Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

1.20.5.Yükləmə-boşaltma işlərinə cəlb olunmuş DNQTnin işçiləri, ilməkçilər üçün proqram üzrə öyrədilməli, DNQT-ni istismar edən təşkilatın ixtisas komissiyasından attestasiyadan keçməlidir (sonda müvafiq vəsiqə almaqla).

1.20.6.Hər bir DNQT-də daxili nizam-intizam qaydaları, yanğınların, qazneft təzahürlərinin, açıq fontanların və digər qəzaların qarşısının alınması və ləğvi üzrə təlimatlar və həmçinin DNQT-dən təxliyə olunma planı olmalıdır. Qeyd olunan sənədləri DNQT-nin bütün işçiləri mükəmməl öyrənməli və bu sənədlərin tələblərinə uyğun davranmağı

bacarmalıdırlar.

Bundan başqa DNQT-də, işlərin təhlükəsiz yerinə yetirilməsinə dair təlimatlar və avadanlıqların təhlükəsiz istismarı üzrə müvafiq sənədlər olmalıdır.

1.20.7.Həyəcan siqnalları üzrə bilik və bacarıqların yoxlanılması, müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş cədvəl üzrə hər bir növbə üçün (vaxta) ayda bir dəfə təlim və məşğələlər keçməklə həyata keçirilməlidir.

1.20.8.DNQT heyətinin tərkibində nəfəsalma apparatlarında işləmək (istifadə) üçün xüsusi öyrədilmiş şəxslər olmalıdır.

1.20.9.DNQT-də çalışan bütün işçilər (müvafiq jurnalda qeyd olunmaqla) Dəniz gəmilərində təhlükəsizlik texnikası Qaydalarının «Xidməti heyət işləyərkən və özünə xidmət edərkən təhlükəsizliyin təmini» bölməsini mükəmməl bilməlidirlər.

1.20.10.DNQT-nin heyəti və oraya ezam olunmuş şəxslər yerinə yetirdikləri işlərə uyğun olaraq müvafiq paltar və ləvazimatla təchiz olunmalıdır.

D. 1.21. Yükləmə-boşaltma işləri və yüklərin nəqli

94

vk.com/club152685050 | vk.com/id446425943

1.21.1.Yükləmə-boşaltma işlərinə və yüklərin nəqlinə dəniz şəraitində bu işlərin üsul və qaydalarını mükəmməl bilən şəxslər buraxılır.

1.21.2.Metal konstruksiyaların (bloklar, iri seksiyalar, fermalar və s.) gəmilərə yüklənməsi və onlardan boşaldılması müvafiq yükqaldırma qabiliyyətinə malik kranlar vasitəsilə yerinə yetirilməlidir. Bu zaman həm gəmi, həm də DNQT-nin (DDÖ, ÜQQ) yükqaldırıcı kranlarından istifadə oluna bilər.

1.21.3.Iri ölçülü avadanlıqların (borular, qazma avadanlığı, fontan armaturası və s.) kirjimlərə, kran gəmilərinə, DDÖ-

yə (ÜQQ) və estakadayanı meydançalara yüklənibboşaldılmasına küləyin gücü 4 baldan (7 m/san), dənizin dalğalanması isə 2 baldan çox olduqda icazə verilmir.

1.21.4.DNQT-də (DDÖ, ÜQQ) yüklərin yüklənib-boşaldıl- ması ilə bağlı bütün ağır əmək tələb edən işlər mexanikləşdirilməlidir.

1.21.5.Hər bir qazma və istismar quyusunun özülündə (əsasında) müvafiq yükgötürmə qabiliyyətinə malik dönən

qaldırıcı kran olmalıdır.

1.21.6.Bütün qaldırıcı qurğuların (kran, bucurqad, tal və s.) pasportu olmalıdır. Bu qurğuların yükgötürmə həddi göstərilmiş lövhələri olmalı və onlar qurğunun gözəçarpan yerində quraşdırılmalıdır.

1.21.7.Dəniz qurğularının metal konstruksiyaları dənizin dalğalanması zamanı yüklərin yerdəyişməsini istisna edən, göyərtə boyu metal konstruksiyaları yığmaq və bərkitmək üçün müvafiq vasitələri olan xüsusi təchiz olunmuş gəmilərlə nəql olunmalıdır.

