Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1289
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT NEFT ŞİRKƏTİ

«AzNEFT» İSTEHSALAT BİRLİYİ

NEFTQAZÇIXATMA SƏNAYESİNDƏ

TƏHLÜKƏSİZLİK

Q A Y D A L A R I

BAKI - 2005

vk.com/club152685050 | vk.com/id446425943

«Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları» Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda (AzDƏMTTETI)-də işlənilmişdir

İnstitutun direktoru

G.O.Mirheydərova

Elmi işlər üzrə direktor

 

müavini, işləmənin rəhbəri,

 

baş icraçısı, g-m.e.n.

Q.M.Əliyev

Laboratoriya müdiri

T.M.Məmmədov

Laboratoriya müdiri

R.H.Rəhimov

Laboratoriya müdiri, t.e.n.

M.A.Mehrabov

Şöbə müdiri

Y.Ə.Babayev

Laboratoriya müdiri

Ə.Ə.Fiqarov

Laboratoriya müdiri, k.e.n.

T.M.Quliyev

Baş mütəxəssis

F.Z.Məmmədov

Elmi katib, t.e.n.

L.I.Veçxayzer

Böyük elmi işçilər:

X.I.Yusifova

 

A.M.Rizayeva

 

S.Ə.Axundova

 

U.I.Hüseynzadə

 

R.A.Ağamirzəyev

2

vk.com/club152685050 | vk.com/id446425943

AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT NEFT ŞİRKƏTİ

TƏSDİQ EDİRƏM:

TƏSDİQ EDİRƏM:

Azdövdağtexnəzarət

Azərbaycan Respublikası

Komitəsinin Sədr əvəzi

Dövlət Neft Şirkətinin

 

Prezidenti

N.A.Əliyev

T.M.Əliyev

04.01.2005-ci il

06.01.2005-ci il

NEFTQAZÇIXATMA SƏNAYESİNDƏ

TƏHLÜKƏSİZLİK Q A Y D A L A R I

RAZILAŞDIRILIB: RAZILAŞDIRILIB:

Azərbaycan Neft və Qaz Sənaysi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Sədri

C.K.Əliyev

15.12.2004-

cü il

«Azneft» Istehsalat Birliyinin

Baş mühəndisi

Ş.Z.Ismayılov

26.12.2004-

cü il

AR DNŞ-in Ətraf Mühitin Qorunması, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Şöbəsinin rəisi

A.A.Siracov

27.12.2004-cü il

3

vk.com/club152685050 | vk.com/id446425943

BAKI – 2005

4

vk.com/club152685050 | vk.com/id446425943

ÖN SÖZ

Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat Institutunda (AzDƏMTTETI) işlənilmişdir.

ARDNŞ-dəki struktur dəyişikliyini nəzərə alaraq, quruda və dənizdə yerləşən neftqazçıxarma (qazma) obyektləri üçün təhlükəsizlik tələbləri bir yerdə verilmişdir.

Qaydaların strukturu elə tərtib olunmuşdur ki, dəniz obyektlərinə olan spesifik təhlükəsizlik tələbləri hər bölmənin (bölməaltının) «Dəniz şəraiti üçün əlavə tələblər» bölmələrində (hissələrində) əlavə olaraq verilmişdir.

Qaydalarda müvafiq bölmələrin qarşısında «D» hərfinin olması dəniz şəraiti üçün olan bölməyə (bölməaltına) işarədir. Qaydaların strukturunun bu şəkildə tərtib olunması onun istifadəsini daha da asanlaşdırır.

Qaydalarda Əlavə 2–yə uyğun kvadrat mötərizələrdə sıra nömrələri göstərilmiş normativ sənədlərə istinadlar olunmuşdur.

Bu Qaydalar nəşr olunduqdan sonra 1996-cı il tarixli «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları» və 1990-cı il tarixli «Pravila bezopasnosti pri razvedke i razrabotke neftənıx i qazovıx mestorojdeniy na kontinentalğnom şelğfe SSSR» qüvvədən düşür.

5

vk.com/club152685050 | vk.com/id446425943

BÖLMƏ I

ÜMUMI QAYDALAR

1.1. Qaydaların şamil olduğu sahələr, əhatə dairəsi və məqsədi

1.1.1. Bu Qaydalar neft, qaz və qazkondensat quyularının qazılması, yataqlarının işlənilməsi, neftqazçıxarma sənayesinin istehsalat və texnoloji proseslərinin layihələndirilməsi, qurğu, avadanlıq, alət və nəzarət-ölçü cihazlarının (NÖC) konstruksiya edilməsi, bu işlərin görülməsi üçün kadrların hazırlanması ilə məşğul olan mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlara, o cümlədən Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda fəaliyyət göstərən AR DNŞ-in tabeliyində olan yerli neftqazçıxarma müəssisələrinə şamil edilir.

1.1.2.Əməyin təhlükəsizliyi üzrə normativ sənədlərə 5 ildə bir dəfə və həmçinin yeni texnoloji proseslər, qurğular, maşın və aparatlar tətbiq edildikdə yenidən baxılmalıdır.

