Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Yanaşma tərzi...

Qadın səhər yuxudan qalxır.Güzgüyə baxır və başında yalnız üç saç telini görür ... " Hmm… " deyir… " Yəqin bu gün saçımı hörəcəyəm ..." Elə də edir, günü də çox gözəl keçir ... Ertəsi gün qalxır, güzgüyə baxır… Başında iki saç teli qaldığını görür…  " Hmm ..." deyir… " Bu gün saçımı iki hissəyə ayıracağam ..."  Dediyini də edir, yenə çox gözəl bir gün keçirir ... Bir ertəsi gün yenə qalxır və güzgüyə baxır… Başında tək 1saç teli olduğunu görür... " Yaxşı, yaxşı..." deyir… " Elə isə bugün at quyruğu edərəm ..." Elə də edir və çox çox gözəl bir gün keçirir ... Daha sonrakı gün güzgüyə baxdığı zaman başında bir tək tel belə qalmadığını görür... " Waow " deyə qışqırır… " Bu gün saç dərdim yoxdur ..." Dünyagörüşü, həyata baxış bucağınız, yanaşmanız hər şeydir… Həyat, fırtınanın keçməsini gözləmək deyil, yağışda da gəzməyi bacara bilməkdir…

Hər adam bir milyarderdir...

Deyəcəksiniz ki,mən də?Əlbəttə ki,siz də!Sizə bəxş edilən ucsuz-bucaqsız nemətlərə bir az nəzər salsanız və onlar haqqında bir az düşünsəniz,siz də “Əlibaba və qırx quldur”nağılındakı xəzinədən çox daş-qaş olduğuna heyrət edəcəksiz…

Məsələn,iki gözünüzü neçə milyard dollara satarsınız?Və ya iki qulağınızı neçə milyard dollara verərsiniz?Bəs əllərnizi,ayaqlarnızı...Və ya ailənizi,uşaqlarnızı?..Bütün bu olanları toplasanız,görərsiniz ki,öz nemətlərnizi Rokfellerin də,Fordun da yığdığı kapitala dəyişməzsiz..

Ancaq bütün bunlara görə bunlara Bizə Verənə təşəkkür edirikmi?Əlbəttə ki,yox!Sopenhauerin dediyi kimi: “Əlimizdə olan şeylər haqqında heç vaxt düşünmürük,ancaq əlimizdə olmayan şeylər haqqıında həmişə”...

86400 Saniyə...

Bankda bir hesab sahibi olduğunu düşün, hesabına hər səhər 86.400 dollar pul qoyulur, lakin bu pulun hamısını axşama qədər xərcləmək məcburiyyətindəsən, sabahısı günə transfer edilə bilməz. Pulu istifadə etsən də istifadə etməsən də hesab hər axşam sıfırlanır. Nə edərsən? Təbii ki hamısını xərcləməyə çalışarsan; Hamımız, Zaman adlı bu bankın müştəriləriyik;

Hər səhər 86.400 saniyəyə sahib oluruq; sabaha transfer edilə bilməz, Hər səhər hesabımız dolar, hər axşam boşalar. Geriyə qayıtmaq mümkün deyil, saniyələrini bu anları yaşayaraq xərclə, ən yaxşısı bunlara sərmaye qoy:  Xoşbəxtlik, sağlamlıq və müvəffəqiyyət üçün. Zaman qaçır. Hər gün üçün ən yaxşısını et. Bir ilin dəyərini anlamaq üçün sinifdə qalmış bir şagirddən soruş. Bir ayın dəyərini anlamaq üçün, 8 aylıq bir körpə doğuran anadan soruş. Bir həftənin dəyərini anlamaq üçün, həftəlik jurnal çıxaran hövsələli bir jurnalistdən soruş, Bir saatın dəyərini anlamaq üçün, qovuşmağı gözləyən sevgililərdən soruş. Bir dəqiqənin dəyərini anlamaq üçün, qatarına gecikən yolçudan soruş. Bir saniyənin dəyərini anlamaq üçün, bir qəzanı önləyə bilməyən sürücüdən soruş. Bir saniyənin yüzdə birinin dəyərini anlamaq üçün olimpiadalarda gümüş medal qazanan qaçışçıdan soruş. Hər anını qiymətləndir, hər dəqiqəni çox xüsusi biriylə paylaş. Zamanına ortaq edə biləcəyin qədər xüsusi biriylə. Unutma! Zaman heç kim üçün dayanmaz. Keçmiş zaman tarixdir. Gələcək zaman sirlər, məchullarla doludur. Yalnız bu an sənə verilən gerçək bir hədiyyədir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]