Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

təsdiqlənməlidir.

Planda aşağıdakılar göstərilməlidir:

-quyunun faktiki quruluşu (dərinliyi, buraxılmış kəmərlərin uzunluğu və diametri, kəmərarxası fəzada sementin qalxma hündürlüyü və onun keyfiyyəti), yaranmış mürəkkəbləşmələrin xarakteri, quyuda alətin olması və onun yerləşmə intervalları və s;

-quyunun ləğv edilməsi və konservasiya olunması səbəbləri;

-quyuda aparılan işlər (qazma məhlulunun sıxlığı,

sement körpülərinin qoyulma intervalı, vurulan sementin miqdarı və s);

-quyu ağzında quraşdırma (sökmə) işləri;

-göstərilən işlərin icrasına cavabdeh şəxslər.

3.12.2.Quyuda kəmərlərarası təzyiq və laylararası axmalar olduqda, izolə-ləğvetmə işlərinə başlamazdan əvvəl, ayrıca plan üzrə tə’mir-bərpa işləri aparılmalıdır.

3.12.3.Quyularda izolə-ləğvetmə işləri zamanı baş

vermiş mürəkkəbləşmələr və qəzalar istehsalat birliyi (yuxarı təşkilat) tərəfindən təsdiq olunmuş əlavə plan üzrə aradan qaldırılmalıdır.

3.12.4. Quyunun konservasiyası elə aparılmalıdır ki, onun təkrar istismara buraxılması və ya onda hər-hansı bir tə’mir və başqa işlərin aparılması mümkün olsun.

Quyuların ləğv edilməsi

3.12.5. Karbohidrogenli layları, aqressiv mühiti və yüksək təzyiqli sulu horizontları açmış quyuların ağzı elektrik qövs qaynağı ilə aşağıdakı qeydlər aparılmış reperlə təchiz olunmalıdır: quyunun nömrəsi, yatağın (sahənin) və quyunu qazmış təşkilatın adı, quyunun tikilməsinin başlanma və qurtarma

258

vk.com/club152685050 | vk.com/id446425943

tarixi.

3.12.6.Kənd təsərrüfatı üçün yararlı olan torpaqlarda yerləşdirilmiş və 3.12.5 bəndində qeyd olunmuş quyulardan fərqli olan quyuların quyu ağzı, yer səthindən 2 m-dən az olmayan dərinliyə endirilməli və elektrik qövs qaynağı ilə quyunun nömrəsi yazılmış konduktorda quraşdırılmış qapayıcı (bağlayıcı) ilə təchiz olunmalıdır.

3.12.7.Texniki səbəblərə və ya keyfiyyətsiz qazılmaya görə və həmçinin qəzalar nəticəsində ləğv olunmaya məruz qalmış quyular Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış

xüsusi plan üzrə ləğv olunmalıdır.

3.12.8. Ləğv edilən quyular lay təzyiqindən 15% artıq təzyiq yarada bilən (layda udulmalar yoxdursa) maye ilə doldurulmalıdır.

3.12.9. Istismar kəməri buraxılmamış quyuların ləğvi zamanı, neft-qaz layları olan intervalda sement körpüləri qoyulmalıdır.

Hər bir sement körpüsünün hündürlüyü məhsuldar layın qalınlığını örtməklə, layın həm tavanından, həm də dabanından 20 m artıq götürülməlidir.

Ən yuxarıda yerləşən məhsuldar qatın sement körpüsünün hündürlüyü layın tavanından 50 m çox olmalıdır.

Istismar kəməri buraxılmayan quyuların ləğvi zamanı sement körpülərin qoyulması və hündürlüyü təşkilatın rəhbərliyi tərəfindən, Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə təyin edilir.

3.12.10. Istismar kəmərinin deformasiyası ilə əlaqədar olaraq ləğv edilən quyularda sement körpüsünü imkan daxilində deformasiya zonasına və ondan yxarı ən azı 50 m hündürlüyündə və ya əks halda deformasiya zonasından yuxarıda ən azı 100 m hündürlüyündə qoymaq lazımdır.

