Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Fərqli baxış bucağı

Argentinalı məşhur qolf ustası Robert Vincenzo yenə bir mükafat qazanır, mükafatını alıb kameralara poza da verir. Daha sonra Kluba gedib əşyalarını yığıb dayanacaqdakı avtomobilinin yanına gedir.  O vaxt yanına bir qadın yaxınlaşır. Vincenzo -nu təbrik etdikdən sonra ona kiçik bir körpəsini olduğunu, körpənin çox xəstə olduğunu və xəstəxana xərclərini ödəyəməyəcəyini və buna görə körpəsinin hər gün bir az daha ölümə yaxınlaşdığını izah edir. Qadının izah etdikləri Vincenzo'-ya çox təsir edir. Elə ordaca çek dəftərini çıxarıb və yarışdan qazandığı pulun bir hissəsini çekə yazıb imzalayır. Çeki qadına uzadır. O an qadına "ümid edirəm körpənizin yaxşı günləri üçün xərcləyərsiz" deyir.   Ertəsi həftə Vincenzo klubda günorta yeməyini yeyərkən Golf Dərnəyinin bir üzvü yanına yaxınlaşır və «dayancaqdakı uşaqlar, keçən həftə siz yarışı qazandığınız gün bir qadının sizə yaxınlaşdığını və sizinlə danışdığını söylədilər» deyir.  «Bəli» deyir Vincenzo, «bunun nəyi qəribə?».  «Qəribə deyil təbii ki» deyir adam, «amma sizə bir xəbərim var o qadın bir fırıldaqçı idi. Sizin kimi varlı insanlara yaxınlaşıb xəstə bir körpəsi olduğunu söyləyib pul qoparırır. Qorxuram sizdən də qoparmış ola. „Vincenzo təəccüblə“ yəni ölüm ayağında olan bir körpəsi yoxdu? „Deyir.  “Yox» deyir adam.  «Bu həftə eşitdiyim ən yaxşı xəbər» deyir Vincenzo.  Bəli, buna  baxış bucağındakı fərq deyilir. Kimisi pulunu itirdiyinə görə  kədərlənir, amma kimisi də Vincenzo kimi ölüm ayağında bir körpə olmamasına sevinir.  Eyni pəncərədən çölə baxan iki nəfərdən biri küçədəki palçığı, digəri göydəki ulduzları görə bilər. 

Pul qazanmağı bacarmaq lazımdır!

Nyu Yorkda bir bankın qarşısında duran son model Rolls Royce avtomobildən enən adam, sürətli addımlarla banka girdi və önünə çıxan ilk vəzifəliyə, fərdi kredit üçün müraciət etmək istədiyini söylədi. Vəzifəli onu, müştəri nümayəndəsinə apardı. Adam, çox tələsik bir iş üçün Avropaya getmək məcburiyyətində olduğunu və bu səbəblə bir həftəlik 5000 dollar kreditə ehtiyac duyduğunu söylədi. Müştəri nümayəndəsi qısa bir araşdırma etdikdən sonra «Ticarət və maliyyə hesabınızı yoxladıq. Bu krediti almaq üçün bir maneə yox „dedi və əlavə etdi:  Lakin bir məsələni ifadə etməliyik. Bizim bankımızla daha əvvəl heç əməkdaşlıq etməmisiz. Bank olaraq sizi rəsmi olaraq tanımırıq. Bu səbəblə, sizə krediti verəbilməyimiz üçün qarşılığında sizdən təminat almaq məcburiyyətindəyik “. Adam cibindən Rolls Royce'un açarını çıxardı, bankın müştəri nümayəndəsinə uzatdı: „Çox tələsirəm, təyyarəyə çatmalıyam.“dedi. „Qapıdaki Rolls Royce'umu təminat kimi ala bilərsiniz“.  Kredit əməliyyatları çox sürətli bir şəkildə tamamlandı. Bank işçiləri Rolls Royce avtomobilini bankın qarajına apardı, adama da 5000 dollar krediti verdilər. Müştəri nümayəndəsi, öz marağından bir həftə boyunca xüsusi bir araşdırma apardı və bankın bu yeni müştərisinin çox böyük bir iş adamı və çox böyük bir sərvət sahibi olduğunu öyrəndi.  Bir həftə sonra adam yenidən gəlib, borcunu — 5000 dolları və bir həftəlik faizi 10 dolları ödədikdən sonra, müştəri təmsilçisi maraqla soruşdu: „Sizin, çox böyük bir iş adamı və çox böyük bir sərvətin sahibi olduğunuzu öyrəndim“ dedi.  »Amma şəxsi marağımdan soruşuram. Lütfən söyləyərsinizmi, sizin üçün çox az miqdar olan 5000 dollarlıq krediti almağa səbəb yaradan nə idi? «Adam yüngülcə gülümsədi:» Siz də mənə lütfən söyləyərsinizmi? «Dedi. „Belə lüks bir avtomobili, Nyu Yorkda hansı bağlı qaraja, bir həftə ərzində 10 dollara buraxa bilərsiniz?

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]