- •Pilləkənlər və meydançalar
- •Daxiliyanma mühərrikləri
- •Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı traktorlar,
- •ekskavatorlar və buldozerlər
- •Işçilərin daşınması
- •Işçilərin təxliyəsi
- •DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR
- •(ÜMUMI QAYDALAR)
- •D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və təlimatlandırma
- •D. 1.21. Yükləmə-boşaltma işləri və yüklərin nəqli
- •D. 1.25. Heyətin daşınması və təxliyəsi
- •Heyətin vertolyotla daşınması
- •Heyətin gəmilərlə daşınması
- •Ümumi tələblər
- •NEFT VƏ QAZ QUYULARININ TIKILMƏSI
- •Qazma nasosları
- •Qazma vışkaları
- •Quyuların möhkəmləndirilməsi və kəmərlərin kipliyə sınanması
- •Kəmərlərin kipliyə sınanması
- •Endirmə-qaldırma əməliyyatı
- •Qazma məhlulları
- •Qazma kəmərinin quruluşu və istismarı
- •Qəza və mürəkkəbləşmələrin qarşısının alınması və ləğvi
- •3.6. Küt üsulla quyuların qazılması
- •3.10.1. Diferensial təzyiqin tənzimlənməsi ilə «Quyu-lay» sistemində quyuların qazılmasına, Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılmaqla qazma müəssisəsinin rəhbərliyi tərəfindən icazə verilir.
- •3.10.3. Buruqda hava nümunələrinin götürüldüyü yerlər göstərilməklə, hava mühitinin nəzarəti jurnalı olmalıdır.
- •3.10.4. Ştuserlərin, separatorların və siyirtmələrin quraşdırıldığı yerlər xidmət və tə’mir üçün rahatlığı təmin etməli, onlara keçidlər isə tutulmamalıdır (qalaqlanmamalıdır).
- •Ümumi tələblər
- •3.11.32. Qazma boruları quyudan çıxarılarkən buruq məhlulundan təmizlənməlidir.
- •3.12. Quyuların ləğv edilməsi və konservasiyası
- •Ümumi tələblər
- •Quyuların ləğv edilməsi
- •Quyuların konservasiyası
- •NEFT-MƏDƏN IŞLƏRI
- •Dəniz şəraiti üçün əlavə tələblər
- •ELEKTRIK QURĞULARI
- •Dərinlik nasos qurğuları
- •Elektrodehidratorlar
- •D. 5.11. Ildırımdan və statik elektrikləşmədən mühafizə
- •RABITƏ
- •Dəniz şəraiti üçün əlavə tələblər
- •ISTEHSALAT SANITARIYASI VƏ ƏTRAF
- •MÜHITIN MÜHAFIZƏSI
- •12.11. Sanitar-məişət sahələri və xidmətləri
- •Qanunlar:
- •Inşaat norma və qaydaları
- •Sanitar norma və qaydaları
- •QAZ TƏHLÜKƏLI IŞLƏRIN APARILMASINA
- •TAPŞIRIQ - ICAZƏ
- •ÜQQ-in yedəyə alınmasına hazırlığı haqqında
- •Neft-qaz-mədən obyektləri şəraitlərində partlayış təhlükəli qarışıqların əmələgəlmə mənbələri ətrafında partlayış təhlükəli zonaların təsnifatı
- •Partlayış təhlükəli zonaların siniflərinin müqayisəsi
vk.com/club152685050 | vk.com/id446425943
5.2.16. Hər bir qazma briqadası partlayışdan mühafizəli, gərginliyi 12 V-dan çox olmayan daşınma çıraqlarla təmin olunmalıdır.
5.3. Neft-mədən işlərində elektrik qurğuları
Dərinlik nasos qurğuları
5.3.1. Dərinlik nasos qurğusunun elektrik avadanlığı quyunun konduktoru və ya texniki kolonu vasitəsilə yerləbirləşdirilməlidir.
Konduktor (texniki kolon) mancanaq dəzgahının gövdəsinə ən azı 2 polad keçirici ilə birləşdirilməlidir. Bu polad keçiricilər konduktorun (texniki kolonun) və mancanaq dəzgahının gövdəsinə müxtəlif yerlərdən qaynaqlanmalı və torpağa 0,5 m-dən az olmayan dərinliyə basdırılmalıdır (sancılmalıdır). Keçiricilərin en kəsiyi 48 mm2 az olmamalıdır.
Yerləbirləşdirici keçiricilərin birləşmələri baxış üçün əlverişli yerdə olmalıdır.
Yerləbirləşdirici keçirici kimi dairəvi, zolaq, bucaqlı və digər profilli poladdan istifadə edilə bilər. Bu məqsədlər üçün polad burazların (kanatların) istifadəsinə yol verilmir.
5.3.2.Elektrik mühərrikinin mancanaq dəzgahının yerləbirləşdirilmiş gövdəsində quraşdırılmasından asılı olmayaraq onun gövdəsi yerləbirləşdirilməlidir.
Elektrik mühərrikləri dönən kirşələrdə (salazka) quraşdırıldıqda en kəsiyi 35 mm2-dan az olmayan əyilgən polad naqillərlə yerləbirləşdirilməlidir.
