Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ 12

ISTEHSALAT SANITARIYASI VƏ ƏTRAF

MÜHITIN MÜHAFIZƏSI

12.1.Ümumi tələblər

12.1.1.Istehsalat obyektlərinin layihə sənədlərinin işlənməsi zamanı xidməti heyət üçün zərərli istehsalat amillərinin təsirindən müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

Layihə sənədlərində iş yerlərində titrəyişin və səs-küyün gözlənilən səviyyəsi göstərilməlidir.

12.1.2. Istehsalat otaqları, iş yerləri, həmçinin pəncərələr təmiz saxlanılmalıdır.

Döşəmə təmizləmək və yumaq üçün rahat olmalıdır.

Neft və neft məhsullarının və çirklərin yuyulub təmizlənməsi üçün su axarı nəzərdə tutulmalıdır.

Meydançalar və pilləkənlər mütəmadi olaraq çirkdən, qardan və buzdan təmizlənməlidir.

12.1.3.Zibilin yığılması üçün yeşiklər və zibil qabları qoyulmalıdır. Yağlı əskilər və başqa tez alışan, zəhərli tullantılar üçün ayrıca qapaqlı dəmir yeşiklər qoyulmalıdır.

12.1.4.Istehsalat və xidmət otaqlarında, işçi meydançalarında və işçi heyətin təxliyə yollarında qüvvədə olan normalara uyğun qəza işıqlandırılması (çıraqlar) nəzərdə tutulmalıdır.

12.1.5.Çıraqlar kvartalda bir dəfədən az olmayaraq təmizlənməli və təmizlənərkən cərəyandan açılmalıdır.

12.1.6.Istismar edilən maşınlar, avadanlıqlar, mexanikləşdirilmiş alətlər və nəqliyyat vasitələri təmirdən sonra zərərli

amillərə görə (səs-küy, titrəyiş və s.) qüvvədə olan sanitar normalarına və pasport məlumatlarına uyğun olaraq yoxlanılmalıdır.

421

vk.com/club152685050 | vk.com/id446425943

Yoxlamanın nəticələri obyektin sanitar-texniki pasportunda qeyd edilməlidir.

12.1.7.Qaz kompressor stansiyalarında, neft nasosxanalarında, qazpaylayıcı məntəqələrdə (budkalarda) və başqa istehsalat otaqlarında havada qazların miqdarı tələb olunan normadan yüksək olmamalıdır və onlar daima nəzarətdə saxlanılmalıdır.

12.1.8.Qazın, tozun, hisin və digər zərərli maddələrin ayrılması ilə əlaqədar olan texnoloji prosseslər, qurğular və mədən obyektləri, yaşayış rayonlarına nisbətən küləyin orta

illik istiqaməti nəzərə alınmaqda külək tutmayan tərəfdə (küləkdöyməzdə) yerləşdirilməli və bunlar yaşayış zonalarının sərhəddindən sanitar-mühafizə zonası ilə ayırılmalıdır.

12.1.9.Yaşayış rayonları üçün sanitar-mühafizə zonasının eni qüvvədə olan sanitar normalarına müvafiq olaraq müəyyənləşdirilir. Mədən tərəfdən sanitar-mühafizə zonasının sərhəddi istismar olunan quyuların kənar cərgəsi hesab olunur.

12.1.10.Qazma, mənimsəmə, quyuların əsaslı və cari təmiri, neftin deemulsasiyası və digər işlər zamanı, çirklənmiş istehsalat axıntıları qismən və ya tam zərərsizləşdirilmək üçün yığılıb ötürülməli, yaxud uducu quyulara vurulmalıdır.

Bunun üçün mədənin bütün obyektləri layihəyə əsasən daimi və yaxud müvəqqəti qurğularla (bəndlərlə, xəndəklərlə, yığılma kanalları, çalalarla, təmizləmə qurğuları, uducu quyularla və s.) təchiz edilməlidir.

Bu tədbirlər yerinə yetirilməyənə qədər, obyektlərin istismara buraxılması qadağandır.

12.1.11.Istehsalat sahələri (otaqları) qüvvədə olan müvafiq qanunların, qaydaların, normaların tələblərinə uyğun

qurulmalıdır (təchiz olunmalıdır).

12.1.12. Istehsalat otaqları havanın dəyişilməsi (sirkulyasiyası) üçün müvafiq şəkildə təchiz olunmalı və qurulmalıdır.

422

vk.com/club152685050 | vk.com/id446425943

12.1.13.Istehsalat otaqları və iş yerləri təmiz saxlanılmalıdır. Döşəmə rahat təmizlənməni və təmiri təmin etmək üçün düz olmalıdır. Döşəmədən və novlardan nefti və çirki yumaq üçün istehsalat sahələrində su kranları olmalıdır. Su kranı (kəməri) olmadıqda otağın yığışdırılması quru üsulla aparılmalıdır (əski, cındır və s. ilə).

12.1.14.Istehsalat və yardımçı otaqlarda təbii işıqdan maksimum istifadə etmək üçün lazımi tədbirlər görülməlidir.

12.2.Laboratoriyalar

12.2.1.Laboratoriyanın iş otaqlarının binanın dəhlizinə və ya xaricinə çıxışı olmalıdır. Dəhlizin ən azı iki çıxışı olmalıdır. Dəhliz və onun çıxışları kənar əşyalarla qalaqlanmamalıdır.

12.2.2.Laboratoriya əməkdaşları işlədilən maddə və materialların təhlükəsizliyini bilməli və onlarla işləyərkən təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər.

