Добавил:
Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
АЗЕРБАЙДЖАН нефть.pdf
Скачиваний:
1419
Добавлен:
19.08.2019
Размер:
5.21 Mб
Скачать

vk.com/club152685050 | vk.com/id446425943

kanatın uzunluğu işçi kanatın uzunluğundan 10 sm artıq olmalıdır.

3.3.23.Tal sisteminin tellənməsi layihənin tələblərinə və qazma avadanlığının istismarının texniki şərtlərinə uyğun olmalıdır.

3.3.24.Bucurqadın yükqaldırma məhdudlaşdırıcısının və tal blokunun qalxmasının məhdudlaşdırıcısının vəziyyəti hər növbənin əvvəlində yoxlanılmalıdır.

3.3.25.Bucurqad tam dayandırıldıqda onun əyləc qolunun dəstəyi döşəmənin səthindən 80-90 sm hündürlükdə

olmalıdır. Əyləci təsbitlənməmiş vəziyyətdə saxlamaq qadağandır.

Qazma nasosları

3.3.26.Qazma nasoslarında təsirsiz qazlarla (azotla) doldurulmuş təzyiq kompensatorları qoyulmalı və onlarda yaranan təzyiqə nəzarət təmin edilməlidir.

3.3.27.Qazma nasosları özülə və ya nasos blokunun əsasına möhkəm bərkidilir, vurucu kəmər isə blokun əsasına və aralıq birləşmələrə bərkidilir. Vurucu boruların döngələri

səlis olmalıdır. Döngələr düzbucaqlı şəklində olanda, əkszərbə elementləri ilə təchiz olunmalıdır.

3.3.28. Nasos bloku, tezyeyilən detal və qovşaqları dəyişmək üçün, rahatlığı və təhlükəsizliyi təmin edən yükqaldırma mexanizm və tərtibatlarla (Q=0,5 1,0 ton) təchiz olunmalıdır. Çəkisi 300 N (30 kqq) artıq olan tezyeyilən (sıradan çıxan) detalları qaldırmaq üçün yükqaldırma mexanizmlərindən (tal və s.) istifadə olunmalıdır.

3.3.29. Qazma nasoslarının vurucu boru kəmərləri, onların detalları və armaturu zavodda yığıldıqdan sonra, həmçinin qaynaq tətbiq edilərək təmirdən sonra sınaq (proba) təzyiqlə sınanmalıdır, qalan hallarda sınanma təzyiqinin

211

vk.com/club152685050 | vk.com/id446425943

qiyməti işçi təzyiqin möhkəmlik ehtiyat əmsalı hasilinə bərabər olmalıdır.

Təzyiq altında sınağın müddəti 5 dəqiqədən az olmama-

lıdır.

Işçi təzyiq və tələb olunan ehtiyat möhkəmlik əmsalı cədvəl 4-də verilir:

Cədvəl 4

 

Işçi təzyiq kqq/sm2 (MPa)

200

200-560

560-650

650

 

 

 

(20)

(20-56)

(56-65)

(65)

 

Ehtiyat möhkəmlik əmsalı

1,5

1,4

 

1,3

1,25

 

Qazma nasosu vasitəsilə manifold

xəttinin sınağı qa-

dağandır.

 

 

 

 

 

 

 

Qazma

nasosunun

vurucu

xəttinin

sınağı

aktlaşdırılmalıdır (Əlavə 8).

 

 

 

 

 

3.3.30.

Qazma nasosunun, təzyiq işçi təzyiqdən (silindr

içliyinin müvafiq diametrinə nəzərdə tutulmuş) 10-15% artıq olduqda, işə düşən qoruyucu tərtibatı olmalıdır.

3.3.31.Qazma nasos manifoldunun yığımı (obvəzka) aşağıdakıları təmin etməlidir:

- quyunu yumaqla eyni vaxtda qazma məhlulunun hazırlanması, emalı və ağırlaşdırılması mümkünlüyünü;

- mayenin tamamilə boşaldılması və vurucu boru kəmərinin sıxılmış hava ilə üfürülməsini.