1.1.3.Bu Qaydalarda əksini tapmamış məsələlər üzrə müvafiq normativ-texniki və rəhbər sənədlər rəhbər tutulmalıdır.

1.1.4.Bu Qaydalar qüvvəyə mindikdən sonra razılaşdırmaq və təsdiq üçün müvafiq təşkilatlara təqdim olunmuş obyektlərin, texnika və texnologiyaların layihələri bu Qaydaların tələblərinə uyğun olmalıdır.

1.1.5.Avadanlıqlara (işlənilən və alınan), texniki vasitələrə və texnologiyalara (o cümlədən Respublikaya

xaricdən gətirilmiş) olan təhlükəsizlik tələbləri Bu Qaydalar təsdiq olunduğu andan qüvvəyə minir.

6

vk.com/club152685050 | vk.com/id446425943

1.1.6. Bu Qaydalarda hər-hansı bir dəyişikliklərin və onlara əlavələrin edilməsi, mütəxəssislər tərəfindən müvafiq təkliflərə baxıldıqdan, lazımi qaydada razılaşdırıldıqdan və təsdiqləndikdən sonra həyata keçirilir.

1.2. Qaydaların pozulmasına görə məsuliyyət

1.2.1. Müəssisələr obyektin layihələndirilməsi, tikintisi, istismarı, konservasiyası və ləğvi mərhələlərində bu Qaydaların tələblərinə əməl etmədiklərinə görə Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. 1.2.2. Bu Qaydaların tələblərini pozmuş müəssisə rəhbəri

və mütəxəssislər, o cümlədən layihə, konstruktor və elmi-təd- qiqat müəssisələrinin işçiləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

1.2.3. Işçilər yerinə yetirdikləri işin təhlükəsizlik tələblərinə əməl etmədiklərinə görə Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

1.3.Ümumi təşkilati-texniki tələblər

1.3.1.Bu Qaydalar qüvvəyə mindikdən sonra istismar olunan obyektlər müvafiq dövlət nəzarət orqanları ilə razılaşdırılmış müddətdə bu Qaydaların tələblərinə uyğunlaşdırılmalıdır.

1.3.2.Bu və qüvvədə olan digər «Qaydalar»a, normalara əsasən (uyğun) bütün müəssisələrdə əməyin təhlükəsizliyinə dair peşələr və iş növləri üzrə təlimatlar olmalıdır.

1.3.3.Xarici dövlətlərdə istehsal olunmuş qazma və neftmədən və s. müvafiq avadanlıqların Azərbaycan Respublika-

sında tətbiqi Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə aparılmalıdır.

7

vk.com/club152685050 | vk.com/id446425943

1.3.4.Neftqazçıxarma profili üzrə fəaliyyət göstərən və yeni istismara verilən bütün obyektlər adı, nömrəsi və sahibi göstərilmiş yaxşı görünən yerdə quraşdırılmış trafaretlərlə təchiz olunmalıdır.

1.3.5.Eyni obyektdə bir neçə müəssisə işlədikdə (fəaliyyət göstərdikdə) işlərin təşkili və aparılması qaydası, ümumi rəhbərlik bu müəssisələrin rəhbərləri tərəfindən təsdiqlənmiş müəssisələr arasında qarşılıqlı əlaqəyə dair müqavilə ilə müəyyən edilir (tənzimlənir), bir müəssisənin bir neçə bölməsi tərəfindən iş aparıldıqda isə – müəssisənin

rəhbərliyi tərəfindən təyin edilmiş qaydaya uyğun aparılmalıdır.

1.3.6. Yüksək istehsalat təhlükəsi olan yerlərdə işlər tap- şırıq-buraxılış üzrə yerinə yetirilməlidir.

Idarə və müəssisələrdə tapşırıq-buraxılış tələb edən xüsusi təhlükəli işlərin siyahısı tərtib olunmalı, baş mühəndis (müəssisənin texniki rəhbəri) tərəfindən təsdiqlənməlidir. Təhlükəli işlərin yerinə yetirilməsinə məsul şəxslər və tapşırıqburaxılış vermə səlahiyyəti olan şəxslər təyin edilməlidir.

Yüksək təhlükəli işlər, belə işlərin təşkili və təhlükəsiz aparılmasını müəyyən edən, müəssisənin texniki rəhbərliyi tərəfindən təsdiqlənmiş təlimatların tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

1.3.7.Partlayış-yanğın təhlükəli obyektlərdə baş verə biləcək qəzaların ləğv edilməsi planı işlənilməlidir. Planda obyektin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, qəzaların qarşısının alınması və ləğvində, yanma və ya partlayışların baş verməməsi və həmçinin qəzanın ləğvi ilə məşğul olmayan adamların təhlükəsiz təxliyəsi üzrə heyətin çevik hərəkəti nəzərdə tutulmalıdır.

1.3.8.Bədbəxt hadisə baş verdikdə zərərçəkən (xəsarətalan) və ya hadisənin şahidi olmuş şəxs, hadisə yerini olduğu kimi saxlamaqla (əgər bu təhlükəyə və qəzaya səbəb

8

vk.com/club152685050 | vk.com/id446425943

olmazsa) birbaşa tabe olduğu rəhbərə bu haqda məlumat verməlidir.

