Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Азербайджанский язык для стран СНГ.doc
Скачиваний:
270
Добавлен:
26.09.2019
Размер:
27.39 Mб
Скачать

Давнопрошедшее время глагола

Давнопрошедшее время глагола выражает действие, которое произошло давно, раньше другого действия, причем в момент совершения второго действия результат первого был налицо.

Примеры сравнения давнопрошедшего времени с прошедшим категорическим и прошедшим результативно- повествовательным временем:

Mən bu kitabı oxudum – я прочитал эту книгу

Mən bu kitabı oxumuşam – я читал эту книгу

Mən bu kitabı oxumuşdum – я (давно, раньше) читал эту книгу

Давнопрошедшее время образуется путем присоединения к основе глагола ударного аффикса –mış, - miş, - muş, - müş и вспомогательного глагола idi (- dı, - di, - du, - dü) и личных аффиксов прошедшего категорического времени.

Например:

Единственное число:

1л. Almışdım – я покупал

2л. Almışdın - ты покупал

3л. Almışdı - он покупал

1л. Bilmişdim – я знал

2л. Bilmişdin – ты знал

3л. Bilmişdi – он знал

1л. Durmuşdum – я стоял

2л. Durmuşdun – ты стоял

3л. Durmuşdu - он стоял

1л. Görmüşdüm – я видел

2л. Görmüşdün – ты видел

3л. Görmüşdü - он видел

Множественное число:

1л. Almışdıq – мы покупали

2л. Almışdınız – вы покупали

3л. Almışdılar – они покупали

1л. Bilmişdiq - мы знали

2л. Bilmişdiniz – вы знали

3л. Bilmişdilər – они знали

1л. Durmuşduq – мы стояли

2л. Durmuşdunuz – вы стояли

3л. Durmuşdular – они стояли

1л. Görmüşdüq – мы видели

2л. Görmüşdünüz – вы видели

3л. Görmüşdülər – они видели

Отрицательная форма давнопрошедшего времени времени образуется путем присоединения к основе глагола аффикса –ma, mə.

Например:

Единственное число:

1л. Almamışdım – я не покупал

2л. Almamışdın – ты не покупал

3л. Almamışdı - он не покупал

1л. Bilməmişdim – я не знал

2л. Bilməmişdin - ты не знал

3л. Bilməmişdi - он не знал

1л. Durmamışdım – я не стоял

2л. Durmamışdın - ты не стоял

3л. Durmamışdı - он не стоял

1л. Görməmişdim – я не видел

2л. Görməmişdin – ты не видел

3л. Görməmişdi – он не видел

Множественное число:

1л. Almamışdıq – мы не покупали

2л. Almamışdınız – вы не покупали

3л. Almamışdılar - они не покупали

1л. Bilməmişdiq – мы не знали

2л. Bilməmişdiniz – вы не знали

3л. Bilməmişdilər – они не знали

1л. Durmamışdıq - мы не стояли

2л. Durmamışdınız - вы не стояли

3л. Durmamışdılar - они не стояли

1л. Görməmişdiq - мы не видели

2л. Görməmidiniz – вы не видели

3л. Görməmişdilər – они не видели

Изменение имен существительных по лицам в местном и исходном падежах.

3. Имена существительные или местоимения, обозначая местонахождение лица, стоят в местном падеже и изменяются по лицам:

Mən küçədəyəm. – я на улице

Sən küçədəsən. – ты на улице

O küçədədir. – он на улице

Biz küçədəyik - мы на улице

Siz küçədəsiniz – вы на улице

Onlar küçədədilər – они на улице

Аналогично они спрягаются в исходном падеже при обозначении местности, откуда происходит лицо:

Mən Şəkidənəm – я из Шеки

Sən Şəkidənsən – ты из Шеки

O Şəkidəndir – он из Шеки

Biz Şəkidənik – мы из Шеки

Siz Şəkidənsiniz – вы из Шеки

Onlar Şəkidəndilər – они из Шеки

“KİTABİ – DƏDƏ QORQUD”

“Kitabi – Dədə Qorqud” Azərbaycan ədəbiyyatının və dilinin ən qədim yazılı abidəsidir. Bu dastan 7- 8- ci əsrlərdə və daha çox əvvəllərdə Azərbaycanda baş verən hadisələrlə səsləşir. “Kitabi – Dədə Qorqud” 12 boydan (dastandan) ibarətdir.

Dastanlarda xalqımızın qəhraman tarixi keçmişi, yadelli basqınçılarla mübarizəsi öz əksini tapmışdır. Vətənpərvərlik və qəhrəmanlıq motivləri “Kitabi – Dədə Qorqud” dastanlarının əsas qayəsidir.

“Kitabi – Dədə Qorqud” dastanlarında həm yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Qara Günə və b. ) həm də gənc (Beyrək, Basad, Buğac, Uruz, Qanturalı, Qarabudaq, Əmran və b. ) nəslə məxsus qəhrəmanlardan söhbət açılır. Dastanlarda gənclərə daha geniş yer verilir. El adətinə görə cavanlara qəhrəmanlıq göstərməyincə ad verilmir. Dədə Qorqud gəlir, gəncin qəhrəmanlıqlarını sayır və ona ad qoyur. Bu gənclər doğma yurdlarını basqınçılardan qorumaq naminə hər cür fədakarlığa hazır igidlərdir. Oğuz igidləri qəsbkar deyillər, özgə torpaqlarında gözləri yozdur, müharibənin və qan tökülməsinin əleyhinədir. Buradakı qadınlar da igidlikdə, mərdlikdə kişilərdə geri qalmır, onlarla çiyin- çiyinə hünər göstərirlər. Burla xatun, Banıçiçək, Selcan xatun və başqaları namuslu, tədbirli, ağıllı, təmkinli və dözümlüdürlər.

