Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1397
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

üçün pasport hazırlanmalıdır və bütün istismar müddətində orada qeydiyyat aparılmalıdır.

3.5.56.Qazma və qoruyucu kəmərlərin qazma zamanı sürtünmədən yeyilməsini aradan qaldırmaq üçün qazma borularının quyu lüləsinin qoruyucu kəmər buraxılmış hissəsi rezin bilərziklərlə (protektor) təchiz edilməlidir.

3.5.57.Qazma, aparıcı və ağırlaşdırılmış boruların, keçiricilərin və qazma kəmərinin aşağı hissəsinin qıfıl yivlərinin bağlanması qazma müəssisəsinin tövsiyəsinə əsasən yol verilən burucu momentlə aparılmalıdır.

3.5.58.Istismarda olan qazma borularının təmiri və yoxlanması qazma müəssisələrinin müəyyən etdiyi qaydaya uyğun vaxtı-vaxtında aparılmalıdır.

3.5.59.Quyuya qazma borularını buraxarkən, qazma qurğusuna düşən yük qazma qurğusunun pasportunda göstərilən yükə yaxınlaşarkən bucurqadın köməkçi tormozu hökmən işə salınmalıdır. Qazma bucurqadı işləyərkən onun köməkçi tormozunun yumruqcuqlu (kulaçkovıy) muftasının işə

qoşulması və ayrılması qadağandır.

3.5.60.Borular açılıb-bağlanan zaman asma qazma açarının fəaliyyət radiusunda və dartıcı kanatın yaxınlığında dayanmaq qadağandır.

3.5.61.Qaldırma-endirmə zamanı rotorun üstü və buruğun döşəməsi vaxtaşırı təmizlənməlidir.

3.5.62.Aparıcı boru (kvadrat) şurfda olarkən fırlanğıcı aparıcı borudan açmaq qadağandır.

3.5.63.Boruları bucurqadın sarğacının köməyi ilə zəncirli açar tətbiq etməklə açıb-bağlamaq qadağandır.

Qazma məhlulları

3.5.64.Qazma məhlulunun növü və xüsusiyyəti

kompleks texniki tədbirlər və texniki vasitələrin tətbiqi

230

vk.com/club152685050 | vk.com/id446425943

sayəsində yüksək texniki-iqtisadi göstəricilərlə qəzasız qazma şəraitini və məhsuldar horizontların keyfiyyətlə açılmasını təmin etməlidir.

3.5.65.Qazneftsu doyumlu layları açdıqda qazma məhlulunun sıxlığı uyğun şəraitli intervalda lay təzyiqinin maksimal qradienti olan horizont üçün olan sıxlıqla təyin edilməlidir.

3.5.66.Uyğun şəraitli qazma intervallarında qazma məhlulunun sıxlığı quyuda qazma məhlulu sütununun yaratdığı hidrostatik təzyiqin lay təzyiqindən aşağıda göstərilən qədər artıq olması ilə hesablanır:

-10-15% - dərinliyi 1200 m-ə qədər olan quyular üçün (0-dan 1200 m-ə qədər intervallar üçün), lakin 15 kqq/sm2 (1,5MPa) artıq olmamaqla;

-5-10% - dərinliyi 2500 m-ə qədər olan quyular üçün (1200 m-dən 2500 m-ə qədər intervallar üçün), lakin 25 kqq/sm2 (2,5 MPa) artıq olmamaqla;

-4-7% - dərinliyi 2500 m-dən artıq olan quyular üçün (2500m-dən layihə dərinliyinə qədər intervallar üçün), lakin

35kqq/sm2 (3,5 MPa) artıq olmamaqla.

3.5.67.Buraxıla bilən maksimal repressiya (hidrodinamik itkiləri nəzərə almaqla) qazma məhlulunun udulmasını və hidroyarılmaların mümkünlüyünü qazmanın uyğun şəraitli intervalının bütün dərinliklərində istisna etməlidir.

