- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
Zehnin gücü ilə zəngin olmağın yolları
Karyera həyatında uğur qazanmaq üçün, necə deyərlər, ağıl «işlətmək» lazımdır. Bunun üçün intellektual gücünüzdən maksimum istifadə etməlisiniz. Bir çoxları bunu çox çətin bir şey kimi qəbul edirlər. Ancaq bir az öz üzərində işləmək, zehni, bir nöqtəyə yönəltmək, karyera yolunuzda yaşıl işıq yandıra bilər.
Düşüncənin dəyəri Zəngin olmaq istəyirsiniz mi? Elə isə, zehninizlə işlədiyiniz müddətin xəyali dəyərini müəyyən etmək üçün, bəsit bir intelektual oyun oynayaq. Deyək ki, sahib olduğunuz hər düşüncə üçün bir dollar qazanır va ya itirirsiniz. Dəqiqə başına bir düşüncəniz olduğunu fərz etsək, bu vəziyyətdə hər saat, potensial olaraq 60 dollar qazandıra bilər və ya bu müddətdə itirə bilərsiniz. Hər uğurlu 16 saatlıq gün, bu hesaba görə, 960 dollarlıq potensial qazanc deməkdir. Ancaq digər tərəfdən, "Əsla bacara bilmərəm" ifadəsi və tək bir mənfi düşüncə ilə dörd saatı çölə atsanız, «intellektual sərvətiniz» 240 dollarlıq itkiyə səbəb ola bilər. İndi, tək bir düşüncənin belə, zəngin olmaq istəyən insan baxımından nə qədər önəmli ola biləcəyini görə bilirsinizmi?
Düşüncənin gücü Həyatınız, ağlınızdan keçən düşüncələrin " nəticəsi" deyil. Əslində, düşüncələriniz həyatınızı «yaradır». Bəs bu necə ola bilər? Deyək ki, işinizə son verilib. Bu inkişafa səbəb olan zəif iqtisadiyyatı sizin «yaratmadığınız» da ortadadır. Ancaq, buna necə reaksiya verəcəyinizə nəzarət etmək, tamamilə sizin əlinizdədir. Əhvalınızın çox pozulduğunu və pissimist notlara qapıldığınızı düşünək. Reaksiyanız, yaşam tərzinizdə heç şübhəsiz mənfi bir gerçəklik yaradacaq. Elə isə, bunun əvəzinə, ipin ucunu buraxmayıb Web-də yeni bir iş qurmağa razısınızmı? Belə bir vəziyyətdə, eyni inkişafa cavab olaraq bütünlüklə fərqli bir gerçəklik yaratmış olacaqsınız. Yaşamaq, ele-belə, öz-özünə olmur. Olub-keçənlərə verdiyimiz reaksiya, şəxsi gerçəkliyimizi təşkil edir. Bunu bir an düşünün. Həqiqətən də öz yaşayışınızı yaratmaq üçün özünüz məsuliyyətlisiniz.
Düşüncənin axarı Bir çox insan, öz aktiv düşüncə müddətinə çox az diqqət edərək və ya heç diqqət etmədən həyatını sürdürür. Bu insanlar, zehnlərinin necə çalışdığından xəbərsizdirlər. Zehnin nəyə diqqət etdiyini, nədən qorxduğunu, özünə nə dediyini və nəyi qulaqardına vurduğunu bilmirlər. Ümumi olaraq yemək yeyər, yatar, çalışar, oyun oynayar, gülər, narahat olar, ümid edər, planlaşdırar, sevər, nifrət edər, yemək bişirər, avtomobil sürər və çalışarıq. Bunların hamısını «necə» və ya " nə" düşündüyümüzü çox diqqətə almadan edərik.
Bu, hər zaman pis deyil Hər bir hərəkət və ya davranışımız barədə düşünsəydik, beynimizi əhəmiyyətsiz qərarlarla həddindən artıq yükləyərdik. Ancaq, məsuliyyətli bir tərzdə diqqət etməyimiz vacib olan başqa bir düşüncə tərzi də var: həyat gerçəkliyimizi yaradan düşüncələr!
