Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn

1- MARAQLARINIZIN ARXASINCA GEDİN: Mənim xüsusi bir qabiliyyətim yoxdur, yalnız ehtiraslı bir maraqcılam. Həyatda maraqlarınızın arxasınca getsəniz müvəffəqiyyətli olarsınız.

2- ƏZMİNİZ ƏN BÖYÜK SƏRVƏTİNİZDİR: Çox ağıllı olduğumdan deyil, problemlərlə məşğul olmaqdan imtina etmədiyimdən bacarıram. Təyin etdiyiniz yolun sonuna çatacaq qədər səbirlisinizmi? Məktub markalarının gedəcəyi yerə qədər məktuba yapışıq qalması kimi. ..Hayatınızda poçt markası olun və başladığınız işi bitirin.

3- BUGÜNƏ FOKUSLANIN: Gözəl bir qızı öpərkən düz və diqqətli avtomobil istifadə edən biri, öpüşün haqqını vermir deməkdir. İki atı eyni anda sürə bilməzsiniz. Bir şey edə bilərsiniz amma hər şeyi edə bilməzsiniz. İndiyə fokslanın və bütün enerjinizi bu anda etdiyiniz işə verin.

4- XƏYAL GÜCÜ QÜVVƏT VERİR: Təxəyyül hər şeydir. Sizi gözləyən gözəlliklərin ilkin halı kimidir. Xəyal gücü məlumatdan daha qüvvətlidir. Xəyal gücünüz gələcəyinizi təyin edir. Zəkanın gerçək əlaməti xəyal gücüdür, məlumat deyil. Bu səbəbdən təxəyyülünüzün kobudlaşmasına heç vaxt icazə verməyin .

5- SƏHV EDİN: Heç səhv etməyən insan yeni bir şey sınamamış kimidir. Səhv etməkdən qorxmayın. Müvəffəqiyyətli olmaq istəyirsinizsə etdiyiniz səhvləri üç dəfə artırın.

6- DƏYƏR YARADIN: Müvəffəqiyyətli olmağa deyil, qiymətli olmağa çalışın. Zamanınızı müvəffəqiyyətli olmağa xərcləməyin, dəyərlər yaradın. Əgər qiymətli olsanız müvəffəqiyyət özbaşına gələcəkdir.

7 — BU GÜNÜ YAŞAYIN: Mən gələcəyi heç düşünmürəm necə olsa gələcək. Gələcəyi nizamlamağın tək yolu bacardıqca indidə yaşamaqdır. Əhəmiyyətli olan yalnız bunu xatırlamaqdır.

8- FƏRQLİ NƏTİCƏLƏR GÖZLƏMƏYİN: Dəli — eyni şeyləri təkrar -təkrar edən və hər dəfəsində fərqli nəticələr gözləyən adamdır. Hər gün eyni təkrarları yaşayıb fərqli görünə bilməzsiniz. Həyatınızın dəyişməsini istəyirsinizsə özünüzü dəyişdirin .

9- BİLİK TƏCRÜBƏLƏRDİR: Bilik məlumat deyil. Bilməyin tək yolu təcrübədir. Bir mövzunu müzakirə edə bilərsiniz, amma bu sizə yalnız fəlsəfi bir anlayış qazandıracaqdır. Bir mövzunu həqiqətən bilmək istəyirsinizsə onu təcrübədən keçirməlisiniz.

10- QANUNLARI ÖYRƏNİN VƏ OYUNU DAHA YAXŞI OYNAYIN

 

Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!