“Kitabi – Dədə Qorqud” da ana- ataya, ağsaqqallara hörmət, dostluq, sədaqət kimi xalqımıza xas olan mənəvi sifətlər tərənnüm edilir.

Ana surəti Vətən rəmzi kimi ümumiləşdirilir. Ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir.

Dastanda eyni zamanda xəyanət, həsəd, qorxaqlıq, fərarilik və s. kimi mənfur sifətlər kəskin tənqid olunur.

“Kitabi – Dədə Qorqud” Azərbaycan dilinin tarixini öyrənmək baxımından zəngin mənbədir. Bu dastanın motivləri əsasında N. Xəzri poema, Anar kinodastan yazmış, “Azərbaycanfilm” kinostudiyasında ikiseriyalı bədii film çəkilmişdir.

Ответьте на вопросы:

1. “Kitabi – Dədə Qorqud” dastanı nə vaxt yaranıb?

2. Dastanın əsas motivləri hansılardır?

3. Dastanda qadın surətləri haqqında nə bilirsiniz?

4. Məzmununu danışın.

KOROĞLU YADLAR MƏCLİSİNDƏ

(“Koroğlu” dastanından)

Keçəl Həmzə Koroğlunun Qıratını hiylə ilə qaçıtmışdı. Qıratı düşmən əlindən xilas etmək üçün Koroğlu Toqata yola düşdü.

O, xeyli gedəndən sonra Hasan paşanın imarətinə yetişdi. Gördü ki, imarətdə toydur. Koroğlu əyninə aşıq paltarı geymişdi ki, onu tanımasınlar. Toydakılar eşitdilər ki, aşıq gəlib, sevindilər.

Koroğlunu məclisə apardılar. Məclisdəki paşalardan biri dedi:

- Aşıq, hara aşığısan?

Koroğlu dedi:

- Uzaq yerdənəm, ağrın alım.

Paşa soruşdu:

- Koroğlunu tanıyırsanmı, aşıq?

- Çox yaxşı tanıyıram. Koroğlunun bir atı var. Adına Qırat deyərlər. Çox yaxşı atdır, amma ki, dəlidir. Bir gün atın dəliliyi tutmuşdu. Bir nəfər dedi ki, bu atın yanında üç gün, üç gecə saz çalıb söz oxumaq lazımdır. Belə olsa bəlkə at sağala. Məni itələyib saldılar atın yanına. O üç gündə anadan əmdiyim süd burnumdan gəldi.

Hasan paşa tez soruşdu:

- At necə oldu, sağalmadı?

Koroğlu dedi:

- Bəli, sağaldı.

Hasan paşa aşpazı çağırdı. Aşpaz gəldi. Paşa əmr elədi:

- Apar aşağı doydur, sonra məclisə gətir.

Qırat tövlədə idi. Bütün mehtərləri şil- küt eləmişdi.

Aşpaz Koroğlunu gətirdi aşxanaya. Bir böyük qazan plov çəkdi, bir qab şərab töküb qoydu.

Koroğlu yeməyə başladı. Aşpaz Koroğlunun əlini tutub, təəccüblə soruşdu:

- Bir de görüm, sən kimsən?

Koroğlu elə bildi ki, aşpaz yaxşı adamdır, dsedi:

- Koroğlunun adını eşidibsənmi?

Aşpaz Koroğlu adını eşidib bağırdı. İstədi xəbər versin. Koroğlu boğazından tutub onu boş qazanın içinə basdı və ağzını örtüb oturdu üstündə. O biri qazanı çəkdi qabağına. Qərəz, neçə qazan boşaltdı bilmirəm. Yağlı əlləri ilə bığlarını eşib yerindən durdu və gəldi paşaların məclisinə.

Hasan paşa soruşdu:

- Aşıq, doydunmu?

Koroğlu dedi:

- Bəli, doydum.

Çalıb oxumağa başladı. Qıratı təriflədi. Hasan paşa durdu ayağa, dedi:

- Gedək, aşıq.

Bəli, hamı birlikdə gəlib çıxdı tövlənin qabağına.

Koroğlu sazı sinəsinə basıb oxudu. Qırat Koroğlunun səsini eşitcək az qaldı ki, tövləni uçurtsun. Koroğlu sözünü qurtaran kimi Hasan paşa dedi:

- Aşıq, tez ol, gir içəriyə. Nə istəsən verəcəyəm. Atı sağalt.

Qapını açdılar. Koroğlunu itələyib saldılar Qıratın yanına. At Koroğlunu görcək bərk kişnədi. . .

Koroğlu Qıratın üstündə tövlədən çıxdı. Böyük dava oldu. Koroğlu düşmənlərini qılıncdan keçirib Çənlibelə yol aldı.

Ответьте на вопросы

1. Düşmənlər Koroğlunun atını nə üçün qaçırtmışdılar?

2. Koroğlu toy məclisinə hansı paltarda gəlmişdi?

3. Hasan paşa aşpaza nə dedi?

4. Koroğlu nə üçün aşpazı boş qazana basdı?

5. Hasan paşa Koroğlunu haraya gətirdi?

6. Koroğlu Qıratı necə xilas etdi?

Məhəmməd Peyqəmbər elm haqqında

Beshiqdən qəbrəcən elm öyrənin.