5.3.3.Mancanaq dəzgahının elektrik intiqalına (ötürücüsünə) və işəsalma qurğusuna xidmət etmək üçün metal
və ya qeyri metal döşəməsi olmalıdır. Qeyri metal quraşdırılmalıdır. Döşəmə
olan məhəccərli ümumi meydança döşəmə metal əsas üzərində və ya metal əsas mancanaq
354
vk.com/club152685050 | vk.com/id446425943
dəzgahının yerləbirləşdirilmiş gövdəsinə ən azı dörd yerdən qaynaq edilməlidir.
5.3.4.Işəsalma quruluşunun gövdəsi taxta dayaq üzərində quraşdırıldıqda, o, en kəsiyi 35 mm2-dan az olmayan polad naqil vasitəsilə metal döşəməyə etibarlı birləşdirilməli, metal dayaqda və ya konstruksiyada quraşdırıldıqda isə sonuncular (metal dayaq və ya konstruksiya) döşəməyə ən azı 2 yerdən qaynaq edilməlidir. Bu zaman gövdənin metal konstruksiya ilə etibarlı kontaktı təmin olunmalıdır.
5.3.5.Işçi heyət tərəfindən operativ (əməliyyat)
çevirmələr dielektrik əlcəklərlə yerinə yetirilirməlidir.
5.3.6.Ştanqlı açarın elektrik intiqalının (ötürücüsünün) ayaqla idarə olunması yolverilməzdir.
5.3.7.Işə salınması avtomatik, məsafədən və ya əl ilə yerinə yetirilən vaxtaşırı işləyən quyularda avadanlıqlara baxış keçirməzdən və ya onların təmirinə başlamazdan əvvəl elektrik intiqalı açılmalı, işəsalma quruluşunda isə «Qoşma! Adamlar işləyir» yazısı olan plakat asılmalıdır.
5.3.8.Mancanaq dəzgahı avtomatik və məsafədən idarə olunan quyularda işəsalma quruluşunun yaxınlığında nəzərə çarpan yerdə «Diqqət! Işəsalma avtomatikdir» yazısı olan plakat bərkidilməlidir. Belə bir yazı işəsalma quruluşunun üzərində də olmalıdır.
Dalma elektrik nasosları (mərkəzdənqaçma və yivli)
5.3.9. Dalma mərkəzdənqaçma və yivli elektrik nasoslarının elektrik avadanlığı quyunun konduktoru və ya texniki kolonu vasitəsilə yerləbirləşdirilməlidir.
Yerləbirləşdirici polad keçiricinin en kəsiyi 48 mm2 az olmamalı və quyunun konduktoruna (texniki kolonuna) iki yerdən etibarlı qaynaqlanmalı və torpağa 1 m-dən az olmayan dərinliyə basdırılmalıdır (sancılmalıdır).
355
vk.com/club152685050 | vk.com/id446425943
5.3.10.Dalma elektrik nasoslarının yerüstü elektrik avadanlığı budkada quraşdırıldıqda idarəetmə stansiyası elə yerləşdirilməlidir ki, onun qapısı açıq vəziyyətdə olduqda xaricə sərbəst çıxış təmin olunsun.
Budkanın qapısı xaricə açılmalıdır.
Bu cür elektrik avadanlıqları talvar altında və ya açıq meydançada quraşdırıldıqda, həmin sahə çəpərlənməli və işçi meydançanın döşəməsi isə yer səthindən 0,2 m-dən az olmayaraq yuxarı olmalıdır.
5.3.11.Idarəetmə stansiyasının qapısı qıfıllı olmalı, açarı
isə qurğuya xidmət edən elektrotexniki heyətdən olan şəxsdə olmalıdır.
5.3.12. Zirehli kabel quyu ağzına xüsusi dayaqlar üzərində çəkilməlidir və onun çəkildiyi tras boyu 50 m-dən bir xəbərdaredici nişanlar quraşdırılmalıdır (olmalıdır). Zirehli kabelin uzunluğu 50 m-dən az olduqda bir ədəd xəbərdaredici nişan quraşdırılır.
Kabelin qəbul körpüsü tərəfdən və səyyar qaldırıcı bucurqad üçün nəzərdə tutulmuş yerdən çəkilməsi qadağandır.
5.3.13.Endirmə – qaldırma əməliyyatlarından əvvəl kabel qidalanma mənbəyi tərəfdən, aparatdan açılmalıdır.
5.3.14.Endirmə – qaldırma əməliyyatları zamanı kabelin üzərində (kabeldə) hər hansı bir işin aparılması qadağandır.
5.3.15.Quyuların istismarında uzunmüddətli fasilələr olduqda (fasilədən əvvəl) dalma elektrik nasosu qurğusundan gərginlik tamamilə açılmalıdır.
Nasos – kompressor borularını və ştanqları açıb-bağlayan mexanizm
5.3.16. Mexanizmin elektrik intiqalının elektrik şəbəkəsinə qoşulması, mexanizm və onun intiqalı və kommutasiya quruluşları tam yığıldıqdan sonra yerinə yetirilməlidir.
356