1.21.8.Sementləyici və digər hərəkət edən aqreqatlar gəmi ilə nəql edildikdə təkərlərinin altına təsbitləyici altlıqlar

(başmak) qoyulmaqla kəndirlə etibarlı bərkidilməlidir.

1.21.9. Səpələnən yüklərin gəmilərlə nəqli və gəmilərdən DNQT-yə (DDÖ, ÜQQ, estakadayanı meydança) boşaldılması,

95

vk.com/club152685050 | vk.com/id446425943

boşaltma zamanı təhlükəsizliyi təmin edən xüsusi vasitələrlə təchiz olunmuş konteynerlərdə yerinə yetirilməlidir.

Kran gəmisinin kabinəsi DNQT-nin yük boşaldılan meydançasından aşağıda yerləşdikdə, konteynerləri boşaldarkən həmin meydançada, krançıya siqnal vermək üçün işçi (fəhlə) olmalıdır. Həmin işçi təhlükəsiz yerdə dayanmalı, krançını və konteynerin (yükün) boşaldılmasını görməlidir.

1.21.10. Təhlükəli yüklər (yanan və partlayış təhlükəli maddələr, zəhərli və aşındırıcı maddələr və s.) saz və germetik bağlı tutumlarda (qablarda) daşınmalı və yüklənibboşaldılmalıdır.

Belə təhlükəli yüklər bu məqsədlər üçün xüsusi olaraq təchiz olunmuş gəmilərlə daşınmalıdır.

1.21.11.Estakadada daşınan yüklər, estakadanın keçid ölçülərindən (avtomobilin enindən) kənara çıxmamalıdır.

1.21.12.Yuyucu məhlul DNQT-yə bağlı çənlərdə və ya məhlulötürücü borularla nəql edilməlidir.

1.21.13.Estakadada yükdaşıyan avtomobillə işçiləri daşı-

yan avtomobil qarşılaşdıqda, yol (keçid) işçiləri daşıyan avtomobilə verilməlidir.

D .1.22. Qurğular, avadanlıqlar, mexanizmlər və alətlər

1.22.1.Dəniz şəraitində (DNQT-də) istismar üçün nəzərdə tutulmuş qurğular, avadanlıqlar və alətlər korroziyaya qarşı mühafizə olunmuş icrada olmalıdır.

1.22.2.Dəniz şəraitində (DNQT-də) istismar olunan elektrik avadanlıqları, cihazları və alətləri rütubətə (nəmə, suya) qarşı mühafizə olunmuş icrada olmalıdır.

1.22.3.Sualtı avadanlıqlar (alətlər və s.) germetik olmaqla yanaşı bu şəraitdə (suyun altında) istismarda yüksək etibarlılığa malik olmalıdır.

96

vk.com/club152685050 | vk.com/id446425943

1.22.4.Şelfdəki neft-qaz yataqlarında kəşfiyyat və onların işlənilməsi prosesində obyektlərdə tətbiq olunan avadanlıqlar (o cümlədən xaricdə istehsal olunmuş avadanlıqlar) təlimatın və texniki şərtlərin (istehsalçı-firmaların tövsiyələrinin) tələblərinə əsasən quraşdırılmalı və istismar edilməlidir.

1.22.5.DNQT-də (ÜQQ)-da avadanlıqlar quraşdırıldıqdan sonra yüksüz sınanmalıdırlar. Sınanma aidiyyatı üzrə məsul şəxsin (baş mexanik, baş energetik) rəhbərliyi altında aparılmalıdır.

1.22.6.Dizel generatorlar, mühərriklər və s. üçün yanacaq tutumları, yanacaq-sürtgü materialları ehtiyatı layihə üzrə nəzərdə tutulmuş yerlərdə yerləşdirilməlidir.

97

vk.com/club152685050 | vk.com/id446425943

1.23.Dəniz hidrotexniki qurğuları

1.23.1.Bu Qaydalar qüvvəyə mindikdən sonra istismarda olan obyektlər Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış müddətdə bu Qaydaların tələblərinə uyğunlaşdırılmalıdır.

1.23.2.Layihə təşkilatı ilə razılaşdırılmadan DNQT-dən öz təyinatına uyğun olmayaraq istifadə etmək qadağandır.

