Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Corc Soros-onun kimi milyoner olaq

Corc Soros investisiya aləminin ən məşhur simalarındandır. Əgər Uorren Baffetin, Con Templtonun, Tomas Rou Praysın və ya Eddi Lampertin adları yalnız iqtisadiyyata, maliyyəyə və investisiyalara aidiyyatı olan insanlara məlumdursa, Corc Sorosun şöhrəti bu əhatə dairəsindən çoxdan çıxmışdır. Bu gün Corc Sorosun əsasını qoyduğu fondlar Şərqi Avropanın 50 ölkəsində, keçmiş Sovet İttifaqında, Afrikada, Latın Amerikasında, Asiyada və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərir. Bu fondların prospektlərində qeyd olunduğu kimi, onların işinin məqsədi fəaliyyət göstərdikləri ölkələrdə açıq cəmiyyət institutlarının yaradılması və fəaliyyətinin təmin edilməsidir.  H esablamalara görə, Corc Sorosun xeyriyyə fondları şəbəkəsi hər il təhsil, səhiyyə, vətəndaş cəmiyyətinin inkişafına və s. sahələrdə layihələrin dəstəklənməsinə 400 milyon dollar vəsait sərf edir. Corc Soros 1930-cu il avqustun 12-də Budapeştdə ortabab ailədə, Tivador Şvarsın ailəsində anadan olmuşdur. Tivador vəkil, həyat yoldaşı Elizabet çox zəngin və adlı-sanlı ailədən idi. Atası vəkil olsa da, hüquq çərçivəsindən çıxaraq, əlavə işlərlə də məşğul idi. O, həm də yazıçı-esperantist idi, ədəbi jurnal nəşr etdirir, burada öz yazılarını dərc edirdi. Lakin ömrünün çox hissəsini hovuzda, kafedə, buz meydanlarında və başqa əyləncə yerlərində keçirdiyindən, bacardığı qədər işlə məşğul olmurdu. Təhlükələrdən həzz alan bu şəxs tez-tez riskə getməyi xoşlayır, birjada daim oynayardı. Onu hətta vətənpərvərlik hissi deyil, sadəcə riskdən həzz almaq həvəsi Birinci Dünya müharibəsinə aparmışdı. Avstriya-Macarıstan tərəfində döyüşən Şvars əsir düşmüş, Sibirə göndərilmiş və oradan qaçaraq Budapeştə qədər gəlib çıxa bilmişdi. Tivador Şvars heç vaxt oğulları Corc və Pavelə cib xərcliyi verməkdə xəsislik etmirdi. İstədikləri qədər onlara pul verir, bununla da onları pula qarşı məsuliyyətli olmağa öyrəşdirirdi. Tivadorun həyat tərzi ailə büdcəsində daim çətinliklərə səbəb olurdu. Yəqin ki, uşaq yaşlarından maddi çətinliklərlə üzləşmiş bu qardaşlar pulun qədrini bilməyə başlamışdılar. Corc Soros işlədikcə nəhəng kapitallar yığa bilmiş və bunu asanlıqla xeyriyyə məqsədlərinə sərf etməyə başlamışdı. İndi Corc Soros Nyu-Yorkun göydələnlərindən birində yaşayır. 50 il əvvəl böyük ambisiyalarla və cibində 2 dollarla Manhettenə gəlmişdi. Bu gün o, evinin yaxınlığında BMT-nin baş qərargahının yanında bayraqları dalğalanan dövlətlərdən daha zəngin və nüfuzludur.  Lakin buna baxmayaraq, bir il ərzində milyard dollar qazana bilən insan kimi bütün dünya üçün tapmaca olaraq qalır. Onun maliyyə və iqtisadiyyat haqqında fəlsəfi açıqlamaların və fikirlərin müəllifinin birmənalı fiqur olmadığını təsdiqləyir. Jurnalistlər və bioqraflar hələ də onun uğurlarının sirlərini öyrənə bilməmişlər. MÜƏLLIF: SƏBINƏ

Mənbə iqtisadiyyat.com

Sorosun məşhur funt sterlinq fırıldağında İngiltərə bankı (bank of England) 20 milyard dollar itirmişdi.

