Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Азербайджанский язык для стран СНГ.doc
Скачиваний:
270
Добавлен:
26.09.2019
Размер:
27.39 Mб
Скачать

Неопределенные числительные.

3. Неопределенные числительные обозначают неопределенное, приблизительное количество предметов, отвечают на вопрос nə qədər?, образуются с помощью лексических единиц az, çox, xeyli, bir qədər, bir neçə, bir az и аффиксов –lu, - ca, - acıq, - larla/- lərlə/- larca/- lərcə, а также повторением одинаковых числительных: xeyli adam, bir qədər meyvə, bir neçə nəfər, çoxluca, yüzlərlə, onlarca, on- on, min- min, milyon- milyon.

Дробные числительные

4. Дробные числительны обозначают определенную часть количества предмета, отвечают на вопросы nə qədər? neçə hissə? В дробных числительных знаменатель ставится в местном падеже –da/- də, а числитель в именительном падеже beşdə bir, üçdə iki, при математических действиях в уменьшаемом знаменатель ставится в исходном падеже –dan/- dən: beşdən üç, ondan iki, altıdan dörd.

İGİD PARTİZAN

1943- cü ilin qışı idi. Mehdi partizanlara qoşulmuşdu. O, dəsətəyə qoşulan kimi əynindəki alman paltarlarını çıxarıb ayaqlarının altına atdı və dedi:

- Daha bəsdir! Bu paltarlar mənə yaraşmır!

Mehdi minaçı idi. O, özü də yaxşı minalar düzəldə bilirdi. Partizan dəstəsində Mehdi kimi kəşfiyyatçıya böyük ehtiyac vardı. Bir dəfə təklikdə yerinə yetirmək üçün Mehdiyə tapşırıq verildi. Mehdi yenə də əyninə faşist zabiti forması geyib yola düşdü. Onun yeganə silahı saat mexanizmi ilə işləyən mina idi.

Mehdidən uzun müddət xəbər çıxmadı. Bir gün dəstənin komandiri şəhərdəki zabit aşxanasının partladılması xəbərini eşitdi. Aşxanada təxminən 30 nəfərədək hitlerçi ölmüşdü. Bunu Mehdi Hüseynzadə etmişdi.

Mehdi qayıdandan sonra komandir zarafatla ondan xəbər aldı:

- Aşxananı partlatmazdan əvvəl bir şey yeyə bildinmi?

Mehdi gülümsəyib dedi:

- Əlbəttə, özüm üçün bahalı xörəklər sifariş eləmişdim. Minanı isə almanlar üçün qoydum. Lap möhkəm partladı. Öz canımı güc- bəla ilə qurtara bildim!

Çox keçmədən Mehdinin şöhrəti İtaliyada bütün partizan zonalarına yayıldı. Faşistlər Mehdi Hüseynzadəni ələ keçirə bilən adama böyük mükafat vəd etdilər. Lakin Mehdi ələ keçmədi.

1944- cü ilin noyabrında Mehdi növbəti bir tapşırığı yerinə yetirməyə getmişdi. Tapşırıq çox çətin idi. Mehdi onu yerinə yetirdi. Lakin o, qərargaha qayıdanda gözlənilmədən düşmənlərin müharisəsinə düşdü. Mehdinin çıxış yolu yox idi.

Qızğın atışma getdi. Mehdinin gülləsi qurtardı. Cəsur qəhrəman ayağa qalxıb son gülləni öz ürəyinə sıxdı.

İtaliya partizanları Mehdinin cənazəsini döyüş meydanından çıxardılar. Onlar yaylım atəşi altında bu igid və mərd qəhrəmanı Çapovani kəndində dəfn etdilər.

Ответьте на вопросы

1. Mehdi nə vaxt partizanlara qoşulmuşdu?

2. Ona hansı tapşırıq verilmişdir?

3. Mehdi bu tapşırığı necə yerinə yetirdi?

4. Mehdi nə üçün gülləni öz ürəyinə sıxdı?

Упражнение. Переведите предложения.