1.3.9.Istehsalat obyektində, işin rəhbərinin və ya obyektin rəhbərliyinin icazəsi olmadan kənar şəxslərin olması qadağandır.

Iş görülən sahədə bu işlə əlaqəsi olmayan şəxslərin olması qadağandır.

1.3.10.Iş yerlərində və təhlükəli yerlərdə, müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş siyahı üzrə müvafiq təhlükəsizlik plakatları və nişanları asılmalıdır

(quraşdırılmalıdır).

1.3.11. Istehsalat obyektləri və briqadaları təhlükəsizlik səviyyəsini artırmaq üçün müvafiq vasitələrlə, quruluşlarla və cihazlarla təchiz olunmalıdır.

1.3.12.Obyektlərdə avadanlıqların yerləşdirilməsi, onlara təhlükəsiz qulluğu və onların təhlükəsiz təmirini təmin etməlidir.

1.3.13.Yeraltı kommunikasiyalar keçən (çala) quyular

möhkəm qapaqlarla örtülməli və onlar düşüb-çıxmaq üçün pilləkənlə və ya divara vurulmuş dəmir pərçimlərlə (pillələrlə) təchiz olunmalıdır.

1.3.14.Yerin səthindən keçən boruların, o cümlədən xəndəklərin və qanovların üstündən keçmək üçün eni 0,6 m olan, hündürlüyü 1 m-dən az olmayan məhəccərli körpülər quraşdırılmalıdır.

1.3.15.Hər bir işçi, insan üçün hər-hansı bir təhlükəni görərsə, dərhal həmin təhlükəni aradan qaldırmaq üçün ondan asılı olan tədbirləri görməli və bu haqda birbaşa tabeçiliyində olduğu rəhbərliyə və ya bu işlərə məsul olan şəxsə, əgər dispetçer xidməti mövcuddursa – növbə

dispetçerinə məlumat verməlidir.

1.3.16. Müəssisənin istehsalat bölmələrində (obyektlərdə) «Əmək şəraitinin vəziyyətinin yoxlanılması

9

vk.com/club152685050 | vk.com/id446425943

jurnalı» aparılmalıdır. Jurnalda, müəssisənin və yuxarı təşkilatın rəhbərliyi və mühəndis-texniki işçiləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin işçiləri və həmçinin nəzarətedici və yoxlayıcı dövlət orqanlarının səlahiyyətli nümayəndələri tərəfindən obyektlərdə əməyin mühafizəsi üzrə çatışmamazlıqlara və onların aradan qaldırılmasına dair müvafiq qeydlər aparılır. Jurnalın forması [36]

–da verilmişdir.

1.3.17. Elektrik hava xəttlərinin altında hər hansı bir işin aparılması qadağandır.

Müstəsna hallarda tikinti maşınları, avtokran və ya digər mexanizmlərlə hava elektrik veriliş xəttlərinin mühafizə zonaları həddində işlər, bunun üçün tapşırıq–buraxılış vərəqəsi və bu elektrik verici xəttlərini istismar edən təşkilatın rəsmi yazılı icazəsi ilə [32, 33]–ün tələblərinə əməl olunmaqla bu işlərə cavabdeh iş icraçısının rəhbərliyi altında yerinə yetirilə bilər.

Hava elektrik veriliş xəttlərinin mühafizə zonaları m-lə: gərginlik

1000 V-a qədər

-2;

20 kV –a qədər

-10;

35 kV-a qədər

-15;

110 kV –a qədər

-20;

150, 220 kV-a qədər

-25;

330, 500 kV-a qədər

-30;

750 kV-a qədər

-40;

1150 kV-a qədər

-55.

1.3.18. Yeni tikilmiş, yenidən qurulan təhlükə potensiallı obyekt istismara qəbul edilməzdən ən azı 3 gün əvvəl Azdövdağtexnəzarət Komitəsinə məlumat verilməlidir.

10

vk.com/club152685050 | vk.com/id446425943

1.4. Işçilərə olan tələblər. Öyrədilmə və təlimatlandırma

1.4.1.Neftqazçıxarma (qazma) sənayesində işlərə yaşı 18-dən az və 62-dən çox olmayan, tibbi müayinədən keçmiş və ya tibbi əks göstərişi olmayan şəxslər buraxılırlar. Qalan hallarda (yaşı 62-dən çox olduqda) tibbi müayinənin müsbət nəticəsinə görə işçilərin ağır və zərərli işlərdən başqa digər işlərdə işləməsinə icazə verilir.

1.4.2.Müəssisəyə yeni işə qəbul olunmuş işçilər və həm-

çinin başqa işə yeni bir sənət üzrə keçirilənlər əvvəlcədən təhlükəsizlik texnikasına dair öyrədilməli və təlimatlandırılmalıdırlar. Bu haqda müvafiq jurnalda həm təlimatlandırılanın, həm də təlimatçının imzası ilə qeydlər aparılmalıdır.

1.4.3. Işçilərin sərbəst olaraq işə buraxılması üçün öyrədilmənin, təlimatlandırmanın keçirilməsinin, biliyin yoxlanılmasının və işə buraxılmanın təşkili və qaydası [96, 36] tələblərinə uyğun olmalıdır.