12.2.3.Laboratoriyada maddə və materiallar ciddi şəkildə çeşidə uyğun saxlanılmalıdır. Qarşılıqlı kimyəvi təsir

nəticəsində yanğın və ya partlayış törədə bilən maddələrin bir yerdə saxlanılması qadağandır.

12.2.4. Laboratoriya mebeli və avadanlıqlarının yerləşdirilmə qaydası işçilərin təxliyəsinə mane olmamalı, avadanlıqlar arasında keçidin minimal buraxıla bilən eni isə 1 m-dən az olmamalıdır.

12.1.5. Laboratoriya masalarının, rəflərinin, sorucu şkaflarının işçi səthlərinin yanmayan örtüyü olmalıdır.

Turşularla, qələvilərlə və digər kimyəvi aktiv maddələrlə işlərin aparılması üçün masa və şkaflar kimyəvi təsirə davamlı materiallardan hazırlanmalı, həmin masa və şkafların kimyəvi aktiv mayenin kənara axmasının qarşısını alan, yanmayan materiallardan olan kanları olmalıdır.

12.2.6. Zərərli və təhlükəli maddələrin (qazlar, buxarlar, tozlar, aerozollar və s.) ayrılması ilə müşayiət olunan işlər və

423

vk.com/club152685050 | vk.com/id446425943

həmçinin asan alışan maddələrlə (AAM) və yanar maddələrlə (YM) aparılan işlər etibarlı ventilyasiyası olan sorucu şkaflarda aparılmalıdır.

12.2.7. Sorucu şkafın içində yerləşdirilmiş çıraqlar partlayışdan mühafizəli olmalı, onlara aid olan naqillər isə B-1 sinifli partlayış təhlükəli otaqlar üçün naqillərə olan tələblərə cavab verməli və kimyəvi maddələrin təsirindən müdafiə olunmalıdır.

Sorucu şkafın xaricində yerləşdirilmiş çıraqlar partlayışdan mühafizəli olmaya bilər, bu halda onların şüşə qapağı olmalıdır.

Sorucu şkafın içində ştepselli rozetkaların quraşdırılmasına icazə verilmir.

12.2.8.Zərərli maddələrlə işlədikdə və alovlu işlər görüldükdə otaqda iki nəfərdən az adam olmamalıdır.

12.2.9.Laboratoriya otaqlarının üfürücü-sorucu ventilyasiyası iş gününün başlanmasına 5 dəqiqə qalmış işə salınmalı və iş gününün sonunda söndürülməlidir.

Ventilyasiya sistemi nasaz olan laboratoriyalarda işlərin aparılması qadağandır.

12.2.10.Neft yaxud başqa zərərli və yanğın təhlükəli maddələr və məhsullarla çirklənmiş qablar məcburi ventilyasiya ilə təchiz edilmiş xüsusi ayrılmış otaqlarda yuyulmalıdır.

12.2.11.Neft və neft məhsulları tullantılarının, kimyəvi reaktivlərin və başqa yanar və zərərli maddələrin kanalizasiyaya axıdılması qadağandır.

12.2.12.Utilizasiya, yaxud basdırılmağa aparılmaq məqsədi ilə neft, neft məhsulları, kimyəvi reagentlər və başqa zərərli maddələr soyudulmuş halda bu məqsəd üçün xüsusi

ayrılmış ağzı qapaqla etibarlı bağlanan qablara yığılmalıdır. 12.2.13. Istifadə edilmiş, tərkibi zəhərli maddələrdən

ibarət olan məhsullar boşaldılmazdan əvvəl

424

vk.com/club152685050 | vk.com/id446425943

neytrallaşdırılmalıdır.

12.2.14. Laboratoriya otaqlarında qadağandır:

a)sıxılmış və partlayıcı qazlarla doldurulmuş balonların saxlanılması;

b)neft, neft məhsullarının və başqa zərərli və yanğın təhlükəli maddələrin açıq qablarda saxlanılması;

c)uçucu maddələr hopmuş əski, cındır, dəsmalların və s. saxlanılması;

ç) buxar xətlərində paltarların və s. qurudulması;

d)döşəmənin uçucu və digər yanğın təhlükəli

maddələrlə yuyulması.

12.2.15. Qaz tullantısı və ya təhlükəli mayelərin sıçraması ilə müşayiət olunan işlərin aparılması zamanı mühafizə eynəklərindən və xüsusi rezin önlüklərdən və əlcəklərdən istifadə edilməlidir.

12.2.16.Laboratoriyanın döşəməsi laboratoriyada istifadə edilən mayeləri özünə hopdurmayan, yanmayan materialdan olmalıdır.

12.2.17.Sıxılmış maye şəkilli və həll olunmuş yanar qaz balonları, onların tutumundan asılı olmayaraq laboratoriya binasının xaricində metal şkaflarda quraşdırılmalıdır (saxlanılmalıdır).

Şkafların havasının dəyişilməsi üçün onların müvafiq kəsiyi və ya jalyüzli nəfəsliyi olmalıdır.

Laboratoriya otaqlarının həmin qazlarla, həmçinin oksigenlə təmini mərkəzləşdirilmiş sistemlə aparılmalıdır.

12.2.18.Maye hava və oksigen tutumlarının AAM və YM, piy və yağlarla bir yerdə saxlanılması qadağandır.

12.2.19.Qələvi metallar susuzlaşdırılmış kerosində və ya yağlarda, hava daxil olmayan etibarlı bağlanmış qalın divarlı

qablarda saxlanılmalıdır. Içərisində qələvi metallar olan şüşə qablar, divarlarına və altına asbest döşənmiş, qapağı möhkəm bağlanan metal yeşiklərdə saxlanılmalıdır.