Elm öyrənmək hər bir müsəlman kişiyə və müsəlman qadına vacibdir.

Hər kim mənə bir hərf öyrətsə, mən ona qul olaram.

Uşaqlıqda qazanılan bilik daşa həkk olunan yazıdır.

Elm dünyanın uzaq ölkəsində olsa da, ona yiyələnmək üçün yola çıxmaqdan çəkinməyin.

Elmindən fayda gələn adam min abiddən üstündür.

Bir saat elm öyrənmək altmış il ibadətdən üstündür.

Alimin qələminin mürəkkəbi şəhidin qanından daha üstündür.

Elm öyrənin, çünki elm sahibi yaxşını pisdən seçməyi bacarır.

İnsan elmlə xoşbəxtliyin zirvəsinə çatar.

Elm üçün səfərə çıxan yolda ölərsə, müqəddəs sayılar.

Alim kimdir? Elmin qədrini bilən və onu işlədən.

Alim öldü – aləm öldü.

Ömrünü elmə sərf edən adam heç vaxt ölmür.

Bir ölkədə zəlzələ olsa, ölkənin bir güşəsi xaraba olar.

Elmsiz isə bütün olkə xaraba olar.

Bilikli adamın üzünə baxmaq, onunla oturub- durmaq ibadətdir.

Hər bir qabı doldurmaq olar, elm qabından başqa.

Bilik tükənməzxəzinədir. O xəzinənin açarı isə soruşub öyrənməkdir.

Biliyi ilə öyünən adama düşmən olun.

Упражнение. Переведите.

1. Bina uzaqdan görünürdü. 2. Uşaqlar bağçada oynayırdılar. 3. Külək ağacın budaqlarını bir- birinə çırpırdı. 4. Mən yorulmadan irəliyə doğru addımlatırdım. 5. Sən dünən çox yorğun görünürdün. 6. O, dostlarına nəsə danışırdı. 7. Biz hər zaman imtahanlara birlikdə hazırlaşırdıq. 8. Sərgiyə gələnlər əsərlərə diqqətlə baxırdılar. 9. Siz həmişə onun sözlərinə inanırdınız. 10. Onun səsi güclə eşidilirdi. 11. Çiçəklərin ətri duyulurdu. 12. Onun başı ağrıyırdı. 13. Onun sürəti getdikcə artırdı. 14. Sən ki, bunu çoxdan bilirdin. 15. O, müəllimin sözlərinə diqqətlə qulaq asırdı. 16. Hava yavaş- yavaş soyuyurdu. 17. O isinmək üçün yer axtarırdı. 18. Dayım “Neft daşları”nda işləyirdi. 19. Çayda xırda balıqlar üzürdü. 20. Siz şəhərin mərkəzində yaşayırdınız. 21. O, uzaqdan bacısına bənzəyirdi. 22. O, dostlarına kömək edirdi. 23. Mən yatmaq istəmirdim. 24. Hamı onunla məsləhətləşirdi. 25. Parlaq günəş şəfəq saçırdı.

Упражнение. Переведите диалоги.

- Bu kimdir?

– Kimsə. Mən onu tanımıram.

- Bəs, mən onu tez- tez burada görürəm. Mənə elə gəlir ki, o, mənə haradasa rast gəlmişdi. Mən dostumla danışırdım, o yaxınlaşdı və nəyisə bizdən soruşdu.

- Bəlkə də.

- Hə, hə. O, qaz peçi və soyuducu almaq istəyirdi. Biz ona dedik ki, o mağaza haradasa yaxındadır.

2.

- Sən şeyləri yerbəyer etdin?

- Bir şey var ki, yerbəyer edim?

- Atan nəsə alıb. Bax, nədir. Sabah bayramdır. Ana bayram xörəyi hazırlayacaq.

- Kartof, göyərti və bir az ət. Onlardan başka nə olacaq. Nə olur olsun, ancaq mən kartof yeməkdən yorulmuşam. Haraya gedirəm, mənim qabağıma kartof, çörək, ağ pendir və göyərti qoyurlar.

- Nəsə mən səni başa düşmürəm, sən nə istəyirsən.

- Heç nə! Sabah bayramdır, yox? Mən də dadlı xörək istəyirəm.

- Ata bazardan gəlib. Indi sən mağazaya get, ərzaq al. Ana dedi ki, ərzağı seçsin, görsün təzədir, ya yox. Sən satıcını tanıyırsan, yox? Ona de ki, unu, yağı, pendiri, qəndi düz çəksin. Ata artıq meyvə- tərəvəzi alıb. Mən isə otaqları təmizləyərəm, hər yer təmiz olsun.

Упражнение. Переведите.

Şah və xidmətçi

Keçmiş zamanlarda bir şah varmış. Bu şah həmişə bir neçə qüvvətli köpək saxlarmış. Şahın bir nəfərə acığı tutanda onu itlərə atarmış. İtlər də o saat onu parçalayar, dağıdıb yeyərmiş.

Şahın cavan bir xidmətçisi də vardı. Cavan fikirləşirdi ki, cəllad şah bir gün qəzəblənib onu da itlərə atdıracaqdır. Buna görə də o, itlərə baxan xidmətçi ilə dostlaşdı. Cavan hər dəfə itlərin yanına gələndə özü ilə bir parça ət gətirər və köpəklərə atardı. İtlər cavanı gördükdə onu mehribanlıqla qarşılayardılar.