1.4.4.Obyektlərdə işə, təhlükəsizlik texnikası üzrə təlimatlandırılmış, istehsalat təlimi keçmiş və müəssisə üzrə verilmiş əmrə əsasən həmin struktur bölmə üçün təyin olunmuş komissiya tərəfindən bilikləri yoxlanılmış işçilər buraxılırlar. Komissiyanın sədri, təhlükəsizlik texnikasına cavabdeh bölmənin texniki rəhbəri təyin olunur. Komissiyanın tərkibinə təhlükəsizlik texnikası, mexanika, energetika xidmətlərinin mühəndis-texniki işçiləri, usta və ya obyektdə bu işlərə məsul olan rəhbər daxil olmalıdır.

1.4.5.Işçilərə, onlardan iltizamnamə almaqla, rəhbərlik tərəfindən peşələr üzrə təhlükəsizlik texnikasına dair təlimatlar

keçirilməlidir.

1.4.6. Qazma, mənimsəmə və quyuların təmiri, geofiziki və həmçinin neft və qazın hasilatı və hazırlanması işlərinə

11

vk.com/club152685050 | vk.com/id446425943

rəhbərlik etmək üçün həmin sahələr üzrə müvafiq təhsili olan (mütəxəssis) və təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış şəxslər buraxılırlar. Bu tələb həmçinin xarici ölkələrdən olan mütəxəssislərə də aiddir.

1.4.7.Fəhlə peşələri üzrə işləyən ali və orta ixtisas təhsilli mütəxəssislərin, o cümlədən ali və orta ixtisas təhsil müəssisələrinin praktikantlarının, sərbəst olaraq işə buraxılması üçün, fəhlə peşələri üzrə müvafiq vəsiqələri olmalıdır.

1.4.8.Əsas peşələrin fəhlələri, tələb olunan səviyyədə

öyrədildikdən, iş yerində təcrübə keçdikdən, bilikləri yoxlanıldıqdan, istehsalat təlimi keçdikdən sonra və müəyyən işlərin yerinə yetirilməsi hüququnu verən vəsiqəsi olduqda onlara sərbəst işləməyə icazə verilir.

1.4.9.Kompleks briqadaların işçilərinin (işin xüsusiyyətinə görə bir neçə peşə üzrə iş görən) müvafiq ixtisasları (kvalifikasiyası) olmalı və həmçinin əsas və əlavə (əvəzçi) peşələr üzrə icazəsi olmalıdır.

1.4.10.Müəssisənin işçiləri fərdi mühafizə vasitələrindən (FMV) təyinatı üzrə düzgün istifadə etməyi bacarmalı, həyəcan siqnalları üzrə hərəkət (davranış) qaydalarını bilməli və bədbəxt hadisələr zamanı xəsarətalanlara həkiməqədər ilk yardım etməyin üsul və qaydalarını mükəmməl bilməli və onları tətbiq etməyi bacarmalıdır.

1.4.11.Işçilərin təhlükəsiz iş görülməsinə dair biliklərinin yoxlanılması hər il keçirilməlidir.

Yeni texnika, texnologiya, avadanlıq və ya təhlükəsizlik texnikası qaydaları tətbiq edildikdə, həmçinin xəsarətalmaya səbəb olmuş və ya olmamış fövqəladə hadisə baş verdikdə müvafiq işçilərə təhlükəsizlik texnikası üzrə növbədənkənar

təlimat keçirildikdən sonra onların bilikləri yoxlanılmalıdır. Bu haqda müvafiq jurnalda qeydlər aparılmalıdır.

12

vk.com/club152685050 | vk.com/id446425943

1.4.12.Müəssisələrdə işçilər vaxtaşırı olaraq (Azərbaycan

Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müddətdə) yerinə yetirdikləri işlər və peşələr nəzərə alınmaqla tibbi müayinədən keçməlidirlər.

1.4.13.Elektrik qurğuları və avadanlıqlarına xidmət edən işçilər «Istehlakçıların elektrik qurğularının texniki istismar Qaydaları»nda və «Istehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları»nda nəzərdə tutulmuş həcmdə və müddətdə təlimatlandırılır və onların bilikləri yoxlanılır.

1.4.14.Elektrotexnoloji qurğulara xidmət edən və elekt-

rikləşdirilmiş aqreqatları işə salan və açan (dayandıran) və həmçinin elektrik alətləri ilə işləyən işçilər təhlükəsizlik texnikasına dair müvafiq təlimat keçməli və onların elektrik təhlükəsizliyi üzrə ən azı II qrupu olmalıdır.

Köməkçi avadanlıqların (transformatorlar, tezliyi dəyişənlər, mühafizə-açıcı quruluşları və s.) şəbəkəyə qoşulmasını və açılmasını qrupu III-dən az olmayan elektrotexniki heyət yerinə yetirməlidir.

1.4.15.Qazanxanalara, yükqaldırıcı kranlara, təzyiq altında işləyən qablara və digər spesifik avadanlıq və qurğulara xidmət edən işçilər müvafiq Qaydaların tələblərində nəzərdə tutulduğu həcmdə və müddətdə təlimatlandırılır və bilikləri yoxlanılır.