Otağa on nəfər tələbə girdi.

Anam mənə on dənə dəftər aldı.

Nənəm bizə beş çüt corab gətirdi.

Mağazadan özümə bir cüt ayaqqabı aldım.

Упражнение. Произнесите вслух.

On beş, on səkkiz, altmış altı, min doqquz yüz səksən üç, min doqquz yüz altmış beş, yüz səksən doqquz, beş min dörd, yüz altmış iki.

Упражнение. Напишите цифры словами.

11, 25, 77, 108. 234, 288, 304, 469, 1960, 1986, 5607,

1342, 12764, 754985.

Упражнение. Прочитайте и переведите.

- Zaur, sənin qardaşın var?

- Mənim qardaşım yoxdur. Mənim bacım var.

- Neçə bacın var?

- Mənim üç bacım var.

- Onlar səndən böyük və ya kiçikdirlər?

- İkisi məndən böyük, biri isə kiçikdir.

- Böyük bacılarının adları nədir?

- Birinin adı Zenfira, o birisinin adı Nəzakətdir.

- Bəs kiçik bacının adı nədir?

- Lap kiçik bacımın adı Rəfiqədir.

- Bəs Rəşid, sənin qardaşın varmı?

- Bəli, mənim iki qardaşım var.

- Böyük qardaşımın adı Əşrəfdir, kiçiyin adı Sərdardır.

- Sənin, yəqinki, bacılarında var?

- Xeyr, mənim bacım yoxdur.

Упражнение. Переведите. Составьте с этими словосочетаниями предложения.

Dörd otaq, altı tələbə, səkkiz budaq, doqquz şer, iyirmi cərgə, qırx dəftər, yüz maşın.

Упражнение. Переведите.

Я живу на шестом этаже. У меня пять братьев. Он мне дал один цветок. Он был на втором месте. Ирада учится на пятом курсе.

В саду было много цветов. В нашем городе много кинотеатров.

Упражнение. . Переведите.

Səkkizinci, əllinci, yüz on üçüncü, yüz iyirmi doqquzuncu, yüz qırx altıncı, iki yüz dördüncü, dörd yüz qırxıncı.

Упражнение. Добавьте нужные аффиксы и спишите.

İki… sütün, on. . . adam, yetmiş. . . kol, altmış. . . bina, on üç. . . mərtəbə, iki. . . görüş.

Упражнение. Прочитайте и напишите цифрами.

Yeddinci – 7 – ci, otuz birinci, qırx doqquzuncu, əlli dördüncü, yetmiş yeddinci, yüz iyirmi ikinci, iki yüz üçüncü.

Упражнение. Вместо точек вставьте нужные слова.

1. Mən . . . ildə anadan olmuşam. 2. . . . ildə . . . sinifə qəbul edilmişəm. 3. Hazırda . . . sinifdə oxuyuram. 4. Həftənin . . . günü anamın istirahət günüdür. 5. Qardaşım . . . sinfi qızıl medalla qurtardı.

Упражнение. Напишите словами.

16 –cı, 21- ci, 130- cu, 123- cü, 214- cü, 1326- cı, 367- cı, 1119- cu.

Упражнение. Добавьте к следующим числительным необходимый вариант аффикса – (ı)ncı и переведите на русский язык:

Elli üç, yetmiş dörd, iyirmi səkkiz, üç yüz dokkuz, min dokkuz yüz yetmiş yeddi, səkkiz.

Упражнение. Переведите на русский язык.

İki kitab beş qız, üç dəftər on tələbə, az adam,

az iş, bir çox insanlar, bir çox məsələlər,

bir sıra suallar, bir sıra problemlər, onlarla şagird,

çox kitab, çox adamlar, yüzlərlə tələbə,

bir qədər meyvə, bir qədər iş, xeyli iş, xeyli məhsul,

üç- dörd tələbə, beş- on şagird.

Упражнение. Прочитайте и переведите.

Tərs keçilər

Çayın üstündə tirdən bir körpü var idi. Iki keçi tirin üstündə qarşılaşdı. Gərək onlardan biri qayıdıb o birisinə yol verəydi.