3.12.11. Istismar kəməri buraxılmış quyuların ləğvi zamanı quyunun süzgəc zonasına təzyiq altında sement

259

vk.com/club152685050 | vk.com/id446425943

məhlulu vurulduqdan sonra, süzgəc zonasından yuxarı ən azı

50m hündürlüyündə sement körpüsü qoyulmalıdır.

3.12.12.Konstruksiyasında «gizli» kəmər olan quyunun kəmərarxası zonaya lazımi səviyyəyə qədər sement məhlulu qalxmayıbsa və ya əvvəlki kəmərin «başmağı» tam örtülməyibsə, «gizli» kəmərin baş hissəsindən aşağı və yuxarı

30m hündürlükdə sement körpüsü qoyulmalıdır.

Bütün ləğv ediləcək quyuların quyuağzı ilə əlaqəsi olan axırıncı kəmərində (ən kiçik diametrli) ən azı 50 m hündürlüyündə sement körpüsü qoyulmalıdır.

Toksiki və aqressiv komponentləri olan quyuların ləğv olunmasında izolə-ləğvetmə işlərinin aparılması

3.12.13. Toksiki və aqressiv komponentləri olan quyular ləğv olunduqda, bütün açılmış horizontlar, hündürlüyü horizontun qalınlığına bərabər üstəgəl 50 m hündürlüklü sement körpülərin quraşdırılması ilə bir-birlərindən izolə olunmalıdırlar, ən yuxarı horizontun tavanından yuxarı isə üstəgəl 100 m.

3.12.14.Əgər açılmış horizontların texniki səbəblərdən bir-birlərindən izolə olunması mümkün deyilsə və onların aralarında axın yoxdursa, aşağı sement körpüsü maksimal mümkün dərinlikdə hündürlüyü 100 m-dən az olmamaq şərti ilə quraşdırılmalıdır.

3.12.15.Axırıncı texniki kəmərin «başmağı»nda hündürlüyü 50 m-dən az olmayan sement körpüsü quraşdırılmalıdır.

3.12.16.Quyu lüləsinin sement körpüsünün altında və üstündə yerləşən hissəsi, quyunun tikilmə layihəsinə və ya bu sahədə ixtisaslaşmış elmi-tədqiqat təşkilatının tövsiyəsinə uyğun olaraq, korroziyaya qarşı ingibitorla işlənmiş qazma

məhlulu və aqressiv muhit neytrallaşdırıcısı ilə doldurulmalıdır.

3.12.17. Ləğv olunan quyuların konstruksiyasında, ayrı-

260

vk.com/club152685050 | vk.com/id446425943

ayrı seksiyalarla endirilmiş qoruyucu və ya istismar kəmərləri vardırsa, seksiyaların birləşmə intervalında, birləşdirilən yerdən 50 m aşağı və yuxarı olmaqla sement körpüləri quraşdırılmalıdır.

3.12.18.Ləğv olunan quyuların «gizli» (potaynaə, xvostovik) kəməri arxasında sement məhlulu lazımi səviyyəyə qalxmayıbsa və ya əvvəlki kəmərin «başmağı» tam örtülməyibsə, «gizli» kəmərin baş hissəsindən aşağı və yuxarı 50 m hündürlükdə sement körpüsü qoyulmalıdır.

3.12.19.Körpülərin quraşdırılmasında istifadə olunan

tamponaj sementi toksiki və aqressiv komponentlərə davamlı olmalıdır.

3.12.20. Quyu ağzı ətrafında 1 m hündürlüklü metal çəpərli, 2x2x0,5 m ölçüsündə beton meydança qurulmalıdır. Beton meydançada quyu ağzından bilavasitə yaxınlıqda 60-70 mm diametrli borudan 0,5 m hündürlüklü reper quraşdırılmalıdır. Boruya elektrik qövs qaynağı ilə (quyunun nömrəsi, yatağın və təşkilatın adı, qazmanın qurtarıldığı tarix, toksiki və aqressiv qazların olması mümkünlüyü haqqında xəbərdarlıqlar göstərilməklə) yerinə yetirilmiş yazısı olan metal lövhə quraşdırılmalıdır.