1.4.16.Neft, qaz və qaz - kondensat quyularının qazılması və istismarı, layihələndirilməsi və tikintisi, neft, qaz və qaz - kondensatın nəqli və saxlanılması ilə məşğul olan müəssisələrin və həmçinin yardımçı müəssisələrin rəhbərlərinin və mühəndistexniki işçilərinin bu Qaydaların və bununla yanaşı müvafiq normativ sənədlərin tələblərini bilmələrinə dair bilikləri yoxlanılmalıdır.

Biliklərin yoxlanilması [36] uyğun aparılmalıdır.

13

vk.com/club152685050 | vk.com/id446425943

1.5. Qurğular, avadanlıqlar, mexanizmlər və alətlər

1.5.1.Yenidən işlənilmiş, modernləşdirilmiş və təkmilləşdirilmiş qurğuların, avadanlıqların və alətlərin işlənilməsi və istifadə edilməsi AzDƏMTTETI tərəfindən sənaye təhlükəsizliyi ekspertizası aparıldıqdan sonra və Azdövdağtexnəzarət Komitəsinin icazəsi ilə həyata keçirilməlidir.

1.5.2.Qurğuların, avadanlıqların, mexanizmlərin, alətlərin, nəzarət ölçü cihazlarının istismarı 180 -ə müvafiq

tərtib edilmiş istismar üzrə təlimatlara uyğun yerinə yetirilməlidir. Xaricdə istehsal olunmuş qurğu, avadanlıq və alətlər istehsalçı firmaların texniki sənədlərinə uyğun olaraq istismar edilməlidir.

1.5.3.Texnoloji sistemlər, onların ayrı-ayrı elementləri, avadanlıqlar təhlükəsiz istismarı təmin edən zəruri tənzimləmə vasitələri ilə və bloklayıcılarla təchiz edilməlidir.

1.5.4.Partlayış təhlükəli texnoloji əməliyyatların, bütün iş rejimlərində nəzərdə tutulmuş son yol verilən parametrlərdən kənaraçıxma hallarında partlayış təhlükəli mühitin və digər qəza hallarının yaranmasının qarşısını alan və

prosesin təhlükəsiz dayandırılmasını və ya təhlükəsiz vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və qəzaların qarşısını alan sistemləri olmalıdır.

1.5.5. Təhlükəli istehsalat obyektlərində istifadə olunan yükqaldırma maşın və mexanizmlərin görünən yerində (oxunan) yükqaldırma qabiliyyəti, növbəti, texniki yoxlamanın tarixi göstərilməlidir. Təzyiq altında işləyən qablarda, buxar qazanlarında icazə yerilən təzyiq, növbəti texniki yoxlamanın

tarixi və qeydiyyat nömrəsi göstərilməlidir.

 

1.5.6. Avadanlıq, onun normal işini

təmin edən,

istehsalçı zavodun layihəsinə və quraşdırma

(istismar) üzrə

14

vk.com/club152685050 | vk.com/id446425943

təlimatlarının tələblərinə uyğun olaraq möhkəm

özül

üzərində qoyulmalıdır.

 

1.5.7.Partlayışyanğın təhlükəli sistemlər üçün (istismar prosesində titrəyişə məruz qalan avadanlıqlar və boru kəmərləri) layihədə titrəyişi azaldan, avadanlıqların yerdəyişməsini (qəzaya səbəb ola biləcək), dağılmasını və kipliyinin pozulmasını istisna edən tədbirlər nəzərdə tutulmalıdır.

1.5.8.Yenidən quraşdırılmış, təkmilləşdirilmiş (modernləşdirilmiş), əsaslı təmir edilmiş avadanlıqların

istismara buraxılması müəssisənin əmrinə əsasən həyata keçirilməlidir.

1.5.9.Quraşdırma, texniki yoxlama və ya istismar zamanı avadanlıqda texniki istismar və təhlükəsizlik qaydalarının tələblərinə uyğunsuzluq aşkar edilərsə, o, istismardan çıxarılmalıdır. Onun istismarına, aşkar edilmiş çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra icazə verilir.

1.5.10.Avadanlığın konstruksiyasında dəyişiklik, bu ava-

danlığı istehsal və layihə edən təşkilatın və onun istehsalına icazə vermiş Dövlət orqanının razılığından sonra edilə bilər. Modernləşdirilmiş avadanlığın istifadəsinə sənaye təhlükəsizliyi ekspertizasının müsbət rəyi olduqda icazə verilir.

1.5.11.Işləyənlər üçün təhlükə mənbəyi olan avadanlığın elementləri, tərtibatlar, hissələr, bəndlər, habelə çəpər və mühafizə qurğularının səthləri müvafiq siqnal rəngində olmalıdır.

1.5.12.Avadanlıqların (aparatlar, boru kəmərlərinin müvafiq hissələri və s.) işə salınması və dayandırılması zamanı texnoloji sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat əmələ gəlməsinin və ya mayelərin donmasının qarşısını almaq

üçün tədbirlər (təsirsiz qazla üfürülmə, üfürülmənin səmərəli olmasına nəzarət və s.) nəzərdə tutulmalıdır.