Düşüncə Tərzinin Mərkəzi Uğurlu insanların uğura, zəngin insanların zənginliyə, güclü liderlərin liderliyə mərkəzləşmiş düşüncə tərzləri var. İndikindən daha zəngin bir həyat tərzi sürmək istəyirsiniz? Elə isə, «zənginliyə mərkəzləşən bir düşüncə tərzi» inkişaf etdirməniz və bunu bütün saflığı ilə qorumağınız lazımdır. «Bunu söyləmək asandır» deyə düşünə bilərsiniz. Uğurlu olduğunuz zaman, uğuru düşünmək, zəngin olduğunuz zaman zənginliyi düşünmək asandır. Ancaq onlar olmayanda, nə zənginlik, nə də uğur haqqında düşünmürsünüz. Fikirləşirsiniz ki, həyat şəraitiniz, karyeranızın inkişafını əngəlləyir. Heç də elə deyil! Hər kəsin uğurlu olmağına imkan verməyən tək bir şey var: düşüncələr. Düşüncələriniz, sizi bu gün olduğunuz yerə gətirib; daha müsbət və güclü bir şeylə yer dəyişdirmədikcə, sizi o nöqtədə saxlayacaq! Ancaq arzuladığınız həyat tərzini yaratmaq üzrə zehninizi yönləndirməyi "öyrənə bilərsiniz". Tək həqiqi ehtiyac, hərəkətə keçməyinizdir! Bir şeyin dəyişməsini arzulamaqla heç nəyə nail olmaq olmaz. Hərəkətə keçməsəniz, düşüncələrinizin təsirini və tərzini dəyişdirməsəniz, olduğunuz yerdə qalarsınız.
Gerçəklik dəyişikliyi yaradın Daha artıq zəngin olmaq istəyirsinizsə, başlanğıc nöqtəniz, zənginliyə mərkəzləşən düşüncə tərzi yaratmaqdır.
Mövcud düşüncələrinizi gözdən keçirərək işə başlayın! Finans baxımından bolluq içində olmaq istəyir, amma davamlı olaraq pulsuzluğunuzu düşünürsünüzsə, deməli düşüncə tərzinizi " bolluq çubuğunun" yanlış ucuna istiqamətləndirirsiniz. Bu zaman şüuraltınızın verdiyi gizli mesajları diqqətdə saxlamağınız lazımdır. Diqqət edə bilməmək, şüuraltınızı nəzarət altında saxlayar. Daha sonra şüuraltınız, bu gün sahib olduğunuz gerçəkliyi yaradan düşüncələrin eynisini gücləndirməyə davam edəcək.Özünüzü zəngin hiss edin. Zehninizdən yoxsulluq düşüncələrini silib atın. Bunları dərhal zənginlik düşüncələri ilə dəyişdirin! Bu, çox bəsit görünürmü? Bunu etmək üçün özəl bacarıqlara,zəkaya və ya istedada ehtiyac yoxdur. Lazım olan tək şey düşüncələrinizi nəzarət altına almağa qərarlı olmaqdır. Bu qədər! Keçmişdəki və ya indiki vəziyyətinizin nə olduğu və ya hədəflərinizə çatma mövzusunda nə qədər uğursuz olmağınız heç də önəmli deyil. Yalnız ağlınızdan keçən düşüncələrə diqqət edərək, həyat şətrlərinizi dəyişdirə bilərsiniz.
Sınayın və necə dəyişdiyinizi görün! Həyat tərziniz, bir ayna kimi, düşüncə şəklinizin eynisini əks etdirir. Zənginlik öz-özünə «gerçəkləşdirilə bilməz». Siz onu ya yaradın, ya da həyatın önünüzə atdığı qırıntıları qəbul etməyə davam edin. Düşüncə tərzinizi dəyişdirin; beləliklə həyat tərzinizi də dəyişdirəcəksiniz.