Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Азербайджанский язык для стран СНГ.doc
Скачиваний:
270
Добавлен:
26.09.2019
Размер:
27.39 Mб
Скачать

Урок 6.

Грамматические темы:

1. Склонение имени существительного.

2. Именительный падеж.

3. Родительный падеж.

Склонение имени существительного

В современном азербайджанском языке имеется шесть падежей. Аффиксы и вопросы падежей существительного нижеследующие:

Adlıq hal - именительный падеж – kim? nə? hara? - кто? что?

Yiyelik hal - родительный падеж – ın- 4(- nın- 4)- kimin?nəyin?haranın? - кого? чего?

Yönlük hal - дательный падеж - a- 2 (- ya- 2)- kimə?nəyə? haraya? - кому? чему?

Təsirlik hal - винительный падеж - ı- 4 (- nı- 4)- kimi? nəyi? haranı? кого? что?

Yerlik hal - местный падеж - da- 2 – kimdə? nədə? harada? - у кого? у чего? где?

Çıxışlıq hal - исходный падеж - dan- 2 – kimdən? nədən? haradan? - от кого? от чего? откуда?

Например:

Ad. (им. пад. ) məktəb школа kitab книга

Yiy. (род. пад. ) məktəb- in школы kitab- ın книги

Yön. (дат. пад. ) məktəb- ə школе kitab- a книге

Təş. (вин. пад. ) məktəb- i школу kitab- ı книгу

Yer. (мест. п. ) məktəb- də в школе kitab- da в книге

Çıx. (исход. п. ) məktəbdən из школы kitab- dan из книги

Ad. (им. пад. ) pəncərə окно

Yiy. (род. пад. ) pəncərə- nin окна

Yön. (д. пад. ) pəncərə- yə окну

Təş. (в. пад. ) pəncərə- ni окно

Yer. (м. п) pəncərə- də в окне

Çıx. (исх. п. ) pəncərə- dən из окна

Именительный падеж

Именительный падеж не имеет специального падежного аффикса. Отвечает на вопросы кim? nə? hara? В предложениях обычно выполняет функции подлежащего.

Например:

Əli bizim qonşudur – Али наш сосед.

Kitab stolun üstündədir- Книга на столе.

İmtahan saad doqquzda başladı – Экзамен начался в девять часов.

Bakı Azərbaycanın paytaxtıdır – Баку столица Азербайджана.

.

Родительный падеж.

Родительный падеж обозначает лицо или предмет, которому принадлежит что – либо. Другими словами, родительный падеж выражает отношение между двумя существительными, из которых второе является принадлежностью первого. Первый компонент такого словосочетания принимает аффикс родительного падежа и отвечает на вопросы

kimin? nəyin? haranın? (чей? чья ? чьё? чьи? кого? чего?).

Например:

Evin damı qırla örtülüb – Крыша дома покрыта иром.

Məktəbin direktoru bizim qonşumuzdur – Директор школы – наш сосед.

Для образования родительного падежа используются аффиксы

- ın, - in, - un, - ün.

Kitab- ın cildi – Переплет книги.

Qəzet- in səhifəsi – Страница газеты.

Quş- un yuvası –Гнездо птицы.

Qöz- ün rəngi – Цвет глаза.

Если слова заканчиваются на гласные, то перед аффиксами родительного падежа ставится согласный n.

Например:

Ana- n- ın səsi – голос матери.

Tələbə- n- in biliyi – знание студента.

Quzu- n- un ayaqları – ноги ягнёнка.

Существительное, стоящее в родительном падеже, является определением к другому существительному, которое, как определяемое слово, всегда следует за существительным в названном падеже:

Məktəbin binası. – Здание школы.

Azadın qonşusu. – Сосед Азада.

При наличии определения, выраженного существительным в родительном падеже, определяемое существительное употребляется с одним из вариантов аффикса принадлежности 3- го лица –ı,- i, - u,- ü,- si,- si,- su,- sü.

Личные местоимения первого лица единственного числа mən (я) и множественного числа biz (мы) в родительном падеже принимают аффикс – im: mən- im (мой, моя, мое, мои),biz- im (наш, наша, наше, наши).

Двухсложные слова, заканчивающиеся на q и k в родительном падеже имеют соответственно ğ и y.

Например:

papaq – papağın

köynək - köynəyin

В азербайджанском языке существует другой вид определительных словосочетаний, в которых существительные – определения употребляются и без аффикса. Безаффиксная форма существительного обозначает неопределенность или родовое понятие

Məktəbin direktoru Директор школы (конкретной)

Məktəb direktoru школьный директор (как должность, специальность)

Univesitetin binası Здание университета (конкретного)

Universitet binası университетское здание (вид постройки)

MOLLA PƏNAH VAQİF

Molla Pənah Vaqif 1717- ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini molla məktəbində almış, getdikcə məlumatını artırmış, zamanın ən savadlı adamı olmuşdur. Xalq arasında Molla Pənah adı ilə tanınmışdır.

