Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Bismilahir-rəhmanir-rəhim

«Yunus (ə) bizim peyğəmbərlərimizdəndir. Yadına sal o zamanı ki, sərnişin dolu gəmiyə tərəf qaçdı. Onlarla püşk atdı və püşk onun adına çıxdı. O, məğlub oldu. Danlanmağa məhkum olduğundan böyük bəla onu uddu. Əgər o təsbih edənlərdən olmasaydı, orada təsbih deməsəydi, qiyamətə qədər balığın qarnında qalacaqdı.

Xəstə olduğu halda onu quru və otsuz yerə saldı. Orada bir boranı kolu bitirdik. Onu yüz min nəfər və ya daha artıq cəmiyyəti olan bir yerə göndərdik. Onlar iman gətirdilər. Ona görə də onları müəyyən vaxta qədər həyat ne’mətindən istifadə etməklə bəhrələndirdik».8

«Yunusu yadına sal! O zaman ki, qəzəblənərək öz tayfasının arasından getdi. O elə bilirdi ki, onunla işimiz olmayacaqdır. Amma, balığın qarnının qaranlıqlarında səslədi: «İlahi, Səndən başqa bir mə’bud yoxdur. Sən Pak və Münəzzəhsən. Mən zalımlardan oldum».

Biz duasını qə’bul edib, onu qüssədən xilas etdik. Mö’minlərə beləcə nicat verərik».9

Mədyənə doğru həzrət şüeybin əhvalati

Gözəl və səfalı yer olan Mədyən şəhərində rifah və asayiş içində bir ərəb tayfası yaşayırdı. Bu şəhərin yaxınlığında gül, ot, bağ və bostanla məşğul olan kiçik bir kənd var idi. Bu kəndin adı Əykə idi.

Üç min ildən artıq bundan qısa bir zamanda orada həyat və yaşayış çiçəkləndi. Havanın münasib olması və yağışın yağması otlaqlara və əkinçilik həyatının çiçəklənməsinə kömək etdi. Bu iki məntəqənin əhalisi rifah içində yaşayırdılar.

Mədyən şəhərinin çoxlu sakini var idi, Amma, rifah və asayiş cəmiyyətin daha da artmasına kömək etdi. Ora bazarların yaranması, sə’y və fəaliyyət nəticəsində abad bir şəhərə çevrildi.

O zaman həmin şəhərdə Şüeyb (ə) adlı çox saleh və xeyirxah bir kişi yaşayırdı. O, şəhər və qəbiləsini, eləcə də bütün insanları sevirdi. Ona görə də Mədyən və Əykədə yaşayış işlərinə xüsusi diqqət yetirərdi.

Bəs görəsən Şüeyb (ə) nə üçün qəmgin idi? Niyə o saleh kişi öz qəbiləsindən ötrü narahat idi? Çünki, oranın camaatı bütpərəst idilər. Onlar bütlərə - dəyərsiz və tə’sirsiz daşlara ibadət edir və güman edirdilər ki, onlara ruzi yetirib, kəndlərinə bərəkət verən daşdan yonduqları bu heykəllərdir. Şüeyb (ə) buna görə narahat idi.

Bu insanlar göyə, varlıq aləminə, ulduzla dolu səmaya, yerə və dağlara baxmırdılar. Onlar ağaclara baxmırdılar ki, necə torpağın içindən çıxmışlar. Əgər bir az fikirləşsəydilər, əgər diqqətlə düşünsəydilər, anlayardılar ki, bu cansız bütlərin heç bir dəyəri yoxdur və onlar mə’bud ola bilməzlər.

Yeganə Allah hər şeyi yaradan Allahdır. İnsanlar, ulduzlar, ağaclar və gözlə görüb, ağılla dərk etdiyimiz bütün əşyalar onun məxluqudurlar. Ona görə də Şüeyb (ə) onlara bütlərdən əl çəkib, yeganə Allaha ibadət eləməyi tövsiyə edirdi.

Alverdə yalanÇIlIq

Allah-təala onlara hər şey əta etmişdi. Mədyən camaatı asudə yaşayışdan bəhrələnirdilər. Onların bazarlarında hər şey bol-bol tapılırdı.

Onlar ticarət və alverlərində fırıldaq işlədirdilər. Əşyaların çəkilərini azaldırdılar. Alıcı və satıcılar belə rəftar edirdilər: bir şey satmaq istəyəndə onun çəkisini az qoyur, almaq istəyəndə isə çəkisini artırırdılar.

Onlar belə işlər görməkdə özlərini tam azad bilirdilər. Belə bir zamanda Allah-təala öz risalətini onlara bildirmək üçün saleh və ləyaqətli insan olan Şüeybi (ə) peyğəmbərliyə seçdi. Amma, görəsən Mədyən camaatı onunla necə davrandılar? Gələn səhifələrdə tanış olacağıq.

Şüeyb (ə) güclü natiq idi. Sübut və dəlilləri möhkəm idi. Çünki, o, haqq, ədalət və insaniyyət üçün və onların aydın təbiətləri ilə uyğun danışırdı.

Şüeyb (ə) öz də’vətini yeganə Allaha ibadət etmək və bütpərəstlikdən çəkindirməklə başladı. Sonra isə Mədyən camaatının etdiyi zülümdən, bazar fırıldaqlarından və onların arasında geniş yayılan alver yalanlarından danışdı. Şüeyb (ə) onlara dedi:

-Siz bu işlərinizlə hər yerdə fəsad yayırsınız. İctimai yaşayış alver və ticarət yolu ilə rövnəqlənir. Hər bir insan ehtiyacı olmadığı bir şeyi verib, əvəzində isə ona ehtiyacı olan şeyi alır.

Bazardakı bu alverlərə - əşyaların çəkisinə, növünə və onların miqdarına nəzarət etmək üçün ümumi e’timada ehtiyac vardır. Ona görə də bilin ki, əgər fırıldaqçılıq etsəniz, çəkidə az satmağa alışsanız, pis malı yaxşı yerinə camaata versəniz, müştərini və satıcını aldatsanız bu iş sizin hamınızı məhvə düçar edəkəcəkdir.

Şüeybin (ə) sözləri çox cəzbedici idi. Çünki, gözəl yaşayışdan onlara xəbər verirdi. O Həzrət istəyirdi ki, Mədyən camaatı şəhərdə xeyir-bərəkətlə, bol ruzi ilə, əmin-amanlıq və imanla yaşasınlar.

Şüeyb (ə) bilirdi ki, Nuh (ə), Saleh (ə) və Hud (ə) peyğəmbərin tayfasının başına nələr gəlmişdir. Əzab Nuhun (ə) qəbiləsini necə bürüdü və onlar tufan dalğalarında necə qərq oldular. Necə möhkəm küləklər Səmud qəbiləsini yerlə yeksan etdi. Necə göydən od və alov yağdı və Ölü dənizin yaxınlığında olan Sədum və Amura şəhərlərini viranəyə çevirdi.

Şüeyb (ə) öz tayfasına buyurdu:

-Görmürsünüzmü Lut tayfasının başına nələr gəldi? Bu xaraba qalmış şəhərlər onlara nazil olan Allah əzabına şahiddirlər. Çünki, onlar Allahın peyğəmbərinə itaət etmədilər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]