Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Məsihin əziyyətləri

Məsih və anası çox əzab-əziyyətlərə dözdülər.

Yəhudilər İsanın doğulduğu ilk günlərdən Məryəmə əziyyət verirdilər. Onların ürəkləri Allahın mö`cüzəsi ilə dirilmək əvəzinə Məryəmi pis işlərlə ittiham edir və deyirdilər: «İsanın atası Yusif Nəccar adlı bir kişidir».

İsa böyüdükdən və Allahın risalətini öhdəsinə götürdükdən sonra hər yerdə onu təzyiq altında saxladılar. Onlar indi hökuməti onu öldürməyə təhrik etmişdilər. Onlar hakimi padşaha xəyanət etməsində ittiham edirdilər.

Yəhudilər o həzrəti öldürməkdə yaşıl işıq aldılar. Hər yerdə onu axtarmağa başladılar. Roma hakimi də onu tutmaq və dar ağacından asmaq üçün əsgərlərdən ibarət bir dəstə tə`yin etdi. Bəs İsa harada idi?

Məsih bə`zi həvarilərlə bağda gizlənmişdi. Yemək yedikdən sonra həzrət ayağa qalxdı ki, öz ardıcıllarına təvazö və təvazökarlıq barəsində dərs versin. Onların əllərini yudu və buyurdu:

-Mən bu işi etdim ki, sizin üçün nümunə olsun. Siz də insanlarla təvazökarcasına rəftar edin.

O gecə Məsih xəyanət hiss etmişdi. Buyurdu:

-Sizə xəbər verirəm. Tezliklə çoban gedəcək və qoyunlar tənha qalacaqlar. Xoruz üç dəfə banlamazdan əvvəl sizin biriniz mənə kafir olacaqdır.

Həvarilər bir-birlərinə nəzər saldılar. Yəhuda Esxəryutinin gözlərindən xəyanət qığılcımı saçırdı.

O qış gecəsində hava çox soyuq idi. Hamı yuxuya getdikdə Yəhuda yavaş-yavaş çölə çıxdı. O, qızıl və ləl-cəvahirat barəsində düşünürdü. Tezliklə əlinə yetişəcək mükafat barəsində fikirləşirdi. Ona görə də keşişlərin xəbər gözlədikləri ibadətgaha doğru getdi.

Yəhuda böyük keşişin qulağına yavaşca nə isə deyib, bir ovuc qızıl sikkə aldı. Xoruz üç dəfə banladı. Kahinlər romalı əsgərlərə fərman verdilər ki, Yəhuda Esxəryutiylə birgə getsinlər.

Yəhuda üzünü örtmüşdü ki, heç kəs onu tanımasın. O hərəkət etdi. Əsgərlər də onun ardınca hərəkət etdilər. Camaat məsələdən xəbərdar oldular. Hay-küy qalxdı. Onlarla mə`mur bağa daxil oldu.

Həvarilər o yan bu yana qaçdılar.

Allah iradə etdi ki, xaindən intiqam alsın. Ona görə də Məsihin oxşar sifətini Yəhudanın üzünə saldı. Yəhuda Məsihə oxşadı. Allah-təala Məsihi göylərə, onlardan uzaqlara apardı. Onu yəhudilərin çirkin hiylələrindən xilas etdi.

XAÇ

Romalı mə`murlar Məsihi tuta bilmədilər. Onlar onu öncədən tanımırdılar. Çünki, qabaqca onu görməmişdilər. Amma, hay-küy və qalmaqal arasında gözləri Yəhudaya düşdü. Gördülər ki, Məsihin bütün əlamət və nişanələri onda vardır. Onu tutub, apardılar.

Yəhudilər Məsihin əlindən çox tez rahat olmaq istəyirdilər. Ona görə də cəld onu Cəlcələ təpəsinə apardılar.

İsanın sərgüzəştləri unudulsun deyə orada həmin İsaya oxşayan adamı dardan asdılar. Görəsən doğrudanmı məsələ bununla sona çatdı.

Yox! Onun zühuru barəsində çoxlu şayiələr yayıldı. Bəlkə onu çox sevən yoxsul və kasıblar bu şayiələri yayırdılar.

Bununla belə yəhudilər qorxu ilə yaşayırdılar. Çünki, Məsihin ölməsinə əmin deyildilər. Buna görə şayiə yayırdılar ki, Məryəm oğlu İsa öldürülmüş və dardan asılmışdır. Amma, həqiqət başqa cür idi. Allah-təala Qur`ani-Kərimdə buyurur:

«Onlar İsanı nə öldürdülər, nə də dardan asdılar. Lakin, məsələ onlar üçün dəyişildi. Şübhəsiz ki, onu öldürmədilər. Allah onu özünə tərəf ucaltdı. Allah qüdrətli və hikmətlidir».

Məsih bir gün qayıdacaqdır... Nə vaxt? Və`d olunmuş gün. Əhli-beytin on ikinci imamı Məhəmməd Məhdinin (ə) qiyam edəcəyi gün. Məsih həzrət Məhdinin (ə) sözlərinə və ona şəhadət verəcək, haqq batilə qələbə çalacaq və hər yeri əmin-amanlıq və asayiş bürüyəcəkdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]