1759- cu ildə Vaqifin ailəsi Qarabağa, Cavanşir mahalının Tərtərbasar kəndinə köçür. Həmin illərdə o, maddi cəhətdən əziyyət çəkirdi. Vaqifin müəllimlik məharəti, şairlik istedadı haqqında nər yerdə söhbət gedir. Onun yazdığı şerlər əldən- ələ gəzməyə başlayır.

Şairin şöhrətini eşidən Qarabağ xanı İbrahim xan onu saraya aparır. Yeni xarici işlər vəziri təyin edir. Şair ömrünün sonuna qədər sarayda yaşayıb yaradır. Qarabağ xanlığı ilə Rusiya arasında ittifaq bağlanmasına çalışır.

Vaqif xalq ədəbiyyatını gözəl bilirdi. Öz şerlərində ondan çox istifadə edirdi. Şairin “Görmədim”, “Durlar”, “Pəri”, “Bayram oldu” və s. şerləri dillər əzbəridir.

Ağa Məhəmməd Şah Qacarın 1795- ci ildə Şuşa üzərinə hücumu zamanı Vaqif qalanın müdafiəsində böyük fəaliyyət göstərir. 1797- ci ildə Qacar Qarabağa ikinci yürüşü zamanı Şuşanı tutur və Vaqifi zindana saldırır. Lakin Qacar öldürülür və Vaqif həbsdən azad edilir. Hakimiyyət İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Vaqif bu zaman sıxıntı keçirir, təqid edilir.

M. P. Vaqif 1797- ci ildə Qarabağ xanı Məhəmməd bəy Cavanşir tərəfindən öldürülmüşdür.

Ответьте на вопросы

1. Molla Pənah Vaqif kimdir? O neçənci əsrdə yaşamışdır?

2. Onun məqbərəsi haradadır?

3. Vaqifə haralarda abidə qoyulmuşdur?

4. “Bayram oldu” şerində şair nədən şikaətlənir?

5. Ailənin kasıblığı şerdə hansı zözdərdən məlum olur?

Qoca bağbanın vəsiyyəti

Səməd kişinin bağında üzüm, əncir, tut, alma, armud, gilas və başqa meyvə ağacları var idi. O, hər il bağdan bol məhsul götürərdi.

Səməd kişi bərk xəstələnib, yorğan – döşəyə düşdü. O, ömrünün sona yaxınlaşdığını hiss edirdi. Bilirdi ki, ondan sonra oğlu bağa baxmayacaq, ac qalıb, pis yollara düşəcək. Buna görə də oğlunu yanına çağırıb dedi:

Ay oğul, bağda qızılla dolu bir küp basdırmışam. Ancaq xəstələnəndən sonra huşum başımdan çıxıb, onu gizlətdiyim yeri unutmuşam. Sən küpü axtarıb taparsan.

Oğlan qızılı tapmaq üçün bağı qazmağa başladı. Heç bir sey tapa bilmədi.

Aylar keçdi. Qış getdi, yaz gəldi, ağaclar çiçəkləməyə başladı. Bir az sonra meyvələr göründü. Oğlan anladı ki, atası bağda qızıl gizlətməyib, onu işlətmək üçün elə deyib.

O, həmin gündən tənbəllikdən əl çəkdi və atası kimi gözəl bağban olacağına söz verdi.

______________________________________________________

Комментарии к тексту.

götür- ər- di – аффиксы глагола давно прошедшего времени - ər, - ar + di выражают незаконченное, долго продолжающее действие в прошлом, соответствуют русскому «бывало».

xəstələn- ib - - аффиксы деепричастия - ıb,- ib, ub,- üb обозначает добавочное действие как признак основного действия.

yaxınlaş- dığ- ını – аффикс причастия прошедшего времени –dıq обозначает признаки предмета.

baxmayacaq – аффикс - ma, - обозначает отрицание,а аффикс

- acaq будущее время глагола.

______________________________________________________

Упражнение: переведите и составьте из этих слов предложения.

Məktəb, dəftər, ev, stol, jurnal, mənzil, qazet,kitab, vərəq, dost, bacı, insan, yaddaş, qələm, dərnək, müalicə, fənn, tale, pəncərə, şuşə, qanad, avtomobil, paytaxt, tənqid, dostluq.

Упражнение. Спишите предложения. Подчеркните существительные в именительном падеже.

1. Koroğlu xalq qəhrəmanıdır.

2. Kitab bilik mənbəyidir.

3. İş insanın cövhəridir.

4. Uzeir Hacıbəyov görkəmli bəstəkardır.

5. Qarabağ gözəl diyardır.

6. Gəncə gədim şəhərdir.

7. Bakı Azərbaycanın paytaxtıdır.

8. Mehriban balaca qızdır.

9. Rüstəm ağıllı oğlandır.

Упражнение. Переведите данные предложения на азербайджанский язык.

1. Лес красивый. 2. Баку – столица нашей республики. 3. Хлеб – наше богатство. 4. Мой отец – учитель. 5. Моя мать – врач. 6. Погода холодная. 7. Мой старший брат спортсмен.

