Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Азербайджанский язык для стран СНГ.doc
Скачиваний:
270
Добавлен:
26.09.2019
Размер:
27.39 Mб
Скачать

Урок 22

Грамматические темы:

1. Наречие.

2. Виды наречий по значению.

Наречие

Наречие обозначает признак, обстоятельство, время, место, образ и количество действия, состояния. В азербайджанском языке одни и те же слова могут употребляться и как прилагательные, и как наречия, и как числительные. Как прилагательное и числительное употребляется перед существительным, как наречие – перед глаголом.

Например:

Arif yaxşı oğlandır – Ариф хороший мальчик.

Arif yaxşı oxuyur – Ариф учится (читает) хорошо.

Çox adam – много людей.

Xeyli, (az, biraz) getmək – пройти много (мало, немного).

Çox danışmaq – много говорить.

Виды наречий по значению.

2. По значению наречия в азербайджанском языке делятся на наречия образа действия, времени, места и количества.

1). Наречия образа действия обозначают образ совершения действия или состояния и отвечают на вопрос necə? nə cür? nə tərzdə? ?

Maşın sürətlə gedir – машина едет с большой скоростью.

Tez – быстро.

Yavaş – медленно.

Sürətlə - быстро (с большой скоростью).

Birdən – вдруг.

Diqqətlə - внимательно.

Qəhrəmancasına – героически.

Qoçaqcasına – храбро

Cəld – быстро

Göz – gözə -

Laybalay – слоями

2). Наречия времени обозначают время исполнения действия, состояния, отвечает на вопрос nə vaxt? haçan? nə zaman?

Sabah – завтра.

Dünən – вчера.

Bu gün – сегодня.

Gələn il – в будущем году.

Keçən il – в прошлом году.

Indi – сейчас.

Inişil –позапрошлый год

Gec- поздно

Gec- tez – рано или поздно

Həmişə - всегда

Sonra - потом

Hərdənbir,arabir – иногда, временами

3). Наречия места указывают на место совершения действия, состояния, отвечают на вопрос harada? где?, haraya? куда?, haradan? откуда?

Geri – назад.

Irəli – вперед.

Aşağı – вниз.

Yuxarı – вверх.

Sağa – направо.

Burada – здесь.

Orada – там.

Uzaq – далеко

Yaxın- близко

O elə indicə pilləkənlə Он только что поднялся наверх

yuxarı qalxdı. по лестнице.

Rafiq, tez ol, buraya gəl! Рафик, скорей иди сюда!

Bacım bağçada kitab oxuyur. Моя сестра в садике читает книгу

Sən oraya- buraya baxma Не гляди по сторонам, слушай

mənə qulaq as! меня!

4) Количественные наречия обозначают количество действия, состояния, отвечают на вопрос neçə? nə qədər?

Az – мало.

Çox – много.

Bir az - немного.

Az- çox –немного

Qismən –

Xeyli –много

Dəfələrlə - не раз

Təkrarən –повторно

Çox- çox – много раз

Bir –bir – по- одному

Beş – üç – немного

Bir – iki dəfə - пару- раз

5). Наречия причины называют причину действия, состояния, отвечают на вопросы niyə? Nə üçün? Nə səbəbə?

Qorxudan – от страха

Sevincdən – от радости

Qəsdən – специально

Heyrətdən –от восхищения

Açlıqdan – от голода

Mirzə Ələkbər Sabir

Xalqımızın satirik şairi Mirzə ƏləkbərSabir 1862- ci ildə Şamaxışəhərində anadan olmuşdur. Sabir onun təxəllüsüdür. Mənası “səbrli” deməkdir. M. Ə. Sabir ilk təhsilini mollaxanada almışdır. Sonra o təhsilini şair Seyid Əzim Şirvaninin Şamaxıda açdığı yeni üsullu məktəbdə davam etdirir. Bu məktəbdə ana dili, rus və fars dili ilə yanaşı tarix, coğrafiya da tədris edilirdi.