425

vk.com/club152685050 | vk.com/id446425943

12.1.20. Laboratoriya otaqlarında yalnız içərisində təsirsiz qaz olan balonların (azot, karbon qazı) istifadəsinə (saxlanılmasına) icazə verilir.

Anbardan laboratoriyaya daxil olan hər bir balondan analiz üçün nümunə götürülməlidir.

Nasaz balonlarla işləmək qadağandır.

12.2.21. Laboratoriyanın iş otaqlarında AAM və YM reaktivlərinin miqdarı gündəlik təlabatdan artıq olmamalıdır. Bu mayelər otaqdan çıxışın əks tərəfində quraşdırılan metal şkaflarda, kip taralarda və ya qapağı kip bağlanan, yanmayan materialdan hazırlanan yeşiklərdə saxlanılmalıdır.

12.2.22. Turşu, qələvi və digər aşındırıcı maddələr olan şüşə qablar, içərisinə asbest döşənmiş xüsusi metal və ya taxta yeşiklərdə daşınmalıdır.

Sulfat və azot turşularının taxta yeşik və səbətlərdə daşınmasına o halda icazə verilir ki, bu taralar oddan qorunan tərkiblə işlənmiş olsun.

12.2.23.Açıq odla və elektrik qızdırıcı cihazlarla iş aparılan stollarda AAM və YM-in saxlanılması, onların tökülməsi, aparatların onlarla yüklənməsi qadağandır.

12.2.24.Standart üsulla qızma sürətinin açıq odda tənzimlənməsi ilə aparılan əməliyyatlar istisna olmaqla, AAM və YM olan qabların açıq odda, həmçinin açıq elektrik qızdırıcı cihazlarda qızdırılması qadağandır.

12.2.25.AAM və YM qızdırılması ilə əlaqədar işlər işçinin daim nəzarəti altında aparılmalıdır. Əgər işçi hətta qısa müddətə belə işdən yayınarsa, qızdırma mənbəyi söndürülməli və soyudulmalıdır.

12.2.26.Qaz xətlərində və qaz cihazlarında qazın

sızmasını aşkar etmək üçün açıq alovdan istifadə etmək qadağandır.

12.2.27. Laboratoriya qabları, yalnız bu məqsədlər üçün

426

vk.com/club152685050 | vk.com/id446425943

xüsusi ayrılmış və məcburi sorucu ventilyasiya ilə təchiz olunmuş otaqlarda yuyulmalıdır.

Bu otaqlar laboratoriyanın digər otaqlarından yanmayan arakəsmə ilə ayrılmalı və onların dəhlizə sərbəst çıxışı olmalıdır.

Laboratoriyanın bütün otaqları daima təmiz saxlanılmalıdır. Təsadüfən dağılmış kimyəvi maddələr, o cümlədən AAM və YM dərhal yığışdırılmalı və sonra isti su ilə yuyulmalıdır.

12.2.28. Laboratoriya otaqlarından kənarda (məsələn: dəhlizdə) ümumi elektrik açarı (avtomat, rubilnik) quraşdırılmalı və iş gününün sonunda laboratoriyanın elektrik gərginliyi buradan açılmalıdır.

12.2.29.Iş gününün sonunda laboratoriya diqqətlə gözdən keçirilməli və orada təhlükə törədə biləcək hər hansı bir çatışmamazlığın (nöqsanın) olmamasına əmin olmaq lazımdır.

12.2.30.Laboratoriyada yanğın təhlükəsizliyi üzrə məsuliyyəti laboratoriya müdiri tərəfindən təyin edilmiş işçi

daşıyır.

427

vk.com/club152685050 | vk.com/id446425943

12.3.Tibbi xidmət. Ilk tibbi yardım

12.3.1.Vəzifəsindən asılı olmayaraq yeni işə qəbul olunanlar və müəssisədə çalışan işçilər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.01.1998-ci il tarixli 13 saylı Əmrinə əsasən profilaktik tibbi müayinədən keçməlidirlər.

12.3.2.Profilaktik tibbi müayinələrin nəticələrinin təhlili və bununla əlaqədar müəssisənin tibb xidmətinin fəaliyyəti, peşə xəstəliklərinin qeydiyyatı (uçotu) və araşdırılması Səhiyyə Nazirliyinin müavfiq Əmrinə əsasən yerinə yetirilməlidir.

12.3.3.Işçilərinin sayı 500 nəfər və daha çox olan müəssisədə tibb məntəqəsi olmalıdır. Tibb məntəqəsi, işçilərinin sayı daha çox olan obyektlərə yaxın yerləşdirilməli və

nəqliyyatın (işçilərin) hərəkəti (gediş-gəlişi) üçün onun rahat yolu olmalıdır.

12.3.4.Işçilər müvafiq tələblərə uyğun tibbi xidmətlə təmin olunmalıdır.

12.3.5.Bədbəxt hadisə (xəsarətalma) zamanı

zərərçəkmiş şəxsə göstərilmiş ilk tibbi yardımın uğurlu olması yardımın yubadılmadan cəld, bacarıqlı və məharətlə aparılmasından asılıdır, bu isə ilk tibbi yardımın üsul və qaydalarını mükəmməl bilmək və vaxtaşırı təkmilləşdirici təlimlər keçmək nəticəsində mümkündür.

