloji xətt açılmalı və eyni vaxtda işıq siqnalizasiyası işə düşməlidir.

1.9.3.6.DEQ-in regenerasiya (bərpaedici) qurğusu texnoloji avadanlıqdan (yanğından) təhlükəsiz məsafədə yerləşdirilməlidir.

1.9.3.7.Təmirdə olan regenerator ancaq boru kəmərindən açıldıqdan sonra sökülməlidir.

1.9.3.8.Regeneratora baxış və onun təmiri mühəndistexniki işçinin rəhbərliyi ilə azı iki fəhlədən ibarət heyətlə yerinə yetirilməlidir.

1.9.3.9.DEQ-in regenerasiya qurğularının odluğundakı yanma prosesinə təhlükəsiz və rahat nəzarət etmək üçün

baxış pəncərəsi olmalıdır.

1.9.3.10. Məşəl söndüyü halda DEQ-in regenerasiya qurğusu texnoloji xətdən ayrılmalıdır.

41

vk.com/club152685050 | vk.com/id446425943

1.9.3.11.Odluğun buxarlandırıcısını ağacın ucuna sarınmış əski ilə və ya buna bənzər digər üsullarla yandırmaq qadağandır.

Yandırılma fitil vasitəsi ilə yerinə yetirilməlidir.

1.9.3.12.Qaz kəmərində təzyiq qəflətən enərsə və ya qalxarsa, qaza kondensat düşərsə, buxarlandırıcıda temperatur yüksələrsə və texnoloji prosesin pozulduğu digər hallarda odluqda yanma dayandırılmalıdır.

1.9.3.13.Qızdırıcının istismarı [12]–in tələblərinə uyğun

aparılmalıdır.

1.9.4.Civə ilə əlaqəli işlər

1.9.4.1.Civə ilə işləyərkən aşağıda göstərilən tələblərdən əlavə [220]–də verilmiş göstərişlərə riayət olunmalıdır.

1.9.4.2.Civənin qızdırılması, yuyulması, distillə edilməsi ilə əlaqəli işlərdə, onun açıq səthlərinin mövcud olduğu halda

və civənin dağılması ehtimal olunan cihazlardan istifadə edildikdə bu işlər digər otaqlardan təcrid olunmuş ayrıca otaqlarda aparılmalıdır.

1.9.4.3.Civə içəri səthi minalanmış polad germetik balonlarda saxlanılmalı və daşınmalıdır. Çox az miqdarda olan civəni rezin balonlarda saxlamağa və nəql etməyə icazə verilir.

1.9.4.4.Civə ilə işləyən cihazlara baxış keçirmək, onları təmir etmək üçün nəzərdə tutulan otaqlarda civə kip tıxaclı, qalın divarlı şüşə tutumlarda və ya rezin kolbalarda qliserin altında 1 litrdən çox olmayan həcmdə saxlanılmalıdır.

1.9.4.5.Civə ilə dolu tutumlar dəstəyi olan xüsusi metal qablarda (futlyarlarda) daşınmalıdır.

1.9.4.6.Civə ilə iş görülən otaqların havası ayda bir dəfədən az olmayaraq onun buxarlarının mövcudluğuna yoxlanılmalıdır. Otaqda civə buxarlarının yüksək qatılığı aşkar

42

vk.com/club152685050 | vk.com/id446425943

olunduqda (0,01mq/m3 çox olduqda) sanitariya təmizləmə işləri və əlavə olaraq hava mühitinin analizi aparılmalıdır.

1.9.4.7. Civə ilə iş görülən otaqlarda aşağıdakı şərtlərə riayət olunmalıdır:

a)divarlar sementlə malalanmalı və yağlı boya ilə rənglənməlidir;

b)döşəmə və bütün divar boyu döşəmədən 100 mm yuxarı sahə qara plastik kütlədən hazırlanmış (viniplast) təbəqə ilə örtülərək bərkidilməlidir;

c)döşəmə civəni yığmaq üçün nəzərdə tutulan çalaya

(tutucuya) doğru maili quraşdırılmalıdır;

ç) divar və tavanın küncləri hamar olaraq dəyirmiləşdirilməlidir.

1.9.4.8.Işçi mebelin quruluşu sadə, səthləri hamar olmalı, nitroemal və ya nitrolaklarla rənglənməli, döşəmədən hündürlüyü azı 20 sm olan ayaqlar üzərində yerləşdirilməlidir.

1.9.4.9.Stol və sorucu şkafların kənarlarında hündür bortlar və civənin axması üçün dəliklər olmalıdır. Dəliyin

altında onun kənarlarına kip bağlanmış içərisi və çölü şpaklyovkalanmış və rənglənmiş civənin axması üçün tərtibat olmalı, onun da altında qalın divarlı tutum üçün (civənin yığılması üçün) yer nəzərdə tutulmalıdır. Tutumun içərisində daima su olmalıdır. Tərtibat suya dalmış vəziyyətdə olmalıdır.

Civənin axması üçün nəzərdə tutulan dəliyi kauçuk tıxacla qapayırlar. Hər gün yığılmış civə tutumdan boşaldılmalıdır.

1.9.4.10.Içərisində civə olan aparatların kranının civənin təzyiqi altında sıçrayıb düşməsini istisna edən xüsusi bərkidilmə sistemi olmalıdır. Kauçuk borucuqların aparatlara birləşən yerləri etibarlı surətdə bərkidilməlidir.

1.9.4.11.Otaqlar sanitariya vəziyyətindən asılı olaraq, dövri surətdə, ayda bir dəfədən az olmayaraq yığışdırılmalıdır (təmizlənməlidir). Bu vaxt divar, döşəmə və aparatların səthi

43

vk.com/club152685050 | vk.com/id446425943

sabunlu su ilə yuyulmalı və kalium-permanqanatın 0,1% məhluluna qatı xlorid turşusu (1 litr məhlula 5 ml HCl) əlavə etməklə silinməlidir.

1.9.4.12.Hər gün işə başlamazdan əvvəl və iş qurtardıqdan sonra otağın havası dəyişdirilməli, nəm süpürgə ilə təmizlənməli və nəm əsgi ilə stol, mebellər silinməlidir.

1.9.4.13.Çirkli civəni içərisində su olan bankaya töküb ağzını kauçuk tıxacla bağlamaq lazımdır. Civəni kanalizasiyaya tökmək qadağandır.

1.9.5.Metanolla əlaqəli işlər

1.9.5.1.Metanolun tətbiq olunduğu hər bir müəssisədə xüsusi əmrlə onun saxlanılmasına, buraxılmasına, istifadəsinə, aparılan işlərin düzgün təşkil olunmasına, bu işlərə cəlb olunan bütün işçilərin təlimatlandırılmasına və onların hər il tibbi müayinədən keçmələrinə cavabdeh şəxs təyin

olunmalıdır.

1.9.5.2.Metanolun daşınması və saxlanılmasında istifadə olunan sistern və tutumların üzərində silinməyən, gözə çarpan açıq boya ilə «Zəhərlidir!», «Oddan təhlükəlidir!» xəbərdaredici sözlər yazılmalıdır.

1.9.5.3.Metanolun saxlanılması üçün nəzərdə tutulan tutumlar tənəffüs və hidravlik klapanlarla təchiz edilməli və plomblanmalıdır. Həmin tutumlar çəpərlənmiş meydançada talvar altında və ya anbarlarda yerləşdirilməlidir.

1.9.5.4.Metanol sisternlərdən yalnız germetik bağlanmış tutumlara nasos vasitəsilə və ya öz-özünə axıdılmaqla tam boşaldılmalıdır. Metanol axıdılan boru kəməri,

onun tam boşaldılmasını təmin etmək məqsədi ilə maili quraşdırılmalıdır.

44

vk.com/club152685050 | vk.com/id446425943

1.9.5.5.Metanolun boşaldılmasından sonra tutumlar, şlanqlar dərhal çoxlu miqdarda su ilə yuyulmalıdır.

1.9.5.6.Metanolun vurulmasında istifadə olunan boru kəmərlərini, nasosları və şlanqları digər mayelərin vurulmasında istifadə etmək qadağandır.

1.9.5.7.Metanolu metanol qurğusuna vurmazdan əvvəl onun bütün hissələrinin, flans birləşmələrinin, siyirtmələrin, qoruyucu klapanların, monometrlərin və digərilərinin sazlığı yoxlanılmalıdır.

Metanol qurğusunda aşkar olunmuş nasazlıqlar dərhal

aradan qaldırılmalıdır.

Metanolun qurğuya vedrələrlə və analoji qablarla doldurulması qadağandır.

1.9.5.8.Metanol qurğusu yalnız onda olan təzyiq atmosfer təzyiqinə çatdırıldıqdan sonra, metanolla doldurulmalıdır.

1.9.5.9.Xüsusi dayaqlar üzərində quraşdırılmış işçi metanol çəninə qalxmaq üçün nərdivandan istifadə

edilməlidir.

1.9.5.10.Əgər metanol tutumunda təzyiqin nəzərdə tutulan təzyiqdən yuxarı qalxması təhlükəsi mövcuddursa, onun üzərində qoruyucu klapan quraşdırılmalıdır.

1.9.5.11.Metanol çəninin boru kəməri donubsa, onu işlək sistemdən ayırdıqdan sonra buxar və ya isti su ilə qızdırmaq lazımdır. Açıq oddan istifadə etməklə onu qızdırmaq qadağandır.

1.9.5.12.Metanolla işləyərkən [38, 83, 254]–ün tələbləri yerinə yetirilməlidir.

45

vk.com/club152685050 | vk.com/id446425943

1.10.Korroziyaya qarşı mübarizə işləri

1.10.1.Ingibitorlarla korroziyaya qarşı mübarizə

1.10.1.1.Ingibitorlar yüksək toksikoloji xassələrə malik birləşmələrdən ibarət olmamalıdır.

1.10.1.2.Ingibitorlar yanğın-partlayış təhlükəsizliyi nöqteyi – nəzərindən aşağıdakı tələblərə cavab verməlidir:

-alovlanma temperaturu 550C yuxarı olmalı; -alışma temperaturu 650C yuxarı olmalı;

-öz-özünə alışma temperaturu 2000C yuxarı olmalıdır. 1.10.1.3. Ingibitorlar sabit (dəyişməyən)

komponentlərdən ibarət olmalı və minimum 1 il ərzində öz qoruyucu xassələrini və fiziki-kimyəvi göstəricilərini saxlamalıdır.

1.10.1.4.Ingibitorlar, korroziyadan qorunan sistemlərdə və basqı (vurucu) quyularının quyudibi zonasında sulfat bərpaedici bakteriyaların inkişafına şərait yaratmamalıdır.

1.10.1.5.Onlar neft veriminin artırılmasında istifadə olunan səthi aktiv maddələrlə kimyəvi reaksiyaya girməməlidir.

1.10.1.6.Ingibitorlar 100-1200C qədər temperaturda qoruyucu xassələrini saxlamalı, boru kəmərlərinin və aparatların divarlarında qətran çökmələri və yanıq əmələ gətirməməlidir.

1.10.1.7.Ingibitorlar avtosisternlərdə və ağzı klapanlarla təchiz olunmuş tutumlarda nəql edilməlidir. Tutumlar saz və germetik olmalıdır.