Günlərin birində zülmkar şahın cavan xidmətçiyə acığı tutur. Əmr edir ki, onu itlərə atsınlar. Cəllad gəncin əl- qolunu bağlayıb, onu itlərə atır. Lakin itlər onu dərhal tanıyır, quyruqlarını bulayaraq boyunlarını bükürlər. Sonra itlərin hamısı gənci dövrəyə alıb, sanki onu şahın bəlasından qorumaq istəyirlər.

Упражнение. Спишите, вставляя союзы və, ilə, da,də

1. Bizim bağda alma. . . , armud. . . , ərik. . . , heyva. . . yetişir. 2. Hər kəs böyük həvəslə yaşamaq . . . yaratmaq istəyir. 3. Könül . . . Gülşən bacıdırlar. 4. Məktəblilərlə görüşə bəstəkar . . . şairlər gəlmişdi. 5. Bizdən qəzet . . . jurlallarda çox yazdılar. 6. Əminə . . . , Solmaz . . . mənim yaxın yoldaşlarımdır.

Упражнение. Спишите, вставляя союзы və, da,də.

1. Müəllim tələbələrin . . . , Məşədi bəyin . . . tanımadığı böyük Sabir idi. (M. Hüseyn)

2. Xəbər aldım ilk bahardan

O . . . səni verdi nişan.

(N. Rəfibəyli)

3. Qurban . . . belə getdi (A. Şaiq). 4. Fəxranın . . . bu günlərdə on bir yaşı tamam oldu. 5. O məni . . . unutmamışdı (Ə. İ).

6. Cahangirlər dünyasından

Qalmasın bir yadigar . . .

Qoy ağlar . . . , qaralar . . .

Səadətlə nəfəs alsın.

(S. Vurğun)

Упражнение. Переведите предложения.

  1. Zəfərşan və Kərim dərsə birlikdə hazırlaşırdılar. 2. Rəşid kitab və dəftərləri çantaya qoydu. 3. Qüdrət fikirləşdi ki, Vəfa işə gələ bilməyəcək. 4. Səyavuş ilə İlham yarışda fərqləndilər. 5. Bu dağlar da, dərələr də bizimdir. 6. Özüm söz vermişəm, amma gütməyəcəyəm. 7. Rəşid bu gün hökmən gəlməlidir, çünki sabah dərslər başlanır. 8. Müəllim Sədaqətdən keçmiş dərsi soruşdu, ancaq o dərsə hazır deyildi. 9. Səməndər stansiyaya getdi, lakin qatar gecikirdi.

Упражнение. Спишите, раскрывая скобки.

1. Dost dosta dar gün (də) lazımdır. 2. Bizim rayonumuz (da) gürcülər(də), avarlar(da), ləzgilər(də) mehriban bir ailə kimi yaşayırlar. 3. Nərgiz (də) gözəl şe`rlər yazmaq qabiliyyəti var. 4. Şahmar (da), Nəzər(də) ali məktəbdə oxuyurlar. 5. Koridor (da), sinif (də) dibçəklər qoyulmuşdu.

Упражнение. Переведите.

1. Yolun hər iki tərəfi yaşıl ağaclarla örtülmüşdü. 2. Dağın döşünü lalələr qırmızı rəngə boyamışdır. 3. Biz bağdan şirin alma, dadlı armud dərdik. 4. Sarı heyvanın ətri ətrafı bürümüşdü. 5. Meyxoş nar, qara gavalı insan üçün çox faydalıdır. 6. Səid mağazadan boz kostyum aldı.

Упражнение. Перепишите предложения, вставляя по смыслу слова.

1. Aşpaz … şorba biçirdi. 2. Cavad … xörəyi çox sevir. 3. … havada təyyarə çətin hərəkət edir. 4. Tahirə … və … qızdır. 5. … əsgər əli ilə … faşistin boğazından yapışdı. 6. Maşınımız … və … yolla irəliləyirdi.

Cловарь – Lüğət

yazılı abidə- письменный памятник təmkinli- выдержанный

səsləşmək- звучать mənəvi sifətlər- выразительные лица

boy- здесь: часть эпоса Tanrı- Создатель, Творец

basqınçı- разбойник fərarilik- дезертирство

fədakarlıq- самоотверженность mənfur- ненавистный

qəsbkarlıq- захватчик mənbə- источник

GÖY GÖL

Dağların qucağlnda Bürüyur bu gözəli

Bir nazlı gözəl yatır. Payızın xəzəli də.

Bu gözəlin başına Kaman çalır burada

Fəsillərin hərəsi Ətirli dağ yeli də.

Bir rəngli örpək atır. (M. Dilbazi)

Пословицы и поговорки.

Ağac bar verəndə başını aşağı əyər.

Чем больше плодов на дереве, тем ниже его ветки.

Ağac götüyündən su içər.

Без корней и полынь не растет.

Урок 18.

Грамматические темы.

1. Наклонения глагола.

2. Желательное наклонение глагола.

3. Долженствовательное наклонение глагола

1. Наклонения глагола выражает отношение говорящего к действительности, реальности действия. Это отношение устанавливается говорящим. С этой точки зрения в азербайджанском языке имеются повелительное, изъявительное, желательное, долженствовательное, обязательное, условное наклонение. Изъявительное наклонение соответствует времени глагола.

Эти формы спрягаются по лицам и различаются специальными морфологическими показателями (аффиксами).

2. Желательное наклонение глагола.

Желательное наклонение глагола выражает желание, намерение. Образуется аффиксами – a, - ə:

Al - a - m – лишь бы я взял (брал)

Gəl - ə - sən – лишь бы ты пришел…

Gəl - ə - лишь бы он пришел

Для усиления желания перед глаголом употребляются слова kaş (хотя бы), təki (хотя бы, лишь бы), gərək (должно, надо, нужно). Эта форма глагола принимает личные аффиксы, По своей семантике относится к будущему времени. Например:

Mənə heç nə lazım deyil, təki sən sağalasan.

