- •Pilləkənlər və meydançalar
- •Daxiliyanma mühərrikləri
- •Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı traktorlar,
- •ekskavatorlar və buldozerlər
- •Işçilərin daşınması
- •Işçilərin təxliyəsi
- •DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR
- •(ÜMUMI QAYDALAR)
- •D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və təlimatlandırma
- •D. 1.21. Yükləmə-boşaltma işləri və yüklərin nəqli
- •D. 1.25. Heyətin daşınması və təxliyəsi
- •Heyətin vertolyotla daşınması
- •Heyətin gəmilərlə daşınması
- •Ümumi tələblər
- •NEFT VƏ QAZ QUYULARININ TIKILMƏSI
- •Qazma nasosları
- •Qazma vışkaları
- •Quyuların möhkəmləndirilməsi və kəmərlərin kipliyə sınanması
- •Kəmərlərin kipliyə sınanması
- •Endirmə-qaldırma əməliyyatı
- •Qazma məhlulları
- •Qazma kəmərinin quruluşu və istismarı
- •Qəza və mürəkkəbləşmələrin qarşısının alınması və ləğvi
- •3.6. Küt üsulla quyuların qazılması
- •3.10.1. Diferensial təzyiqin tənzimlənməsi ilə «Quyu-lay» sistemində quyuların qazılmasına, Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılmaqla qazma müəssisəsinin rəhbərliyi tərəfindən icazə verilir.
- •3.10.3. Buruqda hava nümunələrinin götürüldüyü yerlər göstərilməklə, hava mühitinin nəzarəti jurnalı olmalıdır.
- •3.10.4. Ştuserlərin, separatorların və siyirtmələrin quraşdırıldığı yerlər xidmət və tə’mir üçün rahatlığı təmin etməli, onlara keçidlər isə tutulmamalıdır (qalaqlanmamalıdır).
- •Ümumi tələblər
- •3.11.32. Qazma boruları quyudan çıxarılarkən buruq məhlulundan təmizlənməlidir.
- •3.12. Quyuların ləğv edilməsi və konservasiyası
- •Ümumi tələblər
- •Quyuların ləğv edilməsi
- •Quyuların konservasiyası
- •NEFT-MƏDƏN IŞLƏRI
- •Dəniz şəraiti üçün əlavə tələblər
- •ELEKTRIK QURĞULARI
- •Dərinlik nasos qurğuları
- •Elektrodehidratorlar
- •D. 5.11. Ildırımdan və statik elektrikləşmədən mühafizə
- •RABITƏ
- •Dəniz şəraiti üçün əlavə tələblər
- •ISTEHSALAT SANITARIYASI VƏ ƏTRAF
- •MÜHITIN MÜHAFIZƏSI
- •12.11. Sanitar-məişət sahələri və xidmətləri
- •Qanunlar:
- •Inşaat norma və qaydaları
- •Sanitar norma və qaydaları
- •QAZ TƏHLÜKƏLI IŞLƏRIN APARILMASINA
- •TAPŞIRIQ - ICAZƏ
- •ÜQQ-in yedəyə alınmasına hazırlığı haqqında
- •Neft-qaz-mədən obyektləri şəraitlərində partlayış təhlükəli qarışıqların əmələgəlmə mənbələri ətrafında partlayış təhlükəli zonaların təsnifatı
- •Partlayış təhlükəli zonaların siniflərinin müqayisəsi
vk.com/club152685050 | vk.com/id446425943
2.9.71.Təmir işi başlanana qədər cavabdeh rəhbər sahənin dalğıc müayinəsi ilə tanış olmalıdır.
2.9.72.Təmir işindən sonra boru kəməri sınaqdan çıxarılmalıdır. Sınaq işlərini, boru kəmərini təmir edən təşkilat aparmalıdır. Sualtı boru kəmərlərinin təmiri 296 -ın tələblərinə müvafiq yerinə yetirilməlidir.
D.2.10. Elektrik və rabitə xətlərinin çəkilməsi
Ümumi tələblər
2.10.1.Elektrik veriliş xətlərinin (EVX) və rabitə xətlərinin (kabellərin) quraşdırılması və təmiri müvafiq fərdi mühafizə vasitələri ilə yerinə yetirilməlidir.
2.10.2.Nasaz örtüklü (döşəməli) DNQT-də hava və kabel EVX-in (rabitə xətlərinin) quraşdırılması və sökülməsi qadağandır.