Bu məqsədlər üçün istifadə olunan avtosisternlərin və tutumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş digər xəbərdaredici yazılar və işarələr olmalıdır. Avtosisternlər

mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. 1.10.1.8. Ingibitorlar doldurulan və boşaldılan ərazidə si-

qaret çəkmək və oddan istifadə etmək qadağandır.

46

vk.com/club152685050 | vk.com/id446425943

1.10.1.9.Ingibitorların doldurulması və boşaldılması işinə, onların təhlükəli xüsusiyyətləri haqqında xüsusi təlim keçmiş fəhlələr buraxılır.

1.10.1.10.Işlənmiş qazların səsboğucu borusu qığılcımsöndürənlə təchiz olunmalı və avtosisternin mühərrikindən qabağa çıxarılmalıdır.

1.10.1.11.Avtosisternlərin ingibitorlarla doldurulması, boşaldılması prosesini azı iki nəfər yerinə yetirməlidir.

1.10.1.12.Avtosisterni ingibitorla doldurarkən partlayış təhlükəli qatılığın əmələ gəlməsinin qarşısını almaq üçün təh-

lükəsizlik tədbirləri görülməlidir. Tutum qabaqcadan su buxarı və ya təsirsiz qazla üfürülməli və ya müvafiq texniki yuyucu vasitələrlə yuyulmalıdır.

1.10.1.13.Avtosisterndə lyukun açılması və dirsəyin bərkidilməsi zamanı işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.

1.10.1.14.Bu proseslər zamanı doldurma estakadasının 100m radiusunda bütün təmir işləri dayandırılmalıdır.

1.10.1.15.Ingibitorlar avtosisternə doldurularkən və qu-

yuya vurularkən odlu işlərin aparılması, siqaret çəkilməsi qadağandır.

1.10.1.16.Avtosisterni doldurduqdan sonra şlanq tam boşaldılmalı, ingibitorun yerə tökülməsinə yol verilməməlidir.

1.10.1.17.Ingibitorlar üzvi həlledici əsaslı olduqda, onların nəql edilməsində istifadə olunan boru kəmərləri və doldurma estakadalarının dayaqları yerləbirləşdiriciyə bərkidilməlidir.

1.10.1.18.Avtosisterni ingibitorla dolduranda və ya boşaldanda onun gövdəsi yerləbirləşdirici qurğuya, əgər o yoxdursa, 0,5 m-dən az olmayan dərinliyə sancılmış daşınma yerləbirləşdirici milə etibarlı bərkidilməlidir.

Avtosisterni, yalnız doldurma, boşaldılma prosesi qurtardıqdan sonra yerləbirləşdirici qurğudan ayırmağa icazə verilir.

47

vk.com/club152685050 | vk.com/id446425943

1.10.1.19.Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən çox olmamalı, məftilin bir ucu boşaldılan boruya, digər ucu isə şlanqın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım yaratmayan metaldan olmalıdır.

1.10.1.20.Üzvi həlledici əsaslı ingibitorların boru kəmərlərinə və tutumlara verilmə sürəti aşağıdakı göstəricilərdən artıq olmamalıdır:

a) xüsusi həcmi elektrik müqaviməti 105 Om.m –dən çox olmayan mayelər üçün – 10 m/san;

b)xüsusi həcmi elektrik müqaviməti 105 Om.m-dən çox, 109 Om.m-dən az olan mayelər üçün – 5m/san;

c)xüsusi həcmi elektrik müqaviməti 109 Om.m-dən çox

olan mayelər üçün – 1,2 m/san (boru kəmərinin diametri

200mm-ə qədər olanda).

1.10.1.21.Statik elektriklənmənin qarşısını almaq üçün avtosisternə yerin səthinə toxunan zəncir bərkidilməlidir.

1.10.1.22.Ingibitorun tənəffüs klapanı ilə təchiz

edilməmiş tutumda saxlanılması qadağandır.

1.10.1.23.Ingibitorla doldurulmuş tutumların və quyuların yanında yerləşdirilmiş qurğuların üzərində müvafiq xəbərdaredici işarələr olmalıdır.

1.10.1.24.Ingibitor saxlanılan yer mütləq hasarlanmalı, bənd çəkilməli və yanğın təhlükəsizliyi qayda və normalarına uyğun lazımi yanğınsöndürücü vasitələrlə təchiz edilməlidir.

1.10.1.25.Ingibitorun quyuya vurulmasından əvvəl görüləcək işlərin planı tərtib olunmalı və cavabdeh rəhbər şəxs təyin edilməlidir. Iş planı hər quyu üçün ayrılıqda tərtib olunmalı, neft və qazçıxarma idarəsinin baş mühəndisi tərəfindən təsdiq edilməli və yanğın təhlükəsizliyi xidməti ilə

razılaşdırılmalıdır.

1.10.1.26. Işə başlamazdan əvvəl işçilər mütləq aşağıdakılarla tanış olmalıdır:

48

vk.com/club152685050 | vk.com/id446425943

a)görüləcək işlərin xarakteri, baş verə biləcək təhlükəli hallar və təhlükəsizlik tədbirləri;

b)qurğuların və quyu ağzının birləşmə sxemləri və ingibitorların vurulmasının texnoloji rejimi;

c)qəza halları baş verərsə, görüləcək tədbirlər. 1.10.1.27. Işlərin təhlükəsizliyini təmin etmək üçün ingi-

bitoru vurmazdan əvvəl avadanlıqların, mexanizmlərin, siqnal, nəzarət-ölçü cihazlarının və başqa qurğuların saz olmasını yoxlamaq lazımdır.

1.10.1.28.Vurucu aqreqatı quyuağzı armatura birləşdirdikdən sonra basqı xəttinin germetikliyi reagent vurulmamışdan əvvəl su ilə gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq təzyiqlə sınanmalıdır.

1.10.1.29.Ingibitor verilən zaman basqı xəttində əks klapan, bağlayıcı qurğu, quyuağzı armaturda isə manometr olmalıdır. Əks klapan, bağlayıcı qurğu və manometr dozator nasosunda da qoyulmalıdır.

1.10.1.30.Ingibitoru quyuya vurarkən işçilərin quyu ağ-

zında və basqı xəttinin yaxınlığında dayanması qadağandır.

1.10.1.31.Ildırım çaxan zaman ingibitorun boşaldılması, doldurulması və quyuya vurulması dayandırılmalıdır.

1.10.1.32.Ingibitorları quyuya vurarkən onların buxarlarının və qazlarının qurğuların yerləşdiyi sahədə və quyu ağzında yol verilən qatılığı (YVQ) sanitariya normalarından çox olmamalıdır. Qazların qatılığı səyyar qaz analizatoru ilə ölçülməlidir. Qazların qatılığı YVQ-dən çoxdursa, onların azaldılması üçün tədbirlər görülməlidir.

1.10.1.33.Ingibitorla işləyən zaman bu Qaydaların və həmçinin [8, 9, 291]-in tələblərinə əməl olunmalıdır.

1.10.2.Korroziyaya qarşı elektrokimyəvi mübarizə

49

vk.com/club152685050 | vk.com/id446425943

1.10.2.1.Korroziyaya qarşı elektrokimyəvi mühafizə quruluşları [58, 31] -in tələblərinə uyğun quraşdırılmalıdır.

1.10.2.2.Elektrokimyəvi mühafizə quruluşları [15] tələblərinə uyğun yerləbirləşdirilməlidir.

1.10.2.3.Gərginlik altında olan cərəyan daşıyıcı hissələrdə hər hansı işlərin aparılması qadağandır.

Bu tələb protektor mühafizə quruluşlarına aid edilmir.

50

vk.com/club152685050 | vk.com/id446425943

1.10.2.4.Katod stansiyasının yaxınlığında kommutasiya aparatı (kəsici açar, paket tipli elektrik açarı, avtomat) quraşdırılmalıdır.

1.10.2.5.Katod stansiyalarının sıra nömrəsi, xəbərdareidici yazıları, plakatları olmalı və onlar qıfılla bağlanmalıdır.

1.10.2.6.Gərginliyi 1000V-a qədər olan şəbəkədən qidalanan elektrokimyəvi mühafizə quruluşlarına təkbaşına (fərdi) xidmət edən şəxsin elektrik təhlükəsizliyi üzrə qrupu azı III, 1000V-dan yuxarı şəbəkədən qidalanan quruluşlara xidmət

edən şəxsin isə qrupu IV olmalıdır.

1.10.2.7. Izoləedici flansların partlayış təhlükəli otaqlarda, eyni zamanda bağlayıcı armaturu olan quyularda (kolodes) və kiosklarda quraşdırılması qadağandır.

1.10.2.8.Dəmir yolu relslərində gərginlik iki nəfər tərəfindən ölçülməlidir və bu işlər yerinə yetirilərkən onlardan biri nəqliyyatın hərəkətinə nəzarət etməlidir.

1.10.2.9.Ildırım çaxması gözlənildikdə elektrokimyəvi

mühafizə quruluşlarında iş görmək qadağandır.

1.11. Qaz təhlükəli və odlu işlər

1.11.1. Qaz

təhlükəli və odlu işlərə, qazpartlayış

təhlükəli mühitdə

işlərin təhlükəsiz görülməsinin üsul və

qaydaları xüsusi

olaraq

öyrədilmiş və

təlimatlandırlımış,

qazdan

mühafizə

vasitələrindən istifadə etməyi bacaran,

qazın

təsirindən

zərərçəkmiş adama

ilk tibbi yardım

göstərilməsi qaydalarını bilən və onları tətbiq etməyi bacaran işçilər buraxılırlar.

1.11.2. Qaz təhlükəli işlər əleyhqaz (şlanqlı əleyhqaz) və respirator (şəraitdən asılı olaraq) tətbiq etməklə yerinə yetirilməlidir.

51

vk.com/club152685050 | vk.com/id446425943

1.11.3.Hər bir müəssisədə, obyektdə qaz təhlükəli iş yerlərinin və işlərin siyahısı işlənib hazırlanmalı və bütün işçilərə çatdırlımalıdır. Bu işlər xüsusi təlim keçmiş heyət tərəfindən yalnız Tapşırıq – icazə əsasında və ya qazdanxilasetmə xidmətinin işçiləri tərəfindən yerinə yetirilməlidir.

1.11.4.Qaz təhlükəli işlər, bu işlərin təhlükəsiz yerinə yetirilməsi nəzərə alınmaqla tərtib və təsdiq olunmuş plan və həmin işlərin yerinə yetirilməsinə icazə olduqda aparılmalıdır.

Işlərin aparılması planında iş yerləri, işçilərin yerləşdirilməsi, istifadə olunacaq avadanlıq, mexanizm və vasitələr,

giriş və çıxışlar, ventilyasiya üsulları və həmçinin təhlükəsizliyi təmin edən digər lazımi tədbirlər dəqiq müəyyən olunmalıdır.

1.11.5.Qaz təhlükəli işlərə başlamazdan əvvəl bilavasitə yaxınlıqdakı (bitişik) sahədə, qonşu sexlərdə və aqreqatlarlda (qurğularda) işləyən işçilər üçün təhlükəsiz şərait yaradılmalıdır.