Uorren Baffetin sirləri

Planetin ən varlı insanlarından biri, Berkshire Hathaway-in sədri Uorren Baffet öz vəsaitlərini yerbəyer edərkən sırf qadınlara xas üsullardan istifadə etmişdir. Baffet bazarı sanki «hiss edir», əlverişli şərait yetişən kimi vəsaitlərini qoyur və xeyli gəlir götürür. Halbuki, başqaları böyük miqdarda pullar xərcləyərək brokerlərə və analitiklərə müraciət edir, bazarın hərəkətini nəzarətdə saxlayırlar, yenə də gəlir onlardan yan keçir.  O maxa sehrbazının sirri olduqca sadədir. Onun strategiyası əksər kişi investorların istifadə etdikləri prinsiplərdən xeyli dərəcədə fərqlənir. Baffet səbrlidir, ona görə də gözləməyi bacarır və dərin təhlillər apararaq səhmlərin qiymətlərinin müəyyən həddə çatacağı anın yetişməsini gözləyir. Sonra daha çox mənfəət götürmək üçün yenə zəruri vaxt müəyyən edərək, vəsaitlərini qoyur. Bununla yanaşı, o öz investisiyalarından nadir hallarda ayrılır və çox sadə həyat tərzi keçirir. Faktiki olaraq o antitreyder və antiskalperdir ki, onların başlıca strategiyası bazarda fəal iştirak etmək və çoxlu sövdələr həyata keçirməkdir. Məhz bu xüsusiyyət Baffetin investisiya üslubunu xarakterizə edir. Qadınlara xas bu xüsusiyyət ondan ibarətdir ki, onlar bir şeyi almazdan əvvəl uzun-uzadı götür-qoy edir, hər şeyi ölçüb-biçirlər. İnvestor qadınlar investor kişilərə nisbətən investisiya obyektini seçərkən uzun müddət araşdırmalar aparır ki, bu da onlara «qaynar» kağızlardan yan keçməyə, bazardakı vəziyyətin dalınca qaçhaqaçdan azad olmağa imkan verir. Statistikaya görə, kişilər qadınlardan 1,5 dəfə çox alver edir. Lakin onlar nə qədər öz qüvvələrinə inansalar da, tez-tez baş tutan sövdələr səhmlərdən olan orta və uzunmüddətli gəlirləri aşağı salır. Hələ biz broker xidmətinə sərf olunan xərcləri nəzərə almırıq. Ona görə də, qadınlar uzunmüddətli perspektivdə daha yüksək gəlirlərə ümidlidir və vergi ödənişlərində daha çox qənaət etmiş olurlar. Kaliforniya Universitetinin məlumatlarına görə, qadınların investisiya portfelləri kişilərin investisiya portfellərindən 1-1,5% gəlirlidir, «zəif cinsin» ayrı-ayrı nümayəndələri isə portfellərin gəlirliliyi rəqabətində çox vaxt «güclü cinsin» nümayəndələrindən güclüdürlər. Qadınlar konkret kağızlara investisiyalar edərkən təkcə maliyyə göstəricilərini deyil, bəzən bazar üçün ilk baxışdan o qədər də önəmli olmayan xırda detalları da nəzərə alırlar. Onlar səhmlərini seçdikləri şirkətlərin dəqiq, düzgün və məsuliyyətli olmasına böyük əhəmiyyət verirlər.  Baffet də investisiya obyektlərini seçərkən bu mövqedən çıxış edir və beləliklə, kişi investorlar arasında birinciliyini qoruyub saxlaya bilmişdir. Bəlkə də bir çoxlarına Baffetin «qadınsayağı» investisiya strategiyası darıxdırıcı və səmərəsiz görünə bilər. Lakin dünyanın ən varlı adamlarından biri kimi Uorren Baffet hörmətə layiqdir. İnvestorun səbr və təmkin, lazımi şəraitin yetişəcəyini gözləmək qabiliyyətinə və lazımi «qızıl an»ı hiss etmək məharətinə yalnız həsəd aparmaq olar. 

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]