Yadda saxlamaq lazımdır ki:

a)ilk tibbi yardımın gecikdirilməsi və ya düzgün aparılmaması xəsarət almış şəxsin ölümünə və ya orqanizmində bərpaolunmaz dəyişikliyə (şikəstliyə) səbəb ola bilər;

b)zərərçəkən şəxsə təcili olaraq və imkan daxilində zədə aldığı yerdə ilk tibbi yardım göstərilməlidir (zəhərli qazla zəhərlənmədən başqa).

12.3.6. Ilk tibbi yardımın göstərilməsi üzrə təlimləri (məşğələləri) tibbi heyətlə müəssisənin səlahiyyətli mühəndistexniki işçiləri vaxtaşırı olaraq birlikdə aparmalıdırlar.

428

vk.com/club152685050 | vk.com/id446425943

12.3.7.Müəssisədə (obyektdə) ilk tibbi yardım üzrə təlimlərin (məşğələlərin) təşkili, müəssisənin rəhbərliyinin, sahə və sex rəislərinin (digər məsuliyyətli şəxslərin) üzərinə düşür.

12.3.8.Bütün işçilər ilk tibbi yardım göstərilməsinin üsul və qaydalarını mükəmməl bilməli və onları tətbiq etməyi bacarmalıdırlar.

12.3.9.Zərərçəkmiş (xəsarət almış) şəxslərə ilk tibbi yardımın göstərilməsi [208] uyğun həyata keçirilməlidir.

12.3.10.Ilk tibbi yardımın vaxtında və kefiyyətli

aparılması üçün iş yerlərində aşağıdakılar olmalıdır:

a)bütün istehsalat briqadaları, sexləri, şöbələri və s. üçün tibbi ləvazimat və dərman qutusu;

b)müəssisənin (obyektin) ərazisində olan ilk tibbi yardım üçün tibbi ləvazimatlar və dərman qutusunun və həmçinin tibb məntəqəsinin yerini göstərən göstərici nişanlar olmalıdır;

c)bədbəxt hadisə zamanı zərərçəkən şəxsə ilk tibbi yardım göstərilməsi qaydasını əks etdirən, gözəçarpan yerdən

asılmış plakatlar.

12.3.11.Müəssisənin (obyektin) ərazisində kənar təşkilatın işçiləri işləyirsə, ya buraya ezam olunmuşlarsa, onlara dərman qutusunun və tibb məntəqəsinin yerləri göstərilməlidir.

12.3.12.Hər bir müəssisədə, obyektdə, sexdə, sahədə və s. ilk tibbi yardım üçün lazımi tibbi ləvazimatın və dərman qutusunun vəziyyətini (əyər-əskiyini) yoxlayan və onları tələb olunan qaydada saxlayan şəxs olmalıdır.

12.4.Sanitar –məişət otaqları

12.4.1.Sanitariya normalarına uyğun olaraq istehsalat obyektlərində işçilər üçün sanitar-məişət otaqları olmalıdır.

429

vk.com/club152685050 | vk.com/id446425943

12.4.2.Sanitar-məişət otaqları hər gün yığışdırılmalı və onların havası dəyişdirilməlidir.

Paltar saxlanılan yer, duşxanalar və başqa sanitar-məişət otaqları və qurğular vaxtaşırı dezinfeksiya olunmalıdır.

12.4.3.Istehsalat obyektlərində işçilər üçün istirahət otaqları nəzərdə tutulmalıdır.

12.4.4.Işçilərin istirahəti və qızınması üçün hər bir qazma qurğusunda və ya lazımi hallarda quyuların əsaslı təmir briqadası üçün otaq olmalıdır.

Bu otaqla vışka (dor) arasındakı məsafə sonuncuların hündürlüyündən 10 m çox olmalıdır.

Otaqda içməli su çəlləyi, ilk tibbi yardım göstərmək üçün lazımi dərmanlarla təchiz olunmuş qutu, müvafiq mebel olmalıdır.

Otaq təmiz saxlanılmalı və vaxtaşırı dezinfeksiya olunma-

lıdır.

12.4.5. Xüsusi geyimlərin və dəyişiklərin yuyulması, qurudulması, ütülənməsi, təmizlənməsi və təmiri üçün mexanikləşdirilmiş cəmaşirxanalar olmalıdır.

12.5.Qida və içməli su ilə təchizat

12.5.1.Qida məhsulları «Ərzaq xammalı və yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə gigiyenik tələblər» SanPiN 2.32.560-96 tələblərinə uyğun olmalıdır.

12.5.2.Müəssisənin işçiləri [192] (gəmilərdə [193]–ə) uyğun olaraq içməli su ilə təmin olunmalıdır.

12.5.3.Çiy suyun istifadəsinə yerli sanitar nəzarət orqan-

larının icazəsi olmalıdır.

12.5.4. Iş yerlərinə içməli su daimi olaraq hər gün verilməlidir (gətirilməlidir). Suyun gətirilməsi zamanı o

430

vk.com/club152685050 | vk.com/id446425943

çirklənmədən etibarlı qorunmalıdır.

12.5.5.Içməli suyun temperaturu +8 - +200C arasında

olmalıdır.

12.5.6.Içməli su qurğularına (kranlara) olan məsafə 75 m-dən çox olmamalıdır.

12.5.7.Işçilərin daşınıb gətirilən içməli su ilə təmin edilməsi şəraitində istehsalat müəssisələri içməli su stansiyalarına malik olmalıdır. Bu stansiyalarda yuyulması və dezinfeksiyası mümkün olan suyu daşımaq və saxlamaq üçün çənlər olmalıdır.