1.11.6.Planlı və həmçinin qəza hallarında qaz təhlükəli işlər müəssisənin rəisi və ya baş mühəndisi tərəfindən təyin

olunmuş mühəndis – texniki işçinin rəhbərliyi və qazdan xilasetmə xidmətinin nəzarəti altında yerinə yetirilməlidir.

1.11.7.Müəssisədə qazdan xilasetmə xidməti olmadıqda qaz təhlükəli işlərə nəzarəti bu işlərə məsul şəxs həyata keçirir.

1.11.8.Qaz təhlükəli işlər aparılarkən müəssisənin (obyektin) dispetçeri ilə etibarlı telefon və ya radio rabitəsi (rasiya) təmin olunmalıdır.

1.11.9.Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə məsul şəxs, hazırlıq tədbirləri planının yerinə yetirilməsini, təmir üçün lazımi avadanlıqların, mexanizmlərin, alətlərin, materialların, qazdan mühafizə aparaturasının və digər

mühafizə vasitələrinin mövcudluğunu və sazlığını, o cümlədən bütün açılmaların (otklöçenie) etibarlılığını və nərdivanların,

52

vk.com/club152685050 | vk.com/id446425943

meydançaların, çəpərlənmələrin mövcudluğunu və sazlığını şəxsən yoxlamalıdır.

1.11.10.Işə başlamazdan əvvəl bu işlərə məsul şəxs işçiləri işlərin yerinə yetirilməsi üsul və qaydalarına, mühafizə vasitələrindən istifadə qaydalarına və zərərçəkmişlərə ilk tibbi yardım göstərilməsinin üsul və qaydalarına dair təlimatlandırmalıdır.

1.11.11.Qaz təhlükəli işlərdə zərbədən qığılcım əmələ gətirməyən metaldan hazırlanmış alətlərdən istifadə olunmalıdır.

Iş yerini işıqlandırmaq üçün 12V gərginlikli partlayışdan mühafizəli daşınma çıraqlardan (fənərlərdən) istifadə olunmalıdır.

1.11.12.Qazlı sahəyə (və ya qaynaq işləri aparılan yerə) girməyə yalnız bu işlərə məsul rəhbərin icazəsindən sonra yol verilir.

1.11.13.Otaqlarda, xəndəklərdə, bağlı yerldərdə, quyularda (çalalarda) qaz təhlükəli işlər aparılan zaman təbii və ya

süni ventilyasiya yolu ilə etibarlı hava mübadiləsi təmin olunmalıdır.

1.11.14.Partlayış təhlükəli otaqlarda və otaqlardan xaricdə (açıq yerlərdə) yerləşən partlayış təhlükəli qurğularda odlu işlərin (lehimləmə, qaynaq işləri və s.) və həmçinin qığılcım əmələ gəlməsi ilə müşayiət olunan (elektrik sınaqları, partlayışdan mühafizəsi olamayan cihazlarla və həmçinin elektrokəsici və – cilalayıcı aparatlarla işlədikdə) işlərin aparılması qaz təhlükəli işlərə «Tapşırıq – icazə» (Əlavə 12) əsasında yerinə yetirilməlidir.

1.11.15.«Tapşırıq - icazə» bir briqada və konkret iş üçün sənədləşdirilir və bir iş növbəsi ərzində qüvvədədir.

Əgər bu işlər təyin olunmuş müddət ərzində başa çatmayıbsa və həmçinin şərtlər və briqadanın tərkibi dəyişməyibsə «Tapşırıq - icazə»-nin müddəti obyektin rəhbərliyi tərəfindən

53

vk.com/club152685050 | vk.com/id446425943

bu işlərin gündəlik yerinə yeğtirilməsi mümkünlüyünün təsdiqlənməsi haqda müvafiq (gündəlik) imzalar ( qaz təhlükəli işlərin yerinə yetirilməsinə məsul şəxsin, növbə rəisinin, qazdan xilasetmə xidmətinin (və ya əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin) nümayəndəsinin) toplanıldıqdan sonra artırıla bilər.

1.11.16. Hazırlıq işləri başa çatdıqda iş görüləcək qaz təhlükəli yerin hava mühitinin analizi aparılmalı və onun nəticələri «Tapşırıq – icazə»də qeyd olunmalıdır.

Qaz təhlükəli yerlərdə işlərin aparılmasına həmin yerlərin hava mühitində yanar maddələr (qazlar) olmadıqda və ya onlar müvafiq normalar həddində olduqda icazə verilir.

1.11.17.Odlu işlər qüvvədə olan müvafiq nomativ sənədlərin tələblərinə uyğun aparılmalıdır.

1.11.18.Quyularda (çalalarda), xəndəklərdə, çənlərdə və s. işlərin aparılması zamanı maye yanacaqdan (benzin, kerosin, digər neft məhsulları və onların qarışıqları) istifadə etmək qadağandır.

1.11.19.Sənaye defektoskopiyası işlərini yerinə yetirən işçilər bu işlərin qaz təhlükəli mühitdə təhlükəsiz aparılmasına dair öyrədilərək imtahan verməli və onların bu şlərin yerinə yetirilməsi hüququnu verən vəsiqəsi olmalıdır.

1.12.Tutumlarda, çənlərdə (rezervuarlarda)

və aparatlarda işlər

1.12.1.Qurğuların və avadanlıqların normal işləməsinin təmini məqsədi ilə texnoloji avadanlıqların planlı-xəbərdarlıq təmirinin illik qrafiki tərtib edilməli və təsdiq olunmalıdır.

1.12.2.Təmir işlərinə başlamazdan qabaq, aparatlar,

çənlər, avadanlıqlar mövcud qaydalara riayət edilməklə hazırlanmalı və təmizlənməlidir.

54

vk.com/club152685050 | vk.com/id446425943

1.12.3.Tutumlarda, çənlərdə və aparatlarda təmir işlərinin (təsdiq olunmuş və planda nəzərdə tutulmuş işlər) yerinə yetirilməsinə cavabdeh olan şəxs idarənin əmri ilə təyin olunur.

1.12.4.Tutumlarda, çənlərdə və aparatlarda təmir işlərinin aparılmasına yalnız bu işlərin hazırlanmasına və aparılmasına cavabdeh şəxs göstərilməklə «Tapşırıq-icazə» tərtib edildikdən sonra başlamaq olar.

1.12.5.Qurğuda təmir işlərinin aparılmasına hazırlıq aktı olduqdan sonra icazə verilir.

Neft və qazın hazırlanması qurğularının ayrı-ayrı avadanlıqlarının və ya texnoloji bloklarının akt üzrə təmirə verilməsinə icazə verilir.

1.12.6.Təmir işləri aparılan yerlərdə təhlükəsizlik plakatları və xəbərdaredici yazılar asılmalıdır.

1.12.7.Təmir işləri aparılarkən işçilər qoruyucu dəbilqədən istifadə etməlidirlər.

1.12.8.Hündürlükdə təmir işlərinin aparılması üçün

ayaqaltılar və taxtabəndlər (lesa) quraşdırmalıdır (bax bölmə 1.13).

1.12.9.Təmizlənmiş və təmirə hazırlanmış çən, avadanlıq və ya aparatdan götürülmüş hava nümunəsinin tərkibində buxar və qaz qarışığının miqdarı buraxıla bilən sanitar normalarından yüksək deyilsə, oksigenin həcmi miqdarı 19%-dən aşağı deyilsə və çən, avadanlıq, aparata kənardan zərərli buxar və qazın daxil olması ehtimalı yoxdursa, təmir işlərinin əleyhqazdan istifadə etmədən aparılmasına icazə verilir.

Bu işlərin aparılmasına sahə, qurğu rəisi yazılı icazə verməlidir.

1.12.10.Qaz təzahürü olarsa, həmçinin qonşu qurğuda

və ya obyektdə qəza baş verərsə, təmir işləri dərhal

55

vk.com/club152685050 | vk.com/id446425943

dayandırılmalı və işçilər təhlükə zonasından kənarlaşdırılmalıdırlar.

Işə yenidən, yalnız hava nümunəsinin təkrar analizindən sonra, qaz qarışığının buraxıla bilən sanitar normalarından yüksək olmadığı hallarda başlamaq olar.

1.12.11.Avadanlığın sökülməsi və təmiri zamanı hissələrin yuyulması üçün yanğın - partlayış təhlükəsi olmayan xüsusi yuyucu məhlullardan istifadə edilməlidir. Bu məqsədlə benzin və digər asan alışan mayelərdən istifadə etmək qadağandır.

1.12.12.Partlayış təhlükəli otaqlarda təmir işləri daima işləyən sorucu ventilyasiya altında aparılmalıdır.

1.12.13.Təmir işləri sutkanın işıqlı vaxtında aparılmalıdır.

Sutkanın qaranlıq vaxtı bu işlər yalnız qurğu rəisinin yazılı icazəsi ilə aparıla bilər. Təmir işləri sutkanın qaranlıq vaxtı aparıldıqda işçi zona lazımi səviyyədə işıqlandırılmalıdır.

1.12.14. Aparatların, tutumların, boru kəmərlərinin qaynaq tikişlərindəki qüsur və zədələrin döyülüb pərçimləmə ilə aradan qaldırılmasına icazə verilmir.

1.12.15.Kolon tipli aparatların təmirində boşqabların sökülməsi yuxarıdan aşağıya doğru aparılmalıdır. Boşqabların hissələri kolondan kənarda yığılmalıdır.

1.12.16.Hər bir elektrik avadanlığının və işıqlandırıcı qurğunun açılması və təmiri yalnız elektrotexniki heyət tərəfindən yerinə yetirilməlidir.

1.12.17.Təmirdən sonra bütün aparatlar, tutumlar, boru xətləri təzyiqə sınanmalıdır. Təzyiqlə sınanma bütün sızmalar aradan qaldırılanadək davam etdirilməlidir.

1.12.18.Aparılmış təmir işləri barəsində qurğunun pasportunda qeydiyyat aparılmalıdır.

1.12.19.Aparatların, çənlərin və s. bu kimi avadanlıqların qapalı fəzasında işləməsi nəzərdə tutulan bütün şəxslər mümkün təhlükələr, təhlükəsizlik tədbirləri, ilk tibbi yardım

56

vk.com/club152685050 | vk.com/id446425943

göstərilmə və qəza şəraitində hərəkət etmə qaydaları üzrə təlimatlandırılmalıdırlar.

1.12.20.Qapalı fəzanın daxilində işlərin aparılmasına hazırlıq işləri, texnoloji heyət tərəfindən mümkün təhlükələr haqqında mükəmməl məlumatı olan mühəndis-texniki işçinin rəhbərliyi altında yerinə yetirilməlidir.

1.12.21.Qapalı fəzada işlər, bir qayda olaraq, sutkanın işıqlı vaxtında aparılmalıdır. Qəza zamanı işlər sutkanın qaranlıq vaxtı aparıla bilər. Hər bir qurğuda qapalı fəzada işlərin sutkanın qaranlıq vaxtı aparılması tələb olunan mümkün qəza

hallarının təşkilatın rəhbərləri tərəfindən təsdiq edilmiş siyahısı olmalıdır.

1.12.22.Qapalı fəzada işlərin yerinə yetirilməsindən əvvəl, bu işlərin aparılmasına Tapşırıq-icazə tərtib olunmalıdır (Əlavə 12).