M. Ə. Sabir bu məktəbdə oxuyarkən S. Ə. Şirvanidən şer yazmağın sirlərini öyrənmişdi.

M. Ə. Sabir 22 yaşında səyahətə çıxır. Bir müddət Aşqabadda qalır. Şair Aşqabadda atasının ölüm xəbərini eşidib vətənə qayıdır. Ağır maddi vəziyyətdən çıxmaq ücün atasının işini davam etdirir. Sabun bişirib satmaqla böyük ailəni dolandırır. Bu illərdə yazdığı satirik şerlər ruhanilərin xoşuna gəlmir. Onlar Sabiri çox incidirlər. Odur ki, M. Ə. Sabir Bakıya köçməli olur. O, Balaxanı kəndində müəllimlik edir. 1906 –ci ildə Tiflisdə “ Molla Nəsrəddin” jurnalı nəşr olunmağa başlayır. M. Ə. Sabir “Hop- hop” imzası ilə şerlərini bu jurnalda çap etdirir. 1911 – ci ildə şairin xəstəliyi (qara ciyər iltihabı) şiddətlənir. O, müalicə üçün Tiflisə gedir. Lakin xəstəlik artıq öz işini görmüşdü. Odur ki, şair vətəni Şamaxıya qayidir və may ayının 30- da vəfat edir.

Xalqımızın böyük satirik şairiM. Ə. Sabirin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və 1922 –ci ildə aprelin 28 də Bakıda birinci olaraq şairin heykəli qoyulur. M. Ə. Sabirin yazdığı bütün şerləri “Hop- hopnamə” kitabında cəmlənmiş və dəfələrlə çap edilmışdir.

M. Ə. Sabir “Ata nəsihəti”, “Məsləhət”, “Qoyma Gəldi”, “Tək səbir”, “Satıram”, “Bakı fəhləsinə”, “Bərəkallah”, “Arzu”, “Oxutmuram, əl çəkin” və başqa satirik şerlər yazmışdir.

Fəhlə

Fəhlə, özünü sən də bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü calalı gərək olsun.

İnsan olanın dövləti, malı gərək olsun.

Himmət demirəm, evləri ali gərək olsun.

Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,

Əmlak bizimdirsə, əyalət də bizimdir,

Divan bizim, ərbabi- hökumət də bizimdir,

Ölkə dərədəylik deyə xan- xanmı sanırsan?

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən

Azğınlıq edirsiz də hələ nemətimizdən,

Boylə çıxacaqsızmı bizim minnətimizdən?

Ehsanımızın küfrünü şükranmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Упражнение. Переведите на русский язык.

Uşaq sırıqlı pencəyini çıxarıb cəld qapıdan çıxdı.

Avtobus dayandı, adamlar tələm – tələsik düşdülər.

Упражнение. Прочитайте и определите наречия.

Упражнение. Прочитайте и укажите наречия.

1. Yox,aşna, sən də dil pəhləvanına oxşayırsan, işin irəli getməyini istəyən oğul bir dəfə çıxar meydana. İşə mane olanlara deyər,çəkil kənara, əl- ayağımıza dolaşma.

2. O, acından ağır- ağır danışırdı.

3. Ay Yarməmməd, qalx yuxarı, keç içəri.

4. Qoşunlarımız şəhərin girəcəyində xeyli dayandıqdan sonra gecə hücuma keçdilər.

Упражнение. Составьте предложения, используя приведенные наречия.

Tez, ağır, yavaş, heyran, acı, bərk, tərs, çiyin, əyri, təkrar, sakit, mehriban, məyus, diri, üz, boş, asta, yan. Asta- asta, sürətlə, cəld, dinməzcə, yavaş- yavaş, inamla, qəflətən, birdən- birə, qoçaqcasına. Təzəcə, gündüz, gec- tez, səhər- səhər, bu gün, sübh, hərdən.

Упражнение. Переведите предложения на русский язык.

1. Bu gün birdən- birə xəbər verdilər ki, sabah ekskursiyaya gedəcəyik.

2. İçəri keç, çayımız indicə hazır olacaq.