15

vk.com/club152685050 | vk.com/id446425943

1.5.13.Avadanlığın gərginlik altına düşə bilmə ehtimalı olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi ilə birləşdirilmək üçün görünən konstruktiv element nəzərdə tutulmalıdır. Bu elementin yanında «Yer»in rəmzi işarəsi təsvir edilməlidir.

1.5.14.Avadanlığın xarici səthinin və istilikdən izolə örtüyünün temperaturu, tətbiq olunan ən çox partlayışyanğın təhlükəli məhsulun öz-özünə alışma temperaturundan çox olmamalıdır.

Istismar zamanı konstruksiyanın elementlərinin və boru

kəmərlərinin səthlərinin temperaturu 450C-dən artıq olarsa, həmin yerlər çəpərlənməli və ya xidmət heyətinin təmasda olma ehtimalı olan sahələr istilikdən izolə olunmalıdır.

1.5.15.Nasos və ya kompressorların vurucu və sorucu boru kəmərlərində qoyulmuş bağlayıcı, kəsici (ayırıcı) və qoruyucu qurğular nasosa (kompressora) maksimum yaxınlaşdırılmalı, xidmət üçün rahat və təhlükəsiz olan zonada yerləşdirilməlidir.

1.5.16.Boru kəmərlərində quraşdırılmış bağlayıcı armaturlarda (siyirtmələrdə, kranlarda) «Açıqdır» və «Bağlıdır» vəziyyət göstəriciləri olmalıdır.

Quyularda, kameralarda və ya xəndəklərdə (qanovlarda) yerləşdirilmiş bağlayıcı armaturun quyuya və ya xəndəyə (qanova) xidmət heyəti üzvlərinin düşmədən (enmədən)armaturun açılmasına (bağlanmasına) imkan verən rahat intiqalı olmalıdır.

1.5.17.Mərkəzdənqaçma nasoslarının və kompressorların vurucu boru kəmərlərində əks klapan və ya nəql edilən maddələrin əks (geriyə) istiqamətdə yerdəyişməsinin qarşısını alan digər qurğu, lazım gələrsə

qoruyucu klapan da nəzərdə tutulmalıdır.

1.5.18. Tezalışan və yanar mayelərin vurulması üçün istifadə edilən nasoslar (onların iş parametrlərinin pozulması haq-

16

vk.com/club152685050 | vk.com/id446425943

qında) xəbərdaredici siqnalverici vasitələrlə təchiz edilməlidirlər. Təhlükəsiz iş parametrlərinin son həddi texnoloji reqlamentlər və avadanlıqların istismarı üzrə təlimatlarla müəyyən edilməlidir.

1.5.19.Stasionar texnoloji boru kəmərləri quraşdırıldıqdan, habelə qaynaqlama tətbiq etməklə təmirdən sonra kipliyə sınanılmalıdır. Korroziya və temperatur prosesləri nəzərə alınmaqla sınanılmanın dövrülüyü və şərtləri layihə ilə müəyyən edilir. Sınanma təzyiqi işçi təzyiqdən 1,25 dəfə artıq olmalıdır.

1.5.20.Bucurqadların, kranların və digər yükqaldırma

mexanizmlərinin yükqaldırma məhdudlaşdırıcıları, habelə yükün və mexanizmin öz-özünə hərəkətinə imkan verməyən etibarlı əyləc qurğuları və təsbitləyiciləri olmalıdır. Bu tələblər əl talına (bucurqadına) şamil edilmir.

1.5.21.Avadanlıqların, mexanizmlərin dəstində işin rahatlığını və təhlükəsizliyini təmin edən, tezyeyilən və tez-tez dəyişdirilən hissələri və bəndləri yenisi ilə əvəz etmək üçün xüsusi tərtibat və ya qurğular nəzərdə tutulmalıdır.

1.5.22.Maşın və avadanlıqların bərkidici bənd və hissələrində öz-özünə açılma (boşalma) və ayrılmaların qarşısını alan tərtibatlar (əks qaykalar, şplintlər, pazlar və b.) olmalıdır. Istifadənin zəruriliyi və tərtibatların tipləri layihə konstruktor sənədləri ilə müəyyən edilir.

1.5.23.Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər nasaz vəziyyətdə və ya təhlükəsizlik quruluşları (bloklayıcı, təsbitləyici, siqnalverici tərtibat və cihazlar) nasaz olduqda, habelə işçi parametrləri pasportdakından fərqli olduqda onların istismarı qadağandır.

1.5.24.Avadanlığın təmiri yalnız onu elektrik şəbəkəsindən açdıqdan, qalıq təzyiqini buraxdıqdan, hərəkət

edən hissələr dayandırıldıqdan və təsadüfən onları hərəkətə gətirən ağırlıq qüvvəsi və ya digər amillərə qarşı tədbirlər

17

vk.com/club152685050 | vk.com/id446425943

görüldükdən sonra aparılmalıdır. Işəsalma qurğusunda mütləq «Işə salmayın, adamlar işləyir» plakatı asılmalıdır.