1.12.23.Tapşırıq-icazəni verməyə hüququ olan şəxslər təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunurlar. Bu şəxslər rəhbər işçilərdən təyin edilir.

1.12.24.Qapalı fəzaya girişə və bu fəzada iş zamanı təhlükəsizliyə görə məsuliyyəti Tapşırıq-icazəni verən şəxs daşıyır. Mümkün təhlükələrin qarşısını almaq üzrə tədbirlər onun vəzifə borcuna daxildir.

1.12.25.Statik elektrik yükünün yığılmasına yol verməmək üçün avadanlıqlar və tutumlar yerləbirləşdirməlidir.

1.12.26.Şlam və işlədilmiş yuyucu mayelər onlar üçün nəzərdə tutulmuş xüsusi yerə yığılmalıdır.

1.12.27.Qapısı və ya lyuku olan qapalı fəza (tutum), üfürüldükdən sonra açıq saxlanılmalı, fəzanın havası isə böyük həcmli təmiz havanın vurulmasına hesablanmış mexaniki sistemli məcburi ventilyasiyanın köməyi ilə dəyişdirilməlidir.

1.12.28.Qapalı fəza təmizləndikdən və havası dəyişdiril-

dikdən sonra belə, yerinə yetiriləcək işin (məsələn: qaynaq və kəsmə, rəngləmə, üz çəkmə və s.) nəticəsində zərərli

57

vk.com/club152685050 | vk.com/id446425943

qarışıqların təsadüfən bu fəzaya düşməsinin qarşısını almaq məqsədi ilə, həmçinin çirkləndirici maddələrin və ya yaranmış istinin kənarlaşdırılması üçün mexaniki ventilyasiya sisteminin işi davam etdirilməlidir.

1.12.29.Qapalı fəzaya işçiləri buraxmazdan qabaq, bu fəzanın hava mühitinin analizi aparılmalıdır.

1.12.30.Qapalı fəzadan hava nümunəsinin götürülməsi (yanar qazların qatılığını, oksigenin çatışmamazlığını, təhlükəli kimyəvi qatışıqların fiziki mövcudluğunu təyin etmək üçün) buna icazəsi olan heyət tərəfindən yerinə yetirilməlidir. Bu

məqsədlə işlədilən cihazlar partlayışdan mühafizə icralı olmalı və yoxlanılmalıdırlar.

1.12.31.Qapalı fəzaya hava nümunəsi götürmək üçün daxil olan işçi avtonom tənəffüs aparatlarından və ya şlanqlı əleyhqazdan istifadə etməlidir. Tənəffüs aparatlarının növünü Tapşırıq-icazə verən şəxs müəyyənləşdirir. Təcridedici əleyhqazdan istifadə etmək qadağandır.

1.12.32.Hava mühitinin nümunəsinin götürülmə qaydası

və qapalı fəzada hava mühitinin tərkibinin analizinin nəticələri Tapşırıq-icazədə qeyd edilməli, analizi aparan şəxsin imzası ilə təsdiq edilməlidir.

1.12.33.Qapalı fəzada işləyən bütün avadanlıqların intiqalı (məsələn: qarışdırıcı qurğular) və qidalanma mənbəyi dayandırılmalı, paylayıcı şitdə yerləşən müvafiq elektrik açarları bloklanmalı və xəbərdaredici nişanlarla təchiz edilməlidirlər.

1.12.34.Işlərin aparılmasına məsul şəxs işçilərin bilavasitə qapalı fəzaya daxil olmasından qabaq, sual-cavab etməklə, onların əhval-ruhiyyəsini yoxlamalı, briqadanın bütün heyətini təhlükəsiz iş üsulları ilə təkrar təlimatlandırmalı,

alətlərin, FMV-in keyfiyyətinin iş şəraitinə uyğunluğunu yoxlamalı, hər bir işçinin öz funksiya və vəzifə borclarını bilmələrinə əmin olmalıdır.

58

vk.com/club152685050 | vk.com/id446425943

1.12.35.Qapalı fəzada bir işçinin işləməsinə icazə verilir. Işin xüsusiyyətlərindən asılı olaraq qapalı fəzada bilavasitə iki və ya bir neçə işçinin olması tələb olunarsa, əlavə təhlükəsizlik tədbirləri işlənib-hazırlanmalı və onlar Tapşırıq-icazədə göstərilməlidir.

1.12.36.Işçi qapalı fəzaya daxil olduqdan sonra, o, mexanizmlərin təsadüfən işə düşməsinin qarşısını alan tədbirlər görməlidir.

1.12.37.Qapalı fəzada işlər aparılarkən mümkün qəza vəziyyətindən sığorta məqsədi ilə girişdə və ya çıxışda iki

nəfərdən az olmamaqla müşahidəçilər qoyulmalıdır.

1.12.38. Müşahidəçilər qapalı fəzada işləyən işçilərlə daima əlaqə saxlamalı, şlanqlı əleyhqazın şlanqı və qəbuledici qolborusunun düzgün vəziyyətdə saxlanılmasını izləməli, tənəffüs aparatlarını hazır vəziyyətdə saxlamalıdırlar.

1.12.39.Qapalı fəzaya daxil olan şəxslər qayışlı qoruyucu kəmər taxmalıdırlar.

1.12.40.Qoruyucu vasitələrdə hər hansı bir nasazlıq

aşkar olunarsa və ya işçi özünü pis hiss edərsə, qapalı fəzada işlər dayandırılmalı, işçi dərhal oradan çıxarılmalıdır.

1.12.41.Qapalı fəzada tez alışan mayelərin və ya qazların mövcudluğu aşkar olunarsa, işlər dərhal dayandırılmalıdır.

1.12.42.Hər bir qurğu və ya obyekt üzrə aparatların, çənlərin və avadanlıqların işə hazırlıq qaydası, məhsullardan, zərərli maddələrdən boşaldılması, onların buxara verilməsi, yuyulması, havasının dəyişdirilməsi sxemləri və işçilərin təhlükəsizliyini təmin edən digər tədbirlər işlənib hazırlanmalıdır.

1.12.43.Daxili baxış və təmizləmə üçün açılan aparatlar,

çənlər və avadanlıqların işi dayandırılmalı, onlar məhsuldan boşaldılmalı, işləyən aparatlardan ayrılmalı, buxara verilməli və havası dəyişdirilməlidir.

59

vk.com/club152685050 | vk.com/id446425943

Buxara verilmənin, üfürülmənin davam etdirilmə müddəti, su ilə yuyulmanın zəruriliyi, havanın dəyişdirilməsi hər bir konkret hal üçün ayrılıqda müəyyən edilir.

1.12.44.Açılmalı aparatlarla, çənlərlə və avadanlıqlarla əlaqəli bütün boru xətləri qapayıcıların və siyirtmələrin köməyi ilə bağlanmalıdır.

1.12.45.Hazırlıq işləri zamanı aparatlardan, çənlərdən və avadanlıqlardan neftin və neft məhsullarının istehsalat kanalizasiyasına axıdılması qadağandır. Bu məhsullar xüsusi tutumlara yığılmalıdır.

1.12.46.Çənin (rezervuarın) buxara verilməsi yuxarı lyuklardan birinin açıq vəziyyətində aparılmalıdır.

1.12.47.Buxar aşağı lyukdan rezin boru vasitəsilə ucluğu

çənin mərkəzinə istiqamətləndirilməklə, çənin diametrinin 1/4 nisbəti məsafəsində yerləşdirilməklə verilməlidir.

1.12.48. Buxara vermə zamanı çənin (rezervuarın) daxilində temperatur 600C-dən yuxarı olmamalıdır. Üzən metal ponton olduqda çənin yuxarı və aşağı hissələri (pontonun üstü və altı) ayrı-ayrılıqda buxara verilməlidir.

Sintetik pontonu olan çənin daxilindən buxarın sıxışdırılması üçün çən su ilə doldurulmalıdır. Çəndən suyu boşaltdıqdan sonra çənin havasının dəyişdirilməsi üçün yan lyuklar açılmalıdır.

1.12.49.Rezin şlanqların metal ucluqları və buxar xətləri yerlə birləşdirilməlidir. Şlanqların ucluqları qığılcım verməyən metaldan olmalıdır.

1.12.50.Açıq lyukların qapaqları lyuklara iki boltla bağlanaraq qaykalarla bərkidilməlidir.

1.12.51.Hazırlıq tədbirləri qurtardıqdan sonra (buxara vermə, yuma və havasının dəyişdirilməsi) çənlərdə və ya

apparatlarda havanın analizini aparmaqla yanar buxarların, qazların və oksigenin miqdarı müəyyənləşdirilir və Tapşırıqicazədə qeyd edilir.

60

vk.com/club152685050 | vk.com/id446425943

1.12.52.Üzən qapaqlı və ya pontonlu çənlərdən analiz üçün hava nümunəsi çənin aşağı hissəsindən qapağın (pontonun) altından və yuxarı hissəsindən-qapağın (pontonun) üstündən götürülür.

1.12.53.Çənlərin və aparatların çirklərdən və çöküntülərdən təmizlənməsi üzrə aparılan işlər mexanikləşdirilməlidir. Bu işləri apararkən işçilər şlanqlı əleyhqazdan istifadə etməlidirlər.

1.12.54.Çənlərin, aparatların və avadanlıqların daxili baxışı və təmizlənməsi üçün açılmasına ancaq bu işlərin hazırlığına və aparılmasına cavabdeh şəxsin iştirakı ilə icazə

verilir.

1.12.55. Aparatların, çənlərin, tutumların, boru xətlərinin və armaturun lyuklarının flans birləşmələrində yerləşən qaykalarının açılması və bağlanması pnevmatik və ya hidravlik intiqallı qaykabağlayıcı ilə aparılmalıdır.

1.12.56.Kolon tipli aparatlardan hava axımına yol verməmək üçün, onlarda lyukların açılması bir qayda olaraq yuxarıdan aşağı aparılmalıdır.

1.12.57.Hazırlıq işlərinin aparılması zamanı qızdırılmış çənlərin və aparatların daxilinə işçiləri buraxmazdan qabaq çənlər və aparatlar 300C–dək soyudulmalıdır. Işlərin daha yüksək temperaturda aparılması tələb olunan hallar üçün əlavə təhlükəsizlik tədbirləri (təmiz havanın fasiləsiz verilməsi, asbest kostyumlardan və istilik izolyasiyalı ayaqqabılardan istifadə edilməsi, işdə fasilələrin tez-tez verilməsi və s.) işlənib hazırlanmalıdır.

1.12.58.Çənlərin və aparatların təmizləməsi zamanı onlardan çıxarılmış çirklərin və bərk çöküntülərin yuxarıdan aşağı atılması qadağandır. Bu məqsədlə mexanikləşdirilmiş qurğulardan istifadə edilməlidir.

1.12.59.Aparatın alt lyukdan təmizlənməsi zamanı xüsusi meydançadan istifadə edilməlidir.

61

vk.com/club152685050 | vk.com/id446425943

1.12.60.Hündürlükdə işlərin aparılması zamanı detalların və alətlərin aşağıda işləyən işçilərin üstünə düşməsinin qarşısını almaq üçün çənlər və aparatlar xüsusi üst örtükləri ilə təchiz olmalıdırlar.

