Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Mən allaHıN bəndəsiyəm

Məryəm ibadət mehrabında namaz qılırdı. İsa beşiyinə uzanmışdı: parlaq bir ulduz kimi... Bahar vaxtı çiçəklənən qönçə kimi... Zəkəriyya və keşişlər otağa daxil oldular.

Onların biri kobudluqla Məryəmə müraciət edərək dedi:

-Çox çirkin bir iş görmüsən.

O birisi dedi:

-Ey Harunun bacısı! Nə atan pis bir kişi idi və nə də anan çirkin iş görən qadın!

Məryəm dayanmışdı. O öz qövmünə baxırdı. Onun çöhrəsində səmavi bir nur parlayırdı. Məryəm heç bir söz demədi. O, işarəylə körpəni göstərdi.

İnsanlar təəccüb edərək dedilər:

-Beşikdə olan bir körpə ilə necə danışaq?

-Biz necə körpə ilə danışaq? Beşikdə olan bir körpə söz deyə bilərmi?

Onların təəccüblə uşağa baxdıqları anda mö`cüzə baş verdi. Körpə dil açaraq hadisənin həqiqəti üzərindən pərdə götürdü. O dedi:

-Mən Allahın bəndəsiyəm. O mənə səmavi kitab vermiş, peyğəmbər etmişdir. Allah mənim və sizin rəbbinizdir. Ona ibadət edin.

Harada olsam Allah məni xeyir və bərəkətli etmişdir. O, diri olduğum müddətdə mənə namaz qılmağı və zəkat verməyi tövsiyə vermişdir.

Allah məni, anama qarşı yaxşılıq edən yaratmışdır, zalım və rüsvayçı yox.

Doğulduğum, dünyadan köçəcəyim və yenidən diriləcəyim gün mənə Allahın salamı olsun!

Bu həyəcanlı mənzərənin qarşısında Zəkəriyya Allaha səcdə etdi. O, Allahın ruhu və onun Məryəmə əta etdiyi əzəmətli vücud olan Məryəm oğlu İsanı təsdiqlədi.

Bə`ziləri təslim oldular. Ürəkləri imanla doldu. Bə`ziləri isə eləcə hadisəyə daş ürəkləri ilə yanaşır, o mö`cüzəyə inanmırdılar.

Möhtərəm ailə

Allah Zəkəriyyaya və`də verdi ki, ona övlad əta edəcəkdir. O mö`cüzə də baş verdi. Yəhya doğuldu. Anası Yəsabat doğmaz bir qadın idi. Amma, Allah-təala İsanı atasız yaratmışdı. O, doğmaz bir qadına da övlad verə bilərdi. Ona görə də Zəkəriyya sevindi.

Yəhya doğuldu. Pak və imanlı bir uşaq idi. Allahı sevirdi, Allah da onu sevirdi. Zəkəriyyanın ailəsi möhtərəm və böyük ailə idi. Saleh ata, imanlı ana, ata və anasına yaxşılıq edən və insanların xeyrini istəyən uşaq.

İsa doğuldu; o həzrətin dünyaya gəlişi mö`cüzə və Allahın qüdrətinə insanlar üçün nişanə idi.

Yəhya da mö`cüzə ilə doğuldu. Çünki, anası doğmaz qadın idi. Allah ona saleh övlad əta etmişdi ki, insanlar üçün nişanə və rəhmət olsun.

Bu iki müqəddəs insan Allahın qüdrətinə və rəhmətinə iki nişanə və sübut idilər. İndi görək cavanlıq yaşlarında onlar üçün hansı hadisələr baş verdi.

Bütün bunlarla kitabın sonrakı hissəsində tanış olacağıq.

İlahi məhəbbət Həzrət Yəhyanın əhvalati

Məryəm oğlu İsa doğuldu. Mö`cüzəli uşaq dünyaya gəldi... Allah tərəfindən əzəmət və rəhmətli bir vucud... Məryəmin paklığına inananlar, uşağın danışdığını və Allahın rəhmətindən xəbər verdiyini gördükdə məsələyə inanıb, iman gətirdilər.

O zaman yəhudi cəmiyyəti fəsad, yalan və dünyapərəstlikdə qərq olmuşdu. Tövratın sözlərinin çox az bir hissəsi qalmışdı. Yəhudilər Allahın kəlamını dəyişdirmişdilər.

Onlar bu işi öz mənafeləri və tamahkarlıqları üçün etmişdilər.

Yəhudilər maddi varlıqlardan başqa heç bir şeyə iman gətirməyən cəmiyyətə çevrilmişdilər. Kasıb və yoxsullar daha da kasıb, varlılar isə daha da varlı olurdular. Qızıl və cəvahiratdən başqa orada müqəddəs bir şey yox idi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]