Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
62
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Tur daği

Musa səmavi dinlə qayıtdı. Bəs Bəni-İsrail necə? Onlar dünya və axirət səadətini tə`min edən şəriətə görə sevindilərmi? Yox. Onların əksəriyyəti ilahi dini qəbul etmədilər. Çünki, həmin din onları düzgün insanlara çevirmək istəyirdi. Onlarsa öz nəfslərinin xoşladığı cahillikdə qalmaq istəyirdilər.

Musa öz qövmündən Allahın dininə əməl etmək və onun hədlərini keçməmək barədə əhd almaq istədi. Lakin, onlar qəbul etməyib, peyğəmbərləri ilə əhd və peyman bağlamadılar.

Musa heyrət və sərgərdanlıqla səmaya nəzər saldı. O, bu özbaşına insanlarla nə edəcəyini bilmirdi.

Bu zaman qorxulu bir hadisə baş verdi. Az qaldı ki, böyük Tur dağının zirvəsi başlarına tökülsün. Dağın başında parça-parça olan daşların səsi eşidilirdi.

Onlar tə`zim göstərərək Allaha təslim oldular və Tövrata əməl etmək barədə onun elçisi ilə əhd-peyman bağladılar.

SOğAN

Bəni-İsrail hər dəfə Musadan qəribə şeylər istəyirdirlər. O cümlədən, bir dəfə ondan soğan istəyərək dedilər:

-Ey Musa! Biz təkcə bir növ yemək yeyə bilmirik. Allahından istə ki, bizim üçün göyərti, xiyar, badımcan, sarımsaq və soğan kimi digər bitkilər yetirsin. Çünki, biz “mənn” və “səlva” yeməkdən yorulmuşuq, indi soğan yemək istəyirik. Allahından istə ki, bizim üçün soğan göndərsin.

Onlar, “Allahımızdan istə” yox, “Allahından istə” dedilər. Elə bil ki, Allah yalnız Musanın Allahı idi, onların yox. Amma, bütün bunlarla yanaşı Musa onlarla keçinir və Allah onları bağışlayırdı.

Musa onlara dedi:

-Siz daha yaxşı və ləzzətli yeməklərin yerinə dadsız yeməklər istəyirsinizmi?!

Müqəddəs torpaq

Allah-təala öz ne`mətlərini Bəni-İsrail üçün tamamlamaq istədi. Ona görə də Musa onlara dedi:

-Ey camaat! Allahın sizin üçün seçdiyi müqəddəs torpağa daxil olun.

Bəni-İsrail bu sözləri eşitdikdə o torpaqlarda yaşayan hakimlərdən qorxduqlarını bildirdilər. Allah-təala istəyirdi ki, Bəni-İsrail tayfası müqəddəs torpağı azad etsin və yegana Allaha ibadət hər yerdə yayılsın.

Amma Bəni-İsrail rifah və rahatlıq arzusunda idilər. Onlar hər şeyin mö`cüzə vasitəsi ilə əldə olunmasına alışmışdılar. Ona görə də qorxu ilə dedilər:

-Ey Musa! O torpaqlarda zalım insanlar yaşayırlar. Onlar həmin torpaqlardan çıxmayınca biz ora daxil olmarıq.

Zalımları oradan qov, biz şəhərə daxil olaq. Əgər çıxmasalar biz ora getməyəcəyik.

Minlərlə insanın arasından yalnız iki nəfər ayağa qalxıb dedi:

-Əgər siz şəhəri mühasirə etsəniz və onun qapılarından daxil olsanız, Allaha imanınıza görə mütləq qalib gələcəksiniz. Ona görə də Allaha təvəkkül edin.

Amma Bəni-İsraili qorxu bürümüşdü. Ona görə də dedilər:

-Ey Musa! Nə qədər ki, onlar həmin torpaqdadırlar biz ora getməyəcəyik.

Yenidən ona dedilər:

-Sən Allahınla get vuruş. Biz burada oturmuşuq.

Yenidən Bəni-İsrail Allahın elçisinin qarşısında dayandılar və ona dedilər.

-Əgər sən döyüşmək istəyirsənsə rəbbinlə get, döyüş.

Musa qəmgin oldu. Başını göyə qaldırıb dedi:

“İlahi, mən təkcə özümün və qardaşımın ixtiyar sahibiyəm. Bizimlə bu günahkar insanlar arasında ayrılıq sal!”

Allah-təala Musaya əzab-əziyyət etdiklərinə və inadkarlıq göstərərək əmrlərdən boyun qaçırdıqlarına görə Bəni-İsrailə qəzəbləndi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]