12.5.8.Işçiləri daşınıb gətirilən su ilə təmin edilən istehsalat müəssisələri suyun keyfiyyətinə vaxtaşırı nəzarət etməlidirlər.

12.5.9.Səyyar işlə məşğul olan işçilər və abadlaşdırılmamış obyektlərin işçiləri (vışka təmir edənlər, quyuların cari və əsaslı təmiri ilə məşğul olan briqadalar, qazmaçılar və b.) fərdi qaydada içməli su ilə təmin edilməlidir.

12.5.10.Açıq havada, isti iqlim şəraitində (havanın

temperaturu +360C-dən çox olduqda), isti sexlərdə və həmçinin tozlu və ya xüsusilə çirkli maddələrlə (zərərli maddələrdən başqa) işləyən işçilərin orqanizminin su rejimini (mübadiləsini) optimal saxlamaq üçün, onlar mineral su, kisel və 0,5% NaCl (xörək duzu) qatışdırılmış (1 litr suya 5 qr xörək duzu) qazlı su və s. ilə təmin olunmalıdırlar.

Növbə ərzində hər işçiyə 4-5 litr su (qeyd olunan məhlul) nəzərdə tutulmalıdır.

12.5.11.Içməli suya xidmət edən işçilər altı aydan bir tibbi müayinədən keçməlidirlər.

12.5.12.Belə şərait üçün işçilərin sayı ən çox olan növbə əsas götürülərək, 100 nəfərə 1 su qurğusu (və ya çəllək),

digər hallar üçün 200 nəfərə 1 su qurğusu (və ya çəllək) nəzərdə tutulmalıdır.

431

vk.com/club152685050 | vk.com/id446425943

12.6.Istehsalat sahələrinin qızdırılması

12.6.1.Adamların uzun müddət olduqları istehsalat və xidməti otaqlar sanitar normalarına və yanğın təhlükəsizliyi normalarına cavab verən qızdırıcı qurğularla təchiz olunmalıdır. Elektrik qızdırıcıları tətbiq olunduqda onlar əlavə olaraq [15]–in tələblərinə cavab verməlidir.

12.6.2.Texnoloji xüsusiyyətinə görə istilik ayrılması ilə müşayiət olunan otaqlarda (sahələr) istismar olunan avadanlıq

və aparatlar təmirə dayandığı müddətdə, onlarda temperaturun +50C-dən aşağı düşməməsi üçün, həmin otaqlar növbətçi qızdırıcı qurğu ilə təchiz olunmalıdır.

12.6.3.Çoxlu toz ayrılması ilə müşayiət olunan istehsalat otaqlarında istifadə olunan qızdırıcı cihazlardan tozun asan təmizlənməsi məqsədilə onların səthləri hamar olmalıdır.

12.6.4.Havanın qızdırılması ilə axımlı ventilyasiya birgə aparılan otaqlarda (sahələrdə) havanın resirkulyasiyasına

icazə verilmir.

12.6.5. Qızdırıcı qurğular yanğın-partlayış təhlükəli otaqların yanğın-partlayış təhlükəlilik kateqoriyasına uyğun olmalıdır.

12.7.Ventilyasiya və kondisiyalaşdırma

12.7.1.Istehsalat sahələri, yerli şəraitdən asılı olaraq, qüvvədə olan müvafiq normalara uyğun olaraq mexaniki, təbii və ya qarışıq ventilyasiya ilə, xidməti otaqlar isə kondisionerlərlə təchiz olunmalıdır.

12.7.2.Ventilyasiya sisteminə və kondisionerlərə xidmət xüsusi öyrədilmiş işçilər tərəfindən aparılmalıdır.

Digər işçilərə, qəza halları istisna olmaqla, həmin ava-

432

vk.com/club152685050 | vk.com/id446425943

danlıqlarla bağlı hər-hansı bir əməliyyatın aparılması qadağandır.

12.7.3.Zərərli maddələrin (qaz, buxar, toz və s.) ayrılması mümkün olan otaqların ümumi məcburi, ehtiyac duyulduqda isə yerli sorucu ventilyasiyası olmalıdır.

12.7.4.Zəhərli və xüsusilə zərərli maddələr ayrılan otaqların ventilyasiya sistemi digər otaqların ventilyasiya sistemindən təcrid olunmalıdır.

12.7.5.Səs-küyün azalması və titrəyişin tikinti konstruksiyalarına yayılmasının qarşısını almaq üçün, ventilyatorlar tit-

rəyişi söndürən (azaldan) özüldə quraşdırılmalıdır.

12.7.6.Partlayış təhlükəli bir neçə otaqların ümumi hava sorucu sistemə birləşməsinə icazə verilmir.

12.7.7.Ventilyasiya avadanlıqları yanğın-partlayış təhlükəli otaqların yanğın-partlayış təhlükəlilik kateqoriyasına uyğun olmalıdır.

12.7.8.Ventilyasiyanın səmərəli işləməsi vaxtaşırı yoxlanılmalı və aşkar olunmuş nöqsanlar aradan qaldırılmalıdır.

12.6.9. Tərkibində kükürdlü birləşmələr olan qazların ayrılması ehtimalı olan otaqlar müvafiq ventilyasiya sistemi ilə təchiz olunmalıdır.

12.7.10.Istehsalat otaqlarında istilik 20 kkal/m3-dən çox olduqda aerasiya fanarları nəzərdə tutulmalıdır.