3.3.32.Nasosların vurucu kəmərində qazma nasoslarının yükləməsiz, aramla iş pejiminə çıxarmağa imkan verən

(təzyiqə nəzarət etməklə) məsafədən idarə olunan işəsalma siyirtməsi quraşdırılmalıdır. Işəsalma siyirtməsinin çıxışı düz və axın tərəfə maili olmaqla etibarlı bərkidilməlidir.

212

vk.com/club152685050 | vk.com/id446425943

Qazma vışkaları

3.3.33. Qazma vışkasının özülünün konstruksiyası aşağıdakıların mümkünlüyünü nəzərdə tutmalıdır:

-preventor qurğusunun quyu ağzında quraşdırılmasını və quyu ağzında fontan armaturu və ya onun bir hissəsi qurularkən əsasın sökülməsini;

-rotor stolunun buruq döşəməsi səviyyəsində quraşdırılmasını;

Aşağıdakıların səmərəli yerləşdirilməsini:

-avtomatlaşdırma, mexanikləşdirmə vasitələrinin və idarəetmə pultlarının;

-hava-yağ-yanacaq borularının və qızdırıcı sistemlərin;

-tal sisteminin hərəkətsiz ucunun bərkidilməsi mexanizminin;

-maşın açarlarının qoruyucu və işlək kanatlarının bərkidilməsi mexanizminin;

-maşın açarlarının hündürlük boyunca vəziyyətini dəyiş-

dirən mexanizmin;

- artırma (narahivanie), aparıcı və AQB üçün şurfların.

3.3.34.Vışkalar (mobil qazma qurğularından başqa) kəlləçarxa xidmət və qazma şlanqının dəyişdirilməsi üçün meydançalarla təchiz olunmalıdır. Şamların (sveçi) əl ilə düzülməsi nəzərdə tutulmuş vışkalar yuxarı fəhlə üçün meydança ilə təchiz olunmalıdır. Meydança qəza vaxtı yuxarı fəhləni təxliyə etmək üçün xüsusi tərtibatla təmin olunmalıdır. Tərtibat yuxarı fəhlənin vışkadaxili sahədən ani vaxtda təxliyəsini təmin etməlidir.

3.3.35.Vışkalar yuxarı fəhlənin təhlükəsiz qalxıb-düşməsi üçün nərdivanla (lestniüa-stremənka) və ya 6 m-dən bir keçid

meydançası olan tunel tipli nərdivanlarla ya da yuxarı fəhlə balkonuna qədər hər 6 m-dən bir keçid meydançası olan marş

213

vk.com/club152685050 | vk.com/id446425943

pilləkənləri, ondan yuxarı isə tunel tipli və ya qalxıb-enmək üçün təhlükəsiz qurğusu olan nərdivanla təchiz olunmalıdır.

Fəhlənin vışkanın balkonuna təhlükəsiz qalxması üçün qurğu olmalıdır.

3.3.36.Hər bir vışka görünən yerdə asılan (bərkidilmiş) metal lövhəciklə təchiz edilməlidir. Bu lövhədə aşağıdakılar göstərilməlidir:

-istehsal tarixi;

-istehsal edən zavod;

-vışkanın zavod nömrəsi (qazma qurğusunun);

-vışkanın yükqaldırma qabiliyyəti (nominal);

-vışkanın növbəti sınağının vaxtı (texniki vəziyyətinin yoxlanılması).

3.3.37.Qazma vışkalarının və dorlarının texniki vəziyyətinin yoxlanılması və sınağı 238, 241, 243, 244 tələblərinə uyğun yerinə yetirilməlidir.

3.3.38.Istismar prosesində vaxtaşırı, ayda bir dəfədən az olmayaraq, qazma vışkalarına, baş mexanikin tərtib etdiyi və müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş cədvəl üzrə, qazma ustası və mexanik tərəfindən baxış keçirilməlidir.

3.3.39.Qazma vışkalarına vaxtaşırı baxışın nəticələri,

avadanlıqların texniki vəziyyətinin yoxlanılması jurnalında qeyd edilməlidir. Bu zaman qüsuru olan element və bəndlərin yerləşdiyi yer dəqiq göstərilməlidir.