Мне ничего не надо, лишь бы ты выздоровел.

Kaş bu il instituta daxil olam – Лишь бы в этом году поступил в институт.

Gərək oxuyam gərək oxuyaq

Gərək oxuyasan gərək oxuyasiniz

Gərək oxuya gərək oxuyalar

gərək alam gərək alaq

gərək alasan gərək alasınız

gərək ala gərək alalar

gərək oxumayam gərək oxumayaq

gərək oxumayasan gərək oxumayasınız

gərək oxumaya gərək oxumayalar

gərək almayam gərək almayaq

gərək almayasan gərək almayasiniz

gərək almaya gərək almayalar

2. Долженствовательное наклонение глагола выражает действие, совершение которого является обязательным. Образуется путем присоединения аффикса - malı, - məli к основе глагола. Это форма принимает аффиксы лица.

Единственное число.

Mən oxumalıyam Я должен читать

Sən oxumalısan Ты должен читать

O oxumalıdır Он(она) должен читать

Множественное число

Biz oxumalıyıq Мы должны читать

Siz oxumalısınız Вы должны читать

Onlar oxumalıdırlar Они должны читать

Отрицательная форма долженствовательного наклонения глагола образуется путем присоединения к основе глагола аффикса –ma, - mə.

Единственное число

Mən oxumamalıyam Я не должен читать

Sən oxumamalısan Ты не должен читать

O oxumamalıdır Он не должен читать

Множественное число

Biz oxumamalıyıq Мы не должны читать

Siz oxumamalısınız Вы не должны читать

Onlar oxumamalıdırlar Они не должны читать

Mən baxmamalıyam Я не должен смотреть

Sən baxmamalısan Ты не должен смотреть

O baxmamalıdır Он не должен смотреть

Baxmalı deyiləm Я не должен смотреть

Baxmalı deyilsən Ты не должен смотреть

Baxmalı deyil Он не должен смотреть

Deməməliyəm Я не должен говорить

Deməməlisən Ты не должен говорить

Deməməlidir Он не должен говорить

Deməli deyiləm Я не должен говорить

Deməli deyilsən Ты не должен говорить

Deməli deyil Он не должен говорить

Для образования сложной формы долженствовательного наклонения к глаголам прибавляются вспомогательные глаголы idi , imiş и личные окончания прошедшего времени idi, употребляется в форме - dı,- di,а вспомогательный глагол imiş – в форме - mış, - miş. При этом между ними и окончаниями –malı,- məli появляется согласная буква y.

Abdulla Şaiq.

Abdulla Şaiq Talıbzadə 1881 –ci ildə Tiflisdə anadan olmuş və ilk təhsilini orada almışdır. O, hələ uşaq yaşlarında ana dili ilə yanaşı, rus və fars dillərini də mükəmməl öyrənmişdi.

Abdulla Şaiq 1901 –ci ildə Bakıya gəlir, burada müəllimliklə məşğul olur. Gənc Şaiq müəllimlik edərkən bədii yaradıcılığa başlayır, dövrün maraqlı və vacib hadisələrini əks etdirən əsərlər yazır. O, inqilabdan əvvəl, yazdığı hekayələrində keçmiş dövrün dözülməz hadisə və əhvalatlarından bəhs etmişdir.

Abdulla Şaiq uşaqların sevimli yazıçısıdır. O, uşaq həyatından bəhs edən onlarca maraqlı şer və hekayələr yazmışdır.

Azərbaycan ədəbiyyatında Abdulla Şaiq bir dramaturq kimi də məşhurdur. O, “İldırım”, “Nuşabə”, habelə uşaqlar üçün yazdığı “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə” pyeslərinin müəllifidir.

Görkəmli şair, nasir və dramaturq Abdulla Şaiqin xidmətləri hökümətimiz layiqincə qiymətləndirərək ona əməkdar incəsənət xadimi fəxri adını vermiş, onu bir neçə orden və medallarla təltif etmişdir.

Abdulla Şaiq 1959- cu ildə Bakı şəhərində vəfat etmişdir.

Qızıl

Yaylaqda idik. Kərim babanın Qızıl adlı bir iti var idi. Bir gün alaçıqdan çıxanda Qızıl üstümə cumdu. Qorxumdan iti çubuqla bərk vurdum. Kərim baba bunu gördüsə də dinmədi. Amma anladım ki, hərəkətim xoşuna gəlmədi.

Bir gün yenə iti qovlayırdım. Kərim baba dedi:

- Oğlum, iti vurma, o mənim vəfalı dostumdur. O, yüzlərlə heyvanı canavardan qoruyub.

Kərim baba itin başını sığallaya- sığallaya əlavə etdi:

- Cavan vaxtım idi. Axşam düşmüşdü, qoyunlar isə otlayırdı. Necə oldusa gözümə yuxu getdi. Ayılanda gördüm ki, sürü yoxdur.

- Qızıl!, Qızıl! – deyə qışqıra- qışqıra səhərədək gəzdim.

Səhərə yaxın dərədən səs gəldi. Gedib gördüm ki, Qızıl sürünü iki qayanın arasına yığıb. Özü də al- qan içindədir. O saat bildim ki, sürüyə canavar girib. Ətrafa baxanda üç canavar cəmdəyi gördüm. Sən demə, Qızıl səhərə qədər canavarlarla vuruşub, sürünü qoruyub.

