Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
63
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Dənİzdə

Yunus (ə) Aralıq dənizinə çatdı. O, adaların birinə getmək üçün limanda dayanıb, gəmi gözlədi. Yelkənli bir gəmi gəldi. O, sərnişinlə dolu idi. Gəmi bə’zi sərnişinləri düşürüb, digərlərini mindirmək üçün lövbər saldı. Gəmiyə minənlərin içində Yunus (ə) da var idi.

Gəmi öz yelkənlərini qaldırdıqdan sonra hərəkətə gəldi. Dənizin ortasına çatdıqda isə güclü küləklər əsdi və dalğalar qalxdı. Gəmi özünün bu təlatümlü anlarını yaşayarkən maraqlı bir hadisə baş verdi. Böyük bir balıq peyda oldu; nəhəng bir Ənbər balığı.

Balıq dalğaların qoynunda yuxarı qalxır və sonra öz quyruğu ilə onları möhkəm vururdu. Sudan partlayışa oxşayan səslər eşidilirdi. Digər balıqlar qorxub, qaçırdılar. Balıq bir an dayandı. Onun tənəffüs orqanından şəlalə kimi su fəvvarə vurdu. Balıq gəmiyə tərəf hərəkət etdi, sonra qəfildən fırlanıb, quyruğunu hərəkətə gətirdi və gəmiyə doğru irəliləyən böyük bir dalğa yaratdı.

Gəmi tərpəndi. Onu sürənlər bildilər ki, balıq gəmini çevirib, onları boğmaq fikrindədir. Balıq çox nəhəng, gəmi isə kiçik idi. Gəmi sürənlərin qarşısında yalnız bir yol var idi və o da balığa yem olmaq üçün gəmi sərnişinlərindən birini qurban etmək idi. Ona görə də gəmi sərnişinləri yığışıb öz aralarında püşk atdılar. Razılaşdılar ki, püşk kimin adına çıxsa, o, balığın yemi olsun. Püşk Allahın rəsulu Yunus (ə)-ın adına çıxdı.

Yunus (ə) öz taleyini yaşamaq üçün qorxmadan qabağa gəldi. O bilirdi ki, bütün baş verənlər Allahın istək və iradəsi ilədir. Ona görə də qorxmayaraq özünü dənizin dərinliklərinə atdı. Gəminin sərnişinləri Ənbər balığının yemə tərəf getməsindən başqa heç bir şey görmdilər.

Yunus (ə) gözlərdən itdi və Ənbər balığı daha görünmədi. Gəmi təhlükədən qurtuldu, Amma, görəsən dənizin dibində daha nələr baş verdi?

Dənİzİn dərİnlİKlərİndə

Dəniz dalğaları Yunusu(ə) uddu. O, üzərək özünü xilas etmək istəyirdi. Birdən gördü ki, qorxulu və böyük ağzını açmış nəhəng balıq ona tərəf gəlir. Bir neçə andan sonra Yunus (ə) qəfildən balığın ağzına, sonra isə onun böyük və qaranlıq qarnına düşdü. Yunus (ə) anladı ki, o, adaya gedən yolunu yarımçıq qoyub, Neynəvaya qayıtmalıdır. Yunus (ə) balığın qarnının dərinliklərində fəryad edirdi:

-La ilahə illa əntə, subhanəkə inni kuntu minəz zalimin. (Səndən başqa bir mə’bud yoxdur. Sən paksan, mənsə zalımlardan oldum).

Yunusun (ə) fəryadı hər şeyə qadir olan Allaha iman fəryadı idi. Yunus (ə) anladı ki, o, daha ucqar adaya səfər etməməli və yenidən Neynəvaya qayıtmalıdır. Allah-təala suların və quruların sahibi, dəniz sularının dərinliklərindəki balıqların yaradanıdır. Ona görə də Yunus (ə) yaradıb, xəlq edən və ən gözəl adlara malik olan Allahı yad edirdi.

Bir neçə saat keçdi. Yunus (ə) balığın qarnında idi. Balıq dəniz suyunun dərinliklərində üzür, Yunus (ə) isə eləcə Allahı yad edirdi. O, deyirdi:

-La ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin.

Beləcə, günlər və gecələr ötürdü.

NİCat sahİlİ

Allahın iradə və istəyi ilə balıq bir adanın sahilinə yan aldı. Balıq sahilə yaxınlaşdı. Mə’dəsi yığılır və qarnından su tökülürdü.

Yunus (ə) dəniz dalğalarının qoynunda idi. Sonra o, yumşaq qumlar üzərinə düşdü. Allahın lütfü ilə dənizin sahilində daş yox idi, yoxsa Yunusun (ə) bədəni tikə-tikə olardı. Yunus (ə) çox zəif və halsız idi. Bədəni suyun içində idi. Öz güc və qüdrətini əldən vermişdi. Susuz idi və susuzluqdan can vermək ərəfəsində idi. Tərpənməyə taqəti yox idi. Kölgədə yaxşı istirahət etməyə ehtiyacı var idi, Amma, təkcə qumların üzərinə düşdüyündən nə edə bilərdi?

Allah-təala onun üçün bir boranı bitirdi. Yunus (ə) boranının enli yarpaqlarının kölgəsində istirahət edir və asanlıqla onun meyvəsindən yeyirdi. Boranının tərkibində dərini düzəltmək və bədəni gücləndirmək üçün əhəmiyyətli olan çox faydalı maddələr vardır. Onun digər xüsusiyyəti milçəkləri uzaqlaşdırmaq idi, Çünki, həşəratlar bu ağaca yaxın gəlmirlər.

Beləliklə Allah-təala iradə etdi ki, Yunusu (ə) balığın qarnından xilas etsin və o, bir daha anlasın ki, yalnız Allah hər şeyə qadirdir. O, Bağışlayan və Mehribandır.

Yunus (ə) yenidən öz sağlamlığını əldə edib, öz şəhəri Neynəvaya tərəf qayıtdı. Yunus (ə) Allah rəhməti ilə şad olub, onun istiqbalına gələn Neynəva camaatını görərək sevindi. Həqiqətən də onların hamısı iman gətirmişdilər və Allah əzabı onlardan uzaqlaşdırmışdı.

Uşaqlar oynayır, kişilər işləri ilə məşğul olur və heyvanlar çox rahat çəmənliklərində otlayırdılar. Bu, insana həyat bağışlayan Allahın ne’məti idi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]