2.10.3.Dəniz şəraitində elektrik xətlərinin çəkilməsi (quraşdırılması) [294] tələblərinə uyğun aparılmalıdır.
Dənizdə hava EVX
2.10.4. Işlərə rəhbərlik edən şəxs, dirək və dayaqları quraşdırmazdan əvvəl işçiləri təlimatlandırmalı, onları yerləşdirməli, qaldırıcı vasitələri işlək vəziyyətdə yoxlamalı, mexanizm və ilməklərin (strop) yükgötürmə qabiliyyətinin qaldırılan yükün çəkisinə uyğun gəlməsini yoxlamalıdıır.
2.10.5. Dayaq və dirəklər üzən vasitələrlə daşınarkən əvvəlcədən etibarlı bərkidilməlidir (o cümlədən xüsusi təsbitləyici dayaqlar qoyulmalıdır).
192
vk.com/club152685050 | vk.com/id446425943
2.10.6.Üzən vasitənin göyərtəsində yükləri bərkitmək üçün quruluşlar (vasitələr) olmadıqda yüklərin göyərtəyə yığılması qadağandır.
2.10.7.Dayaq və dirəklər qaldırılaraq quraşdırılacağı yerə daşınarkən, onların aşağı ucu ilməklənməlidir.
2.10.8.Üzən vasitələrin sökülən (çıxarılan) çəpərləri
dirəyin şurfa endirildiyi (quraşdırıldığı) yerdə |
dirəyin |
||
istiqamətləndirildiyi |
(yerinin |
dəyişdirildiyi) |
müddətə |
götürülməlidir. |
|
|
|
2.10.9.Yükqaldırıcı vasitələrlə dayaqlar və dirəklər qaldırılıb – endirilərkən, quraşdırılarkən və ya sökülərkən onların üstündə adamların olması qadağandır.
2.10.10.Estakadada hava xətti dayaqları quraşdırılarkən
və ya sökülərkən piyadaların və nəqliyyatın hərəkəti dayandırılmalı, iş yeri çəpərlənməlidir.
2.10.11. Naqilləri dayaqlara bərkidilməmiş (tarım çəkilməmiş) vəziyyətdə gecəyə saxlamaq qadağandır. Tarım çəkilməmiş naqilləri gecəyə saxlamaq lazım gələrsə, bu haqda «Xəzərdənizneftdonanma» idarəsinin dispetçer xidməti xəbərdar olunmalıdır.
2.10.12.Naqillərin dartılması (tarıma çəkilməsi) lövbərdə dayanmış üzən vasitələrdən bucurqad vasitəsilə aparılmalıdır və bu zaman bucurqada düşən dartı qüvvəsi naqilin möhkəmliyindən çox olmamalıdır. Naqillərin dartılması (tarıma çəkilməsi) zamanı bucurqadın arxa tərəfində adamların olması qadağandır.
2.10.13.Hava EVX-nin quraşdırılması (montajı) zamanı aşağıdakılara əməl olunmalıdır:
a) EVX-in montaj olunmuş hissələri (sahələri) dayaq və dirəklərin metal konstruksiyalarına etibarlı birləşdirilməklə yerləbirləşdirilməlidir və bu halda birləşmələr arasındakı məsafə
3000m-dən çox olmamalıdır;
b) naqillər və ya qaldırıcı burazlar (troslar) 4,5m hündürlükdə, nəqliyyat keçən yerlərdə isə – 6 m hündürlükdə yerləş-
193
vk.com/club152685050 | vk.com/id446425943
dirilməlidir;
c) dayaqlarda və ya dənizdə olan naqillərin və ya burazların (troslar) yaratdığı daxili bucaq tərəfdə işçilərin olması qadağandır.
2.10.14.Şurfların qazılmasına, dirək və dayqların quraşdırılmasına, naqil dolaqlarının açılmasına, xətti armaturların, naqillərin və asma izolyatorların montajına sutkanın işıqlı vaxtında (görünmə yaxşı olduqda) küləyin sürəti 10m/san-dən və dənizdə dalğalanma 3 baldan çox olmadıqda icazə verilir.
D.DNQT-də elektrik kabel xətləri
2.10.15.Güc kabellərinin DNQT-nin taxta konstruksiyaları üzərində çəkmək qadağandır. Güc kabelləri layihəyə uyğun olaraq yanmayan materiallardan olan (metal, asbosement, beton və s.) novlarda (navalçalarda) çəkilməlidir.