Kərim baba burada dayandı, dərindən nəfəs aldı. Sonra gözlərimin lap içinə baxıb, mehribanlıqla dedi:

- Oğul, Qızıl belə itdir.

Bundan sonra mən Qızılı sevməyə başladım.

Abdulla Şaiq

Məktub yetişmədi

Soyuq bir qış günü. Varlılar qalın paltar geyinmişdilər. Yoxsulların isə əl- ayaqları donurdu. . .

İrandan Bakıya işləməyə gəlmiş Qurban donmuş halda Molla Fərzəlinin yanında oturmuşdu:

- Molla, yaz ki, Anaxanım və Mətiş necədirlər? Sonra yaz ki, mən hələ bir təhər dolanıram. Qazandığım qəpikləri onlara göndərirəm. . .

Molla Qulamhüseyinə də salam yaz, yaz ki, mən gəlincə uşaqlardan göz- gulaq olsun.

Qurban məktubu aldı və Molla Fərzəlinin haqqını verdi. O, birbaş yerlisi Qulamrzanın yanına getdi ki, məktubu onunla göndərsin. Qulamrza evdə yox idi. Qurban iş yoldaşlarının yanına qayıtdı. Onların qazdıqları neft quyusu dərinləşirdi. Quyu dərinləşdikcə ölüm qorxusu da artırdı.

Bu zaman Qurban quyunun dibində idi. Birdən quyuda partlayış oldu. Qurban öldü. Fəhlə dostları onun cibindən ailəsinə yazdığı məktubu tapdılar.

Упражнение. Переведите предложения.

Biz səhər saat 7- də yola düşməliyik. Sən bu əsəri oxumalısan. Biz ona hər şeyi söyləməliyik. Bu ağacları çoxdan əkməli idim. Mən atama bazardan nar almalıyam.

Упражнение. Допишите предложения глаголами в соответствующем наклонении.

Yerinə yetirməli, tabe olmalı, qazanmalı, görüşməli, başlamalı, hazırlaşmalı, çıxmalı.

1Biz tapşırığı . . . . . . 2. Mən onunla . . . . . . 3. Sən işə vaxtında . . . . . . 4. Siz küçə hərəkəti qaydalarına . . . . . 5. Bu il imtahana yaxşı . . . . . 6. Donu tikməyə . . . . 7. İdman yarişlarında birincilik . . . . . 8. Biz tapşırığı . . . . .

Упражнение. Переведите предложения.

1. Adamın gərək ürəyi ilə dili bir ola. 2. Kaş nər yer belə gözəl ola. 3. Gərək bu gün işlərimi qurtaram. 4. Kaş müharibə tezliklə qurtara. 5. Xoşbəxt olasınız. 6. Sağlıqla işlədəsiniz. 7. Gərək anamızın qədrini bilək. 8. Gərək hamı öz dilini yaxşı bilə. 9. Gərək sən hamıdan yaxşı cavab verəsən. 10. Kaş yarışda dalib gələk.

Упражнение. Переведите предложения.

1. Она сегодня должна приехать. 2. Ты должен следить за своим произношением. 3. Ты должен ответить мне. 4. Я должна знать. 5. Вы должны знать правду. 5. Они должны подумать. 6. Я должен знать правду. 7. Дети должны спать. 8. Отец должен мне все сказать. 9. Мы должны уехать на несколько дней. 10. Они должны уехать вместе. 11. Он должен написать мне письмо.

Упражнение. Прочитайте и переведите текст.

Xan:

- Bu gün çox xoş havadır. İstəyirəm dərya üzündə bir az seyr edəm, könlüm açıla. . . Mən gərək min- min adamın qəmini çəkəm, dərdinə yetişəm.

Vəzir:

- Tutdum ki, əyləyib qulluğuna gətirəm, əlimdən dartınıb çıxıb getdi.

Xan:

- Teymur ağa, sənin qərəzin budur ki, mən vilayətlər içində bədnam olam?

Nisa xanım:

- Doğrudur, xan Teymur ağaya bir şey edə bilməyəcəkdir, amma qorxuram ki, Teymur ağa ilə mənim arama elə ayrılıq sala ki, ölümdən bədtər ola.

Teymur ağa:

- İstəyirəm qaçam.

Vəzir:

- Belə olan surətdə, aya, sənə lazım deyilmi ki, təmiz adını itirməyəsən? Bu sözləri ondan ötrü sənə deyirəm ki, elə durub- oturmayasan ki, sənin xüsusunda xana bir söz deyələr. (M. F. Axundovdan)

Упражнение. Переведите на азербайджанский язык.

Я мечтаю, чтобы сын хорошо учился.

Отец хочет, чтобы мы навестили больную бабушку.

Мать хочет, чтобы, я отнес эти вещи моей тёте.

Мать хотела, чтобы я отнес эти вещи моей тёте.

Упражнение. Переведите. Перескажите текст.

Упражнение. Переведите.

  1. Balaca Fatimə həyətə endi. 2. Dənizin suyu ilıq idi. 3. Qalın meşə rütubətli olur. 4. Qoçaq inşaatçılar gecə də işləyirdilər. 5. Leyla səmimi qızdır. 6. Fərid qayğıkeş adamdır.

Lüğət

Dözülməz – невыносимый nasir – писатель

əhvalat – случай layiqincə - по- достоинству

Прочитайте стихотворение.

Quzu

Bir obada körpə quzu,

Mələr- mələr, qaçar düzü,

Ananı axtarar gözü.

