Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Kə’bəyə doğru

Allahın istəyilə İbrahim (ə) Hacəri və oğlu İsmayılı özüylə cənuba tərəf, çox uzaq bir yerə aparmalı idi. İbrahim (ə) Allahın fərmanına itaət edərək, indiyə qədər getmədiyi namə’lum bir yerə köçdü. O, südəmər körpəli həyat yoldaşı Hacərlə uzun müddət yol getdilər. İbrahim (ə) nə vaxt gözəl məkan və yaşıllıq görsəydi göyə baxardı. Çünki, və’d olunmuş yerə çatmalarını arzu edirdi. Lakin, Allahın mələyi göydən enib, ona xəbər verirdi ki, yolu davam etdirsin.

Beləliklə İbrahim (ə) və südəmər körpəsini qucağında tutmuş Hacər gedirdilər. Uzun müddətdən sonra onlar quru, su və otsuz bir yerə çatdılar: qum və quru səhra bitkilərindən başqa bir şey olmayan bir dərəyə. Orada mələk endi və İbrahimə xəbər verdi ki, müqəddəs yerə çatmışdır.

İbrahim (ə) o dərəyə endi. Həyatdan uzaq bir dərə idi. Orada nə çay vardı, nə bulaq və nə də bir insan orada yaşayırdı. Həqiqətən Allahın istəyi bu idi ki, körpə İsmayıl və anası orada yaşasınlar.

Vİdalaşma

İbrahim (ə) öz sakit oğlu İsmayılı öpüb, ağladı. O, Hacəri və övladını o qorxulu yerdə qoyub, qayıtmalı idi. İbrahim (ə) Fələstin torpaqlarına qayıdıb, oradan uzaqlaşdıqca onlar üçün ağlayırdı.

Hacər ətrafına baxdı. Qum və dağların möhkəm daş parçalarından başqa bir şey görmədi. Ona görə də ərinə dedi:

-Bizi burada, bu dəhşətli yerdə qoyub gedirsən?

-Ey Hacər! Allah mənə belə əmr etmişdir.

Hacər imanlı bir qadın idi. Bildi ki, Allah öz bəndələrinə qarşı mehribandır. Onların xeyir və yaxşılıqlarını istəyir. Ona görə də İbrahimə dedi:

-İndi ki, Allah belə fərman verib, deməli, bizi qoruyacaqdır. O, bəndələrini unutmur.

İbrahim (ə) oğlu və yoldaşı ilə vidalaşdıqdan sonra onlardan uzaqlaşdı. Təpələrin başında dayandı. Göyə baxdı və Allahdan istədi ki, onları zərər və ziyanlardan qorusun.

Su

İbrahim (ə) çox uzaqlaşıb, gözlərdən itdi. Hacər daha onu görə bilmirdi. İsmayıl ətrafında nələr baş verdiyini bilmirdi. Hacər oğlu üçün bir qoyun dərisi sərdi, özü və körpəsi üçün dik bir xeymə düzəltmək üçün ayağa qalxdı. O, çox arxayınlıqla işləyirdi. Elə bil ki, öz evindədir. Hacər inanırdı ki, orada kimsə vardır. O, onu və uşağını qoruyur. Gündüzlər bir az odun toplayıb, gecələr od qalayırdı. Şam yemək üçün özünə bir az çörək hazırlayırdı. O, gecənin çoxunu oyaq qalır və ulduzla dolu səmaya baxırdı.

Bir neçə gün keçdi. Hacər belə bir vəziyyətdə yaşayırdı. Götürdüyü sular qurtardı. Hətta qabda bir damcı da su qalmadı. Suyun hamısı qurtarmışdı. Qorxulu və sükuta bürünmüş bir dərədə Hacər o tərəf-bu tərəfə baxırdı. Amma, bir şey görmürdü. Əmin oldu ki, bu yer quru və susuzdur. Qabaqca nə bir insan buradan keçib və nə də səmasında bir quş uçmuşdur.

Körpə İsmayıl ağladı. O, susuz idi; bir içim su istəyirdi. Amma, bilmirdi ki, ətrafında nələr baş verir. O, bilmirdi ki, yerin hansı tərəfində yaşayır.

Anası mehribanlıqla ona baxırdı. Nə etsin? Bu quru səhrada suyu haradan əldə etsin? Birdən ürəyində analıq hissi şö’lələndi. Bir iş görməyə məcbur idi. O, gərək bu torpaqda su tapaydı, hətta əgər bir içim olsa belə. Öz-özünə deyirdi.Bəlkə bu dağın arxasında bulaq və ya çala ola. Bəlkə o təpənin arxasında hansısa xeyirxah insan karvan yolçuları üçün bir su quyusu qazmışdır.

Hacər ayağa qalxdı. Öz ətrafına baxdı. Övladı üçün təhlükə yarada biləcək canavar və ya kaftarın olmamasına əmin oldu. Heç nə yox idi. Ara-sıra gözə dəyən tikanlı otlardan başqa heç nə yox idi.

Hacər Səfa dağına tərəf qaçdı. O, ümidlə qaçırdı. Amma, ürəyində qorxu var idi. Olmaya canavar susuz uşağı - İsmayılı apara. İsmayılın səsi hələ də qulaqlarında idi. Hacər dağın zirvəsinə qalxdı. O, dərəyə nəzər saldı. Su dalğalarına oxşar bir şeylər gördü. Dərəyə tərəf qaçdı. Amma, bir şey görmədi. Səhranın qumundan başqa orada heç nə yox idi. O, dərənin ortasında yalnız havanın hərarətindən dalğalanan və dəryanı xatırladan ilğım görmüşdü.

Hacər qaça-qaça uşağı İsmayıla tərəf qayıtdı. Uşaq ağlayır və qışqırırdı. O, su axtarırdı. Hacər ümidlə Mərvə dağına baxdı: Bəlkə orada su olar?

Çox sür’ətlə qaçırdı. Qumlar ayağının altında dağılırdı. Suya oxşar bir şey gördü. Qaçdı və sür’ətlə yolu qət etdi. Amma, yenə də ilğımdan başqa bir şey deyildi.

İsmayılın ağlamaq səsi kəsildi. Hacərin gözündən itdi. Ana tez qayıtdı. Uzaqdan övladının ağladığını gördü. Həmişəki kimi su istəyirdi. Bəlkə də anasını axtarırdı. Qorxurdu.

Hacər Səfa və Mərvə dağları arasında qaçırdı. O, oğlu İsmayıla su axtarırdı. Çünki, o, susuzluqdan can verməkdə idi. Hacər göyə tərəf baxdı və səmimi qəlbdən fəryad etdi:

-İlahi!

Mərvə dağına qalxdı. İsmayıl gözlərindən itdi. Ağlamağı kəsildi. O, oğlu İsmayılın can verməyindən qorxdu. Bəlkə də ac bir canavar onu yemişdir. Var gücü ilə qaçırdı. Uzaqdan gördü ki, İsmayıl sakitdir və ayaqlarını tərpədir. Kiçik ayaqlarının altından su bulağı qaynayır.

Hacər ağlayaraq göyə baxdı. Allah duasını qə’bul etmişdi. Qumların arasından su axırdı. Hacər, susuzlar ondan su içsinlər deyə, tez suyun yan-yörəsində kiçik bir hovuz düzəltdi. O, sonralar Zəmzəm quyusu adı ilə məşhurlaşdı.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]