1.23.3.Estakadada hərəkət edən nəqliyyatdan, eləcə də EYM-də yığılmış yüklərdən yaranan yüklənmə, layihədə nəzərdə tutulmuş yüklənmədən artıq olmamalıdır. Uzun müddət (20

ildən çox) istismarda olmuş DNQT-də buraxıla bilən yüklənməni təyin etmək üçün layihə təşkilatı tərəfindən qurğunun vəziyyəti haqqında ekspertiza keçirilməlidir.

1.23.4.Estakadada daşınan yüklər estakadanın hərəkət yolu sərhəddini keçməməlidir.

1.23.5.Estakada üzərində nəqliyyatın hərəkət sürətini məhdudlaşdıran, eləcə də buraxıla bilən yüklənməni göstərən yol nişanı qoyulmalıdır. Təcili yardım, qəza və

yanğınsöndürmə maşınlarının sürətinə məhdudiyyət qoyulmur və bu avtomobillərin sürücüləri ehtiyat tədbirlərinə riayət etməlidirlər.

1.23.6.Sutkanın qaranlıq vaxtında estakada (DNQT) işıqlandırılmalıdır.

1.23.7.DNQT-nin metal konstruksiyalarına baxış vaxtı aşkar olunmuş qüsurlar (baxış jurnalına yazılmaqla) tez bir zamanda aradan qaldırılmalıdır. Baxış jurnalında qüsurun yeri və görülən işin xarakteri, eləcə də iş icraçılarının və işi qəbul edən məsul şəxsin soyadları və imzaları olmalıdır. Baxış jurnalı NQÇI-nin istismar xidmətində saxlanılmalıdır. DNQT-nin minik meydançası qəza vəziyyətində olarsa, gəmi kapitanları bu

haqda vaxtında xəbərdar edilməlidirlər.

1.23.8. DDÖ-də (ÜQQ) keçidlərin, göyərtələrin, işçi meydançaların və s. tutulması qadağandır. Istifadə olunmayan

98

vk.com/club152685050 | vk.com/id446425943

materiallar, tutumlar, boş qablar (tara) və s. sahilə göndərilməlidir.

1.23.9.DNQT-nın inşa edilməsi və ÜQQ-nin şelfdə yerləşdirilməsi üçün yer, qurğunun və ya quyunun layihələndirilməsi mərhələsində Xəzər Gəmiçilik Idarəsinin və Xəzərdənizneftdonanma Idarəsinin Hidroqrafik xidmətləri ilə razılaşdırılmalıdır.

1.23.10.Müəssisədə sualtı və suüstü kommunikasiyaların miqyaslı sxemi olmalıdır. Sxemdən Xəzər Gəmiçilik Idarəsinin və Xəzərdənizneftdonanma Idarəsinin Hidroqrafik

xidmətlərinin hər birinə 1 nüsxə göndərilməlidir.

1.23.11. Hidrotexniki qurğuların təhlükəsizliyinə dair digər məsələlər 5 -in tələbləri ilə tənzimlənir.

D.1.24. Korroziyaya qarşı mübarizə işləri

1.24.1.DNQT-nin qoruyucu örtükləri tədricən yararsız hala düşdükcə bərpa olunmalıdır. Korroziyaya qarşı işlər cavabdeh şəxsin rəhbərliyi altında müəssisənin müvafiq komissiyasının qərarı və layihə təşkilatının iştirakı ilə aparılmalıdır.

DNQT-ın yüksək dərəcədə korroziyaya uğramış (yararsız hala düşmüş) elementləri (hissələri), dərhal dəyişdirilməlidir.

1.24.2.Tərkibində zərərli komponentlər olan yeni növ örtüklərin tətbiqinə, yalnız Dövlət Sanitar müfəttişliyinin, Dövlət Sənayedə Işlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Işlərinə Nəzarət Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Baş Dövlət Yanğın Təhlükəsizliyi Idarəsinin və Həmkarlar Ittifaqları Konfederasiyasının əmək müfəttişliyinin razılığından sonra icazə verilə bilər.

1.24.3.Korroziyaya qarşı örtüklərin təmizlənməsi və vurulması zamanı mütləq fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır.

99

vk.com/club152685050 | vk.com/id446425943

1.24.4.Təzyiq altında işləyən boyaq püskürdücülər və digər pnevmatik aparatlar, qabaqcadan gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq hidravlik təzyiqlə sınanılmalıdır.