3. Küçədəki səs- küy axşam kəsdi.

4. Qara Kərəm sakit hərəkətlə və yavaş- yavaş danışdı, özü də söhbəti çox uzaqdan başladı.

5. Uşaq sırıqlı pencəyini çıxarıb cəld qapıdan çıxdı.

6. Dünən qrupumuzun tələbələri meydançada xeyli işlədilər.

7. Natiqin səsini eşidib irəli yeridi.

8. Maşın yol boyu yuxarı qalxırdı.

Упражнение. Переведите предложения.

Ordu Qərbə doğru xeyli yepidi.

Yaralı tüfəngi əlinə alıb kolluğa tərəf az- çox sürünə bildi.

Gözlərin sevincdən yaşardı.

Heyrətdən quruyub – qaldım.

Упражнение. Переведите предложения.

1. Nərgiz geri çəkildi. 2. Oğlan əvvəl fikirləşdi, sonra danışmağa başladı. 3. Qardaşım yuxudan gec oyandı. 4. Məsud irəli atıldı. 5. Bənna aşağı endi. 6. Axşam hava soyuq keçdi. 7. Direktor pilləkənlərlə yuxarı qalxdı. 8. Qonaqlar sabah gələcəklər. 9. Sərdar tez maşına mindi. 10. Cəlal düz danışdı. 11. Ana qaranlıq otaqda tək qaldı.

Упражнение. Переведите предложения.

1. Tahirzadə astadan danışırdı. 2. Maşın sürətlə gedirdi. 3. Şirzad sakit görünürdü. 4. Qış çox sırt keçdi. 5. Əbil qızın sözlərindən bərk qəzəbləndi. 6. İsrafil hadisəni təkrar soruşdu. 7. Səttarxan qəzəblə danışırdı. 8. Malik aramla addımlayırdı. 9. Ənvər Müşviqə həsədlə baxırdı. 10. Rübabə həzin- həzin oxuyurdu. 11. Həkim xəstəyə gözaltı baxırdı.

təzəcə işıqlanırdı. 12. Əvvəl- axır həqiqət qalib gəlir. 13. Əkinçilər gecə- gündüz işləyirdilər. 14. Həkim arabir pəncərəyə yaxınlaşırdı.

Упражнение. Переведите предложения.

1. İçəriyə bir dəstə adam daxil oldu. 2. Rüstəm əmi oraya yollandı. 3. Muzey yaxınlıqda yerləşir. 4. Aşağıdan həyəcanlı səs eşidildi. 5. Turistlər burada istirahət edəcəklər. 6. O qara günlər geridə qalmışdır. 7. Səkinə meyvələri içəri apardı. 8. Maşın sağa- sola burulub gözdən itdi. 9. Qonaq yan- yörəsinə baxdı. 10. İçəri tam sakitlikdir. 11. Məcid qabağı görmürdü.

Упражнение. Переведите.

Məhəmməd peyğəmbərdən yaxşılıq haqqında

- Kimsənin qəlbini qırmayın, bir- birinizi sevin

Bir- birinizi incitməyin. Xoşsifət olun.

- Bir- birinizi vuruşdurmayın.

- Camaat arasında qarışıqlıq salmayın.

- Kimsənin haqqını yeməyin.

- Bütün insanlar üçün faydalı işlər görün.

- Özünüzü başqalarından üstün bilməyin.

- Bir- birinizdən qüsur axtarmağa çalışmayın.

- Üç gündən artıq küsülü qalmaq müsəlmanlığa yaraşmaz.

- Böyüklərə hörmət, kiçiklərə məhəbbət göstərməyən bizdən deyil.

- Sizi bir- birinizə bağlayan sevgi bağını qoparmayın.

QURBAN BAYRAMI

Quban bayramı müsəlmanların bayramıdır. Bu bayramda müsəlmanlar qurban kəsirlər. qurbanlıq ətin bir hissəsini qonum- qonşuya, qohumlara, bir hissəsini isə yoxsullara paylayırlar.

Bayram günlərində hamının qazanı qaynayır, ac qalan olmur.

Qurban bayramında qohumlar, qonşulsar bir- birinin bayramını təbrik edirlər. uşaqlar, gənclər ana- atalarını, nənə- babalarını, yaxın qohumlarını təbrik edir, qucaqlayıb üz- gözündən öpürlər.

