Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

İmtahan

Talut e`lan etdi ki, Allah yolunda mübarizə və cihad etməyə hazırdır. Bəni-İsrail gərək zalım Calutun əleyhinə döyüş üçün hazır olsun. Yenidən Bəni-İsrail bağladıqları əhd peymanı unutdular. Onlar Allahın peyğəmbərindən istəmişdilər ki, Allah onlar üçün padşah seçsin və onun yanında Allah yolunda mübarizə aparsınlar. Allah da dualarını qəbul etmiş və Talutu onlara padşah göndərmişdi. Talut Allah yolunda mübarizə e`lan edəndə isə Bəni-İsrail öz əhdini unudub, peymanlarını sındırdılar. Çox az adam onun fərmanına müsbət cavab verdi. Onlar Allaha iman gətirmiş, peyğəmbərinə və padşahlarına tabe olmuşdular. Amma, camaatın əksəriyyəti zillətli və xarlı yaşayışı sevirdilər.

Bütün bunlarla belə Talut və mö`minlər Bəni-İsraildən bir qoşun düzəldə bildilər. Talut e`lan etdi ki, sabah səhər ordu döyüşə gedəcəkdir.

Günəşin doğması ilə əsgərlər hərəkətə hazır oldular. Onların ürəkləri ümidlə dolu idi və arxayın idilər ki, öz torpaq və diyarlarını geri alıb, kafirləri məğlub edəcəklər.

Yolda Talut mühüm bir çıxış etdi. O, əsgərlərə dedi:

-Ey əsgərlər! Tezliklə bir çaya çatacağıq. Allah-təala sizi imtahana çəkmək istəyir.

Əsgərlərin biri soruşdu:

-Ey başçı! Nə imtahan?

Talut dedi:

-O çaydan su içməyin! Kim ondan içsə mənim ardıcılım deyildir. Amma, kim içməsə mənim tərəfdarımdır. Hər bir adam əli ilə yalnız bir ovuc su içə bilər.

Ordu öz yoluna başladı və nəhayət gəlib, həmin çaya çatdılar. Əsgərlərin çoxu çaya tərəf qaçdılar. Bə`ziləri yalnız bir ovuc su içdilər və bə`ziləri isə özlərini çaya atdılar ki, nə qədər bacarırlar su içsinlər.

Talutun yanında olanlar su içmədilər. Onların sayı çox az idi. Ordu Talutun fərmanı ilə çaydan keçdi. Əsgərlər uzaqdan Calutun ordusunu müşahidə etdilər.

Calut nəhəng bir filə minmişdi. Onun ardınca münəzzəm sıralarla yüzlərlə əsgər hərəkət edirdi. Calutun qoşunu böyük idi. Onlar ən yaxşı silahlarla mücəhhəz olunmuşdular.

Calut qorxaq bir insan idi. Əyninə dəmir zireh geyinmişdi. Başına dəmir dəbilqə qoyub, özü ilə çoxlu silah götürmüşdü. Çayın suyundan içənlər qorxaraq dedilər:

-Biz bu gün Calutun və onun ordusunun qarşısında müqavimət göstərə bilməyəcəyik. Amma, sudan içməyənlər arxayınlıqla dedilər:

-Çoxlu az dəstələr vardır ki, Allahın fərmanı ilə çox olan dəstələrə və saysız-hesabsız qoşunlara qalib olurlar. Allah səbir edib, dözənlərlədir.

Hamı bildi ki, çayın suyunu içmək vasitəsi ilə Allah onları imtahana çəkmək istəmişdir. İradəsi zəif olanlar sudan içdilər. Onların ruhiyyəsi zəiflədi. Amma, güclü iradəyə malik olanlar su içməkdən çəkindilər. Bu dəstə güclü iradəyə, möhkəm imana və yüksək ruhiyyəyə malik idilər.

İki ordu bir-birinin qarşısında durdu. Calut tezliklə Talutun ordusunu məğlub edəcəyinə inanırdı. Lakin, görək hansı hadisə baş verdi?

Qələbə daŞı

Beyt-ləhm şəhərində dörd övladı olan qoca bir kişi yaşayırdı. Talut Allah yolunda cihad e`lan etdikdə o qoca kişi üç böyük oğlunu döyüşə göndərdi və kiçik oğluna dedi:

-Ey Davud! Sən mənim yanımda qalacaqsan.

Davud dedi:

-Atacan! Mən də Allah yolunda cihad etmək istəyirəm.

Atası dedi:

-Sən hələ döyüş meydanına getmək üçün hazır deyilsən. Qardaşlarına yemək aparmaq işini sənə tapşırıram. Həm də döyüşün vəziyyəti barədə bizə mə`lumat verərsən.

Davud bu sözə sevindi. Çünki, bu zaman o, döyüş meydanını yaxından görəcəkdi. Ona görə də Allaha şükr edərək Talutun qoşunlarının ardınca yola düşdü.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]