Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Misirə doğru

O şəhərdə bir qiyam baş verdi. Beşiyində danışan uşaq qəribə bir uşaq idi.

Zamanın hökuməti tərəfindən bir nümayəndə gəlib, o qəribə uşaq barəsində sual-cavab etməyə başladı: Beşiyində söz danışan, insanlara öz peyğəmbərliyini və onları zülmdən qurtaracağını xəbər verən körpə barəsində.

Roma paytaxtının hökuməti nigaranlıq hiss etdi. O, şəhərlərdə nə baş verdiyini bilmək istəyirdi.

Hətta Zəkəriyya da yəhudilərin hiylə və məkrlərində kənarda qalmadı. Onun əleyhinə planlar cızıb, Roma hökmranını onu öldürməyə təhrik etdilər.

Yəhudilər ürəklərində insanlara kin və düşmənçilik bəsləyirdilər. Onlar yalnız özlərini sevirdilər. Hər dəfə peyğəmbər gəlib, onlara nəsihət edərək düzgün yola də`vət etsəydi, onun əleyhinə hiylə qurar və onun qətlinə plan hazırlayırdılar.

Onların qəlbində Babilin əsarəti zamanından, yə`ni Buxtun-nəsrin Fələstini işğal etdiyi və yəhudiləri əsir edərək Babilə apardığı zamandan böyük kin-küdurət var idi. O zamandan dünyaya hakim olmaq üçün plan çəkirdilər. Onlar Tilmut adlı bir kitab yazdılar və dedilər:

«Bu kitabın hörmət və müqəddəsliyi Tövratdan üstündür».

Hətta Tövrat da onların məkr və hiylələrindən uzaq qalmadı. Onlar ilahi kəlamı və Allahın elçisi olan Musanın şəriətini dəyişdirdilər.

Ona görə də İsa atasız doğuldu. O, atasız doğuldu ki, bir mö`cüzə olaraq, Bəni-İsraili düzgün yola də`vət etsin.

Yəhudilər, peyğəmbərlərin insanların xeyrini istədiklərini bildikləri halda, onları yalançı adlandırırdılar.

Məryəm uşağı üçün qorxdu. Yəhudilərin məkr və hiyləsindən çəkindi. O, Roma dövlətinin nümayəndəsi tədqiqat aparmaq üçün gəldiyi zaman Misrə qaçmaq fikrinə düşdü.

Bir gecə Məryəm İsa Ruhullahı - o əzəmətli vücudu götürüb, öz vətənini tərk edərək, Misrə yollandı. Onlar uzun illər orada yaşadılar.

Səmavi kitab

Zəkəriyyanın oğlu Yəhya hələ uşaq ikən hamını təəccübə salırdı. İnsan ona baxdıqda çöhrəsində iman nurunu görürdü. Onun gözlərində peyğəmbərlərin əzəmət və vüqarı parlayırdı.

Bir gün uşaqlar onun yanına gəlib, dedilər:

-Gəl birgə oynayaq.

O isə ədəblə cavab verdi:

-Mən oynamaq üçün yaranmamışam.

Həmin uşaqlıq çağından çox şeyləri dərk edirdi: Məryəm möc`üzə uşağı ilə nə üçün qaçdı? Niyə yəhudilər cəhalət, nadanlıq və azğınlıqda qərq olublar? Niyə kafir romalılar onlara hakim olublar?

Bütün bunlar ona görə idi ki, Bəni-İsrail haqq dindən uzaqlaşmışdı.

Çünki, onlar peyğəmbərlərə kafir olmuş və öz şəxsiyyətlərinə pərəstişə düçar olmuşdular.

Yəhya böyüyüb, igid bir cavana çevrildi. O, açıq-aşkar deyirdi:

«Kimin iki paltarı varsa, onların birini paltarı olmayana versin!

Xörəyi olanlar aclara yemək versinlər!

Heç kəsə zülm etməyin və heç kəsə böhtan atmayın!

Allahın yolu aydın və düzdür. Ondan azmayın!»

Herodis

O zamanlar Şamda Romanın Herodis adlı hakimi hökmranlıq edirdi. O, bütpərəst və fasiq bir insan idi.

Herodisin qardaşının gözəl bir həyat yoldaşı vardı. Herodis onu zorla özünə yoldaş etmək üçün qardaşından aldı. Heç kəs onun bu işinə e`tiraz etmədi. Yalnız Yəhya qəsb edən insana dedi:

-Bu iş düzgün deyil! Sən belə bir iş görə bilməzsən!

Yəhya sakit qalmadı. Herodisi pis işlərinə görə ittiham edərək ifşa edirdi.

Herodis Allahın peyğəmbərini həbs etmək fərmanını verdi. Mə`murları onu tutdular. Onu zindana saldıqları zaman qorxmadı. Heç kəsə kömək üçün müraciət etmədi. O, şücaətli və qəhrəman bir insan idi. Zindanda da fəryad edərək deyirdi:

«Məndən sonra daha güclü birisi gələcəkdir. Onun dövründə rəhmət hər yeri bürüyəcək. Zanbaq gülləri çiçəklənəcək. Kor gözlər işıqlanıb, günəşi görəcək və kar qulaqlar eşidəcəkdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]