Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Hər birimiz axtarışdayıq

Hər birimiz fərqliyik. Öz istək və arzularımız var. Məqsədimiz, amalımız, hədəfimiz. Bəzilərimizin isə bəlkə də həyatının mənası yoxdu, ya ümidsizliyə qapılıb, ya da bədbin olduğu üçün heç nəyi yenidən başlamaq istəmir. Lakin hamını birləşdirən bir şey var — daim axtarışda olmaqdır. Hər kəs nəsə umur, nəsə gözləyir, nəsə istəyir. Kimi isə arzulayır, ümid edir. Elə insan ki, daim onu dəstəkləsin, sevsin, inansın. Elə insan ki, ona heç vaxt xəyanət etməsin Elə insan ki, onu həmişə duysun, anlasın, başa düşsün. Elə insan ki, onun qayğısına qalsın, xəstəlikdə də, sağlıqda da.  Elə insan ki, onu hamıdan ağıllı bilsin. Elə insan ki, onunla nəfəs alsın, arzulasın, onun yanında özünü xoşbəxt hiss etsin. Elə yuva ki, ora gəldikdə hamı onun gəlişinə sevinsin, bayram etsin. Elə sabah ki, yeni doğmuş günəşi onunla birgə seyr etsin. Elə uğur və yüksəliş ki, yaxınları onunla fəxr etsin. Elə sevgi və qayğı ki, bu onu yaşamağa, yaratmağa həvəsləndirsin. Bütün bunları gözləmək, arzulamaq olar, bu təbiidir, normaldır. Lakin əgər baş vermirsə ümidsizliyə qapılıb, həyatdan küsməkdənsə, özünü uğursuz insan saymaqdansa kimin üçünsə sadiq, mərhəmətli, anlayışlı və sevən, sevdiyi uğrunda hər çətinlik və narahatçılıqların öhdəsindən gələn pozitiv insan olmaq gərəkməzmi. Məncə belə düşünmək və yaşamaq daim şikayətlənməkdən daha faydalı, örnəkverici və maraqlıdır. Hər kəsə həyatında məna tapmaq, xoşbəxt olmağı arzulayıram.

Düşüncə perspektivi

Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə,tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”.Deməli,bir-birindən gözəl,rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi,şükür etmək də mümkündür.Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da,sevinmək də öz əlimizdədir.Necə deyərlər,əsas məsələ hara baxmaq yox,necə baxmaqdır.Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək,zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik.Çünki hər şey ya birbaşa,ya da nəticə etibarı ilə gözəldir.Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır. Səbir də,uzaqgörəmlik də,nikbinlik də bu xüsusiyyələrdəndir.Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür.Deməli,əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır.Uca Allah kainatda heç bir şeyi boş yerə yaratmamışdır.Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək,onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik. Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə,müəyyən şablomlar daxilində düşünməkdən əl çəkməli,əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik.O vaxt güllərin arasındakı tikanları yox,tikanların arasındakı gülləri görə,həyatımızda kəşf edilmiş nə qədər gözəlliklələ qarşılaşarıq.Çünki, “gözəl görən gözəl düşünər,gözəl düşünən həyatından ləzzət alar”...

Abituriyent necə uğur qazanar?

Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız. Bu mənfi amillər bunlardır. • İlkin hazırlıq etməmək. • Mövzunu tam qavramamaq. • Dərsə qulaq asmamaq. • Qeyd aparmamaq. • Bilik bazasının azlığı. • Mövzuları təkrar etməmək. • Böyük adamlar heç bir işi yarımçıq qoymurlar. 

İlkin hazırlıq

Dərsdə müəlliminizin danışacağı dərslə bağlı əvvəlcədən qısa məlumat toplayın.Beləliklə dərs başa salınarkən mövzuya yad qalmaz, ümumi məlumatlardan xəbərdar olarsınız. Məsələn, fikirlər, adlar, ya da qaydalar qabağınıza çıxdığı zaman onları daha asan başa düşərsiniz. Bu davranış dərsi dərsdən sonra da xatırlamağınıza kömək edəcək. Dərsdə danışılacaq mövzu ilə əlaqəli ilkin oxuma edərək, izah edilməsini istədiyiniz sualların nələr ola biləcəyini düşünün və bu suallarınızı mütləq cavablayın. Beləliklə məlumatları asanlıqla öyrənər, biliklərinizin qalıcı olmasına zəmin yaradarsınız. Nəticədə məktəbdə və ya kursda keçiləcək mövzunu əvvəlcədən gözdən keçirmək, qavramanızı asanlaşdıracaq, öyrəndiklərinizin daimi olmasını təmin edəcək. Dərsi dinləmək

Öyrənməyə təsir edən ən vacib amillərdən biri də dərsi diqqətlə dinləməkdir. Məsələn, dərs başa salınarkən başqa işlərlə məşğul olaraq, dərsə qulaq asmamaq öyrənməli olduğunuz məlumatların daha sonra bundan da artıq vaxt sərf edərək öyrənməyinizə səbəb ola bilər. Bu səbəblə də eşitmək və dinləmək arasındakı fərqi yaxşı qavrayıb, sizə danışılanları sadəcə eşitməklə kifayətlənməməlisiniz. Dərsə qulaq asarkən mövzular arasındakı oxşar və fərqli tərəfləri düşünüb, fikir bildirərək öyrəndiklərinizi daha qalıcı hala sala bilərsiniz. Müəlliminizin dərsdə keçdiyi mövzunu, dərsin sonunda xatırlamırsınızsa, deməli müəllimin dediklərini eşitmiş, ancaq qulaq asmamışsınız. Bildiyini kiməsə danışmaq və ya bu haqda nəsə soruşmaq biliyi möhkəmləndirir. Qeyd aparmaq