1.24.5.Katod mühafizəsi qurğularında işlərin aparılması zamanı [16, 17]-in tələblərinə əməl olunmalıdır.

1.24.6.Metal konstruksiyaların səthlərinə korroziyaya qarşı örtüklərin çəkilməsi və elektrokimyəvi mühafizə üzrə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün səyyar qaldırıcı qurğu və tərtibatlardan istifadə olunmalıdır.

1.24.7.Korroziyaya qarşı işlərin aparılmasına aşağıdakı

hallarda icazə verilir:

a) dənizdə dalğalanma 2 bala qədər olduqda özülün və ya estakadanın döşəməsi altında (dəniz səthindən 3 m qədər hündürlükdə) yerləşən metal konstruksiyaların səthindən pasın, qabıqlanmanın, neft məhsulları qalıqlarının təmizlənməsinə, qumvuran maşınla təmizləmə işlərinin aparılmasına, rəng, lak və digər qoruyucu örtüklərin çəkilməsinə;

b) küləyin sürəti 8 m/san qədər olduqda, dayaqların (tirlərin), fermaların, boru kəmərlərinin yuxarı tikililərinin və özülün və ya estakadaların digər metal konstruksiyalarının səthindən köhnə rənglərin, lakların, neft məhsulları qalıqlarının təmizlənməsinə, qumvuran maşınla təmizləmə işlərinin aparılmasına, səthlərin rənglənməsinə, qoruyucu örtüklərin çəkilməsinə.

Qeyd: Küləyin sürəti 11 m/san qədər olduqda, özül və estakadalarda xüsusi meydança və asma tərtibatlardan istifadə zərurəti yaranmadığı halda korroziyaya qarşı mübarizə işlərinin aparılmasına icazə verilə bilər.

1.24.8. Dəniz qurğularında elektrik kabelləri və yüksək təzyiq altında olan boru kəmərləri mövcud olduğu halda, aparılan işlərə cavabdeh olan şəxs baş verə biləcək bədbəxt hadisələrin və həmin obyektlərin (kommunikasiyaların)

100

vk.com/club152685050 | vk.com/id446425943

zədələnmələrinin qarşısını almaq üçün tədbirlər görməlidir. Korroziyaya qarşı işlər aparılan ərazidə katod mühafizəsinin şinləri söndürülməlidir (açılmalıdır).

Avadanlığı, tərtibatları, rənglə dolu vedrələri kabel keçən qanovlardan, elektrokimyəvi mühafizə şinlərindən, boru kəmərlərindən asmaq qadağandır.

1.24.9.Katod mühafizəsinin qoşulmuş (işə salınmış) vəziyyətində karroziyaya qarşı mübarizə işlərinin aparılması qadağandır.

1.24.10.Yalnız müvafiq xidmət tərəfindən təhkim

olunmuş işçinin rəhbərliyi altında elektrik kabellərinin və boru kəmərlərinin yerdəyişməsinə icazə verilə bilər. Bu vaxt kabel açılmalı və boşalmalı, boru kəmərində isə təzyiq atmosfer təzyiqinə qədər endirilməlidir.

1.24.11. Korroziyaya qarşı mübarizə işlərinin elektrik kabelinə toxunmaqla aparılması zərurəti yarandığı halda, kabel onu istismar edən xidmətin nümayəndəsinin iştirakı ilə açılmalıdır. Kabelin (hətta qısa vaxt ərzində) yerinin dəyişdirilməsi zərurəti yarandığı halda, kabeli istismar edən xidmətdən icazə alınmalıdır.

1.24.12.Lak və boya materialları saxlanılan anbarlar ventilyasiya qurğusu ilə təchiz olunmalıdır. Ventilyasiya qurğusu havada zərərli buxarların qatılığının sanitar normaları ilə YVH-yə qədər azaldılmasını təmin etməlidir.

1.24.13.Lak və boya materialları saz və germetik metal tarada saxlanılmalı və daşınmalıdır.

1.24.14.Taranın ağzını taxta tıxac, əski və s. ilə bağlamaq qadağandır.

1.24.15.Dolu və boş taralar daima germetik bağlı olmalıdır. Hər bir çəlləyin, bidonun üzərində lak və boya materialları-

nın adı yazılmış etiket olmalıdır.

