Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət

 

Qənaət edərək yaşamaq, o demək deyil ki, hər  şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək – bu incəsənət baxımnan gözəl pul xərcləməkdir.Və hər kəs bundan faydalana bilər.

Ən əsası pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin:  Nəyə mən pul xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldiğınız pulların hesabını yoxlayın..Utanmayin zəng eləyib  araşdırın ki, niyə sizin telefon abunə haqqını,ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsinz. Gözləməyin ki,xərcləriniz artsın.

Yollanın dukana  alacağınız ərzaqların  siyahısını tərtib edin,amma bundan vaz keçməyin.Aldığınız ərzaqları, kredit kartı ilə yox pulla odəyin. Ödədiyiniz pulların isə  çeklərini saxlayın.Bu Sizə keyfiyyətsiz malların  geri qaytarılmasına kömək edər.

Çalışın ən iri dukanlardan alış-veriş edəsiniz, çünkü alınan malın reklamına dukan tərəfdən pul qoyulmur  və ona görə də bu mallar ucuz olur. Ümumi cəhətdən bu malların görkəmi elə də cəlb olunmur,amma keyfiyyətinə söz ola bilməz.

Psixoloqların fikrinə gorə insan ac mədəyə düşünülməmiş  addım atır. Ona görə də dükana getməzdən əvvəl evdə yaxşıca yeyin.

Tələyə duşməyin.Həmişə öz istədiyiniz şeyləri nəzərə alın və nəyi almaq istədiyinizə qəti qərar verin.

Hesablayın Siz  iş yerinizdə yeməyinizə nə qədər pul sərf edirsiniz.Yəgin Siz özünüz də görərsiniz ki, bu həm cibinizə,həm də mədəniz üçün çox ziyandır. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaet etmiş olasınız, həm də öz sağlamlığınızı düşünəsiniz.

Mutəxəssislərin bildirdiyinə görə, qızdırıcı əşyalar çoxlu enerji aparır. Çalışın tez-tez tozsovuranın torbasını təmızləyəsiniz. Torbası dolu olan  tozsovuranın  1\3 hissəsi enerjinin 40%-ni aparir. Paltar yuyan maşını dolmuş şəkildə istifadə edin, bu həm suya, həm də enerjiyə qənaət etmiş olar.

Ən əsası da qənaət etdiyiniz pullara istirahət və yaxud səyahət edə bilərsiniz.

 