1.5.25.Qazma, neft-mədən avadanlıqları, həmçinin energetik qurğular və polad konstruksiyalar dövri olaraq, dağıdıcı olmayan üsulla [255, 256]–ya uyğun sınaqdan (defektoskopiya) keçirilməlidir.

1.5.26.Avadanlıqların, alətlərin, polad konstruksiyaların siyahısı və sınaqdan keçirilmə müddətləri Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmaqla, onları istismar edən təşkilat tərəfindən müəyyən edilməlidir.

1.5.27.Avadanlıqların, alətlərin, nəzarət ölçü cihazlarının istismardan çıxarılması qərarı fiziki yeyilmə göstəricisi, korroziya və ya defektoskopiyanın nəticələri nəzərə alınmaqla qəbul

edilməlidir.

Avadanlıqların istismardan çıxarılma meyarı (ölçüsü) onu işləyən və ya istehsalçı müəssisə tərəfindən müəyyən edilir və istismar üzrə olan təlimatda nəzərə alınır.

1.5.28.Texniki quruluşların, avadanlıqların və qurğuların təhlükəsiz istismar müddətinin artırılması mümkünlüyünün təyini üzrə işləri ekspert təşkilatı yerinə yetirir.

1.5.29.Təhlükəli istehsalat obyektlərində istifadə edilən istismar avadanlıqlarının, alətlərin və polad konstruksiyaların sertifikatlaşdırılması müəyyən edilmiş qaydada həyata keçirilir.

Çəpərlər (örtüklər, sipərlər)

1.5.30. Avadanlıqların, aparatların, mexanizmlərin və alətlərin açıq hərəkət edən və fırlanan hissələri çəpərlənməli və ya örtüklə bağlanmalıdır. Belə avadanlıqlar çəpər olmadıqda və ya açıq olduqda onların işə düşməsinin qarşısını alan bloklayıcı sistemlə təchiz edilməlidirlər.

1.5.31. Çəpər tez yığıla bilən və quraşdırma üçün rahat olmalıdır.

18

vk.com/club152685050 | vk.com/id446425943

1.5.32.Çəpərin və ya örtüyün konstruksiyası və bərkidilməsi işçilərin təhlükəli hissələrə təsadüfən toxunmasını istisna etməlidir.

1.5.33.Ionlaşdırıcı şüalanma mənbəyi olan avadanlıq və armatur 124 -ün tələblərinə müvafiq mühafizə ekranı ilə təchiz edilməlidir.

1.5.34.Neftqazçıxarma obyektlərinin bütün potensial təhlükəli yerlərində (açıq tutumlar, transmissiyalar və s.), oraya bütün istiqamətlərdən yolu bağlayan çəpərlər olmalıdır.

Çəpərin qapısının açılmasını və ya onun götürülməsini

avadanlıq və ya mexanizm tam dayandıqdan sonra etmək olar. Avadanlığın və ya mexanizmin işə salınmasına yalnız çəpər yerinə qoyulduqdan və onun bütün sökülüb-yığılan hissələri etibarlı bərkidildikdən sonra icazə verilir.

1.5.35. Məhəccərli çəpərin hündürlüyü 1,25m-dən (intiqalı kəmərdən olan avadanlıqlar üçün 1,5m-dən) az olmamalı, çəpərin aşağı kəmərinin (zolağının) hündürlüyü 0,15m olmalı, ayrı-ayrı kəmərlər (zolaqlar) arasındakı məsafə 0,40m-dən, dirəklər arasındakı məsafə isə 2,5m-dən artıq olmamalıdır.

Kəmər intiqallı avadanlıqlarda məhəccərli çəpərlər tətbiq edilərkən, intiqal kəməri qırılan zaman yaranacaq təhlükənin qarşısını almaq məqsədilə hər iki qasnağın (şkiv) xarici tərəfində metal sipərlər quraşdırılmalıdır.

Əgər təhlükəli zonadan 0,35m-dən artıq məsafədə çəpər qoymaq mümkündürsə, onda avadanlıq və mexanizmlərin hərəkət edən hissələrinə girişi bağlamaq üçün məhəccərli çəpərdən istifadə etməyə icazə verilir.

1.5.36. Avadanlıqların hərəkət edən elementlərinin torşəkilli çəpərinin hündürlüyü 1,8m-dən az olmamalıdır. Hündürlüyü 1,8m-dən az olan mexanizmlər tam olaraq (üstdən də) çəpərlənməlidir. Torun gözcüklərinin ölçüləri 30x30mm-dən artıq, məftilinin diametri isə 2 mm-dən az

19

vk.com/club152685050 | vk.com/id446425943

olmamalıdır. Torşəkilli çəpərin metal çərçivəsi (karkası) olmalıdır.

1.5.37.Kənarı, hərəkət edən və yaxud fırlanan detallardan 0,1 m aşağı və döşəmənin səviyyəsindən 0,5 m yuxarı olarsa, aşağı hissəsi açıq olan örtüklərdən istifadə etməyə icazə verilir.

1.5.38.Qayış ötürməsinin çəpərinin hündürlüyü 1,5 m-dən az olmamalı və hər iki qasnağın xarici tərəfdən metal sipərləri olmalıdır.