101

vk.com/club152685050 | vk.com/id446425943

1.24.16.Boş tara istehsalat və məişət otaqlarından, anbarlardan 20 m az olmayan məsafədə yerləşdirilmiş xüsusi meydançalarda saxlanılmalıdır.

1.24.17.Lak və boya materialları anbarlarda bir sırada yerləşdirilməlidir.

1.24.18.Anbarlarda siqaret çəkmək, oddan, qığılcım yarada bilən alətlərdən istifadə etməklə işlərin aparılması qadağandır.

Anbarların gözə çarpan yerlərində aşağıdakı məzmunda plakatlar asılmalıdır: «Siqaret çəkmək və oddan istifadə etmək

qadağandır».

1.24.19. Lak və boya materiallarının boşaldılması və qarışdırılması üzrə görülən işlər mexaniki və ya pnevmatik üsulla aparılmalıdır.

1.24.20.Lak və boya hazırlığı, rəngləmə işləri aparılan otaqların döşəmələri zərbədən qığılcım verməyən və yanmayan materialdan hazırlanmalıdır.

1.24.21.Lak və boyaları lazımi özlülüyə qədər həlledicilər

vasitəsi ilə durulaşdırmaq üçün germetik avadanlıqdan istifadə olunmalıdır. Həmin avadanlıq üfürücü-sorucu ventilyasiya ilə təchiz olunmuş izolə edilmiş otaqlarda və ya meydançalarda yerləşdirilməlidir.

1.24.22.Lak və boya materiallarının töküldüyü yer dərhal təmizlənməlidir.

1.24.23.Lak və boya materiallarına bulaşmış alət və aparatlar xüsusi olaraq bu məqsədlər üçün nəzərdə tutulmuş yerdə yuyulmalı və təmizlənməlidir.

1.24.24.Alüminium tozu quru otaqda saxlanılmalıdır.

1.24.25.Alüminium tozu ilə dolu tutumları daşıyarkən və boşaldarkən onları zərbədən qorumaq lazımdır. Alüminum

tozu ilə dolu tutumları yırğalamaq, diyirlətmək qadağandır.

102

vk.com/club152685050 | vk.com/id446425943

1.24.26.Konstruksiyaların korroziyaya qarşı örtük təbəqəsi tam quruyana qədər 5 m-dən az olan məsafədə odlu işlərin aparılması qadağandır.

1.24.27.DNQT-da odlu işlər aparılan dövrdə onların icraçılarına aşağıdakılar qadağandır.

a)yeni rənglənmiş, izolə edilmiş, yağsızlaşdırılmış səthləri açıq elektrik qızdırıcıları və ya digər od təhlükəli cihazlar vasitəsi ilə qurutmaq;

b)lak, rəng, izolyasiya və digər materialları qızdırıcılarda, ocaqlarda qızdırmaq.

1.24.28. Izolyasiya və bitum mastikalarının əridilməsi və qızdırılmasında istifadə olunan qazanlar temperaturu ölçən cihazlar və kip bağlanan qapaqlarla təchiz olunmalıdır. Qazana doldurulan izolyasiya məhsulu quru olmalıdır. Əritmə qazanının yanında yanğınsöndürmə vasitələri olmalıdır. Qazanın odluğunun ağzı yanmayan materialdan hazırlanmış geriyə atılan sipərlə təchiz olunmalıdır. Izolyasiya materiallarını əridərkən və qızdırarkən qazanları nəzarətsiz qoymaq qadağandır.

1.24.29.Qazan deşilərsə dərhal ocağı (odluğu) söndürmək, məhsulu boşaltmaq, qazanı təmizləmək və təmir etmək lazımdır. Qazanı təmir etmək mümkün olmadıqda onu dəyişmək lazımdır.

1.24.30.Bitum mastikası ilə işləyərkən aşağıdakı tələbləri yerinə yetirmək lazımdır:

a) işə başlamazdan əvvəl çömçələrin, bakların və iş prosesində istifadə olunan digər alətlərin sazlığını yoxlamaq;

b) qızdırılmış bitum mastikasını iş yerlərinə ağzı kip bağlanan, təsadüfü düşmə nəticəsində ağzı açılmayan, xüsusi m- etal baklarda daşımaq. Qızdırılmış mastikanın açıq tarada da-

şınması qadağandır;

c) mastikanın dağılmaması üçün bakları onların həcminin 3/4-dən çox doldurmaq qadağandır.

103