Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

İnam və uğur

“Ümid insanın özünü tanımasıdır” – bu sözlər  ümidin çox  dəqiq və konkret tərifidir.  Çünki saatlarla müzakirə ediləcək mövzu dörd sözlə ifadə edilmişdir.  Özünü tanıyan insan  heç vaxt ümidsizliyə qapılmaz. Əgər ümidsizliyə düşübsə, deməli o özünü tanımır, daxilindəki gücə  bələd deyil. İnsan daxilindəki müsbət xarakterləri kəşf etdikcə özünü təkmilləşdirir, mənfi cəhətlərini aradan qaldırmaq üçün daha çox çalışmağa başlayır. Ömür boyu özü ilə birlikdə yaşayan, amma özünü tanımayan  insan isə hər bir uğursuz cəhddən sonra özünə olan inamını və ümidini itirir. Ümidini itirən insanın isə artıq itirəcək başqa bir şeyi qalmır.

Daxili inam  İnsanın özünə olan inamını daxili inam adlandırmaq olar. Daxili inam insanın öz gücünə inanmasıdır, başqa sözlə, özündə olan müsbət xüsusiyyətləri həyata keçirmək üçün inamlı olmasıdır.

Özünəhörmət Özünəhörmət insanın müsbət və mənfi cəhətlərini qəbul etməsidir.  Yəni özünü olduğu kimi görməsi, həddini bilməsidir. Məşhur şəxsiyyətlərdən biri deyir ki, “xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et”.  Daxili inam fərdi və kollektiv surətdə çalışanlara müəyyən mənada kifayət etsə də, uğurlarımızı ard-arda sıralamaq və qəlbən rahat yaşamamız üçün özünəhörmət vacib şərtlərdən biridir.

Öyrəşdiyimiz ümidsizlik Bəzi şəxslər gündəlik həyatda və ya işlərində baş vermiş hər hansı uğursuzluğa aid pessimist düşüncələrini digər fəaliyyətlərinə də “yoluxduraraq”, uğur qazana biləcəkləri bir yerdə passivləşir və depressiyaya düşürlər.  Canımıza hopmuş ümidsizlik xofundan qurtulmaq, gələcəkdə uğur qazanmaq üçün daim gərgin və səmərəli  işləmək lazımdır. Bu isə fərdin əzmi ilə bağlıdır. O, iradəsini yoxlamaq üçün  özünü məcbur etməlidir ki, əvvəlki uğursuzluqları yenidən yaşamasın, qarşıdakı problemləri müvəffəqiyyətlə həll etsin. Çünki o yalnız qətiyyəti ilə ümidsizlik bəlasından qurtula bilər. Problemsiz bir həyat absurddur. İş olan yerdə mütləq problem vardır. Problemin olmadığı yerdə ya ümumiyyətlə iş görülmür, ya da problemlər ört-basdır edilir. Problemi həyatın gerçəkliyi kimi qəbul edən insan gözlənilməz hadisələrə qarşı da həmişə hazır olur və ümidsizliyə qapılmır.  Ümidsizlik, bədbinlik və ya pessimizm çox təhlükəli bir xəstəlik olub, insanın  məruz qala biləcəyi ən dəhşətli müsibət kimi qəbul edilməlidir.

Həyatı iztirabla keçən istiqlal şairi Mehmet Akif Ərsoy Türkiyənin çox çətin vəziyyətdə olduğu anda belə ümidsizliyə üsyan etmişdir:  Ümidsizlik elə bataqlıqdır ki, düşsən, boğularsan, İradəndən möhkəm yapış, bax gör nə olarsan!

Müsbət yüklə yüklənmək

ABŞ-da ayaqqabı istehsal edən bir şirkət daha çox mal satmaq üçün tropik adalardan birinə öz nümayəndəsini göndərir. O, adaya çatan kimi şirkətə bir faks göndərir. Faksda belə deyilir: “Bu adada ayaqqabı geyən yoxdur. Mən elə bu gün geriyə qayıdıram”. Bir müddət sonra şirkət həmin adaya başqa bir marketinq mütəxəssisini göndərir. İkinci mütəxəssis adada bir qədər qaldıqdan sonra şirkətə bu məzmunda faks göndərir: “Bu adada hamının ayaqqabıya ehtiyacı var. Mənə təcili 10 min cüt ayaqqabı göndərin!” İnsanların məsələlərə münasibətini əks etdirən məşhur bir nümunə var: Yarısına qədər su tökülmüş stəkanı birisi “stəkanın yarısı doludur”, digəri isə “stəkanın yarısı boşdur” sözləri ilə təsvir edir. Məsələyə yanaşma tərzimiz, yəni optimist və ya pessimist baxışımız nəticəyə təsir edən əsas amillərdən biridir. “Aynaya baxan ondakı ləkələri, onun arxasına baxan isə gözəl bir mənzərəni görür”. Filosof Ceyms Allen: “Bizim nəslin ən böyük kəşfi insanların davranış və düşüncə tərzlərini dəyişmələridir”, – deyir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]