Keçilər belə etmədilər. onlardan biri dedi:

- Yol ver mənə

Ikinci qışqırdı:

- Buna bax a, gör kimə xox gəlir!!!

O biri keçi hirsləndi:

- Rədd ol buradan! Geri çəkil! Körpüyə əvvəl mən çıxmışam!

- Geri çəkilmərəm. Mən yaşca böyüyəm.

Keçilər qızışıb kəllə- kəlləyə gəldilər. onlar buynuzlarını bir- birinə ilişdirib dal ayaqlarını tirə dirədilər. tir yaş idi. Tərs keçilərin ayaqları sürüşdü. Hər ikisi kəlləsi üstə suya düşdü.

Упражнение. Переведите.

Şagirdlər əlliyə qədər bitki toxumu toplamışdılar. Rayon mərkəzindən kəndə on səkkiz kilometrdir. Babamın altmış beş yaşı tamam oldu, avtobusda otuz sərnişin var idi. Şirəli baba yüz yetmiş ilə qədər ömür sürdü. Məktəblilər küçələrdə dörd yüz altmış yeddi ağac əkdilər.

Упражнение. Спишите, вставляя нужные аффиксы.

Qardaşım 8. . . sinifdə oxuyur. Səməd Vurğun 1906. . . ildə anadan olmuşdur. 1991. . . ildə Nizami Gəncəvinin 850 illiyi təntənəli şəkildə qeyd edilmişdir. Stadionda 19. . . sırada əyləşmişdim.

Упражнение. Спишите предложения, числительные напишите словами.

Böyük bacım Azərbaycan Dövlət Tibb Universitetinin (5) kursunda oxuyur. Kiçik qardaşım bu il (1) sinfə gedəcək. Mən (4) sinifdə oxuyuram. Biz (9) mikrorayonda yaşayırıq. Mənzilimiz (7) mərtəbədədir. Rəfiqəm (6) mərtəbədə yaşayır. O, (3) sinifdə oxuyuruq.

Упражнение. Переведите предложения. Составьте предложения.

Qatar saat 9- da gedir. Turistlər saat 10- da gedirlər.

Çıxır- düşür, alır- verir, oturur- durur, soruş- cavab verir, aparır- gətirir, danışır- susur.

Упражнение. Прочитайте и переведите.

Диалог.

- Salam, Adil! Necəsən?

- Salam, Ramiz! Yaxşıyam. Çox sağ ol. Sən necəsən?

- Məndə yaxşıyam. Sağ ol. Sən haradan gəlirsən?

- Mən universitetdən gəlirəm. Bəs, sən?

- Mən kitabxanadan gəlirəm.

- Kitabxanada çox maraqlı kitablar oxudum və dərsi yaxşı öyrəndim.

- Sən də oraya get.

- Mən də oraya getməliyəm, çünki kitabım yoxdur. Dərsə hazırlaşmalıyam.

- Mənim iki biletim var. Gəl axşam tamaşaya gedək.

- Mənim vaxtım yoxdur. Ancaq Lalə tamaşanı çox sevir. Sən ona təklif et.

- Sən bilmirsən o, haradadır?

- Mən bilmirəm o, haradadır. Ancaq ünvanını bilirəm. O, Üzeyir Hacıbəyov küçəsi, 1- ci döngə, ev 8, mənzil 35- də yaşayır.

- Yaxşı, bağışla, mən indi evə tələsirəm. Səni görməyimə çox şad oldum.

- Mən də səni görməyimə çox şad oldum. Sağ ol! Görüşənədək.

- Bağışlayın,saat neçədir?

- Səkkizə on beş dəqiqə qalıb.

- Təşəkkür edirəm.

- Mümkünsə bu küçənin adını deyin.

- İstiqlal küçəsi.

- Çox sağ olun. Sizi narahat etdim.

- Əmican, xahiş edirəm bu pulu xırdalayın.

- Buyur.

- Minnətdaram.