1.12.61.Çənlərin və aparatların təmizlənməsi zamanı bilavasitə qığılcım verməyən materialdan hazırlanmış alətlərdən (təmizləmə vasitələri) istifadə edilməlidir.

1.12.62.Aparatların və çənlərin daxilinin işıqlandırılması üçün gərginlikliyi 12 V-dan yuxarı olmayan partlayışdan mühafizəli daşınma çiraqlardan istifadə edilməlidir.

1.12.63.Çən, dibində qalmış məhsuldan təmizlənmək üçün, su ilə doldurulmalı və üzə çıxan məhsul boşaldılmalıdır.

1.12.64.Bloklu üfqi-silindrik aparatların və

çökdürücülərin (çökdürücü çən) çöküntülərdən təmizləmə işləri, işçilərin təmizləmə işləri zamanı aparatın içərisində olmalarının qarşısını almaq məqsədi ilə, kiçik ölçülü hidromonitorlardan istifadə edilməklə hidromexaniki üsulla aparılmalıdır. Təmizləmə işlərindən sonra aparatlar və çənlər su ilə yuyulmalıdırlar.

1.12.65.Çənin və ya aparatın daxilində işlər tamamlandıqdan sonra, işçi orada kənar əşyaların olmamasını yoxlamalı, alətləri, çırağı müşahidəçiyə verməli və bundan sonra aparatdan kənara çıxmalıdır.

1.12.66.Istilik mübadiləedicilərin və ya kondensatorların mexaniki üsulla təmizlənməsi zamanı qarşı tərəf çəpərlənməli və «Təhlükəli zona» xəbərdaredici yazısı olan nişan asılmalıdır.

1.12.67.Hidravlik və ya kimyəvi üsulla təmizləmə işlərindən əvvəl işçilər əməyin təhlükəsizliyi üzrə xüsusi təlimat keçməli və müvafiq mühafizə vasitələri ilə təmin olunmalıdırlar.

1.12.68.Kimyəvi təmizləmə işləri aparan işçilər xüsusi geyimdə, rezin əlcəklər və qoruyucu eynəklər tətbiq etməklə işləməlidirlər.

62

vk.com/club152685050 | vk.com/id446425943

1.12.69.Dalma kondensator - soyuducunun yeşiyindən benzin buxarlarının təmizlənməsi üçün, lyuk açılmalı və yeşiyin havası dəyişdirilməlidir.

Boruların üz səthinin və yeşiyin divarlarının lil və çirkdən təmizlənməsi təzyiq altında olan su şırnağı ilə yerinə yetirilməlidir.

1.12.70.Kondensator-soyuducunun çirkli yeşiyinə şlanqlı əleyhqazsız düşmək qadağandır.

1.12.71.Kondensator-soyuducunun yeşiyinin təmizlənməsi işləri müşahidəçilərin (iki nəfərdən az olmayaraq) iştirakı ilə aparılmalıdır.

1.12.72.Kondensator-soyuducunun yeşiyinə düşərkən yeşiyin daxilində olan nərdivandan istifadə etmək lazımdır. Yeşiyin daxilinə ilanvari borular vasitəsi ilə düşmək

qadağandır.

1.13.Hündürlükdə aparılan işlər

1.13.1.Hündürlükdə işləməyə yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş və sağlamlığına görə yararlı olan, hündürlükdə təhlükəsiz iş aparmaq üsullarını öyrənmiş, belə işlərin aparılması üçün xüsusi vəsiqəsi və həkim komissiyasının rəyi olan şəxslər buraxılırlar.

Hündürlükdə işləyənlərə həkim baxışı vaxtaşırı - ildə 1 dəfə aparılmalıdır.

Qeyd: hündürlükdə görülən işlər üzərində bilavasitə konstruksiyaların quraşdırılması və ya təmir işləri aparılan yer səthindən, taxtapuşdan və ya işçi döşəmədən 2m və daha hündürdə yerinə yetirilən işlər hesab edilirlər.

1.13.2.Hündürlükdə işləri yerinə yetirməzdən əvvəl təh-

lükəli zonalar müəyyən edilməli, çəpərlənməli və «Təhlükəli zona», «Yuxarıda işləyirlər» xəbərdaredici nişanlar asılmalıdır. Hüdudlarında təhlükə baş verməsi ehtimal olunan təhlükəli

63

vk.com/club152685050 | vk.com/id446425943

zonalar sərhəddi hündürlükdən əşya düşməsinin mümkün olması ilə əlaqədar olaraq 20m-ə qədər hündürlük üçün - 7m, 70-m-ə qədər hündürlük üçün - 10m müəyyən edilməli və ətrafındakı təhlükəli zona rəngli (ağ-qırmızı, sarı-qırmızı) lentlərlə işarələnməlidir.

1.13.3.Hündürlükdə işlərin görülməsi üçün nəzərdə tutulmuş işçi meydançalar bu Qaydaların 1.5.48 bəndinə uyğun olmalıdır.

1.13.4.Işçinin hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar olan işlər qoruyucu kəmərlərdən istifadə edilməklə

yerinə yetirilməlidir.

1.13.5. Qoruyucu kəmərlər və fallar istehsalçı-zavodun istismar təlimatına uyğun olaraq statik yük verməklə ildə 2 dəfədən az olmayaraq sınaqdan keçirilməli və müvafiq akt tərtib edilməlidir. Istismar təlimatında belə məlumatlar olmadıqda sınaq 3000 N (300 kq) statik yük verməklə 5 dəqiqə müddətində keçirilməlidir.

1.13.6. Yanğın-partlayış təhlükəli istehsalatlarda (neftin hazırlanma qurğularında, rezervuarlar parkında və s.) taxta döşəmələrin tətbiqi qadağandır.

Avadanlıqlar, aparatlar və qurğular tamamilə dayandırıldıqdan sonra, təmir zamanı taxtabəndlərdə işləyəndə qalınlığı 40mm-dən az olmayan taxtalardan ibarət döşəmənin müvəqqəti quraşdırılmasına yol verilir.

1.14.Yükləmə-boşaltma işləri və yüklərin nəqli

1.14.1.Ümumi tələblər

1.14.1.1. Yükləmə-boşaltma işləri və yüklərin nəqli [215] uyğun yerinə yetirilməlidir.

64

vk.com/club152685050 | vk.com/id446425943

1.14.1.2.Yükləmə-boşaltma işləri müəssisənin rəhbərliyi tərəfindən əmrlə təyin edilmiş, bu işlərin təhlükəsizliyinə cavabdeh şəxsin rəhbərliyi altında yerinə yetirilməlidir.

1.14.1.3.Yükün ağırlığı 50 kq-dan çox olan hallarda yük- ləmə-boşaltma işləri bir qayda olaraq kranların, yükləyici və kiçik mexanizasiya vasitələrinin köməyi ilə yerinə yetirilməlidir.

1.14.1.4.Yüklərin yüklənib-boşaldılması zamanı avtomobil sürücülərini yükləyici kimi işlətmək qadağandır.

1.14.1.5.Qaldırıcı kranın tətbiqi ilə yükləmə-boşaltma işlərinə rəhbərlik edən şəxs elə yerdə olmalıdır ki, krançının onu

yaxşı görməsi təmin olunsun.

1.14.1.6. Iki və daha çox ilməkçi tərəfindən aparılan yük- ləmə-boşaltma işlərində krançı yalnız təyin olunmuş (baş) ilməkçinin işarəsindən sonra yükü qaldırıb-endirə və ya yerini dəyişdirə bilər.

1.14.1.7.Mexanizm və ya qurğu ilə qaldırılmış yük altında və onun hərəkəti istiqamətində adamların olması qadağandır.

1.14.1.8.Mexanikləşdirilmiş qurğular işlədilən yerlərdə kənar şəxslərin olması qadağandır.

1.14.1.9.Nasaz mexanizm və qurğulardan istifadə etmək

qadağandır.

1.14.1.10.Yükün yuxarıdan yalnız sıra ilə və yaxud topa ilə yığılmasına icazə verilir.

1.14.1.11.Yükləmə-boşaltma, ağır yüklərin daşınması və onların nəql edilməsi işlərini yerinə yetirən fəhlə bədbəxt hadisələr zamanı ilk tibbi yardım göstərilməsi qaydalarını və üsullarını mükəmməl bilməli və onları tətbiq etməyi bacarmalıdır.

1.14.1.12.Yük daşıyan bütün nəqliyyat vasitələrinin tüstü boruları qığılcım söndürənlə təchiz olunmalıdır.

1.14.1.13.Yükləmə-boşaltma işləri adətən gündüz vaxtı

aparılmalıdır. Sutkanın

qaranlıq vaxtı

(gecə) yükləmə-

boşaltma işləri yerinə

yetirilərsə, iş

yeri lazımınca

65

vk.com/club152685050 | vk.com/id446425943

işıqlandırılmalı və bu işlər cavabdeh şəxsin rəhbərliyi altında aparılmalıdır.

1.14.1.14.Yükləmə-boşaltma meydançaları hamar olmalı və onların mailliyi 50–dən çox olmamalıdır.

1.14.1.15.Yükləmə-boşaltma işləri ilə məşğul olan işçilərin təhlükəsiz hərəkət etmələri və həmçinin, nəqliyyat və xüsusi texnikinin sərbəst manevr etməsi və yerləşməsi üçün meydança müvafiq ölçülərə malik olmalı, döşəməsi isə yerinə yetirilən işlərin tələblərinə uyğun olmalıdır.

1.14.1.16.Meydança qış vaxtı buzdan, qardan təmizlən-

məli, lazım gələrsə, qum,kül, şlak tökülməlidir.

1.14.1.17. Yükləmə-boşaltma meydançalarının göstərici işarələrlə təchiz olunmuş giriş, çıxış və dönmək üçün yolları olmalıdır.

1.14.1.18.Eyni vaxtda bir neçə nəqliyyat vasitəsi yüklənib-boşaldılarsa, onların arasındakı məsafə 1 m-dən az olmamalıdır.

1.14.1.19.Yüklərin nizamsız vəziyyətdə və divara (tikiliyə

və ya hər hansı bir qurğuya və s.) söykənmiş halda saxlanması (yığılması) qadağandır.

1.14.1.20.Banın (kuzovun) bortlarının hündürlüyündən artıq çıxan ədədlə daşınan yüklər saz kəndirlə etibarlı bərkidilməlidir. Bu məqsəd üçün metal kanat və məftildən istifadə etmək qadağandır.

1.14.1.21.Anbarlarda saxlanılan yükləri nəqliyyat vasitəsinə rahat və təhlükəsiz yükləmək və ya boşaltmaq üçün, anbarların qarşısındakı platformalar (estakadalar) nəqliyyat vasitəsinin banının (kuzov) döşəməsi səviyyəsində olmalıdır.

1.14.1.22.Yüklər avtomobilin kuzovuna aşağıdakı tələblərə riayət edilməklə yığılmalıdır:

-qarışıq yüklər avtomobilin bortları hündürlüyünü aşmamaqla kuzovun bütün sahəsi üzrə bərabər paylanmaqla yerləşdirilməlidir;

66

vk.com/club152685050 | vk.com/id446425943

-bortun hündürlüyünü aşan tək-tək yüklər etibarlı bərkidilməlidir;

-yığılmış (yüklənmiş) yüklərin hündürlüyü yol boyu qarşıya çıxan körpülərin, tunellərin və darvazaların keçid hissələrinin qabarit ölçülərini aşmamalıdır.