12.7.11.Zərərli maddələrin otaqlara daxil olmaması və onların işçi zonasına yayılmaması, əsasən istehsalat prosesinin səmərəli təşkilinin hesabına müvafiq texnoloji tədbirlərin (kipləşdirmə, istilik izolyasiyası, nasosların üfürülmə xətlərinin otaqlardan kənara çıxarılması, dağılmış məhsulların kənarlaşdırılması və s.) görülməsi yolu ilə yerinə yetirilməlidir.

12.7.12.Hava vurucu və hava çəkici şaxtaların (hava boruları və s.) qarşılıqlı yerləşdirilməsi sanitar normalarının tələblərinə uyğun yerinə yetirilməli və işlənilmiş havanın təkrarən

433

vk.com/club152685050 | vk.com/id446425943

sorulmasını istisna etməlidir. Bu zaman küləyin orta illik əsas istiqaməti, ventilyasiya olunan binanın (tikilinin) küləkdöymə dərəcəsi, binalar arasındakı məsafə (boşluq) nəzərə alınmalıdır.

12.7.13.Tərkibində hidrogen-sulfid olan qazları sıxıb vuran kompressor stansiyalarının aşağı hissəsində (döşəməyə yaxın) hesabata uyğun olaraq mexaniki ümummübadiləli ventilyasiya olmalıdır, lazımi hallarda isə, bununla yanaşı, bilavasitə zərərli qazlar ayrılan yerlərin yaxınlığında yerli sorucu ventilyasiya da quraşdırılmalıdır.

12.7.14.Qazomotor mühərrikli qaz kompressor stansiyalarında havanın götürülmə (sovurulma) yeri, hava süzgəcləri tərəfdə qaz kompressorlarının atqı borularından 16 m-dən az

olmayan məsafədə yerləşdirilməlidir və ya kompressorlar arasında üfqi məsafə 16 m-dən az olmamaq şərti ilə onların atqı borularından 6 m aşağı yerləşdirilməlidir.

12.7.15. Qazpaylayıcı budkaların (məntəqələrin) aşağı və yuxarı zonasından havanın kənarlaşdırılması, həmin otaqlar deflektorlu şaxtalarla təchiz olunmaqla təbii ventilyasiyanın aparılması yolu ilə yerinə yetirilməlidir.

12.7.16.Xam nefti vuran nasosxanalarda zərərli maddələrin kənarlaşdırılması üçün ümummübadiləli sorucu-vurucu ventilyasiya sistemi olmalıdır.

12.7.17.Laboratoriyalar ümummübadiləli mexaniki üsullu sorucu-vurucu ventilyasiya ilə, lazımi hallarda isə yerli sorucu ventilyasiya ilə (məsələn: yuyucu otaqlarda və s.) təchiz olunmalıdır.

12.8.Kanalizasiya

12.8.1. Sanitar qovşaqları sanitariya normalarına uyğun olmalıdır. Kanalizasiya olmayan sahələrdə quraşdırılan stasionar tipli əlahiddə (kənarda) sanitar qovşaqlar torpağı və içməli su quyularını çirkləndirməməlidir.

434

vk.com/club152685050 | vk.com/id446425943

12.8.2.Fekal və çirkli istehsalat sularının axıdılması üçün kanalizasiya qurğuları nəzərdə tutulmalıdır.

Uducu quyulara və qazma quyularına fekal və çirkli istehsalat sularının axıdılmasına icazə verilmir.

12.8.3.Istehsalat obyektlərinin ərazisində məhdud istifadə üçün torpağı çirkləndirməyən çalaların istifadəsinə icazə verilir.

12.8.4.Atmosfer sularının ötürülməsi (axıdılması) üçün nəzərdə tutulmuş novlar (kanallar) müntəzəm olaraq təmizlənməli və vaxtaşırı təmir edilməlidir.

12.8.5.Kanalizasiya şəbəkəsinə yanar və həmçinin xoşagəlməz iyli qazların daxil olması və ya onlarda yaranması mümkün olarsa, belə qazların otağa (sahəyə) daxil olmasının

qarşısını almaq üçün kanalizasiya şəbəkəsində qapayıcılar (zatvor) olmalıdır.

12.8.6. Istehsalat tullantıları müntəzəm olaraq istehsalat sahəsinin (mədənin) hüdudlarından kənara çıxarılmalı və məhv edilməlidir.

12.9.Ətraf mühitin mühafizəsi

12.9.1.Neftqazmədən (qazma) obyektlərinin layihələndirilməsi, tikintisi, təmiri və istismarı zamanı ətraf mühitin (su, hava, torpaq və s.) mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq Qanunları və bu sahədə ratifikasiya (qəbul) etdiyi beynəlxalq konvensiyalar və həmçinin aidiyyati qaydalar və digər normativ sənədlər rəhbər tutulmalıdır.

12.9.2.Neftqazmədən (qazma) obyektlərinin tikintisi, yenidən qurulması və istismarı ilə bağlı layihə-smeta sənədlərində «Ətraf mühitin mühafizəsi» bölməsi olmalı və onun tər-

kibində konstruktiv, texniki, texnoloji və təşkilati tədbirlər kompleksi əks olunmalıdır.

12.9.3. Neftqazmədən (qazma) obyektlərinin tikintisi, tə-

435

vk.com/club152685050 | vk.com/id446425943

miri və istismarı zamanı layihə sənədlərində ətraf mühitin mühafizəsinə dair əks olunmuş bütün tədbirlərə ciddi əməl olunmalıdır.

12.9.4.Neftqazçıxarma müəssisələrinin (obyektlərinin) çirkab suları [89]-un tələblərinə uyğun olaraq təmizlənməlidir.