2.10.16.Kabel kütləsini qızdırmağa və lehim lampasından istifadə etməyə yanğın – partlayış təhlükəsi
olmayan yerlərdə icazə verilir.
2.10.17.Muftanı doldurmaq üçün kabel kütləsi xüsusi metal tutumun içərisində qızdırılmalıdır (əridilməlidir). Ərinmiş kütləni qarışdırmaq üçün dəstəyi istilik keçirməyən materialdan olan metal qarışdırıcıdan istifadə edilməlidir.
2.10.18.Əridilmiş kütlə olan qabı əldən – ələ vermək olmaz, bunun üçün onu, DNQT-nin döşəməsinə (göyərtəyə) qoyub sonra götürmək lazımdır.
2.10.19.Kabel kütləsi olan açılmamış qabları (banka) qızdırmaq qadağandır. Muftaları və qıfları kabel kütləsi ilə doldurarkən brezent əlcəkdən və qoruyucu eynəkdən, epoksid kompaund tətbiq olunduqda isə əlavə olaraq respiratordan
istifadə edilməlidir.
2.10.20. Qızdırılmış (əridilmiş) kabel kütləsi damcılarının (sıçrantılarının) sıçrayaraq işçiləri yandırmaması üçün, onun
194
vk.com/club152685050 | vk.com/id446425943
içərisinə suyun düşməməsinə qarşı lazımi tədbirlər görülməlidir.
D. Sualtı elektrik və rabitə kabel xətləri
2.10.21.Kabelin sınağı aparılarkən qeyri standart birləşdirici naqillərdən istifadə etmək və sınağı keçirilən kabeli xüsusi birləşdirici qutuya qoşmadan, birbaşa kabel gəmisinin elektrik laboratoriyasının aparatlarına qoşmaq qadağandır.
2.10.22.Kabel gəmisi ilə («kirjimlə») kabelin çəkilməsinə və qaldırılmasına gəminin sürəti 7-8 km/saat (4-5 dəniz mili) və dənizin dalğalanması 4 bala qədər olduqda yol verilir.
Dənizin dalğalanması 3 bal və daha çox olduqda və onun sonradan artacağı proqnozu verildikdə kabelin çəkilməsinə başlamaq qadağandır.
2.10.23.«Kirjim»də işlər yerinə yetirilərkən işçilər dəbilqədən və xilasetmə jiletindən istifadə etməlidirlər.
2.10.24.«Kirjim»də iş görülən vaxt işçi zonada xilasedici dalğıc və yaxınlıqda növbətçi gəmi olmalıdır.
2.10.25.«Kirjim»lə sualtı kabel çəkilərkən aşağıdakılara əməl olunmalıdır:
a) kabel dolaqdan (barabandan) göyərtəyə verilərkən və suya buraxılarkən işçilər kabelin bir tərəfində dayanmalıdırlar;
b) kabel dolaqdan birbaşa suya buraxıldıqda, dolaq (baraban) möhkəm bərkidilmiş və əsas və qəza əyləci (tormoz) ilə təmin olunmuş dayaq («kozel») üzərində quraşdırılmalıdır.
2.10.26. «Kirjim»ə və gəmiyə adamların minməsinə və düşməsinə dənizdə dalğalanma 3 baldan və küləyin sürəti 10m/san çox olmadıqda icazə verilir.
2.10.27. Briqada ən azı 4 ədəd radiotelefonla (3 işçi, 1 ehtiyat) təmin olunmalıdır.
195
vk.com/club152685050 | vk.com/id446425943
2.10.28.Kabelin çəkildiyi bütün müddət ərzində «kirjim»lə (kabel gəmisi ilə) xüsusi ixtisaslaşdırılmış köməkçi gəmilər, DNQT-lər və sahil arasında etibarlı radiorabitə təmin olunmalıdır.
2.10.29.Dalğıclar kabelə baxış keçirərkən, təmir edərkən və ya təmirdən sonra onu düzərkən həmin kabelə təsadüfən gərginliyin verilməsi istisna olunmalıdır.
2.10.30.Məsafədən idarə olunan qidalandırma qurğusunun qoşulması və açılması və kabelə gərginliyin verilməsi işə rəhbərlik edən şəxsin icazəsi ilə yerinə yetirilməlidir.