Qurban bayramı inam və insanpərvərlik bayramıdır.

Qurban bayramını “İsmayil qurbanı” da adlandırırlar.

Словарь - Lüğət

Təxəllüs – псевдоним səyahətə- путешествие.

Mollaxana- религиозная школа incidirlər- причиняют боль,

Sirlərini- секреты qara ciyər iltihabı- восполение

Heykəli – памятник печени.

Calal – здесь: пышность dərəbəylik - самоуправство, произвол

Ufacıq(kiçik)- маленький minnət- благодарение

Şərafət – почести ehsan- благодеяние

əmlak – имущество küfr –богохульство

əyalət – провинция şükran - признательность

divan – суд

***

Şair ürəyinə toxunmayın siz.

Günəşdən içıqlı, çeşmədən duru

Yer kimi ətirli, göy kimi təmiz,

Düzlər genişliyi, dağlar qüruru.

(M. Arif)

Пословицы и поговорки

Kasıblıq eyib deyil.

Бедность не порок.

Səbr ilə halva bişər, ey qora, səndən

Bəsləsən atlas olar tut yarpağından

Терпение и труд дивные дива творят.

Урок 23.

Грамматические темы:

1. Простые наречия.

2. Производные наречия.

3. Сложные наречия.

Наречия по структуре бывают трех видов:

1. Наречия, неделимые на составные части и сформированные как корневые слова, являются простыми:

gec, tez, cəld, bərk, asta, yavaş, həmişə, hələ, erkən, indi, içəri, bayır, sonra, bayaq, dünən, axşam, səhər.

2. Производными называются наречия, которые образуются при помощи словообразовательных аффиксов.

Производные наречия образуются при помощи следующих аффиксов:

1. – ca, - cə: - yavaşca, indicə, astaca, sakitcə, yenicə;

2. – la, - lə: inamla, təbəssümlə, zorla, diqqətlə, ehtiyatla, sürətlə;

3. –ina, - inə, - una, üna: - tərsinə, düzünə, uzununa, eninə;

4. - dan, - dən, - ucadan: - bərkdən, qorxudan, birdən, çoxdan, axşamdan, bürküdən;

5. – yana: ərkyana, zarafatyana, ağayana, saymazyana.

3. Сложные наречия образуются согласно нижеследующим правилам:

а) Повторением одинаковых по значению слов и простых наречий: tez- tez, üç- üç, asta- asta, yüngül- yüngül, əyri- üyrü.

б) Повторением слов- синонимов:

dinməz- söyləməz, mat- məəttəl, qabaq- qarşı.

в) С помощью слов- антонимов:

gecə- gündüz, azdan- çoxdan, gec- tez, səhər- axşam, əvvəl- axır, zor- güc.

г) Повторением подражательных слов:

Hönkür- hönkü, şır- şır, ding- ding.

д) Повторением существительных:

Baş- başa, qol- qola, göz- gözə, əl- ələ, üz- üzə.

е) Сложением слов, выражающих различные значения:

dilucu, dodaqaltı, əlüstü, addımbaşı.

2. Ударный одновариантный аффикс - ki, присоединяясь к словам в родительном падеже, выражает принадлежность и заменяет определяемое слово:

Sizin dəftəriniz burada, mənimki isə evdədir.

Ваша тетрадь здесь, а моя – дома.

Mənim köynəyim göy, Əhmədinki isə ağdır.

У меня рубашка синяя, а у Ахмеда – белая.

Direktorun iş otağı kiçik, müəllimlərinki isə böyükdür.

Кабинет директора маленький, а учительская – большая.

Эта форма, заменяя существительные, изменяется по падежам и числам:

Bu karandaş uzun, səninkilər isə qısadır.

Этот карандаш длинный, находящиеся же у тебя (карандаши) короткие.

Слово с аффиксом - ki ставится во множественном числе, если оно заменяет определяемое слово во множественном числе:

Mənim kitablarım rəfdə, səninkilər isə şkafdadır.

Мои книги находятся на полке, а твои – в шкафу.

