Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Güc İnanmaqdadır.!

Kəndin birində quraqlıq olur. Nə əkinlərini suvara biləcək, nə də heyvanların içə biləcəyi bir damla su olmur. Əməlli başlı quraqlıq olur. Çarəsiz qalıb  kəndlilər çarəni Haqq qapısında axtarırlar. Böyükdən uşağa hərkəs toplaşıb, yanlarında heyvanları da götürərək, yağış duası üçün təpəyə çıxırlar. Kəndin imamı başda olmaqla tövbə və istiğfar edib Allahdan mərhəmət diləyirlər.  Hələ onlar əllərini göydən endirməmiş, Allahın lütfü nəticəsində göy guruldamağa başlayır. Kənd əhalisi də leysan yağış altında islaq olur.   Təkcə şirin bir qız uşağı ıslanmır!.  Çünki dua edincə yağışın yağacağına bir tək o, ürəkdən inanıb öz balaca çətirini gətirmişdi..

İnamın gücü

Deməli günlərin bir günü bir biznesmen var idi. Bunun işi heç getirmirdi. Kreditin içində batırdı, bunun tədarükçüləri pullarını tələb edirdilər. Bir gün o parkda oturub, başını əllərinin arasına alıb, nece bankrot olmayacagının yollarını düşünürdü........ Birdən, heç yerdən olmayan kimi, 1 yaşlı kişi buna yaxınlaşır… «Oğlum, səni ne isə narahat edir, danış mənə ürəyindəkiləri» dedi o yaşlı. : Biznesmenin sözlərini dinlədikdən sonra, qoca, «Mənə elə gəlir ki, mən sənə kömək edə bilərəm..» Yaşlı, bu kişinin adını soruşub, çekin üstünə yazir. Çeki uzadıb, «Al bunu. Mənimlə düz 1 il sonra burada görüş. Bu borcumu qaytararsan o zaman», dedi və çönüb getdi. Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. ROCKEFELLER... Biznesmenin sevincinin həddi- hüdudu yox idi. Bütün problemlərini həll etmiş ola bilərdi. Amma, biznesmen bu pulu seyfə qoyur. Elə fikirləçirdi ki, istənilən zaman $500,000 bunun xülyasına çatacaq, ona ürək dirək, özünə inam verirdi. Yeni optimizmlə biznesmen yeni işlərə başlayır, yeni sazişlər imzalayır və yenidən, çoxlu pul qazanmaga başlayır. Düz 1 ildən sonra, biznesmen istifadə etmədiyi çek ile parkda gözləyirdi. Bir xeylaq zamandan sonra, həmən yaşlı qoca buna yaxınlaşdı. Biznesmen istifadə olunmamış çeki bu kişiyə uzadıb bütün 1 illik əhvalatını danışmaq istəyən zaman, haradansa tibb bacısı qacıb gəlir və yaşlı kişinin qolundan yapışır... «Nə yaxşı ki, mən səni tutdum», qocaya deyir. Sonra üzünü biznesmenə cevirir: "Üzr istəyirəm, güman edirəm sizi narahat etmədi. Bilirsinizmi, bu yaşlı kişi tez-tez qocalar evindən qaçır və hamıya deyir ki, o John Rockefellerdir..." Və tibb bacısı yaşlı kişini özü ilə aparır... Biznesmen gözlərinə inanmırdı. Yerində donub qalmışdı. BÜTÜN İL BOYU, BÜTÜN İŞLƏRİ GÖRƏNDƏ, ALIŞ- VERİŞ EDƏNDƏ, ARXAYIN İDİKİ, ARXASINDA $500,000-in OLDUGUNU BİLİRDİ... Və qəfildən, o hər şeyi anladı… onun həyatını yaxşıya çevirən, doğru, və ya yalançı pul deyildi. Onun həyatını yenilədən, özündə yenidən tapılmış İNAM idi.  ÖZÜNÜZƏ İNAMINIZ NƏ QƏDƏR ÇOX OLSA, BİR O QƏDƏR GÜCLÜ OLUB, İSTƏDİYİNİZƏ NAIL OLMUŞ OLARSINIZ… !!!

Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."

Hər səhər bir ceyran oyanır Afrikada. Başında tək bir düşüncə var. Ən sürətli qaçan aslandan daha sürətli qaça bilmək. Yoxsa aslana yem olacaq. Hər səhər bir aslan oyanır Afrikada. Başında tək bir düşüncə var. Ən yavaş qaçan ceyrandan daha sürətli qaça bilmək. Yoxsa acından öləcək. İstər aslan olun, istər ceyran olun heç əhəmiyyəti yoxdu. Yetər ki günəş doğduğuda qaçmağın lazım olduğunu, həm də bir əvvəlki gündən daha sürətli qaçmağın lazım olduğunu bilin. Həyat adlı qaçışı çox gözəl izah edir Afrika atalar sözü: Bir əvvəlki gündən daha sürətli qaçmaq lazımdır. Çünki əgər aslansınızsa və ən yavaş qaçan ceyranı bir əvvəlki gün tutmuşsunuzsa və bu gün bir ceyran tutmaq niyətindəsinizsə, artıq bilməlisiniz ki, ən yavaş qaçan ceyran sizdən daha sürətlidir. O halda dünənə görə sürətinizi artırmağınız lazımdır. Yox əgər ceyransınızsa və hələ aslana yem olmamısınızsa sürətinizi dünənə görə mütləq artırmalısınız, çünki növbə sizə gəlib. Həyatı davam etdirə bilməyin bir şərti var. «Dünəndən daha sürətli ola bilmək..»

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]