Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1307
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

Quyuların möhkəmləndirilməsi və kəmərlərin kipliyə sınanması

Quyuların möhkəmləndirilməsi

3.5.6. Qoruyucu kəməri quyuya buraxmazdan əvvəl buruq ustası və mexanik qoruyucu kəməri quyuya buraxmaq üçün nəzərdə tutulan bütün qazma qurğusunu, tal sistemini və qazma avadanlığının sazlığını yoxlamalıdır. Aşkarlanan nasazlıqlar kəmər quyuya buraxılana qədər aradan qaldırılmalıdır.

3.5.7. Qoruyucu kəmər borusunu, yivini burub bağlamaq üçün qaldırarkən, onun aşağı ucunun yanında fəhlənin dayanması qadağandır.

3.5.8.Qoruyucu və istismar kəmərlərinin buraxılması spayderlərdən, elevator-spayderlərdən və ya pnevmatik pazlardan istifadə edilməklə yerinə yetirilməlidir.

3.5.9.Qoruyucu kəmərin yiv birləşməsinin tam bağlan-

masına və burucu momentin dərəcəsinə nəzarət edilməlidir.

3.5.10.Quyuların tikilməsində istifadə olunan tamponaj materiallarının müvafiq keyfiyyət sertifikatı olmalıdır. Tamponaj materiallarının (həmçinin sement-bentonit qarışıqlarının) və onlardan formalaşdırılan sement daşının xüsusiyyətləri müvafiq standartların tələblərinə uyğun olmalıdır. Tamponaj materiallarının saxlanma qaydaları və istifadə müddəti istehsalçı-zavod tərəfindən müəyyən edilir.

3.5.11.Sementləyici başlıq istismardan əvvəl və sonra istehsalçının sənədlərində qoyulan müntəzəmliliklə, quyunun sementlənməsi zamanı maksimal hesablanma işçi təzyiqdən 1,5 dəfə artıq olan təzyiqə sınaqdan keçirilməlidir.

3.5.12.Sementləmə üçün vurucu boru kəmərləri prosesdən əvvəl gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq olan təzyiqə sınaqdan keçirilməlidir. Sementləmənin iş qaydası

221

vk.com/club152685050 | vk.com/id446425943

tamponaj təşkilatı tərəfindən işlənmiş və qazma təşkilatı ilə razılaşdırılmış sənədlə müəyyənləşdirilir (tənzimlənir).

3.5.13. Quyunun möhkəmləndirilməsində istehsalat işlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə aqreqatları əvvəlcədən hazırlanmış meydançada yerləşdirmək vacibdir və bu zaman aşağıdakı məsafələrə riayət olunmalıdır:

-quyu ağzından aqreqatlara, manifold blokuna qədər – ən azı 10 metr;

-manifold blokundan aqreqatlara qədər – ən azı 5 metr;

-sementləyici aqreqatlar və sementqarışdıran maşınlar

arasında – ən azı 1,5 metr.

Səyyar aqreqatların sükanları (kabinələri) sementlənən quyunun əks istiqamətində yerləşməlidir.

3.5.14.Kəmərin gələcək (gözlənilən) sementlənmə şəraitinə uyğun olmayan, laboratoriya analizi aparılmamış sementdən istifadə etmək qadağandır.

3.5.15.Kəmərin hesablanmış sementlənmə müddəti sement məhlulunun başlanğıc tutma vaxtının 75%-dən çox

olmamalıdır.

3.5.16.Qoruyucu kəmərlərin buraxılması və sementlənməsi qazma müəssisəsinin tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi plan üzrə aparılır. Plana, kəməri hesablamaq üçün ilkin məlumatlar, kəmərin möhkəmlik ehtiyat əmsalı, kəmərin sementlənməsinin hesablanmasının nəticələri, sementin analizi, habelə qazma qurğusunun kəmərin buraxılmasına hazır olması barədə akt əlavə edilir.

3.5.17.Quyu lüləsini kəmərin buraxılması üçün hazırlamazdan əvvəl, quyunun bərkidilməsi prosesini dəqiq planlaşdırmağa lazım olan kompleks elektrik ölçü işləri və digər tədqiqatlar aparılmalıdır.

3.5.18.Quyu ağzının, kəmər başlıqlarının və kipləşdirici qurğuların quruluşu (konstruksiyası) aşağıdakıları təmin etməlidir:

222

vk.com/club152685050 | vk.com/id446425943

-quyunun (kəmərin) işlənməsinin bütün mərhələlərində, temperatur deformasiyalarının kompensasiyalarını nəzərə almaqla, texniki və istismar kəmərlərinin hesablanmış dartılma qüvvəsində asılmasını, habelə qazma boruları kəmərinin tullanışa qarşı avadanlıqda asılmasını;

-qoruyucu kəmərlər arxasında mümkün flüid təzahürlərinə nəzarəti;

-quyunun qəza vaxtı boğulmasının mümkünlüyünü;

-quyunun tikilməsi və istismarında kəmərlərarası fəzanın kipliyini;

-qoruyucu kəmərlərin kipliyə sınanmasını.

3.5.19. Qazma prosesində texniki kəmər, qalıq möhkəmliyini təyin etmək üçün müntəzəm olaraq yeyilməyə (dağılmaya) yoxlanmalıdır. Müntəzəmlik və yoxlamanın üsulları layihə ilə müəyyən edilir.