Слово с аффиксом –ki ставится в том падеже, в котором стоит заменяемое им определяемое слово:

Sizin otağınız iki pəncərəsi, mənimkinin isə üç pəncərəsi var.

В вашей комнате два окна, а в моей – три.

Kitabı öz portfelimə, jurnalı ilə Lətifəninkinə qoydum.

Книгу я положил в свой портфель, а журнал – в портфель Латифы.

Otaqdakı şəkillər mənimdir.

Картины, которые находятся в комнате, - мои (принадлежат мне. )

Bu kitabın iki yüz səhifəsi, Naziminkilərin isə iki yüz iyirmi səhifəsi var.

В этой книге двести страниц, а в (книге), находящейся у Назима, двести двадцать страниц.

Məndəki kitabda şəkil çoxdur, səndəkilərdə isə azdır.

В имеющейся у меня книге много рисунков, а в (книгах), находящихся у тебя, мало.

Аффикс –ki, прибавляясь к словам, показывающим время, образует прилагательные, выражающие приуроченность к определенному времени:

Bu günkü qazetiniz varmı?

Есть ли у вас сегодняшняя газета?

Dünənki mühazirə çox maraqlı idi.

Вчерашняя лекция была очень интересной.

Bu ilki sərçə bildirkinə cik- cik öyrədir.

учит чирикать.

Все эти формы с аффиксом –ki могут выступать в предложении в роли именного сказуемого:

Bu jurnal mənimkidir.

Этот журнал мой.

Bu şəkil Əhmədimkidir.

Эта картина принадлежит Ахмеду.

Bu qazet bu günküdür.

Эта газета сегодняшняя.

Azərbaycanın musiqi mədəniyyəti tarixindən

Sənət adamları ilə əlaqədar hamıya yaxşı məlum olan belə bir fikir var. Deyirlər: sənəkarın necə sənətkar olduğunu sağlığında dəqiq müəyyən etmək çox çətindir. Sənətkara ən ədalətli qiymət ölümündən sonra verilən qiymətdir. Sözsüz ki, bu fikirdə müəyyən qanunauyğunluq var. Lakin həqiqətdən doğan hiss də güclüdür. Məgər incəsənət tarixində hələ sağlıqlarında özlərinə ədəbi heykəl ucaldanlar, ümumxalq məhəbbəti qazanıb elin, obanın sevimlisinə çevrilənlər azmı olub? Açığını deyək ki, Azərbaycan incəsənəti tarixində belələri istənilən qədərdir. Artıq hamının sevimlisinə çevrilmiş Üzeyir Hacıbəyov, Bülbül, Qara Qarayev, Niyazi, Fikrət Əmirov məhz belə sənətkarlardandır. Onlar hələ öz sağlıqlarında ümum xalq məhəbbəti qazanmış və bütöv bir xalqın fəxrinə, vüqarına çevrilmişlər.

Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir. Bununla yanaşı, Azərbaycan musiqisi qabaqcıl dünya mədəniyyətinin gözəl ən- ənələrindən də müəyyən dərəcədə təsirlənmiş, daha da inkişaf edərək müasir səviyyəyə çatmışdır.

Musiqi şən günlərdə, bayramlarda, iştərsə də ağır və iztirablı anlarda xalqa mənəvi dayaq olmuşdur. Azərbaycan musiqisi gələcəyə böyük inam hissi aşılayır və insanı cəsur, mübariz olmağa ruhlandıran motivlərlə zəngindir.

Azərbaycan musiqi mədəniyyətinin və xalq incəsənətinin çoxəsrlik ənənələri vardır. Görkəmli incəsənət ustaları, xüsusilə xalq xanəndələri bu ənənələri nəsildən- nəskə yaşadaraq böyük və zəngin bir irs yaratmışlar. Klassik xanəndələrin təcrübə və irsini not və səsyazma sayəsində öyrənmək isə yalnız bizim əsrdə mümkün olmuşdur.