12.9.5.Zərərli maddələrin atmosferə tullanmasına nəzarət [196, 90]–ın tələblərinə uyğun aparılmalıdır.

12.9.6.Torpağın məişət və sənaye tullantıları ilə çirklənməsindən mühafizəsi [91]–in tələblərinə uyğun yerinə yetirilməlidir.

12.9.7.Tikinti işləri qoruqlardan və istirahət zonalarından 800 m-dən az olmayan məsafədə aparılmalıdır.

12.10.Radiasiya təhlükəsizliyi

12.10.1. Radiasiya təhlükəsizliyinə dair bu Qaydalarda əks olunmamış digər məsələlər (tələblər) Azərbaycan Respublikasının «Əhalinin Radiasiya Təhlükəsizliyi haqqında Qanunu»nun, «Radiasiya Təhlükəsizliyi Normaları»nın (RTN99), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin aidiyyatı rəhbər sənədlərinin, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan

Respublikası tərəfindən 19 may 1992-ci ildə ratifikasiya olunmuş 115№-li Konvensiyanın «Əməkçilərin ionlaşdırıcı radiasiyadan müdafiəsi haqqında Konvensiya»nın və 114№ -li Tövsiyəsinin «Əməkçilərin ionlaşdırıcı radiasiyadan müdafiəsi haqqında Tövsiyə»nin və həmçinin [204]-ün tələblərinə uyğun həll olunmalıdır.

12.10.2. Sənaye-sanitariya laboratoriyasının ümumi vəzifə və funksiyalarına uyğun olaraq onun nəzdində fəaliyyət göstərən Radiasiya Nəzarəti Qrupu (RNQ) neftqazçıxarma və qazma obyektlərində radiasiya nəzarətini həyata keçirir.

12.10.3. Qrupun işi müəssisələrin sifarişləri üzrə

436

vk.com/club152685050 | vk.com/id446425943

hazırlanır və Istehsalat Birliyinin rəhbərliyi tərəfindən imzalanmış illik plan əsasında keçirilir.

12.10.4.Texnoloji proseslərin dəyişilməsi və qəzalar zamanı nəzarət üçün RNQ plandankənar müayinə aparmalıdır.

12.10.5.Işin həcminin, xarakterinin və dövriliyinin, o cümlədən radiasiya tədqiqatlarının nəticələrinin qeydiyyat qaydasının və formasının dəyişilməsi, yalnız Istehsalat Birliyinin icazəsi ilə həyata keçirilməlidir. Işin həcmi obyektlərdə yaranmış real radiasiya vəziyyətinin uçotu əsasında müəyyənləşdirilməlidir.

12.10.6.Obyektdə (nəzarət sahəsində) texnoloji gücləndirilmiş təbii radiasiya fonu aşkarlanan zaman aşağıdakı tədbirlər görülməlidir: təhlükəli zonada «Radiasiya təhlükəsi

var» təhlükəsizlik işarələri qoyulmalı; bu haqda obyektin və sənaye-sanitariya laboratoriyasının rəhbərlərinə, sonuncu isə öz növbəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Istehsalat Birliyinin müvafiq bölmə rəhbərinə məlumat verməlidir.

12.10.7.Qrupun heyəti üçün fərdi ekvivalent doza təqvim ili ərzində yol verilən həddin (YVH) qiymətindən yüksək olmamalıdır.

12.10.8.On səkkiz yaşı tamam olmayan şəxslərə, hamilə və körpə uşağı olan, habelə yaşı 40-ı ötmüş qadınlara ionlaşdırıcı şüa ilə əlaqəli işlərdə işləmək qadağandır.

12.10.9.Qrupun heyəti üçün nəfəs orqanları vasitəsilə radionuklidlərin fərdi illik daxilolmaları, ağ ciyərdə onun miqdarı və iş zonasının havasında onların orta illik qatılığı RTN-99 (radiasiya təhlükəsizliyi normaları) ilə müəyyənləşdirilmiş YVHni ötməməlidir.

12.10.10.Texnoloji gücləndirilmiş təbii radiasiya fonu aş-

kar olunmuş müəssisənin (obyektin) rəhbərliyi təhlükəsiz iş şəraitinin yaradılması üçün müvafiq tədbirlər görməlidir.

12.10.11. Texnoloji gücləndirilmiş təbii fonlu zonada iş

437

vk.com/club152685050 | vk.com/id446425943

zamanı radiasiya təhlükəsizliyi üzrə tədbirlər kompleksi, adamların xarici şüalanmadan qorunmasını, havanın və iş yerlərinin, dəri örtüyünün və işçilərin xüsusi geyiminin səthlərinin, həmçinin obyektlərin istismarı və onlarda təmir işləri aparılan zaman ətraf mühitin (atmosfer havası, yerin təki, bitki örtüyü, su mənbələri, yeraltı sular və b.) çirklənməsinin qarşısının alınmasını təmin etməlidir.

12.10.12. Texnoloji gücləndirilmiş təbii radisiya fonu qeyd olunan obyektin ətrafında sanitar-mühafizə və müşahidə zonası müəyyən edilməlidir (qoyulmalıdır). Zonanın ölçüləri hər bir konkret halda Dövlət Sanitar Nəzarəti orqanları ilə razılaşdırılaraq müəyyənləşdirilməlidir.

12.10.13.Xidməti otaqlarda və obyektin ərazisindəki müşahidə zonası hüdudunda (bütün bədənin şualanması zamanı) ekvivalent dozanın gücü [204]-ün tələblərinə uyğun olmalıdır.