3.5.20. Qoruyucu kəmərlərin buraxılmasının və sementlənməsinin nəticələri müvafiq formalı aktlarla təsdiqlənir və quyunun işində (delo) onun bütün istismar müddəti dövründə geofiziki təşkilatların qoruyucu kəmərlərin arxasındakı sement sütununun faktiki vəziyyəti barədə nəticəsi ilə birlikdə saxlanılır.

3.5.21. Istiqamətləndirici kəmərlər və konduktorlar quyu ağzına qədər sementlənməlidir. Qalan stratiqrafik kəsilişin aşağı hissəsində sementlənməlidir:

-məhsuldar horizontlar (layihə ilə istismar üçün açıq quyudibi ilə nəzərdə tutulanlardan başqa);

-tükənmiş (zəifləmiş) horizontlar;

-sulu horizontlar;

-təkrar (texnogen dəyişikliklərə görə) əmələ gələn neft və qaz horizontları;

-deformasiyaya meylli, plastik süxurlardan ibarət inter-

vallar;

223

vk.com/club152685050 | vk.com/id446425943

- süxurları və məhsulları qoruyucu kəmərlərin korroziyasını sürətləndirən intervallar.

3.5.22.Neft və qaz quyularında tamponaj məhlulunun, məhsuldar horizontların tavanından, pilləli sementləmə quruluşundan və ya qoruyucu kəmərlərin seksiyalarının birləşmə qovşağından yuxarı qalxma hündürlüyü müvafiq olaraq ən azı 150-300 m və 500 m olmalıdır.

3.5.23.Bu Qaydaların 3.5.21 və 3.5.22 bəndlərinin tələblərinə uyğun seçilmiş sementləmə intervalları ümumi şəkildə birləşdirilir. Bu halda qoruyucu kəmərin arxasında tamponaj

məhlulunun layihə hündürlüyü aşağıdakıları nəzərdə tutmalıdır:

-qazma məhlulunun və sement (bərkiməmiş) məhlulunun ümumi sütununun hidrostatik təzyiqinin flüidli horizontların lay təzyiqindən artıq olmasını;

-süxurların hidroyarılmasının və ya məhlulun udulmasının intensiv inkişafının istisnasını;

-kəmər başlığının qoyulması üçün qoruyucu kəmərin yü-

künün sement halqasına ötürülməsinin mümkünlüyünü.

Pilləli sementləmədə, kəmər seksiyalarla buraxıldıqda qoruyucu kəmərin aşağı və aralıq pillələri, habelə gizli (potaynıe) kəmərlər bütün uzunluğu boyu sementlənməlidir.

Sement halqasının bütövlüyünü qoruyucu kəmər arxasındakı hündürlük üzrə pozulmasına (bu Qaydaların 3.5.24 bəndində nəzərdə tutulan hallardan başqa) yol verilməməlidir.

3.5.24. Konduktor və ya texniki kəmərlə udulma zonalarını (sirkulyasiyasız keçdikdə) bağladıqda, tamponaj məhlullarının udan layın dabanına qədər qalxmasına və sonrakı (sement bərkidiləndən sonra) kəmərarası fəzadan qarşılıqlı sementləməyə icazə verilir. Qazma məhlulunun udulması, flüid təzahürü, dağılma, uçulma, qazma kəmərinin tutulması olan quyuya, mürəkkəbləşmələri ləğv etməyənə

224

vk.com/club152685050 | vk.com/id446425943

qədər texniki və istismar kəmərlərinin buraxılmasına başlamaq qadağandır.

3.5.25.Qoruyucu kəmər sementləmə intervalı hüdudunda texnoloji sistem elementləri ilə təchiz olunmalı, onların nomenklaturası və sayı quyunun tikinti layihəsi ilə təyin edilməli və qoyulma yerləri kəmərin buraxılmasının işçi planında dəqiqləşdirilməlidir.

3.5.26.Qoruyucu kəmərin buraxılma rejimi və sementləmənin hidravlik proqramı elə hesablanmalı və həyata keçirilməlidir ki, məhsuldar horizontlara mümkün qədər

minimal təsir (repressiya) təmin edilsin və süxurların hidravlik yarılması və udulma ilə əlaqədar mürəkkəbləşmələrə yol verilməsin. Sementləmə prosesində bu prosesi xarakterizə edən parametrlərin qeydiyyatı təmin olunmalıdır.

3.5.27. Tamponaj materialların və onların əsasında məhlulların seçilməsi, aşağıdakı tələbləri nəzərə almaqla yerinə yetirilməlidir:

-tamponaj materialı və ondan formalaşmış sement daşı quyuda bütün sementləmə intervalı boyunca statik temperatur diapazonuna uyğun gəlməlidir;

-tamponaj məhlulunun tərkibi, quyunun sementlənən intervalında gözlənilən dinamik temperatura və təzyiqə görə seçilir;

-tamponaj məhlulunun sıxlığı bir qayda olaraq qazma məhlulunun sıxlığından az olmamalıdır. Tamponaj məhlulunun sıxlığının yuxarı həddi, başqa şərtlərlə yanaşı, sementləmə prosesində süxurların hidravlik yarılmasına yol verilməməsi şərtini təmin etməlidir. Sement daşı, sementlənən intervalda aqressiv mühit olduqda, bu mühitlərə qarşı korroziyaya davamlı olmalıdır.

3.5.28. Məsaməli və məsaməli-çatlı kollektorların keçiriciliyini saxlamaq məqsədilə, mümkün minimal filtrasiyası və ümumi minerallaşması bu intervalları açarkən istifadə edilən

225