2.10.31.Kabelə gərginliyin məsafədən verilməsi, kabelin sahildəki ucunun yerləbirləşdirilməsinin və onun
birləşmələrinin etibarlı olması yoxlanıldıqdan sonra yerinə yetirilməlidir.
D.2.11. Tikinti maşın və mexanizmlərinin istismarı
2.11.1.Əgər kopyorun işlədilməsi şərti onun istismar təlimatında göstərilməyibsə, küləyin sürəti 8m/san-dən çox olduğu zaman kopyor vasitəsi ilə dirəklərin (svay) vurulması qadağandır.
2.11.2.Tikinti maşını (kran) üçün sürəti buraxıla bilən həddən artıq olan güclü külək olduqda və yaxud tufan yaxınlaşarsa, maşının (kranın) işi dayandırılmalı, onun dayanıqlı və tərpənməz vəziyyətini təmin edən tədbirlər görülməlidir.
2.11.3.Yükqaldırıcı mexanizmlərlə yüklərin yeri dəyişdirildikdə yükləri bərkitmək üçün işin rəhbəri tərəfindən ilməkçilər təyin edilməlidir. Iki və daha artıq ilməkçilər olduqda
onlardan biri rəhbər təyin edilməlidir.
2.11.4. Kopyorun dirəkdən dirəyə yerini dəyişməsi, eləcə də dirəklərin, boruların və digər avadanlıqların daşınması
196
vk.com/club152685050 | vk.com/id446425943
dartıcı diyircəklə yerinə yetirilməlidir. Dirəkləri, boruları və digər yükləri kopyorun başlığı üzərindən aşırılmış buraz vasitəsi ilə daşımaq (çəkib gətirmək) qadağandır.
2.11.5. Kopyorun köməyi ilə yükləmə-boşaltma işlərini görmək qadağandır.
2.12. Dəniz şəraitində yükqaldırma qurğularının (vışkaların, dorların, eklipslərin), qazma və istismar avadanlıqlarının quraşdırılması, sökülməsi, nəqli və təmiri
2.12.1.Dəniz şəraitində yükqaldırma qurğularının (vışkaların, dorların, eklipslərin), qazma və istismar avadanlıqlarının quraşdırılması, sökülməsi və təmiri 307 -nin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
2.12.2.Bütün vışkaquraşdırma işləri təsdiq olunmuş layihəyə əsasən aparılmalıdır.
2.12.3.Təsdiq olunmuş layihəyə uyğun olaraq bütün vışkaquraşdırma işlərinin aparılması planı tərtib olunmalıdır.
2.12.4.Işlərin aparılma planına texniki həll, işlərin təhlü-
kəsiz aparılmasının təşkilati tədbirləri və işçilərə sanitar-gigiye- nik xidmətlər daxil edilməlidir.
Bundan başqa planda cavabdeh şəxslərin (sex rəisi, briqadir və ya iş icraçısı) vəzifə borcları əks olunmalıdır.
2.12.5. Təsdiq olunmuş layihəyə və iş planına uyğun olaraq bütün vışkaquraşdırma işləri cavabdeh şəxsin rəhbərliyi altında aparılmalıdır.
Xüsusi təhlükəli işlərə başlamazdan əvvəl işçilərlə əlavə təlimatlandırma aparılmalı və jurnalda müvafiq qeydlər edilməlidir.
2.12.6. Vışkaquraşdırıcılar briqadası işləyən sahədə başqa struktur bölmə işçilərinin işləməsi qadağandır.
197
vk.com/club152685050 | vk.com/id446425943
2.12.7.Quraşdırma (sökülmə) işləri aparılan yerlərdə hər bir işləyən üçün fərdi xilasedici kəmər, kəndir bağlanmış 2-3 xilasetmə dairəsi (kəndirin uzunluğu özülün hündürlüyündən asılı olaraq müəyyən edilməlidir) nəzərdə tutulmalıdır.
2.12.8.Vışkaların yığılması, sökülməsi və dartılıb gətirilməsi zamanı DNQT-yə bütün növdən olan üzən vasitələrin yan alması qadağandır.
2.12.9.Qazma avadanlıqlarının quraşdırılması (sökülməsi), habelə vışkaların yığılması (sökülməsi) və dartılıb gətirilməsi zamanı DNQT-nin yaxınlığında növbətçi kater
olmalıdır.