3.5.68.Gillərdən, argillitlərdən, gilli şistlərdən, duzlardan təşkil olunan, dayanıqlığın itirilməsinə və axıcılığa meylli olan intervallarda qazma məhlulunun kimyəvi tərkibi, sıxlığı, filtrasiyası quyu divarlarının dayanıqlığının (möhkəmliyi) təmin olunmasına əsasən təyin olunur. Bu zaman repressiya qazmanın uyğun şəraitli bütün intervalı üçün qoyulan həddi keçməməlidir.

3.5.69.Layihəçinin, sifarişçinin və podratçının birgə qərarı ilə qazma prosesində qazma məhlulunun udulması hallarında kollektorlar açılarkən quyudibi təzyiq lay təzyiqinə

231

vk.com/club152685050 | vk.com/id446425943

yaxınlaşdıqda bu Qaydaların 3.5.66 bəndinin tələblərindən kənara çıxmağa yol verilir. Belə şəraitdə quyunun dərinləşdirilməsi qazneftsu təzahürlərinin qarşısını alan kompleks tədbirləri olan xüsusi plan üzrə həyata keçirilməlidir.

3.5.70.Sirkulyasiyada (dövranda) olan qazma məhlulunun (qazdan azad olmuş) sıxlığının layihədə göstərilmiş miqdardan (qazneftsu təzahürlərinin ləğvi hallarından başqa) 0,02 kqq/sm2-dən artıq kənara çıxmasına icazə verilmir.

3.5.71.Qazma məhlulunun emalı quyunun layihəsinə və

işlənmiş reseptə əsasən aparılır. Bu zaman kimyəvi reagentlərlə işlədikdə [240]-ın tələblərinə əməl olunmalı və qoruyucu vasitələrdən istifadə edilməlidir (zəruri hallarda).

3.5.72.Quyuda olan qazma məhlulunun ağırlaşdırılmış məhlulu ayrı-ayrı porsiyalarla vurmaqla sıxlığının artırılması qadağandır (neftqazsu təzahürlərinin ləğv olunması halları istisna olmaqla).

3.5.73.Karbohidrogen əsaslı qazma məhlullarını tətbiq

etdikdə (əhəng-bitumlu, invert-emulsiyalı və s.) iş yerlərinin çirklənməsinə və hava mühitinin qazlaşmasına qarşı tədbirlər görülməlidir. Qazlaşmaya nəzarət etmək üçün rotorun yanında məhlul hazırlanan blokda (yerdə), vibroələyin yanında, nasosxanada mütəmadi olaraq hava mühitinin analizi aparılmalı, qazlaşma olduqda onun ləğvi üçün tədbirlər görülməlidir. Karbohidrogen buxarlarının havada qatılığı 300 mq/m3–dən artıq olduqda iş dayandırılmalı, adamlar təhlükəli zonadan çıxarılmalıdır.

3.5.74.Karbohidrogen əsaslı məhlulun buxarlarının özözünə alışma temperaturu, quyu ağzında məhlulun gözlənilən maksimal temperaturundan 500C artıq olmalıdır.

3.5.75.Qazma məhlulunun qazılmış süxurlardan və qazdan təmizlənməsi, quyunun layihəsində nəzərdə tutulmuş kompleks vasitələrlə həyata keçirilməlidir.

232

vk.com/club152685050 | vk.com/id446425943

Qazma kəmərinin quruluşu və istismarı

3.5.76. Qazma kəmərinin möhkəmliyə hesablanması, qazma üsulundan və quyu lüləsinin vəziyyətindən asılı olaraq deformasiyanın bütün növlərinə qarşı 247 -in tələblərinə müvafiq aparılır. Qazma kəmərinin möhkəmlik ehtiyatları ona dartıcı ox boyu yük, burucu (fırladıcı) moment, habelə əyici yük təsir etdikdə rotor qazması üçün 1,5-dən az olmamalı, turbin qazması üçün isə 1,4-dən az olmamalıdır. Qazma kəmərinin möhkəmlik ehtiyatı (axıcılığa qarşı), paz tutucularından istifadə etdikdə və boruya xarici və daxili izafi təzyiq təsir etdikdə – 1,15-dən az olmamalıdır.