Dedim:- Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,

Badyalara südü sağar.

Quzum mələr,durub baxar.

Dedim:- Qaçma,gözəl quzum,

Səni mən bəslərəm özüm.

Anasını quzum görər,

Ayaqları yerə dirər,

Məməsini tapıb əmər,

Dedim:- Qaçma,gözəl quzum,

Səni mən bəslərəm özüm.

(Abdulla Şaiq)

Пословицы и поговорки

Dost dar gündə tanınar.

Друга познают в беде.

Dost dosta tən gərək,

Tən olmasa, gen gərək.

Дружбу водить, себя не щадить.

Урок 19.

Грамматические темы

1. Обязательное (необходимое) наклонение глагола.

2. Условное наклонение глагола.

3. Указательные местоимения elə, belə.

1. Обязательное наклонение глагола выражает необходимость, совершения действия. Образуется путем присоединения к основе глагола аффикса –ası,- əsi (- yasi, - yəsi) и изменяется по лицам.

Mən ged- əsi- yəm//oxu- yası- yam

Я должен идти//читать

Sən ged- əsi- sən //oxu- yası- san

Ты должен идти // читать

ged- əsi- dir //oxu- yası- dır

он должен идти// читать

Biz ged- əsi- yik //oxu- yası- yıq

Мы должны идти // читать

Siz ged- əsi- siniz //oxu- yası- sınız

Вы должны идти // читать

Onlar ged- əsi- dir- lər //oxu- yası- dırlar

Они должны идти // читать

Yaz- ası- yam yaz- ası- yıq

Yaz- ası- san yaz- ası- sınız

Yaz=ası- dır yaz- ası- dırlar

Gedəsi deyiləm gedəsi deyilik

Gedəsi deyilsən gedəsi deyilsiniz

Gedəsi deyil gedəsi deyillər

Yazası deyiləm yazası deyilik

Yazası deyilsən yazası deyilsiniz

Yazası deyil yazası deyillər

2. Условное наклонение глагола

Условное наклонение обозначает действие, которое служит условием для совершения другого действия. Образуется присоединением аффикса - sa, - sə к основе глагола и изменяется по лицам.

Mən alsam eсли я возьму

Sən alsan если ты возьмешь

O alsa если он (она) возьмет

Biz alsaq если мы возьмем

Siz alsanız если вы возьмете

Onlar alsalar если они возьмут

Mən desəm если я скажу

Sən desən если ты скажешь

O desə если он скажет

Biz desək если мы скажем

Siz desəniz если вы скажете

Onlar desələr если они скажут

Отрицательная форма условного наклонения глагола образуется путем присоединения к основе глагола аффикса –ma, mə.

Mən deməsəm Biz deməsək

Sən deməsən Siz deməsəniz

O deməsə Onlar deməsələr

Cavad xan.

Cavad xan Gəncə xanları nəslindən olan Şahverdi xanın ücüncü oğludur. Atasının dövründə Gəncə xanlığı Qarabağa tabe idi. Odur ki, Cavad xan girov kimi Şuşada yaşayırdı. Tarixin hökmü ilə 1785- ci ildə o, Cəncəyə hakimiyyət başına dəlir. Cavad xan hakimiyyətdə olarkən Qazax, Şamxor və başqa yerlər Gəncəyə daxil idi. Bundan başqa, o, Nadir Şah dövründə gürcülərə verilmiş Azərbaycan torpaqlarını geri almışdır. Cavad xan dövründə camaat əmin- amanlıq şəraitində yaşayırdı.

1793- cü ildə özünü İran şahı elan Ağa Məhəmməd Şah Qacar Şuşaya hücum edir. Oranı tuta bilməyib Gəncəyə gəlir. Qacar Tiflisə yürüşedərkən Cavad xan ona qoşulur. Qacar İrana qayıdandan sonra Gürcü çarı II İrakli ilə Qarasbağ xanı İbrahimxəlil xan Gəncəni mühasirəyə alır. Bunu görən Cavad xan qan tökülməsin deyə ibrahim xana xərac verir.

Cavad xan Azərbaycanın azadlığı uğrunda şəhid olmuş xalq qəhrəmanlarından biridir.

Gəncə

Azərbaycanın ən qədim şəhərlərindən biri də Gəncədir. 12- ci yüzillikdə Gəncədə təxminən 500 min nəfərə qədər adam yaşayırdı. Bu dövrdə dünya ölkələrində Gəncə kimi böyük şəhərlər olduqca az idi.

Gəncədə çoxlu dövlət- idarə binaları vardı. Uzun müddət paytaxt şəhəri olmuş Gəncəyə sultan sarayı, ayrı- ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan saraylar, imarətlər, həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdir. Dövlət başçılarının varlıların gözəl sarayları şəhərin mərkəzində təhlükəsiz yerdə tikilmişdi. Bu isə şəhərdə memarlığın və bununla əlaqədar olan bir çox sənət sahələrinin inkişafına təkan vermişdi.

12- ci yüzillikdə Gəncə bütün Şərqdə ən məşhur ticarət və sənətkarlıq şəhəri idi.

Gəncə ətrafında dəmir və mis şıxarılırdı. Bu isə Gəncədə müxtəlif sənətlərin meydana gəlməsinə və inkişafına səbəb olmuşdu. Burada dəmirçilik sənəti xüsusılə geniş yayılmışdı. Dəmirçilər müxtəlif silahlar, əmək alətləri, dəmir və mis qablar düzəldirdilər. Gəncə dəmirçilərinin yüksək sənətkarlığını onun qala qapıları sübut edirdi. Bu qapılar həm də gözəl sənət əsəri idi.

