Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1404
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

aparatları ilə və daşınma qaz analizatorları ilə tə’min olunmalıdır.

3.10.3.Buruqda hava nümunələrinin götürüldüyü yerlər göstərilməklə, hava mühitinin nəzarəti jurnalı olmalıdır.

3.10.4.Ştuserlərin, separatorların və siyirtmələrin quraşdırıldığı yerlər xidmət və tə’mir üçün rahatlığı təmin etməli, onlara keçidlər isə tutulmamalıdır (qalaqlanmamalıdır).

Avadanlıqların quraşdırılması və istismarı

3.10.5.Quyuağzı avadanlıq, plaşkalı və universal preventorlar daxil olan nümunəvi (bir tipli) sxem üzrə qurulmalıdır.

Quyuağzı yığım sxeminə tənzimləyici ştuserlər, separatorlar və fırlanan (dönən) preventor daxil olmalıdır.

3.10.6.Preventorların atqı xətlərindəki siyirtmələr məsafədən idarə olunan olmalıdır.

3.10.7.Separatorlar 9 -un tələblərinə uyğun istismar

olunmalıdır.

3.10.8.Sərfölçənin göstəricilərinin düzgünlüyünün yoxlanılması üçün buruqda ölçü tutumu olmalıdır.

3.10.9.Boru kəmərləri, separatorlardan qazın kənarlaşdırılması üçün, məşəl qurğusu ilə təchiz olunmalıdır.

3.10.10.Tənzimlənən ştuserlər blokunun texnoloji boru kəmərlərinin döngələri döymə künclüklərlə (kovanıy uqolğnik) yerinə yetirilməlidir.

3.10.11.Tənzimlənən ştuserlər məsafədən idarə olunan

olmalıdır.

Texnoloji əməliyyatların aparılması

3.10.12.“Quyu-lay” sistemində diferensial təzyiqin tənzimlənməsi ilə quyuların qazılması, müvafiq sıxlıqlı qazma məhlulu tətbiq edilməklə yerinə yetirilməlidir.

3.10.13.Qazma prosesində diferensial təzyiq mümkün

251

vk.com/club152685050 | vk.com/id446425943

qədər minimal olmalı və 3-3,5 MPa (30-35 kqq/sm2) çox olmamalıdır.

Təzyiqlər “tarazlığı”nda və balanslaşdırılmış təzyiqdə qazma zamanı diferensial təzyiqlər "0”-a bərabər və ya hətta mənfi qiymətli də ola bilərlər.

3.10.14.Diferensial təzyiqin tənzimlənməsi ilə quyuların qazılmasında, qəbul tutumlarında qazma məhlulunun səviyyəsinə, sıxlığına və onun diferensial sərfinə daimi nəzarət olmalıdır.

3.10.15.Keçirici boru altında kürəli kran, əks klapan və

ya ayırıcı klapan quraşdırılmalıdır.

3.10.16. Anomal yüksək təzyiqli zonalarda quyunun qazılması prosesində mümkün dayanmaların davamiyyəti minimuma çatdırılmalıdır.

3.10.17.Quyunun qazılmasında uzun müddətli dayanmalar olduqda ştuserli manifold su ilə yuyulmalıdır.

3.10.18.Sirkulyasiya sistemində təzyiq qalxdıqda ştuserlər qısa müddətə tam açılmalı və bundan sonra əvvəlki

rejimə qayıdılmalıdır.

3.10.19.Quyu ağzında və başqa mümkün olan yerlərdə havada qazın miqdarı onun aşağı partlama qatılığı həddinin, 20%-dən artıq (və ya havada həcmi miqdarı 1% çox) olduqda qazma işlərinin aparılması qadağandır.

3.10.20.Qazma məhlulunun tərkibində 20%-dən 60%-ə qədər qaz olduqda, qazma işləri quyu ağzı kipləşdirilmiş halda, lakin əks təzyiqsiz yerinə yetirilməlidir. Qazma məhlulunda 60%-dən artıq qaz olduqda isə sirkulyasiya quyu ağzında əks təzyiqlə aparılmalıdır.

3.11.Hidrogen-sulfidli (kükürdlü) yataqlarda neft və qaz quyularının qazılması

252