1.5.39.Tez-tez nəzərdən keçirilməsi və xidmət

göstərilməsi tələb olunan bəndlərin sökülə bilən çəpərləri və ya tezçıxarıla bilən lyukları olmalıdır.

1.5.40.Dişli və zəncirli ötürmələr rahat yığılıb-sökülən, çıxarılan hissələri və tərtibatları olan bütöv metal sipərlərlə (örtüklərlə) örtülməlidirlər.

1.5.41.Mexanizmlərin və aqreqatların hərəkət edən hissələrinin çıxıntılı detalları (o cümlədən valların işgilləri) və hərəkət edən birləşmələr bütün hərəkətləri boyu örtüklə bağlanmalı-

dırlar.

Pilləkənlər və meydançalar

1.5.42. Marş pilləkənlərinin mailliyi 600-dən çox (rezervuarlarda 500-dən çox) olmamalı, adi pilləkənlərin eni 0,65 m- dən, ağırlıq daşınan pilləkənlərin isə–1 m-dən az olmamalıdır.

Pillələr arasındakı hündürlük üzrə məsafə 0,25 m-dən çox olmamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-50 olmalıdır.

Pillələrin hər iki tərəfinin, hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyələri olmalıdır.

Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri olmalıdır.

20

vk.com/club152685050 | vk.com/id446425943

1.5.43.Marş pilləkənlərinin orta tamasası olmaqla iki tərəfli 1 m hündürlüklü məhəccəri olmalıdır. Dirəklər arasındakı məsafə 2 m-dən çox olmamalıdır.

1.5.44.Marş pilləkənlərinin quruluşu, üstündə hərəkət edərkən onun əyilməsini və yerdəyişməsini istisna etməli və 2000N (200 kq) yükə davam gətirməlidir.

1.5.45.Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m- dən az olmamalı, radiusu 0,35-0,40 m olan qoruyucu qövsləri olmalı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərkidilməlidir. Qövslər arasındakı məsafə 0,80 m-dən çox olmamalıdır.

Qövsün pillələrdən ən aralı nöqtəsi 0,70-0,80 m həddində olmalıdır.

Nərdivanlar şaqul üzrə bir-birindən 6 m-dən çox olmayan məsafədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir.

Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı məsafə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır.

1.5.46.Tunel tipli nərdivanlar və pilləkənlər 2500 N (250kq) yükə davam gətirməlidir.

1.5.47.Tunel tipli nərdivanların və pilləkənlərin yan hissələri (tetiva), keçid meydançasına çıxış yerində onun üzərində 1m hündürlüyündə məhəccərlə qurtarmalıdır. Məhəccərlər meydançaya tərəf əyilməli və ona möhkəm bərkidilməlidir.

1.5.48.Hündürlükdə yerləşən işçi meydançaların döşəmə səthi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı 40mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən uzununa tamasalı) məhəccəri, döşəmədən 1 sm-dən çox olmayan hündürlükdə yerləşən hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyəsi (bortu) olmalıdır.

1.5.49.Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çökün-

21

vk.com/club152685050 | vk.com/id446425943

tülərinin axıb getməsini təmin edən metal döşəmələri olmalıdır.

1.5.50. 1 m-dən çox olmayan hündürlükdə yerləşən meydançaların hündürlüyü 1 m olan məhəccərli çəpəri olmalıdır. Məhəccərlərin dayaqları arasındakı məsafə 2 m-dən

çox olmamalıdır. Dayaqlar, aralarındakı məsafə

0,4 m olan

üfqi tamasalarla bir-birinə birləşdirilməlidir.

 

Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və döşəmədən 1 sm-ə qədər hündürlükdə yerləşən yan haşiyəsi olmalıdır.

1.5.51.Meydançalar və pilləkənlər müntəzəm olaraq qardan, buzdan və çirkdən təmizlənməlidir.

1.5.52.Yanğın və partlayış təhlükəli obyektlərdə (neftin

hazırlanması qurğularında, rezervuar parklarında və s.) taxta döşəməli meydançalardan istifadə etmək qadağandır.

1.5.53. Işçinin (xidmət üçün) 0,75 m-ə qədər hündürlüyə qalxması tələb olunan obyektlər (yerlər) pillələrlə, 0,75-dən artıq hündürlükdə isə məhəccərli pilləkənlərlə təchiz edilməlidir.

Daxiliyanma mühərrikləri

1.5.54.Daxiliyanma mühərrikinin işlənmiş qazlar sistemi işlənmiş qazların quyu ağzından 15m-dən az olmayan, intiqal blokunun yan örtüyündən 5m-dən az olmayan (işlənmiş qazlar boru xətti üfqi qoyularsa) və intiqal bloku damının səthindən 1,5m-dən az olmayan hündürlüyə (işlənmiş qazlar boru xətti şaquli qoyularsa) çıxarılmasını nəzərdə tutmalıdır (əgər blok örtüyü yanan materialdan hazırlanmışdırsa).

1.5.55.Işlənmiş qazlar boru xətti qığılcımyağtutanla

təchiz olunmalı və buruqdakı iş yerlərinə bu qazların daxil olmasını istisna etməlidir.

22