D. Yükqaldırma qurğularının (vışkaların, dorların, eklipslərin) yığılmış vəziyyətdə kran-yük gəmisi ilə götürülməsi, nəqli və quraşdırılması
2.12.10.Vışka DNQT-dən qaldırılana qədər vışkanın qovşaqlarının bütövlüyü, bolt və qaynaq birləşmələri, kəlləçarxın bərkidilməsi yoxlanılmalı, lazım gələrsə, vışka ilməklənəcək yerdən quraşdırma kəməri qoyulmalıdır.
2.12.11.Vışka qaldırılana qədər fontan armaturları hər tərəfdən özülə möhkəm bərkidilmiş metal dirəklərlə çəpərlənməlidir.
2.12.12.Vışkanı qaldırmaq üçün ilməklər, onun ağırlıq mərkəzindən yuxarıda yerləşmiş kəmərinə bərkidilməli və ilməklərin bərkidildiyi yerdən kəsilməmələri üçün vışkanın ayaqları taxta parçalarla əhatə edilməli və bu taxta parçaları vışkanın ayaqlarına bərkidilməlidir.
2.12.13.Vışkanı DNQT-dən qaldıran və yaxud endirən
zaman, eləcə də fəhlələr təhlükəsiz gəmisinin krançısı
onu gəmiyə qoyub və qaldıran zaman yerə çıxarılmalıdır. Işin rəhbəri ilə kranarasında əlaqə radio və yaxud əvvəlcədən
198
vk.com/club152685050 | vk.com/id446425943
razılaşdırılmış siqnallar vasitəsi ilə yaradılmalıdır.
2.12.14.Kran-quraşdırıcı gəminin göyərtəsində vışkanın ayaqları və özülün altına qoymaq üçün çatma dayaqlar olmalıdır. Vışka etibarlı bərkidilməlidir.
2.12.15.Vışka DNQT-yə qoyulduqdan sonra onun qovşaqlarının bütövlüyü, bolt və qaynaq birləşmələri yoxlanılmalıdır. Aşkar edilən çatışmamazlıqlar dərhal aradan qaldırılmalıdır.
2.12.16.Vışka DNQT-yə qoyulduqdan və mərkəzləşdirildikdən sonra özülə bərkidilməli və bundan sonra kranın
qarmağı azad edilməlidir.
D. Qazma və istismar avadanlıqlarının quraşdırılması,
sökülməsi, nəqli və təmiri
2.12.17.Gəmi göyərtəsində daşınan avadanlıqlar ona möhkəm bağlanmalıdır.
2.12.18.Gəmi göyərtəsində daşınan materiallar, avadanlıq və alətlər elə yığılmalıdır ki, onların rahat ilməklənməsi və boşaldılması təmin edilsin.
2.12.19.Kran-yük gəmisinin maneəsiz işləməsi üçün, qazma avadanlığı DNQT-də vışkayanı tikililər ucaldılmamışdan əvvəl quraşdırmalıdır.
2.12.20.Qarmağın və maşın açarlarının əks-yükü, işlək və ağır qazma borularının şurfu elə yerləşdirilməlidir ki, döşəmənin altında işləməyə mane olmasın. Əks-yüklər mühafizə örtüyünə malik olmalıdır.
2.12.21.Vışkaaltı döşəmədən dövran sisteminə, qəbul
körpüsünə və qəza yoluna keçid və pilləkən olmalıdır. Döşəmənin altında tullanışa qarşı avadanlığı normal quraşdırmaq və ona xidmət etmək üçün məhəccərli meydança olmalıdır.
199
vk.com/club152685050 | vk.com/id446425943
2.12.22.Avadanlıq və materialların ilməklənməsi zamanı ilməklə qarmaq elə hündürlüyə qədər endirilməlidir ki, hətta gəminin şaquli yırğalanmasının maksimal amplitudasında belə yükün gəmi göyərtəsindən qoparılması istisna olunsun.
2.12.23.Qaldırılan avadanlıq və materiallar gəminin şaquli yırğalanmasının maksimal amplitudasından artıq hündürlüyə qaldırılmalı və göyərtədən dənizə tərəf verilməlidir.