Azərbaycanda, bütün türk dünyasında və müsəlman Şərqdə ilk operanı Ü. Hacıbəyov yazdı. Bu, böyük bəstəkarın 1908- ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası idi. Onun sayəsində Azərbaycan bütün müsəlman Şərqində opera yaradılan birinci ölkə oldu. Ü. Hacıbəyov həm də Azərbaycan musiqili komediyasının yaradlcısıdır. “O olmasın, bu olsun” və “Məşədi İbad ” musiqili komediyası onun şöhrətini daha da artırdı. Üzeyir bəy “Koroğlu” operası ilə bu sənətin zirvəsini fəth etmişdir. “Koroğlu” operası Niyazinin dirijorluğu ilə olduqca qeyri – adi təsir bağışlayırdı.

Maestro Niyazi həmçinin Müslüm Maqomayevin “Nərgiz” operasının, Qara Qarayevin “Azərbaycan süitası”nın və bir sıra simfonik əsərlərinin ilk dirijoru olmuşdur.

Niyazi 1930- cu illərdən başlayaraq kino və teatr musiqisi sahəsində diqqətəlayiq nümunələr yaratmışdır. O, “Almaz”, “Kəndlilər”, “Fətəli xan”, “Mahnı belə yaranır” kinofilmlərinə, “Dağılan tifaq”, “Pəri cadu”, “Vaqif” tamaşalarına musiqi bəstələmişdir.

Azərbaycan musiqi tarixində muğamların mövqeyi və əhəmiyyəti böyükdür. Bülbül muğamların inkişafını məhz xanəndəlik sənəti ilə bağlayırdı. O, haqlı olaraq göstərirdi ki. Azərbaycan klassik muğamlarının inkişaf tarixi onların ifaçıları ilə sıx bağlıdır. Səttar, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Seyid ,Şuşinski, Xan Şuşinski görkəmli muğam ustaları idilər.

Xan Şuşinski daim xalq yaradıcılığından qidalanan xanəndə idi. Onun vətəni Şuşaya həsr etdiyi “Şuşanın dağları” mahnısı dillər əzbəri olmaqla yanaşı əlli ilə yaxındır ki, xanəndələrin repertuarından düşmür.

M. Füzulini, H. Cavidi, Ü. Hacıbıyovu, Cabbar Qaryağdıoğlunu, Bülbülü, Niyazini, S. Vurğunu, F. Əmirovu və Xanı yetirən bir millət bu cür istedadları yenə də yetirəcəkdir.

Üzeyir Hacıbəyov

Bir gün Üzeyirin anası qəribə bir hadisənin şahidi oldu. O, bazarda idi. Birdən qulağına oxumaq səsi gəldi. Bu, Üzeyirin səsi idi. Arvad o tərəf- bu tərəfə boylandı, oğlunu görmədi. Tələsik evə qayıtdı. Əri Əbdülhüseynə dedi:

- Üzeyir bazarda oxuyurdu. Ancaq nə qədər baxdım, özünü görə bilmədim.

Əbdülhüseyn gülümsündü:

- Necə yəni özü yox idi?

- Mən də baş tapmadım. Birdən uşaq məktəbi buraxar, oxuyan olar ha?

Əbdülhüseyn buna əhəmiyyət vermədi. Bir gün o, bazardan keçirdi. Bu zaman doğrudan da oğlunun səsini eşitdi. Dayanıb qulaq asdı. Səs gələn tərəfə getdi. Çayxanada qramofon oxuyurdu. Əbdülhüseyn kişi çayçıdan soruşdu:

- Oxuyan kimdir?

Çayçı gülə- gülə cavab verdi:

- Tanımırsan? Sənin oğlun Üzeyirdir. Səsini vala salıblar.

Üzeyir Hacıbəyov Şuşada məktəbi bitirib, Gürcüstanın Qori şəhərinə getdi. Orada müəllimlər seminariyasına daxil oldu. Üzeyir burada musiqinidə öyrənir, erməni, gürcü yoldaşlarının mahnılarına maraqla qulaq asırdı. O, tar və skripka çalmağı da öyrənirdi.

