Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Bağa doğru

Üzeyirin şəhərin çölündə bağ və bostanı vardı. Ayrı peyğəmbərlər kimi o da həmin bağlarda özü işləyir, zəhmət çəkirdi.

O, əkin sahələrində işləyir, yer şumlayır, tarlanı suvarır və meyvələri dərirdi. Ağacları qoruyur və onların budaqlarını budayırdı.

Onun bağ və bostanına getmək üçün istifadə etdiyi bir ulağı vardı. Həzrət özünə aid olan heyvanı qoruyur və onunla mehriban davranırdı. Ona bir qamçı da belə vurmamışdı.

Üzeyir xeyirxah bir insan idi. Camaatla mehriban davranırdı. Onlara nəsihət verir, düzgün yola də’vət edirdi. Allahın dinini, Tövratı və yaşayış üsulunu onlara öyrədirdi.

Çox isti bir gündə Üzeyir öz ulağına minib, bağına tərəf getdi. Bağın yolu uzaq idi. Bağa gedən yol dağılmış bir şəhərin xarabalıqlarından, qədim və dağılmış qəbirlərdən keçirdi.

Səhər vaxtı hava ürəkaçan idi. Mülayim və könül oxşayan mehlər yaşıl tarlalar tərəfdən əsirdi.

Ulaq yaşıl əkin sahələrinin arasından keçərək torpaq bir yola çatdı. O yol dağılmış bir şəhərin və qədim qəbirlərin xarabalıqlarından keçirdi. Günəş qalxmış və onun yandırıcı şüası yayılmışdı. Şəhərin xarabalıqları, dağılmış evlər və o tərəf bu tərəfə səpələnmiş daşlar göründü. Başqa bir tərəfdə dağılmış bir qəbristanlıq və bir qədər çürümüş sümük gözə dəyirdi.

Üzeyir ulağından düşdü, bir çöl ağacının kölgəsində oturdu. O, ac idi. Yorulmuşdu. Xurcunundan bir qədər çörək və bir az üzüm çıxartdı. Üzüm salxımının suyunu kiçik bir qaba tökdü. Kiçik çörək tikələrini də ora tökdü. Rahat yeyə bilsin deyə bir az islanmalarını gözlədi.

O, qəbiristanlığa, şəhərin dağıntılarına və çürümüş sümüklərə baxır və öz-özünə deyirdi: «Bunların ölümündən on illər keçib, çoxlu külək və tufanlar bu xarabalıqlara və qəbirlərə əsib. Yay fəslində günəşin yandırıcı şüası, qışda yağış və qar bunların daha da artıq dağılmasına səbəb olmuşdur. Görəsən yüz illər öncə ölmüş bu insanlar bir daha necə diriləcəklər».

Üzeyir öz-özünə bu sözləri deyirdi. Allahın qüdrəti onun qəlbini və ruhunu doldurmuşdu: «Allah, öləndən sonra yenidən bunları necə dirildəcəkdir?»

Üzeyir yuxusuzluq hiss etdi. Kirpikləri ağırlaşdı. Xörək yeməmişdən qabaq gözlərini yumub yatdı.

Onun ulağı da bir qədər ot yedi və yuxuya getdi. Çox qəribə bir hadisə baş verdi: Üzeyir oyanmadı. Gecə çatdı. Üzeyir hələ də yuxuda idi. O, əslində dünyadan köçmüşdü. Ulağı da öldü.

Günlər ötür

Günlər və həftələr ötdü. Üzeyir öz şəhərinə qayıtmadı. Oğlanları onu axtarmağa başladılar. Amma, heç kəs onu tapa bilmədi. Bağa getdilər. Heç bir faydası olmadı. Hər halda zamanın ötməsi ilə camaat Üzeyiri unutdular. Ondan sonra daha heç kəs onu xatırlamırdı.

Aylar-illər keçdi. Üzeyir öz yerində o ağacın kölgəsində dünyadan getmiş və ulağı da ölmüşdü.

Onun ulağının yalnız bir skeleti qalmışdı. Sümükləri çürümüş, onun bir hissəsi torpağa çevrilmişdi. Amma, qəribə bu idi ki, üzümün suyu eləcə təzə qalmışdı və on illər keçməsinə baxmayaraq dəyişilməmişdi.

Üzeyirin övladları dünyadan köçdülər. Onun nəvələri böyüdü. Üzeyirin itməsindən yüz il ötdü.

Üzeyiri tanıyan adamlardan yalnız yaşlı, qoca bir qarı qalmışdı. O Üzeyir itən vaxt iyirmi yaşında idi. Amma, indi onun ömründən yüz iyirmi il keçirdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]