1.14.1.23.Qabarit ölçülü olmayan yüklərlə, borularla, tirlərlə (şablon), torşəkilli, zəhərli və yanar materiallarla yüklənmiş avtomobilin kuzovunda və qoşqu meydançalarında, həmçinin yük daşıyan ikitəkərli arabada adamların olması qadağandır.

1.14.1.24.Zirzəmi və yarımzirzəmi olan yerlərdə hündürlüyü 1,5 m-dən çox olan pilləkəndən yükləri boşaltmaq (yükləmək) üçün trap, lyuk, yükü qaldırıb-endirmək üçün isə

qaldırıcı mexanizm olmalıdır.

1.14.1.25. EVX altında yükləmə-boşaltma işlərini görmək və ya hər hansı bir yükü orada anbarlaşdırmaq (hətta müvəqqəti olsa belə) qadağandır.

1.14.2. Yüklərin əllə yüklənməsi və boşaldılması, ağır yüklərin əl arabası ilə daşınması

1.14.2.1.Əllə yüklərin yüklənib-boşaldılmasında və daşınmasında (qısa məsafəyə) hər bir fəhləyə düşən yük norması aşağıda göstərilən həddən çox olmamalıdır:

-kişilər üçün – 50 kq; -qadınlar üçün – 15 kq;

-həddi-buluğa çatmayan (yaşı 16-dan 18-ə qədər) oğlanlar üçün – 15 kq;

-həddi-buluğa çatmayan qızlar üçün – 10 kq.

1.14.2.2.Qadınlar və həddi – buluğa çatmayanlara yalnız aşağıdakı yüklərin yüklənib—boşaldılmasına icazə verilir:

-səpələnən yüklərin;

67

vk.com/club152685050 | vk.com/id446425943

-yüngül çəkili yüklərin – (1.14.2.1 uyğun olaraq), boş qabların;

-taxta materiallarının (nazik taxta və tirlər).

1.14.2.3.Əl ilə yüklərin daşınmasına yalnız məsafəsi 60 m-dən, yüksəkliyə qaldırmaq üçün isə yük qaldırılan meydança pilləkənlə təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda icazə verilir.

1.14.2.4.Yük daşınan pilləkənlərin və trapların eni 1 m- dən az olmamalı və onların hər iki tərəfdən məhəccəri olmalıdır.

1.14.2.5.Iş bir neçə fəhlənin köməyi ilə yerinə yetirilərsə, işin təhlükəsiz aparılmasının qanun –qaydasını bilən təcrübəli şəxsdən briqadir seçilməlidir.

1.14.2.6.Işə başlamazdan əvvəl briqadir briqada üzvlərinə işin təhlükəsiz aparılması barədə təlimat verməlidir.

1.14.2.7.Briqadir işin düzgün və təhlükəsiz aparılmasına

cavabdehdir.

1.14.2.8.Müəyyən bir ağırlıq qaldırılan, aparılan və endi-

rilən zaman, briqadir elə yerdə dayanmalıdır ki, göstəriş verəndə bütün briqada üzvlərini, briqada üzvləri isə onu görə bilsin.

1.14.2.9.Göstəriş uca və aydın səslə verilməlidir. Yük qaldırılan, aparılan və endirilən zaman diqqətli olmaq lazımdır ki, yaxınlıqda kənar şəxslər olmasın.

1.14.2.10.Yük əl arabasında daşınarkən aşağıdakı şərtlərə riayət edilməlidir:

-əl arabasına yığılan yük taraz yığılmalıdır;

-əl arabası yükqaldırma qabiliyyətindən artıq yüklənməməlidir.

1.14.2.11.Əl arabasının döşəməsi saz taxtadan və ya

dəmir lövhədən olmalıdır.

68

vk.com/club152685050 | vk.com/id446425943

1.14.2.12.Əl arabası ilə tək (bir) qırılmayan yükü boşaldarkən, işi ehtiyatla görmək lazımdır ki, özünə və ya yaxınlıqda olan şəxsə xətər gəlməsin.

1.14.2.13.Əl arabasından boşaldılmış yük qabaqcadan ayrılmış yerə səliqə ilə yığılmalıdır.

1.14.3.Yükləmə-boşaltma işlərinin və ağır yüklərin daşınmasının mexanikləşdirilməsi

1.14.3.1.Elektrik, hidravlik və yaxud pnevmatik intiqallı kran və qaldırıcılar, işin təhlükəsizliyini təmin edən avtomatik qurğularla (yükqaldırmanı məhdudlaşdıran, hədd dayandırıcısı) təchiz olunmalıdır.

1.14.3.2.Mexaniki avadanlıqlarda işləməyə bu sahədə iş təcrübəsi olan şəxslər buraxılır.

1.14.3.3.Bütün yükqaldırıcı mexanizmlərin pasportu olmalıdır. Bu mexanizmlərin, onların gözəçarpacaq yerində bərkidilmiş, yükgötürmə həddləri haqqında məlumat qeyd

olunmuş lövhəsi olmalıdır.

1.14.3.4.Qaldırıcı kranların, bucurqadların və digər qaldırıcı mexanizmlərin, yüklərin öz-özünə düşməsinin qarşısını alan qurğuları və etibarlı əyləci (tormozu) olmalıdır. Işə başlamazdan əvvəl əyləcin sazlığı yoxlanılmalıdır.

1.14.3.5.Işdən kənar vaxtda bütün yükqaldırıcı mexanizmlər elə vəziyyətdə olmalıdır ki, kənar şəxslərin onları işə salması mümkün olmasın. Bunun üçün kranın işəsalma qurğusu işdən ayrılmalı və qıfılla bağlanmalı, kran işləməyən halındakı vəziyyətinə gətirilməlidir. Kran yük altında qalmamalıdır.

1.14.3.6.Qaldırılan yükün çəkisi (takelaj qurğuları və ta-

ranı nəzərə almaqla) qaldırıcı mexanizmin maksimal yükqaldırma qabiliyyətindən artıq olmamalıdır.

69

vk.com/club152685050 | vk.com/id446425943

1.14.3.7.Işçiləri yükqaldıran mexanizm və kranlardan istifadə etməklə bir yerdən başqa yerə köçürmək qadağandır.

1.14.3.8.Avtokranın sürücüsü və cavabdeh şəxs kranın qəzasız işinə, ilməkçi və yükvuran fəhlələrin əməyinin təhlükəsizliyinə, həmçinin kranın yanğından mühafizəsinə və yüklərin təhlükəsiz yüklənib-boşaldılmasına, daşınmasına cavabdehdir.

1.14.3.9.Iki kranla yüklərin qaldırılmasına yalnız kranları istismar edən müəssisənin mühəndis-texniki işçisinin rəhbərliyi altında icazə verilir.

1.14.3.10.Yükləri domkratla qaldırmaq üçün domkratın

və yükün altına mütləq taxtadan yastı araqatı qoymaq lazımdır.

1.14.3.11.Dayanıqsız yüklər, onların etibarlı tutulmasını təmin edə bilən və yükqaldırma həddi göstərilən, xüsusi ilməklərlə ilməklənməlidir.

1.14.3.12.Mexanikləşdirilmiş vasitələrlə yükləmə və boşaltma işləri aparılan zaman qadağandır:

-sürücünün kabinəsinə yüklərin gətirilməsi və aparılması;

-yüklərin istiqamətləndirilməsi və onun səmtləşdirilməsi məqsədi ilə avtokranın banında fəhlələrin olması;

-sürücünün avtomobilin kabinəsində olması (əgər kabinə xüsusi mühafizə örtüyü ilə örtülməyibsə), eləcə də, avtomobilə texniki xidmət və onun təmir edilməsi;

-yükqaldırıcı mexanizmin yükqaldırma qabiliyyətindən ağır olan yüklərin qaldırılması;

-iki yük arasındakı dar yerdə, donmuş və ya torpaq altında qalmış yükü, eləcə də, kranın oxu altında olan yükü dartmaq məqsədi ilə yükqaldırıcı mexanizmdən istifadə edilməsi;

-asılmış halda olan yüklərin, yüklər daşınan zaman qaldırıcı qurğuların və ya ilməklərin vəziyyətinin düzəldilməsi;

-mexanizmlərinin təmiri, yağlama işlərinin aparılması;

70

vk.com/club152685050 | vk.com/id446425943

-yükün üstündə adam olduqda onu qaldırmaq və yerini dəyişmək.

1.14.3.13.Paket halında yığılmış yüklər elə ilməklənməlidir ki, onları yüksəkliyə qaldırarkən, ayrı-ayrı hissələrinin və ya yüklərin bütünlükdə düşməsi halları istisna olunsun. Uzunölçülü yükləri mütləq travers tətbiq etməklə iki ilməklə bağlamaq lazımdır.

1.14.3.14.Yük qaldırılarkən və yerə endirilərkən qadağan-

dır:

-yük bərkidilmiş burazdan tutmaq;

-qaldırılan yükün altında və ya onun hərəkəti istiqamətində olmaq;

-divarla yük arasında olmaq.

1.14.3.15.Açıq havada yükqaldırıcı kranla işləyərkən 11m/san və daha çox küləkli havada yükləmə-boşaltma işləri tam dayandırılmalıdır.

1.14.3.16.Yüklərin yerdəyişməsi ilə bağlı yükqaldırıcı mexanizmlər vasitəsi ilə yerinə yetirilən yükləmə-boşaltma

işləri və digər işlər zamanı krançılar bu əməliyyatları yalnız siqnal üzrə yerinə yetirməlidirlər.

1.14.4. Uzunölçülü yüklərin yüklənməsi, boşaldılması və nəqli

1.14.4.1.Ağır çəkili və uzunölçülü yüklərlə işləyərkən ancaq yükqaldırıcı mexanizmlərdən istifadə etmək lazımdır.

1.14.4.2.Uzunölçülü yüklərin yüklənməsi və boşaldılması ilə məşğul olan fəhlələr işin gedişi vaxtı krançı və siqnalçı ilə vizual mübadilə aparmaq üçün bütün şərti işarələri

bilməlidirlər.

1.14.4.3. Ağır və uzunölçülü yüklərin qaldırılmasında və yerdəyişdirilməsində inventar vasitələrindən və alətlərdən isti-

71

vk.com/club152685050 | vk.com/id446425943

fadə edilməlidir. Bu işlər üçün boru kəsiyindən, metal parçasından, taxta və əşyalardan istifadə etmək qadağandır.

1.14.4.4.Borunu əl ilə daşıdıqda xüsusi tutucu kəlbətinlərdən istifadə edilməlidir. Boruların lingin, bel dəstəyinin və s. üstündə daşınması qadağandır.

1.14.4.5.Fasilələr vaxtı boruların asılmış halda saxlanılması qadağandır.

1.14.4.6.Boruların qaldırılması və daşınması bir qrup fəhlənin iştirakı ilə yerinə yetirilirsə, ağırlıq hər adam hesabına 40kq-dan artıq olmamalıdır. Bu zaman xüsusi kəlbətindən isti-

fadə edilməlidir.