3.3.40.Qazma vışkasının hər hansı qüsuru olan (deformasiya, korroziya və s.) element və bəndləri aşkar edilərsə, bu barədə qazma ustası dərhal qazma müəssisəsinin rəhbərinə xəbər verməlidir.

3.3.41.Qazma vışkalarına vışkaquraşdırma sexinin nümayəndəsinin və ya quraşdırmaya cavabdeh olan şəxsin

iştirakı ilə aşağıdakı hallarda növbədənkənar baxış keçirilməlidir:

214

vk.com/club152685050 | vk.com/id446425943

-quraşdırılması başa çatmış və istismara buraxılmamışdan əvvəl;

-qazma vışkasının çəkilməsinə başlamazdan əvvəl və çəkilmə başa çatdıqdan sonra;

-qoruyucu kəmərin quyuya buraxılmasına başlamazdan

əvvəl;

-tutulmuş qoruycu boru kəmərinin və qazma alətinin dartılıb-boşaldılaraq müxtəlif istiqamətli yük verilməsi tələb edilən tutulma işlərinə başlamazdan əvvəl və sonra;

-açıq fontan və tullanışlardan sonra;

-qasırğalı küləkdən (25 m/san-dən artıq ) sonra.

Qazma vışkasının texniki vəziyyətinin yoxlanılmasının nəticələri, baxış keçirmiş işçilərin imzaladığı aktla rəsmiləşdirilir (Əlavə 4). Qazma vışkasının zədələnmiş hissələri, işə yenidən başlamazdan əvvəl, bərpa edilməli və ya dəyişdirilməlidir. Əsas təmir işləri, qazma vışkasının daşıyıcı elementlərinin (ayaq, kəmər, kəlləçarxaltı tirlər və s.) təmiri texniki pasportda qeyd edilməlidir.

Qazma vışkalarında təmir (yükdaşıyıcı elementlər) işləri aparıldıqdan sonra, onlar təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınaqdan keçirilməlidir.

3.3.42. Yeddi təqvim ilindən sonra qazma vışkasına, qazma idarəsinin baş mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya tərəfindən baxış keçirilməli, onun gələcək istismar üçün yararlı olması müəyyən edilərsə, yükqaldırma qabiliyyətinin təyin edilməsi üçün sınağı keçirilməlidir. Sınağın nəticələri müsbət olarsa, komissiya 5 ildən artıq olmamaq şərti ilə vışkanın gələcək istismar müddətini müəyyən edir. Bundan sonra (5 ildən sonra)qazma vışkasının sınanması müsbət nəticə verərsə, onun daha 3 il istismar edilməsinə icazə verilir.

15 ildən sonra, müstəsna hallarda, qazma vışkasının istismarına ancaq onun tam sökülməklə, bütün bənd və elementləri təftiş edilməklə, zay və istismara yararlı olmayan

215

vk.com/club152685050 | vk.com/id446425943

hissələrin dəyişdirilməsindən, defektoskopiya və qalınlıqölçənlə yoxlanılma işləri aparıldıqdan, yenidən yığıldıqdan. növbəti sınaq aparıldıqdan sonra ildə bir dəfə (hesabdan silinənə qədər) sınaqdan keçirilməklə icazə verilir.

Bütün hallarda 7 ildən artıq istismar edilmiş qazma vışkalarına, onların texniki vəziyyəti haqqında akt və gələcəkdə istismara yararlı olması barədə rəy tərtib edilməklə, hər il mütəxəssislərin iştirakı ilə komissiya tərəfindən baxış keçirilməlidir.

3.3.43. Təhlükəsiz (dağıdıcı olmayan) üsulla qazma vışkalarının sınaqdan keçirilməsinin təşkilini və aparılmasını müəssisə baş mühəndisinin rəhbərliyi altında Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsinin iştirakı ilə yaradılmış komissiya həyata keçirməlidir.

3.3.44. Qazma vışkası sınağının nəticələri barədə sədr və komissiya üzvlərinin, həmçinin ölçü və hesablama işləri icraçılarının imzaladığı akt tərtib edilir (Əlavə 6).