12.10.14.Qurğuların, boruların və digər metal konstruksiyaların (avadanlıqların) əlçatan səthindən 0,1 m məsafədə qamma-şüalanmanın ekspozisiya dozasının gücü 1 mZv/saat

qədər olduqda, həmin avadanlıqlar yerləşən otaqlara (sahələrə) və onların yerləşməsinə xüsusi tələblər qoyulmur.

12.10.15.Maye radioaktiv materiallarda (məhlullar) radionuklidlərin miqdarı mayelər üçün RTN-99 üzrə müəyyənləşdirilmiş normanı ötərsə, həmin materiallar bu qaydaların

8.3.21bəndinə uyğun olaraq basdırılmalıdır.

12.10.16.Radioaktiv çirklənmə ocağında və ya texnoloji gücləndirilmiş təbii radiasiya fonunda yerləşən (işləyən) bütün şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır.

12.10.17.Tətbiq olunan fərdi mühafizə vasitələri şüalanma növünə və radioaktiv maddənin aqreqat halına uyğun olmalıdır.

12.10.18.Ionlaşdırıcı şüalanma zonasında işləyərkən aşağıdakılar qadağandır:

işçilərin fərdi mühafizə vasitəsiz olması;

438

vk.com/club152685050 | vk.com/id446425943

qida qəbulu, siqaret çəkmək, kosmetik vasitələrdən isti-

fadə.

12.10.19.Müəssisələrdə radioaktiv nəzarəti aparan RNQin işçiləri fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır (yüngül iş ayaqqabısı, əlcək, məhrəba, xüsusi sabun, birdəfəlik burun dəsmalı, papaq, xalat, önlük, eynək, nəfəs orqanlarının fərdi mühafizə vasitələri və fərdi dozimetr).

12.10.20.Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri radiasiya təsirinə məruz qaldıqda, onlar dezaktivləşdirilməli və ya utilizə edilmək üçün Bakı Icra

Hakimiyyətinin nəzdində olan «Izotop» xüsusiləşdirilmiş kombinatına təhvil verilməlidir.

12.10.21.Fərdi mühafizə vasitələrinin və dəri örtüklərinin radioaktiv çirklənməsi RTN-99 –da göstərilmiş səviyyədən çox olmamalıdır.

12.10.22.Çirklənmiş və dezaktivasiya olunmamış, zədələnmiş və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən istifadə etmək qadağandır.

12.10.23.Qəti olaraq qadağandır:

radiasiya şüa mənbəyini hətta rezin əlcəklərlə olsa belə ələ götürmək;

radiasiya şüa mənbələrinin mühafizə örtüyünü açmaq; radiasiya şüa mənbələrini sənaye-sanitariya laboratori-

yasına və Istehsalat Birliyinin digər müəssisələrinə nəql etmək.

12.10.24.Neftqazçıxarma mədənlərinin ərazisində səthdə qamma şüalanmanın ekspozisiya dozasının gücü 120 mkR/saatdan (1,2 mZv/saat) artıq olduqda həmin sahə radioaktiv çirklənmə ocağına aid edilir.

12.10.25.Ərazisində texnoloji gücləndirilmiş təbii

radiasiya fonu olan müəssisələrdə radiasiya dozimetrik nəzarəti həyata keçirilməlidir. Belə müəssisələrdə, xarici mühitdə radiasiya şəraiti və həmçinin işçilərin şüalanma dozası

439

vk.com/club152685050 | vk.com/id446425943

haqqında lazımi məlumatların əldə olunması təmin edilməlidir.

12.10.26.Radiasiya şüalanmasına məruz qalmış və sağlamlığına zərər dəymiş işçilər zərərdəymiş işlərdən kənarlaşdırılmalıdır.

12.10.27.Yüngül dərəcədə zərərçəkmiş işçilər işdən müvəqqəti kənarlaşdırılmalı (sağlamlıqları bərpa olunana qədər), ciddi zərərçəkmiş işçilər isə əvvəlki əmək haqqı və kompensasiya ödəmələri saxlanılmaqla başqa işə keçirilməlidir.

12.10.28.Sağlamlıq üçün təhlükəli dozada şüalanmaya

məruz qalmış

şəxslər

dərhal ixtisaslaşdırılmış tibb

müəssisəsinə göndərilməlidir.

 

 

12.10.29. Işçilər üçün

ionlaşdırıcı şüalanma dozasının

əsas həddləri cədvəl 9-da verilir:

 

 

 

Cədvəl 9

Normalaşdırılmış miqdar

 

Işçi heyətdən (A qrupu)

 

 

 

Ekvivalent doza

 

Istənilən ardıcıl 5 ilin hər ili

 

 

 

üçün orta hesabla 20 mZv,

 

 

 

lakin ildə 50 mZv-dən çox

 

 

 

olmayaraq

Bir ilə ekvivalent doza:

 

 

-göz büllürunda,

 

 

150 mZv

-dəridə, əllərdə

və ayaqların

 

pəncələrində

 

 

500 mZv

12.10.30.RNQ-nin işçiləri istifadə etdikləri ölçü və nəzarət cihazları ilə işləyərkən cihazlarda olan texniki nöqsanları onların «Texniki formulyarı»na və ya «Pasportu»na uyğun aradan qaldırmalıdırlar.

12.10.31.Fotoelektron transformatorlarla qidalanan cihazların detektor bloku təhlükəli gərginlik (150-1600 V)

440