1.14.4.7. Uzunluğu 4 m-dən çox olan boru dəstələri, borular və polad boruların seksiyaları, döndərici dairə ilə təchiz olunmuş biroxlu yedəkli avtomobillərdə daşınmalıdır. Borular kuzovun döşəməsinə və avtoqoşqunun döndərici dairəsinə bərkidilmiş xüsusi tirlərin üstünə düzülməlidir.

1.14.4.8. Borudaşıyıcıların hərəkəti zamanı yüklənən boru seksiyalarının dağılıb tökülməsinin qarşısını almaq üçün seksiyalar taxta travers və dayaqlar vasitəsilə bərkidilməlidir.

1.14.4.9.Uzunölçülü yüklərin yığılması və səhmana salınması elə edilməlidir ki, keçidlər və yollar tutulmasın.

Onları aşağı endirib yerə qoyduqda trosun, zəncirin, kanatın sıxılmaması üçün onların altına araqat qoyulmalıdır.

1.14.4.10.Yük asılı vəziyyətdə olanda nasazlığı aradan qaldırmaq və ilməyin vəziyyətini dəyişmək qadağandır. Nasazlıq aşkar edilən kimi yük aşağı endirilməli və nasazlıq yerdə aradan qaldırılmalıdır.

1.14.4.11.Boruların yüklənməsi, boşaldılması, daşınması və sıra ilə düzülməsi, bu işlərin təhlükəsiz yerinə yetirilməsi üçün mühəndis-texniki heyətdən xüsusi olaraq ayrılmış şəxsin

nəzarəti altında aparılmalıdır.

1.14.4.12. Müxtəlif diametrli və ölçülü boruların və uzunölçülü yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsi

72

vk.com/club152685050 | vk.com/id446425943

işlərinin aparıldığı yerlərdə kənar adamların olması qadağandır.

1.14.4.13.Uzunölçülü yükləri daşıyan avtomobilin kuzovunun bortları olmamalıdır. Lakin, kuzov yükləri düşməkdən qoruyan qaldırıcı və qatlanan dayaqlarla təchiz olunmalıdır. Kuzovun və qoşqunun dayaqları yuxarıdan zəncir və ya burazla mütləq bağlanmalıdır.

1.14.4.14.Avtomobilə boruların yüklənməsi (boşaldılması) işlərinə, avtomobil tam dayandıqdan və sürücünün işarəsindən sonra başlanılmalıdır.

1.14.4.15.Boruların ilməklənməsi üçün burazın uzunluğu qaldırıcı mexanizmin qarmağı ilə yükün mümkün qədər aralı olmasını təmin etməlidir.

1.14.4.16.Uzunölçülü yüklər qaldırılan və ya endirilən zaman ona əl ilə istiqamət vermək olmaz.

1.14.4.17.Uzunölçülü yükün bir ilməklə qaldırılması qa-

dağandır.

1.14.4.18.Yükləri ikibuynuzlu qarmaqdan asarkən buraz

və zəncir elə bağlanmalıdır ki, qarmağın hər iki buynuzuna eyni ağırlıq düşsün.

1.14.4.19.Qalaq açılmazdan əvvəl, qalaqda uzunölçülü yüklərin dayanıqlığı və dayaqlara etibarlı dirənməsi yoxlanılmalıdır.

1.14.4.20.Uzunluğuna görə nəqliyyat vasitələrinin qabaritindən 2 m və daha artıq çıxan yüklər qoşqulu avtomobillərdə daşınmalıdır.

Uzunölçülü yüklərin (rels, boru, tir, şalban) daşınması bir qayda olaraq mexanikləşdirilməlidir. Əl ilə boşaltmada möhkəm tirlər tətbiq olunmalıdır. Bu iş ən azı 2 nəfər yükvuran fəhlə tərəfindən yerinə yetirilməlidir.

1.14.4.21.Eyni vaxtda müxtəlif uzunluqlu yüklər daşınarsa, nisbətən gödək olan yüklər üstdən yığılmalıdır.

73

vk.com/club152685050 | vk.com/id446425943

1.14.4.22.Mexanikləşdirilmiş borudaşıyan maşınların diyirlədiciləri eyni uzunluqda və qalınlıqda olmalıdır və onlar borudaşıyan maşına etibarlı bərkidilmək üçün qurğu ilə təchiz olunmalıdır. Yükləmə-boşaltma zamanı diyirlədicilərin maillik bucağı 300 –dən artıq olmamalıdır. Boşaltma zamanı boruları (uzunölçülü yükləri) atmaq qadağandır.

Mexanikləşdirilmiş borudaşıyan maşınlarda işləyərkən

[216]–nın tələblərinə əməl olunmalıdır.

1.14.4.23.Borudaşıyan qoşqulara uzunölçülü yüklər (boru, rels, şalban və s.) yüklənərkən avtomobilin kabinəsinin

arxa hissəsi ilə yük arasında müəyyən məsafə saxlanılmalıdır ki, yedəkçi avtomobilə görə qoşqu sərbəst olaraq hər tərəfə (900 bucaq altında) dönə bilsin.

1.14.4.24.Yüklər avtomobilə qaldırıcı mexanizm ilə yüklənən zaman, sürücü və yükləyicilər kabinədə, banda (kuzovda) və ya avtomobilin pilləsində olmamalıdır.

1.14.4.25.Müvafiq tutucu və saxlayıcı mexanizm olmadıqda, maili yerlərdə yükün yerdəyişdirilməsi qadağandır.

1.14.4.26.Yükün yuxarı və aşağı hərəkəti (yükləmə-bo- şaltma) zamanı onun altında (önündə) durmaq qadağandır.

1.14.4.27.Yükün hərəkəti (yüklənib-boşaldılması) zamanı vərdənələrin kənara çıxan ucları arasında durmaq və onların üstündən keçmək qadağandır.

1.14.4.28.Aşağıdakılar qadağandır:

-ucları avtomobilin yan tərəf qabaritindən çıxan yükləri daşımaq;

-sürücünün kabinəsinin qapısının qabağını yüklə kəsmək; -uzunölçülü yükləri dirəklərdən yuxarı yükləmək. 1.14.4.28. Tormozlama və maili hərəkət zamanı yüklərin

yerdəyişməsinin qarşısını almaq üçün yüklər etibarlı bərkidilməlidir.

1.14.4.29. Yükləmə-boşaltma zamanı diyircəklərdən (nakat) istifadə edilərkən aşağıdakı tələblərə əməl olunmalıdır:

74

vk.com/club152685050 | vk.com/id446425943

-diyircəklər metaldan hazırlanmalı, yükün çəkisinə uyğun olmalı və nəqliyyat vasitələrinə və ya qəfəsələrə bərkidilmək üçün tərtibata (quruluşa) malik olmalıdır; hər bir diyircəyin çəkisi iki adama düşən yükdən artıq olmamalıdır;

-quraşdırılmış diyircəklərin meyl bucağı 300-dən artıq olmamalıdır;

-diyircəklər arasındakı məsafə elə olmalıdır ki, boru və ya tirin (şalbanın) ucları diyircəkdən kənara 1,5 m-dən çox çıxmasın;

-diyircəkdə yükün geriyə yuvarlanmasının qarşısını alan quruluş nəzərdə tutulmalıdır;

-hər dəfə istifadə olunmazdan əvvəl diyircəklərin sazlığı və davamlılığı işin rəhbəri tərəfindən yoxlanılmalıdır;

-fəhlələr diyircəklər arasında dayanmamalıdırlar.

1.14.5. Yanar (tezalışan) yüklərin yüklənməsi, boşaldılması və nəqli

1.14.5.1.Yanar (tezalışan) yüklər – benzin, kerosin, liqroin, metanol, texniki spirt, dixloretan və s. avtosisternlərdə və ya metal çəlləklərdə nəql edilir. Başqa qablarda (şüşə qablarda, vedrələrdə və s.) yanar yükləri nəql etmək qadağandır.

1.14.5.2.Yanar yüklərin daşınması və saxlanılmasında istifadə olunan tutumlar saz və germetik olmalıdır.

1.14.5.3.Bu məqsəd üçün istifadə olunan sisternlərin və tutumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş başqa xəbərdaredici işarələr yazılmalıdır.

1.14.5.4.Yanar yüklərin doldurulması və boşaldılması zamanı papiros çəkmək və oddan istifadə etmək qadağandır.

75

vk.com/club152685050 | vk.com/id446425943

1.14.5.5.Partlayış təhlükəli, tezalışan və zəhərli yüklərin doldurulması və boşaldılması işinə, həmin yüklərin xüsusiyyətləri və təhlükəliliyi haqqında xüsusi təlim keçmiş fəhlələr buraxılır.

1.14.5.6.Çəlləkləri diyirlətmək üçün polad lingdən istifadə etmək qadağandır.

1.14.5.7.Yanar məhlulla dolu olan çəlləklər avtomobilin banına (kuzova) araqatı olan ramalara və ya ağac çüy bərkitməklə tıxacı yuxarı vəziyyətdə yığılmalıdır. Benzin və ya başqa neft məhsulları ilə dolu olan çəlləkləri avtomobildən yerə

atmaq qadağandır.

1.14.5.8. Çəlləklərin nəqlində, saxlanılmasında və yüklənməsində onların düşməməsi üçün xüsusi tədbirlər görülməlidir. Dolu çəlləklər saxlanılan və nəql edilən zaman onlar günəş şüalarından və yerli qızmadan qorunmalıdır.

1.14.5.9.Yanar yükləri daşımaq üçün təyin olunmuş avtomobildə yanğını söndürmək üçün vasitələr və xəbərdarlıq siqnalı (qırmızı bayraq) olmalıdır.

1.14.5.10.Təhlükəli maddələrin daşınması nəzərdə tutulan taralar, ümumi istifadə üçün olan avtomobil nəqliyyatlarında təhlükəli yüklərin saxlanması və daşınması

[217]tələblərinə cavab verməlidir.

1.14.5.11.Təhlükəli maddələr olan bütün yük yerlərində yükün təhlükəlilik növünü (dərəcəsini), qablaşdırmanın yuxarı hissəsini, qablaşdırmada olan zərif qabların sayını göstərən yarlıqlar olmalıdır.

1.14.5.12.Yükləmə –boşaltma işlərini yerinə yetirərkən yükün növündən və iş şəraitindən asılı olaraq müvafiq fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.

1.14.5.13.Yanar yük çəlləklərinin nəqli zamanı avtomo-

bilin banında (kuzovda) işçinin olması qadağandır.

1.14.5.14. Yanar (tezalışan) yüklərin boşaldılması və doldurulması zamanı avtosistern, yaxınlıqda olan yerləbirləşdirici qur-

76

vk.com/club152685050 | vk.com/id446425943

ğuya bənd edilməlidir, əgər o yoxdursa, kənarda 0,5 m dərinliyə torpağa sancılmış daşınma yerləbirləşdiriciyə bərkidilməlidir.

1.14.5.15.Avtosisterni yerləbirləşdirici qurğudan ayırmağa, yalnız doldurulma və ya boşaldılma prosesi qurtardıqdan sonra icazə verilir.

1.14.5.16.Statik elektrikləşmədən qorunmaq üçün tətbiq olunan xüsusi təyinatlı yerləbirləşdirici qurğunun müqaviməti 100 Om-dan çox olmamalıdır.