Üzeyir Hacıbəyov 1904- cü ildə müəllimlər seminariyasını bitirdi. Dağlıq Qarabağın Hadrud kəndində müəllim oldu. Bir il erməni uşaqlarına rus dili dərsi dedi. Sonra Bakıya köçdü və müəllimlik etməyə başladı. O zaman Bakıda müəllim çox az idi. Üzeyir müəllim istəyirdi ki, azərbaycanlı uşaqlar rus dilini öyrənsinlər. Elə buna görə də o, rusca- azərbaycanca lüğət tərtib etmişdi. Üzeyir müəllim həm də hesab dərsi deyirdi. O vaxt hesab kitabını da Üzeyir müəllimin özü yazmışdı.

Üzeyir Hacıbəyov xalq musiqisini çox sevir, musiqi sənətini daha dərindən öyrənmək istəyirdi. O, Moskvaya, Leninqrada musiqi təhsili almağa getdi. Orada görkəmli rus bəstəkarlarından dərs aldı və onlarla dost oldu.

Üzeyir Hacıbəyov ilk Azərbaycan operasını yaratmışdır. Bu opera Məhəmməd Füzulinin “ Leyli və məcnun” poeması üzrə yazılmışdır. Opera da “Leyli və Məcnun” adlanır. Üzeyir Hacıbəyov Bakıda musiqi məktəbinin təşkili üçün də böyük əmək sərf etmişdir. O, gənc musiqi həvəskarlarını bu məktəbə toplayıb, onlara oxumaq, çalmaq və bəstəkarlıq öyrətmişdir. Üzeyir Hacıbəyov konservatoriyada da müəllim olmuşdur. Azərbaycan bəstəkarlarının çoxu Üzeyir Hacıbəyovun tələbəsi olmuşdur. Böyük bəstəkar çoxlu musiqi əsərləri yaratmışdır.

( Bayram Bayramov)

Упражнение. Переведите.

Azərbaycan Respublikasının Dövlət Himni

1920- ci il yanvarın 30- da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920- ci il aprelin 28- də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992- ci il mayın 27- də parlament " Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919- cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni

Упражнение. Переведите предложения.

1. Qabaqda bir işıq yanırdı. 2. Oradan topların gurultusu gəlirdi. 3. Biz hadisəyə yaxından tamaşa edirdik. 4. Traktorun səsi uzaqdan eşidilirdi. 5. İpəkqurdlarını kənardn müşahidə edirdik. 6. Cəmil arxadan onu səslədi.

Упражнение. Вставьте приведенные ниже слова.

1. Tükəz rəfiqəsi ilə . . . danışırdı. 2. Mən onu . . . göndərdim. 3. Yoldaşları Mahiri . . . gözləyirdilər. 4. Əziz . . . oturmuşdu. 5. Xəstə çox . . . görünürdü. 6. Muxtar Zeynalovla . . . danışdı. 7. Polad səsini . . . kəsdi.

tə`cili, dinməz, astadan, halsız, xırp, qəsdən, təklikdə.

Упражнение. Вставьте нужные по смыслу слова.

1. Ənvər adamların . . . göründü. 2. Qız . . . bacısını çağırdı. 3. . . . qadın səsi eşidilirdi. 4. Mən . . . qalmalı oldum. 5. Mehdi . . . dayanmışdı. 6. Mürşüd . . . gələcək. 7. Poladzadə . . . sizə zəng çalmışdı.

Упражнение. Составьте предложения с данными наречиями.

Acı- acı, sür`ətlə, gözucu, üz- üzə, səssizcə, hiyləgərcəsinə, yavaş, yaman.

Tez, ucadan, gizlicə, gec, təzədən, səhər, düz, axşam, irəli, əyri, yavaşdan, yaxın, sərt, astadan, geri, gecə, aşağıda, yaman, gündüz, həmişəlik, çətin, əvvəl, gec- gec, uzaq, asan, sonra, hələlik, tez- tez, yuxarıda.

Упражнение. Переведите предложения.