2.12.24.Bütün ilməklər, tutucu qurğular sınaqdan keçirilməli, onların pasport birkası olmalı və qüvvədə olan
normalara uyğunluğu müntəzəm olaraq yoxlanılmalıdır. 2.12.25. Qaldırılan avadanlıq ağırlıq mərkəzindən ilmək-
lənməlidir. Ilməklənmənin düzgünlüyü 0,2-0,3 m-dən artıq olmayan hündürlüyə sınaq qaldırılması ilə yoxlanılmalıdır.
Ilməklərin vəziyyətlərini düzəltmək lazım gələrsə, avadanlıq gəminin göyərtəsinə endirilməli və yalnız bundan sonra nasazlıq aradan qaldırmalıdır.
2.12.26.Ilməkləri bağlanan avadanlığın iti uclarına toxunub kəskin əyilmə və sürtülmədən qorumaq üçün araqatı tətbiq etmək lazımdır.
2.12.27.Avadanlığın qurulacağı yerdə, qabaqcadan möhkəm araqatları düzmək lazımdır ki, zəncirli bağlama kanatlarını avadanlığın altından sərbəst və təhlükəsiz çıxarmaq mümkün olsun.
2.12.28.Avadanlıq endirilən zaman onun vəziyyətini yalnız ona bağlanmış ip (kəndir) vasitəsi ilə nizama salmaq lazımdır.
2.12.29.Avadanlıqların təmiri müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmalıdır.
D. Qazma vışkası və vışkaaltı postamentlərin avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə
200
vk.com/club152685050 | vk.com/id446425943
çəkilməsi və quraşdırılması
2.12.30.Küt quyuları olan meydançada qazma vışkası və vışkaaltı postamentlərin avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə çəkilməsi və quraşdırılması 299 -un tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
2.12.31.Qazma vışkası və vışkaaltı postamenlərin avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə çəkilməsi və quraşdırılması işləri, hazırlıq görüldükdən və ən azı iki günlük mülayim hava olacağı barədə (küləyin sürəti 11
m/san qədər olmaqla) məlumat alındıqdan sonra aparılmalıdır. 2.12.32. Qazma vışkası və vışkaaltı postamentlərin avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə çəkilməsi və quraşdırılması işləri aparılarkən, o biri quyularda aparılan bütün işlər həmin müddətdə dayandırılmalı, dayandırılması mümkün olmayan sahələr əlavə təhlükəsizlik
tədbirləri ilə təmin olunmalıdır.
2.12.33.Vışkaaltı postamentin çəkilməsi üsulundan asılı olaraq meydançada texnoloji avadanlıq, tikililər və kommunikasiyaların sökülmə və quraşdırılma ardıcıllığı təsdiq olunmuş iş planı və layihə əsasında aparılmalıdır.
2.12.34.Işə başlamazdan əvvəl iş yerinin vəziyyəti, habelə nəzərdə tutulmuş iş üçün müəyyən edilmiş avadanlıq, alət, tərtibat, qurğu və çəpərlərin sazlığı yoxlanılmalıdır. Əgər
nasazlıqlar aşkar edilərsə, onların aradan qaldırılması üçün tədbirlər görülməlidir.
2.12.35. Qazma vışkası və vışkaaltı postamentlərin avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə çəkilməsi və quraşdırılması işləri yerinə yetirilərkən o biri istismar quyularının quyuağzı avadanlığı hər hansı mexaniki zərbədən qorunmaq üçün metal konstruksiyalarla mühafizə olunmalı, bütün açıq yerlər, o cümlədən rotoraltı deşiklər örtülməlidir.
2.12.36. Vışka bucurqad-kanat sistemindən istifadə edil-
201
vk.com/club152685050 | vk.com/id446425943
məklə çəkiləcəksə, “Dənizneftqazlayihə” DETLI tərəfindən işlənilmiş layihədəki sxemlər əsasında hərəkət mexanizmlərinə daxil olan bucurqadların, polispastların, dayaqların texniki vəziyyəti yoxlanılmalı və quraşdırılmalıdır.
2.12.37. Vışka hidravlik sistemlə çəkiləcəksə, “Dənizneftqazlayihə” DETLI tərəfindən işlənilmiş layihəyə əsasən hərəkət mexanizmlərinə daxil olan nasos stansiyalarının, plunjerli hidravlik silindrlərin (hidravlik domkrat) boru birləşmələrinin, aralıq dirəklərinin vəziyyəti yoxlanılmalı və quraşdırılmalıdır.
202