Bir addım atın

Ən böyük uğurlara ilk addımla başlanılır. Siz də həyatdan və özünüzdən şikayət etməyin, bunun əvəzinə, özünüz üçün kiçik bir addım atın. Kiçik addımlar, böyük uğurlara gedən yolda ilk addımdır. Etmək istəyib, lakin edə bilməyəcəyiniz və ya cəsarət edə bilməyəcəyiniz bir şey edin. Gücünüz də, istedadınız da var. Pessimist insanlar «alınmaz» deyə düşündükləri halda, optimistlər «alına bilər» düşüncəsinə mailk olurlar. Hər zaman müsbət düşünən insan isə «etdim» deyər. Heç düşünmüsünüzmü ki, hər səhər sizi ruhlandıran mesajlar dinləsəydiniz, zehniniz, ürəyiniz, ruhunuz coşğu və həyəcanla dolsaydı, gününüz necə keçərdi?  Bir dostunuz, həyat yoldaşınız və ya partnyorunuz sizinlə ilham verən, enejinizi artıran, «bacara bilərsən» mesajları ilə dolu bir dialoq aparsaydı, içinizdəki gerçək potensialınızı ortaya çıxarmaq üçün daxili  gücünüzü necə istifadə edərdiniz?  Hər şeyi edə bilmək, hər şey ola bilmək, həyatınızın hər anını istədiyiniz şəkildə istədiyiniz yönlərə dəyişdirmək gücünüz var.  Bu yazı vasitəsilə düşüncələrinizə təkan vermək, stimullaşdırmaq, üzünüzdə təbəssüm yaratmağı, ürəyinizi ümidlə, ruhunuzu coşğu ilə doldurmağı güman edirik.  Bir turist ziyarət etdiyi qəsəbənin yaşlı dülgərindən soruşur: «Bu qəsəbə nəyi ilə məşhurdur?» Yaşlı cavab verir: «Bu qəsəbə, dünyada gedə biləcəyiniz hər bir yerin başlanğıc  nöqtəsidir. Buradan başlayaraq istədiyiniz hər yerə gedə bilərsiniz».  Yaşlı çox haqlı idi. Halbuki çoxumuz həyatın zənginliyinin həzzinə nail olmaq üçün başqa bir yerdə olmağımızın vacibliyini düşünürük. Öncə, bir nöqtəyə gələk, həsrətində olduğumuz şeylərə qovuşaq, ondan sonra xoşbəxtlikdən bəhs edə bilərik.  İndi buradayıq. Başqa bir məkanda və ya yerdə olmağımız imkansızdır. Elə isə, verəcəyimiz qərarları "əgər" sözü idarə edir. Əgər universiteti bitirsəm, xoşbəxt olaram. Əgər sevdiyim insanla ailə qursam, xoşbəxt olaram. Əgər çox pul qazana biləcəyim bir işə qəbul olsam xoşbəxt olaram… Sonsuz sayda belə "əgər«lər mövcuddur.  Bu „əgər“lər olduğumuz yerdən başlamağımızın qarşısına səddlər çəkir. Gücümüzü  və xoşbəxtliyimizi baltalayır. Hazırda başlanğıc nöqtədəsiniz. Kənardan qazanacağınızı düşündüyünüz enerji içinizdədir. Sizə düşən yalnız ondan düzgün istifadə etməkdir. Heç fillərin necə tərbiyə olunduğunu bilirsinizmi? Hələ kiçik ikən, qalın bir zəncirlə heyvanın ayağı bir dirəyə bağlanır. Əvvəl heyvan qaçmağa çalışır, amma nə qədər cəhd göstərsə də, nə zənciri qopara bilir, nə də dirəyi yerindən tərpədə bilir. Fil balası ayağında zəncirlə böyüyür və qaça bilməyəcəyini qəbul edir. Azadlıq anlayışını itirir. Budur, bu nöqtədə ayağındakı zəncir qırılır və yerinə qoyulan incə bir halatla bir neçə santimetrə qədər taxtadan bir çubuğa bağlanır. Fil, bu şərtlərdə asanlıqla qaça biləcək səviyyədə olmasına baxmayaraq olduğu yerdə qalır. Çünki, hələ varlığını düşündüyü zənciri əsla qıra bilməyəcəyinə inanır.  Çoxumuzun həyatı da uşaqlıq düşüncələrimiz, hiss və inamlarımızın qalıqlarının əsarətində davam edir. Bacarıqlarınız, istedadınız var və istifadə olunmağı gözləyir. Əgər edə biləcəklərinizin hamısını edə bildiyinizi görsəydiniz çox təəccüblənərdiniz. »Edə bilmərəm" deyib edə biləcəklərinizə mane olmayın. Tək bir insan belə etmək istədiyinizi bacarıbsa, eyni güc sizdə də var. Nə qədər sürətli edə biləcəyinizi bilmək istəyirsinizsə, olimpiadalarda ən sürətlə qaçan insanı gözləyin, küçədə gəzən insanı deyil. Olimpia çempionu da bu uğuru qazanmaq üçün uzun müddət  əzələlərini, bədənini, düşüncələrini hərəkətə gətirib. Və yarışdan əvvəl məşqçisi ruhlandırıcı sözlər söyləyib, elədirmi? Minlərcə tonu qaldıra biləcəyi halda, gücünü bilmədiyi üçün taxta çubuğun əsarətində yaşayan fil kimi özünüzü içərisinə saldığınız çərçivələrin fərqinə varın. Gücünüzün və bacarığınızın fərqində olduğunuzda, özünüzə olan inamınız da artacaq. Hər şey olub bitdikdən sonra, «bunu mən də bacara bilərdim» deməyin. Halbuki, əvvəllər «edə bilmərəm» deyirdiniz. Sonra «bəlkə bacara bilərəm» deməyə başladınız. «Bir sınayım» nöqtəsinə gəldikdə, artıq bir nəfər etmişdi. Çünki, bacaran bir şəxs, əvvəlcədən görə biləcəyinə inanırdı. Uğurlu insan yaradıcı və məhsuldardır. Bir şeyi ancaq «görərək» edərsinizsə, edə biləcəyinizi düşünmək kifayət etməz.  Uğurlu insan uğurun bir gündə əldə olunmayacağını bilir. Addım-addım hədəfə yaxınlaşır və hədəfin arxasınca gedir. Sizi ola biləcəyinizin ən yaxşısı olmaqdan, istədiklərinizə sahib olmaqdan və edə biləcəklərinizdən ayıran nədir? Tənbəllikmi? Riskə getmək qorxusumu? Uğursuzluq yoxsa uğur qorxusumu? Bu gün hər şeyə mane olan da əslində bu qorxulardır. Cəsarətli olun! «Sabah hər şeyi yenidən başlayacam» deməyin. Unutmayın sabah artıq çox gec ola bilər!     

 E-mailim olsaydı,microsoftda süpürgəçi işləyərdim

İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir.  Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir. 

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]