Gəncənin ətrafı bağlar və meşələrlə örtülüdür. Burada dadlı meyvələr- üzüm, əncir, tut və s. yetişdirilir.

Gəncə bir neçə dəfə zəlzələ nəticəsində dağılmışdır. 1139- cu il sentyabrın 30- da cümədən şənbəyə keçən gecə Gəncədə böyük bir zəlzələ baş verdi. Şənərdə çoxlu dağıntılar oldu. Gəncə elə dağılmışdı ki, sanki burada əvvəllər heç vaxt şəhər olmamışdı. Zəlzələ zamanı Gəncə əhalisinin təxminən 230 min nəfəri, diğər məlumata ğörə, 300 min nəfəri həlak olmuşdu. Zəlzələdən Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi və Göygöl əmələ gəldi. Bu göl indi də Azərbaycanın mirvarisi sayılır.

Göy- Göl

1139- cu ildə baş verən güclü zəlzələdən Kəpəz dağı uçdu və bunun nəticəsində də çoxlu göllər əmələ gəldi. Bunlardan ən böyüyü Göy- Göldür. Bu göl Gəncənin 44kilometrliyindədir. Gölün orta dərinliyi 30 metr, ən dərin yeri isə yüz metrə yaxındır. Suyu təmizdir.

Göy- Göl dəniz səviyyəsindən 1576 metr hündürlükdə yerləşir. Göy- Göl dövlət qoruğudur. Göldə xallı balıqlar yaşayır. Gölün ətrafı meşələrlə əhatə olunub. Bu meşələrdə ceyran, cüyür, dağ keçisi və başqa heyvanlar yaşayir.

Göy- Göl Azərbaycanın ən gözəl güşəsidir.

Упражнение. Переведите.

A zərbaycan Respublikasının Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918- ci il iyunun 21- də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək.

Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri- mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15- də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi.

Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə- nin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cumhuriyyəti- nin Bakı- da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.

"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918- ci il tarixli çıxarış:

Eşidildi - Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.

Qərara alındı - Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin".

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2- dir.

Bayraqdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız- hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Bayraqdakı yaşıl rəng islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.

Bayraqdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453- cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. (Bax: M. Əliyev. "Qobustan" jurnalı, 1989, N3).

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.

Böyük yazıçı C. Cabbarlı şerlərinin birində yazırdı:

Bu ay, yıldız boyaların qurultayı nə demək,

Bizcə belə söyləmək.

Bu göy boya, göy moğoldan qalma Bir türk nişanı

Bir türk oğlu olmalı.

Yaşıl boya islamlığın sarsılmayan İnamını ürəklərə dolmalı

Şu al boya azadlığın təcəddü, fərmanı,

Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918- ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Упражнение. Переведите.

1. Toy bu günlərdə başlanasıdır. (C. C. ) 2. Bahar,sən şəhərdə qalasısan. (S. S. A. ) 3. Üstünün küləşinə bir kibrit vursan, şam kimi yanasıdır. (M. Ə. ) 4. Ana, Əlibəyin heç vaxtı varmı? Vallah, gələsiydik bu həftə sizə. (S. V. ) 5. Daha ikinci dəfə əlimi ağrıdıb bu divarı da sökəsi deyiləm. (S. R. )

Упражнение. Дополните предложения.

1. Atam icazə versə, …. . 2. Mən evdən tez çıxsam, . . . . . . 3. Əgər yağış yağsa, . . . . . . 4. Tələbə imtahanlara yaxşı hazırlaşsa, . . . . . 5. Bütün xalqlar sülhü müdafiə işini öz əllərinə alsalar, . . . . .

Упражнение. Переведите предложения.

1. Od olmasa, tüstü çıxmaz. 2. Bir şey lazım olsa, mən sizə deyərəm. 3. Şər deməsən, xeyir gəlməz. 4. Bir az yatsam, dincələcəm. 5. Bir daha təkrarlasam, yadımda qalar. 6. Mən bu barədə indi fikirləşməsəm, sonra gec olacaq. 7. Biz bir şey eşitsək, sizə xəbər verərik. 8. Siz kimdən soruşsanız, hamı belə cavab verəcək. 9 Onlar vaxtında gəlsələr, biz içlasımıza başlayarıq. 10. Ona müraciət etsəniz, o sizə cavab verər.

Упражнение. Переведите.

1. Afiq namə`lum adamın relslərin altına qızıl şey qoyduğunu gördü. O, şübhəli adamla əlbəyaxa oldu. 2. Oğlan qırmızı pomidorları yeşiklərə yığdı. 3. Hava sakit və aydın idi. 4. Ac və quduz canavarlar meşədə vurnuxurdular. 5. Dağ keçisi sıldırım qayadan keçib, çiçəkli dərəyə endi. 6. Biz durna gözlü saf çeşmənin yanında əyləşdik.

1. Başından əssə də min acı külək,

Dayanmaz sinəndə çırpınan ürək.

2. Zülmət oynasa da bir an göylərdə,

Tutulmaz günəşin üzünə pərdə.

(S. Vurğun)

3. Gündə milyon dəfə də girib- çıxsanız suya,

Getməz əllərinizdən, getməz oqan ləkəsi. . .

(S. Rüstəm)

4. Bəzən hamarda da büdrəyir adam,

Oxuyun üzümə nə günahım var.

İttiham etsəniz, günəş sanaram,

Güzəştə getsəniz – ittiham olar.

(M. Araz)