Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
62
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Məsihin qaYıDıŞı

Herodis öldü. Amma, fəsad və şər işləri hələ də davam edirdi. Yəhudilər azğınlıq içində idilər.

Məryəm oğlu İsa Fələstinə qayıtmaq qərarına gəldi. O, əziz anası ilə birgə bu gün Nasirə adlanan Əl-cəlil dağlıq məntəqəsində bir kənddə sakin oldu. Orada vəhy mələyi ona nazil olub, ilahi risalətin təbliğinə fərman verdi.

Sonrakı hissədə İsanın başına gələn hadisələrlə tanış olacağıq.

Allahin ruhu həzrət isanin əhvalatI

O, Beytül-müqəddəsdə mə`bəddə oturmuşdu. Ömründən otuz il keçirdi. Hündür, arıq, ayaq yalın idi. Yun köynək geyinmişdi. Öz ümmətinin taleyi barəsində fikirləşirdi.

İbadətgahdan çıxıb, təpələrə doğru getdi. Çobanlar öz qoyunlarını otlaqdan qaytarırdılar. Günəş qüruba yaxınlaşmışdı. Məsih Bəni-İsrail barəsində fikirləşir və öz-özünə deyirdi:

“Yollarını azan bu insanları necə yola gətirə bilərəm?”

Günəş batdı. Çobanlar evlərinə, qoyunlar tövlələrinə, quşlar yuvalarına, uşaqlar analarının qucaqlarına qayıtdılar. Amma, Məsih qayıtmadı. Niyə? Çünki, onun evi yox idi.

O, çöllərdə yatırdı. Qar və yağış yağdıqda dağların mağaralarına gedirdi. Acdıqda yerdə bitən ot və ələflərdən yeyib, özünü doyururdu.

Beləliklə, Məsih azad və tərki-dünya idi. Allahdan başqa heç kəsdən qorxmurdu. O, başı uca yaşayırdı. Çünki, bu dünyanın heç bir şeyinə bağlı deyildi.

Gecə çatdı. Yatmaq vaxtı gəldi. İsa bir daşı başının altına qoydu və yatdı. O, böyük səmaya, ulduzla dolu asimana baxırdı.

Birdən bir mələk zahir oldu. Nuru hər yeri doldurmuşdu. Mələk dedi:

-Allah sənə risaləti təbliğ etməyə fərman verir.

Məsih Allahın fərmanını icra etmək üçün ayağa qalxdı. Müqəddəs ruh onun köməyi idi. Allah onunla və onun yardımçısı idi.

Səmavi e`lan

Bazar insan kütləsi ilə dalğalanırdı. İsa səmavi xəbəri e`lan etmək üçün orada dayandı. O, şücaətlə e`lan etdi:

-Ey Bəni-İsrail! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Məndən qabaq gələn kitabı təsdiq edir və məndən sonra gələcək Əhməd adlı peyğəmbər barəsində sizə şad xəbər verirəm.

O zaman Fontius Flatus Fələstinin hakimi idi. Orada hökumət padşahlıq idi. O, vilayət hakimlərini mə`mur etmişdi ki, böyük imperiyanın təhlükəsizlik və asayişinə xələl gəlmədən, onlara tabe olan şəhərlərdəki insanların istək və çətinliklərini həll etsinlər.

Hakim, şəhərlərində baş verən hadisələri yaxından izləyirdi. Bir gün ölkəsinin vəziyyəti barəsində ona bir mə`lumat verdilər. Ona dedilər ki, İsa adlı bir cavan Allahın elçisi olduğunu iddia edir. İnsanları Allahın verdiyi və ruhun bulaşmasına səbəb olan şeylərdən uzaq olan fitrətlərinə qayıtmağa də`vət edir.

Yəhudi keşişlər Məsihin də`vətindən narahat olan ilk insanlar idilər. Niyə? Çünki, Məsih insanları kasıb və yoxsullara qayğıkeşliyə, acları doyurmağa də`vət edirdi. Çünki, Məsih buyururdu: «Keşişlər Tövratı dəyişiblər». Çünki, keşişlər məhrum insanları aldadır, onların mallarını nəzir adı ilə alırdılar.

O dövrdə yəhudilərin bə`ziləri qiyamət gününə və ölümdən sonrakı yaşayışa inanmırdılar. Hesab, cəza və savaba imanları yox idi. Amma, onu açıq surətdə və pərdəsiz demirdilər. Onlar zahirdə özlərini dindar göstərir, amma, ürəklərində azğın idilər. Zahirdə imanlı olduqlarını göstərir, lakin, öz küfrlərini gizlədirdilər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]