1.14.5.17.Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən

çox olmamalı, məftilin bir ucu şlanqa digər ucu isə şlanqın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım yaratmayan metaldan olmalıdır.

1.14.5.18.Avtosisternlərə doldurma və boşaltma işləri müəyyən maddələr üçün xüsusi təyin olunmuş nasoslardan, qüsursuz şlanqlardan və borulardan istifadə etməklə yerinə yetirilməlidir.

1.14.5.19.Avtosisternlərin doldurulması və boşaldılması

yükgöndərən və yükalan təşkilatın qüvvə və vəsaiti ilə yerinə yetirilir. Yükün avtomatikləşdirilmiş sistem vasitəsi ilə boşaldılması istisna olmaqla, yükləmə-boşaltma işlərini aparmaq üçün sürücülərdən istifadə etmək qadağandır.

1.14.5.20.Avtomobildə qurulmuş nasosun köməyi ilə yerinə yetirilən doldurma və boşaltmanı istisna etməklə, təhlükəli yüklərin avtomobilə yüklənib və boşaldılması yalnız avtomobilin mühərriki sönmüş olduqda yerinə yetirilməlidir.

Belə halda sürücü nasos idarə olunan yerdə olmalıdır.

1.14.5.21.Qığılcımsöndürücü quruluşla təchiz olunmuş işlənmiş qazlar borusu (boğucu boru) avtosisternin mühərrikindən qabağa çıxarılmalıdır.

1.14.5.22.Yanar maddələr saxlanılan (benzin, kerosin və s.) tutumların doldurulma həddi tutumların həcminin 95%-dən çox olamamalıdır.

77

vk.com/club152685050 | vk.com/id446425943

1.14.5.23.Doldurma və ya boşaltma üçün saxlanılmış avtosisternin işəsalma açarı söndürülməli və sürətlər qutusu neytral vəziyyətdə saxlanılmalı, çarxların altına qabaqdan və arxadan dayaq qoyulmalıdır.

1.14.5.24.Avtosisterndə lyukun açılması və dirsəyin bərkidilməsi zamanı işçilər küləkdöyən (əsən) tərəfdə dayanmalıdırlar.

1.14.5.25.Avtosisterni doldurarkən, rezin şlanqın ucu sisternin dibinə qədər salınmamalıdır (dibdən 200 mm məsafədən artıq olmamaq şərti ilə).

1.14.5.26.Doldurma və boşaltma estakadası ərazisində avtosisternin təmiri qadağandır.

1.14.5.27.Avtosistern doldurulduqdan sonra rezin

şlanqın içərisindəki maye tam boşaldılmalı və bu zaman yanar maddənin yerə tökülməsinə yol verilməməlidir.

1.14.5.28.Avtosisternin yaxınlığında yanğın baş verərsə, onu təcili təhlükəsiz yerə sürməli, bu mümkün olmadıqda sisterni su şırnağı ilə sulamaq lazımdır.

1.14.5.29.Ərzaq məhsullarının təhlükəli maddələrlə birgə daşınması qadağandır.

1.14.5.30.Yükü nəql edən zaman avtomobildə texniki nasazlıq baş verərsə və bu nasazlığı yerində aradan qaldırmaq mümkün olmazsa, sürücü daşıdığı yükün xüsusiyyəti barədə xəbərdarlıq etməklə texniki kömək çağırmalı, təhlükəli maddələrin axması halları olduqda isə bunu təcili aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir.

1.14.5.31.Təhlükəli yüklərin yüklənməsi və boşaldılması ərazisində və onların daşınması zamanı papiros çəkmək, yaxud oddan istifadə etmək qadağandır.

Papiros çəkməyə yalnız xüsusi ayrılmış yerlərdə icazə

verilir.

78

vk.com/club152685050 | vk.com/id446425943

1.14.6.Sıxılmış və mayeləşdirilmiş qaz balonlarının yüklənməsi, boşaldılması və nəqli

1.14.6.1.Sıxılmış və mayeləşdirilmiş qazla doldurulmuş balonlar xüsusi olaraq quraşdırılmış avtomobillərdə daşınmalıdır.

1.14.6.2.Sıxılmış və mayeləşdirilmiş qazla dolu balonların yüklənməsi, boşaldılması və nəqli zamanı son dərəcə ehtiyatlı olamaq lazımdır, çünki onlar bir yerə dəyərsə, düşərsə partlaya bilər.

1.14.6.3.Baş verə biləcək partlayışın qarşısını almaq üçün yanar qazla dolu balonlarla birgə oksigen, asetilen olan balonlar və başqa balonlar saxlanılmamalıdır.

Oksigen balonları yağ və piy olan qablarla bir yerdə olmamalıdır.

1.14.6.4.Müvafiq rəngə boyanmış balonların üstündə qazın adı yazılmalı, balonların ventillərinin yan ştuserlərinə qoruyucu başlıqlar və tıxaclar qoyulmalıdır.

1.14.6.5.Sıxılmış (mayeləşdirilmiş) qaz balonları daşınan avtomobillər balonların diametrinə uyğun olan və çökəkləri keçə ilə örtülmüş xüsusi rəflərlə təchiz olunmalıdır.

Balonlar, onların qoruyucu başlıqları bir tərəfə olmaqla, avtomobilin banının (kuzovunun) eninə və onun bortları hündürlüyü hədlərinə qədər yığıla bilər.

Qoruyucu başlıqlar axıra qədər burulub bağlanmalıdır.

1.14.6.6.Qaz balonlarını, onlar saxlanılan yerdən yüklənən yerə qədər və ya boşaldılan yerdən saxlanılan yerə qədər xüsusi əl arabalarında üfqi vəziyyətdə aparmaq lazımdır. Əl arabasında balon ölçüsündə keçə çəkilmiş yuvalar olmalıdır.

Yanar qazla dolu balonları çiyində aparmaq qəti qadağan-

dır.

79

vk.com/club152685050 | vk.com/id446425943

1.14.6.7.Oksigen balonlarının saxlanması, yüklənib-bo- şaldılması və nəqli zamanı onların üstünə yağın düşməsi və yağlı maddəyə bulaşmış avadanlığa, əskiyə və s. toxunması istisna edilməlidir.

1.14.6.8.Oksigen balonlarını yanar qazlar və xlor balonları, kalsium karbid barabanları, piy, yağ, asan alışan və yanar maye tutumları ilə birgə daşımaq qadağandır.

1.14.6.9.Oksigen balonuna kant çəkilən zaman ventildən əl ilə tutmaq qadağandır.

1.14.6.10.Avtomobili müşayiət edən yükləyicinin sıxılmış

qaz balonlarını daşımaq hüququ verən sənədi olmalıdır. Balonları yükləyərkən və boşaldarkən onları tullamaq və yaxud birbirinə zərbə ilə dəyməsinə yol vermək olmaz.

1.14.6.11.Avtomobilin banına (kuzovuna) bir cərgədən artıq balonlar yığılarsa, onların bir-birinə toxunmasının qarşısını almaq üçün xüsusi qoruyucu altlıqlardan (çökəkli) istifadə etmək lazımdır.

1.14.6.12.Ilin isti fəslində (aylarında) balonları günəş

şüalarından qorumaq üçün, onların üstünə brezent və ya başqa günəşdən qoruyan material örtmək lazımdır.

1.14.6.13. Balonları qızmış əşyaların və ya sobanın yanında saxlamaq qadağandır.

1.14.7. Aqressiv maddələrin (turşu, qələvi, kalsiumkarbid

və s.) yüklənməsi, boşaldılması və nəqli

1.14.7.1. Aqressiv maddələrin – turşu, qələvi, kalsiumkarbid və s. (bundan sonra aqressiv maddələr) boşaldılan yerdən anbara və anbardan yüklənmə yerinə nəqli xüsusi düzəldilmiş xərəyin, əl arabasının vasitəsilə yerinə yetirilməlidir.

80

vk.com/club152685050 | vk.com/id446425943

1.14.7.2.Içərisində aqressiv maddələr olan şüşə qablar toxunma səbətlərin və taxta yeşiklərin içində olmalıdır. Əks təqdirdə onları bir yerdən başqa yerə daşımaq qadağandır.

1.14.7.3.Böyük şüşə butulkanı boğazından tutub qaldırmaq və kürəyə alıb bir yerdən başqa yerə aparmaq qadağandır.

1.14.7.4.Butulkanın tıxacının sazlığına, möhkəmliyinə, yaxşı bağlanmasına, yeşiyə və ya səbətə düz qoyulmasına xüsusi fikir vermək lazımdır.

1.14.7.5.Içərisində şüşə butulka olan yeşik və ya səbəti

götürməzdən əvvəl, əl tutan yerlərinin sazlığına əmin olmaq lazımdır.

1.14.7.6.Yeşik və ya səbəti iki nəfər yükləyibboşaltmalıdır (aparmalıdır).

1.14.7.7.Boş butulkaların nəqli, boşaldılması və yüklənməsi zamanı onların boğazı yuxarı vəziyyətdə olmalıdır.

1.14.7.8.Aqressiv maddələrin boşaldılması və yüklənməsi zamanı rezin önlük, əlcək və boğazlı qaloşdan

istifadə etmək lazımdır.

1.14.7.9.Əgər işçininin bədəninin hər hansı bir yerinə turşu və ya qələvi düşərsə, güclü su axını ilə yuyub sonra isə həkim məntəqəsinə müraciət etmək lazımdır.

1.14.7.10.Aqressiv maddələr avtomobilin banına (kuzovuna) aşağıdakı qayda ilə yığılmalıdır:

-yük avtomobilin banına (kuzova) etibarlı bərkidilməlidir; -şüşə qabda olan yüklər bir-birinin üstünə və ya

yanbayan müvafiq altlıqsız (araqatsız) qoyulmamalıdır;

-maye ilə dolu şüşə qablar dik, boğazı yuxarı qoyulmalıdır (yığılmalıdır).

1.14.7.11.Aqressiv maddə daşınan avtomobilin

kuzovunda işçilərin olması qadağandır.

1.14.7.12. Aqressiv maddələr olan qabların mexaniki qaldırıcı ilə yüklənməsi və boşaldılması qadağandır.

81

vk.com/club152685050 | vk.com/id446425943

1.14.7.13.Kalsium-karbid olan barabanın yüklənməsi, boşaldılması və nəqli zamanı taranın zədələnməməsinə, barabana suyun düşməməsinə xüsusi fikir vermək lazımdır.

1.14.7.14.Kalsium-karbid olan barabanın nəm yerdə saxlanılması qadağandır.

1.14.7.15.Kalsium-karbid germetik metal barabanlarda, döşəmədən 0,3 m hündürdə olan rəflərdə saxlanılmalıdır.

1.14.7.16.Kalsium-karbid saxlanılan taranın üstündə «Karbid» sözü yazılmalıdır.

1.14.7.17.Xlorlu əhəng çəlləklərini yükləyərkən, boşal-

darkən və daşıyarkən kalsium-karbid üçün nəzərdə tutulduğu kimi ehtiyat tədbirləri yerinə yetirilməlidir. Yadda saxlamaq lazımdır ki, çəlləyin kipliyi pozulduqda xlorlu əhəngin parçalanması ilə zəhərli xlor ayrıla bilər.

82