Упражнение. Вместо вопросительных слов в скобках поставьте существительные в именительном падеже:

(Kim?) yaxşı oxuyur. (Kim?) hekayə yazır. (Nə?) uçur. (Nə?) maraqlıdır. (Hara?) qözəl kənddir

Упражнение. Вместо точек впишите соответствующий вариант аффикса множественного числа:

Toxucu . . . işləyirlər; O tələbə . . . dil öyrənir. . . ; Mühəndis. . . . zavodda işləyir. . . ; Qız. . . məktub yazır. . . ; Uşaq. . . həyətdə oynayır. . . ; Müəllim. . . rusca bilir. . .

Упражнение. Вставьте пропущенные аффиксы и переведите на русский язык.

Ovçu. . . tüfəngi, pələng. . . nəriltisi, meşə. . . havası, ağac. . . budağı,

küçük. . . zingiltisi, qış. . . soyuğu.

Упражнение. Вставьте пропущенные окончания и переведите на русский язык.

Günəş. . . istisi, qum. . . üstü, ağac. . . yarpağı, alma. . . dadı, ceyran. . . əti, şəhər. . . işıqları, kitab. . . üzü, pəncərə. . . qabağı, dəniz. . . sahili, qoyun. . . dərisi, göz. . . giləsi,camaat. . . əgidəsi.

Упражнение. Переведите на азербайджанский язык.

Азербайджан – моя Родина. Столица Азербайджана – город Баку. Баку- древний и красивый город. В Баку есть много парков и садов. В Баку много памятников.

Упражнение. Добавляя соответствующие слова, дополните предложения.

1. Nizaminin _ _ _ Bakıdadır. 2. Mən Azərbaycan _ _ _ çox sevirəm. 3. Uşaqlar “Azərbaycan” _ _ _ əzbərləyirlər. 4. Bakıda çoxlu _ _ _

evlər var. 5. Qardaşlar _ _ _ gedirlər. 6. Müəllim _ _ _ Nəzrindən soruşur.

Слова : dərs, hündür, şəhər, heykəl, şer, dil.

Упражнение. Вставьте пропущенные аффиксы и переведите на русский язык.

Lalə Vaqif… kitabını verdi. İradə kitab. . . vərəqini səliqə ilə yapışdirır. . Məktəb. . . həyəti başdan- başa gül- çiçəkdir. Müəllim Sevinc. . . dəftərini nümunə göstərir.

Упражнение. Переведите.

Kitabın rəngi, ailənin evi, atanın saatı, sürücünün adı, otağın stolu, paltarın rəngi, gəminin adı, həkimin otağı, tələbənin çantası, maşınınsürücüsü, qrupun bələdçisi, kitabın adı, Arzunun üzüyü, mənim atamın evi, sizin evinizin pəncərəsi.

Упражнение. Переведите.

Ağacların yaşı

Ağac həyatımızın yaraşığıdır. Bəzi ağacların ömrü xeyli uzun, bəzilərininki bir az qısa olur. Ağacın yaşını necə təyin edirlər? Bu, asan işdir. Kəsilmiş ağacın gövdəsinə baxanda onlarla, yüzlərlə halqalar görünür. Bu halqaların hərəsi bir ili göstərir. Gövdədə neçə halqa varsa, ağacın yaşı da o qədərdir. İnsanlar bu yolla öyrənmişlər ki, sərv ağacı dörd min il, palıd ağacı iki min beş yüz il, şabalıd, sidr və küknar ağacı dörd min altı yüz il, cökə ağacı min yüz bir il, şam ağacı beş yüz yetmiş il, ağcaqayın və qovaq ağacları əlli il yaşayır.

Oduncağı bərk olan ağaclar çox yaşayır.

Упражнение. Переведите.

Цвет стены, чашка Мамеда, словарь переводчика, рука мальчика, пальто моего друга, деньги его семьи, деревья нашего сада, дача его тёти, цвет чашки Анара.

Словарь

dolu – полный batmaq – погружаться

cuval – большой мешок noğul – конфеты

düyü – рис şəkər – сахар

yağ – масло axta zoğal – сущённый кизил

tükənmək – иссякать mal – здесь: состояние

motal – сыр в бараньей шкуре sahibcamal – красавица

naşükür – неблагодарный öyünmək – хвастаться

bəndə - человек kamal – здесь: ум

dəxi (daha) – уже Allaha şükür – Слава Богу

əncir- инжир

yaxınlaşdığını hiss edirdi- чувствовал приближения

alma- яблоко pis yollara düşəcək - испортится

armud – груша Buna görə - поэтому

gilas - черешня küp – небольшой глиняный кувшин

bol məhsul - много урожая basdırmışam - закопать

bərk xəstələnib – сильно заболев yorğan – döşəyə - постель

Прочитайте стихотворение.

Bayram oldu

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Düyüylə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm dəxi qoymazlar kəndə.

Xalq batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,

Nə də evdə sahib- camalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

Molla Pənah Vaqif

Пословицы и поговорки.

Yazana baxma, yazdığına bax!

Не смотри на пищущего, смотри на написанное им!

Урок 7

Грамматические темы:

1. Глагол. Неопределённая форма глагола.

2. Повелительное наклонение 2- го лица.

3. Дательный падеж.