3.4.Quyuların konstruksiyası

3.4.1.Quyuların konstruksiyası möhkəmlik, texnologiya və təhlükəsizlik nöqteyi nəzərindən aşağıdakı şərtləri ödəməlidir:

- istismar prosesində quyu dibinin optimal quruluşunun və istismar kəmərinin diametrinin düzgün seçilməsi hesabına, məhsuldar horizontların lay enerjisinin mümkün maksimal istifadəsi;

- səmərəli avadanlığın, optimal üsulların və istismar rejimlərinin, lay təzyiqinin saxlanılması, layların neft verimini artırmaq üçün istilik təsirinin və digər metodların tətbiq

edilməsi;

216

vk.com/club152685050 | vk.com/id446425943

-quyunun tikilməsinin və istismarının bütün mərhələlərində qəza və mürəkkəbləşmələrə yol vermədən işlərin təhlükəsiz aparılması şəraiti;

-açılan kəsiliş üzrə lazımi dağ-mədən-geoloji məlumatın əldə olunması;

-ilk növbədə quyu möhkəmliyinin etibarlığının və davamlığının hesabına, qoruyucu kəmərlərin və boruarxası fəzanın germetikliyi, həmçinin flüidli horizontların bir-birindən, keçirici süxurlardan və yer səthindən izolyasiyası hesabına yer təkinin və ətraf mühitin mühafizəsi şəraiti;

-qoruyucu kəmərlərin və quyu lüləsinin ölçü nümunələrinə (tiporazmer) görə maksimum unifikasiyası.

3.4.2. Quyunun quruluşunu layihələndirərkən qoruyucu

kəmərlərin optimal sayı və onların başmaqlarının qoyulma dərinliyi lay təzyiqlərinin qradienti və layların hidroyarılma (udulma) təzyiqi, süxurların möhkəmliyi və dayanıqlığına görə, quyu lüləsinin qazılmasında ziddiyyətli şəraitli zonaların sayına görə təyin edilir.

Axıcılığa meylli süxurları (layları) bağlayan qoruyucu kəmərin başmağını həmin layın dabanından aşağı və ya möhkəm laycıqlarda qoymaq lazımdır. Məhsuldar və yüksək təzyiqli sulu horizontları açmazdan əvvəl, minimum bir texniki kəmərin və ya konduktorun müəyyən dərinliyə buraxılması nəzərdə tutulmalıdır ki, bu dərinlikdə qazma məhlulu quyuda lay flüidi ilə və ya müxtəlif horizontların flüidlərinin qatışıqları ilə tamamilə dəyişiləndə və quyu ağzı kipləşdirildikdən sonra, süxurların yarılması baş verməsin.

3.4.3. Quyunun diametri ilə qoruyucu kəmərlərin muftalarının diametri arasındakı lazımi fərq, qazma təcrübəsində qoyulan optimal qiymətlərə və hər bir kəmərin layihə dərinliyinə qədər maksimal maneəsiz buraxılmasını, həmçinin onların keyfiyyətli sementlənməsini təmin etməlidir.

217

vk.com/club152685050 | vk.com/id446425943

Qoruyucu boruların muftalarının diametri ilə quyunun diametri arasındakı buraxıla bilən minimal fərq cədvəl 5-də verilir:

 

 

 

 

Cədvəl 5

114

140

168

273

324

127

146

178

299

340

 

 

194

 

351

 

 

219

 

377

 

 

245

 

426

diametrlər fərqi, mm

15 20 25 35

39-45

3.4.4. Qoruyucu boruların seçilməsi və qoruyucu kəmərin möhkəmliyə hesablanması gözlənilən maksimum xarici və daxili təzyiqi nəzərə almaqla, məhlul tamamilə lay flüidi və ya qaz-maye qatışığı ilə dəyişildikdə, səviyyə aşağı düşdükdə, həmçinin quyunun tikintisi və istismarı mərhələsində borulara düşən ox boyu yük və flüidin aqressivliyi nəzərə alınmaqla246 -ə əsasən aparılır.