3.5.77.Qazma borularına (komplektlərinə), aparıcı, AQByə, keçid borucuqlara (perevodniki) və qazma kəmərinin da- yaq-mərkəzləşdirici elementlərinə pasportlar qazma alətinin istismarına qədər yazılır və onların bütün istismarı dövrü hesabdan silinənə qədər doldurulur.

3.5.78.Qazma və aparıcı borulara protektorların qoyulması layihə ilə müəyyən edilir.

3.5.79.Qazma, aparıcı, AQB-nin, keçid borucuqların və

qazma kəmərinin aşağı hissəsinin elementlərinin qıfıl yiv birləşmələrinin bağlanması istehsalçı-zavodlar tərəfindən tövsiyə olunan moment göstəricilərinə görə aparılır.

3.5.80. Qazma idarələrinin xidmət etdiyi hər bir region (sahə) üçün quyuda qəza işlərində qazma borularını “sol” istiqamətdə açmaq məqsədi ilə xüsusi vasitələr olmalıdır.

Qəza və mürəkkəbləşmələrin qarşısının alınması və ləğvi

233

vk.com/club152685050 | vk.com/id446425943

3.5.81.Qazma müəssisələri layihə təşkilatları ilə birgə qəza və mürəkkəbləşmələrin qarşısının alınmasına və ləğv edilməsinə dair tədbirlər işləməlidirlər.

3.5.82.Təmir-izolyasiya işləri aparıldıqda qaz və neftin təzyiqi ilə layların mümkün yarılması (axın yaratdıqdan sonra) və həmçinin məhsuldar olmayan keçirici layların intervalında qoruyucu kəmərlərin perforasiyası qadağandır.

3.5.83.Axıcılığa meylli süxurlar açılmış quyularda uzun müddətli fasilələr və ya boş dayanmalar zamanı qazma aləti qoruyucu kəmərin dabanına (başmağına) qədər qaldırılmalıdır;

vaxtaşırı olaraq qazma aləti qaldırılıb-endirilməlidir (şablonirovka), lazım gəldikdə açıq quyu lüləsi quyu dibinə qədər işlənməlidir. Işlənmənin vaxtaşırlığı qazma müəssisəsinin texnoloji xidməti tərəfindən müəyyənləşdirilir.

3.5.84. Tutulmuş qazma alətinin, qoruyucu kəmərlərin azad olunması üçün partlayıcı materialların (detonator şnurları, torpedalar və s.) istifadə olunması ilə aparılan qəza işləri, qazma təşkilatı və bu işlərin aparılması üçün lisenziyası (hüququ) olan təşkilat tərəfindən 19 -a uyğun olaraq birgə işlənmiş və təsdiq olunmuş xüsusi layihə (plan) üzrə aparılmalıdır.

3.5.85.Qazma müəssisələri layihə təşkilatları ilə birgə qəza və mürəkkəbləşmələrin profilaktikasına və ləğvinə dair tədbirlər hazırlamalıdır.

3.5.86.Qeyri-standart qəza alətini quyuya buraxmazdan əvvəl, lazımi ölçüləri göstərilməklə quruluşun uyğun eskizi hazırlanmalıdır.

3.5.87.Pilləli sementləmədə qıfılların (muftaların) daxili hissəsini, qoruyucu kəmərlərdə calaq (birləşmə) quruluşlarını və sement stəkanlarını qazmaq üçün AQB-lər qazma kəməri

quruluşundan (komponovkasından) çıxarılmalı və yanları bərk çıxıntılarsız və yana kəsmə qabiliyyəti olmayan baltadan və ya yastıdaban, yanları armatursuz frezerdən istifadə edilməlidir.

234