1. Ordu cəsarətlə irəliləyir. 2. Ananın sevicdən gözləri doldu. 3. O sakitcə evdən çıxıb getdi. 4. İnstituta daxil olmaq üçün gecə- gündüz çalışır. 5. Birdən qapı taybatay açıldı. 6. İçərdən səs- küy eşidilirdi. 7. Biz təəcublə onun üzünə baxdıq. 8. Xəstənin vəziyyəti birdən- birə pisləşdi. 9. Mən kitabı almadığım üçun təəssüf edirəm. 10. Onlar doscasına ayrıldılar. 11. Havalar günbəgün istiləşir. 12. Həyacandan onun əlləri əsirdi. 13. Mən bu barədə çəxdan düşünmüşəm. 14. Dostlar xeyli söhbətləşdilər. 15. Şagird müəllimən diqqətli qulaq asırdı.

Упражнение. . Вставьте нужные по смыслу слова.

1. …. fikirləş, … danış. 2. Qoca bağda . . . işlədi. 3. Telefonda səs . . . eşidilirdi. 4. Onlar . . . qayıtdılar. 5. . . . nəfəs almaq olmurdu. 6. Körpə . . . ağlayırdı. 7. . . . hava çiskinli idi. 8. O evə . . . qayıdır. 9. O qonaqlarla . . . görüşdü. 10. Cavan oğlan bu sözlərdən . . . sarsıldı. 11. Kitab oxumağı . . . sevirlər. 12. Vətənin igid oğulları . . . vuruşurlar. 13. Yaman günün ömrü . . . olar. 14. O . . . rayona yola düşəcək. 15. Biz . . . gəlmişik. 16. Müəllim dəftərləri . . . yoxladı. 17. Özünü . . . yorma. 18. Məsuliyyətli şagird dərslərə . . . hazırlaşır. 19. Dostlarımız təklifimizi . . . qəbul etdilər.

Упражнение. Переведите на азербайджанский язык.

1) Мило улыбнуться, откровенно обсудить, сухо отвечать, слепо повиноваться, лично знать, кратко описывать, специально прийти, грубо прервать, вежливо обратиться, тихонько позвать, храбро защищаться, крепко заснуть, быть тяжело раненым, быть легко раненым, быть тяжело больным, быть абсолютно правым, блестяще отвечать, постоянно обманывать, зло смеяться.

2) Горячо защищать, войти с шумом, постоянно обманывать, реагировать по- разному, часто встречаться, нетерпеливо ждать, терпеливо объяснить, достаточно знать кого- то, сильно ударить, осторожно войти.

Упражнение . Переведите предложения.

1) 1. Температура внезапно поднялясь. 2. Я поговорил с ними об этом лично. 3. Я регулярно читаю эту газету. 4. Он тихонько подошел к постели больного. 5. Прочтите этот отрывок и кратко изложите его. 6. Эта новость полностью меняет наши планы. 7. Обращайтесь прямо ко мне. 8. Она тяжело больна. 9. Его поведение глубоко возмутило нас. 10. Она редко бывает довольна собой. 11. Все это действительно странно. 12. Я полностью согласен с вашими товарищами. 13. Говорю вам откровенно. 14. Они слепо ему верили.

2) 1. Он постоянно ошибался. 2. Надо действовать осторожно. 3. Он терпеливо ждал своей очереди. 4. Они недостаточно активны. 5. Эта сцена повторялась часто. 6. Они по- разному реагировали. 7. Он бегло говорит на четырех языках. 8. Эти слова пишутся одинаково, но произносятся по- разному. 9. Это выражение часто употребляется в разговорной речи.

Словарь - Lüğət

ədəbi heykəl – памятник mənəviyyat - нравственность

milli zəmin–народное достояние nikbinlik - жизнерадостность

gözəl ənənələr- прекрасные традиции xanəndə- певец

ümidvarıq- надеемся.

Durnalar

Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə, durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz?

Bir xəbər versəniz bizə durnalar!

Sizə müştaq durur Bağdad elləri,

Gözləyə- gözləyə qalıb yolları,

Asta qanad calın, qafil telləri,

Neyifdir, salarsız düzə, durnalar!

Xeyli vaxtdır, yarın fərağındayam,

Pərvanə tək hüsnün çırağındayam,

Bir ala gözlünün sorağındayam,

Görünürmü, görün, gözə, durnalar!

Пословицы и поговорки

Çox oxuyan çox bilməz,

Çox gəzən çox bilər.

Не много читай, да много знай.