Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )

Həyatın 10%-i başınıza gələnlərdən ibarətdir. Həyatın digər 90%-i isə sizin bu başınıza gələnlərə necə reaksiya verib, davranmağınızla formalaşar. Gəlin bir testlə müqayisəyə başlayaq. Ailənizlə nahar edirsiniz. Qızınızın əli çay fincanına dəyir və bir fincan çay köynəyinizin üzərinə tökülür.  Bir az əvvəl olan hadisə üzərində heç bir idarəniz yoxdur. Sonradan baş verəcəklər isə sizin davranışınıza görə formalaşacaq:  Əsəbi halda kobud reaksiya verirsiz. Çayı üzərinizə tökdüyü üçün kobud bir şəkildə qızınızı danlayırsız. Qızınız kədərlənir və ağlamağa başlayır. Qızınızı danladıqdan sonra yoldaşınıza üzünüzü tutub çay fincanını masanın kənarına çox yaxın qoyduğu üçün  onu da tənqid edirsiz. Bu ssenarini qısa bir şifahi mübahisə təqib edir. Hirslə otağa gedirsiniz və köynəyinizi dəyişdirirsiniz. O taqdan çıxdığınızda qızınızı, ağladığına görə naharını tamamlamamış və məktəb üçün hazırlıqsız bir halda tapırsınız. Qızınız marşrutu qaçırır. Həyat yoldaşınız işə getmək üçün dərhal çıxması lazımdır. Tez tələsik avtomobilinizə yürüyürsünüz və qızınızı məktəbə buraxmaq üzrə hərəkət edirsiniz.   Geç qaldığınız üçün, saatda 40 km sürət həddi olmasına baxmayaraq saatda 80 km sürətlə gedirsiniz. 15 dəqiqəlik gecikmədən və sürət limitini keçdiyiniz üçün ödədiyiniz 40 manat cərimə pulundan ( Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddini aşmaya görə -22 manatdan 44 manatadək cərimə bit.ly/y4W45L ) sonra məktəbə çatırsınız. Qızınız sizə «Sağol» deməmiş məktəb binasına qaçır.  İş yerinizə 20 dəqiqə gecikməklə gəlirsiniz və sənəd çantasını evdə unutduğunuzu anlayırsınız. Gününüz qorxunc bir şəkildə başladı !Davam etdikcə pisləşir, daha da pisləşir sanırsınız. Evə getməyi dörd gözlə gözləyirsiniz. Evə çatdığınızda yoldaşınız və qızınızla olan əlaqələrinizdə sıxışdırıldığınızı sanırsınız. Niyə? Səhər necə reaksiya verdiyinizə bağlı olaraq! Niyə pis bir gün keçirdiniz?  A) Çay səbəb oldu  B) Qızınız səbəb oldu  C) Polis səbəb oldu  D) Siz səbəb oldunuz  Cavab «D» variantı. Çayın tökülməsində sizin bir iradəniz yox idi. Sizin gününüzün pis keçməsinə o 5 saniyə içindəki davranışlarınız səbəb oldu. 90/10 Sirrini kəşf edin.! Ola biləcək və olması lazım olan isə belə idi. Üzərinizə çay töküldü. Qızınız ağlamaq üzrədi. Siz mehribanca  «Yaxşı qızım, bir dəfəki səfər daha diqqətli olmalısan.» deyirsiniz. Dəsmalı  götürüb otağa gedirsiniz. Köynəyinizi dəyişdirib, sənəd çantasını götürdükdən sonra otaqdan çıxırsınız və eyni anda pəncərədən qızınızın avtobusa mindiyini görürsünüz. Qızınız geri dönüb əl yelləyərək sağollaşır. Siz və yoldaşınız işə getmək üçün birlikdə evdən çıxırsınız. 5 dəqiqə tez işə gəlirsiniz və iş yoldaşlarınıza şən bir şəkildə salam verirsiniz. Müdiriniz nə qədər gözəl bir ehvalda olduğunuz haqqında danışır. Fərqə baxın!  İki fərqli ssenari. İkisi də eyni başladı. İkisi də fərqli bitdi.  Niyə? Cavab: 90/10 sirri  Çox az insan bunun fərqindədir. Həyatın 10%-i başınıza gələnlərdən ibarətdir. Hayatin digər  90 %-i isə sizin bu başınıza gələnlərə necə reaksiya verməyinizlə formalaşar. 

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]