Texniki kəmərin və tullanışa qarşı avadanlığın möhkəmliyi aşağıdakıları təmin etməlidir:

-qazneftsu təzahürləri, tullanışlar və açıq fontan hallarında, onların ləğvi üçün əlavə təzyiqi nəzərə almaqla, quyu ağzının germetikliyini;

-maksimum sıxlığı olan qazma məhlulunun yaratdığı hidrostatik təzyiqin təsirinə davam gətirməyi;

-açıq fontan və ya qazma məhlulunun səviyyəsinin aşağı

düşməsi ilə udulmasında və axıcılığa meylli süxurların keçidində maksimum əzici yükün təsirinə davam gətirməyi.

3.4.5. Qoruyucu boruların standartları və texniki şərtləri, həmçinin qoruyucu kəmərləri hesablamaq üçün möhkəmlik

218

vk.com/club152685050 | vk.com/id446425943

ehtiyatı əmsalı Azdövdağtexnəzarət Komitəsi ilə razılışdırılmalıdır.

3.5.Quyuların qazılması

Ümumi tələblər

3.5.1.Quraşdırılmış qazma qurğusunun işə salınması, o, tam hazır olduqdan, bütün avadanlıq yoxlama üçün sınaqdan

çıxarıldıqdan və qazma briqadası komplektləşdirildikdən sonra, qazma qurğusunun qəbulu üzrə komissiyanın (Azdövdağtexnəzarət Komitəsinin yerli və Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissənin nümayəndələrinin iştirakı ilə) qərarı ilə həyata keçirilir. Azdövdağtexnəzarət Komitəsinin nümayəndəsi buruğa gəlmədikdə komissiyanın onsuz qazma qurğusunu akt tərtib etməklə istismara buraxmağa ixtiyarı vardır.

Qazma qurğusunun istismara buraxılması aktla sənədləşdirilir (Əlavə 3).

3.5.2. Qazma prosesində aşağıdakı parametrlərə daima nəzarət olunmalıdır:

-diaqrammada qeyd olunmaqla qarmaqdakı yük;

-jurnalda qeyd olunmaqla qazma məhlulunun sıxlığı;

-quyunun girişi və çıxışındakı qazma məhlulunun sərfi;

-diaqrammada və ya jurnalda qeyd olunmaqla qazma nasoslarının manifold xəttindəki təzyiq;

-qazma zamanı qəbul tutumlarındakı (çənlərində) məhlulun səviyyəsi;

-rotordakı fırlanma momenti.

Qarmaqdakı yükün göstəriciləri, qazma nasoslarının manifold xəttindəki təzyiq, rotorda fırladıcı momentin ölçüsü qazmaçının görmə dairəsində olmalıdır.

219

vk.com/club152685050 | vk.com/id446425943

Maili və horizontal quyuları qazdıqda aşağıdakılara nəzarət olunmalıdır:

-quyu lüləsinin azimutu və zenit (əyilmə) bucağı;

-quyu lüləsinin fəzada yerləşməsi;

-qazılan və əvvəl qazılmış qonşu quyu lülələrinin qarşılıqlı yerləşməsi.

Nəzarətin müntəzəmliyi layihə ilə və ya təşkilat tərəfindən qoyulur.

3.5.3. Quyu-lay sistemindəki diferensial təzyiqin tənzimlənməsi ilə qazma işlərinin aparılması, horizontal və maili quyuların, həmçinin qrup halında (küt quyuların) qazılması bu Qaydaların və müvafiq normativ sənədlərin əsasında işlənmiş layihəyə uyğun həyata keçirilməlidir.

3.5.4.Buruq rəisi və ya usta qazma idarəsinin rəhbərliyinə buruqda aparılan işlər haqqında sutkalıq raport təqdim edir. Sutkalıq raporta qeydedici nəzarət-ölçü cihaz diaqramları əlavə olunur.

3.5.5.Növbələrin dəyişdirilməsinin təşkili və qaydası, iş

yerində təhlükəsizlik üzrə təlimatlandırmanın müntəzəmliyi və qeydə alınması idarə üzrə qəbul edilmiş qaydada aparılır.

220