Bir fil balası tutulub qalın bir zəncir ilə qalın bir ağaca bağlanır. Bala fil qaçmağa çalışır amma qaça bilmir, zamanla qaçma cəhdlərinə son qoyur. O ağacdan heç bir zaman xilas olmayacağına inanar. Artıq əsarəti qəbul edir. Bu mərhələyə gələn filin ayağındakı zənciri ağacdan açaraq, onu bir odun parçasına bağlayırlar. Bala fil hər yeriyişində o odunun arxasından gəldiyini, görüncə hələ o ağaca bağlı olduğunu və heç bir zaman bağlı olduğu ağacdan xilas ola bilməyəcəyini düşünərək qaçma cəhdini etməz, ətrafda dolanır amma qaçmaz. Başlanğıcda bala filin qaça biləcəyini inancı vardır amma qaçma imkanı yoxdur. İkinci mərhələdə isə qaçma imkanı vardır amma qaça biləcəyinə olan inancını itirmişdir. Daha əvvəlki cəhdlərdə qarşılaşdığı müvəffəqiyyətsizliklərdən çıxardığı nəticələr onu bu vəziyyətə qəbullandırmışdır ki, bu da Öyrənilmiş Çarəsizlikdir.  Öyrənilmiş Çarəsizlik, problemi olan ya da olmayan bir adamın hər hansı bir vəziyyətdə çox saylı müvəffəqiyyətsizliyə uğrayaraq, bir şey etsə də heç bir şeyin dəyişməyəcəyinə, hadisələrin öz nəzarəti altında olmadığına, o mövzuda bir daha əsla müvəffəqiyyətə çata bilməyəcəyinə köklənən bir Psixoloji sindromdur.  Öyrənilmiş Çarəsizlik sanki zehni buxovlayır. İdarə edə bilmədiyimiz və bizi çətinliyə soxan çoxlu səbəb ola bilər. İdarə edə biləcəyimiz tək şeyin öz duyğularımız və düşüncələrimiz olduğu reallığını qəbul etdiyimiz an "özümüzlə bağlı məsuliyyətli olma şüuru" yaratmağa başlayırıq. Çarəsizlik öyrənildikdə «edə bilmirəm, necə edəcəyimi bilmirəm, mən bacarmaram, edə bilməyəcəyimizi bilirəm» kimi mənfi cümlələr tələffüz edilməyə başlanır. İnsan səy göstərməkdən imtina edir, mənfi impulslara, təsirlərə passiv bir şəkildə məruz qalmağa davam edir. Edə biləcəyini göstərən hər şeyi o zaman rədd edir. Bu vəziyyətdə bunu bilmək çox əhəmiyyətlidir. İnsan çarəsizliyi öyrənə bildiyi kimi güclü olmağı da öyrənə bilər.  Müvəffəqiyyətli insanları, müvəffəqiyyətsiz insanlardan ayıran tək fərq, müvəffəqiyyətli insanlar müvəffəqiyyətsiz insanların görüb də edə bilmədiklərini edə bilən insanlardır. Kar və Kor olmasına baxmayaraq yazdığı kitablar, etdiyi işlər sayəsində dəfələrlə dəyərli mükafatlar alan Helen Keller kimi, ya da «congenital glaucoma» (göz xəstəliyi)  ilə doğulan, eyni zamanda 12 yaşda futbol oynayarkən keçirdiyi bir qəza  səbəbindən iki gözü kor olan, ancaq mübarizədən qaçmayıb hüquq fakültəsini bitirən, həm də musiqiyə olan marağını və qabiliyyətini fərqinə varıb bu yöndə özünü inkişaf etdirən, bu an üçün dünyanın ən yaxşı üçüncü tenoru(incə səs qabiliyyəti) olaraq qəbul edilən Andrea Bocelli kimi və ya həyatındakı dəyişikliyi «bədənimə hakim oldum, fərqli olduğumu heçvaxt qəbul etmədim və özümü sevdim» deyərək izah edən, uşaqlığından bəri protez ayaqlarla yaşayan top model və atlet Aimee Mullins kimi bu dünyada iz buraxmaq tamamilə bizim əlimizdədir. Bunları etməmək üçün önümüzdəki tək və ən böyük maneə yalnız 'ÖZÜMÜZÜK'. Unutmayaq bu maneəni keçmək üçün bizə bizdən başqası köməkçi ola bilməz.   Walter Bagehot'un dediyi kimi: "Həyatda ən böyük əyləncə başqasının edə bilməzsən dediyini etməkdir!"

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]