3.12.21.Quyuda izolə-ləğvetmə işləri qurtardıqdan bir ay, altı ay sonra və sonradan vaxtaşırı ildə bir dəfədən az olmayaraq, bu işləri yerinə yetirmiş təşkilat (müəssisə) tərəfindən kəmərdə və kəmərlərarası fəzada təzyiq yoxlanılmalı, hidrogen-sulfid və digər aqressiv komponentlər baxımından quyu ağzı ətrafda və onların toplanması (yığılması) mümkün olan yerlərdə havaya nəzarət aparılmalıdır. Ölçülərin nəticələri havaya nəzarət jurnalında qeyd olunmalıdır.

3.12.22.Ləğv olunmuş quyunun quyu ağzında qaz müəyyən olunarsa, onun mənbəyinin aşkar edilməsi və əlavə izolə işlərinin aparılması üzrə müvafiq tədbirlər görülməlidir.

261

vk.com/club152685050 | vk.com/id446425943

3.12.23.Toksiki və aqressiv komponentləri olan quyularda izolə-ləğvetmə işlərinin aparılması zamanı, qazma və neftqazçıxarma müəssisələrinin rəhbərləri, ehtiyat tədbirləri haqqında briqada üzvlərini (onların imzaları ilə) əlavə təlimatlandıran və onları FMV ilə və həmçinin havada olan təhlükəli qazlara nəzarət etmək üçün cihazlarla tə’min edən mühəndistexniki işçilərdən şəxslər tə’yin edirlər.

3.12.24.Izolə-ləğvetmə işlərinin aparılması üzrə fərdi planda, göstərilən işlərin aparılmasına dair işçilərin təhlükəsizliyini təmin edən tədbirləri reqlamentləşdirən bölmə olmalıdır.

3.12.25.Quyuda izolə-ləğvetmə işləri apararkən, bu işləri aparan briqada ilə müəssisə arasında etibarlı ikitərəfli radio və ya telefon əlaqəsi təmin olunmalıdır.

262

vk.com/club152685050 | vk.com/id446425943

Ləğv olunmuş quyulardan kəmər başlıqlarının, qoruyucu və istismar kəmərlərinin çıxarılması

3.12.26.Bu işlər 233 -ün tələblərinə uyğun yerinə

yetirilməlidir.

3.12.27.Neftqazçıxarma idarəsinin geoloji və texnikiistehsalat şöbələri ləğv olunmuş quyular fondunu mədən və geoloji materiallar əsasında hərtərəfli tədqiq edərək, kəmərləri çıxarılmaq üçün yararlı olan quyuların yataqlar üzrə siyahısını tərtib etməlidir.

Tərtib edilmiş siyahı Istehsalat Birliyinin (yuxarı təşkilatın) baş geoloqu və Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmalıdır.

3.12.28.Quyular seçilərkən onların quruluşu, quyuya doldurulan qazma məhlulunun sıxlığı, quyu dibinin dərinliyi, quyuda qalan boru və alətlərin diametri və ölçüsü, quyuda görülmüş son tamamlama izolyasiya işləri, quyunun içində və kəmər arxasında təzyiqin olub-olmaması haqqında məlumat, ləğv olunma səbəblari və s. hərtərəfli öyrənilməlidir.

3.12.29.Kəmərləri çıxarılacaq hər bir quyu üçün layihə sənədləri hazırlanmalıdır (olmalıdır).

3.12.30.Görüləcək işlər müəssisə rəhbərliyinin əmri ilə təyin olunmuş məsul şəxsin rəhbərliyi altında ixtisaslaşdırılmış briqadalar tərəfindən layihəyə uyğun yerinə yetirilməlidir.

3.12.31.Çıxarılacaq kəmərlərin arxasında təzyiqin olubolmaması yoxlanılmalıdır. Bu yoxlama qazma idarəsinin çilingərlər qrupu tərəfindən idarənin baş mexaniki və mürəkkəb işlər üzrə mühəndisin rəhbərliyi altında aparılmalıdır.

3.12.32.Əgər kəmərlər arasında təzyiq və laylar arasında axım olarsa, quyuda xüsusi plan üzrə təmir-bərpa

işləri aparılmalı və yalnız bundan sonra quyuağzı yığım sökülməli və tikinti-quraşdırma işinə başlanılmalıdır.

3.12.33. Quyu ağzının açılması üçün FQDHH-nin və

263