Nizamlı olaraq qeyd aparmaq dərsdə öyrəndiklərinizi öz başa düşəcəyiniz şəkildə yadda saxlamağınıza kömək edər. Dərsdə edilən qeydlər məlumatların qalıcı hala gəlməsində böyük rol oynayır. Qeyd etmək, dərsə qulaq asmaq dərsin keyfiyyətini artırır. Eyni zamanda oxuyarkən qeydlər aparmaq da bilikləri qalıcı hala gətirir. Dərsdə edilən qeydlər, dərsin vacib qismlərinin müəyyənləşdirilməsində şagirdə kömək edir. Müəllimlər adətən dərsdə üstünlük verdikləri mövzuları daha sıx təkrar edirlər və imtahanda da məhz bu suallardan daha çox çıxır. Təkrar

Öyrənmədə təkrar vacibdir. Öyrəndiklərinizi həmişə təkrar edin.Həmçinin həftəlik və aylıq təkrarlar edin. Beləliklə nələri nə qədər tez unutduğunuzu daha rahat görə bilərsiniz.Bu səbəblə sistemli bir təkrar proqramı hazırlayın.  Nəticə olaraq, öyrəndiyiniz məlumatların unudulmaması üçün təkrar etməlisiniz. Unudulan məlumatı yenidən öyrənmək əvəzinə, təkrar edərək unutmamaq daha asandır və daha az vaxtınızı alar.

Məlumat bazasının azlığı

Məlumatınızın yetərsiz olmağı, bilik səviyyəsindən bəlli olur. Bilik səviyyəniz aşağıdırsa, deməli, məlumat əksikliyi var və bu mütləq aradan qaldırılmalıdır. İlk olaraq, məlumatınızın kifayət qədər olmadığı dərsləri və dərsin mövzularını müəyyənləşdirməlisiniz. Bu mövzuları həftənin müəyyən günlərinə bölüşdürərək oxumalısınız. Nəticədə isə sınaq imtahanlarınızın balı düzələcəkdir. Əsas olan təkcə oxumaq deyil, nizamlı və faydalı oxumaqdır. Nəyi, necə hazırlaşmalı olduğunuzu bilirsinizsə, yükünüz bir az azalmış olar.

Test üsulu

Sınaq imtahanında hələ istədiyiniz balı toplamamısınızsa, bunun bir çox səbəbləri olmalıdır: • Mövzulara hakim deyilsiniz. • Məlumat sahibi olduğunuz mövzular arasında əlaqə qura bilmirsiniz. • Oxuduqlarınızı xatırlamırsınız. • Keçilən mövzularla əlaqəli kifayət qədər test eləmirsiniz. • İmtahanda vaxtdan səmərəli istifadə etmirsiniz.

İmtahanda ən böyük rəqibiniz vaxtdır. Vaxtınızı səmərəli istifadə etməyin ən effektli yolu bildiyin testdən başlamaqdır. Ümumi bir prinsip olaraq, bildiyin testdən başlamaq hər şagirdin imtahanın başında olan həyəcanını aradan qaldırır.  Sual həll etmə bacarığınızı artırmaq öz əlinizdədir Hazırlaşmağınıza baxmayaraq umduğunuz qədər sual yaza bilmirsinizsə, çox səhv edirsinizsə, səhv etmə səbəblərinizi araşdırmalısınız. İmtahanda sualların həll edilməməsinin başlıca səbəbi: • Həll etmək üçün lazımi məlumata sahib olmamaq. • Lazımi məlumatlara sahib olmağınıza baxmayaraq, bunları xatırlamamaq. •  Məlumatın necə istifadə ediləcəyini bilməmək. Əgər əsas probleminiz kifayət qədər bazaya sahib olmamağınızdırsa, vəzifəniz imtahana qədər lazımi məlumatları toplamaqdır. Bu isə ancaq proqramlı hazırlaşmaqla mümkündür. Əgər əsas probleminiz bildiklərinizi imtahanda xatırlamamaqdırsa, təkrar vərdişinizi gözdən keçirməlisiniz. Rejimli təkrarlar etmədiyiniz üçün bildiklərinizi unutmuş ola bilərsiniz. Əgər əsas probleminiz məlumatları xatırlamağınıza baxmayaraq bunları suallarda tətbiq edə bilməməkdirsə, oxumaq vərdişinizi gözdən keçirməlisiniz. Məlumatları başa düşmədən əzbərləmiş ola bilərsiniz. Əksiklərinizi yalnız çoxlu sual həll edib, öyrəndiklərinizi istifadə edə bilmə gücünüzu inkişaf etdirərək aradan qaldıra bilərsiniz. Bu da evdə təkrar etməyin nə qədər vacib olduğunu göstərir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]